Məhkəmə qərarları › İş №2(1-8)-536/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-536/2026

30.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-536/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh İsmayılov Şahniyar Əjdər oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh İsmayılov Şahniyar Əjdər oğluna qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkili İskəndərov Fuad İnqlab oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2024-cü il və # ####### 2024-cü il tarixli qərarlarından görünür ki, İsmayılov Şahniyar Əjdər oğlunun 19.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə İddiaçı ərizəsi əsasında araşdırma aparılmış və toplanmış materiallar üzrə Şahniyar İsmayılovun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, həmçinin tərəflər arasında yaranmış münasibətlər mülki xarakterli olduğundan ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

2. Qeyd olunan material üzrə İddiaçı izahat verərkən bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən 2 il əvvəl Şahniyar ilə şərikli alver etsə də, sonuncu ona 19.800 manat pulu verməmişdir. Belə ki, o, ##.##.2022-ci il tarixdə Şəhriyar ilə birlikdə 6.246 kiloqram, ##.##.2022-ci ildə isə 7.120 kiloqram çəkidə sellofan almışdır Həmin sellofanın qiyməti ümumilikdə 41.435 manat etmişdir. Həmin vaxt onlar əlavə olaraq 534 kiloqram çəkidə dərmanlı sellofan da almışlar. Həmin sellofanın qiyməti də ümumilikdə 19.525 manat etmişdir. O, Şahniyar ilə əlavə olaraq 940 ədəd ümumi dəyəri 126.900 manat olan kök toxumu alıb yaşadığı evə gətirmişdir. Aldığı kök toxumundan və sellofandan onlara ümumilikdə 52.119 manat əlavə qazanc qalmalı imiş. Həmin vaxt şərikli alverdən cəmi 52.000 manat pul qazanc əldə etmişlər. Həmin qazanc pulu isə Şahniyar onunla yarı-yarıya bölməli imiş. Onların hərəsinə 26.000 pul qalmışdır. Şahniyar ona həmin puldan cəmi 6.200 manat pul vermişdir. Qalan 19.800 manat pulu isə Şahniyar ona verməmişdir. O, Şahniyardan həmin pulu istədikdə, sonuncu ona şər ataraq, ona ümumilikdə 26.000 manat pulu verdiyini iddia etmişdir. Şahniyar hazırkı müddətə qədər şərikli alverdən qalan pulu ona verməmişdir. O, da məcbur olub bu barədə Tovuz RPŞ-nə ərizə yazmışdır.

3. Həmçinin qeyd olunan material üzrə İsmayılov Şahniyar Əjdər oğlu izahat verərkən bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Barəsində şikayət ərizəsi yazmış İddiaçı onun tanışıdır. Onun Etibar ilə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. Təxminən 2 il bundan əvvəl o, Etibar ilə söhbət edən zaman ona təklif etmişdir ki, birlikdə kök toxumu və kökün üzərinə salınan sellofan örtüyün alğı-satqısı ilə məşğul olsunlar. Etibarda onu tanıdığı üçün onunla razılaşmışdır. O, Etibara demişdir ki, qazanacağı pulu yarı-yarıya bölsünlər. Həmin vaxt o, Etibar ilə şərikli Bakı şəhərində yerləşən şirkətdən 171.228 manat dəyərində kök toxumu və kökün üzərinə çəkilən sellofan örtük almışdır. Aldığı toxumu və sellofan örtüyü onlar Tovuz rayonu ərazisində müxtəlif şəxslərə satmışlar. Birlikdə satdıqları toxumdan və sellofan örtükdən onlara təmiz 52.000 manat qazanc qalmışdır. Həmin pulun 26.000 manatı Etibarın, 26.000 manatı isə onun olmalı imiş. O, müxtəlif vaxtlarda Etibara 26.000 manat pul vermişdir. Bu barədə o, öz dəftərində qeydlər aparmışdır. O, ##.##.2024-cü il tarixdə Etibarın yaşadığı evə gedib, onunla bütün haqq-hesabını etmişdir. Onun haqq-hesabına görə Etibara 1.600 manat borcu qalmışdır. ##.##.2024-cü il tarixdə o, 1.600 manat pul tapıb gətirib Etibara vermişdir. Hazırda onun Etibara borcu qalmamışdır. O, sonradan eşitmişdir ki, Etibar polisə ərizə yazaraq bildirmişdir ki, onun payına düşən 26.000 manat pulun 19.000 manatını ona verməmişdir. Etibar yalan danışmış və ona şər atmışdır. O, Etibar ilə haqq-hesab eləmişdir və ona borcu qalmamışdır.

4. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma mətnlərində müxtəlif şəxslərin adlarının qarşısında müxtəlif məbləğlər və tarixlər göstərilmiş, müxtəlif hesablamaların nəticələri əks olunmuşdur. İddiaçı bu qeydiyyatın özü tərəfindən aparıldığını, cavabdehlə birlikdə ticarət fəaliyyətindəki dövriyyəni əks etdirdiyini bildirmişdir. Həmin qeydlər hər hansı formada təsdiqlənməmişdir. Əlyazmada (səhifə 38) ##.##.2022-ci ildə 6.246 kq və ##.##.2022-ci il tarixdə 7.120 kq olmaqla ümumi 13.366 kq sellofan örtüyə 41.435 manat, daha sonra 534 kq sellofan örtük üçün 1.925 manat və 468 manat yol pulu olmaqla ümumilikdə 43.828 manat pul verməsi qeyd edilmişdir. Eyni qeyddə iddiaçının ##.##.2022-ci il tarixdə 940 ədəd kök üçün 126.900 manat və 500 manat yol pulu olmaqla cəmi 127.400 manat verməsini qeyd etmişdir. Ümumilikdə sellofan örtük və kök toxumuna 171.228 manat vermişdir. Yenə həmin qeyddə sellofan örtüyün qazancının 22.472 manat və kök toxumunun qazancının isə 29.647 manat olduğunu, cəmi qazancın 52.119 manat olmasını qeyd etmişdir. Əlyazmada (səhifə 39) həmçinin iddiaçı tərəfindən ##.##.2022-ci ildə ümumi 290 ədəd (250+40) kök toxumu üçün 39150 manat və 250 manat isə yol pulu olmaqla, cəmi 39.400 manat pul verdiyini qeyd etmişdir. Həmin qeyddən görünür ki, həmin satışdan 11.942 manat qazanc əldə edilmişdir. Eyni əlyazmada həmçinin iddiaçı tərəfindən ##.##.2025ci il tarixdə 650 ədəd kök toxumunun alınması üçün 87.750 manat və 250 manat yol pulu ilə birlikdə 88.000 manat pul verməsini qeyd etmişdir. Həmin kök toxumunun isə 327 ədədini özü 55.402 manata satması, 617 ədədinin isə Şahniyar tərəfindən satılmasını qeyd etmişdir. Qeydlərdən görünür ki, 2023-2024-cü illərdə kök və sellofandan Şahniyarın verdiyi pul 122.012, Etibarın verdiyi pul 55.402 manat kimi qeyd edilmişdir.

5. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma mətnlərində müxtəlif şəxslərin adlarının qarşısında müxtəlif məbləğlər göstərilmiş və sonda “22472 sal”, “28200 kök”, “50.672”, “1636” yazıları qeyd edilmişdir. Cavabdeh bu qeydiyyatın özü tərəfindən aparıldığını, həmin rəqəmlərin sellofan və kök satışından ayrı-ayrılıqda və ümumilikdə əldə edilmiş gəliri ifadə etdiyini, “1636” yazısının iddiaçıya veriləsi qalıq məbləği ifadə etdiyini bildirmişdir. Həmin qeydlər hər hansı formada təsdiqlənməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh İsmayılov Şahniyar Əjdər oğlu (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Şahniyar İsmayılovdan 19.600 manat pulun və 148,8 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Şahniyar İsmayılovu həmyerlisi kimi tanımış və aralarında yaxşı münasibət olmuşdur. Cavabdeh Şahniyar İsmayılov tikinti materiallarının satışı ilə məşğul olmuş və iddiaçı ondan bir neçə dəfə tikinti materialları almışdır. Təxminən 2 il əvvəl aralarında baş vermiş söhbət zamanı cavabdeh Şahniyar İsmayılov ona kök toxumu və kökün üzərinə salınan sellofan örtüyünün alğı-satqısı ilə məşğul olmağı təklif etmişdir. Cavabdeh həmin işin gəlirli olduğunu və əldə olunacaq qazancı yarıbayarı böcəklərini bildirmişdir. Bu razılaşmadan sonra Bakı şəhərində yerləşən bir şirkətdən kök toxumu və sellofan örtük alınıb Tovuz rayonunda müxtəlif şəxslərə satılmışdır. Bu işin görülməsi üçün bütün maliyyə vəsaiti onun tərəfindən qarşılanmışdır. Nəticədə 52.000 manat məbləğində qazanc əldə edilmişdir. Aralarında olan razılığa əsasən həmin məbləğin 26.000 manatı ona çatmalı olmuşdur. Cavabdeh isə ona cəmi 6.400 manat vermiş, qalan 19.600 manatı verməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bununla bağlı o, məcbur olub Tovuz Rayon Polis Şöbəsinə şikayətlə müraciət etmişdir. Həmin müraciət əsasında Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X1 icraatında araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh Şahniyar İsmayılov izahatında onun qeyd etdiyi halları təsdiq etmiş, yəni birlikdə kök toxumu və sellofan örtüyünün alğı-satqısı ilə məşğul olduqlarını, 52.000 manat qazanc əldə olunduğunu, bu qazancın yarısının ona çatmalı olduğunu bildirmişdir. Cavabdeh həmçinin 26.000 manatın 6.400 manatını ona verdiyini öz dəftərində qeyd etdiyini, qalan 19.600 manatın isə guya hissə-hissə əlbəəl verildiyini, lakin bu barədə heç bir sübutunun olmadığını bəyan etmişdir. Təqdim olunmuş # ####### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da, cavabdehin 19.600 manat pulu ona verdiyini sübut edə bilmədiyi qeyd olunmuşdur.

8. Məhkəmə iclasında cavabdeh Şahniyar İsmayılov iddiaya münasibətində izahat verərək bildirmişdir ki, 2022-ci ildən etibarən iddiaçı ilə birlikdə kök toxumu ticarəti ilə məşğul olmuş, bütün satışları nağd şəkildə həyata keçirmiş və satışdan əldə olunan vəsaiti iddiaçıya təhvil vermişdir. 6.400 manat məbləğində pulu isə 2023-cü ildə iddiaçıya təqdim etmişdir. Onun fikrincə, iddiaçının həmin dövrlərdə əldə edilmiş qazancı tələb etməməsi məntiqə uyğun deyil. Satılan malların miqdarı, çəkilən xərclər və əldə olunan qazanc barədə qeydlər aparmış, lakin mübahisə yaranacağını ehtimal etmədiyindən həmin qeydləri iddiaçıya imzalatmaq zərurəti görməmişdir. Qeyd etmişdir ki, sonradan qalan 1.636 manat pulu da Xatınlı yolu yaxınlığında iddiaçıya təqdim etmiş və bununla da ona borcu qalmamışdır. Cavabdehin sözlərinə görə, həmin məbləği bir neçə gün sonra ödəyəcəyini bildirdikdə, iddiaçının övladı gecikməyə görə əlavə 200 manat tələb etmiş, buna görə də həmin günü başqa şəxslərdən borc alaraq ödənişi həyata keçirmişdir. Əgər o, qazancdan iddiaçıya pay verməmiş olsaydı, iddiaçının onunla əməkdaşlığı davam etdirməsi və əlavə vəsaitlər verməsi məntiqsiz olardı. Cavabdeh əlavə etmişdir ki, ikinci partiya malın pulu – 6.400 manat məbləğində vəsaiti öz evində, həyat yoldaşı və gəlini olan şəxslərin iştirakı ilə iddiaçıya təqdim etmişdir. Bu şəxslər həmin faktı təsdiq edə bilərlər. Bir müddət sonra ona polis şöbəsindən zəng olunaraq İddiaçı onun barəsində şikayət verdiyi bildirilmişdir. Bu məsələ ilə bağlı cavabdeh izahat vermiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra həmin qərar prokurorluq tərəfindən səbəbsiz yerə ləğv edilmiş, cavabdeh yenidən izahat vermiş və eyni qərar yenidən qəbul edilmişdir. Hal-hazırda iddiaçıya heç bir borcu yoxdur. Əldə olunmuş qazancdan iddiaçıya çatan məbləğin bir hissəsini öz evində, bir hissəsini isə iddiaçının evində ona təqdim etmişdir. Verilmiş suallara cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçı ilə aralarındakı razılaşmaya əsasən, o, kök toxumunu Bakı şəhərindən alıb iddiaçının evinə çatdırmış, oradan da götürüb satışını həyata keçirmişdir. Malın alınması üçün tələb olunan vəsaiti isə iddiaçı təmin etmişdir. Aralarında qazancın bərabər şəkildə bölünməsi barədə razılaşma olmuşdur. Birinci partiya mal yaxşı satılsa da, ikinci partiyanın satışında müəyyən ləngimələr yaranmışdır. Bundan əlavə, kökün üzərinə çəkmək üçün polietilen sellofan da alıb satmışlar. Sellofan nisyə satılmış, kök yetişib satıldıqdan sonra pulu toplanmışdır. Cavabdeh qeyd etmişdir ki, malın alınması üçün iddiaçı tərəfindən təxminən 172.000 manat məbləğində vəsait birbaşa satışla məşğul olan şəxslərə təqdim olunmuşdur. Onun vəzifəsi isə alınmış malın satışını təşkil etmək olmuşdur. Apardığı qeydiyyata əsasən, ümumi qazanc 50.672 manat təşkil etmiş və həmin qazancın yarısını iddiaçıya tam şəkildə vermişdir.

9. Tovuz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, # ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Süleyman Hacıyev) iddianın qismən təmin edilməsi, cavabdeh Şahniyar İsmayılovdan 18.936 manat və dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 146,8 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında cavabdehin təklifi və təşəbbüsü ilə birgə fəaliyyət barədə şifahi razılaşma (faktiki müqavilə münasibəti) əldə edilmişdir. Razılaşmaya əsasən, iddiaçı öz vəsaiti hesabına kök toxumu və kök bitkisinin üzərini örtmək üçün sellofan materialı almalı, cavabdeh həmin məhsulların satışını təşkil etməli və satışdan əldə ediləcək gəlir tərəflər arasında bərabər bölüşdürülməli idi. İddiaçı əldə edilmiş gəlirin 52.000 manat olmasını iddia etsə də cavabdeh bu məbləği qismən etiraf etmiş, qazancın 50.672 manat olduğunu bildirmişdir. İddiaçı tərəfindən bununla bağlı sübut təqdim edilmədiyindən cavabdehin qismən etirafına əsasən malların satılması nəticəsində ümumilikdə 50.672 manat gəlir əldə olunması faktı məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı əldə olunmuş gəlirdən yalnız 6.400 manat aldığını, lakin qalan məbləğin cavabdeh tərəfindən ona verilmədiyini iddia etmişdir. Cavabdeh isə bu iddianı inkar edərək, gəlirin yarısını tam şəkildə iddiaçıya verdiyini irəli sürmüşdür. Cavabdeh məhkəmə iclasında 6.400 manatın iddiaçıya öz evində, ailə üzvlərinin - həyat yoldaşı və gəlininin iştirakı ilə verildiyini, onların bu faktı təsdiq edə biləcəyini bildirmişdir. Bu hal iddiaçı tərəfindən inkar olunmamış, əksinə, həm iddia ərizəsində, həm də izahatlarında həmin məbləği aldığını, lakin qalan məbləğin verilmədiyini təsdiqləmişdir. Bu səbəbdən yalnız 6.400 manatın ödənilməsi sübuta yetirilmiş hesab edilir. Cavabdeh digər ödənişlərə dair yalnız öz şəxsi qeydlərinə istinad etmiş, lakin bu qeydlər iddiaçı tərəfindən imzalanmamış, digər sübutlarla təsdiqlənməmiş və iddiaçı tərəfindən doğruluğu qəbul edilməmişdir. Belə olduqda həmin qeydlər hüquqi cəhətdən etibarlı sübut kimi qiymətləndirilə bilməz.

11. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 425.1, 425.2, 442, 777.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci ildə o, iddiaçıya kök toxumu və sellofan örtük gətirib satmağı məsləhət görmüş, əldə olunacaq qazancı da, yarı böləcəkləri barədə razılaşmışlar. Bundan sonra onlar Bakı şəhərindən ümumilikdə 171 min manatlıq məhsul gətirmişlər. Kök toxumunu iddiaçının evinə qoyulmuşdur. Sellofan örtüyü isə əkinçilərə may-iyun aylarına qədər nisyə vermişlər. Kök toxumları isə bir qayda olaraq nağd şəkildə satılırdı. Belə ki, iddiaçının evinə yığılmış toxumlar müştərilər istəyən zaman iddiaçının evindən götürülür və nağd şəkildə pulları ödənilirdi. Yəni kök toxumları bir qayda olaraq nisyə verilmirdi. O, iddiaçının evindən hər dəfə kök toxumu götürüb satarkən pulunu qabaqcadan ödəyib götürürdü və bu barədə özünə məxsus dəftərdə qeyd edirdi. İddiaçının da bu barədə hansısa qeydiyyat aparıb-aparmamasını bilməmişdir. İddiaçı hətta ailə üzvləri ilə birlikdə bir neçə dəfə yaşadığı evə gələrək malın pulundan götürmüşdür. Onların razılaşmasına əsasən satılmış bütün malların pulu iddiaçı tərəfindən yığılmalı, sonda isə iddiaçı qoyduğu mayanın pulunu götürməli, qalan qazancı da yarıya bölməli idilər. Lakin iddiaçı guya onun malların pulunu ona vermədiyini iddia edərək ondan pul tələb edir. Halbuki, satılan bütün malların pulu iddiaçının özündə yığılmışdır. Daha sonra qeyd edir ki, əkinçilərə nisyə verilmiş sellofan örtüklərin pulları da yığılmış və iddiaçıya verilmişdir. Bundan sonra aralarında qalıq hesablaşma 1.636 manat olmuşdur. Təxminən 2024-cü ilin payız ayında qalıq qalan 1.636 manat pulu o, iddiaçıya vermişdir. Lakin iddiaçı ona heç bir borcu qalmadan yenidən əsassız olaraq ondan pul tələb edərək məhkəməyə müraciət etdi. Ona görə də hesab edir ki, Tovuz rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qanunsuz olduğundan ləğv olunmalıdır. İddiaçı ilə aralarında şifahi şəkildə razılaşma olmuşdur ki, onlar gətirdiyi kök toxumu və sellofan örtüyü əkinçilərə satıb, yekunda maya çıxıldıqdan sonra qazancı yarı bölməli idilər. O, iddiaçının evinə yığılmış toxumların pulunu iddiaçıya nağd şəkildə ödəməklə əkinçilərə satmış, nisyə satdıqları sellofan örtüklərin pulunu da əkinçilərdən yığdıqdan sonra iddiaçıya vermişdir. İddiaçının mal almaq üçün verdiyi 172 min manat və qazanc olaraq əlavə 25.336 manat iddiaçıya tam şəkildə ödənilmişdir. Bu barədə onun şahidləri var və özünə məxsus dəftərdə tarixləri ilə qeyd etmişdir. Məhkəmə də iddiaçının iddiasını heç bir sübut etmədiyi halda onun xeyrinə qətnamə çıxartmışdır.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) cavabdeh Şahniyar İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş və iddiaçı tərəfindən təqdim olunmuş kök toxumu və sellofan örtüyünün satışı ilə bağlı əlyazma şəklində olan iddiaçının qeydlərindən görünür ki, (səhifə 38) ##.##.2022-ci ildə 6.246 kq və ##.##.2022-ci il tarixdə 7.120 kq olmaqla ümumi 13.366 kq sellofan örtüyə 41.435 manat, daha sonra 534 kq sellofan örtük üçün 1.925 manat və 468 manat yol pulu olmaqla ümumilikdə 43.828 manat pul vermişdir. Eyni qeyddə iddiaçının ##.##.2022-ci il tarixdə 940 ədəd kök üçün 126.900 manat və 500 manat yol pulu olmaqla cəmi 127.400 manat verməsini qeyd etmişdir. Ümumilikdə sellofan örtük və kök toxumuna 171.228 manat vermişdir. Yenə həmin qeyddə sellofan örtüyün qazancının 22.472 manat və kök toxumunun qazancının isə 29.647 manat olduğunu, cəmi qazancın 52.119 manat olmasını qeyd etmişdir. Əlyazmada (səhifə 39) ##.##.2022-ci ildə ümumi 290 ədəd (250+40) kök toxumu üçün 39.150 manat və 250 manat isə yol pulu olmaqla, cəmi 39.400 manat pul verildiyi qeyd edilmişdir. Həmin qeyddən görünür ki, həmin satışdan 11.942 manat qazanc əldə edilmişdir. Eyni əlyazmada həmçinin iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə 650 ədəd kök toxumuna 87.750 manat və 250 manat yol pulu ilə birlikdə 88.000 manat pul verməsini qeyd etmişdir. Həmin kök toxumunun isə 327 ədədini iddiaçının özünün satması, 617 ədədinin isə Şahniyar tərəfindən satılması qeyd etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş əlyazmada (səhifə 40) ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək cavabdeh Şahniyar İsmayılovun iddiaçıya 122.012 manat pul verməsini qeyd etmişdir və bu hal iddiaçı tərəfindən təsdiq edilmişdir.

16. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər iki dəfə olmaqla kök toxumu və sellofan örtük olmaqla ümumilikdə 171.228 manat dəyərində mal gətirmişlər və həmin məbləği iddiaçı ödəmişdir. İlk dəfə satış üçün gətirilən 290 ədəd kök toxumunu və sellofan örtüyü iddiaçı özü satmış və 11.257 manat qazanc olmaqla cəmi 51.092 manat pul əldə etmiş, əldə olunan 11.257 manat qazancı isə cavabdehlə aralarında bölmədən özü götürmüşdür. Bundan sonra onlar ikinci partiya üçün 650 ədəd kök toxumu və sellofan örtük sifariş vermişlər. Həmin kök toxumunun və sellofan örtüyü 55.414 manat dəyərində özü satmış, 617 ədədi isə Şahniyar tərəfindən satılmış və ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək cavabdeh Şahniyar İsmayılov iddiaçıya 122.012 manat pul vermişdir. İddiaçının bildirdiyinə görə isə sellofan örtüklə və birinci dəfə satılan kök toxumu ilə bağlı mübahisə yoxdur. Hazırkı mübahisə ikinci partiya satılan kök toxumunun satışından əldə olunan qazancla bağlıdır. İddiaçı ikinci partiya kök toxumunun satışı ilə əlaqədar cavabdehin ona 122.012 manat verdiyini, lakin ikinci partiya kök toxumu satışından əldə olunan qazancı, yəni 52.119 manat pulun ona çatası məbləğdən ona yalnız 6.400 manat verdiyini və cavabdehin ona ikinci partiya kök toxumu satışından əldə olunan qazancdan 19.600 manat borcu qaldığını iddia edir. İddiaçı həmçinin apellyasiya icraatında izahatında qeyd etmişdir ki, hər iki partiya kök toxumunun və sellofanın alınması üçün ümumilikdə 171.228 manat pul vermişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilkin partiya kök toxumunu iddiaçı özü satmış və satışdan əldə olunan 51.092 manat (39.150 manat maya dəyəri və 11.257 manat qazancı ilə birlikdə) iddiaçı özü götürmüş və qazancdan cavabdehə pul verməmiş, bundan sonra ikinci partiya sifariş edilən 650 ədəd kök toxumunun 613 ədədinin satışını cavabdeh həyata keçirmiş, kök toxumu və sellofan satışından iddiaçıya 122.012 manat pul vermiş, iddiaçı özü isə kök toxumunun ikinci partiyasından və sellofan örtüyündən 55.414 manat dəyərində satış etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əlyazmadan görünür ki, ##.##.2025-ci il tarixdə 650 ədəd kök toxumunun alınması üçün 87.750 manat və 250 manat yol pulu ilə birlikdə 88.000 manat pul verməsini qeyd etmişdir. Tərəflər göstərilən halları izahatlarında təsdiq etmişlər və bu işin mübahisə olunmayan halıdır. Göründüyü kimi tərəflər ikinci partiya üzrə kök toxumu və sellofan satışından 177.426 manat əldə etmişdir. Beləliklə, ümumi hər iki partiya üzrə kök toxumu və sellofan örtük satışından iddiaçı 51.092 manat, 122.012 manat və 55.414 manat olmaqla cəmi 228.518 manat əldə etmişdir ki, həmin məbləğin də, 171.228 manat hissəsi iddiaçının qoyduğu sərmayə olmuş, 57.290 manat isə onun qazancı olmuşdur və qeyd edilən pulların hamısı iddiaçıya verilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olmuşdur.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 428.4, 442, 390.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qətnamədən iddiaçı (vəkili İskəndərov Fuad İnqlab oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin arasında şərikli iş görmək barədə razılaşma olmuş (bunu cavabdehdə etiraf etmişdir) iddiaçı cavabdehə tapşırıqlar vermiş, cavabdeh isə qazanılan pulun 50%-ni iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyi lazımınca yerinə yetirməmiş, bununla da Mülki Məcəllənin 389.1, 390.1, 425.1, 425.2, 442-ci maddələrinin tələblərini pozmuşdur.

21. Bundan əlavə qeyd olunmalıdır ki, hazırkı iş üzrə hesab edir ki, məhkəmə işdə olan sübutlara, gəlmiş olduğu nəticə hər-hansı bir sübuta əsaslanmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Apellyasiya məhkəməsində araşdırılmış və mülki işə sübut kimi əlavə edilmiş sübutlardan, iddia tələbinin əsaslı olması tam sübuta yetirilmişdi. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş kök toxumu və sellafon örtüyünün satışı ilə bağlı əlyazma şəklində olan iddiaçının qeydlərindən görünür ki, (səhifə 38) ##.##.2022-ci ildə 6.246 kq və ##.##.2022ci il tarixdə 7120 kq olmaqla ümumi 13.366 kq sellafon örtüyə 41.435 manat, daha sonra 534 kq sellafon örtük üçün 1.925 manat və 468 manat yol pulu olmaqla ümumilikdə 43.828 manat pul vermişdir. Eyni qeyddə iddiaçının ##.##.2022-ci il tarixdə 940 ədəd kök üçün 126.900 manat və 500 manat yol pulu olmaqla cəmi 127.400 manat verməsini qeyd etmişdir. Ümumilikdə sellafon örtük və kök toxumuna 171.228 manat vermişdir. Yenə həmin qeyddə sellafon örtüyün qazancının 22.472 manat və kök toxumunun qazancının isə 29.647 manat olduğunu, cəmi qazancın 52.119 manat olmasını qeyd etmişdir. Əlyazmada (səhifə 39) ##.##.2022-ci ildə ümumi 290 ədəd (250+40) kök toxumu üçün 39.150 manat və 250 manat isə yol pulu olmaqla, cəmi 39.400 manat pul verildiyi qeyd edilmişdir. Həmin qeyddən görünür ki, qeyd olunan satışdan 11.942 manat qazanc əldə edilmişdir. Eyni əlyazmada həmçinin iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə 650 ədəd kök toxumuna 87.750 manat və 250 manat yol pulu ilə birlikdə 88.000 manat pul verməsini qeyd etmişdir. Həmin kök toxumunun isə 327 ədədini iddiaçının özünün satması, 617 ədədinin isə Şahniyar tərəfindən satılması qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş əlyazmada (səhifə 40) ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək cavabdeh Şahniyar İsmayılovun iddiaçıya 122.012 manat pul verməsini qeyd etmişdir və bu hal iddiaçı tərəfindən təsdiq edilmişdir. İşə əlavə edilən Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X1 tərəfindən İddiaçı hazırkı iddia ərizəsi ilə oxşar məzmunlu müraciəti əsasında araşdırma aparılmış və ## #### 2024-cü il və # ####### 2024-cü il tarixlərdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir.

22. Həmin qərarlardan, həmçinin cavabdehin birinci instansiya məhkəməsində vermiş olduğu izahatlarından müəyyən edilir ki, cavabdeh qazancın məbləğini qismən etiraf etmiş, qazancın 50.672 manat olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi də 50.672 manat gəlir əldə olunması faktını qəbul edilmişdir. İddiaçı əldə olunmuş gəlirdən yalnız 6.400 manat aldığını, lakin qalan məbləğin cavabdeh tərəfindən ona verilmədiyini iddia etmişdir. Cavabdeh isə bu iddianı inkar edərək, gəlirin yarısını tam şəkildə iddiaçıya verdiyini irəli sürmüşdür.

23. Cavabdeh məhkəmə iclasında 6.400 manatın iddiaçıya öz evində, ailə üzvlərininhəyat yoldaşı və gəlininin iştirakı ilə verildiyini, onların bu faktı təsdiq edə biləcəyini bildirmişdir. Bu hal iddiaçı tərəfindən inkar olunmamış, əksinə, həm iddia ərizəsində, həm də izahatlarında həmin məbləği aldığını, lakin qalan məbləğin verilmədiyini təsdiqləmişdir. Bu səbəbdən yalnız 6.400 manatın ödənilməsi sübuta yetirilmiş hesab edilir. Cavabdeh digər ödənişlərə dair yalnız öz şəxsi qeydlərinə istinad etmiş, lakin bu qeydlər iddiaçı tərəfindən imzalanmamış, digər sübutlarla təsdiqlənməmiş və iddiaçı tərəfindən doğruluğu qəbul edilməmişdir. Belə olduqda həmin qeydlər hüquqi cəhətdən etibarlı sübut kimi qiymətləndirilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

29. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

30. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

31. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

32. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

48. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmə aktı bütövlüklə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunun həmin normasının tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. Bu səbəbdən də apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.

57. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şahniyar İsmayılovla kök toxumu və kökün üzərinə salınan sellofan örtüyünün alğı-satqısı ilə məşğul olmaq və əldə olunacaq qazancı yarıbayarı böləcəkləri ilə bağlı birgə fəaliyyət barədə razılığa gəldiklərini, onun vəsaiti hesabına birlikdə kök toxumu və sellofan örtüyünün alğı-satqısı ilə məşğul olduqlarını, 52.000 manat qazanc əldə olunduğunu, həmin qazancın yarısının ona çatmalı olduğunu, cavabdehin isə 26.000 manatın 6.400 manatını ona verdiyini, qalan 19.600 manatın isə ona vermədiyini qeyd edərək, cavabdehdən 19.600 manat pulun və 148,8 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

58. Cavabdeh isə iddiaya qarşı etiraz edərək bildirmişdir ki, 2022-ci ildən etibarən iddiaçı ilə birlikdə kök toxumu ticarəti ilə məşğul olmuş, malın alınması üçün iddiaçı tərəfindən təxminən 172.000 manat məbləğində vəsait birbaşa satışla məşğul olan şəxslərə təqdim olunmuş, onun vəzifəsi isə alınmış malın satışını təşkil etmək olmuş, apardığı qeydiyyata əsasən, ümumi qazanc 50.672 manat təşkil etmiş və həmin qazancın yarısını iddiaçıya tam şəkildə vermişdir.

59. Birinci instansiya məhkəməsi iddia tələbi qismən təmin edərək qeyd etmişdir ki, tərəflər arasında cavabdehin təklifi və təşəbbüsü ilə birgə fəaliyyət barədə şifahi razılaşma (faktiki müqavilə münasibəti) əldə edilmiş, razılaşmaya əsasən, iddiaçı öz vəsaiti hesabına kök toxumu və kök bitkisinin üzərini örtmək üçün sellofan materialı almalı, cavabdeh həmin məhsulların satışını təşkil etməli və satışdan əldə ediləcək gəlir tərəflər arasında bərabər bölüşdürülməli idi. İddiaçı əldə edilmiş gəlirin 52.000 manat olmasını iddia etsə də cavabdeh bu məbləği qismən etiraf etmiş, qazancın 50.672 manat olduğunu bildirmişdir. İddiaçı tərəfindən bununla bağlı sübut təqdim edilmədiyindən cavabdehin qismən etirafına əsasən malların satılması nəticəsində ümumilikdə 50.672 manat gəlir əldə olunması faktı məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə yalnız 6.400 manatın iddiaçıya ödənilməsini sübuta yetirilmiş hesab etmiş, daha sonra qeyd etmişdir ki, cavabdehin digər ödənişlərə dair öz şəxsi qeydlərinə istinad etsə də, lakin bu qeydlər iddiaçı tərəfindən imzalanmamış, digər sübutlarla təsdiqlənməmiş və iddiaçı tərəfindən doğruluğu qəbul edilməmişdir. Belə olduqda həmin qeydlər hüquqi cəhətdən etibarlı sübut kimi qiymətləndirilə bilməz.

60. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini rədd edərkən iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş, kök toxumu və sellofan örtüyünün satışı ilə bağlı əlyazma şəklində olan qeydlərə əsaslanaraq göstərmişdir ki, ...ilkin partiya kök toxumunu iddiaçı özü satmış və satışdan əldə olunan 51.092 manatı (39.150 manat maya dəyəri və 11.257 manat qazancı ilə birlikdə) iddiaçı özü götürmüş və qazancdan cavabdehə pul verməmiş, bundan sonra ikinci partiya sifariş edilən 650 ədəd kök toxumunun 613 ədədinin satışını cavabdeh həyata keçirmiş, kök toxumu və sellofan satışından iddiaçıya 122.012 manat pul vermiş, iddiaçı özü isə kök toxumunun ikinci partiyasından və sellofan örtüyündən 55.414 manat dəyərində satış etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əlyazmaya əsasən, ##.##.2025-ci il tarixdə 650 ədəd kök toxumunun alınması üçün 87.750 manat və 250 manat yol pulu ilə birlikdə 88.000 manat pul verməsini qeyd etmişdir.

61. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər göstərilən halları izahatlarında təsdiq etmişlər və bu işin mübahisə olunmayan halıdır. Göründüyü kimi tərəflər ikinci partiya üzrə kök toxumu və sellofan satışından 177.426 manat əldə etmişdir. Beləliklə, ümumi hər iki partiya üzrə kök toxumu və sellofan örtük satışından iddiaçı 51.092 manat, 122.012 manat və 55.414 manat olmaqla cəmi 228.518 manat əldə etmişdir ki, həmin məbləğin də, 171.228 manat hissəsi iddiaçının qoyduğu sərmayə olmuş, 57.290 manat isə onun qazancı olmuşdur və qeyd edilən pulların hamısı iddiaçıya verilmişdir. Buna görə də iddia tələbi əsassız olmuşdur.

62. Kassasiya məhkəməsi ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçı və cavabdeh arasındakı münasibətlərin birgə fəaliyyət barədə şifahi razılaşma (faktiki müqavilə münasibəti) olması qənaətinə gəlsə də, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında mövcud olmuş münasibətlərin qanuni əsası ilə bağlı hər hansı araşdırma aparmamış, həmin münasibətlərə ümumiyyətlə hər hansı hüquqi qiymət verməmişdir. Halbuki apellyasiya məhkəməsi tərəflər arasında kök toxumu və sellofan örtük satışı ilə bağlı münasibətlərin qanuni əsasını müəyyən etmək məqsədi ilə, həmin münasibətlərin birgə fəaliyyət barədə şifahi razılaşma (faktiki müqavilə münasibəti) olubolmamasını, cavabdehin iddiaçının tapşırığı əsasında fəaliyyət göstərib-göstərməməsini, bu halda vəzifələrin hansı qaydada bölünməsini, eyni zamanda tərəflərin Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində verdikləri izahatları ilə uzlaşıb-uzlaşmamasını onların məhkəmədə izahatlarını dinləməklə araşdırmaqla, işdə olan mövcud sübutlara əsasən hüquqi qiymət verməli idi.

63. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və qiymətləndirmə ilə razılaşmayaraq onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş, kök toxumu və sellofan örtüyünün satışı ilə bağlı əlyazma şəklində olan qeydlərə əsaslansa da, həmin əlyazmalardakı qeydlərin, tərəflərin Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində verdikləri izahatları ilə uzlaşıb-uzlaşmamasını onların izahatlarını dinləməklə araşdırmamış, cavabdehin məhkəmə araşdırması başlayanadək Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində verdiyi izahatını diqqətdən kənarda saxlamışdır.

64. Hər bir halda işə baxan məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə bağlı onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

66. Belə ki, tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.

67. Mülki Prosessual Məcəllənin 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

68. İddiaçı konkret tələblə məhkəməyə o halda müraciət edə bilər ki, bu onun qanunla qorunan hüquq və azadlıqlarını pozmuş olsun, yaxud maraqlarına toxunsun.

69. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

70. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

71. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

72. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

73. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib düzgün yoxlamamış, tərəflərin Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində verdikləri izahatlarına hüquqi qiymət verməmiş, həmçinin işdə olan digər sübutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini qismən təmin etmək barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır.

74. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiyası məhkəməsinin iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.

75. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

76. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

77. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.

78. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə ## ###### 2015-ci il və F.Şirinovun şikayəti üzrə ## ###### 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

79. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

80. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

81. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

82. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən tərəflər arasında kök toxumu və sellofan örtük satışı ilə bağlı münasibətlərin qanuni əsasını müəyyən etmək məqsədi ilə, həmin münasibətlərin birgə fəaliyyət barədə şifahi razılaşma (faktiki müqavilə münasibəti) olub-olmamasını, cavabdehin iddiaçının tapşırığı əsasında fəaliyyət göstərib-göstərməməsini, bu halda vəzifələrin hansı qaydada bölünməsini, eyni zamanda tərəflərin Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində verdikləri izahatları ilə uzlaşıb-uzlaşmamasını onların məhkəmədə izahatlarını dinləməklə araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar