Məhkəmə qərarları › İş №2(1-8)-2063/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-2063/2026

31.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2063/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar iddiaçı2 və Quliyev İlham Aydın oğlunun cavabdehlər cavabdeh6 X7, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X3 Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Lift Təmir” İstehsalat Birliyi, cavabdeh1, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası cavabdeh5 X1rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formada verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və Quliyev İlham Aydın oğlunun cavabdehlər cavabdeh6 X7, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X3 Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Lift Təmir” İstehsalat Birliyi, cavabdeh1, Yasamal Rayon İcra Hakimiyyəti və cavabdeh5 X1rşı “cavabdehlərin üzərinə öhdəliyin qoyulması və s.” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı iddiaçı2 (vəkil Vəkil İlqar oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar iddiaçı2 və Quliyev İlham Aydın oğlu cavabdehlər cavabdeh6 X7, cavabdeh5 X2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X3 Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Lift Təmir” İstehsalat Birliyi, cavabdeh1, Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ** saylı binadakı liftlərin cavabdeh6 MMM-nin balansında olmasının hüquqi faktının tanınması, liftlərin saxlanılması, texniki xidməti və təhlükəsiz istismarının təmin edilməsi vəzifəsinin cavabdeh6 MMM-nin üzərinə düşdüyünün müəyyən edilməsi, sakinlər tərəfindən liftlərin təmiri üçün şəxsi vəsait hesabına ödənilmiş məbləğlərin cavabdeh tərəfindən əvəzləşdirilməsi və ya gələcək ödənişlərdən çıxılması barədə qərar qəbul edilməsi, cavabdehlərin liftlərin normativ qaydalara uyğun işlək vəziyyətdə saxlanmasına Lift istismar birliyi ilə müqavilə baglanmasının məcbur edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Aydan Oruclu) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, iddia ərizəsində cavabdehlər barədə kifayət qədər məlumatlar göstərilməmiş, iddiaçının tələbləri, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməmiş, həmçinin iddia ərizəsinə cavabdehlərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməmişdir. Həmçinin iddiaçı iddiaçı2 tərəfindən dövlət rüsumundan azad etmə ilə bağlı hüquqi əsaslara dair sübut əlavə olunsa da, digər iddiaçı İlham Quliyev tərəfindən iddia tələbi üzrə dövlət rüsumu ödənilməmiş, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir.

4. İddiaçı iddiaçı2 qərardaddan şikayət verərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ** saylı binadakı liftlərin cavabdeh6 MMM-nin balansında olmasının hüquqi faktının tanınmasını, 2. Liftlərin saxlanılması, texniki xidməti və təhlükəsiz istismarının təmin edilməsinin cavabdeh6 MMM-nin vəzifəsi olduğunun müəyyən edilməsini, 3. Bina sakinləri tərəfindən liftlərin təmiri üçün şəxsi vəsait hesabına ödənilmiş məbləğlərin cavabdeh tərəfindən əvəzləşdirilməsi barədə qərarın qəbul edilməsini, 4. Cavabdehlərin liftlərin normativ qaydalara uyğun işlək vəziyyətdə saxlanılması üçün müvafiq lift istismar təşkilatı ilə müqavilə bağlamağa məcbur edilməsini, 5. Məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı iddiaçı2 şikayətinin təmin edilməməsi və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Günel Abbasova) iddiaçı iddiaçı2 verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilmiş və şikayətin qaytarılması üçün işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı qərardaddan verdiyi şikayətdə, şikayətin baxılması nəticəsi ilə hansı qərardadın qəbul edilməsini, birinci instansiya məhkəməsinin həmin qərardadı qəbul edərkən hansı pozuntuya yol verdiyini göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə görə, məhkəmə aktından verilmiş şikayətdə şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.

8. Apellyasiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 361.1.5, 363.1.1-1, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

9. Qərardaddan iddiaçı iddiaçı2 (vəkili Vəkil İlqar oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qeyd etmişdir ki, iddiaçı, qərardaddan verdiyi şikayətdə, şikayətin baxılması nəticəsi ilə hansı qərardadın qəbul edilməsini, rayon məhkəməsinin həmin qərardadı qəbul edərkən hansı pozuntuya yol verdiyini göstərməmişdir və bu səbəbdən apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və şikayətin qaytarılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.

11. Halbuki iddiaçının birinci instansiya məhkəməsinin geri qaytarma barədə qərardadından şikayət verərkən hansı qərardadın qəbul edilməsini (işin icraata qəbul edilməsi) istədiyi məhkəməyə bəlli olmuşdur.

12. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən və sonradan apellyasiya şikayətinə baxarkən, habelə apellyasiya məhkəməsi apellyasiya icraatını qeyri-mümkün hesab edərək işi geri göndərərkən işin mahiyyətini, qaldırılan iddiaların əhəmiyyətini və iddiaçıların qaldırdığı problemin (lifttəmir, təhlükəsizlik) aktuallığını tamamilə nəzərdən qaçırmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

13. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.

14. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

15. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

16. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

17. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

19. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

20. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı iddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qərardadın tam hissədə qanuniliyinin yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada və məzmunda verilməlidir. Şikayətin məzmunu Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddənin tələblərinə uyğun deyildir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

26. Mülki Prosessual Məcəlləyə Əlavə 2-in “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlı 6-cı bəndində göstərilmişdir ki, Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

27. MPM-ə Əlavə 2-in “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlı 7-ci bəndində göstərilmişdir ki, Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

28. MPM-ə Əlavə 2-in “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər” adlı 8-ci bəndində göstərilmişdir ki, bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir.

29. MPM-ə Əlavə 2-in “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlı 12-ci bəndində isə göstərilmişdir ki, bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

30. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı iddiaçı2 qərardaddan verdiyi şikayətdə, şikayətin baxılması nəticəsi ilə hansı qərardadın qəbul edilməsini, birinci instansiya məhkəməsinin həmin qərardadı qəbul edərkən hansı pozuntuya yol verdiyini göstərməmişdir.

31. Həmçinin apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “Əlavə 2”-də təsbit edilmiş formasına uyğun olaraq tərtib edilməmiş, orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar tam doldurulmamışdır. Bu isə apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.

32. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.

33. Yuxarıda qeyd olunanlara əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

34. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən həmin Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar