Məhkəmə qərarları › İş №2(1-8)-458/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-458/2026

02.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-458/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (negator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 5 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən Qusar şəhəri, H.Aslanov küçəsi, *A saylı ünvanda yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüququna törədilən qəsdə son qoyulması, həmin torpaq sahəsində tərəfindən sərhəd hasarının çəkilməsinə edilən maneçiliklərin cavabdeh Cavabdeh qadağan edilməsi, cavabdeh Cavabdeh avtomobilinin ona məxsus torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Qusar şəhəri H.Aslanov küçəsi *A saylı ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ##.##.2014-cü il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla onun adına rəsmiləşdirilmişdir. Cavabdeh Cavabdeh onun çəpər qonşusu olmaqla Qusar şəhəri H.Aslanov küçəsi * saylı ünvanda yaşayır. Artıq xeyli müddətdir ki, cavabdeh Cavabdeh onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindən lazımi qaydada istifadə etməyinə, orada sərhəd hasarının çəkilməsinə mane olur. Eyni zamanda uzun müddətdir ki, cavabdeh özünün mülkiyyətində olan avtomobili onun evinin həyətində saxlayır ki, bu da, onun qanunla qorunan mülkiyyəti hüququnun pozulmasına səbəb olmuşdur. Dəfələrlə cavabdehdən bu maneçiliyə son qoyulmasını, həyətində olan avtomobili oradan götürməsini tələb etsə də, həmin şəxs buna məhəl qoymamışdır. Göründüyü kimi, cavabdeh Cavabdeh onun mülkiyyətində olan, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla dövlət tərəfindən tanınmış 0.04 ha torpaq sahəsinə qanunsuz müdaxilə etməklə, torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirməyə, yəni sərhəd hasarını çəkməyə mane olmaqla, o cümlədən öz avtomobilini ona məxsus torpaq sahəsində qanunsuz saxlamaqla onun qanuni mənafeyini, mülkiyyət hüququnu pozmuşdur. Odur ki, onun mülkiyyət hüququ müdafiə olunmaqla cavabdeh tərəfindən törədilən qəsdə son qoyulmalı, onun tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahəsində sərhəd hasarının çəkilməsinə törədilən maneçilik həmin şəxsə qadağan edilməli, həmin şəxsə məxsus avtomobil həmin torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsi ona təhvil verilməlidir.

4. Birinci instansiya məhkəməsində cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçı İddiaçı iddia etdiyi həmin torpağa aldığı çıxarışı məhkəməyə təqdim etməsinə və həmin iş üzrə ekspertiza ayrılması və çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ## ###### 2024-cü il tarixli *-**-*-**/*-*****/**** saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Miçurin Camalovun mütəxəssis rəyində qeyd edilmişdir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 301013007720-***** reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin naturada faktiki 0.065 hektar ölçüdə təşkil edir. İddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin künc koordinatlarını fərdi yaşayış evinə verilmiş 301013007720-***** reyestr nömrəli daşınmaz əmlakın texniki pasportuna uyğun müəyyən edilməsi mümkündür. Naturada mübahisələndirilən avtomobil fərdi yaşayış evinə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən iddiaçı İddiaçı məxsus 0.04 ha torpaq sahəsində yerləşir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli **/*** nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Miçurin Camalovun mütəxəssis rəyində qeyd edilmişdir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 301013007720-***** reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin naturada faktiki 0.065 hektar ölçüdə təşkil edir. İddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin künc koordinatlarını fərdi yaşayış evinə verilmiş 301013007720-***** reyestr nömrəli daşınmaz əmlakın texniki pasportuna uyğun müəyyən edilməsi mümkündür. Naturada mübahisələndirilən fərdi yaşayış evinə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən iddiaçı İddiaçı məxsus 0.04 ha torpaq sahəsində yerləşir(məlumatlar cizgidə təsvir olunmuşdur). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli **/*** nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir.

7. Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh tərəfindən Qusar şəhəri H.Aslanov küçəsi *A saylı ünvanda yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüququna törədilən qəsdə son qoyulması, həmin torpaq sahəsində İddiaçı tərəfindən sərhəd hasarının çəkilməsinə edilən maneçiliklərin cavabdeh Cavabdeh qadağan edilməsi, cavabdeh Cavabdeh avtomobili İddiaçı məxsus torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikintitexniki obyektlərin tədqiqi ekspertizasının ## ##### 2025-ci il tarixli **/*** saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərclərinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qusar şəhəri H.Aslanov küçəsi *A saylı ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı məxsus olmaqla xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ##.##.2014-cü il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla onun adına rəsmiləşdirilmişdir. Cavabdeh Cavabdeh İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsindən lazımi qaydada istifadə etməyinə, orada sərhəd hasarının çəkilməsinə mane olmuşdur. Eyni zamanda xeyli müddətdir ki, cavabdeh özünün mülkiyyətində olan avtomobili iddiaçının evinin həyətində saxlayır ki, bu da, iddiaçının qanunla qorunan mülkiyyəti hüququnu pozmuşdur.

9. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ## ##### 2025-ci il tarixli **/*** saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul etmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir.

11. Məhkəmə, cavabdehin etiraz ərizəsini əsassız hesab etmişdir. Məhkəmə iclasında cavabdeh öz izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən torpaq sahəsinin ona məxsus olması rəsmi qaydada dövlət qeydiyyatına alınmış çıxarışın olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh öz izahatına əsasən həmin torpaq sahəsinə hansısa mülkiyyət hüququ yoxdur, iddiaçının mülkiyyət hüququnu pozur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ-III hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 76.1, 77.1, 88, 103.1, 117.1, 118.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Qusar şəhəri H.Aslanov küçəsi *A saylı ünvanda yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüququna törədilən qəsdə son qoyulması, həmin torpaq sahəsində tərəfindən sərhəd hasarının çəkilməsinə edilən maneçiliklərin cavabdeh Cavabdeh Abdulmecid oğluna qadağan edilməsi, cavabdeh Cavabdeh avtomobilinin ona məxsus torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli *-**-*-**/*-******/**** saylı məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, cavabdehin tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi elektron məlumat bazasına əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın cizgisi ilə üst-üstə düşdüyü üçün müayinə işlərinin aparılmasına etiraz edilmişdir. Məktubdan da aydın görünür ki, iddiaçının iddia tələbi ümumiyyətlə əsassızdır. Belə ki, elektron məlumat bazasında cizgilərin üst-üstə düşməsi cavabdehin səhvi deyildir. Cavabdeh avtomobilini öz torpaq sahəsində saxlamışdır. İddiaçı tərəfindən sərhəd hasarının çəkilməsi isə cavabdehin mülkiyyət hüququna əsassız müdaxilə deməkdir. Cavabdeh heç kimin torpaq sahəsini zəbt etməmiş, heç kimin hüquqlarını pozmamışdır. Elektron məlumat bazasında olan yalnışlığa görə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması qanuna uyğun deyil. Həmçinin iş materiallarında hasarın çəkilməsinin qanuni olub-olmaması barədə ekspert rəyi öz əksini tapmamışdır. Hesab edir ki, məhkəmə qətiyyən işi araşdırmamış və ətraflı baxmamışdır. Yalnız iddiaçının mənfəətini nəzərə almışdır. Bu səbəblə də çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsasssız hesab edir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(****)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə araşdırmaları ilə müəyyən edilən odur ki, Qusar şəhəri H.Aslanov küçəsi *A saylı ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı məxsus olmaqla xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ##.##.2014-cü il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla onun adına rəsmiləşdirilmişdir. Cavabdeh Cavabdeh İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsindən lazımi qaydada istifadə etməyinə, orada sərhəd hasarının çəkilməsinə mane olmuşdur. Eyni zamanda xeyli müddətdir ki, cavabdeh özünün mülkiyyətində olan avtomobili iddiaçının evinin həyətində saxlayır ki, bu da, iddiaçının qanunla qorunan mülkiyyəti hüququnu pozmuşdur.

17. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilərək iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2014-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, 301013007720-***** reyestr nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin naturada faktiki 0.065 hektar ölçüdə təşkil edir. İddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin künc koordinatlarını fərdi yaşayış evinə verilmiş 301013007720-***** reyestr nömrəli daşınmaz əmlakın texniki pasportuna uyğun müəyyən edilməsi mümkündür. Naturada mübahisələndirilən avtomobil fərdi yaşayış evinə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən iddiaçı İddiaçı məxsus 0.04 ha torpaq sahəsində yerləşir.

18. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, cavabdehin tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi elektron məlumat bazasına əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın cizgisi ilə üst-üstə düşdüyü üçün müayinə işlərinin aparılmasına etiraz edilmişdir. Elektron məlumat bazasında cizgilərin üst-üstə düşməsi cavabdehin səhvi deyildir. Elektron məlumat bazasında olan yalnışlığa görə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması qanuna uyğun deyil. Həmçinin iş materiallarında hasarın çəkilməsinin qanuni olub-olmaması barədə ekspert rəyi öz əksini tapmamışdır.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mülkiyyətində olan torpağından hansı qaydada istifadə etməsi cavabdeh tərəfindən maneələrin (torpaqda avtomobili yerləşdirməklə və s. qaydada) yaradılmasına əsas ola bilməz.

20. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

21. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

22. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1-ci hissəsinə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarına, Azərbaycan Respublikasının MPMin 14.2, 77.1, 88, 101.7, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(****)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti Mülki Məcəllənin 157.2, 157.4-ci, Torpaq Məcəlləsinin 111-ci və MPM-in 217.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli 3-21-3-34/2- ******/**** saylı məktubundan görünmüşdür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, cavabdehin tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi elektron məlumat bazasına əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın cizgisi ilə üstüstə düşdüyü üçün müayinə işlərinin aparılmasına etiraz edilmişdir. Bununla bağlı olaraq, məhkəmə prosesinin gedişində tərəflərindən iş üzrə ekspertiza təyin olunması barədə vəsatət verilmişdir. Eyni zamanda təkrar ekspertizanın keçirilməsinə səbəb borclu tərəfin ekspertizada iştirak etməməsidir. Məktubdan da aydın görünür ki, iddiaçının iddia tələbi ümumiyyətlə əsassızdır. Belə ki, elektron məlumat bazasında cizgilərin üst-üstə düşməsi cavabdehin səhvi deyildir. Cavabdeh avtomobilini öz torpaq sahəsində saxlamışdır. İddiaçı tərəfindən sərhəd hasarının çəkilməsi isə cavabdehin mülkiyyət hüququna əsassız müdaxilə deməkdir. Cavabdeh heç kimin torpaq sahəsini zəbt etməmiş, heç kimin hüquqlarını pozmamışdır. Elektron məlumat bazasında olan yanlışlığa görə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması qanuna uyğun deyil. Həmçinin iş materiallarında hasarın çəkilməsinin qanuni olub-olmaması barədə ekspert rəyi öz əksini tapmamışdır. Hesab edir ki, məhkəmə qətiyyən işi araşdırmamış və ətraflı baxmamışdır. Yalnız iddiaçının mənfəətini nəzərə almışdır. Bu səbəblə də çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsassızdır.

26. Belə ki, işin faktiki halları işə yalnız birtərəfli baxıldığına və məhkəmənin yalnız iddiaçının mövqeyini saxlamasına dəlalət edir. İşin gedişində tərəflərindən ekspertiza təyin olunması barədə vəsatət verilsə də, baxılmamışdır. Həmçinin məhkəmə prosesinin gedişində məhkəmə iclasının başqa vaxta təxirə salınması ilə bağlı tərəflərindən elektron məhkəmə kabineti vasitəsilə ərizə göndərilsə də, işə baxan hakim iclası təxirə salmadan cəmi bir məhkəmə baxış iclasından sonra qətnamə çıxarmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

32. Maddə 49. 1.Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

33. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

42. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin gedişində tərəflərindən ekspertiza təyin olunması barədə vəsatət verilsə də, baxılmadığı barədə olan dəlili ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil ekspertiza təyin edilməsi barədə vəsatətini müzakirə edərək vəsatətin təmin olunması üçün əsaslar olmadığına görə vəsatətin təmin edilməməsi barədə ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli əsaslandırılmış qərardad qəbul etmişdir.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə prosesinin gedişində məhkəmə iclasının başqa təxirə salınması ilə bağlı tərəflərindən elektron məhkəmə kabineti vasitəsilə ərizə göndərilsə də, işə baxan hakim iclası təxirə salmadan cəmi bir məhkəmə baxış iclasından sonra qətnamə çıxardığı barədə dəlili ilə əlaqədar bildirir ki, qeyd edilən dəlil məhkəmənin qətnaməsinin ləğvinə əsas təşkil etmir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, apelyasiya instansiyası məhkəməsində iş üzrə ilk məhkəmə baxışı iclası ## ####### 2025-ci il tarixinə təyin edilmiş, cavabdeh və nümayəndəsi və vəkili həmin məhkəmə iclasında iştirak edərək izahat vermiş(iş v. 106-108, məhkəmə iclasının protokolu), növbəti məhkəmə iclası ## ###### 2025-ci il tarixinə təyin edilərək tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış (iş v. 109, 110), cavabdehin nümayəndəsi və vəkili ərizə (iş v.113) göndərərək ## ###### 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirərək məhkəmə iclasını 2025-ci ilin dekabr ayına təxirə salmağı xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi ## ###### 2025-ci il tarixli məhkəmə iclasında (iş v. 114, 115, məhkəmə iclasının protokolu) məhkəmə iclasının cavabdehin və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan keçirilməsini qərara almışdır.

50. İş materialları ilə də cavabdehin nümayəndəsi və vəkilinin üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini təsdiq edən sübutlar təqdim etməsi təsdiqlənmir.

51. Azərbaycan Respublikasının MPM-in 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

52. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar