Məhkəmə qərarları › İş №2(1-8)-438/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-438/2026

07.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-438/2026 07.04.2026 ALI MƏHKƏMƏ AzərbaycaṅRespublikası̇adından AzərbaycaṅRespublikası̇Ali̇Məhkəməsi Mülki̇kollegiyasının iddiaçı̇İddiaçı̇cavabdehləṙƏlı̇yevȧNuranə̇Samı̇ṙqızınȧvə̇cavabdeh1̇qarşı̇iş̇üzrə Q̇Ə̇ṘȦṘİ Açar sözlər: mənzildən çıxarılma, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Əlı yeva Nuranə Samı r qızı və cavabdeh1 qarşı mənzildən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşiṅhalları

1. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 keçmiş ərinin bacısı oğludur.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli qətnaməsinə əsasən X10, X9 və İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır.

3. ünvan 1 ünvana verilən qaz xətti üzrə 100407101420000 abonent kodu İddiaçı adına qeydiyyata alınmışdır və ailə tərkibi 4 nəfərdən ibarətdir.

4. Həmçinin həmin ünvan üzrə abunə kodu (0901029001Q0002) İddiaçı adına qeydiyyatdadır.

İş̇üzrə̇qəbul̇edilmiş̇məhkəmə̇aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 14 B mənzildən çıxarılması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının dayısının keçmiş ailəsi olmuşdur. Faktiki nikahları yoxdur. Cavabdehlər iddiaçıya məxsus olan mənzili zəbt etmişlər və mənzildən çıxmaq fikirləri yoxdur. Belə ki, 2000-ci ildə iddiaçının atası Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təxminən 0,04 ha torpaq sahəsini alaraq həmin torpaq sahəsində tikinti aparmışdır. 2000-ci ildə tikinti aparıla-aparıla iddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Sonra isə 2001-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış, 2003-cü ilin aprel ayından isə həmin evə geri qayıtmışdır. Bununla belə iddiaçı rayonda bazardan mal alıb gətirib Bakıda satdığı üçün müəyyən müddətlərdə həmin evdə qala bilmirdi (rayona mal gətirmək üçün getdiyinə görə). Buna görə də müəyyən müddətlərdə evdə qalan, nəzarət edən olsun deyə yaxın qohumlarına həmin evdə yaşamaq üçün icazə vermişdir. Cavabdeh olan dayısı 2005-ci ildə ailə qurmuş olsa da, həmin evdə yaşamamış, cavabdeh1 babasının evinə gəlin gəlmiş, sonra Şəmkirə yaşamaq üçün getmişlər. Dayısının hər iki övladı da elə Şəmkir rayonunda doğulmuşdur. 2012-ci ildə dayısının böyük övladı məktəbə getməli olduğu üçün, kənddə isə məktəb uzaqda olduğundan ona məxsus olan həmin özbaşına tikilidə yaşamaq üçün icazə istəmişdir. İddiaçı da rayona tez-tez gedib gəldiyi üçün, ev boş qalmasın deyə ən azından tədris ili müddətində dayısının ailəsinin həmin evdə olacağını güman etdiyi üçün onlara yaşamağa icazə vermişdir. Hətta sonradan öyrənmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsində yerləşən digər tikilini də kirayə verib iddiaçının üzərindən hətta pul da qazanmışlar. Cavabdeh müvvəqqəti yaşadığı üçün nə özünün, nə yoldaşının, nə də uşaqlarının həmin ünvana qeydiyyatı olmamışdır. Evə aid olan bütün kommunal xərcləri iddiaçının adınadır. 2020-ci ilin əvvəllərində isə evinə ümumiyyətlə girə bilməmişdir. Həmin evin reyestrdə qeydiyyata alınmaması, çıxarışının olmaması cavabdehlərin iddiaçının evinə yiyələnərək onu evə buraxmamalarına əsas vermir. Pandemiya başlayan zaman artıq dayısı ilə cavabdeh ayrılmışdır, bundan sonra hər dəfəsində evə daxil olmağa çalışarkən ya özünə, ya uşaqlarına, ya da iddiaçının uşaqlarına xəsarət yetirəcəyi ilə onu hədələyərək evə girişinə maneəçilik yaradır.

7. Cavabdeh iddiaya qarşı etiraz edərək, mübahisəli ünvanda yerləşən tikiliyə dair iddiaçının hər hansı əşya hüququnun olmamasını, oranı zəbt etməməsini, əksinə 2005-ci ildən daimi olaraq orada yaşamasını, bu müddət ərzində keçmiş həyat yoldaşı Samir Əliyevlə birlikdə orada fərdi yaşayış evinin tikinti-təmir işlərini həyata keçirməsini, iddiaçının ümumiyyətlə orada yaşamamasını, əslində torpaq sahəsinin Samir Əliyev tərəfindən əldə olunmasını, formal olaraq iddiaçının adına rəsmiləşdirməsini və s. bildirmişdir.

8. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X7 göstərmişdir ki, Lalənin qonşusudur. Torpağı Sahib alıb, Lalə ilə ailə qurublar. Sahib arada gəlib, uşaqlarına baxırdı. Sahib dedikdə Lalənin ərini nəzərdə tutur, hamı ona Sahib deyir, sənəddə adı Samirdir. Azər adlı şəxsi tanımır.

9. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahid X3 göstərmişdir ki, Lalənin qonşusudur. Lalə 2005-ci ildən orada yaşayır, Sahib Rusiyadadır. Azəri və atasını da tanımır.

10. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin olunmuş, videokonfransla ifadəsi alınmış şahid X1 ifadəsində bildirmişdir ki, Lalə ilə ailə həyatı qurduqdan sonra Lalə ilk əvvəl Gədəbəydə Samirin ailəsinin yanında yaşayıb. Daha sonra bir müddət Şəmkirdə atası evində qalıb. 2012 -ci ildən mübahisəli evə köçüblər. Torpağı bacısınının yoldaşı alıb. Evin Laləyə və Samirə heç bir aidiyyatı yoxdur. Sadəcə uşaqların təhsil alması məqsədilə Samir bacısından xahiş edib ki, həmin evdə yaşasınlar. 2022-ci ildən isə Lalə ilə münasibətləri pozulmuşdur.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin olunmuş, cavabdehlər X4, X2 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 14 B mənzilindən çıxarılması qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və iş materiallarında olan kommunal ödənişlər, həmçinin Sabunçu Rayon Məhkəməsinin qətnaməsi evin iddiaçıya məxsus olduğunu göstərir. İddiaçının həmin evdə uzun illər yaşadığı qanuni qüvvəsini almış qətnamə ilə də öz təsdiqini tapır. cavabdeh1 tərəfindən məhkəməyə dəvət olunan şahidlər onun ailə qurduqdan sonra daim həmin evdə yaşadığını təsdiq etsələr də, iddiaçı tərəfindən dəvət olunan şahidlər də həmin faktın əksini məhkəmənin nəzərinə çatdırdılar. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olmasa da, onun həmin özbaşına tikilidən öz mülahizəsi ilə istənilən hərəkətləri etmək imkanı hazırda məhdudlaşır. İş materiallarında olan sübutlarla cavabdeh cavabdeh1 həmin tikilinin alınmasında iştirakının olması təsdiqini tapmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 180.1 və 180.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiyȧinstansiyası̇məhkəməsindəki̇icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddia predmeti olan daşınmaz əmlakın özbaşına tikili olması, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından iddia qaldırmağa subyektiv hüququnun olmaması, həmin torpaq sahəsinin iddiaçının dayısı olan, onun isə keçmiş həyat yoldaşı X1 tərəfindən alınması, təqribən 2005-ci ildən orada ev inşa edərək yaşamaları, evin kommunal xərclərinin formal olaraq öz bacısı oğlunun (iddiaçının) adına rəsmiləşdirməsi, yoldaşının ondan qisas almaq üçün iddiaçı ilə plan quraraq, mübahisələndirilən evin iddiaçıya məxsus olduğunu iddia etməsi, lakin evin tikintisinin yoldaşı ilə birgə təsərrüfat nəticəsində həyata keçirilməsi, qonşuları olan şahidlərin ifadələrinin nəzərə alınmaması, evin tərəflərindən zəbt olunmaması, 20 ilə yaxın orada yaşaması, iddiaçının isə orada yaşamaması, iddianın görüntü xarakteri daşıması, məhkəmə tərəfindən ətraflı araşdırılmanın aparılmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya baxışı zamanı iş üzrə ziddiyyətli məqamların araşdırılması, eyni zamanda mübahisəli tikiliyə baxış keçirilərək, yerində müayinə aparılmışdır (yerində müayinə həmçinin video çəkiliş vasitəsilə təmin olunaraq, işə əlavə edilmişdir). Yerində müayinə zamanı mübahisəli tikili ilə qonşuluqda olan evlərin sakinləri (qonşular) iştirak etmiş və şahid qismində ifadə vermişlər.

17. Belə ki, yerli müayinə zamanı ifadə vermiş şahidlər (qonşular) yekdil olaraq ifadələrində cavabdehin hələ 2005-ci ildən mübahisəli ünvanda yaşadığını, Samir Əliyevlə faktiki ailə qurmasını, həmin vaxtdan sonra hissə-hissə fərdi yaşayış evini inşa etmələrini, X6 Federasiyasında işləməsini və cavabdeh1 pul göndərməsini, sonuncunun əziyyəti ilə evin inşasının ərsəyə gəlməsini, övladlarının olmasını, uşaqlarının bu evdə böyüməsini və məktəbə getməsini, iddiaçını isə tanımadıqlarını, orada yaşamamasını, ümumiyyətdə evin sahibi kimi Samiri və Laləni bilmələrini və s. göstərmişlər.

18. Cavabdeh apellyasiya baxışı zamanı Sabunçu Rayon Məhkəməsinin ## ######## 2017-ci il tarixli qərarını, ** saylı Uşaq Poliklinikasının ## ####### 2025-ci il tarixli arayışını və digər sənədləri təqdim edərək, cavabdehin övladlarının doğulduğu vaxtdan (2005 və 2009) ərazi üzrə qeydiyyata alınmasını, həmin sübutlardan cavabdehin məhz 2005-ci il tarixdən etibarən mübahisəli ünvanda yaşamasının açıq-aydın görünməsini bildirmişdir.

19. İddiaçı Sabunçu Rayon Məhkəməsinin ## ######## 2017-ci il tarixli qərarına etiraz etməmiş, cavabdehin 2012-ci ildən orada yaşamasını qəbul etdiklərini bildirmişdir. Lakin, iddiaçı və onun nümayəndəsi (vəkili) ** saylı Uşaq Poliklinikasının ## ####### 2025-ci il tarixli arayışını və digər sənədlərin qəbul edilməsinə etiraz edərək, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməli olmasını bildirmişlər.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə yəni, cavabdeh X4 və X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 14 B mənzilindən çıxarılması hissədə ləğv edilərək, iddia həmin hissədə rədd edilmişdir.

21. Apellyasiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşamayaraq qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi daşınmaz əmlakın mülkiyyətçisi (qanuni sahibi) olmalı, həmin əmlak cavabdehlərin sahibliyində olmalı, lakin onların sahiblik hüququ olmamalı (torpaq sahəsi, fərdi yaşayış evi zəbt edilməli və bu hal keçən müddət ərzində davam etməlidir və s.), nəticədə iddiaçı öz əmlakı üzərində sahiblikdən (mülkiyyətdən) məhrum olmalıdır. Bununla yanaşı, iddiaçının iddia etdiyi tikili naturada mövcud olmalı, onun sərhədləri dəqiq müəyyən edilməli (yerquruluşu işləri tamamlanmalı), mübahisə doğurmamalıdır. Lakin hazırkı halda iddiaçının mübahisəli daşınmaz əmlak (həm torpaq sahəsi, həm də onun üzərində inşa edilmiş fərdi yaşayış evi) üzərində mülkiyyət hüququnu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, əksinə tikilinin özbaşına tikili olması mübahisə doğurmamışdır. Həmçinin, iddiaçının iddia etdiyi daşınmaz əmlak üzərində mülkiyyət (əşya) hüquqlarının olması müəyyən edilməmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, cavabdehin tikiliyə sahibliyi iddiaçının bildirdiyi kimi 2012ci ildən deyil, təqribən 2005-ci ildən mövcuddur. Bu halı ətrafda yaşayan şəxslər (qonşular) da təsdiq etməklə, əmlakın cavabdehə məxsus olmasını, iddiaçını isə ümumiyyətlə tanımadıqlarını, orada yaşamadığını və s. bildirmişlər. Beləliklə, işin faktiki hallarından və qanunvericilyin normalarınından göründüyü kimi, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etməsi (yaşaması) və ona sahibliyi həyata keçirməsi iddiaçıya münasibətdə qanunsuz olmamış, əksinə uzun illər (təqribən 20 il) həmin sahəyə vicdanla və mübahisəsiz sahiblik etmiş, iddiaçı isə bu müddət ərzində orada yaşamamışdır.

23. Bundan başqa, kommunal xidmətlərin iddiaçının adına olması və həmin ünvanda qeydiyyata alınması da vəziyyəti dəyişdirmir. İşdə olan Sabunçu Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli qətnaməsi isə iddiaçıya mübahisəli əmlak üzərində hər hansı mülkiyyət və ya digər əşya hüququ tanımamaqla, sadəcə mübahisə ünvana qeydiyyata alınmasına əsas olmuşdur. Halbuki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

24. Bununla yanaşı, birinci instansiya məhkəməsi həmin qətnaməni iddianın əsaslı olması istiqamətində nəzərə alsa da, cavabdehlər həmin işdə tərəf olmadığından, qətnamə onlara münasibətdə, eləcə də hazırkı mübahisənin qanuni həlli baxımından hər hansı preyudisial əhəmiyyətə malik deyildir.

25. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işdə olan sübutlarla və işin halları ilə cavabdehin 2005-ci ildən etibarən mübahisəli ünvana köçməsi və hazıradək orada yaşaması halı müəyyən edilmişdir, bu səbəbdən də ** saylı Uşaq Poliklinikasının ## ####### 2025-ci il tarixli arayışına və digər sənədlərinə istinada zərurət qalmamışdır.

26. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddianın hazırkı vəziyyətdə müvafiq tələb (subyektiv) hüquqlarının mövcudluğu müəyyən edilməmişdir.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 180.1, 180.2 və 180.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiyȧşikayətiniṅvə̇onȧetirazıṅdəlilləri a) Kassasiyȧşikayətiniṅdəlilləri

28. İddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya MPM-nin 88 və 217.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsində işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materialları ilə üst-üstə düşmür. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq̇ediləṅhüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Maddə 152.3.İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

36. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiyȧbaxışınıṅhədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiyȧinstansiyası̇məhkəməsiniṅmövqeyi

51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

53. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərarȧaldı: İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar