Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-522/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əmlakın üzərinə qoyulmuş ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın üzərinə qoyulmuş ipotekaya xitam verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Beyləqan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsinə əsasən, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1763/17, 2(020)-1765/17 və *(***)-****/** nömrəli, ## ####### 2017-ci il tarixli qətnamələri ilə X3, X2, X4 və qeyrilərindən “Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin xeyrinə qət olunmuş cəmi 51.769,71 manat kredit borcuna görə tutma ipoteka predmeti olan X3 məxsus Beyləqan şəhəri, R.Behbudov küçəsində ** nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış evinə yönəldilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 54.978 (əlli dörd min doqquz yüz yetmiş səkkiz) manat müəyyən edilmiş, İddiaçı ## ### 2015-ci il tarixli, ****-****-***** saylı “Hikmət-Ziya Kredit İttifaqı” MMC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2021-ci il tarixli qətnaməsinə əsasən, qarşılıqlı iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi üzrə qarşılıqlı iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2021-ci il tarixli qərarına əsasən, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Beyləqan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnamənə əsasən, cavabdehlər X8, X4, X1, X2, İddiaçı, İddiaçı Rəşad oğlu, X3, X5, X6 və X7 şəhəri, R.Behbudov küçəsi, ev 23 ünvanda yerləşən evdən çıxarılmış və onların həmin evdən istifadə hüquqlarına xitam verilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ##### 2024-cü il tarixli qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2024-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılmış, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmişdir.
6. Beyləqan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadına əsasən, iddiaçı İddiaçı cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC, Beyləqan rayon İcra və Probasiya şöbəsi və “Hikmət-Ziya Kredit İttifaqı” MMC-yə qarşı Beyləqan rayon İcra və Probasiya şöbəsinin ## #### 2022-ci il tarixli, 216086/2021 sifariş məktubu əsasında hərrac təşkilatçısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin keçirdiyi hərracın nəticələrinə dair sifarişçi Beyləqan rayon İcra və Probasiya şöbəsi, təşkilatçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və ipoteka saxlayan “Hikmət-Ziya-Kredit İttifaqı” MMC arasında tərtib edilmiş ## #### 2022-ci il tarixli, ** nömrəli protokolun və təşkilatçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və ipoteka saxlayan “Hikmət-Ziya Kredit İttifaqı” MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair ## #### 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı və cavabdehlər məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul özünə qaytarılmış və iddiaçıya izah edilmişdir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər.
7. Beyləqan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadına əsasən, iddiaçı İddiaçı cavabdeh Beyləqan rayon İcra və Probasiya Şöbəsinə və “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı vəkalətli nümayəndəsi və vəkili nümayəndə2 Beyləqan Rayon Məhkəməsinin hakimi X9 verdiyi etirazı baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadına əsasən, iddiaçı İddiaçı vəkili və eyni zamanda nümayəndəsi vəkili nümayəndə2 Beyləqan Rayon Məhkəməsinin hakimi X9 və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə verdiyi etiraz təmin edilmiş, iddiaçı İddiaçı cavabdehlər Beyləqan rayon İcra və Probasiya Şöbəsinə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılmasından ötrü Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir.
9. Xocavənd Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, ipoteka predmeti olan Beyləqan şəhəri, R.Behbudov küçəsində ** nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCnin ##.##.2022-ci il tarixli ** saylı protokolu və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə “Hikmət-Ziya Kredit İttifaqı” MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsindəki birinci iş üzrə icraat:
10. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili nümayəndə2 cavabdeh “Hikmət-Ziya Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı əmlakın üzərinə qoyulmuş ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ### 2015-ci il tarixli ****-****-**/** saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan cavabdeh MMC-nin xeyrinə Beyləqan şəhəri, R.Behbudov küçəsində ** nömrəli ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə X2 arasında ## ### 2015ci il tarixli, ****-****-** saylı, X4 arasında ## ### 2015-ci il tarixli, ****-****-** saylı və X3 arasında ## ### 2015-ci il tarixli, ****-****-** saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə hər birinə 10.000 manat verilmiş və 30.000 manat kreditin təminatı kimi iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət olan, 77,2 kv.m. yaşayış, 30,6 kv.m. köməkçi sahədən ibarət olan yaşayış evi ## ### 2015-ci il tarixli, ****-****-**/** saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh MMC Beyləqan Rayon Məhkəməsində iddia qaldıraraq, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1763/17, 2(020)-1765/17 və *(***)-****/** nömrəli, ## ####### 2017-ci il tarixli qətnamələri ilə X3, X2, X4 və qeyrilərindən MMC-nin xeyrinə qət olunmuş cəmi 51.769,71 manat kredit borcuna görə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iddia qaldırmış, borcun iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət olan, 77,2 kv.m. yaşayış, 30,6 kv.m. köməkçi sahədən ibarət olan yaşayış evinə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2020-ci il tarixli qətnaməsi ilə MMC-nin iddiası təmin edilmiş, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satılması və borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsi ## #### 2022-ci il tarixli, ******/**** saylı məktubu ilə hərrac təşkilatçısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə sifariş vermiş, hərrac təşkilatçısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC hərracı təşkil edərək, hərracı başa çatdırmış, ipoteka predmeti satılmadığına görə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair sifarişçi Beyləqan rayon İcra və Probasiya Şöbəsi, təşkilatçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və ipoteka saxlayan MMC arasında ## #### 2022-ci il tarixdə, ** nömrəli protokol tərtib edilmiş, həmin tarixdə təşkilatçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və ipoteka saxlayan MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair müqavilə imzalanmışdır. Hərracın keçirilməsi barədə onlara məlumat verilməmiş, qanunvericiliyə uyğun olaraq ipoteka predmetinin hərracda satılmasına dair iki hərrac keçirilməli olmasına baxmayaraq, iki dəfədən çox hərrac keçirilmiş, lakin tələbkar həmin vaxt ipoteka predmetini əldə etməmişdir. Beyləqan Rayon Məhkəməsində iddia qaldıraraq, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin ## #### 2022-ci il tarixli, 216086/2021 sifariş məktubu əsasında hərrac təşkilatçısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin keçirdiyi hərracın nəticələrinə dair sifarişçi Beyləqan rayon İcra və Probasiya Şöbəsi, təşkilatçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və ipoteka saxlayan MMC arasında tərtib edilmiş ## #### 2022-ci il tarixli, ** nömrəli protokolun və təşkilatçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və ipoteka saxlayan MMC arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair ## #### 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Beyləqan Rayon Məhkəməsinin icraatında olmuş, iddiaçının hakimə etdiyi etiraz Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə təmin edilmiş, mülki iş baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. Xocavənd Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ipoteka predmeti olan Beyləqan şəhəri, R.Behbudov küçəsində ** nömrəli ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCnin ##.##.2022-ci il tarixli, ** saylı protokolu və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə “Hikmət-Ziya Kredit İttifaqı” MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən açıq hərracın dörd dəfə təşkil edilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli qərarına görə qanunsuz olmuşdur. İpotekaya məhkəmə qaydasında xitam verilməsi üçün əsas vermişdir.
12. Cavabdeh MMC-nin nümayəndəsi nümayəndə1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır, əsas məqsəd vaxt qazanmaqdır. Belə ki, məhkəmə çəkişmələri 2017-ci ildən bu günədək davam edir. Qarşı tərəf ipoteka müqaviləsinin ləğv edilməsi barədə Beyləqan Rayon Məhkəməsinə, Şirvan Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə müraciət etmişdir, lakin iddiası rədd edilmişdir. Bundan əlavə qarşı tərəf ##.##.2022-ci il tarixli ** saylı hərrac protokolunu qanunsuz hesab edərək həmin protokolun etibarsız hesab edilməsi barədə iddia qaldırmış, Xocavənd Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Təbii ki, bundan sonra hərrac yenidən keçiriləcəkdir. Hərracın nəticəsinin ləğv olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda hərrac zamanı baş vermiş qanunsuzluğun mübahisələndirilməsi nə dərəcədə düzgündür? Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
13. Füzuli Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)- ***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət olan, 77,2 kv.m. yaşayış, 30,6 kv.m. köməkçi sahədən ibarət olan yaşayış evinin yüklü edildiyi ## ### 2015-ci il tarixli, ****- ****-**/** saylı ipoteka müqaviləsi hazırda qüvvədədir, heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab olunmamış, ləğv və ya xitam edilməmişdir.
15. Belə olan halda məhkəmə hesab etmişdir ki, Beyləqan şəhəri, R.Behbudov küçəsində ** nömrəli ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi əsassızdır. İddiaçının iddia tələbini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanının olmasını, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilməsi ilə əsaslandırsa da, məhkəmə bu əsaslandırmaya münasibətdə bildirmişdir ki, Xocavənd Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Beyləqan şəhəri, R.Behbudov küçəsində ** nömrəli ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77,2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin ##.##.2022-ci il tarixli ** saylı protokolu və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə “Hikmət-Ziya Kredit İttifaqı” MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Göründüyü kimi, hərracın nəticələrinin ləğv olunduğu və tərtib edilmiş protokol və müqavilənin etibarsız hesab edildiyi halda Məhkəmə hərrac zamanı baş vermiş qanunsuzluğun mübahisələndirilməsini əsassız hesab edir.
16. Birinci instansiya məhkəməsi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33.3, 39.3.3, 48.1.1-48.1.5, 15.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 399.3-cü maddələrinə, “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli ** saylı qərarın 7-ci bəndinə, Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. İddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 3.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli qərarındakı mövqeyinə zidd olan qərar qəbul etmişdir. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin normanın tələbinə uyğun olaraq məhkəmədə tələb irəli sürülsə də, məhkəmə bu normanın tələbinə əməl etmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər Həmin normanın tələbinə uyğun olaraq məhkəmədə tələb irəli sürülsə də, məhkəmə bu normanın tələbinə əməl etmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mirlətif Sadıqov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka münasibətləri əşya hüququ xarakteri daşıdığından, onun yaradılması da, ona xitam verilməsi də yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Qanunverici ipotekanın ləğvini istisna mexanizmi kimi nəzərdə tutmuş, tərəflər arasında yaranmış öhdəlik münasibətlərinin sabitliyini və hüquqi müəyyənliyi qorumaq məqsədi ilə ipotekaya xitam verilməsi hallarını “İpoteka haqqında” Qanunun 48-ci maddəsində məhdud və bağlanmış siyahı şəklində təsbit etmişdir. Bu maddənin konstruksiyası göstərir ki, ipotekaya yalnız ciddi hüquqi əsaslar mövcud olduqda – məsələn, əsas öhdəliyin tam xitamı (48.1.2), ipoteka saxlayanın imtinası (48.1.2-1), ipoteka predmetinin satılması və ya kreditor tərəfindən əldə edilməsi (48.1.3 və 48.1.3-1), habelə ipoteka predmetinin məhv olması (48.1.4) kimi hallarda – xitam verilə bilər. Qanun bu sahədə geniş təfsirə yol vermir; ipotekaya xitam verilməsi yalnız hüquqi təhlükəsizlik prinsipinə uyğun olaraq, konkret və sübut edilmiş hüquqi faktların mövcudluğu zamanı mümkündür. 48.1.5-ci maddədə nəzərdə tutulan “bu Qanunla müəyyən edilmiş digər hallar” ifadəsi də geniş və sərbəst şərh üçün açıq deyil. Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli qərarında vurğulandığı kimi, bu norma yalnız Qanunun özündə xüsusi qayda kimi nəzərdə tutulmuş halları, o cümlədən 43.8-ci maddədə təsbit edilən təkrar hərracın qanuni qaydada baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayanın 30 günlük müddətdə ipoteka predmetini əldə etməməsi halını əhatə edir. Deməli, ipotekaya xitam üçün əsas yaratmaq üçün, ilk növbədə, qanunun tələb etdiyi hüquqi ardıcıllıq və faktların mövcudluğu sübuta yetirilməlidir. Bu tələblər sübuta yetirilmədikdə, ipotekaya xitam verilməsi barədə tələb nə maddi hüquq normalarının məzmununa, nə də ipoteka institutunun hüquqi təbiətinə uyğun hesab edilə bilməz.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayətində Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi birtərəfli və kontekstdən əlaqəsiz şəkildə şərh olunmuşdur. Plenum qərarı ipotekaya xitam verilməsi üçün bütün hallarda sadəcə hərracların qanunsuzluğu və ya hərracların iki dəfədən artıq keçirilməsi faktının kifayət etməsini deyil, 43.8-ci maddədə nəzərdə tutulmuş konkret hüquqi konstruksiyanı – qanunla nəzərdə tutulmuş qaydada keçirilmiş təkrar hərracın baş tutmamış elan edilməsini və bu tarixdən etibarən ipoteka saxlayana yalnız bir dəfə verilən 30 günlük imkanın istifadə olunmaması halını nəzərdə tutur. Başqa sözlə, Konstitusiya Məhkəməsi ipoteka saxlayanın intizamlandırılması, hüquq münasibətlərinin müəyyənliyi və ipoteka qoyanın ədalətli tarazlaşdırılmış müdafiəsi məqsədi ilə ipoteka saxlayanın məhz bu konkret hüquqi rejim daxilində öz hüququndan vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsini mümkün sayır.
22. Halbuki, hazırkı iş üzrə iddiaçı nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqi üçün zəruri olan faktları sübut etməmişdir. İş materiallarında təkrar hərracın qanunla nəzərdə tutulmuş qaydada baş tutmamış elan edilməsi, bu barədə kütləvi informasiya vasitələrində elan dərc olunması, həmin elanın tarixindən 30 təqvim günü müddətinin keçməsi və bu müddət ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi barədə hər hansı sübut yoxdur.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan sənədlər və Xocavənd Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi isə əksinə, hərracın nəticələrinə dair konkret protokolun və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair müqavilənin etibarsız hesab edilməsi ilə məhdudlaşır və bu aktların etibarsızlığı ipoteka münasibətlərinin özünün xitamı nəticəsinə gətirib çıxarmır.
24. İddiaçının arqumentində xüsusi olaraq vurğulanan “dörd dəfə hərrac keçirilməsi” faktı da ipotekaya xitam verilməsi üçün bilavasitə əsas hesab edilə bilməz. Plenum qərarında qeyd edilir ki, iki hərracdan artıq hərracların keçirilməsi “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin tələblərinə ziddir və bu, ipoteka qoyanın hüquqlarının pozulması riskini yaradır. Lakin həmin Qərarda bu pozuntunun avtomatik olaraq ipotekanın ləğvi mənasına gəldiyini nəzərdə tutulmur, əksinə, belə hallarda ipoteka qoyan üçün mövcud hüquqi müdafiə vasitələrini, o cümlədən müvafiq hərrac protokollarının və müqavilələrinin etibarsız hesab edilməsini, icra hərəkətlərinin qanuniliyinin məhkəmə qaydasında yoxlanılmasını nəzərdə tutur. Məhz bu müdafiə mexanizmi çərçivəsində iddiaçı Xocavənd Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin ##.##.2024-cü il tarixli qətnaməsi ilə hərracın nəticələrinə dair protokol və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə etibarsız hesab edilmişdir. Beləliklə, ipoteka qoyanın hərrac prosedurundakı pozuntulara qarşı müdafiə tələbi təmin edilmiş, lakin bu fakt ipotekanın 48-ci maddə üzrə xitamı nəticəsinə aparmır.
25. Məhkəmə kollegiyası onu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsi ipotekaya xitam verilməsinin halları barədə xüsusi normadır. Həmin maddəyə görə ipotekaya, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan arasında razılıq əldə edildikdə (48.1.1), əsas öhdəliyə xitam verildikdə (48.1.2), tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ya icra haqqında qanuna uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə olunduqda (48.1.3, 48.1.3-1), ipoteka predmeti məhv olduqda (48.1.4), habelə bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5) xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında da vurğulanmışdır ki, 43.8-ci maddədə nəzərdə tutulan hal – təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi – ipotekaya xitam verilməsi üçün 48.1.5-ci maddədə nəzərdə tutulmuş “digər hallardan biri” qismində çıxış edir. Bu isə o deməkdir ki, 43.8-ci maddə yalnız o halda tətbiq oluna bilər ki, əvvəlcə qanunla nəzərdə tutulmuş qaydada təkrar hərrac keçirilsin, bu hərrac baş tutmamış elan edilsin, bu barədə elan dərc olunsun və sonra həmin tarixdən 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin.
26. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hazırkı işdə isə iddiaçı tərəfindən nə bu ardıcıllıq sübut edilmiş, nə də məhz hansı konkret təkrar hərracın baş tutmamış elan edildiyi, bu barədə elan tarixinin və həmin tarixdən sonra 30 günlük müddətin keçməsi, habelə bu müddət ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi faktları məhkəmə qarşısında aydınlaşdırılmışdır. Əksinə, iş materialları göstərir ki, hərrac prosedurunun davamı kimi bağlanmış ##.##.2022-ci il tarixli protokol və müqavilə sonradan etibarsız hesab edilmiş, bununla da həmin icra hərəkətlərinin hüquqi nəticələri ləğv olunmuşdur. Bu vəziyyətdə 43.8-ci maddənin nəzərdə tutduğu “təkrar hərracın baş tutmamış elan edilməsi + ipoteka saxlayanın 30 gün ərzində ipoteka predmetini əldə etməməsi” hüquqi modeli iş üzrə mövcud deyil və iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
27. İddiaçının apellyasiya şikayətində istinad etdiyi Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı”xxxx“affirmanti incumbit probatio” – iddianı irəli sürənin sübutetmə yükünü daşıması prinsipi MPM-in 77 və 76-cı maddələrində nəzərdə tutulmuş qaydalarla tam uyğun gəlir. Hazırkı işdə isə iddiaçı 43.8-ci maddənin tətbiqinin mümkünlüyü üçün tələb olunan ilkin hüquqi faktları (qanuni qaydada keçirilmiş təkrar hərracın baş tutmamış elan edilməsi, bu tarixdən keçən 30 günü təsdiqləyən dəqiq sübut və həmin müddətdə ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi barədə hüquqi faktlar) təqdim etməmişdir. Tətbiqi mümkün olmayan hüquqi norma əsasında tələb irəli sürülməsi isə nə birinci instansiya, nə də apellyasiya instansiyası tərəfindən təmin edilə bilməz.
28. Bununla yanaşı, məhkəmə kollegiya qeyd etmişdir ki, hərrac prosedurunda pozuntuların mövcudluğu barədə iddiaçının arqumentləri bu iş üzrə araşdırılan predmet deyil. Hərrac protokolunun və ipoteka predmetinin əldə edilməsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia artıq Xocavənd Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır və ipoteka qoyanın bu məsələ üzrə müdafiə tələbi reallaşdırılmışdır. Lakin bu nəticə ipotekanın hüquqi taleyinə, yəni ipoteka müqaviləsinin qüvvəsinə və ya ipotekaya xitam verilib-verilməməsinə təsir etmir. “İpoteka haqqında” Qanunun 48-ci maddəsi ipotekaya xitam verilməsinin əsaslarını konkret göstərir və hərracın nəticələrinin etibarsız hesab edilməsi bu əsaslardan heç birinə aid edilmir.
29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 48.1, 48.1.1, 48.1.2, 48.1.2-1, 48.1.3, 48.1.3-1, 48.1.3-2, 48.1.4, 48.1.5ci, Mülki Məcəllənin 269.1, 319.1-ci və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən iddiaçı İddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin normanın tələbinə uyğun olaraq məhkəmədə tələb irəli sürülsə də, həm Füzuli Rayon Məhkəməsi, həmdə Şirvan Apellyasiya Məhkəməsi bu normanın tələbinə əməl etməmiş, yaranmış münasibət üzrə həm Ali Məhkəmənin məhkəmə təcrübəsini, həmdə mövcud münasibətlər üzrə Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamışdır.
32. Qərarda göstərilir ki “İpoteka haqqında” Qanunda yuxarıda qeyd edilən əsasla ipotekaya xitam verilməsi göstərilsə də, bunun prosedur qaydası, yəni ipotekaya hansı orqan (məhkəmə və ya digər orqan) tərəfindən, hansı icraat qaydasında (iddia icraatı və ya məhkəmə qərarlarının icrası qaydasında) xitam verilməli olması qeyd olunmamışdır. Lakin “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2014-cü il ## ####### tarixli Qərarında həmin məsələyə aydınlıq gətirilərək qeyd edilmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. O, həmin bu mövqedən çıxış edərək, məhkəmədə iddia qaldırsada, məhkəmələr qətnamələrində belə bu Qərarın tələbini niyə qəbul etmədiklərini əsaslandırmamışlar. Onda belə çıxır ki, onun ipotekaya xitam verilməsi ilə bağlı hüququ "xəyali bir hüquq" olaraq qalacaqdır. Məhkəmələr hər biri öz mövqeyinə uyğun mövqe nümayiş etdirməklə, konkret olaraq iddianın təmin edilməsindən yan keçirlər. Məhkəmələr Konstitusiya Məhkəməsinin Qərarının həm əsaslandırıcı, həmdə nəticə hissəsində olan mövqeyinin onlar üçün məcburi olmasına baxmayaraq, həmin mövqedən yan keçməklə iddianı (apellyasiya) şikayətini təmin etməməklə, prosessual hüquq pozuntusu törətmişlər.
33. Şirvan Apellyasiya Məhkəməsi hərracın keçirilməsi prosedurunu, hərrac baş tutmadıqdan sonra gedən prosesləri və sənədləşmələrin ardıcıllığını və qaydasını sənədləri tələb edib öyrənməli olduğu halda, etməmiş, öz üzərinə düşən vəzifəni düzgün yerinə yetirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. Cavabdeh MMC-nin nümayəndəsi nümayəndə1 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək, etirazında kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
35. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
36. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
37. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
38. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
39. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
40. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
41. Maddə 43.1. (##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyada) Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
42. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
43. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
44. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
45. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
46. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
47. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
48. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
49. Maddə 43.8. (##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyada) İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
50. Maddə 48.1. ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.3-1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; 48.1.3-
2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə (##.##.2025-ci ); 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli, ## ###### 2022-ci il tarixli Qərardadı.
51. Bənd 59 Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
52. Bənd 61 Bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir.
53. Nəticə hissəsi:
1. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur.
2. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir.
3. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.
4. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə birləşdirilmiş iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
69. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
70. Bu baxımdan kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqi üçün zəruri olan faktları sübut etməmişdir. İş materiallarında təkrar hərracın qanunla nəzərdə tutulmuş qaydada baş tutmamış elan edilməsi, bu barədə kütləvi informasiya vasitələrində elan dərc olunması, həmin elanın tarixindən 30 təqvim günü müddətinin keçməsi və bu müddət ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi barədə hər hansı sübut yoxdur.
71. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa və hüquqi qiymət verməyə lüzum yoxdur.
73. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
74. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
75. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
77. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.