Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2241/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3192 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 12987 manat pulun, hüquqi xidmət haqqına ödəmiş olduğu 600 manat pulun və dövlət rüsumuna ödədiyi 155 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Goranboy Rayon Məhkəməsinin 2(045)- ***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə 12987 manat məbləğində borc pul, hüquqi xidmət haqqına ödənilmiş 600 manat vəsait və ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı Cavabdeh xeyrinə 10877 manat məbləğində borc pulun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı ilə qətnamədən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
6. Bundan sonra, iddiaçı tərəfindən ## #### 2026-ci il tarixdə yenidən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmişdir.
7. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ilk dəfə verilmiş kassasiya şikayəti vəkilin orderi əlavə olunmadığı üçün geri qaytarılmışdır. Ilk dəfə verilmiş kassasiya şikayəti müddət daxilində təqdim olunmuşdur. Lakin texniki səbəbdən və diqqətsizlikdən vəkilin orderi şikayətə əlavə olunmamışdır. Eyni zamanda şikayətin geri qaytarılması barədə qərardad iddiaçıya gec çatdırıldığından kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət ötürülmüşdür.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə ## ###### 2026-cı il tarixli qətnamədən kassasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçı İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ## ###### 2026-cı il tarixdə iddiaçının “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemində yerləşən elektron kabinetinə yerləşdirilmişdir.
10. Iddiaçı həmin qətnamədən ilk dəfə ## ### 2026-cı il tarixdə kassasiya şikayəti vermiş və kassasiya şikayəti ## ### 2026-cı il tarixli qərardadı ilə vəkil tərəfindən imzalanmadığı üçün geri qaytarılmışdır. Iddiaçı ilk dəfə kassasiya şikayəti verərkən də prosessual müddəti ötürmüşdür.
11. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir.
12. Belə ki, müddətin bərpası yalnız buraxılma üçün üzrlü səbəblər olduqda mümkündür. Üzrlü səbəblər dedikdə tərəfin iradəsindən asılı olmayan, qarşısıalınmaz qüvvə(forsmajor) halları, ağır xəstəlik, təbii fəlakət və digər obyektiv maneələr nəzərdə tutulur. Kassasiya şikayətinin düzgün tərtib edilməsi və prosessual tələblərə uyğun hazırlanması birbaşa olaraq şikayət verən tərəfin və onun nümayəndəsinin(vəkilinin) vəzifəsidir. Tərəfin öz öhdəliklərini yerinə yetirməməsi və prosessual sənəddə yol verilmiş nöqsanlar nəticəsində şikayətin geri qaytarılması “üzrlü səbəb” sayıla bilməz.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 408.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilmə və kassasiya şikayətinin iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işdə olan sübutları və işin faktiki hallarını düzgün qiymətləndirilməmişdir. Ilk kassasiya şikayətinin geri qaytarılması barədə məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı iddiaçıya vaxtında və rəsmi qaydada çatdırılmamışdır. Qərardadın gec çatdırılması səbəbindən nöqsanları dərhal aradan qaldırmaq və yenidən şikayət vermək imkanı obyektiv olaraq məhdudlaşmışdır. Bu hal iddiaçının iradəsindən kənar bir maneə olduğundan, MPM-nin 133.1-ci maddəsinə əsasən müddətin buraxılmasının üzrlü səbəbi kimi tanınmalı və ötürülmüş müddət bərpa edilməli idi. Məhkəmənin bu vəziyyəti "üzrlü səbəb sayılmır" deyərək rədd etməsi formal yanaşmadır və vətəndaşın konstitusion məhkəmə təminatı hüququnu pozur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
18. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
19. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya məhkəməsi haqlı olaraq kassasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina etmişdir, iddiaçının dəlilləri müddətin üzrlü səbəblərdən ötürülməsinə əsas vermir, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət qətnamənin onun elektron kabinetində yerləşdirildiyi tarixdən hesablanmalıdır. Tərəfin öz prosessual vəzifələrini yerinə yetirməməsi və prosessual sənəddə yol verilmiş nöqsanlar nəticəsində şikayətin geri qaytarılması ilə bağlı müddətin keçməsi müddətin üzrlü səbəblərdən ötürülməsi hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.