Məhkəmə qərarları › İş №2(1-8)-2080/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-2080/2026

31.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2080/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (“xxxx” ASC maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin # ##### 2025-ci il tarixli icra qeydinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Tovuz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) (hakim Süleyman Hacıyev) iddianın rədd edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə tam ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Əkrəm Qəhrəmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı İddiaçı Elektron Məhkəmə Sistemi vasitəsi ilə ##.##.2026-cı il tarixdə apellyasiya məhkəməsinə ərizə ünvanlayaraq, kassasiya şikayətinin tərtib edilməsi üçün dövlət hesabına vəkil ilə təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin *(***)-****/**** saylı, # ### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı dövlət hesabına vəkil ilə təmin edilməsi barədə ərizəsi təmin olunmamışdır.

7. İddiaçı İddiaçı apellyasiya instansiyası məhkəməsinin həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə uyğun olmadığından geri qaytarılmışdır.

9. İddiaçı İddiaçı apellyasiya instansiyası məhkəməsi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin *(***)-****/**** saylı, # #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələbinə uyğun olmadığından və vəkil tərəfindən tərtib edilmədiyinə görə geri qaytarılmışdır.

11. Apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil Vəkil) ##.##.2026-cı il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. Həmçinin kassasiya şikayətinə, kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edilib bərpa olunması və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının ali hüquqi savadı olmamış, müraciət müddətlərini qorumaq və məhkəməyə əlçatanlıq hüququndan istifadə etmək məqsədilə dərhal fərdi qaydada (vəkilsiz) kassasiya şikayəti təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı ilə kassasiya instansiyasında vəkil iştirakının məcburi olmasını (MPM-nin 402.2 və 408.1.1-ci maddələri) əsas gətirərək şikayəti icraata götürmədən iddiaçıya qaytarmışdır. İddiaçının hüquqlarının müdafiəsini təmin etmək üçün yenidən etdiyi cəhdlər və prosessual addımlar nəticəsində, apellyasiya instansiyası məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixdə növbəti geri qaytarma qərardadı qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəmə prosesinin uzadılmasından və ya subyektiv xarakterli gecikmədən söhbət gedə bilməz. Əksinə, qərardan narazı qaldığı ilk gündən etibarən hüquqlarının müdafiəsi və qanunvericiliyin tələb etdiyi vəkil təminatının reallaşdırılması üçün ardıcıl, kəsilməz və aktiv prosessual müraciətlər edilmişdir. Müddətin ötürülməsi tamamilə iradəsindən kənar, obyektiv, maddi imkansızlıq və bir-birini əvəz edən məhkəmə-prosedur silsiləsindən qaynaqlanmışdır. Hazırda MPM-nin 402.2-ci maddəsinin məcburi tələbini yerinə yetirmək və hüquqlarının Ali Məhkəmədə peşəkar səviyyədə müdafiəsini təşkil etmək məqsədilə öz hesabına vəkil tutmuş və vəkil orderi əlavə edilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi) Rəhman Muradov və Əkrəm Qəhrəmanov) apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı İddiaçı, nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmiş, qətnamədən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin iddiaçı İddiaçı münasibətdə bərpa edilməsindən imtina edilərək kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Bundan sonra iddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermiş, apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı apellyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bununla da, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd edilən hallar buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü hal hesab edilə bilməz. Belə ki, şəxsin şikayət vermək hüququ qətnaməni aldığı vaxtdan hesab olunur ki, iş materialları ilə də iddiaçının qətnaməni əldə etməsi vaxtı müəyyən olunmaqdadır. Üzürlü səbəb şəxsin müəyyən vəziyyətlərə görə məsələn ağır xəstəlik, köməksiz vəziyyət və sair hallara əsasən müəyyən edilir ki, qeyd olunan hallara əsasən şəxs öz hüquqlarını qanunla müəyyən edilmiş müddətdə öz iradəsindən asılı olmayan və ya çətinlik yaradan hallara görə həyata keçirə bilmir. İddiaçı isə prosessual müddətin bərpasına dair ərizəsində qeyd edilən hallarla bağlı hər hansı bir arqument irəli sürməmişdir. İddiaçı vəkillə təmin olunması barədə ərizəsinin təmin edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığı halda, bilərəkdən müddəti uzadaraq qərardaddan şikayət vermişdir ki, həmin dövr ərzində müddətin ötürülməsi üzrlü hal hesab edilə bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.3, 10-1.7, 130.1, 130.2, 130.3, 133, 405, 405.0.1, 408.1.4, 409, 402.2, 402.2.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

18. Qərardaddan iddiaçı İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa olunması və iş üzrə kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Ali Məhkəmənin icraatına qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesinin uzadılması meylliyi olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının guya prosessual müddəti qəsdən uzatdığı barədə qənaəti işin faktiki halları ilə təsdiq olunmur.

20. İş materiallarından görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından narazı qaldığı andan etibarən hüquqlarının müdafiəsi üçün ardıcıl və fasiləsiz tədbirlər görmüşdür. O, qanunla müəyyən edilmiş müddətdə dövlət hesabına vəkillə təmin olunması barədə məhkəməyə müraciət etmiş, maddi vəziyyətini təsdiq edən sənədləri təqdim etmiş, eyni zamanda Vəkillər Kollegiyasına müraciət etmişdir. Ona izah edilmişdir ki, dövlət hesabına vəkil yalnız apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadı əsasında təyin edilə bilər. Lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Bundan sonra, iddiaçı hüquqlarını itirməmək məqsədilə fərdi qaydada kassasiya şikayətləri təqdim etsə də, MPM-in 402.2-ci maddəsinin imperativ tələbinə əsasən kassasiya instansiyasında vəkil iştirakının məcburi olması səbəbindən həmin şikayətlər geri qaytarılmışdır. Beləliklə, iş materiallarında əks olunan xronologiya iddiaçının hüquqi fəaliyyətsizliyini və ya prosessual hüquqlardan sui-istifadə etdiyini deyil, əksinə, qanunla müəyyən olunmuş müddət ərzində hüquqlarını müdafiə etmək üçün davamlı və vicdanlı cəhdlər göstərdiyini təsdiq edir. Müddətin ötürülməsi onun laqeyd davranışından deyil, dövlət hesabına hüquqi yardım göstərilməsi barədə müraciətə baxılması, həmin müraciətin rədd edilməsi və vəkil olmadan təqdim edilmiş kassasiya şikayətlərinin prosessual əsaslarla geri qaytarılması nəticəsində yaranmış obyektiv hallardan irəli gəlmişdir.

21. İddiaçı dövlət hesabına vəkillə təmin edilməyəcəyini dəqiqləşdirdikdən sonra ağır maddi vəziyyətinə baxmayaraq borc vəsaiti hesabına vəkil cəlb etmiş və vəkil işə qoşulduqdan dərhal sonra müddətin bərpası barədə ərizə ilə birlikdə kassasiya şikayətini təqdim etmişdir. Bu isə onun prosessual hüquqlarını həyata keçirmək niyyətində olduğunu, gecikmənin isə iradəsindən kənar obyektiv səbəblərlə bağlı baş verdiyini bir daha təsdiq edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

22. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

23. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

24. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

25. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

26. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

27. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

28. Maddə 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

31. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

32. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

35. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İddiaçı İddiaçı nümayəndəsi və vəkil Vəkil apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

42. Qeyd olunmalıdır ki, iddiaçı (vəkili Vəkil) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qaldığı andan etibarən hüquqlarının müdafiəsi üçün ardıcıl və fasiləsiz tədbirlər görməsi, qanunla müəyyən edilmiş müddətdə dövlət hesabına vəkillə təmin olunması barədə məhkəməyə müraciət etməsi, maddi vəziyyətini təsdiq edən sənədləri təqdim etməsi, eyni zamanda Vəkillər Kollegiyasına müraciət etməsi, ona dövlət hesabına vəkilin yalnız apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadı əsasında təyin edilə bilməsinin izah olunması, lakin məhkəmənin həmin vəsatətini təmin etməməsi ilə əsaslandırmışdır.

43. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının ərizəsində qeyd edilən hallar buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü hal hesab edilə bilməz. Belə ki, şəxsin şikayət vermək hüququ qətnaməni aldığı vaxtdan hesab olunur ki, iş materialları ilə də iddiaçının qətnaməni əldə etməsi vaxtı müəyyən olunmaqdadır. Üzürlü səbəb şəxsin müəyyən vəziyyətlərə görə məsələn ağır xəstəlik, köməksiz vəziyyət və sair hallara əsasən müəyyən edilir ki, qeyd olunan hallara əsasən şəxs öz hüquqlarını qanunla müəyyən edilmiş müddətdə öz iradəsindən asılı olmayan və ya çətinlik yaradan hallara görə həyata keçirə bilmir. İddiaçı isə prosessual müddətin bərpasına dair ərizəsində qeyd edilən hallarla bağlı hər hansı bir arqument irəli sürməmişdir. İddiaçı vəkillə təmin olunması barədə ərizəsinin təmin edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığı halda, bilərəkdən müddəti uzadaraq qərardaddan şikayət vermişdir ki, həmin dövr ərzində müddətin ötürülməsi üzrlü hal hesab edilə bilməz.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənara çıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

45. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

46. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

48. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). İddiaçı İddiaçı (vəkili Vəkil) isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin qəbul edilməsindən 3 ay 18 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.

49. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar