Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-370/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1, X9 və cavabdeh4 qarşı ilk iddia tələbi, cavabdeh2 İddiaçı qarşı (“İceland xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşılıqlı iddia tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: torpaq sahəsindən və yaşayış sahəsindən çıxarılma, əqdin etibarsızlığı, yalan əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1, X9 və cavabdeh4 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilk, cavabdeh2 cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ### 2025-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, *** saylı bağ sahəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzrə mülkiyyət hüququ ##.##.2010-cu il tarixdə cavabdeh2 adına qeydiyyatdan keçmişdir.
2. Daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı ******* nömrəli ##.##.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, *** saylı bağ sahəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsini 6.000 manata İddiaçı satmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 556 G ünvanında yerləşən, ümumi sahəsi 87 kv.m. olan bağ evi və 0,04 ha torpaq sahəsi üzrə mülkiyyət hüququ ##.##.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1, X9 və cavabdeh4 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus mübahisəli bağ evindən və 0,04 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi 556G ünvanda 0,04 ha torpaq sahəsində yerləşən bağ evini cavabdeh cavabdeh2 ##.##.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra isə iddiaçı bağ evinə dair mülkiyyət hüquqlarını ##.##.2021-ci il tarixdə dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh bir neçə ay müddətinə özü üçün alacağı evə köçəcəyi müddətədək ona möhlət verməyini xahiş etmişdir. İddiaçı bir neçə ay müddətinə möhlət verməyə razı olmuşdur. Hazırda xeyli müddət keçməsinə və dəfələrlə evi tərk etməsini tələb etməsinə baxmayaraq cavabdeh evi iddiaçıya təhvil vermir. Bununla yanaşı cavabdeh həmin ünvana ailə üzvlərini, yəni digər cavabdehlər olan arvadı cavabdeh3, anası cavabdeh1, övladları Balahüseyn Nəbiyevi və cavabdeh4 də qanunsuz gətirmiş və oradan çıxarmır. Onların bu hərəkətlərini onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir.
6. cavabdeh2 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli 0,04 ha torpaq sahəsi barədə ##.##.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ##.##.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, “İceland xxxx” şirkətində işləyəndə əmək haqqını anasının xəstə olmasına sərf etdiyinə görə az miqdarda borcları yaranmış, şirkət bundan məlumatlı olduğu halda ona heç nə deməmiş, 2020-ci ildə ona 7.000 manat borcu yarandığı bildirilmiş, sonradan onun şirkətə 17.000 manat borcu olsa da, şirkət 15.000 manata razı olduğunu bildirmişdir. Onun şirkətə olan borcu özünün hesablamasına görə 12.000-13.000 manat olmuşdur. Borcunu ödəmək üçün bankdan kredit almaq istəmiş, lakin bank ona kredit verməmişdir. İddiaçı ona bildirmişdir ki, evi onun mülkiyyətinə keçirsin, o, həmin evin əsasında bankdan kredit alsın, onun borcunu bağlasınlar. Borc ödənildikdən sonra evi yenidən onun mülkiyyətinə qaytaracaqdır. O, da razılaşmış, ##.##.2020-ci ildə “alğı-satqı” müqaviləsini bağlamış, müqavilədə bağ sahəsinin qiyməti 6.000 manat göstərilmişdir. İddiaçı 6.000 manatı banka qoymuş, o, həmin pulu götürüb Ceyhuna qaytarmış, bütün xərcləri Ceyhun özü çəkmişdir. Lakin 2022-ci ildə Ceyhun ona şirkətə olan borcu ödəməsini, daha sonra evdən çıxmasını bildirmiş və aralarında mübahisə yaranmışdır. Çünki o, evini Ceyhuna satmamış, aralarında razılaşma olmuşdur. Maştağa qəsəbəsində 0,01 ha torpaq sahəsi 8.000 manat olduğu halda, onun 0,04 ha olan bağ sahəsini İddiaçı 6.000 manata satmağı mümkünsüz idi. Ev barədə onunla ümumiyyətlə, söhbəti olmamışdır. Onların bağladığı “alğı-satqı” müqaviləsi alğı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqd olmuşdur. Şirkətə olan borcunu ödəyə bilmədiyinə görə razılaşmış, evi ona vermək, satmaq fikri olmamışdır. Əslində, şirkətə borcunu ödəmək üçün Ceyhunun onun evinə görə bankdan borc alıb ödəməsi üçün formal olaraq müqavilə bağlamışdır.
8. X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, cavabdeh2 8-9 ildir ki tanıyır, Maştağada qonşudur. İddiaçı isə cavabdeh2 satış müdiri kimi tanıyır. cavabdeh2 vəkilinin verdiyi sorğuları “xxxx” şirkətinə təqdim edəndə orada onu əməkdaşlar qəbul etdi, daha sonra İddiaçı gəldi, onu ilk dəfə orada gördü. Ceyhundan Zahidin ona nə qədər borcu olduğunu soruşanda ona 39.000 manat, daha sonra isə 42.000 manat borcu olduğunu bildirdi. Zahid şirkətin dondurma soyuducularını mağazalara təhvil verirdi. İşlədiyi dövrdə Ceyhuna borcu yaranmışdır. Zahid Ceyhuna olan borcunu ödəmək üçün öz evini Ceyhunun adına keçirtdi, bankdan pul götürdü. Zahidin yoldaşının heç xəbəri olmamışdı, gedib müqaviləyə imza etmişdir. Sonra, onun müdiri dedi ki, Zahid ona 15.000 manat pul versin, evi satışdan geri qaytarsın. Zahidin borcunu süni şəkildə artırdılar ki, onun evini əlindən alsınlar. Əslində, Zahidin o qədər borcu olmamışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e*(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) ilk iddia rədd edilərək, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, *** saylı bağ sahəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh2 arasında ##.##.2020-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında iddiaçının adına ##.##.2021ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi qət edilərək, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdeh2 arasında ##.##.2020-ci il tarixli alğı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, Alğı-satqı müqaviləsi bağlanan zaman cavabdeh2 əsl niyyəti torpaq sahəsini satmaq deyil, cavabdeh2 müxtəlif şəxslər qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, iddiaçı cavabdeh2 mübahisəli torpaq sahəsini onun adına rəsmiləşdirməsini, sonuncunun da torpaq sahəsini banka ipotekaya qoyub kredit alaraq cavabdeh2 verməsini, cavabdeh2 borcunu ödədikdən sonra evini qaytaracağını təklif etmişdir. cavabdeh2 də İddiaçı təklifi ilə razılaşmışdır. Alğı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti cavabdeh2 borcunun məbləğinə uyğun formal olaraq 6.000 manat göstərilmişdir. Qeyd olunan hallar mübahisəli daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, formal olaraq, borc öhdəliklərinin pərdələnməsi məqsədi ilə bağlanması barədə cavabdeh2 dəlillərinin inandırıcı olmasına dəlalət etmişdir.
11. Məhkəmə cavabdeh2 tərəfindən iddia müddətinin ötürülməsi ilə İddiaçı nümayəndəsi və vəkili vəkil2 dəlilini əsassız hesab edərək bildirmişdir ki, hazırkı iş üzrə də cavabdeh2 qarşılıqlı iddiası torpaq sahəsinin alğı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.4, 340.2, 390.1, 404.1, 567, 568.1, 646.1ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
13. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın rədd, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. X5 ifadəsində qeyd olunanlar isə məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Çünki onun dediyi sözlər və hallar ümumiyyətlə, olmamış və olsa da bu mübahisəyə heç bir aidiyyəti yoxdur. O, Rəfi Məmmədovu heç vaxt tanımayıb və o, mübahisəli bağ sahəsini cavabdeh2 alarkən Rəfi onların heç bir söhbətlərində iştirak etməyib. O, sonralar Zahidin sözləri ilə öyrədilərək məhkəmədə dindirilmiş şəxs olmuşdur. Cavabdehin izahatında və şahidin ifadəsində qeyd olunan hallar, yəni guya cavabdeh2 işlədiyi müəssisəyə borcu olması, həmin borcun əvəzində onunla cavabdeh2 arasında mübahisəli bağ sahəsinə dair müqavilənin bağlanması, mübahisəli bağa dair hansısa bankdan kredit götürülməsi barədə məhkəmədə sadalanmış cəfəngiyatların isə heç bir əsası və təsdiqi yoxdur. Onunla Zahid arasında heç vaxt heç bir borc məsələsi olmayıb. Zahidin başqa şəxslərə borcunun olub-olmamasının isə onun mülkiyyətinə və bağ sahəsi ilə bağlı alğısatqı müqaviləsinə heç bir aidiyyəti olmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-texniki əmtəəşünaslıq (əmtəəşünaslıq üzrə mütəxəssis rəyinin alınmasına dair) ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş UNİ/Y- 03-03/2024 saylı, ## ###### 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, *** saylı bağ sahəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ## ###### 2020-ci il tarixə bazar qiyməti 22.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, *** saylı bağ sahəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kv.m. olan daşınmaz əmlakla birgə ## ###### 2020-ci il tarixə bazar qiyməti 44.000 manat təşkil edir.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubda qeyd edilmişdir ki, cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, *** saylı bağ sahəsi ünvanında yerləşən 0,04 hektar torpaq sahəsi * saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 4Ə-**** reyestr nömrəli, ## ###### 2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında ## ###### 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra, həmin torpaq sahəsi üzərində inşa edilmiş bağ evinin eskiz layihəsi və Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış ## ###### 2020-ci il tarixli məlumatlandırma ərizəsi əsasında Maştağa qəsəbəsi, ümumi sahəsi 87 kv.m olan 556G (yeni ünvan) saylı bağ evi və 0,04 hektar sahəsi ##.##.2021-ci il tarixdə vahid əmlak kimi İddiaçı adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, # #### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə görə cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi *** saylı bağ sahəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsini 6.000 manata İddiaçı satmışdır. Müqavilədə yalnız torpaq sahəsinin satılması göstərilsə də, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 556G ünvanında yerləşən, ümumi sahəsi 87 kv.m olan bağ evi və 0,04 ha torpaq sahəsi ##.##.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakda cavabdeh2 ailə üzvləri yaşayır. İddiaçı alğı-satqı müqaviləsinin bağlanmasından iki il sonra məhkəməyə müraciət edərək cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. O cümlədən, cavabdeh2 da qarşılıqlı iddia verərək müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 izahatında bildirmişdir ki, tərəflərin arasında real alğı-satqı barədə razılıq olmamışdır. cavabdeh2 “İceland xxxx” şirkətinə borcu yaranmışdır. Müqaviləni bağlamaqda niyyət o idi ki, İddiaçı Zahidin yerinə bankdan pul götürsün, Zahid isə borcunu hissə-hissə ödəsin. Lakin sonra borc 17.000 manata çatıb, borcun gah 15.000, gah da 17.000 manat olduğu bildirilir. Daha sonra, İddiaçı aralarındakı razılaşmanı pozaraq onun evdən və torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Elektron sistem məlumatlarından müəyyən olunur ki, İddiaçı “İceland xxxx” şirkətində satış üzrə nümayəndə vəzifəsində çalışır.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayətinin təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Belə ki, mübahisə predmeti olan alğı-satqı müqaviləsindən görünür ki, yalnız torpaq sahəsi 6.000 manata satılmışdır. Mütəxəssis rəyindən də müəyyən olunduğu kimi əmlakın dəyəri bir neçə dəfə bahadır. Torpaq sahəsinin ## ###### 2020-ci il tarixə bazar qiyməti 22.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi *** saylı bağ sahəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kv.m. olan daşınmaz əmlakla birgə ## ###### 2020-ci il tarixə bazar qiyməti 44.000 manat təşkil edir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bağ evinin satılması ümumiyyətlə, öz təsdiqini tapmamışdır. Mübahisə predmeti olan əmlak birgə nikah dövründə alındığından cavabdeh3 ərizəsi alınmışdır. O, ərizəsində torpaq sahəsinin bağışlanmasına etiraz etmədiyi qeyd etmişdir. Alğı-satqı müqaviləsində də bağ evi qeyd edilməmişdir. İddiaçı nümayəndə və vəkili qeyd etmişdir ki, bağ evinə dair müqavilədən kənar ödəniş olunmuşdur. Müəyyən olunduğu kimi ilkin olaraq torpaq sahəsi ## ###### 2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında ## ###### 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra, həmin torpaq sahəsi üzərində inşa edilmiş bağ evinin eskiz layihəsi və Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış ## ###### 2020-ci il tarixli məlumatlandırma ərizəsi əsasında Maştağa qəsəbəsi, ümumi sahəsi 87 kv.m olan 556G (yeni ünvan) saylı bağ evi və 0,04 hektar sahəsi ##.##.2021-ci il tarixdə vahid əmlak kimi İddiaçı adına qeydiyyata alınmışdır.
22. Mübahisələndirilən bağ evində əvvəlki mülkiyyətçinin ailə üzvləri yaşamışlar. İşin bütün sadalanan halları ilə birlikdə qiymətləndirdikdə məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır.
23. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinə münasibətdə bildirmişdir ki, iddiaçı cavabdeh2 evini və torpağını adına keçirdikdən sonra “xxxx” QSC-dan kredit götürüb cavabdeh2 barədə şirkət tərəfindən müəyyən edilmiş borcu ödəmişdir. Hal-hazırda cavabdeh2 şirkətə deyil, İddiaçı borcu yaranmışdır. Borcunu ödəmək üçün lazım olan məbləği qazanmaq üçün Rusiyaya getmişdir. Borcu ödəməkdən heç vaxt imtina etməmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda əqd etibarsız hesab edildiyindən, habelə cavabdeh2 nümayəndəsinin bildirdiyinə görə iddiaçı cavabdeh2 şirkətə olan borcunu ödədiyindən iddiaçı cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 340.1, 404.1, 405.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
26. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın rədd, ilk iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız cavabdehin heç nə ilə təsdiq edilməyən izahatına və guya şahid qismində dindirilmiş X3 heç nə ilə təsdiq olunmayan ifadəsinə istinad etmişdir. Halbuki, nə cavabdehin izahatı, nə də Rəfi Məmmədovun ifadəsi iddiaçı tərəfindən, nə də digər sübutlarla təsdiq olunmur. X5 ifadəsində qeyd olunanlar isə məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Çünki, onun dediyi sözlər və hallar ümumiyyətlə olmamış və olsa da bu mübahisəyə heç bir aidiyyəti yoxdur. İddiaçı Rəfi Məmmədovu heç vaxt tanımamış və mübahisəli bağ sahəsini cavabdeh2 alarkən Rəfi onların heç bir söhbətlərində iştirak etməyib və o mübahisənin hər hansısa halının birbaşa şahidi olmayıb. O, sonralar Zahidin sözləri ilə öyrədilərək məhkəmədə dindirilmiş şəxsdir. Cavabdehin izahatında və şahidin ifadəsində qeyd olunan hallar, yəni guya cavabdeh2 işlədiyi müəssisəyə borcu olması, həmin borcun əvəzində onunla cavabdeh2 arasında mübahisəli bağ sahəsinə dair müqavilənin bağlanması, mübahisəli bağa dair hansısa bankdan kredit götürülməsi barədə məhkəmədə sadalanmış cəfəngiyyatların isə heç bir əsası və təsdiqi yoxdur. Onunla Zahid arasında heç vaxt heç bir borc məsələsi olmayıb. Zahidin başqa şəxslərə və ya işlədiyi şirkətə borcunun olub-olmamasının isə onun mülkiyyətinə və bağ sahəsi ilə bağlı alğı-satqı müqaviləsinə heç bir aidiyyəti yoxdur və ola da bilməz. Lakin, məhkəmə bütün bunlara əhəmiyyət vermədən və heç bir sübuta istinad etmədən, cavabdehin qeyd olunan cəfəngiyatlarına istinad edərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul etmişdir. cavabdeh2 “İceland xxxx” şirkətinə hansısa borcunun olması barədə qeyd edir ki, iş materiallarında olan məhkəmənin sorğusuna “İceland xxxx” şirkəti tərəfindən verilmiş ##.##.2023-cü il tarixli cavab məktubundan göründüyü kimi onlar arasında hər hansı borc yoxdur və hər hansı problemlər olmayıb. Lakin, məhkəmə həmin məktuba qətnamədə heç bir qiymət verməmişdir. Məhkəmə alğı-satqı müqaviləsində qiymətin ucuz yazılmasını həmin müqavilənin bağlanmaması kimi qiymətləndirməsi əsassızdır. Çünki, göründüyü kimi mübahisəli ev həmin vaxt dövlət qeydiyyatına alınmadığına görə rəsmi alğı-satqı müqaviləsi yalnız torpaq sahəsi barəsində həyata keçirilib. Lakin, razılaşmaya uyğun olaraq sonradan evi də mülkiyyət hüququ üzrə qeydiyyata aldırmışdır. Əgər məqsədi torpaq sahəsi və evi almaq olmasaydı onun yerləşdiyi torpaq sahəsi onun nəyinə gərəkdir ki...!? Torpaq sahəsinin real dəyəri isə tam 6.000 manata olmasa da həmin ərazilərdə 6.000-8.000 manat arasıdır. Cavabdehin arvadının alğı-satqıya razılıq ərizəsinin olmaması da tam əsassız fikirdir. Belə ki, alğı-satqı barədə notariat işindən göründüyü kimi, cavabdehin arvadı nəinki alğı-satqıya (əvəzli əqdə), hətta əmlakın bağışlanmasına (əvəzsiz əqdə) razı olmuşdur. Onun bu ərizəsi olduğu halda əvəzli əqd olan alğı-satqı müqaviləsi cavabdehin və arvadının hər hansı mənafeyinə toxunmur. Müqavilənin 2020-ci ildə bağlanması və iki il sonra iddianın qaldırılması səbəbi isə iddia ərizəsində qeyd etdiyi kimi cavabdehin özünə yeni yaşayış yeri alması və oraya köçməsinə möhlət verməsi olub. Məhkəmə ona təqdim olunmuş iddianı sübut edən sübutları və faktiki işin həqiqi hallarını nəzərə almamış, onlara düzgün hüquqi qiymət verməmiş və yalnız cavabdehin formal mülahizələrinə istinad edərək qətnamə qəbul etmişdir. Məhkəmə qarşılıqlı iddiaçının həmin iddianı qaldırmaq üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməsinə də hüquqi qiymət verməmişdir.
28. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2024-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev və Əhliman Xıdırov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
29. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə əqdin etibarsızlığına dair mübahisəyə baxarkən yalnız iradə ifadəsini deyil, həm də bu iradənin formalaşmasına və bəyan edilməsinə əsas olmuş şərait və motivi, tərəflər arasındakı həqiqi münasibətləri çəkişmə prinsipi çərçivəsində müəyyən etməlidir. Təqdim olunmuş sübutların tədqiqi nəticəsində məhkəmənin müəyyən etdiyi yekun faktiki hallara aidiyyəti hüquq normalarının dispozisiya şərtlərinə uyğun şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Hazırkı işdə bu qaydaya əməl edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı işin halları üzrə kifayət qədər araşdırma aparmadan, həmin müqavilənin bağlanması zamanı Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtlərin pozulduğunu dəqiqləşdirmədən, yalnız qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfin irəli sürdüyü arqumentlərlə kifayətlənərək iddianı təmin etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində əqdin hansı maddi hüquq normasına əsasən etibarsız hesab edilməsini göstərməsə də, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 340.2-ci maddəsini tətbiq etməklə iddianı təmin etmiş, apellyasiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır. Müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Belə ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə, həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız olduğunu sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Buna baxmayaraq, məhkəmələr gəldikləri nəticəni Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmamışdır. Alğı-satqı müqaviləsinin iddiaçı cavabdeh2 əsl niyyətinin torpaq sahəsini satmaq deyil, özünün “İceland xxxx” şirkətinə olan borcunun İddiaçı tərəfindən ödənilməsi üçün təminat olaraq bağlandığını və borc ödənildikdən sonra torpaq sahəsinin geri qaytarılacağını qeyd etdikləri halda, həmin müqavilə ilə pərdələnən başqa əqdin, yəni borc müqaviləsinin mövcudluğu, məbləği, borc müqaviləsinin tərəfləri, borcun qaytarılıbqaytarılmadığı və sair işin halları barədə heç bir araşdırma aparmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi yalnız cavabdeh2 nümayəndəsinin izahatına əsaslanaraq, İddiaçı cavabdeh2 evini və torpağını adına keçirdikdən sonra “xxxx” QSC-dan kredit götürüb cavabdeh2 barədə şirkət tərəfindən müəyyən edilmiş borcu ödədiyini, hazırda cavabdeh2 şirkətə deyil, İddiaçı borcu yarandığını və borcu ödəməkdən heç vaxt imtina etmədiyini müəyyən edərək, İddiaçı cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Əqdin etibarsız hesab edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən digər hallar, yəni torpaq sahəsinin dəyərinin əqddə az göstərilməsi, torpaq sahəsi üzərindəki evin alğı-satqı predmeti olmaması, həmçinin torpaq sahəsində və üzərindəki evdə keçmiş mülkiyyətçiləri yaşaması isə özü özlüyündə torpaq sahəsinə dair bağlanmış əqdin əhəmiyyətsiz hesab edilməsi üçün tutarlı əsaslar hesab edilə bilməz. Belə ki, torpaq sahəsi üzərində olan evə dair keçmiş mülkiyyətçinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin əmlak alğı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Həmçinin tərəflər müqavilədə satılan əmlakın dəyərini qarşılıqlı razılıqla müəyyən edirlər. Mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin icra edilməsinin təminatı kimi daşınmaz əmlakın ipoteka müqaviləsini “alğı-satqı müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir. Bu səbəbdən, məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu səbəbdən mübahisəli alğı-satqı müqaviləsi bağlanarkən tərəflərin əslində bu müqaviləni borcun ödənilməsi üçün təminat kimi sənədləşdirmək düşüncəsi ilə hərəkət edib-etməmələrinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Odur ki, notariat orqanında alğı-satqı müqaviləsinin təsdiqlənməsi ilə əslində mövcud borcun təminatı üçün girov (ipoteka) sənədləşdirilməsi sübuta yetirildikdə isə məhkəmə MM-in 340.2-ci maddəsinə əsasən tərəflərin əqd bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidirlər. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Vahid Sadıqov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia təmin edilərək ilk iddia üzrə cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3, Balahüseyn Nəbiyev və cavabdeh2 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ***G saylı bağ evindən və 0,04 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, *** saylı bağ sahəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsi cavabdeh2 mülkiyyətində olmuş, onun üzərində yerləşən bağ evinin hüquqmüəyyənedici sənədi olmamış, yəni hüquqi vəziyyətinə görə özbaşına tikili olmuşdur. ##.##.2020-ci il tarixdə torpaq sahəsi cavabdeh2 arvadı cavabdeh3 razılıq ərizəsi əsasında onun tərəfindən 6.000 manat məbləğinə İddiaçı satılmış, həmin torpaq sahəsi və onun üzərində yerləşən 87 kv.metr sahəsi olan bağ evi vahid əmlak kimi ##.##.2021-ci il tarixdə sonuncunun adına dövlət reyestrində qeydiyyata alınmışdır.
34. Qarşılıqlı iddiaçı alğı-satqı müqaviləsinin onun şirkətə olan borcunun təminatı olaraq həmin münasibətləri pərdələmək məqsədilə bağlandığını bildirsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, qarşılıqlı iddiaçının şirkətə borcunun olması, onun öz adına kredit götürə bilməməsi işin halları və iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapmır. İlk iddiaçı da qəti şəkildə qarşı tərəfin bu mövqeyi ilə razılaşmır. Hər bir halda alğı-satqı müqaviləsinin yalan əqd olması mövqeyindən çıxış edən qarşılıqlı iddiaçı ən azından pərdələnən borc münasibətlərinin mövcudluğunu sübut etməli, bankdan götürülən kreditin onun şirkətə yaranmış borcunu ödəmək məqsədilə götürülməsinə baxmayaraq, ödənişlərin onun özü tərəfindən deyil, qarşılıqlı iddiaçı tərəfindən ödənilməsinin səbəblərini göstərməli idi. Nəticə etibarı ilə qarşılıqlı iddiaçının istinad etdiyi “İceland xxxx” şirkətinə hər hansı məbləğdə borcunun olması yalnız onun özünün bu barədə sözlərindən ibarətdir. Bu halı təsdiq edən audit yoxlaması, üzləşmə aktı, borcun etirafı barədə hər hansı sənəd, habelə ona hər hansı bank təşkilatı tərəfindən kreditin verilməsindən imtina edilməsi barədə adi bir məktub belə mövcud deyil. Hazırkı mübahisə üzrə tərəflərin sadəcə, eyni iş yerində çalışmasına əsasən qarşılıqlı iddiaçının izahatını rəhbər tutaraq müqavilənin yalan əqd hesab olunması qənaətinə gəlmək qanuni olmamaqla yanaşı, ağlabatan da hesab edilə bilməz.
35. Digər tərəfdən, borcun həmin şirkətə yarandığı bir halda həmin borc münasibətlərinin pərdələnməsi məqsədi ilə alğı-satqı müqaviləsinin məhz ilk iddiaçı ilə bağlanması özüözlüyündə anlaşılmazdır. Belə ki, “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən ilk iddiaçı “İceland xxxx” şirkətində satış üzrə nümayəndə vəzifəsində işləyir, şirkətin rəhbəri isə X7r. Başqa sözlə, şirkətə vurulmuş maddi zərər nəticəsində məhz ilk iddiaçının maddi itkiyə məruz qalması, habelə əmək haqqından başqa, şirkətdə onun hər hansı maddi maraqlarının olması müəyyən edilmir. Eyni zamanda, şirkətə maddi zərər vurulmuşdursa, həmin zərərin ödənilməsini təminat altına almaq məqsədi ilə mübahisəli əmlakın şirkətin özü tərəfindən əldə edilməsinə maneə olan hər hansı hal mövcud deyil. Qarşılıqlı iddiaçının həqiqətən də şirkətə borcu yaranmışdırsa da, həmin məsələnin onun üçün daha əlverişli qaydada, yəni torpaq sahəsinin alğı-satqısı deyil, şirkət və ya ilk iddiaçı tərəfindən götürülmüş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilməsi yolu ilə həll edilməsi də mümkün idi. Bu halda da nəticə etibarı ilə borcun ödənilməsi təmin edilmiş olurdu.
36. Məhkəmə kollegiyası borcun məbləği ilə bağı qeyd etmişdir ki, qarşılıqlı iddiaçı şirkətə 2020-ci il tarixində 6.000 manat məbləğində borcun yarandığını, 2022-ci ildə şirkət tərəfindən ona borcunun artaraq 17.000 manat olduğunun bildirildiyini vurğulayır. Halbuki qarşılıqlı iddiaçının özünün mövqeyinə görə həmin borcun 6.000 manat hissəsi ilk iddiaçı tərəfindən ödənilməli idi. Belə olan halda, 2022-ci ildə ondan 17.000 manat deyil, (17.000 – 6.000 = 11.000) artıq 11.000 manat məbləğində borc tələb edilməli idi. Belə nəticə hasil olur ki, ilk iddiaçı şirkətə hər hansı məbləğdə ödəniş etməyib, şirkət də bugünədək yaranmış borc məbləğini qarşılıqlı iddiaçıdan tələb etməyib, hətta buna bütün imkanlarının olmasına baxmayaraq, hər ay onun əmək haqqından da hər hansı məbləğdə tutmalar etməmişdir. Baxmayaraq ki, qarşılıqlı iddiaçı bügünədək şirkətə olan borcundan hər hansı məbləğdə pul ödəmədiyini etiraf edir. Başqa sözlə, yaranmış ziddiyyətli mənzərəyə əsasən belə çıxır ki, əmlak ilk iddiaçının mülkiyyətindədir, onun tərəfindən qarşılıqlı iddiaçının borcunun bağlanması üçün şirkətə hər hansı məbləğdə ödəniş edilməmişdir. Nəticə etibarı ilə qarşılıqdı iddiaçının şirkətə borcu var, lakin şirkət ondan borcunu tələb etmir, əmlakın isə şirkətə ümumiyyətlə hər hansı aidiyyəti yoxdur.
37. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı alğı-satqı müqaviləsi bağladıqdan sonra heç nə olmamış kim, hələ iki ilə yaxın müddət ərzində həmin şirkətdə işləməyə davam edib və belə çıxır ki, əmlakının ilk iddiaçının mülkiyyətinə keçməsindən narahat olmuş və bu baxımdan borcunu ödəyib əmlakını geri qaytarmaq əvəzinə dediyinə görə borcunu 6.000 manatdan 17.000 manatadək artırıbdır və borclar hər hansı haqq-hesaba deyil, şirkətin adi bir sözünə söykənib, qarşılıqlı iddiaçı da həmin borc məbləği ilə razılaşmışdır.
38. Alğı-satqı müqaviləsinə əsasən qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya yalnız torpaq sahəsi satılıb, daha sonra artıq torpağın mülkiyyətçisi olaraq ilk iddiaçı həmin torpaq sahəsi üzərində olan bağ evini də öz adına özəlləşdirmişdir. Bununla bağlı da rəsmiləşdirmənin (ölçmə işlərinin) aparılması üçün səlahiyyətli qurumun əməkdaşları da həmin evə gəlib. Nəticə etibarı ilə qarşılıqlı iddiaçı və onun ailə üzvləri bütün bu proseslərin həyata keçirilməsinə şərait yaradıblar. Bu halların mövcudluğu da qarşılıqlı iddiaçının mövqeyinin əsassız olduğunu təsdiq edir. Belə ki, alğı- satqı müqaviləsinin məhz borc münasibətlərinin pərdələnməsi məqsədi daşıdığı bir halda, onun üzərində yerləşən bağ evinin ilk iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına şəraitin yaradılmasının məqsədinin bir izahı qalmır.
39. Əmlakın (torpaq və bağ evi) mülkiyyətçisi olduqdan sonra ilk iddiaçı “xxxx” ASC ilə ##.##.2021-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən 15.000 manat məbləğində kredit götürmüş və həmin öhdəliklərinin təminatı olaraq bu əmlakı bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin 2022-ci ilin sonuna bank qarşısında olan öhdəliklərini tam şəkildə icra etmiş və əmlak ipoteka yüklülüyündən azad edilmişdir. Bu kreditin hər hansı hissəsinin qarşılıqlı iddiaçı tərəfindən ödənildiyi (bu barədə ilk iddiaçının ona və ya onun ilk iddiaçıya müraciət etməsi) müəyyən edilmir. Qarşılıqlı iddiaçının şirkətə hər hansı borcu yoxdur və olmamışdır. Qeyd edilənlər də öz növbəsində mübahisələndirilən əqdi yalan əqd kimi qiymətləndirilməsini istisna edir.
40. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının arvadının həmin müqavilənin bağışlanılması üçün razılıq ərizəsi verməsi, faktiki olaraq hazırda mübahisə predmetini təşkil edən alğı-satqı müqaviləsinin bağlanmasına razılıq verməməsi səbəbdən həmin müqavilənin əhəmiyyətsiz hesab olunması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, hüquqi təbiətinə görə bağışlanma müqaviləsi alğı-satqı müqaviləsinə nisbətdə əmlakın mülkiyyətçisi üçün daha ağır məhrumiyyət nəzərdə tutur. Belə ki, alğı-satqı müqaviləsi müvafiq haqq müqabilində əmlakın özgəninkiləşdirilməsi məqsədini daşısa da, bağışlanma müqaviləsində bu münasibətlər əvəzsiz qaydada əmlakın üçüncü şəxsin mülkiyyətinə keçməsinə səbəb olur. Hazırkı halda da qarşılıqlı iddianın arvadı razılıq ərizəsində nəinki haqqı ödənilmiş formada əmlakın özgəninkiləşdirilməsinə, bundan daha ağır nəticələrə səbəb olan qeyri-müəyyən subyektlərə əvəzsiz qaydada bağışlanmasına belə razı olduğunu bildirmişdir. Digər tərəfdən, cavabdeh3 razılıq ərizəsinin notarial qaydada təsdiqlənməsi onun həmin əqdin doğura biləcəyi nəticələri barədə məlumatlı olmasını, yəni notarius tərəfindən onun bu barədə məlumatlandırılmış olduğunu deməyə əsas verir. Bu da öz növbəsində bu dəlilin əsassız olmasını təsdiq edir.
41. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının əmlakın real dəyərinin müqavilədə göstəriləndən artıq olması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, müqavilə azadlığı müqavilə tərəflərinə qiyməti azad surətdə - bazar dəyərindən aşağı və ya yüksək müəyyən etməyə imkan verir. Başqa sözlə, sırf müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərinin faktiki bazar qiymətlərindən aşağı olması müqavilənin yalan əqd olması və nəticəsində etibarsız hesab olunmasına öz-özlüyündə əsas vermir.
42. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının və onun ailə üzvlərinin hazırda da həmin əmlakda yaşaması məsələsinə də eyni qaydada yanaşmış və belə qənaətə gəlmişdir ki, bu hal da həmin müqavilənin etibarsız hesab edilməsini şərtləndirmir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ##.##.2020-ci il tarixli alğı-satqı müqaviləsinin yalan əqd hesab olunması və bu səbəbdən etibarsız olması qənaətinə gəlmək üçün hər hansı əsaslar yoxdur. Ümumiyyətlə, bu müqavilənin hər hansı başqa əsasla etibarsız hesab edilməsi üçün də bir əsas mövcud deyil. Bu baxımdan ilk iddiaya iddia (kəsici) müddətin tətbiq edilməli olub-olmaması məsələsinə hüquqi qiymət verilməsinə hər hansı hüquqi zərurət qalmır.
44. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsas tələb, çıxarışın ləğv edilməsinin törəmə tələb olduğunu nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə əsas tələb rədd edildiyindən həmin hissədə də iddia tələbi rədd edilməlidir.
45. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hüquqi nəticə etibarı ilə ilk iddiaçı ilə qarşılıqlı iddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsi etibarlı hesab edildiyindən, ilk iddiaçı mülkiyyətində olan mübahisə predmetini təşkil edən torpaq sahəsi və bağ evinə öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda ilk iddia üzrə cavabdehlər yaşayır. Cavabdehlərin bu evdə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla ilk iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Belə ki, qeyd edilən alğı-satqı müqaviləsinin bağlanması və onun bağlanmasına razılığın verilməsi artıq mübahisə predmetini təşkil edən əmlaka münasibətdə cavabdehlərin heç bir hüquqi bağlılığının qalmamasını göstərir. Cavabdehlərin ilk iddiaçıya məxsus olan bağ evində məskunlaşması və məskunlaşmanın qeyrimüəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə ilk iddiaçının həmin evə olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ olmasına baxmayaraq, onun bu hüququ formal mahiyyət kəsb edir, ilk iddiaçı bu hüququnu həyata keçirə bilmir. Qeyd edilənlər öz növbəsində ilk iddianın əsaslı olmasını təsdiq edir və cavabdehlərin mübahisəli əmlakdan çıxarılmasını şərtləndirir.
46. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ilk iddia üzrə cavabdehlər qismində müəyyən edilmiş Balahüseyn Nəbiyev və cavabdeh4 digər cavabdehlər cavabdeh2 ilə cavabdeh3 birgə nikahından doğulmuşdur. İlk iddianın təmin edilməsi və bu uşaqların valideynlərinin mübahisəli evdən çıxarılması hüquqi nəticə etibarı ilə uşaqların da həmin evdən çıxarılması ilə nəticələnəcəkdir. Belə ki, uşaqlar yetkinlik yaşına çatmadığından hazırkı mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil, onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə qanuni nümayəndələri, yəni atası Balahüseyn cavabdeh2 oğlu və anası cavabdeh3 qoruyur. Ona görə ilk cavabdehlərin bu evdən çıxarılması, hüquqi nəticə etibarı ilə özündə həmçinin, bu uşaqların da çıxarılmasını ehtiva edir.
47. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 324.1, 324.4, 324.5, 337.1, 337.3, 337.4, 340.2, 404.1, 404.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
48. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki tərəf görünüşə görə öz aralarında müqavilə bağlamağa razılaşmışlar (İddiaçı təşəbbüsü ilə). Onlar həqiqi iradələrini gizləyib cavabdeh2 “İceland xxxx” şirkətinə olan borcuna görə, yəni ödənilməsini yerinə yetirmək üçün satış müdiri İddiaçı ilə alğı-satqı müqaviləsi bağlayıb, əmlakını satması görüntüsü yaratmışdır. Borca görə, yəni bu niyyətlə bağlanılan əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
50. cavabdeh3 ərizəni bağışlama üçün vermiş, evin satılmasını məhkəməyə gələndə bilmişdir. Ali Məhkəmənin qərarında da göstərilir ki, əlavə qayda və ya şərtlər məhkəmə qərarından asılı olmayaraq, sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. cavabdeh3 “bağışlama” ərizəsini borcun ödənilməsindən sonra əmlakın qaytarılacağına görə vermişdir. Onun razılıq ərizəsində göstərdiyi qayda və şərt pozulduğuna görə cavabdeh2 və İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsızdır. Bu Mülki Məcəllənin 225.6-cı maddəsinin birbaşa pozulması deməkdir. cavabdeh3 şəxsiyyət vəsiqəsinin müddəti keçmişdir. Hər iki qanunun müddəaları birbaşa pozularaq alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı ilə cavabdeh2 arasında bağlanan alğı-satqı müqaviləsində heç bir məbləğ ödənilməmiş və hətta, vergi pulu 6.000 manatdan çıxılmış, qalan məbləği Ceyhun götürmüşdür. Göstərilən ağır nəticə yaranmışdır. Nəinki, “bağışlama” ilə, alğı-satqı müqaviləsi bağlanan zaman da əmlak əvəzsiz verilmişdir. ##.##.2020-ci ildə ** saylı notariat ofisində cavabdeh3 üçün “razılıq ərizəsi” aldığı zaman alğı-satqı etməmiş, ##.##.2020-ci il tarixdə * saylı Asan Xidmətdə (Yasamal rayonu) müqavilə bağlamışlar. Evdən çıxmaq barədə heç bir razılıq olmamışdır. Çünki alğı-satqı müqaviləsi İddiaçı təklifi ilə borcun ödənilməsi üçün bağlanmışdır. Halbuki mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməmişdir.
51. İddiaçı “xxxx”dan (iş üzrə 3-cü cild. səh.56) kredit götürüb (bu məqsədyönlü olaraq), 2021-ci il aprel ayında 15.000 manatı şirkətə ödəmişdir. Zahid tez-tez Ceyhundan kreditin nə vaxt götürəcəyini soruşmuş, hər dəfə ona tələsməməyi demiş və “xxxx”dan kredit götürdüyünü gizlətmişdir.
52. Birinci instansiya məhkəməsində İddiaçı və cavabdeh2 bir yerdə işləməsini ilkin iddiaçı inkar edirdi. “İceland xxxx” cavabdeh2 şirkətdə nə vaxtdan işləməsi və nə qədər borcu olması barədə sorğuya rəsmi cavab vermədi. Halbuki işləyib, işləməyib kimi cavab verə bilərdi.
53. cavabdeh2 bildirdiyi kimi əmlakını satmaq istəsə idi, yaşadığı məhəllədə 0.01 ha. torpaq sahəsinin qiymətinin 8-9 manat olduğu halda, 0,04 ha torpağı 6.000 manata gizlin satması sual doğurur. ##.##.2024-cü il tarixli mütəxəssis rəyində göstərilir ki, ##.##.2020-ci il tarixinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, *** saylı bağ sahəsində yerləşən 0,04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kv.m. olan daşınmaz əmlakla birgə ##.##.2020-ci ildə bazar qiyməti 44.000 manat qiymətləndirilmişdir. 0,04 ha torpaq sahəsinin bazar qiyməti isə 22.000 manatdır. Göründüyü kimi, yalnız torpağın qiyməti 22.000 manat olmuşdur.
54. Hakim öz mülahizəsinə əsasən bildirir ki, qanun müqavilə tərəflərinə qiyməti azad surətdə, yəni bazar dəyərindən aşağı və ya yüksək müəyyən etməyə imkan verir. cavabdeh2 ailəsi ilə yeganə yaşayış yeri olan (ev nəzərə alınmadan) torpağı borcu 6.000 manat olduğu halda, əvəzsiz qaydada İddiaçı satmasına dair məhkəmə inanılmaz mövqe tutmuşdur. Bütün bunları məhkəmə şərt hesab etməmişdir.
55. “İceland xxxx” şirkətində 15 il işləyən cavabdeh2 heç vaxt borcu olmamış, COVİD- 19 zamanı anasının xəstəliyi ilə əlaqədar borcu yaranmış və şirkət yararsız məhsulları, soyuducuların məbləğini də hesablayıb şişirdilmiş borc məbləği müəyyən etmişdir. cavabdeh2 işdən azad olması, onun nə qədər borcunun olması barədə ona yazılı sənəd verilməsini tələb etdikdən sonra İddiaçı (satış müdiri) guya dost kimi onun evinə mütəmadi getmişdir. Ceyhun bildirmişdir ki, “rəhbərliklə danışmışam. Bank sənə kredit vermirsə, əmlakının “çıxarışı” var, mənim adıma keçir, mən kredit götürüm, bankın kreditini ödəyərsən, sonra evi qaytararam”. Məhkəmə göstərir ki, bankın kredit verməkdən imtinası barədə heç bir sənəd verilməmişdir. Hamıya məlumdur ki, torpağın sənədinə və kredit ödənişinin gecikməsinə görə banklar kredit verməkdən imtina edirlər. Hamıya bəlli olan halların sübuta ehtiyacı yoxdur.
56. “İceland xxxx” şirkəti cavabdeh2 borcu barədə heç bir sənəd verməmiş, lakin 16.000 manat siyahıya imza etməyi tələb etmişdir. cavabdeh2 həmin siyahıya, boş sənədə imza etməkdən imtina etmişdir (2021-ci ildə). Belə olan halda, şirkət heç vaxt audit yoxlama keçirməyəcəkdir.
57. cavabdeh1 məhkəmədə bildirdi ki, o, əmlakdan evin cizgisini çəkməyə gələndə onları evə buraxmamışdır. İddiaçı dedi ki, “oğlunun borclarına görə, əmlakın cizgisini çəkdiririk, bankdan borc götürməliyik.” O, bu sözdən sonra onları həyətə buraxmışdır.
58. İddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsi, 0,04 ha 556 bağ sahəsini öz adına keçirdikdən sonra, ##.##.2021-ci ildə, həmin əmlakı ipoteka edib “xxxx”dan 15.000 manat pul götürmüşdür. Dəfələrlə, Ceyhundan kredit götürülməsi ilə bağlı maraqlanıb soruşduqda, “tələsmə, həll edəcəyik” demişdir. Çünki Ceyhun kredit götürdükdən sonra həmin krediti razılaşmaya görə krediti Zahid ödəməli idi. Ceyhun “xxxx”dan kredit götürməsini cavabdeh2 gizlətmişdir.
59. İddiaçı (satış müdiri) 2022-ci ilin may ayında krediti ödəyib, əmlakı ipotekadan çıxarmışdır. Bu zaman Zahid 16.000-17.000 manat borcu olduğunu, bu borcu ödəyib evdən çıxmağı tələb etmişdir. İddiaçı və cavabdeh2 arasında mübahisə yaranmışdır. İddiaçı polisə müraciət etmişdir. Yeni bir yalan uydurmuşdur ki, cavabdeh2 guya onun kirayəçisidir, kənar adamları gətirib cinayət törədir, polis İddiaçı şikayətini yoxlamış və onun şikayəti təsdiq olunmamışdır.
60. cavabdeh2 “İceland xxxx” şirkətində işləməsi və borcu barədə iki sorğunu cavabdeh2 məhəllə qonşusu (tez olması üçün) X3 ilə göndərmişdir. Şirkətin rəhbərliyi səhər saat 10-dan 17-yə qədər onu gözlətmişdir. X8, Ceyhunla, rəhbərliklə telefonla danışmış, onların səsini yazmışdır. Rəhbərlikdən demişlər ki, “17.000 manat borcu var, 15.000 manat versin, İddiaçı onun əmlakını qaytarsın”. İddiaçı isə əvvəl demişdir ki, Zahidin 32.000, sonra isə 45.000 manat borcu var. Bu səs yazısını diskə köçürüb, vəsatətlə məhkəməyə təqdim etmişlər (iş üzrə 1-ci cild səhifə 96-97). İddiaçı vəkili vəkil2 tələb etdi ki, disk şəxslərin xəbəri olmadığına yazılı sübut kimi qəbul edilməsin. Hakim ilkin iddiaçının tələbini qəbul edib diski qaytardı. Buna görə X3 şahid kimi dindirilməsi barədə vəsatət təmin olundu. Onlar poçt vasitəsilə ##.##.2022-ci ildə 2 sorğunu “İceland xxxx” şirkətinə göndərmiş, cavab ala bilmədiklərinə görə qəbzi və sorğuların surətini məhkəməyə təqdim etmişlər. Apellyasiya instansiyası məhkəməsi isə “İceland xxxx” şirkətinin sorğulara niyə cavab verilməməsi məsələsinə toxunmamışdır.“ İceland xxxx” şirkətin Azərbaycan Respublikası Qanunları əsasında fəaliyyət göstərir, amma heç bir sorğuya cavab vermir, qanunsuz olaraq işçilərin üzərinə soyuducuların məbləğini yazıb əsassız varlanırlar.
61. Məhkəmə qeyd etmişdir ki, 46-cı bənddə göstərilir ki, borcun həmin şirkətə yarandığı bir halda həmin borc münasibətlərinin pərdələnməsi məqsədi ilə alğı-satqı müqaviləsinin məhz ilk iddiaçı ilə bağlanması özü-özlüyündə anlaşılmazdır. Buna münasibətdə qeyd edilməlidir ki, “İceland xxxx” şirkətdir. Şirkəti idarə edənlər bu yola əl atıblarsa, heç vaxt bu məsələni rəsmi sənədlərlə həll etməyəcəklər. 6.000 manat borcun olması barədə heç bir sənəd verməmiş və onu həbs etdirəcəkləri ilə hədələmişlər. Qanuni yollarını bilməyən cavabdeh2 qorxmuş, bankdan kredit götürmək istəmiş, gecikmələri olduğuna imtina etmişlər.
62. Məhkəmə İddiaçı vəkili və etibarnaməli nümayəndəsi vəkil2 dediklərini sübutsuz qəbul edir. X6 telefonla diskə köçürdüklərini, yəni şahid kimi məbləğ və borc barədə dediklərini qəbul etmək istəmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
63. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
64. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
65. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
66. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
67. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
68. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
69. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
70. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
71. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
72. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
73. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
74. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
75. Maddə 340.2. yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
76. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
77. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
78. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
79. Maddə 404.2. bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
80. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
82. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
83. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
84. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
85. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
86. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
87. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
88. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
89. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
90. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
91. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
92. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
93. Maddə 420. İşə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra həmin iş kassasiya instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılır. Kassasiya baxışının hədləri:
94. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
95. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
96. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
97. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
98. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
99. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
100. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
101. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
102. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
103. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
104. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
105. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.