Məhkəmə qərarları › İş №2(1-8)-334/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-334/2026

15.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-334/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsinin üzvü kimi birdəfəlik ödəmələri almaq hüququ ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəc i hakim), Əliyev Zaur Əli og lu və Babayev Zəki Baba og lundan ibarət tərkibdə, iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. X1 ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarabağ ərazisində erməni terrorçu dəstələrinə qarşı həyata keçirilən lokal xarakterli anti-terror əməliyyatları zamanı şəhid olmuşdur. Iddiaçılar onun valideynləri, cavabdeh isə həyat yoldaşı olmuşdur.

2. Iddiaçılar ##.##.2023-cü il tarixdə notariat qaydasında ərizə təqdim etməklə mərhumun miras əmlakından cavabdeh Cavabdeh xeyrinə imtina etmişlər.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhumun vərəsələri həyat yoldaşı və iki övladı olmuş, hər birinin mirasdan 1/3 pay hüququ müəyyən edilmişdir.

4. Mərhumun ölümü ilə əlaqədar olaraq 90954,50 manat birdəfəlik kompensasiya və 81801 manat sığorta ödənişi cavabdehə ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı 72.800 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi barədə məhkəmədən qərar qəbul edilməsini xahiş etmişlər.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların övladı X1 19–## ######## 2023cü il tarixlərində keçirilmiş antiterror əməliyyatları zamanı şəhid olmuş, bundan sonra onun ailə üzvləri, o cümlədən iddiaçılar və cavabdeh şəhid ailəsi üzvü kimi tanınmışdır. Vərəsələr arasında notariat qaydasında razılaşma əldə edilərək miras əmlak və müavinətlərin bölüşdürülməsi nəzərdə tutulsa da, cavabdeh Cavabdeh şəhid ailəsi üçün nəzərdə tutulan 182.000 manat məbləğində birdəfəlik ödənişi almış və həmin vəsaiti iddiaçılarla bölüşməmişdir. Iddiaçılar hesab edirlər ki, bu ödənişlər şəhidin bütün ailə üzvlərinə şamil olunan sosial dəstək xarakteri daşıdığından, cavabdeh tərəfindən onların payının verilməməsi qanunsuzdur və buna görə də müvafiq məbləğin tutulub onlara ödənilməsi tələb olunur.

7. Cavabdehin nümayəndəsi və vəkili yazılı etirazında bildirmişdir ki, iddiaçıların pul tələbi əsassızdır. Belə ki, mübahisə olunan vəsait qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququnu təsdiq edən sənəd əsasında cavabdeh tərəfindən alınmış sığorta ödənişidir və yalnız vərəsələrə şamil olunur. Cavabdeh şəhidin varisi kimi həmin vəsaiti qanuni əsaslarla əldə etmişdir. Həmçinin, iddiaçıların mirasdan imtina ərizəsi məhkəmələr tərəfindən etibarsız hesab edilməmişdir. Bu səbəbdən cavabdeh tərəf iddianın rədd olunmasını xahiş etmişdir.

8. Xətai Rayon Məhkəməsinin iş üzrə # ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 34551,10 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı iddiaçı1, 34551,10 manat məbləğində pul vəsaiti isə iddiaçı2 ödənilməsi qət edilmişdir (Hakim-Əminə Abbasova).

9. Birinci instansiya məhkəməsi öz mövqeyinin əsaslandırarkən qeyd etmişdir ki, şəhidin ölümü ilə əlaqədar ödənilən sığorta haqqı və birdəfəlik kompensasiya miras əmlak hesab olunmur, bu ödənişlər şəhidin bütün ailə üzvlərinin sosial müdafiəsinə yönəldiyindən onlar arasında bölüşdürülməlidir. Iddiaçıların miras əmlakdan imtina etməsi onların şəhid ailəsi üzvü kimi bu ödənişlərdən pay almaq hüququnu aradan qaldırmır. 10.Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən alınmış ümumi vəsait 172.755,50 manat təşkil edir və iddiaçılar həmin məbləğdən pay tələb etməkdə haqlıdırlar. Bu səbəbdən məhkəmə iddianı qismən təmin edərək hər bir iddiaçıya 34.551,10 manat məbləğində pulun cavabdehdən tutulub ödənilməsi barədə qənaətə gəlmişdir. 11.Məhkəmə öz mövqeyini “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq müddəalarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Qərara, habelə Konstitusiya Məhkəməsi Plenumunun sığorta ödənişlərinin hüquqi təbiətinə dair şərhinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta ödənişi qanunvericiliyə uyğun olaraq yalnız vərəsəlik hüququnu təsdiq edən sənəd əsasında vərəsələrə ödənilməlidir və cavabdeh də şəhidin qanuni varisi kimi həmin vəsaiti hüquqi əsaslarla əldə etmişdir. Iddiaçılar tərəfindən mirasdan imtina barədə verilmiş ərizələrin etibarsız sayılması ilə bağlı tələblər məhkəmələr tərəfindən rədd edildiyindən, onların pul tələbi əsassızdır və bu səbəbdən iddia təmin edilməməli idi. 14.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, # ###### 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (Hakimlər - Kazımov Elşən (sədrlik edən və məruzəçi), Şirinov Ikram və Cəfərov Namiqdən ibarət tərkibdə). 15.Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və əsaslı nəticəyə gəlmişdir. 16.Məhkəmə qeyd etmişdir ki, şəhidin ölümü ilə bağlı ödənilən sığorta və kompensasiya məbləğləri miras əmlak sayılmasa da, şəhid ailəsinin bütün üzvlərinə aid olub və iddiaçıların mirasdan imtina etməsi onların bu ödənişlərdən pay almaq hüququnu aradan qaldırmır. Buna görə də iddiaçılar həmin vəsaitdən pay tələb etməkdə haqlıdırlar və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0, 384.0.1 və 385.2-ci maddələrinə, habelə apellyasiya icraatında sübutların qiymətləndirilməsi və məhkəmə aktının yoxlanılmasının hədləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərardadında formalaşdırılmış hüquqi mövqeyinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinin tələbinə uyğun olaraq sığorta ödənişi yalnız vərəsəlik hüququnu təsdiq edən şəhadətnamə əsasında vərəsələrə ödənildiyindən, cavabdeh Cavabdeh həmin sənədi əldə etməklə səlahiyyətli orqandan ödənişi qanuni əsasla alması birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən düzgün qiymətləndirilməmişdir. Şikayətdə həmçinin iddiaçılar tərəfindən tələb olunan məbləğin tamlığının sığorta ödənişinə aid olmadığı, onun bir hissəsinin (81801 manat) sığorta ödənişi, digər hissəsinin isə (90954 manat) Daxili Işlər Nazirliyi tərəfindən ailəyə ayrılmış əmək haqqı xarakterli kompensasiya olduğu, bu vəsaitlərin hüquqi təbiətinin fərqli olması səbəbindən vahid bölgü predmeti kimi nəzərə alınmasının maddi hüquq normalarına zidd olduğu vurğulanır. Eyni zamanda iddiaçıların mirasdan imtina ərizələrinin məhkəmə qaydasında etibarsız sayılmaması faktı da onların tələbinin əsassızlığını təsdiq edən mühüm hal kimi göstərilir və bu əsaslarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam rədd olunması tələb edilir. Həmçinin göstərilmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.2 və 217.3cü 20. maddələrinin tələblərinə uyğun çıxarılmamış, yəni qanuni və əsaslı olmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə müəyyən edilmiş faktiki hallar və tərəflərin qarşılıqlı münasibətləri ilə uzlaşdırılmadan, habelə sübutların hərtərəfli, tam və obyektiv qiymətləndirilməsi aparılmadan qəbul edilmişdir. Şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına və təqdim edilmiş sübutlara istinad etmədən ümumi və formal mülahizələrə əsaslanmış, bu isə Ali Məhkəmə Plenumunun, Konstitusiya Məhkəməsinin və Avropa Insan Hüquqları Məhkəməsinin qərarlarında təsbit olunmuş məhkəmə aktlarının əsaslandırılması, sübutların qiymətləndirilməsi və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə zidd olmuşdur. Buna görə də, qəbul edilmiş məhkəmə aktları ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnmiş və kassasiya qaydasında ləğv edilməlidir.

21. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olduğundan, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə iddia tələbi rədd edilməklə yeni qərar qəbul edilməli və ya iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. iddiaçı2 və iddiaçı1 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək iddia ərizəsinin dəlillərinə və işin faktiki hallarına istinad edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildi 24.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 25.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu:

26. Maddə 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri;

27. Maddə 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi.

28. Maddə 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir.

29. Maddə 5. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz;

“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2000-ci il tarixli qərarı

30. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş "(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin polis əməkdaşlarına və ya onun ailəsinə: -xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik komepensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur;

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu:

31. Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli Qərarı:

32. Bənd 1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.

33. Bənd 2. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il ######ın #-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.

Kassasiya baxışının hədləri

34.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 35.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər şəhid X1 ailə üzvləridir. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı məhkəmə tərəfindən hüquqi qiymət verilməli olan məsələ övladlarının mirasından imtina etmiş iddiaçıların onun ölümü ilə əlaqədar ödənilmiş sığorta və birdəfəlik kompensasiya ödənişinin bir hissəsini almağa hüquqları olubolmamasıdır.

38. Məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli Qərarı ilə bu məsələ ilə bağlı hüquqi şərh verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.”

39. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda şəhid X1 ailə üzvlərindən birinə onun ölümü ilə əlaqədar ödənilmiş sığorta məbləği və birdəfəlik kompensasiya miras kütləsinə daxil olan əmlak olmadığından iddiaçıların mirasdan imtinası onları şəhid ailəsi üzvü kimi həmin ödəmələrdən özlərinə çatan hissəni əldə etmək hüququndan məhrum etməmişdir.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin halları tam və obyektiv araşdırılmış, qətnamə qanuni və əsaslı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar