Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-278/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı "cavabdehlərin və onlara məxsus əşyaların əmlak kompleksindən çıxarılması və binanın boşaldılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. xxxx publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi Idarəsinin arayışında qeyd olunur ki, Şamaxı rayonu, Mərzəndiyə kəndində (Şamaxı rayonu, Pirsaat yaşayış massivi) yerləşən Təmir-Tikinti Idarəsinə məxsus olmuş əmlak kompleksi kimi müəssisə hərracın nəticələri haqqında Y*** saylı protokol və Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsi əsasında, ##.##.2018-ci il tarixli, 2918000996 qeydiyyat nömrə ilə “xxxx” ASC-nin mülkiyyətinə verilmişdir. Sonradan Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş 4Ə-**** reyestr nömrəli ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, həmin əmlak kompleksi kimi müəssisə “xxxx” ASC adından özgəninkiləşdirilərək, “xxxx” MMC-nin adına keçmiş və hazırda da mülkiyyətindədir.
2. Şamaxı rayonu, Mərzəndiyə kəndində 0,1664 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1687,5 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət növündə 2923014950 qeydiyyat nömrəsi ilə ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində “xxxx” MMC-nin adına qeydə alınmışdır.
3. Şamaxı Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilir ki, Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədinə əsasən, Şamaxı rayonu, Pirsaat yaşayış massivində yerləşən, ümumi sahəsi 1687,5 kv.m olan qeyri-yaşayış sahəsi borclu X1 tərəfindən boşaldılmalıdır. ##.##.2024-cü il tarixdə Şamaxı rayonu, Pirsaat yaşayış massivində yerləşən, texniki pasportda daş bina kimi göstərilmiş sahəyə baxış keçirilmişdir. Baxış zamanı, orada icra sənədində borclu olan X1 deyil, cavabdeh1, cavabdeh6, cavabdeh2, cavabdeh4, cavabdeh3 yaşadığı müəyyən olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı “xxxx” MMC cavabdehlər cavabdeh1, cavabdeh6, cavabdeh4, cavabdeh3, cavabdeh7, cavabdeh5 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlara aid əşyaların Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən iddiaçı “xxxx” MMC-yə məxsus əmlak kompleksindən çıxarılması, binanın tam boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, hərrac komissiyasının qərarı ilə “xxxx” MMC Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən “xxxx”a məxsus əmlak kompleksini almışdır. Həmin əmlak ##.##.2023-cü il tarixdə 410011002353-12301 reyestr qeydiyyat nömrəsi və 2923014950 qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. Bina onlara təhvil verilən zaman, həmin qeyri-yaşayış sahəsinə daxil olanda, orada iki nəfərin, cavabdeh5 və cavabdeh7 olduğunu görmüşlər. Həmin şəxslər bildirmişlər ki, onların qızı və uşaqları həmin binada yaşayır və hazırda onlara məxsus əmlaklar da orada yerləşir. Həmin kompleksdə tikilidən başqa, onlara aid hər hansı əşya yoxdur. Kompleksdə olan əşyalar cavabdehlərə məxsusdur. Onlar cavabdehlərdən əmlakı boşaltmağı tələb etmiş, hətta rəsmi olaraq məktub da göndərmişlər. Lakin cavabdehlər onlara məxsus əmlak kompleksindən çıxmaq istəmirlər.
6. Məhkəmə iclasında cavabdehlər cavabdeh2, cavabdeh7, cavabdeh5 və onun nümayəndəsi - vəkil vəkil2 iddia tələbini əsassız hesab edərək, rədd olunmasını xahiş etmişlər.
7. Şamaxı Rayon Məhkəməsinin # ### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qərardadı ilə iddia ərizəsi üzrə mülki işə cavabdeh cavabdeh3 aid hissədə xitam verilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/** nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi Idarəsinin mütəxəssis rəyinə əsasən, iddiaçı “xxxx” MMC-yə məxsus əmlak kompleksinə verilmiş reyestr nömrəsi 410011002353-12301 çıxarışda qeyd edilmiş 0.1664 ha torpaq sahəsi tikintilərin altında olan torpaq sahəsidir. Ərazi Idarəsində mövcud olan elektron baza məlumatlarına əsasən, “xxxx” MMC-yə məxsus əmlak kompleksi onun mülkiyyətinə verilmiş Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən texniki pasportda göstərilən 0.1664 ha tikintialtı torpaq sahəsinin üzərində yerləşir. Iddiaçı “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən tikintilərin altında olan 0.1664 ha torpaq sahəsində cavabdehlərin yaşayış evi kimi istifadə etdikləri tikili mövcuddur. Həmin tikili “xxxx” MMC-yə məxsus əmlak kompleksinə verilmiş texniki pasportda “C” tikilisi kimi qeyd edilmişdir.
9. Şamaxı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh1, cavabdeh6, cavabdeh4, cavabdeh7, cavabdeh5, cavabdeh2 və onlara aid əşyaların iddiaçı “xxxx” MMC-yə məxsus Şamaxı rayonu Mərzəndiyə kəndində 0,1664 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 1687,5 kv.m olan əmlak kompleksindən çıxarılması, həmin əmlak kompleksinin boşaldılaraq iddiaçı “xxxx” MMC-yə təhvil verilməsi, cavabdehlər cavabdeh1, cavabdeh6, cavabdeh4, cavabdeh7, cavabdeh5 və cavabdeh2 müştərək qaydada 100 manat məbləğində ekspertiza xərcinin tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva). Məhkəmə hesab etmişdir ki, cavabdehlərin sahibləndiyi iddiaçıya məxsus qeyriyaşayış10. sahəsinə köçüb yaşaması üçün hüquqi əsas olmadığından, həmin sahə onların qanunsuz sahibliyindədir və bu hal iddiaçının həmin əmlaka dair mülkiyyət hüququna müdaxilə sayıldığından, iddiaçının cavabdehlərdən qanunsuz sahibləndikləri sahəni geri tələb etmək hüququ vardır. Odur ki, iddia təmin edilməli, cavabdehlər cavabdeh1, cavabdeh6, cavabdeh4, cavabdeh7, cavabdeh5, cavabdeh2 və onlara aid əşyalar iddiaçı “xxxx” MMC-yə məxsus Şamaxı rayonu Mərzəndiyə kəndində 0,1664 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 1687,5 kv.m. olan əmlak kompleksindən çıxarılmalı, həmin əmlak kompleksi boşaldılaraq, iddiaçı “xxxx” MMC-yə təhvil verilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 139.1, 146.2, 152.1, 152.5 və 157.2-cı maddələrinə, “Insan Hüquqlarının və X5 haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, “Insan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 216-220 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh cavabdeh5 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddianın təmin olunması qənaətinə gəlmək üçün öz qətnaməsində ##.##.2025-ci il tarixli **/** nömrəli ekspert rəyinə, hüquqların dövlət qeydiyyatı haqqında ##.##.2023-cü il tarixli Çıxarışa, DƏDKRPHŞ-nin ** saylı Şamaxı Ərazi Idarəsinin arayışına istinad etmişdir. Halbuki, məhkəmə aşağıda göstərilənlərin heç birini nəzərə almayıb. Üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı əmlakın tərkib hissəsi kimi göstərilən tikili, artıq 30 ildən çoxdur ki, onun və onun ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. “xxxx” MMC tərəfindən məhkəmədə iddia qaldırılanadək, cavabdehlər həmin əmlakın hüquqi statusundan, yəni həmin əmlak üzərində başqa şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından tamamilə məlumatsız olmuşlar. Ümumiyyətlə, nə əmlakın hərracdan satılması, nə də əmlak üzərində hüquqların qeydiyyatı prosesində aidiyyatı qurumlar tərəfindən əmlaka yerində baxış keçirilməmiş, cavabdehlər heç bir proses barəsində məlumatlandırılmamışlar. Iş materiallarından da göründüyü kimi, Şamaxı Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)***/**** saylı qətnaməsinin icrası məqsədi ilə mübahisə predmeti olan əmlaka icra məmurları tərəfindən gedilmiş, lakin icra işi üzrə borclu olan X1 həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Qeyd edilən icra işi üzrə məhkəmə qətnaməsinin verilməsinə əsas isə Mələk Piriyevanın “xxxx” ASC-dən kredit götürməsi olmuşdur. Yəni, həmin proseslərdə hazırkı iş üzrə cavabdehlər iştirak etməmişdir. Hazırkı apellyasiya şikayətinə qoşaraq məhkəməyə təqdim etdiyi Şamaxı rayonu Sabir Bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** nömrəli arayışından da görünür ki, Pirsaat qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsi cavabdehlərdən cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Azərbaycan Mərkəzi Kooperativ Ittifaqı “Azərittifaq” Şamaxı Rayonu Kooperativlər Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** saylı arayışdan görünür ki, cavabdehlərin hazırda yaşadıqları Pirsaat ərazisində yerləşən 83 kv.m olan bina 1980-1990-cı illərdə Şamaxı rayon Kooperativ Cəmiyyətinin balansında olmuşdur və kiçik ticarət obyekti kimi fəaliyyət göstərmişdir. Apellyasiya şikayətinə qoşaraq təqdim etdiyi ##.##.2007-ci il tarixində Şamaxı rayon Icra Hakimiyyəti Başçısının Sabir Qəsəbə üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan da göründüyü kimi, o, ##.##.2001-ci ildən 3 övladı ilə birlikdə mübahisəli tikilidə yaşayır və həmin tikili Şamaxı Tikinti Trestinin rəhbəri və Əmlak Komitəsinin nümayəndələri tərəfindən təhvil verilib, cavabdeh1 həm atası, həm də anası 9-18 il müddətinə Şamaxı Tikinti Trestində işləmişlər. Təəssüflər olsun ki, işə baxan birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamış və hüquqi qiymət verməmişdir. Iş üzrə keçirilmiş ekspertiza rəyinin obyektivliyinə və doğruluğuna kifayət qədər şübhələri olduğuna görə, məhkəmədə vəsatət qaldıraraq, iş üzrə təkrar ekspertiza keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə heç bir əsaslı səbəb olmadan vəsatətini təmin etməmişdir. Belə ki, iş üzrə mötəbər və obyektiv ekspertiza rəyinin verilməsi üçün ekspert tərəfindən mübahisə predmeti olan əraziyə yerində baxış keçirilməsi zəruri olduğu halda, ekspert əraziyə getməmiş, tərəflərdən lazımi məlumatları əldə etməmiş, ərazi ilə yerində tanış olmamışdır. Bunları etmədiyi halda rəyinin mötəbərliyini əsaslandırması üçün ekspertin məhkəmə iclasına çağırılması barədə vəsatəti də məhkəmə təmin etməmiş və bunun səbəblərini əsaslandırmamışdır. Bununla da, məhkəmə həqiqətə nail olmaq üçün işin tam, hərtərəfli və obyektiv araşdırılmasına və həqiqətə nail olunmasına şərait yaratmamışdır.
14. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən daxil olmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, şikayətçi şikayətini əsaslandırarkən məhkəmə tərəfindən maddi (Mülki Məcəllənin 158-ci maddəsi) və prosessual (MPM-nin 14.1-ci maddəsi) normaların pozulduğunu iddia edir. Şikayətçinin qənaətinə görə cavabdehlər özlərini mülkiyyətçi olmayan, lakin əmlakdan istifadə hüququ olan şəxslər hesab edirlər və bu mənada onların əmlak hüquqlarının da qorunmasının zəruriliyini göstərməyə cəhd edirlər. Lakin bu qəbuledilməz bir arqumentdir. Mülki Məcəllənin 158.1.2-ci maddəsi özündə əmlakdan qanuni istifadəni ehtiva edir. Məsələn, kirayə müqaviləsi, icarə müqaviləsi və s. qanuni əsasdan yaranan istifadə hüquqları nəzərdə tutulur. Əmlaka qanunsuz sahiblənərək həmin əmlakdan qanunsuz istifadə 158-ci maddədə göstərilən əmlakdan istifadə hüquqları yarada bilməz. Apellyasiya şikayətində göstərilən arqumentlərdən biri də cavabdehlərin uzun illər həmin binada yaşamaları, binanın özəlləşməsi, hərraca çıxarılmasından onların məlumatlandırılmaması, hərracın düzgün olmaması barədə göstərmək istədiyi arqumentlər də əsassızdır. Birinci növbədə bu hazırkı məhkəmə mübahisəsinin predmeti deyil. Digər tərəfdən, hərracın keçirilməsi barədə qərar hərrac keçirilməsindən bir ay qabaq “Mülkiyyət” qəzetində dərc olunur. Istəsəydilər, vaxtında bunu mübahisələndirə bilərdilər və ya hərracda iştirak edə bilərdilər. Şikayətdə Mülki prosessual məcəllənin 14.1-ci maddəsinin tələblərinin pozulduğu göstərilir. Bunu onunla əsaslandırmağa çalışır ki, məhkəmə təkrar ekspertiza keçirilməsinə dair vəsatətlərini təmin etməmişdir. Qeyd etmək istəyir ki, bu vəsatət əsassız bir vəsatətdir, o, məhkəmə icraatını qəsdən yubatmaya istiqamətlənmiş bir vəsatətdir. Məhkəmənin hər hansı bir vəsatəti təmin etməməsi hər bir halda prosessual normaların pozulması hesab oluna bilməz. Vəsatət qanuni və əsaslı olmalıdır. Təkrar ekspertiza keçirilməsinə dair vəsatət o zaman təmin oluna bilər ki, ekspert qarşısına qoyulan suallar tam araşdırılmasın və verilən rəy ziddiyyətli olsun. Hazırkı vəziyyətdə ekspert qarşıya qoyulan sualları tam araşdırmış, açıq aydın bir nəticəyə gəlmişdir ki, iddiaçının əmlak kompleksinin texniki sənədlərində göstərilən bina naturada mübahisəli olan binadır. Digər tərəfdən əlavə bir məlumatı da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bu da cavabdehlərin həmin binada qalmalarını ümumiyyətlə qeyri-mümkün edir. Azərbaycan Respublikasının Səhiyyə nazirliyinin “xxxx” publik hüquqi şəxsin “xxxx“ MMC-yə ünvanladığı məktubunda bildirilir ki, metal dam örtüklü istehsalat müəssisəsinin sanitariya mühafizə zonası 60 metrdir. Mübahisəli bina daha yaxın məsafədə yerləşir. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, hakimlər X2 və X3 ibarət tərkibdə).
16. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdehlərin iddiaçıya məxsus əmlak kompleksini tərk etməməsi iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmaqla, mülkiyyətə müdaxilə kimi qiymətləndirilməlidir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, «Insan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 372, 384, 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh cavabdeh5 (vəkil vəkil2 Məhəmmədli oğlu) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
20. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158, Mülki Prosessual Məcəlləsinin 217, 218-ci maddələrinə istinad edilmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. «Insan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür və hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qorunmalı olması ilə bağlı gəlinmiş nəticə düzgün olmuşdur.
39. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.