Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-338/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: tikilidə‐olan‐pozuntuların‐aradan‐qaldırılması‐və‐mənəvi‐ziyanın ödənilməsi,‐subyektiv‐hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “tikilidə olan pozuntuların aradan qaldırılması və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil2) və cavabdeh Cavabdeh (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətlərinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, R.Məmmədbəyov küçəsində 0,0252 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 173,8 kv.m. olan **C saylı ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına ##.##.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir.
2. Sifarişçi Cavabdeh “xxxx” MMC memarlıq-planlaşdırma bölməsi tərəfindən hazırlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanında tikilməsi üçün fərdi evin planı hazırlanmışdır.
3. Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə X2nin “tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə” ##.##.2022-ci il tarixli **** saylı göstərişinə görə, Cavabdeh məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanında tikilən fərdi yaşayış evində layihədən kənarlaşaraq tikinti-quraşdırma işləri aparılır.
4. MN ******* saylı ##.##.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ##.##.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındakı 0,03 ha torpaq sahəsində tikinti aparılan fərdi yaşayış evində tikinti dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə Azərbaycan Respublikasının FHN Tikinti Təhlükəsizliyə X2nin “tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə” ##.##.2022-ci il tarixli **** saylı göstərişinə əməl olunmadan tikinti işlərinin davam etdirildiyi üçün Cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin maddənin tələbini pozduğuna görə 300 manat cərimə edilmişdir.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, əməkdaşları tərəfindən yerində baxış zamanı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındakı 0,03 ha torpaq sahəsində ara məsafəsi saxlanılmadan 100 kv.m-ə yaxın ölçüdə 2 mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi müşahidə olunur.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 Idarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən ərazidə yanğın-texniki müayinə keçirilmiş və müraciətdə qeyd edilən tikinti işlərinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulması faktları müəyyən edilmişdir. Aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədi ilə Xidmətin 4-cü ərazi X1 idarəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə X2nə müvafiq məzmunlu məktublar ünvanlanmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı (Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, *** saylı evin həyətinə bitişik sahədə cavabdeh tərəfindən qanunsuz qaydada tikilən tikintidəki qanunsuzluqlara son qoyulması və inşa edilən binanın ölçülərinin təsdiq edilmiş layihəyə və qanunvericiliyin tələblərinə uyğun vəziyyətə gətirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanında yerləşən torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyü təsdiq edilmiş layihəyə uyğun 3,3 metr ölçülü vəziyyətə gətirilməsi və tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinə 8.000 manatın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək layihə üzrə nəzərdə tutulmuş hündürlüyü olan bina üçün lazımi bünövrə inşa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı fərdi evdə ümumi hasarı olan qonşu evin torpaq sahəsi, bu ilin mart ayının ortalarında daş hasarı ilə aralanaraq, burada onun həyətinə bitişik sahədə cavabdeh tərəfindən tikinti meydançası təşkil olundu və bina inşa edilməyə başlanıldı. Yaxın qonşu olaraq, ##.##.2022-ci il tarixində o, ondan müvafiq təsdiqləyici rəsmi sənədlərin təqdim edilməsini xahiş etdi (torpağın xxxxsi barədə, müvafiq icra hakimiyyəti orqanları ilə icazə və razılaşmaları, tikintinin layihəsi, podratçının və işçilərin tikinti işlərinə icazə verən sertifikat-lisenziyaları və s. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47-49, 51-53-cü maddələrinə uyğun qaydada). Ancaq ##.##.2022-ci il tarixində, layihə hazır olandan sonra ona cavabdeh tərəfindən təqdim olundu. Tikinti, müvafiq qaydada təsdiq olunmuş layihə olmadan və onu yerli icra hakimiyyəti orqanına təqdim etmədən başlanılıb, layihə ancaq bundan 2 ay sonra təsdiq olunub. Binanın bütün xarici və daxili ölçüləri layihədəki müvafiq göstəricilərdən köklü surətdə fərqlənir. Binanın inşası zamanı onun hündürlüyü qanunsuz qaydada xeyli böyüdülür, qonşu sahələri ilə minimal ara məsafələri isə, əksinə, qanunsuz qaydada kiçildilir - bununla da insanların həyat və sağlamlığı üçün real təhlükələr yaradılır. Binanın inşası tikinti-quraşdırılma işlərinə dair sertifikatları olmayan və müvafiq dövlət qeydiyyatı (lisenziyası) olmayan şəxslər tərəfindən həyata keçirilir.
11. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi vəkil1 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərmişdir ki, iddia tələbi tam əsassızdır. Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanında yerləşən torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyü tam qanuna uyğundur. Cavabdeh tərəfindən iddiaçıya heç bir mənəvi və maddi zərər vurulmamışdır. Tikili tikinti norma və qaydalarına uyğundur. Və qonşuların həyat və sağlamlığına heç bir təhlükə yaratmır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş edir.
12. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** saylı rəyindən görünür ki, “xxxx” MMC tərəfindən tikintiyə dair tərtib edilmiş layihə həmin tip obyektlərin layihələşdirilməsinə dair olan tələblərə uyğun tərtib olunmuşdur, lakin tikinti zamanı layihənin göstəricilərindən kənara çıxıldığı müəyyən edilmişdir. Mövcud olan uyğunsuzluqlar aşağıdakılardır: layihə üzrə tikilnin hörgüsünün hündürlüyü 3,3 metr nəzərdə tutulsa da, faktiki vəziyyətdə həmin hündürlük 5,6 metrdir; layihə üzrə mansardın yan hörgülərinin hündürlüyü 0,6 metr nəzərdə tutulsa da, faktiki vəziyyətdə bu hörgünün hündürlüyü 1,6 metrdir; layihə üzrə tikili ilə torpaq sahəsinin sərhəddinə qədər olan məsafə 1,2 metr nəzərdə tutulsa da, faktiki vəziyyətdə ara məsafəsi 1,13-1,15 metrdir; layihə üzrə tikilinin özülündə lentvari butabeton nəzərədə tutulsa da, faktiki vəziyyətdə lentvari monolit-betonu əvəz edir.
13. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli UNI/M **-***/**** saylı mütəxəssis rəyindən görünür ki, Baxış zamanı məlum olmuşdur ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində inşa edilən tikilinin hündürlüyü tamamlanmamış halda 6 metr, həmin tikilini İddiaçı məxsus torpaq sahəsindən ayıran daş hasarla ara məsafəsi 1,0 metr, hasarın hündürlüyü isə 3,2 metr təşkil edir. Məcəlləyə əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin hasarla ara məsafəsi 1,8 metrdən (6m*0.3m) çox olmalıdır. Həmçinin, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır (faktiki 3,20 metr). Beləliklə, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində tikili inşa edilən zaman Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuş, bu da gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaradır.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-**/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia qismən təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanda yerləşən torpaq sahəsində inşa edilən binanın göstəriciləri təsdiq edilmiş layihəyə uyğun vəziyyətə gətirilməsi qət olunmuşdur.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında tərəflərin izahatı, ekspert rəyi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanında inşa edilmiş tikilisinin tikinti zamanı layihənin göstəricilərindən kənara çıxılmışdır. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində tikili inşa edilən zaman Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuş, bu da gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaradır. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın və mütəxəssisin verdiyi rəyləri sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanda yerləşən torpaq sahəsində inşa edilən binanın göstəriciləri təsdiq etmiş layihəyə uyğun vəziyyətə gətirilməlidir.
16. Bundan başqa, məhkəmə iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə bildirmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına dair iddiaçının dəlilləri inandırıcı və işin hallarına uyğun deyil. Cavabdeh tərəfindən iddiaçıya zərərin vurulması halı sübuta yetirilməməklə mövcud olmadığından iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hər hansı qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı olması halı müəyyən edilmədiyindən iddia tələbinin mənəvi zərərə aid hissəsi də təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1, 48.3.1, 48.3.3 və 92-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ###### 2008-ci il tarixli * saylı Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 103.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı və cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətləri vermişlər.
19. Iddiaçı apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ona cavabdehdən 8.000 manat miqdarında mənəvi zərərin ödənilməsinə dair hissəsə də iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud vəziyyətlə bağlı FHN tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli **** №-li göstərişlə, 18.05.2022ci il tarixli Aktla, ##.##.2022-ci il tarixli MN № ******* “Inzibati xəta haqqında Protokol” ilə və ona əsasən tərtib edilmiş MN № ******* “Inzibati tənbeh vermə haqqında Qərar”la buradakı qanunsuzluqlar öz təsdiqini tapır. Inzibati Məhkəmə tərəfindən ləğv olunmamış bu hüquq-mühafizə orqanın həmin qərarları preyudisiya qüvvəsinə malikdir (bunların heç birini cavabdeh özü də mübahisələndirmir və hətta razılaşaraq imzalayır və müvafiq cərimələri dövlətə ödəyir); Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2022-ci il tarixli MIHO/2.1.1-2-2022-**** №-li məktubunda göstərilən Aktla da, burada tikinti zamanı tikililər arasında qanunla müəyyən olunmuş minimal ara məsafələrin saxlanılmadan inşa işlərinin aparılması faktı öz əksini tapır. Iddia predmeti olan tikintinin mövcud ara məsafələrinin pozulmasına görə ətrafdakılar üçün real yanğın təhlükə yaradılması ilə bağlı FHN-nin X1 Xidmətinə müraciətinə cavab olaraq, bu dövlət qurumundan ##.##.2023-cü il tarixli 3-18-62/2- O-426-**/**** №-li məktubu ilə həmin faktın öz təsdiqini tapması qeyd olunur. Sübutların mövcudluğuna baxmayaraq, hakimin təşəbbüsü və cavabdehin razılığı ilə ##.##.2022-ci il tarixli qərardadla texniki-tikinti ekspertizası təyin olunub – buranın rəyinə əsasən iddia tələbindəki hallar öz təsdiqini tapır və tikilinin inşa edilən xarici divarlarının mövcud ara məsafələrə uyğun olmaması qeyd olunur. Hakimin təşəbbüsü və cavabdehin razılığı ilə ##.##.2022-ci il tarixli qərardadla yenə də texniki-tikinti ekspertizası təyin olunub – buradakı sualların bir qismi cavablanaraq və tikili zamanı bir sıra ölçülərin layihəyə uyğun olmaması faktları müəyyən olunub, eyni zamanda ŞTM-nin 69.5.2-1-ci maddəsi ilə tənzimlənən qonşu sahələrlə təhlükəsizliyi təmin edən, minimal ara məsafələrin inşa edilən çöl divarlara 0,3 nisbətin pozulması aşkarlanıb və həmçinin layihə ilə nəzərdə tutulmuş tikilinin bünövrəsinin olmaması faktı da müəyyən olunub. Hakimin təşəbbüsü və cavabdehin razılığı ilə ##.##.2023-cü il tarixli qərardadla yenidən texniki-tikinti ekspertizası təyin olunub; lakin, ekspertiza təyin edilən gün barəsində (##.##.2023-ci il tarixdə) məhkəmə bildirişin cavabdeh tərəfindən vaxtında alınmasına baxmayaraq, o, bundan yayınaraq və üzrlü səbəb olmadan məhkəməyə gəlməyib və ona məxsus tikilidə ekspertizanın keçirilməsini təmin etməyib, buna görə məhkəmə eksperti ekspertizanın keçirilməsindən imtina edib, hakim isə MPM-nin 97.5-ci maddəsinə uyğun olaraq ekspertiza suallarına cavabdehin əleyhinə olan faktları qəbul etməyib. Bütün bunlara baxmayaraq, hakim təşəbbüsü ilə və cavabdehin razılığı ilə növbəti ##.##.2023-cü il tarixli mütəxəssis rəyinin alınması barədəki qərardad çıxarılıb - bu mütəxəssis rəyi ilə də qanunla müəyyən olunmuş ara məsafələrinin pozulmasına görə real təhlükə ehtimalının yaranması etiraf olunur. FHN-nin X1 Xidmətinin 3-18-**/****/**** №-li, ##.##.2024cü il tarixli məktubları ilə (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Tikintidə Təhlükəsizliyə X2nə, Xəzər Rayon IH-yə) və cavabdehə ünvanlanmış rəsmi sənədlərdən müəyyən olunduğu kimi, vətəndaş Cavabdeh tərəfindən inşa edilən sözügedən tikinti zamanı bir sıra qanunsuzluqlarla yanaşı, “qonşu sahələr arasındakı minimal ara məsafələri gözlənilməmişdir, bu da gələcəkdə hər hansı yanğın hadisəsi zamanı insan tələfatına, həmçinin maddi ziyana yol açan hadisələrin baş verilmə riskini artırır” və həmin məsələ ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi üçün göstərişlər verilir. Lakin bütün sadalananlara baxmayaraq, iş üzrə cavabdehin mövqeyini təsdiqləyən heç bir sübut vasitəsi olmadığına və hətta əvvəlcə cavabdehin özünün də tikintidəki qanunsuzluqlarla razılaşmasına rəğmən, cavabdeh öz vəkili ilə aidiyyəti dövlət orqanlarının xarici divarların layihəyə uyğun gətirilməsinə dair göstərişlətinə tabe olmur və məhkəmə prosesinin süni süründürməçiliyinə yol verir.
21. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət verilməmişdir. Qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, iş materiallarında olan sənədlərdən də müəyyən olunduğu kimi ona “xxxx” MMC memarlıq-planlaşdırma bölməsi tərəfindən hazırlanmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə 49T ünvanında tikilməsi üçün fərdi evin planı hazırlanmışdır. Həmin plan əsasında tərəfindən fərdi yaşayış evinin inşasına başlanmış və bir hissəsi inşa edilmişdir. Lakin tərəfindən evin tikilməsi zamanı tərtib edilmiş planda göstərilən qaydadan bəzi çatışmazlıqlar olduğundan buna nəzarət edən Azərbaycan Respublikasının FHN Tikinti Təhlükəsizliyə X2 tərəfindən ona “tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə” ##.##.2022ci il tarixli **** saylı göstəriş verilmişdir. O da, həmin çatışmazlıqları aradan qaldırmaq niyyətilə həmin tikilidə işləri davam etdirmək istəsə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və qeyd olunan tikilinin layihəyə uyğun inşasına imkan verməmişdir. Qeyd edir ki, tikinti obyektlərinin tikintisi layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X2 tərəfindən həyata keçirilir və buna müvafiq olaraq tikintinin layihəyə uyğun olmayan hissələrinin sökülməsini tələb etmək həmin Agentliyin səlahiyyətindədir. Lakin işdən göründüyü kimi hazırkı iddia tələbi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X2 tərəfindən deyil, buna səlahiyyəti olmayan İddiaçı tərəfindən ona qarşı irəli sürülmüşdür. Lakin iddia tələbini araşdıran birinci instansiya məhkəməsi işin qeyd olunan halına heç bir əhəmiyyət və hüquqi qiymət verməmiş, nəticədə hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Bundan əlavə, hazırkı iş üzrə iddiaçı İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X2 və Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı həmin tikinti ilə bağlı araşdırmaların aparılması və lazımi tədbirlərin görülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, həmçinin cavabdehlərin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması ilə bağlı xüsusi qərardadın çıxarılması barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 16.12.2024cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi bir hissədə mümkünsüz hesab edilmiş, digər hissədə isə rədd edilmişdir. Göründüyü kimi iddiaçının həmin tikinti ilə bağlı digər məhkəmədə də irəli sürdüyü iddia təmin edilməmişdir. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmiş və qanunvericiliyin tələbləri nəzərə alınmadan qanunvericiliyin qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı İddiaçı hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun olduğunu müəyyən etsəydi belə, hazırkı mübahisəli hüquq münasibətlərinin yaranması halının mövcud olub-olmamasını müəyyən etmək üçün tərəflər arasında qonşuluq hüquq münasibətlərinin pozulub-pozulmadığını müəyyən etməli idi. Lakin məhkəmə tərəfindən həmin hüquq münasibətlərinin pozulub-pozulmadığı müəyyən edilməmiş və ümumiyyətlə həmin hala heç bir hüquqi qiymət verilməmişdir. Bununla bağlı qeyd edir ki, tərəfindən iddiaçıya münasibətdə qonşuluq hüquq münasibətləri pozulmamışdır. Belə ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın xxxxləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməli və öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Iddiaçı İddiaçı tərəfindən aparılan tikinti işlərinin onun mülkiyyətinə hədsiz təsirinin olmasını, öz torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etməkdə ona maneçilik yaranmasını və ya hüququnu əhəmiyyətli dərəcədə pozmasını, özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə araşdırması zamanı işin həmin hallarını təsdiq edən hər hansı sübutlar müəyyən edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən inşa edilmiş tikilinin sərhədində olan daş hasarın məhz iddiaçının özü tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən hündürlüyünün 2 metr 20 santimetrdən çox olmamalı olduğu halda faktiki olaraq 3,20 metr olmaqla qanunsuz olaraq tikilməsinə və məhz iddiaçının qanunsuz hərəkətləri nəticəsində tikili ilə hasar arasında olan ara məsafəsinin daha uzaq olmalı olunduğu nəticəsinə gəlinməsinə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyində tikili ilə hasar arasında olan məsafənin göstərilmiş ölçüsü isə minimal olmaqla, digər şəxslərin hüquqlarının əhəmiyyətli pozulmasına səbəb ola bilməz. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, UNI/M **- ***/**** saylı mütəxəssis rəyində göstərilən mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində tikili gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaratdığı barədə qeyd edilənlərin əsaslı və ya əsassız olduğu, həmin təhlükə ehtimalının real olaraq necə mövcud ola biləcəyi ilə bağlı ziddiyyətlər araşdırılmamışdır. Həminin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evi ilə tərəfindən inşa edilən tikili arasında məsafənin uzaq olması, bununla da həmin tikilinin iddiaçıya məxsus evə və digər əmlaklara necə təhlükə yaradacağı barədə heç bir araşdırma aparılmamışdır. Lakin işi araşdıran birinci instansiya məhkəməsi mübahisənin qeyd olunan hallarına da heç bir hüquqi qiymət verməmişdir. Iddia tələbi üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təmin edilməsi vacib olsa da, məhkəmə qeyd olunan zəruri prosessual hərəkətləri yerinə yetirməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddia tələbinin qismən təmin edilməsinin əsası olaraq heç bir hüquqi əsası olmayan və sübut əhəmiyyəti daşımayan “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, UNI/M *****/**** saylı mütəxəssis rəyinə istinad edilmişdir. Belə ki, həmin rəydə onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində inşa edilən tikiliyə baxış keçirildiyi, baxış zamanı tikilinin gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaratdığı göstərilmişdir. Məhkəmə tərəfindən mütəxəssis rəyinin sübut qismində qəbul edilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, ümumiyyətlə tikiliyə yerində baxış keçirilmədən həmin rəyin verilməsinin necə mümkün olduğu araşdırılmamış, həmçinin tikilinin gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaratmasının rəydə əsaslandırılmaması məsələlərinə əhəmiyyət verilməmiş, sübut əhəmiyyəti daşımayan mütəxəssis rəyi əsas götürülməklə qeyd olunan tikilinin guya iddiaçının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaratması qənaətinə gəlinməklə nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsində araşdırma zamanı verilmiş mütəxəssis rəyinin tikiliyə baxış keçirilmədən verildiyi, həmçinin həmin rəydə göstərilən məlumatlarla iş üzrə əvvəllər verilmiş ekspert rəylərində göstərilən məlumatlar arasında ziddiyyətlər olduğu, qeyd olunan ziddiyyətlərin ətraflı araşdırılması, tikiliyə yerində baxış keçirilməsi, tikilinin iddiaçının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaratması barədə göstərilənlərin dəqiq aydınlaşdırılması tələb olunsa da, məhkəmə işin qeyd olunan xüsusatlarını araşdırmamışdır. Belə ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyində layihə üzrə tikili ilə torpaq sahəsinin sərhədinə qədər olan məsafənin 1,2 metr nəzərdə tutulsa da, faktiki vəziyyətdə ara məsafəsinin 1,13-1,15 metr olduğu müəyyən edilmiş, həmçinin tikilinin fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. Lakin “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, UNI/M **-***/**** saylı mütəxəssis rəyində tikili ilə iddiaçıya məxsus torpaq sahəsi arasında olan məsafənin 1,0 metr olduğu, hasarın hündürlüyünün 3,2 metr təşkil etdiyi, tikili ilə hasar arasında ara məsafəsinin 1,8 metrdən çox olmalı olduğu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyünün 2 metr 20 santimetrdən çox olmamalı olduğu (faktiki 3,20 metr) göstərilmiş, onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində tikili inşa edilən zaman Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğu və bunun da gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaratdığı qeyd edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyi ilə “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, UNI/M **-***/**** saylı mütəxəssis rəyi arasında əhəmiyyətli ziddiyyətlər olmuş, lakin həmin ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edildikdən və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edildikdən sonra məhz iddiaçı İddiaçı tərəfindən məhkəməyə “xxxx” MMC-nin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin tərkibindən çıxarılması barədə sənədlər təqdim edilmiş, bununla da həmin cəmiyyətin verdiyi mütəxəssis rəylərinin şübhə altında olacağını iddia etmiş, lakin sonradan “xxxx” MMC tərəfindən onun mənafeyinə uyğun rəy verildiyindən bu barədə münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən prosessual hüquq normasının tələbi pozulmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (Hakimlə Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fuad Babayev) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ###### 2024cü il tarixli qətnaməsi “iddianın təmin olunan” hissəsində dəyişdirilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, cavabdeh Cavabdeh üzərinə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikilməkdə olan fərdi yaşayış evinin layihədə nəzərdə tutulan bina hündürlüyünü qonşu (iddiaçı İddiaçı məxsus) sahəsi ilə sərhədlənən hissəsində mövcud ara məsafəsinə uyğunlaşdırmaq vəzifəsi qoyulmuş, qətnamə apellyasiya baxışının predmeti olan digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələblərinə görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Ara məsafəsinin ölçülərinin müəyyən edilməsi qaydaları, ara məsafəsinin divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində divar hündürlüyünün 0,4 hissəsi; məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi kimi müəyyən edilməli olmasını təsbit edir.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia tələblərini bu müddəalar əsasında araşdırmış məhkəmə tərəfindən işdə olan mötəbər sübutlara uyğun olaraq həqiqətən də müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində inşa edilən tikilinin hündürlüyü tamamlanmamış halda 6 metr, həmin tikilinin İddiaçı məxsus torpaq sahəsindən ayıran daş hasarla ara məsafəsi 1,0 metr, hasarın hündürlüyü isə 3,2 metr təşkil edir. Halbuki müvafiq qanunvericiliyə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin hasarla ara məsafəsi 1,8 metrdən (6m*0,3m) çox olmalıdır.
26. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində tikinti-quraşdırma işləri layihədən kənarlaşdırılmalarla aparılır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin əməkdaşları tərəfindən yerində baxış zamanı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındakı 0,03 ha torpaq sahəsində 100 kv.m-ə yaxın ölçüdə 2 mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi ara məsafəsi saxlanılmadan həyata keçirildiyi, bunun da gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün təhlükə törətmə ehtimalını yaratdığı müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən də cavabdeh tərəfindən tikilən fərdi yaşayış evinin ara məsafəsi üçün müəyyən edilmiş ölçülərə əməl olunmadan inşa edildiyi, bununla da Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğu, o cümlədən tikdirdiyi konstruksiyanın xarici divarının önündə ara məsafəsi tələbinin gözlənilməməsi səbəbindən gələcəkdə hasar qonşusunun həyatı və sağlamlığı üçün təhlükə yaratmaq ehtimalının mövcud olduğu sübut olunur.
28. Bununla yanaşı, işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındakı 0,03 ha torpaq sahəsində 100 kv.m-ə yaxın ölçüdə 2 mərtəbəli fərdi yaşayış evinin layihədən kənarlaşaraq inşa etməsi ilə ümumilikdə iddiaçının evindən təyinatı üzrə istifadə etməsinə məhdudiyyət yaratması halı müəyyən edilmir. Iddiaçı da, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanında yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin layihəyə uyğun gəlməyən göstəricilərinin onun hüquqlarına toxunmayan hissədə həmin layihəyə uyğunlaşdırılmasını tələb etmək hüququnun mövcudluğunu əsaslandıra bilmir.
29. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, inşa edilən yaşayış obyektinin tikinti norma və qaydalarına cavab vermədiyi digər hissələri (layihə üzrə tikilinin özülündə lentvari buta-beton nəzərdə tutulsa da, faktiki vəziyyətdə lentvari monolit-betonu ilə əvəz edildiyi və s.) iddiaçının əşya hüquqlarının hər hansı formada pozulması təhlükəsini yaratmır. Cavabdehə məxsus yaşayış obyektinin iddiaçının digər hüquqlarını pozması halı müəyyən edilmədiyindən, həmin obyektin layihədə nəzərdə tutulmuş bütün standartlara uyğunlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ qanunvericiliklə buna müvafiq səlahiyyət verilmiş dövlət orqanlarına məxsusdur.
30. Belə ki, mövcud vəziyyətdə (həmin aktlar inzibati icraat qaydasında ləğv olunmadan) mübahisəli tikilinin müvafiq layihəyə uyğunlaşdırılması tələbinin təmin olunması iki halda mümkün ola bilər: 1) tikili razılaşdırılmış layihə sənədlərinə uyğun inşa edilməsin (həmin sənəddən kənara çıxmaqla inşa edilsin) və bu hal iddiaçının hüquqlarına və qanuni mənafelərinə toxunsun; 2) tikilinin mövcudluğu iddiaçının hüquqlarına və qanuni maraqlarına zidd olsun, onun özünün sağlamlığı və əmlakına real təhlükə yaratsın.
31. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşsa da, hesab etmişdir ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalı, müvafiq şəxsin xüsusi və həddən artıq məhrumiyyətə məruz qalması ilə nəticələnməməlidir.
32. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Şəhərsatma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındakı 0,03 ha torpaq sahəsində fərdi yaşayış evinin inşasını həyata keçirərkən qonşu sahəsi ilə təhlükəsizliyi təmin edən minimal ara məsafələrinə aid qaydaları gözləmək vəzifəsini daşıdığından, üzərinə, hazırkı mülki iş çərçivəsində mübahisəli evin iddiaçıya məxsus torpaq sahəsi ilə sərhədləri hissəsində divarın hündürlüyünü layihədə göstərilən ara məsafəsinə uyğunlaşdırmaq məqsədilə bu göstəricilərin təsdiq edilmiş layihəyə uyğun davranmaq vəzifəsi qoyulmalıdır.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 21.1, 21.2, 152.1, 157.4, 386.1, 170.1, 170.2, 171.1, 171.2, 180.1, 180.2, 180.3, 180.4, 560.1, 560.2, 1096, 1097.1, 1097.3, 1115-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.33, 69.4, 69.5, 69.8, 71.1, 71.2, 73.1-ci, “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2002ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 384.0.3 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
34. Qətnamədən iddiaçı (vəkil vəkil2) və cavabdeh (vəkil vəkil1) kassasiya şikayətləri vermişlər.
35. Iddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin inşa edilən binanın çöl divarına dair “iddianın qismən təmin edilməsi” hissəsini dəyişdirərək birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədəki “binanın göstəricilərinin təsdiq edilmiş layihəyə uyğun vəziyyətə gətirilməsinə” dair hissədə qüvvədə saxlanması barədə (icra vaxtını və müddətini göstərərək), mənəvi zərərin ödənilməsinə dair hissədə isə tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci bəndinə əsasən, əmək şəraiti zərərli olan işlərdə işləyən işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir, belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq ##.##.2002-ci il tarixli *** №-li Qərarının 1-ci bəndinə əsasən, əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə bu artım (əmsal) 1,24 təşkil edir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, ölkədə orta aylıq nominal əmək haqqı 1.002.4 manat təşkil edib (##.##.2024-cü il tarixinə əsasən). Yuxarıda qeyd olunan 0,24 dəfəlik artımı (əmsalı) nəzərə alaraq, belə olan halda vurulan zərərə görə əlavə aylıq kompensasiyanın məbləği təxminən 240 manat təşkil edir (1.002,4 manat x 0,24= 240,58 manat). AR Əmək Məcəlləsinin 89-cu maddəsinin 3-cü bəndinə əsasən, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz – yəni, ayda cəmi 180 saat (40 saat x 4,5 həftəyə = 180 saat). Belə olan halda qeyd edilən kompensasiyanın saat üzrə məbləği 1,33 manat təşkil edir (240 manat / 180 saat = 1,33 manat). Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * №-li Qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir - zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
37. Qanunvericiliyin mütləq tələblərinə görə, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə dair vəzifəsinin olmasına baxmayaraq, qətnamədə birtərəfli qaydada qonşu sahələr arasındakı təhlükəsizlik minimal ara məsafələrinin yalnız iddiaçı tərəfində olan tikintinin divarının sökülməsi barədə qərar qəbul edilir, halbuki digər iki qonşu sahəsi tərəfində də eyni qanun pozuntusu mövcuddur və bu hal səlahiyyətli dövlət orqanların inzibati məhkəmə tərəfindən ləğv olunmamış və bütün hüquqi və fiziki şəxslər üçün məcburi olan rəsmi sənədləri ilə tələb olunur (bununla qətnamə eyni zamanda səlahiyyətli dövlət orqanların həmin tələbləri ilə ziddiyyət yaradır və bunlara tabe olmamaq üçün cavabdehi təhrik edir).
38. Qanunvericiliyin müvafiq tələblərinə əsasən, binanın divarları (bünövrələrlə, özüllərlə; sütunlarla, dirəklərlə, çərçivələrlə yanaşı) yükdaşıyan konstruksiyalar sisteminə daxildir və onlarda hər hansısa dəyişikliklərin edilməsi (mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma) yalnız layihəçinin və müvafiq dövlət orqanın (AR-nın FHN-yi) rəsmi icazəsi əsasında həyata keçirilə bilər: əks halda, Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsinə əsasən bu hərəkətlər hətta cinayət əməli kimi qiymətləndirilir (Xüsusilə, ancaq iddiaçı tərəfindəki divarın sökülməsi və onun mövcud ara məsafəsinə uyğun gətirildiyi halda (yəni,3,3 metr hündürlüyünə) tikilinin birinci mərtəbəsinin hündürlüyü layihə üzrə 2,7 metr əvəzinə faktiki 4 metr olduğuna görə bu divarın artıq hissəsi (4m-3,3m) və təbii ki onun üstündəki beton tavan örtüyü və üzərindəki layihəyə zidd quraşdırılan 2-ci mərtəbənin üstündəki bütün divarlar da sökülməlidirlər - yəni, binanın bütün yükdaşıyıcı konstruksiyaları sökülərək o faktiki olaraq yenidən layihə üzrə tikilməlidir və belə olan halda digər qonşu sahələr arasındakı minimal ara məsafələrinin saxlanılmaması haqqında qətnamədəki dəlil ümumiyyətlə hansı məntiq və qanunazidd məqsəd daşıyır aydın deyil. Yuxarıda qeyd edildiyi kimi, tikilinin yalnız bir çöl divarının və üzərindəki birinci mərtəbənin beton tavanının sökülməsi halda, bundan sonrakı yenidənqurma işlərinin aparılıbaparılmaması
39. barədə və həmin işlərin təsdiqlənmiş layihə üzrə aparılmadığı halda, bina hansı konkret şəkildə və ölçülərdə inşa ediləcək barədə məsələlər, eyni zamanda nə vaxt və ya hansı müddətdə icra olunmalıdır, prosessual qanunun tələblərinə zidd qaydada qətnamənin nəticə hissəsində müəyyən edilmir və bununla da həmin tikilidə onsuzda çoxsaylı qanunsuzluqlara yol verən cavabdehin növbəti şəxsi belə istəklərinə və fantaziyalarına buraxılır – təbii ki, belə olan halda onun tərəfindən layihədən kənar özbaşına inşa edilən bina ətrafdakılar üçün yenidən təhlükələr yaradacaq.
40. Bünövrənin Azərbaycan Respublikasının dövlət tikinti normaları (AzDTN) əsasında hesablanması, layihələndirilməsi və ekspertizası yalnız müvafiq xüsusi biliyə və ona dövlət tərəfindən verilmiş xüsusi icazəyə (lisenziyaya) malik olan şəxs tərəfindən həyata keçirilə bilər - halbuki, qətnaməni tərtib edən hakimlərin heç birinin layihəyə icazəsiz müdaxilə edilməsinə dair xüsusi biliyi və səlahiyyəti yoxdur.
41. Cavabdehin kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş olunmuşdur.
42. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh tərəfindən aparılan tikinti işlərinin onun mülkiyyətinə hədsiz təsirinin olmasını, öz torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etməkdə ona maneçilik yaranmasını və ya hüququnu əhəmiyyətli dərəcədə pozmasını, özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə araşdırması zamanı işin həmin hallarını təsdiq edən hər hansı sübutlar müəyyən edilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tikilinin sərhədində olan daş hasarın məhz iddiaçının özü tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən hündürlüyünün 2 metr 20 santimetrdən çox olmamalı olduğu halda faktiki olaraq 3,20 metr olmaqla qanunsuz olaraq tikilməsinə və məhz iddiaçının qanunsuz hərəkətləri nəticəsində tikili ilə hasar arasında olan ara məsafəsinin daha uzaq olmalı olunduğu nəticəsinə gəlinməsinə heç bir hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyində tikili ilə hasar arasında olan məsafənin göstərilmiş ölçüsü isə minimal olmaqla, digər şəxslərin hüquqlarının əhəmiyyətli pozulmasına səbəb ola bilməz. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, UNI/M 11- ***/**** saylı mütəxəssis rəyində göstərilən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində tikili gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaratdığı barədə qeyd edilənlərin əsaslı və ya əsassız olduğu, həmin təhlükə ehtimalının real olaraq necə mövcud ola biləcəyi ilə bağlı ziddiyyətlər araşdırılmamışdır.
43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdeh tərəfindən inşa edilən tikili arasında məsafənin uzaq olması, bununla da həmin tikilinin iddiaçıya məxsus evə və digər əmlaklara necə təhlükə yaradacağı barədə heç bir araşdırma aparılmadığı halda qətnamədə heç bir əsas olmadan və sübuta istinad edilmədən cavabdeh tərəfindən tikilən fərdi yaşayış evinin xarici divarının önündə ara məsafəsi tələbinin gözlənilməməsi səbəbindən gələcəkdə hasar qonşusunun həyatı və sağlamlığı üçün təhlükə yaratmaq ehtimalının mövcud olduğunun sübut olunduğu göstərilmiş, lakin həmin təhlükəni yaratmaq ehtimalının mövcud olduğunun hansı sübutla və ya sübutlarla müəyyən edildiyini göstərməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə iddia tələbini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş və maddi hüquq normalarının tələbini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
44. Iddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
45. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
46. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, xxxx qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə xxxx həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
51. Maddə 170.1. Iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və yadigər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
52. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın xxxxləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
53. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın xxxxsi,əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
54. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
55. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
56. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
57. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
58. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.
59. Maddə 3.0.33. Tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin xxxxləri və ya istifadəçiləri yaxın qonşular sayılırlar.
60. Maddə 64.2. Layihələndirmə zamanı dinamik yükləri və ya təsirləri qəbul edən konstruksiyalarda xüsusi mühafizə tədbirləri (rəqs söndürücüləri, vibroizolyasiya, qoruyucu konstruksiyaların perforasiyası və sairə) nəzərdə tutulmalıdır. Dinamik yüklərin təsirinə məruz qalan konstruktiv elementlər onların dayanıqlığı və möhkəmliyi ilə bağlı hesabatların nəticələri nəzərə alınmaqla layihələndirilməlidir.
61. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə.
62. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
63. Maddə 69.5.2-1. Ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi.
64. Maddə 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4cü maddəsində
65. müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.
66. Maddə 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.
67. Maddə 71.2. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.
68. Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
69. Maddə 73.2. Iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.
70. Maddə73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli ** nömrəli qərarı ilə‐təsdiq‐edilmiş‐“Ara‐məsafəsi‐ilə‐bağlı‐müfəssəl‐Qaydaları”.
71. Bənd 7 Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür.
72. Bənd 9 Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.
73. Bənd 10.1. Ara məsafələrinin hesablanması zamanı divar səthindən 1,5 metrə qədər irəli çıxan karnizlər, dam çıxıntıları, dayaqsız giriş və terras örtükləri nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # ### 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və‐qanunlarına‐uyğunluğunun‐yoxlanılmasına‐dair”‐## #### 2008-ci‐il‐tarixli‐Qərarı.
74. “... subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
77. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
81. Maddə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
82. Maddə 223.2. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər.
83. Maddə 223.3. Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir.
84. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
86. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
87. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
88. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
89. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
90. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə iddianın təmin edilmədiyi hissədə, cavabdeh tərəfindən isə iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
92. Belə ki, iddiaçı iddia ərizəsi, iddianın dəyişdirilməsi və iddia həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, yaşadığı fərdi evdə ümumi hasarı olan qonşu evin torpaq sahəsində cavabdeh tərəfindən tikinti işlərinin təsdiq olunmuş layihə olmadan və onu yerli icra hakimiyyəti orqanına təqdim etmədən başlanmasını, binanın bütün xarici və daxili ölçülərinin layihədəki müvafiq göstəricilərdən fərqlənməsini, binanın inşası zamanı onun hündürlüyünün qanunsuz qaydada xeyli böyüdülməsini, qonşu sahələri ilə minimal ara məsafələrinin kiçildilməsini, bununla da insanların həyat və sağlamlığı üçün real təhlükələr yaradılmasını qeyd etmiş, cavabdehin torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyünün təsdiq edilmiş layihəyə uyğun 3,3 metr ölçülü vəziyyətə gətirilməsi, layihə üzrə nəzərdə tutulmuş hündürlüyü olan bina üçün lazımi bünövrə inşa edilməsi və cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinə 8.000 manatın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
93. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Onun tərəfindən inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyü tam qanuna uyğundur, onun tərəfindən iddiaçıya heç bir maddi və mənəvi zərər vurulmamışdır. Tikili tikinti norma və qaydalarına uyğundur və qonşuların həyat və sağlamlığına heç bir təhlükə yaratmır. “xxxx” MMC memarlıq-planlaşdırma bölməsi tərəfindən hazırlanmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanında tikilməsi üçün fərdi evin planı hazırlanmışdır. Həmin plan əsasında tərəfindən fərdi yaşayış evinin inşasına başlanmış və bir hissəsi inşa edilmişdir. Lakin tərəfindən evin tikilməsi zamanı tərtib edilmiş planda göstərilən qaydadan bəzi çatışmazlıqlar olduğundan buna nəzarət edən Azərbaycan Respublikasının FHN Tikinti Təhlükəsizliyə X2 tərəfindən ona “tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə” ##.##.2022-ci il tarixli **** saylı göstəriş verilmişdir. O, da, həmin çatışmazlıqları aradan qaldırmaq niyyətilə həmin tikilidə işləri davam etdirmək istəsə də, iddiaçı İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və qeyd olunan tikilinin layihəyə uyğun inşasına imkan verməmişdir.
94. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək iddianı qismən təmin edərkən qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələblərinə görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Ara məsafəsinin ölçülərinin müəyyən edilməsi qaydaları, ara məsafəsinin divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində divar hündürlüyünün 0,4 hissəsi; məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi kimi müəyyən edilməli olmasını təsbit edir. Iddia tələblərini bu müddəalar əsasında araşdırmış məhkəmə tərəfindən işdə olan mötəbər sübutlara uyğun olaraq həqiqətən də müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındakı torpaq sahəsində inşa edilən tikilinin hündürlüyü tamamlanmamış halda 6 metr, həmin tikilinin iddiaçıya məxsus torpaq sahəsindən ayıran daş hasarla ara məsafəsi 1,0 metr, hasarın hündürlüyü isə 3,2 metr təşkil edir. Halbuki müvafiq qanunvericiliyə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin hasarla ara məsafəsi 1,8 metrdən (6m*0.3m) çox olmalıdır.
95. Apellyasiya məhkəməsi həmçinin müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikinti-quraşdırma işləri layihədən kənarlaşdırılmalarla aparılır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin əməkdaşları tərəfindən yerində baxış zamanı cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındakı 0,03 ha torpaq sahəsində 100 kv.m-ə yaxın ölçüdə 2 mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi ara məsafəsi saxlanılmadan həyata keçirildiyi, bunun da gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün təhlükə törətmə ehtimalını yaradır.
96. Kassasiya instansiyası məhkəməsi iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması səbəbindən apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır.
97. Belə ki, iddiaçının iddia tələbi üç hissədən ibarət olmaqla - cavabdehin torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyünün təsdiq edilmiş layihəyə uyğun 3,3 metr ölçülü vəziyyətə gətirilməsi; layihə üzrə nəzərdə tutulmuş hündürlüyü olan bina üçün lazımi bünövrə inşa edilməsi; və cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinə 8.000 manatın ödənilməsindən ibarətdir.
98. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı cavabdehlə qonşu olduğunu qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, özünə aid torpaq sahəsinin və yaşayış evinin xxxxsi olması barədə sənədi məhkəmələrə təqdim etməmişdir.
99. Həmçinin məhkəmələr cavabdeh Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsinin xxxxsi kimi qəbul etsələr də, həmin torpaq sahəsinin həqiqətən cavabdehə məxsus olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda cavabdehin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, R.Məmmədbəyov küçəsində 0,0252 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 173,8 kv.m. olan **C saylı evin, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsi ilə nə kimi bağlılığının olması məhkəmələr tərəfindən araşdırılmamışdır.
100. Qeyd olunmalıdır ki, torpaq sahəsinə qanunsuz sahiblik, yəni özbaşına sahiblik, torpaqların zəbt edilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə qadağan edilir. Həmin maddədə təsbit edilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
101. Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından həmin tikililər hüquqi rejiminə görə özbaşına tikinti hesab edilir. Həmin maddədə göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
102. Istinad edilən maddənin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir.
103. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır.
104. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır.
105. Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət etmiş şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir. Tikili qanunvericiliyin tələblərinə cavab verməsə və onun mənafeyini pozursa, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır.
106. Təkrar vurğulanmalıdır ki, iddiaçı qonşu torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamaqla cavabdehin qonşusu olduğunu qeyd etsə də, öz mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, cavabdehin inşa etdiyi tikilinin onun hansı hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasını açıqlamamış, məhkəmələr isə bununla bağlı hər hansı obyektiv araşdırma aparmamışlar.
107. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ xxxxnin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
108. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
109. Göstərilən normanın məzmunu onu ehtiva edir ki, yalnız qanuni hüquq və mənafelərin məhkəmə müdafiəsinə təminat verilir, iddia qaldırmış şəxsin hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.
110. Iddiaçı cavabdehin torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyünün təsdiq edilmiş layihəyə uyğun 3,3 metr ölçülü vəziyyətə gətirilməsini, layihə üzrə nəzərdə tutulmuş hündürlüyü olan bina üçün lazımi bünövrə inşa edilməsini tələb etdiyi tikilinin ona məxsus torpaq sahəsi və evə hansı maneəni yaratmasını, mənafeyini hansı şəkildə pozmasını açıqlamadan, tikilinin insanların həyat və sağlamlığı üçün hansı real təhlükələr yarada bilməsini bildirir.
111. Bununla belə, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən aparılan tikinti işlərinin iddiaçının hansı mənafeyini pozması, öz torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etməkdə ona nə kimi maneçilik yaratması və ya hüququnun əhəmiyyətli dərəcədə pozması ilə bağlı araşdırma aparmamış, iddiaçının özünün torpaq sahəsindən istifadə hüququna qəsd edilməsini təsdiq edən sübutları təqdim etməməsinə əhəmiyyət verməmiş, həmçinin tikilinin sərhədində olan hündürlüyü 3,20 metr olan daş hasarın kim tərəfindən inşa edilməsini aydınlaşdırmamış, həmin hasarın hündürlüyünün, cavabdehin inşa etdiyi tikilinin hündürlüyünə hər hansı təsir göstərib-göstərməməsinə hüquqi qiymət verməmişdir.
112. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, UNI/M 11- ***/**** saylı mütəxəssis rəyində göstərilən cavabdehin mülkiyyətində olduğu qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanındakı torpaq sahəsində tikilinin gələcəkdə hasar qonşularının həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə törətmə ehtimalı yaratdığı barədə qeyd edilənlərin əsaslı olub-olmaması, mövcud tikili ilə hasar qonşularının həyatı və sağlamlığı üçün baş verə biləcək təhlükə arasındakı səbəbli əlaqənin nədən ibarət olması ilə bağlı ziddiyyətlər araşdırılmamışdır.
113. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri).
114. Odur ki, müvafiq araşdırma aparılmadan cavabdeh tərəfindən tikilən fərdi yaşayış evinin ara məsafəsi üçün müəyyən edilmiş ölçülərə əməl olunmadan inşa edildiyi, bununla da Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğu, o cümlədən tikdirdiyi konstruksiyanın xarici divarının önündə ara məsafəsi tələbinin gözlənilməməsi səbəbindən gələcəkdə hasar qonşusunun həyatı və sağlamlığı üçün təhlükə yaratmaq ehtimalının mövcud olduğunun sübut olunması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz.
115. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyləri ilə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edildiyi, mübahisələndirilən tikililərin qanunvericiliyin tələblərinə cavab vermədiyi müəyyən edildiyindən, yuxarıda qeyd olunan hallar araşdırılaraq, tikintinin aparıldığı torpaq sahəsinə dair cavabdehin hüququn mövcud olması təsdiqini tapdığı, cavabdeh tərəfindən aparılan tikinti işlərinin iddiaçının mənafeyini pozması halı, bununla da iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olması müəyyən edildiyi halda, apellyasiya məhkəməsi iddianın təmin, yaxud qismən təmin edilməsi məsələsini həll edə bilər. Bu halda isə məhkəmə MPM-nin 223-cü maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərməlidir.
116. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, iddiaçının və cavabdehin kassasiya şikayətlərində mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
117. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə ## ###### 2015ci il və F.Şirinovun şikayəti üzrə ## ###### 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
118. Avropa Insan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
119. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
120. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
121. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
122. Işə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
123. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.