Məhkəmə qərarları › İş №2(1-8)-2238/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-2238/2026

18.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2238/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, prosessual müddətin ötməsi, müddətin bərpası barədə vəsatət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “cavabdehin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-**)-**/**** nömrəli 2026-cı il ## #### tarixli qərardadından cavabdeh Cavabdeh kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçılar iddiaçı2 və iddiaçı1 ## ######## 2025-ci ildə cavabdeh Cavabdeh qarşı “cavabdehin qərəzli hərəkətlərinə son qoyulması” tələbi barədə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər.

2. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçıların ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 105.8 kv.m olan fərdi yaşayış evindən iddiaçıların əmlaklarına daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş cavabdeh Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri qət olunmuşdur. (hakim Zərifə Məmmədova)

3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, 2(3-10) **/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş həmin apellyasiya şikayəti təmin edilməmişdir. (hakimlər Zülfüqar Sadiqov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov, Əyyub Kərimov)

5. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi cavabdeh Cavabdeh elektron məhkəmə sistemində olan kabinetinə # ##### 2026-cı il tarixində yerləşdirilmişdir.

6. Cavabdeh Cavabdeh tərəfindən verilən kassasiya şikayəti ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur.

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-**)-**/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Zülfüqar Sadiqov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov, Taleh Musayev)

8. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materialları və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan məlumatlarla əsasən cavabdeh Cavabdeh da iştirakı ilə keçirilən məhkəmə iclasında qəbul edilmiş ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnamənin tam mətni ## ##### 2026-cı ildə həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək, imzalanmış və cavabdehə bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır (bunu təsdiq edən elektron bildiriş çap edilərək, iş materiallarına əlavə olunmuşdur, iş vərəqi: 120-135).

9. Qətnamədən cavabdeh tərəfindən verilmiş hazırkı kassasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yalnız ## #### 2026-cı ildə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Həmçinin şikayətlə birlikdə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət də verilməmişdir. Halbuki, cavabdeh qətnaməni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ## ##### 2026-cı il tarixdə almış olduğu üçün, həmin qətnamədən kassasiya şikayətini də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ## #### 2026-cı il tarixinədək verməli idi (aylarla hesablanan müddət - müddətin müvafiq son ayında və günündə qurtarır).

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müddət ötürülməklə verilmiş kassasiya şikayəti ilə birlikdə müvafiq qaydada “ötürülmüş prosessual müddətin bərpa olunması” barədə vəsatət verilməli və müddətin ötürülməsinin üzrlü olmasını sübut edən sənədlər təqdim edilməlidir.

11. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırkı kassasiya şikayətinin 4.3cü yarımbəndində şikayət olunan qətnamənin alınma tarixi kimi “##.##.2026 cı il” tarixinin göstərilməsi işin bununla bağlı konkret hallarının təhrif olunmasıdır. Çünki cavabdehə məhkəmə qətnaməsi poçt vasitəsi ilə deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə ## ##### 2026 cı ildə yerləşdirilməklə, rəsmi qaydada təqdim edilmişdir.

12. Apellyasiya instansiyası bildirmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi tərəfə rəsmi qaydada verildikdən sonra 2 (iki) ay müddətində kassasiya şikayəti verilməli olmasına baxmayaraq, ## ##### 2026-cı il tarixdə rəsmi qaydada təqdim olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş hazırkı kassasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə ## #### 2026-cı ildə təqdim edilmişdir. Lakin həmin kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsinə baxmayaraq, şikayətçi tərəfindən Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayəti ilə birlikdə məhkəməyə “buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsi” üçün müvafiq vəsatət verilməmiş və buraxılan müddətin üzürlü olmasını təsdiq edən sübutlar (sənədlər) məhkəməyə təqdim edilməmişdir.

13. Buna görə də, cavabdeh tərəfindən verilmiş hazırkı kassasiya şikayəti geri qaytarılmalıdır.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 135.3-135.7, 405.0.1, 407.1.4 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh Cavabdeh (vəkil Vəkil/Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətə əlavə olunmuş bildirişdən görünür ki, məhkəmənin qətnaməsi elektron məhkəmə sisteminə ##.##.2026-cı il tarixdə saat 19:11-də yerləşdirilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə 2 aylıq müddət ötürülmədən 10 iyun tarixində verilmişdir. Məhkəmə isə qətnamənin tam mətninin 01 aprel tarixində imzalandığını iddia etsə də, məhkəmə sistemi tərəfindən göndərilmiş bildiriş qətnamənin 12 aprel tarixində yükləndiyini və şikayət müddətinin ötmədiyini təsdiq edir. Məhkəmənin qeyd etdiyi 01 aprel tarixində isə heç bir qətnamə sistemə yüklənməmişdir. Odur ki, məhkəmənin qəbul etmiş olduğu qərardad əsassız olduğundan ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz daxil olmuşdur Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

19. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərardadının ləğvi xahiş edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qeyri-mümkün sayarkən şikayətin prosessual müddət ötürülməklə verilməsinə, müddətin bərpası barədə vəsatətin olmamasına istinad etmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsaslı hesab edir.

23. Prosessual qanunvericiliyin tələbinə görə şikayətin kassasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir. Bu əsaslara həmçinin şikayətin prosessual müddət daxilində verilməsidir.

24. Işdən görünür ki, cavabdeh şikayəti prosessual müddəti ötürməklə vermiş, eyni zamanda müddətin bərpası barədə ərizə də verməmişdir.

25. Məhkəmə kollegiyası diqqətə çatdırır edir ki, məhkəmə aktlarından şikayət verilməsi hüququ konstitusion hüquq olsa da, bu hüquq mütləq deyil, müəyyən hüquqi qaydalarla məhdudlaşa bilər və prosessual qanunvericilik bu qaydanı dəqiq müəyyən etmişdir. Eyni zamanda bu məhdudlaşmaların da aradan qaldırılması üçün prosessual imkanlar var, şikayət verən həmin prosessual imkanlardan istifadə etməklə, nöqsanları aradan qaldırıb yenidən şikayətlə müraciət edə bilər.

26. Qeyd edildiyi kimi, prosessual qanunvericilik şikayətin prosessual müddəti ötürüləndən sonra verilməsi halında həmin müddətin bərpa olunması mümkünlüyü də nəzərə tutmuş və bunun üçün müraciət edən şəxsin üzərinə bu barədə vəsatət vermə öhdəliyini də qoymuşdur. Lakin işdən görünür ki, cavabdeh bu imkandan istifadə etməmiş, müddətin bərpası barədə vəsatət verməmişdir.

27. Belə olan halda da, məhkəmə kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni prosessual qanunvericiliyə uyğun sayır.

28. Cavabdehin “məhkəmə qətnaməsinin elektron məhkəmə sisteminə ##.##.2026-cı il tarixdə saat 19:11-də yerləşdirilməsi və bunun təsdiqi kimi müvafiq bildirişin hazırki kassasiya şikayətinə əlavə edilməsi” barədə şikayətin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, əvvəla cavabdeh məhkəmə qətnaməsinin elektron məhkəmə sisteminə ##.##.2026-cı il tarixdə saat 19:11-də yerləşdirilməsinin təsdiqi kimi müvafiq bildirişi hazırki kassasiya şikayətinə əlavə etdiyini bildirsə də, belə bir bildiriş şikayətə əlavə edilməyib.

29. Bundan əlavə, “AZEMIS” elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, mübahisələndirilən məhkəmə qətnaməsi ##.##.2026-cı il tarixdə, saat 16:45-də cavabdeh Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir.

30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-**)-**/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar