Məhkəmə qərarları › İş №2(1-8)-411/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-411/2026

15.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‐Respublikası‐adından Qərar Bakı‐şəhəri İş‐№‐2(1-8)-411/2026 15.04.2026 ALI‐MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: maneələrin‐aradan‐qaldırılması,‐mülkiyyətə‐gözlənti,‐subyektiv‐hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul‐etdi. İşin halları:

1. Azərbaycan SSR Bakı şəhəri X23 İcraiyyə Komitəsinin Uçot və yaşayış sahəsinin bölüşdürülməsi şöbəsi tərəfindən X2 verilmiş ##.##.1965-ci il tarixli, ***** nömrəli orderə əsasən, onunla yaşayan 9 nəfərin ünvan 2 4 ünvanında yerləşən, ümumi sahəsi 47,05 kv.metr olan 3 otaqlı, mənzil 24 ünvanında yerləşən yaşayış sahəsini əldə etmək hüququ vardır: 1. X2,

2. X12., 3. X3, 4. İddiaçı, 5. X4, 6. X6, 7. X13, 8. X9, 9. X7, 10. Ağayev Rəhman Fərman oğlu.

2. Adına order verilmiş X2 oğlu Ağayev Rəhman Fərman oğlu ilə cavabdeh cavabdeh1 1994-cü ildə ailə qurmuş, nikahlarını ##.##.1997-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından ##.##.1995-ci il tarixdə cavabdeh3, ##.##.1997-ci il tarixdə isə cavabdeh2 adlı iki‐uşaqları‐doğulmuşdur.

3. Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2010-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, Ağayev Rəhman Fərman oğlu və cavabdeh1 arasında nikah pozulmuş, bu barədə akt qeydləri kitabında ##.##.2010-cu il‐tarixdə‐120‐nömrə‐ilə‐qeyd‐edilmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, ilkin iddia təmin edilmiş, ilkin iddia üzrə iddiaçılar Ağayev Rəhman Fərman oğlu və X1 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanındakı mənzilə köçürülmələri, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər Ağayev Rəhman Fərman oğluna və X1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi‐qət‐olunmuşdur.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 8 ünvanında yerləşən ** nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı üçün ərizənin icrası mümkün olmamış və hüquqların dövlət‐qeydiyyatına‐alınmasından‐imtina‐edilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin *** saylı MKİS-nin ##.##.2025-ci il tarixli arayışına əsasən, cavabdeh1 1994-cü il tarixdən bu günə kimi ünvan 4 ünvanında yaşayır. Hazırda mənzildə cavabdeh3, cavabdeh2 və cavabdeh1 yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil1 cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum qardaşı Ağayev Rəhman Fərman oğlunun 2000-ci ildə boşanmış keçmiş həyat yoldaşı cavabdeh1 və onun uşaqları cavabdeh3 və cavabdeh2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən ünvana texniki inventarlaşdırma işlərinin aparılması üçün gəldikləri zaman maneə yaratmalarının qadağan edilməsi barədə qətnamə qəbul‐olunmasını‐xahiş‐etmişdir.

8. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilə hüquqmüəyyənedici sənəd verilməsi üçün DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsi əsasında DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri sözügedən ünvana texniki inventarlaşdırma işlərinin aparılması üçün gəldikləri zaman iddiaçının mərhum qardaşı Ağayev Rəhman Fərman oğlunun 2000-ci ildə boşanmış keçmiş həyat yoldaşı cavabdeh1 və onun uşaqları cavabdeh3 və cavabdeh2 mütəxəssislərə işlərini görməyə icazə verməmişlər. Bu səbəbdən də DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi ##.##.2024-cü il tarixli məktubla texniki inventarlaşdırma işlərini aparmaq mümkün olmadığı üçün hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. cavabdeh1 və onun uşaqları cavabdeh3 və cavabdeh2 bu cür özbaşına hərəkətlər etmələri qadağan‐edilməlidir.

9. Cavabdeh cavabdeh3 iddia tələbinə qarşı etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tələbində göstərir ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi ona məxsusdur və mənzilə hüquqmüəyyənedici sənəd verilməsi üçün DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, həmin ərizə əsasında inventarlaşdırma işlərinin aparılması üçün gəldikləri zaman o, və digər cavabdehlər mütəxəssislərə icazə verməmişlər. Həmin mənzil dövlət mənzil fonduna məxsusdur. Mənzilin kirayəçisi ##.##.1965-ci il tarixində verilmiş orderə əsasən mərhum babası X5 olmuşdur. Anası 1997-ci ildə mərhum atası Ağayev Rəhman Fərman oğlu ilə rəsmi nikaha daxil olduğu vaxtdan yuxarıda qeyd olunan mənzilə gəlin köçmüş, hal-hazıradək orada yaşayır. Bacısı ##.##.1997-ci il təvəllüdlü cavabdeh2 və onun mənzildən istifadə hüququ yaranmışdır. İddiaçının isə həmin mənzildə sadəcə qeydiyyatı vardır. 40 ilə yaxındır ki, həmin ünvanda yaşamır. Hazırda isə iddiaçı mənzilin kirayəçisinin ailə üzvü kimi onun və digər cavabdehlərin icazəsi olmadan qanunsuz olaraq öz adına özəlləşdirmək istəyir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı; mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların “Elektron Hökumət” İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların “Elektron Hökumət” İnformasiya Sistemi vasitəsi ilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşların razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. İddiaçı yalan məlumat verməklə saxta, təhrif olunmuş sənədlər əldə edərək * saylı Ərazi İdarəsinə təqdim etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu X1 ailəsi ilə birlikdə ##.##.2024-cü ildə icra məmurları tərəfindən həmin mənzilə köçürülmüşlər. Anası cavabdeh1 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun mübahisəsiz olması halı sözügedən qətnamə ilə də öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçının həmin mənzildə ondan və digər cavabdehlərdən hər hansı bir üstünlük hüququ yoxdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununun 8-ci maddəsinin tələbinə zidd olaraq cavabdehlərin razılığı olmadan iddiaçının adına hüquqmüəyyənedici sənədin verilməsi məqsədi ilə həmin mənzildə texniki inventarlaşdırma işlərinin aparılması qanunsuzdur. Ümumiyyətlə, cavabdehlərin razılıq ərizələri olmadan DƏDKR və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin əməkdaşının mənzilə gəlmələri belə qanunsuz olmuşdur. Bir sözlə, iddiaçı hüquqdan sui-istifadə edərək inzibati orqanın‐qanunsuz‐hərəkətləri‐ilə‐cavabdehlərin‐hüquqlarını‐pozmağa‐çalışır.

10. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1994-cü ildə mübahisəli mənzilə gəlin köçmüşdür. 2007-ci ildə əri ilə nikahı pozulsa da, indiyədək həmin mənzildə yaşayır. Mənzil order əsasında onun qayınatasına məxsus olmuşdur. İddiaçı mənzildən çoxdan köçüb getmişdir və mənzilə dair heç bir hüququ yoxdur.

11. Məhkəmə iclasında cavabdeh cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli mənzildə o, anası və bacısı yaşayır. Həmin mənzil onların babasına məxsus olmuşdur. Orada doğulmuşdur və hazırda da birlikdə yaşayırlar. İddiaçının mənzillə bağlı‐heç‐bir‐hüququ‐yoxdur.

12. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli mənzildə o, qardaşı və anası yaşayır. Həmin mənzil onların babasına məxsus olmuşdur. Orada doğulmuşdur və hazırda da birlikdə yaşayırlar. İddiaçının mənzillə bağlı‐heç‐bir‐hüququ‐yoxdur.‐

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına mane olunmasının cavabdehlər‐cavabdeh3,‐cavabdeh2‐və‐cavabdeh1‐qadağan‐edilməsi‐qət‐olunmuşdur.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, hazırda cavabdehlərin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 8, mənzil 24 ünvanında yerləşən mənzilə köçmək (orada yaşamaq) hüququ X2 və onun orderdə adları qeyd edilmiş ailə üzvlərinə ##.##.1965-ci il tarixli order əsasında verilmişdir. Orderdə mənzilin Fərman Ağayevə verildiyi, adları qeyd edilən digər şəxslərin isə onun ailə üzvü kimi mənzildə yaşamaq hüququ əldə etdiyi göstərilmişdir. Hansıki həmin ailə üzvlərindən biri də iş üzrə iddiaçı İddiaçıdir. Belə ki, o, adına order verilmiş Fərman Ağayevin oğlu olmaqla yaxın ailə üzvü olmuşdur. Hazırda iddiaçı İddiaçı iddia edir ki, həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün aidiyyəti orqana müraciət etsə də, mənzil sakinləri olan iş üzrə cavabdehlər tərəfindən orqanın əməkdaşlarına texniki inventarlaşdırma işlərinin görülməsinə şərait yaradılmamış, bu səbəbdən aidiyyəti orqan mənzil üzərində hüquqların qeydiyyatından imtina etmişdir. Öz növbəsində cavabdeh tərəf aidiyyəti orqan tərəfindən texniki inventarlaşdırma işlərinin görülməsinə imkan vermədiklərini qəbul etmiş, bunu iddiaçının həmin mənzili qanunsuz olaraq özəlləşdirməyə çalışması ilə əsaslandırmışlar. Cavabdehlərə görə bu özəlləşdirmənin qanunsuzluğu ondan ibarətdir ki, özəlləşdirmə yalnız mənzildən istifadə hüququ olan şəxslərin, yəni cavabdehlərin razılığı ilə baş tuta biləcəyi halda, iddiaçı buna özbaşına nail olmağa çalışır və‐hazırkı‐iddiası‐da‐bu‐niyyətini‐həyata‐keçirməyə‐yönəlmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli məsələnin həlli üçün ilk növbədə iddiaçının bu iddianı qaldırmağa müvafiq subyektiv hüququnun olub-olmadığı, əgər subyektiv hüquq varsa, cavabdehlər tərəfindən bu hüquqa müdaxilə edilib-edilmədiyi, əgər edilibsə, bu müdaxilənin cavabdeh tərəfin etirazında iddia edildiyi kimi qanuni bir əsasa söykənibsöykənmədiyi kimi məsələlər araşdırılmalıdır. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələdə mübahisəli hüquq münasibətinin yarandığı, yəni mənzillə bağlı orderin verildiyi tarixdə qüvvədə olan “SSRİ və İttifaq respublikalarının mülki qanunvericiliyinin əsaslarının təsdiq edilməsi haqqında” SSRİ Qanununun 301-ci maddəsində yaşayış sahəsinin kirayəçisi ilə yanaşı, onunla birlikdə yaşayan kirayəçinin ailə üzvlərinin də kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələri əldə etdiyi göstərilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1-ci bəndində qeyd edilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin qanunun 5-ci maddəsində isə qeyd edilmişdir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Belə olan halda, iddiaçı İddiaçı bu iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Ona görə ki, yuxarıda qeyd edilən normalardan göründüyü kimi, iddiaçı orderdə adı qeyd edilmiş ailə üzvü kimi qanunla müəyyən edilmiş şərtlər ödəniləcəyi təqdirdə mənzili şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir. Bu hüquq isə ona hazırkı mərhələdə mənzil üzərində mülkiyyət hüququ verməsə də, belə mülkiyyət hüququnu əldə etməyə “qanuni gözlənti” verir. Nəzərə alınmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin də öz presedentlərində dəfələrlə vurğuladığı kimi, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər (Saghinadze və başqaları Gürcüstana qarşı, № *****/**, § 103, ## ### 2010-cu il).

16. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının gələcəkdə həmin mənzillə bağlı mülkiyyət hüququ əldə etməyi gözləmək üçün kifayət qədər qanuni əsası vardır. İddiaçının mənzili cavabdeh tərəfin razılığı olmadan özəlləşdirə bilməyəcəyi, belə razılığın olmadığı hazırkı vəziyyətdə iddiaçının bu özəlləşdirmə ilə bağlı bütün fəaliyyətinin, eləcə də hazırkı iddianın predmeti olan texniki inventarlaşdırma işlərinə yaradılan maneənin aradan qaldırılmasının qanunsuz olduğu barədə cavabdeh tərəfin etirazı mahiyyət etibarilə mənzilin özəlləşdirilməsi ilə bağlı tərəflər arasında mübahisə olduğunu göstərir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 9-cu maddəsinə əsasən, vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Həmin qanunun 7-ci maddəsində vətəndaşın yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə əlavə ediləcək sənədlərdən biri kimi mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi göstərilmişdir. Bu baxımdan, gələcəkdə mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi istisna edilmir. Bununla belə, bu hal iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu aradan qaldırmır. Ona görə ki, cavabdehlərdən fərqli olaraq, iddiaçının adı orderdə kirayəçinin ailə üzvü kimi qeyd edilmiş, bu isə ona kirayəçinin bütün hüquqlarını həyata keçirmək imkanı (subyektiv hüquq) vermişdir. Cavabdeh tərəfin etirazının əsasında duran məsələlər iddiaçının subyektiv hüququnu həyata keçirməsi‐zamanı‐qanunla‐müəyyən‐edilmiş‐prosessual‐şərtlərə‐riayət‐edilməsi‐ilə‐bağlıdır.

17. Cavabdeh tərəfin iddiaçının subyektiv hüququna müdaxilə edib-etməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin bu halı tərəflər arasında mübahisəsizdir. Belə ki, cavabdehlər mübahisəli ünvanda texniki inventarlaşdırma işlərinin aparılmasına müdaxilə etdiklərini, buna icazə vermədiklərini qəbul etmiş, lakin yuxarıda istinad edilmiş səbəbdən bu müdaxilənin qanuni olduğunu iddia etmişdir. Lakin iddiaçı həmin ünvanda texniki inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər tərəfindən maneə törədilməsinin qadağan edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsi mənzil üzərində cavabdehlərin mane olduğu işlərin görülməsindən asılıdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü, eləcə də torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün zəruri olan sənədlərdəndir. Dolayısı ilə həmin işlərin görülməsinin cavabdehlərin razılığına bağlanması iddiaçını gələcəkdə həmin mənzili öz adına özəlləşdirəcəyi halda belə mənzili öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq imkanından məhrum edir. Cavabdeh tərəfin etirazının əsasını təşkil edən hallar özəlləşdirmənin prosedur qaydası ilə bağlıdır ki, bu hal iddiaçını bu cür özəlləşdirməni tələb etmək hüququndan məhrum etmədiyindən bu hüququn həyata keçirilməsinə yönələn bütün fəaliyyəti qeyri-qanuni etmir. Odur ki, iddiaçı iddianın predmetini təşkil edən maneələrin aradan qaldırılmasını‐tələb‐etməkdə‐haqlı‐olmuşdur.

18. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən “SSRİ və İttifaq Respublikalarının mülki qanunvericiliyinin əsaslarının təsdiq edilməsi haqqında” SSRİ Qanununun 1, 2, 3, 17, 301-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 5, 8, 9, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2, 10.2.2, 10.2.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 217-ci maddələrinə‐istinad‐etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə‐yeni‐qətnamə‐qəbul‐olunmasını‐xahiş‐etmişdir.‐

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı tərəfindən ona və digər cavabdehlər anası cavabdeh1 və bacısı Ağazadəyə qarşı irəli sürülmüş AR DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə inventarlaşdırma işlərinin aparılmasına yaradılan fiziki maneənin qadağan edilməsi tədbirinə dair iddianı aşağıda sadaladığı hallara görə əsassız hesab edir. Belə ki, iddiaçı İddiaçı tələbində göstərir ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi ona məxsusdur və mənzilə hüquqmüəyyənedici sənəd verilməsi üçün DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ##.##.2024cü il tarixdə ərizə ilə müraciət etmiş, həmin ərizə əsasında DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri sözü gedən ünvana texniki inventarlaşdırma işlərinin aparılması üçün gəldikləri zaman mən və digər cavabdehlər mütəxəssislərə icazə verməmişlər. Qeyd edir ki, həmin mənzil dövlət mənzil fonduna məxsusdur. Mənzilin kirayəçisi ##.##.1965-ci ildə verilmiş orderə əsasən mərhum babası X5 olmuşdur. Anası 1997-cı ildə mərhum atası Ağayev Rəhman Fərman oğlu ilə rəsmi nikaha daxil olduğu vaxtdan yuxarıda qeyd olunan mənzilə gəlin köçmüş, hal-hazıradək orada yaşayır. Bacısı ##.##.1997-ci il təvəllüdlü Ağazadə və o, hər ikisi anadan olan vaxtdan qeyd olunan mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Bir sözlə, hər üçünün həmin mənzildə istifadə hüququ yaranmışdır. İddiaçının isə həmin mənzildə sadəcə qeydiyyatı vardır, 40 ilə yaxındır ki, həmin ünvanda yaşamır. Hazırda isə iddiaçı mənzilin kirayəçinin ailə üzvü kimi onun və digər cavabdehlərin icazəsi olmadan mənzili qanunsuz olaraq öz adına özəlləşdirmək istəyir. Hansı ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi” haqqında AR Qanunun 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə arayış (* №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların “Elektron Hökumət” Informasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların “Elektron Hökumət” İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Hansı əsasla o və digər hər iki cavabdehin həmin mənzildə istifadə hüququ, qeydiyyatı olduğu halda və orada yaşamalarına baxmayaraq, cavabdehlərin razılığı olmadan iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanunun 8-ci maddəsinin tələbinə zidd mənzili özəlləşdirmək istəyir. Görünür ki, iddiaçı yalan məlumat verməklə saxta təhrif olunmuş sənədlər (arayış (* №-li forma) və ya saxta razılıq ərizələri onun və digər cavabdehlərin adından) əldə edərək * saylı Ərazi İdarəsinə təqdim etmişlər. Əlavə olaraq qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu X1 ailəsi ilə birlikdə ##.##.2024-cü ildə icra məmurları tərəfindən həmin mənzilə köçürülmüşlər. Anası cavabdeh1 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində istifadə hüququnun mübahisəsiz olması halı sözügedən qətnamə ilə də öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan hallardan göründüyü kimi iddiaçının həmin mənzildə o və digər cavabdehlərdən hər hansı bir üstünlük hüququ yoxdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanunun 8-ci maddəsinin tələbinə zidd olaraq onların - cavabdehlərin razılığı olmadan iddiaçının adına hüquqmüəyyənedici sənədin verilməsi məqsədilə həmin mənzildə texniki inventarlaşdırma işlərinin aparılması qanunsuzdur. Ümumiyyətlə cavabdehlərin razılıq ərizələri olmadan DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin əməkdaşının mənzilə gəlmələri belə qanunsuz olmuşdur. Bir sözlə iddiaçı hüquqdan sui-istifadə edərək inzibati orqanın qanunsuz hərəkətləri ilə cavabdehlərin hüquqlarını‐pozmağa‐çalışır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/*** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinksi (sədrlik edən və məruzəçi), Günel Abbasova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən‐saxlanılmışdır.

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, iddia tələbi məhz mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması ilə bağlıdır. Hazırda qüvvədə olan sənədlərlə iddiaçının mənzil hüquqlarının mövcudluğu və mülkiyyət hüquqlarının gözləntisi müəyyən olunur. Bu hüquq isə ona həmçinin cavabdehlər tərəfindən səlahiyyətli inzibati orqanın əməkdaşları tərəfindən müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququ verir. Hazırkı vəziyyətdə iddiaçının həmin mənzilə dair inventarlaşdırma işlərinin aparılmasında qanuni marağı var və cavabdehlərin hərəkətlərinin heç bir əsası mövcud deyildir. Cavabdehlər inventarlaşdırma işlərinə mane olmalarını inkar etməmişlər. Onların etiraz dəlilləri mahiyyəti etibarilə məhz inventarlaşdırma aparılmasının rədd edilməsinə yönəlmişdir. Ona görə birinci instansiya məhkəməsinin iddiaçının tələbləri üzrə dəlillərinin sübuta yetirilməsi əsası ilə təsbit etdiyi qənaəti düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin‐qətnaməsi‐dəyişdirilmədən‐saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə cavabdehlərdən biri apellyasiya şikayəti vermiş, digərləri isə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq‐onu‐mübahisələndirməmişlər.

24. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, dövlət orqanı olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən inventarlaşdırmanın və ölçülərin aparılması qanunla nəzərdə tutulmuş‐hərəkətlərdir‐və‐onun‐iddia‐etdiyi‐hüquqlara‐heç‐bir‐aidiyyəti‐yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsi, Mülki Məcəllənin 139, 157, 158ci, Mənzil Məcəlləsinin 30.2-ci, “SSRİ və İttifaq respublikalarının mülki qanunvericiliyinin əsaslarının təsdiq edilməsi haqqında” SSRİ Qanununun 301-ci maddələrinə və Mülki Prosessual‐Məcəllənin‐14,‐76,‐77,‐80-88, 119-cu‐maddələrinə‐istinad‐etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən cavabdeh cavabdeh3 (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi‐barədə‐qərar‐qəbul‐olunmasını‐xahiş‐etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd edilənlərə, apellyasiya şikayətinin dəlillərinə, apellyasiya şikayətinin sübuta yetirilməyən və hüquqdan sui-istifadəyə şərait yaradan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə xüsusatlar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbi məhz mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması ilə bağlıdır. Hazırda qüvvədə olan sənədlərlə iddiaçının mənzil hüquqlarının mövcudluğu və mülkiyyət hüquqlarının gözləntisi müəyyən olunur. Bu hüquq isə ona həmçinin cavabdehlər tərəfindən səlahiyyətli inzibati orqanın əməkdaşları tərəfindən müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququ verir. Hazırkı vəziyyətdə iddiaçının həmin mənzilə dair inventarlaşdırma işlərinin aparılmasında qanuni marağı var və cavabdehlərin hərəkətlərinin heç bir əsası mövcud deyildir. Cavabdehlər inventarlaşdırma işlərinə mane olmalarını inkar etməmişdir. Onların etiraz dəlilləri mahiyyəti etibarilə məhz inventarlaşdırma aparılmasının rədd edilməsinə yönəlmişdir. Ona görə birinci instansiya məhkəməsinin iddiaçının tələbləri üzrə dəlillərinin sübuta yetirilməsi əsası ilə təsbit etdiyi qənaəti düzgün olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, iş üzrə cavabdehlərdən biri apellyasiya şikayəti vermiş, digərləri isə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq onun mübahisələndirməmişdir. Bundan əlavə, cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, dövlət orqanı olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən inventarlaşmanın və ölçülərin aparılması qanunla nəzərdə tutulmuş hərəkətlərdir‐və‐onun‐iddia‐etdiyi‐hüquqlara‐heç‐bir‐aidiyyəti‐yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər‐hüquqlar‐bu‐Məcəllədə‐və‐qanunvericilikdə‐nəzərdə‐tutulan‐hallarda‐qeydə‐alınmalıdır.

30. Maddə 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün‐əsas‐hesab‐olunur.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan‐və‐qorunan‐hüququdur.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını‐məhkəmə‐vasitəsilə‐tələb‐edə‐bilər.

33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə‐nəzərdə‐tutulan‐əsasla‐əmlaka‐sahiblik‐edən‐şəxsə‐də‐mənsubdur.

34. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi‐tərəfindən‐pozulmaqdan‐müdafiə‐edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (# ####### 2009-cu ilədək qüvvədə olmuş redaksiyada).

35. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı‐şəkildə‐bağlanır.

36. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

37. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin‐iddiası‐üzrə‐məhkəmə‐qaydasında‐həyata‐keçirilir.

38. Maddə 127. İcarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi‐bağlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin‐60-cı‐maddəsi‐haqqında”‐##‐####‐1999-cu‐il‐tarixli‐qərarı.

39. ....Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla‐bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu.

40. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən‐həyata‐keçirilir.

41. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin‐ümumi‐(paylı,‐birgə)‐mülkiyyətinə‐verilə‐bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-

42. təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və istismar mənzilin‐kommunal-məişət‐vəziyyəti‐barədə‐arayış‐(*‐№-li forma) verir.

43. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına‐verdiyi‐ərizəyə‐aşağıdakı‐sənədləri‐əlavə‐etməlidir:‐ mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi‐ilə‐əlaqədar‐mənzil‐sahəsinə‐(evə)‐hüququ‐saxlanılan‐şəxslərin‐ərizəsi;‐ mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil‐istismar‐təşkilatının‐arayışı‐(*‐№-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər‐tələb‐edilə‐bilməz.

44. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # ### 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və‐qanunlarına‐uyğunluğunun‐yoxlanılmasına‐dair”‐##‐####‐2008‐ci‐il‐tarixli‐Qərarı.

45. “... subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə‐bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş‐qaydada‐məhkəmə‐müdafiəsindən‐istifadə‐etmək‐hüququna‐malikdirlər.

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək‐göstərir.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan‐istifadə‐etməlidir.‐

49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar‐sübutlar‐hesab‐olunur.

50. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları‐ilə‐müəyyən‐edilir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir‐və‐yenidən‐sübut‐edilmir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə‐üçün‐qabaqcadan‐müəyyən‐edilmiş‐qüvvəsi‐yoxdur.

54. Maddə‐184.1.‐Hakim‐tərəflərlə‐işin‐və‐mübahisənin‐vəziyyətini‐müzakirə‐edir.

55. Maddə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə‐borclu‐olmasını‐göstərir.

56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına‐uyğun‐çıxarılmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə‐uyğun‐əsaslandırılmalıdır.

58. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına‐istinad‐etməyə‐yol‐verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən‐maddi‐və‐prosessual‐hüquq‐normalarının‐düzgün‐tətbiq‐edilməsini‐yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

60. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi‐şikayətin‐hədlərindən‐və‐dəlillərindən‐asılı‐olmayaraq‐yoxlanılmalıdır.

61. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib‐işi‐yenidən‐baxılmaq‐üçün‐apellyasiya‐instansiyası‐məhkəməsinə‐göndərə‐bilər.

62. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının‐ləğv‐edilməsi‐üçün‐əsasdır. Kassasiya baxışının hədləri:

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin‐faktiki‐halları‐araşdırması‐kimi‐qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh cavabdeh3 münasibətdə‐bütövlükdə‐yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi‐müəyyən‐edilmişdir.

66. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri X23 İcraiyyə Komitəsi tərəfindən verilmiş ##.##.1965-ci il tarixli orderlə X2 və onun orderdə adları qeyd edilmiş ailə üzvlərinə (X10, X3, İddiaçı, X4, X8, X13 və X11) ünvan 3 4 ünvanında yerləşən, ümumi sahəsi 47,05 kv.metr olan 3 otaqlı mənzilə köçmək hüququ vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 8 ünvanında yerləşən ** nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı üçün ərizənin icrası mümkün olmamış və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 8, mənzil 24 ünvanında hazırda cavabdeh3, Tehraən Ağazadə və cavabdeh1 yaşayırlar.

67. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər qanuni müdaxilənin olduğunu izahatları əsasında qəbul edir, iddiaçının müdaxilənin qadağan edilməsini tələb etməyə subyektiv hüququ olmamasını iddia etmişlər. Lakin iddiaçının iddia tələbini irəli sürməyə subyektiv hüquqi mövcuddur. Belə ki, hazırda qüvvədə olan sənədlərlə iddiaçının mənzil hüquqlarının mövcudluğu və “mülkiyyət hüquqlarının gözləntisi” müəyyən olunur. Bu hüquq isə ona həmçinin cavabdehlər tərəfindən səlahiyyətli inzibati orqanın əməkdaşları tərəfindən müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququ verir. Hazırkı vəziyyətdə iddiaçının həmin mənzilə dair inventarlaşdırma işlərinin aparılmasında “qanuni marağı” var və cavabdehlərin hərəkətlərinin‐heç‐bir‐əsası‐mövcud‐deyildir.

68. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işdən görünür ki, mübahisəli mənzil 1965-ci il tarixli order əsasında iddiaçının mərhum atasına verilmiş, orderdə onun ailə üzvləri sırasında iddiaçının da adı qeyd edilmişdir. Aşağı instansiya məhkəmələri iddiaçının orderdə adının göstərilməsinə istinad edərək onun mübahisəli mənzilə münasibətdə mülkiyyət gözləntisinin yarandığı və bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğu qənaətinə gəlmişlər. Lakin qeyd edilməlidir ki, orderdə şəxsin adının qeyd olunması özözlüyündə onun həmin yaşayış sahəsi üzərində iddia irəli sürülməsində müstəqil subyektiv hüququnun mövcudluğunu şərtləndirmir. Bu kimi mübahisələrdə şəxsin mənzilə faktiki və hüquqi bağlılığı, yəni həmin yaşayış sahəsindən istifadə edib-etməməsi, qeydiyyatda olubolmaması, oranı hansı səbəblərlə tərk etməsi, başqa yaşayış sahəsi ilə təmin olunubolunmaması‐kimi‐hallar‐müəyyən‐edilməlidir.

69. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı tələblə çıxış edə bilməsi üçün ilk öncə onun bu iddianı qaldırmağa subyektiv hüququnun, yəni mübahisə predmeti olan mənzilə hər hansı əmlak hüququnun (mülkiyyət, istifadə və s.) olub-olmadığı müəyyən edilməlidir.

70. Belə ki, hazırkı mübahisə iddiaçının məhkəməyə müraciət etmək üçün zəruri olan subyektiv hüququnun mövcudluğunun dövlət mənzil fondunun özəlləşdirilməsi münasibətlərini tənzimləyən “Dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunmuş hüquqi mövqelərin qarşılıqlı əlaqədə, sistemli və məqsədyönlü təhlili əsasında həll edilməli, bu zaman yalnız formal əsaslara deyil, iddiaçının mübahisəli mənzillə faktiki və hüquqi bağlılığını xarakterizə edən bütün mühüm hallar – daimi yaşayış, qeydiyyat, istifadə hüququnun həyata keçirilməsi və davamlılığı kompleks şəkildə qiymətləndirilməlidir.

71. “Dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunan maddə formal meyarlardan daha çox, şəxsin həmin mənzil üzərində istifadə hüququnun mövcudluğunu və davamlılığını əsas götürür ki, bu da öz növbəsində faktiki yaşama və mənzillə bağlılıq elementlərini ehtiva edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin bu konteksdə yanaşması ilə iddiaçının subyektiv hüququnun mövcudluğunun qarşılıqlı‐təhlili‐aparılmalı‐olsa‐da,‐bu‐müstəvidə‐təhlil‐aparılmışdır.

72. Eyni zamanda, iddianın özü-özlüyündə əsaslı olmasını şərtləndirən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2008‐ci il tarixli Qərarı).

73. Baxılan işin mübahisəsiz hallarından görünür ki, iddiaçı icarədar Fərman Ağayevin ailə üzvü kimi ##.##.1965-ci il tarixli orderdə adı qeyd olunmaqla mübahisə predmeti olan mənzilə istifadə hüququ əldə etmiş, lakin həmin mənzildə qeydiyyatda qalsa da, sonradan mənzildən başqa yaşayış sahəsinə köçmüş, hazırda mənzildə yaşamır. Mənzildə yalnız icarədarın ailə üzvü kimi oğlu Rəhman Ağayev, 1994-cü ildə ailə qurmuş arvadı, cavabdeh cavabdeh1 və uşaqları ilə birlikdə yaşamışdır. Rəhman Ağayev cavabdeh cavabdeh1 ilə nikahlarının ##.##.2010-cü il tarixdə pozulmasından sonra mənzildən çıxsa da, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, Rəhman Ağayev və‐hazırkı‐iş‐üzrə‐iddiaçının‐oğlu‐Vaqif‐Ağayev‐mənzilə‐köçürülmüşlər.

74. Qeyd olunduğu kimi birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, hazırda mübahisəli mənzildə cavabdehlərin yaşamasına baxmayaraq, cavabdehlərdən fərqli olaraq, iddiaçının adı orderdə kirayəçinin ailə üzvü kimi qeyd edilmiş, bu isə ona kirayəçinin bütün hüquqlarını həyata keçirmək imkanı (subyektiv hüquq) vermişdir. Hazırkı vəziyyətdə iddiaçının həmin mənzilə dair inventarlaşdırma işlərinin aparılmasında “qanuni marağı” var və cavabdehlərin hərəkətlərinin heç bir əsası mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi‐də‐qeyd‐olunan‐əsaslandırma‐ilə‐razılaşmışdır.

75. Nəzərə alınmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair “legitim gözləntisi” olduğunu iddia edə bildikdə,‐legitim‐gözləntilər,‐həmçinin‐mülkiyyət‐hüququnun‐yaranmasına‐səbəb‐ola‐bilər.

76. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə * saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.

77. # ####### 2009-cu ilədək qüvvədə olmuş mənzil qanunvericiliyinin təhlili göstərir ki, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi əsasında icarədar və onun ailə üzvləri yaşayış sahəsinə mülkiyyət hüququ deyil, istifadə hüququ əldə edirdilər (Maddə 51). Heç də təsadüfi deyildir ki, # ####### 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin həmin münasibətləri tənzimləyən 2-ci fəslinin başlığı da “Dövlət və ictimai mənzil fondu‐evlərində‐yaşayış‐sahəsindən‐istifadə”‐adlanırdı.

78. O da nəzərə alınmalıdır ki, yaşayış sahəsinə istifadə hüququ mütləq olmayıb, qanunla müəyyən edilmiş hallarda aradan qalxa bilən hüquqdur. Başqa sözlə, şəxsin mənzildən istifadə hüququ yalnız mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüquq da itirilmiş olur (Maddə‐60).

79. Lakin işə baxmış məhkəmələr # ####### 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri baxımından iddiaçının uzun müddət əvvəl yaşamaq üçün başqa ünvana köçməsinin onun istifadə hüququnun itirilməsinə əsas verən hal olubolmadığına‐qiymət‐verməmişlər.

80. Həmçinin məhkəmələr tərəfindən iddiaçının mübahisəli mənzildə hansı müddətədək yaşaması, həmin ünvanda qeydiyyatda qalsa da, mənzili hansı səbəbdən və hansı tarixdə tərk etməsi, başqa yaşayış sahəsi ilə təmin olunub-olunmaması kimi mühüm hallar araşdırılmamış, bununla da işin faktiki halları tam və hərtərəfli müəyyən edilməmişdir. Belə olan halda, məhkəmələrin gəldiyi nəticə mübahisəyə vaxtından əvvəl hüquqi qiymətin verilməsi olmaqla, əsaslı‐hesab‐edilə‐bilməz.

81. Kassasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, dövlət mənzil fondundan verilmiş yaşayış sahələri üzrə yaranan hüquq münasibətlərində şəxsin həmin mənzil üzərində hüquqlarının mövcudluğu yalnız formal əsaslarla, o cümlədən orderdə adının qeyd olunması ilə müəyyən edilə bilməz. “Mənzilə bağlılıq” aşağıdakı meyarlar üzrə qiymətləndirilməlidir: şəxsin mübahisəli mənzildə faktiki yaşayıb-yaşamaması və bu yaşayışın davamlılığı; həmin ünvanda qeydiyyatda olub-olmaması; mənzili tərk etməsinin könüllü və ya məcburi xarakter daşıması; başqa yaşayış sahəsi ilə təmin olunub-olunmaması; ailə üzvü kimi həmin mənzildən istifadə‐hüququnun‐real‐şəkildə‐həyata‐keçirilib-keçirilməməsi.

82. Eyni zamanda, hazırkı mübahisənin qanuni həlli baxımından iddiaçının atası olmuş icarədarın razılığı ilə mübahisəli mənzilə köçərək, hal-hazıradək orada yaşamış cavabdeh cavabdeh1 və övladlarının # ####### 2009-cu ilədək qüvvədə olmuş mənzil qanunvericiliyində müəyyən edilmiş istifadə hüquqlarını (Maddə 53) əldə edib-etmədiyi də vacib əhəmiyyətə malik olmuşdur.

83. İddiaçının atasının birinci növbəli vərəsəsi kimi hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığı barədə məsələ isə qüvvədən düşmüş Mənzil Məcəlləsinin icarədar öldüyü halda mənzilə kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik olan şəxslərin dairəsini müəyyən edən (Maddə 127), habelə dövlət mülkiyyətində olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin dairəsini müəyyən edən “Dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun normalarının (Maddə 4, 5, 8,‐9)‐müddəalarının‐nəzərə‐alınmasını‐tələb‐edir.

84. Qeyd olunan hallar müəyyən edilmədən, yalnız orderə istinad etməklə şəxsin mənzil üzərində hüquqlarının və buna müvafiq olaraq iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olduğu qənaətinə gəlmək hüquqi cəhətdən əsassızdır. Hazırkı iş üzrə aşağı instansiya məhkəmələri iddiaçının mübahisəli mənzillə faktiki bağlılığını araşdırmamış, onun həmin yaşayış sahəsini nə vaxt və hansı əsaslarla tərk etdiyini, sonradan həmin mənzilə münasibətdə hüquqi və faktiki əlaqəsinin davam edib-etmədiyini müəyyən etməmişdir. Belə natamam araşdırma şəraitində iddiaçının mülkiyyət gözləntisinə malik olması və bu əsasla subyektiv hüququnun‐tanınması‐barədə‐nəticə‐-‐‐sübuta‐əsaslanmayan‐nəticə‐kimi‐qiymətləndirilməlidir.

85. Dövlət mənzil fondundan verilmiş yaşayış sahələri üzrə orderdə adın qeyd olunması ailə üzvü kimi ilkin statusun mövcudluğu öz-özlüyündə şəxsin gələcəkdə həmin mənzil üzərində hüquq əldə etməsi üçün yalnız potensial (gözlənti xarakterli) əsas yarada bilər, lakin bu hal avtomatik olaraq müdafiə olunmalı subyektiv hüququn mövcudluğu kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi yalnız pozulmuş və ya mübahisələndirilən konkret subyektiv hüquq və ya qanuni mənafe olduqda mümkündür. Hüquqi maraq abstrakt və ya ehtimal xarakterli olduqda, bu, müstəqil iddia hüququ yaratmır. Əgər şəxs uzun müddət həmin yaşayış sahəsi ilə hüquqi və faktiki əlaqəni itirmişdirsə, başqa yaşayış sahəsində məskunlaşmışdırsa və mübahisəli mənzil üzərində istifadə hüququnu faktiki həyata keçirməmişdirsə, bu halda onun hüquqi vəziyyəti mücərrəd gözlənti səviyyəsindən yuxarı qalxmır və bu, müstəqil subyektiv hüquq‐kimi‐tanına‐bilməz.

86. Eyni zamanda, məhkəmələr iş üzrə sübutetmə yükünü düzgün bölüşdürməmiş, MPMin 77-ci maddəsinin tələblərini nəzər almamışdır. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı mübahisəli mənzil ilə faktiki və hüquqi bağlılığını, həmin yaşayış sahəsində daimi yaşamasını, qeydiyyatda olmasını və istifadə hüququnun davamlılığını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən istinad edilən və qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən ilkin iddia təmin edilmiş, ilkin iddia üzrə iddiaçılar Ağayev Rəhman Fərman oğlu və X1 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanındakı mənzilə köçürülmələri, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər Ağayev Rəhman Fərman oğluna və X1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Lakin qeyd edilməlidir ki, məhkəmə qətnaməsi ilə iddiaçının oğlu - X1 mübahisəli yaşayış sahəsinə köçürülmüş olsa da, həmin məhkəmə aktı öz mahiyyəti etibarilə yalnız konkret şəxs (iddiaçının oğlu) barəsində və konkret hüquq münasibəti üzrə qəbul edilmiş fərdi xarakterli məhkəmə aktıdır. Bu səbəbdən həmin qətnamə üzrə müəyyən edilən hüquqi nəticələr yalnız onun predmetini təşkil edən münasibət çərçivəsində hüquqi qüvvəyə malik olmaqla, iddiaçının hazırkı mübahisə üzrə subyektiv hüququnun mövcudluğunu avtomatik şəkildə təsdiq edən ümumi və ya mütləq hüquqi əsas kimi çıxış etmir. Belə ki, bir şəxsin mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə məhkəmə qərarı həmin yaşayış sahəsi üzərində digər şəxslərin, o cümlədən iddiaçının özünün istifadə hüququnun, daimi yaşayış statusunun və ya özəlləşdirmə və ya bu instituta bağlı hüquqi münasibətlərdə subyektiv hüququnun mövcudluğunu müəyyən edən hüquqi fakt kimi qiymətləndirilə bilməz. Subyektiv hüququn yaranması və ya mövcudluğu hər bir şəxs üzrə ayrıca, onun mənzillə faktiki və hüquqi bağlılığını təsdiq edən halların məcmusu əsasında müəyyən edilməli, bu baxımdan hər bir ailə üzvünün hüquqi vəziyyəti fərdi qaydada araşdırılmalıdır. Buna görə də həmin məhkəmə qətnaməsi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün zəruri olan subyektiv hüququnun mövcudluğunu təsdiq edən hal kimi qəbul oluna bilməz və mübahisənin hüquqi qiymətləndirilməsində həlledici əhəmiyyət kəsb etmir. Halbuki mülki prosessual qanunvericiliyin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və bu baxımdan qeyd olunan halların sübut edilməsi yükü də məhz iddiaçının üzərinə düşmüşdür. Belə olan halda, iddiaçı tərəfindən subyektiv hüququnun mövcudluğunu şərtləndirən faktiki və hüquqi əsaslar sübuta yetirilmədiyindən, onun mübahisəli tələblə məhkəməyə müraciət etmək hüququnun mövcudluğu‐təsdiq‐olunmuş‐hesab‐edilə‐bilməz.

87. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən‐hallar‐işin‐materiallarına‐uyğun‐olsun.

88. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların‐qəbul‐edilib-edilməməsinin‐səbəbləri‐aydın‐göstərilməlidir.

89. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.

90. Göründüyü kimi, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara‐məcmu‐halında‐hüquqi‐qiymət‐verməmişdir.

91. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

92. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə‐aktı‐qəbul‐etməlidir.

93. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini‐rəhbər‐tutaraq,‐məhkəmə‐kollegiyası Qərara aldı: Cavabdeh‐cavabdeh3‐tərəfindən‐verilmiş‐kassasiya‐şikayəti‐qismən‐təmin‐edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya‐məhkəməsinə‐göndərilsin. Qərar‐qətidir‐və‐qəbul‐edildiyi‐andan‐qüvvəyə‐minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar