Məhkəmə qərarları › İş №2(1-8)-546/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-546/2026

30.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-546/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Maraqlı şəxs və cavabdeh1 qarşı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: müqavilədən irəli gələn öhdəliyin icrası, müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər “İnşaat Konstruksiyaları” MMC, Maraqlı şəxs və cavabdeh1 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh “İnşaat Konstruksiyaları” MMC (vəkil vəkil2) və cavabdeh Maraqlı şəxs (vəkil vəkil1) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İcraçı “İnşaat Konstruksiyaları” MMC ilə payçı İddiaçı arasında bağlanmış ##.##.2017ci il tarixli müqaviləsinə əsasən, “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 11 mərtəbə, ümumi sahəsi 140,9 kv.m. olan, *** nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin predmeti olan mənzilin qiyməti kv.m. üçün 1.000 manat təyin edilməklə, cəmi 140,9 kv.m. sahə üçün 140.900 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə qiyməti 100%, yəni 140.900 manat ödənilib. Müqavilənin 8.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir.

2. “İnşaat Konstruksiyaları” MMC-nin direktoru R.S.Əhmədov tərəfindən imzalanmış ##.##.2017-ci il tarixli arayışa əsasən, İddiaçı “İnşaat Konstruksiyaları” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 140,9 kv.m. olan, 3 otaqlı, *** nömrəli mənzilin dəyərini tam ödəmişdir.

3. İcraçı “İnşaat Konstruksiyaları” MMC ilə payçı cavabdeh1 arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləsinə əsasən, “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 11 mərtəbə, ümumi sahəsi 140,9 kv.m. olan, *** nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi cavabdeh1 verir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin predmeti olan mənzilin qiyməti kv.m. üçün 600 manat təyin edilməklə, cəmi 140,9 kv.m. sahə üçün 84.540 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə qiyməti 100%, yəni 84.540 manat ödənilib. Müqavilənin 8.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir.

4. cavabdeh1 “İnşaat Konstruksiyaları” MMC-yə ünvanlanmış ##.##.2019-cu il tarixli ərizəsindən görünür ki, həmin ərizədə o, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 11 mərtəbə, 3 otaqlı, ümumi sahəsi 140,9 kv.m. olan, *** nömrəli mənzilin oğlu Maraqlı şəxs adına sənədləşdirilməsini xahiş etmişdir.

5. İcraçı “İnşaat Konstruksiyaları” MMC ilə payçı Maraqlı şəxs arasında bağlanmış ##.##.2019-cu il tarixli ****** nömrəli müqaviləsinə əsasən, “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 11 mərtəbə, ümumi sahəsi 140,9 kv.m. olan, *** nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi Maraqlı şəxs verir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin predmeti olan mənzilin qiyməti kv.m. üçün 600 manat təyin edilməklə, cəmi 140,9 kv.m. sahə üçün 84.540 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə qiymətindən 53%, yəni 45.000 manat ödənilib. Müqavilənin 4.4-cü bəndinə əsasən göstərilən məbləğin qalan hissəsinin ödənişi, “Payçı” tərəfindən bu müqavilənin ayrılmaz əlavəsi olan “ödəniş cədvəli”nə uyğun ödənilir. Müqavilənin 8.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir.

6. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində, “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı istintaq olunan ********* nömrəli cinayət işi üzrə “zərərçəkmiş şəxs qismində tanınma haqqında” ##.##.2023-cü il tarixli qərardan görünür ki, Maraqlı şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

7. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Maraqlı şəxs ##.##.2023-cü il tarixdə şahid, həmçinin zərər çəkmiş şəxs qismində dindirilməsi haqqında protokoldan müəyyən edilir ki, o, həmin ifadəsində bildirmişdir ki, “2019-cu ilin aprel ayında mənzil şəraitini yaxşılaşdırmaq üçün ev axtarırdı, mənzil axtararkən həmin mənzilin yerləşdiyi bina barədə məlumat əldə edib, bundan sonra binaya baxıb, ofisə yaxınlaşıb, Zahir adlı şəxslə tanış olub, ondan həmin mənzilin satıldığını öyrənərək mənzili almaq qərarına gəlib. Mənzilin dəyərini 84.540 manata razılaşaraq mənzilin pulundan 45.000 manatını Zahirə verməklə ödəniş edib. ##.##.2019-cu il tarixdə həmin mənzilə dair alğı-satqı müqaviləsini Zahir ona təqdim etmişdir. Zahir bildirmişdir ki, mənzil 2019-cu ilin sonunda təhvil veriləcək. Bu günə qədər ona mənzili təhvil verilməyib.”

8. “İnşaat Konstruksiyaları” MMC-nin direktoru tərəfindən ##.##.2029-cu il tarixdən ##.##.2021-ci il tarixlər arasında imzalanmış 12 arayışdan görünür ki, Maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 11 mərtəbə, ümumi sahəsi 140,9 kv.m. olan, *** nömrəli mənzilə görə “İnşaat Konstruksiyaları” MMC-yə hissə-hissə ödənişlər etmişdir.

9. “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında “İnşaat Konstruksiyaları” MMC-nin inşa etdiyi yaşayış binasının 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, sahəsi 140,9 kv.m. olan, ##.##.2017-ci il tarixli müqavilə ilə İddiaçı adına olan müqavilədə göstərilən *** saylı mənzil və 2-ci blok 11-ci mərtəbədə yerləşən, sahəsi 140,9 kv.m. olan, ##.##.2019-cu il tarixli müqavilə ilə Maraqlı şəxs adına olan müqavilədə göstərilən *** saylı mənzil eyni mənzillərdir və həmin mənzillərin nömrələrinin fərqlənməsinin səbəbi sonradan binaya 2 mərtəbə əlavə inşa olunması ilə əlaqədardır. (iş v. 100). İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində ilk icraat:

10. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil3 cavabdeh “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2017-ci il tarixli Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasının 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,9 kv.m. olan, *** saylı, 3 otaqdan ibarət olan mənzilin cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı aralarında ##.##.2017-ci il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasının 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,9 kv.m. olan, *** saylı, 3 otaqdan ibarət olan payı əldə etmişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh tərəfindən mənzilin girişində dəmir seyf qapı qoyulmalı, elektrik, qaz, su və kanalizasiya xətləri çəkilməli, pəncərələr qoyulmalı və şüşələnməli idi. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzilin dəyəri 1 kv.m. üçün 1.000 manat olmaqla təyin edilib. Cəmi 140,9 kv.m. sahə üçün mənzilin ümumi dəyəri 140.900 manat təşkil etmişdir. Müqavilənin 8.1-ci bəndinə əsasən tikinti işləri başa çatandan sonra mənzil cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməli idi. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən bütün müqavilə öhdəliyi tam olaraq icra edilib. Belə ki, cavabdeh MMC tərəfindən ##.##.2017-ci il tarixdə verilmiş arayışa əsasən mənzilin dəyəri olan 140.900 manat vəsait iddiaçı tərəfindən tam olaraq ödənilib. Lakin cavabdeh MMC öz müqavilə öhdəliyini yerinə yetirməyib. Həmçinin qeyd olunmalıdır ki, binada tikinti işləri tam olaraq yekunlaşıb. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh MMC mənzili iddiaçıya təhvil vermir. Hər dəfə müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliyini icra etməkdən yayınır. Beləliklə, bağlanmış müqavilə tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Yəni bu müqavilə İcraçının müqavilə predmetini təhvil verəcəyi, Payçının isə müəyyənləşdirilmiş pul məbləğini, yəni payın dəyərini İcraçıya ödəyəcəyi haqqında razılaşmadır. Təqdim etdikləri sübutlardan da göründüyü kimi Payçı tərəfindən öhdəlik tam icra olunaraq payın dəyəri tam olaraq İcraçıya ödənilməsinə baxmayaraq İcraçı müqavilənin predmeti olan əşyanı Payçıya verməyib.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın təmin edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh MMC-nin arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilə üzrə mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin həmin MMC-nin üzərinə qoyulması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi işin hallarına əsasən müəyyən etmişdir ki, ##.##.2017ci il tarixli müqaviləyə əsasən cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 140,9 kv.m. olan, 3 otaqlı, *** nömrəli mənzili “payçı” Atayevaya verməyi, “payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 8.1-ci maddəsinə əsasən MMC tikinti işləri başa çatdıqdan sonra mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri MMC-yə tam şəkildə ödənilməsinə baxmayaraq və müqavilənin bağlanmasından altı ildən artıq müddət keçsə də, MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və adıçəkilən mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması iddiaçının maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Hazırda iddiaçı Atayeva adıçəkilən mənzilin dəyərini tam ödəmiş, lakin cavabdeh müqavilənin bağlanmasından altı ildən artıq keçməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, öhdəlikləri icra etməkdən birtərəfli qaydada yayınır. Nəticədə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 158.2, 157.2, 165.1, 178.8, 385.1, 386.1, 425.1, 427.3, 442, 752.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs mübahisəli mənzili halhazırda təmir edərək yaşayır və onun sahibliyindədir. Belə ki, qeyd edilən mənzil ilkin bina tikilərkən Maraqlı şəxs anası cavabdeh1 adına ## #### 2017-ci il tarixli müqavilə tam dəyəri ödənilməklə 122 nömrə ilə onun tərəfindən əldə edilmişdir. Həmin vaxt binanın aparılan tikinti ilə əlaqədar başlanğıcda həmin nömrə ilə qeyd edilmiş, sonrada həmin mənzil anasının razılığı əsasında ## ##### 2019-cu il tarixdə Maraqlı şəxs adına dəyişdirilmişdir. Həmin vaxt isə cavabdeh şirkət həmin binada mənzillərin nömrələnməsini dəyişmiş, mənzil onun istifadəsinə verilmiş və hazırda onun sahibliyində və istifadəsindədir. Məhkəmə isə həmin mənzilin kimin istifadə və sahibliyində olmasını araşdırmadan və yalnız iddiaçının təqdim etdiyi müqavilə istinad edib hazırkı iş üzrə maraqlı şəxsin hüquqlarını pozan qətnamə qəbul etmişdir. Maraqlı şəxs anası ilə bağlanmış ## #### 2017-ci il tarixli müqavilə ləğv edilməmiş, etibarsız sayılmamış və qüvvədə olmuş, sonradan ərizə yazaraq həmin mənzil Maraqlı şəxs mülkiyyətinə keçmişdir. Sonuncu isə mənzilə təmir edərək, həmin mənzil hazırda sahibliyində və istifadəsindədir. Belə olan halda Maraqlı şəxs mülkiyyəti üzərində ondan sonrakı tarixlə digər bir şəxsin müqavilə ilə mənzili əldə etməsi tam qanunsuz və əsassızdır.

19. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən iddiaçı İddiaçı “tələbin həcminin artırılması barədə” ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 11 mərtəbə, ümumi sahəsi 140,9 kv.m. olan, *** nömrəli mənzil üzrə cavabdeh1 adına tərtib edilmiş ## #### 2017-ci il tarixli və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 11 mərtəbə, ümumi sahəsi 140,9 kv.m. olan, *** nömrəli mənzil üzrə Maraqlı şəxs adına tərtib edilmiş ##.##.2029-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsini, *** saylı mənzilin cavabdeh MMC-dən, Maraqlı şəxs və digər üçüncü şəxslərdən alınaraq qanuni sahibi kimi ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya icraatı zamanı yeni tələbin verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinin göstərişinə uyğun olduğundan, mənzilə dair Maraqlı şəxs və onun anası cavabdeh1 adına müqavilələrin mövcud olmasının qətnamənin qəbul edilməsindən sonra iddiaçı İddiaçı məlum olmasını nəzərə alaraq apellyasiya məhkəməsi həmin tələbi baxılması üçün icraata qəbul etmiş, Maraqlı şəxs və cavabdeh1 cavabdeh kimi işə cəlb etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qiyabi qətnaməsi ləğv edilərək, iddia təmin olunmuş, ünvan 1 ünvanında inşa olunmuş binanın 2-ci blokunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,9 kv.m. təşkil edən, 3 otaqlı, 122 (***) nömrəli mənzilə dair MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilə və MMC ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilə etibarsız hesab olunmuş, həmin mənzilin cavabdeh MMC, cavabdeh1 və Maraqlı şəxs tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə mövcud olan üç müqavilədən iddiaçı İddiaçı müqaviləsi, yəni ##.##.2017-ci il tarixli müqavilə daha əvvəl bağlanıb. Cavabdeh cavabdeh1 adına tərtib olunmuş müqavilənin tarixi “##.##.2017” kimi göstərilsə də, həmin müqavilə iddiaçının müqaviləsindən sonra geri tarixlə tərtib olunub.

23. Belə ki, cavabdeh cavabdeh1 oğlu - digər cavabdeh Maraqlı şəxs Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ##.##.2023-cü il tarixdə zərər çəkmiş şəxs qismində dindirilərkən bildirmişdir ki, “2019-cu ilin aprel ayında mənzil şəraitini yaxşılaşdırmaq üçün ev axtarırdı, mənzil axtararkən həmin mənzilin yerləşdiyi bina barədə məlumat əldə edib, bundan sonra binaya baxıb, ofisə yaxınlaşıb, Zahir adlı şəxslə tanış olub, ondan həmin mənzilin satıldığını öyrənərək mənzili almaq qərarına gəlib.” Bundan əvvəl Maraqlı şəxs eyni ifadəni şahid kimi də verib. Onun zərər çəkmiş şəxs kimi ifadəsi həmin cinayət iş üzrə ittiham aktında da əks olunub. Şahidin və zərər çəkmiş şəxsin dindirilmə protokolunun, habelə ittiham aktının surəti apellyasiya icraatı zamanı iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim olunub.

24. Göründüyü kimi, Maraqlı şəxs cinayət işi üzrə verdiyi ifadə ilə hazırkı mülki iş üzrə verdiyi məlumatlar arasında ziddiyyət var. Belə ki, o, mülki iş üzrə verdiyi apellyasiya şikayətini onunla əsaslandırıb ki, mənzilə dair müqavilə ##.##.2017-ci ildə anası cavabdeh1 adına bağlanıb, daha sonra anasının ərizəsi əsasında mənzilin müqaviləsi onun adına keçirilib. Apellyasiya icraatı zamanı Maraqlı şəxs təmsil edən vəkilin mövqeyi də eyni cür olub. Cinayət və mülki iş üzrə verilmiş məlumatlar bir-birini təkzib etdiyinə görə onlardan biri həqiqi sayıla bilər.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində şahid və zərər çəkmiş şəxs tərəfindən bilə-bilə yalan ifadə verilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib. Əgər Maraqlı şəxs cinayət iş üzrə bilə-bilə yalan ifadə veribsə, bu, cinayət məsuliyyəti yaradır. Lakin hazırkı mülki iş üzrə icraatda cavabdeh olan Maraqlı şəxs cinayət işi üzrə şahid və zərər çəkmiş şəxs kimi yalan ifadə verdiyini məhkəmənin qarşısında təsdiq etməyib. Onun vəkili və nümayəndəsi də həmin ifadənin yalan olduğunu təsdiq etməyib. Bu isə onu sübut edir ki, Orxan Hüseynvun mülki iş üzrə məhkəməyə verdiyi məlumat həqiqi deyil, yəni onun anası cavabdeh1 adına olan müqavilə iddiaçı İddiaçı müqaviləsindən sonra geri tarixlə tərtib edilib.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Göründüyü kimi “imzalanma anı” müqavilənin bağlanma anı sayılır. Cavabdeh cavabdeh1 müqaviləsi iddiaçı İddiaçı müqaviləsindən sonra imzalansa da, imzalandığı dəqiq tarix bəlli olmadığına görə həmin müqavilənin bağlanma anını müəyyənləşdirmək mümkün deyil. Bağlanma anı qeyri-müəyyən olan müqavilə etibarlı sayılmır. Mülki Məcəllənin 399.1-ci maddəsində də qeyd olunub ki, müqavilə bağlandığı andan qüvvəyə minir.

27. Cavabdeh Maraqlı şəxs adına olan müqavilə isə onun anası cavabdeh1 ilə bağlanmış müqaviləyə əsaslanır, yəni anasının ərizəsi əsas götürülərək mənzilin müqaviləsi Maraqlı şəxs adına bağlanıb. Odur ki, Maraqlı şəxs anasının adına olan müqaviləsinin etibarsızlığı Maraqlı şəxs da müqaviləsinin etibarsız sayılması ilə nəticələnir.

28. İddiaçı İddiaçı müqaviləsi etibarlı olduğuna görə o, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, mənzilin ona təhvil verilməsini cavabdeh MMC-dən tələb etməyə haqlıdır. Habelə, cavabdehlər cavabdeh1 və Maraqlı şəxs adına tərtib edilmiş müqavilələr etibarlı olmadığına görə, iddiaçı İddiaçı Mülki Məcəllənin 164-cü maddəsinə əsasən, mənzilin boşaldılmasını onlardan tələb etməyə haqlıdır.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 164, 407.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən cavabdeh Maraqlı şəxs (vəkil vəkil1) və cavabdeh MMC (vəkil vəkil2) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

31. Cavabdeh Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzili ondan yox, yalnız zərərini MMC-dən tələb edə bilər. Bununla bağlı Ali Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı da eyni mövqeni müdafiə edir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə onun faktiki sahibliyində olan və ailəsinin yaşadığı yeganə yaşayış yerindən çıxarılmağı, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin (Mənzil hüququ) və “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinin (Mənzilə hörmət hüququ) kobud pozuntusudur.

33. Mənzil 2019-cu ildə ona Təhvil-Təslim Aktı ilə verilmiş və sahibliyindədir. Bu fakt onda mülkiyyət hüququnun toxunulmazlığına dair “legitim gözlənti” (legitimate expectation) yaratmışdır. İddiaçının 7 il ərzində heç bir tələb irəli sürməməsi bu gözləntini daha da möhkəmləndirmişdir. Məhkəmənin qərarı ilə bu legitim gözləntinin pozulması və mülkiyyətindən məhrum edilməyi Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin (Mülkiyyətin müdafiəsi) pozulmasıdır. Nəticə: Yuxarıda göstərilən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri və milli qanunvericilik tələb edir ki, faktiki sahiblikdə olan mənzil vicdanlı alıcıdan alınmamalıdır. Məhkəmə mübahisəni həll edərkən ən ağır tədbiri (evdən çıxarılmanı) seçməklə ədalətli balans prinsipini pozmuşdur.

34. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi qətnamənin 18-ci bəndində yanlış olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh1 (anasının) müqaviləsinin etibarsızlığı, avtomatik olaraq onun (Maraqlı şəxs) müqaviləsinin də etibarsızlığına səbəb olur. Bu yanaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və 182-ci maddəsinin imperativ tələblərini pozur.

35. Onun “Vicdanlı Alıcı” (X1) Statusu: İş materialları təsdiq edir ki, o, ##.##.2019-cu il tarixli müqaviləni imzalayarkən: Mənzilin üzərində hər hansı məhkəmə mübahisəsi və ya həbs (yüklülük) olmamışdır; Mənzil MMC tərəfindən ona maneəsiz təhvil verilmişdir; O, iddiaçı İddiaçı mövcudluğundan xəbərsiz olmuşdur. Qanunvericiliyə görə, əgər alıcı (o) əmlakı əldə edərkən onun başqasına satıldığını bilmirdisə və bilməsi mümkün deyildisə, o, vicdanlı alıcı sayılır. Məhkəmədə onun qeyri-vicdanlı olduğunu (yəni İddiaçı müqaviləsini bildiyini) sübut edən heç bir fakt təqdim edilməmişdir. Vicdanlılıq prezumpsiyasına görə, əksi sübut olunana qədər o, vicdanlı sahib hesab olunur.

36. Apellyasiya Məhkəməsinin qərarı belə bir təhlükəli presedent yaradır ki, illər sonra ortaya çıxan “gizli” bir müqavilə ilə (iddiaçı 7 il ərzində heç bir tələb irəli sürməyib), rəsmi qaydada mənzil alıb yaşayan vicdanlı vətəndaşı evindən çıxarmaq olar. Bu, hüquqi müəyyənlik prinsipinə ziddir. İddiaçı İddiaçı öz passivliyi və etinasızlığı ilə risk etmişdir; bu riskin nəticəsi vicdanlı alıcı olana yüklənə bilməz. Yekun olaraq: Mənzil artıq mülki dövriyyədən çıxmış və vicdanlı alıcı olan Maraqlı şəxs mütləq sahibliyinə keçmişdir. Buna görə də, iddiaçının tələbi MM-in 157.2-ci maddəsinin qoruyucu təsiri altına düşən mənzilə yönələ bilməz; o, yalnız satıcıdan (“İnşaat Konstruksiyaları” MMC-dən) zərərini tələb etməkdə haqlıdır.

37. MM-in 385-ci maddəsinə əsaslanır. İddiaçının cavabdeh MMC ilə bağladığı ##.##.2017-ci il tarixli müqavilə ona mənzil üzərində mülkiyyət hüququ qazandırmır. İddiaçı mənzili fiziki olaraq heç vaxt görməyib, qəbul etməyib, açarlar ona verilməyib və orada 1 gün belə yaşamayıb. Onun hüququ MM-in 385.1-ci maddəsinə əsasən öhdəlik hüququdur (nisbi hüquq). Bu hüquq birbaşa əşyaya (mənzilə) yox, yalnız borclunun şəxsiyyətinə (“İnşaat Konstruksiyaları” MMC-yə) qarşı yönəlib. Yəni, İddiaçı “mənzilə haqqı”xxxx“MMC-dən mənzili tələb etmək haqqı” var.

38. Mənzil ##.##.2019-cu il tarixli Təhvil-Təslim Aktı və müqavilə ilə ona fiziki olaraq verilmişdir. Mənzil faktiki onun sahibliyindədir, açarlar ondadır, mənzili əsaslı təmir etmiş və hazırda ailəsi orada yaşayır. Onun hüququ MM-in 152.1 və 178.8-ci maddələrinə əsaslanan əşya hüququdur (mütləq hüquq). O, artıq MMC-dən heç nə tələb etmir, o, birbaşa əşya (mənzil) üzərində hökmranlıq edir. Onun hüququ konkret şəxsə qarşı deyil, “xxxx” (erga omnes) qorunmalıdır.

39. Qətnamədən cavabdeh MMC (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin əqdin etibarlılığını yoxlamaq vəzifəsini yerinə yetirməməsi (Konstitusiya Məhkəməsinin mövqeyi) İşin ən mühüm və məhkəmə tərəfindən gözardı edilən məqamı iddiaçı İddiaçı istinad etdiyi müqavilənin etibarsız (yalan) əqd olmasıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında imperativ şəkildə vurğulamışdır ki: “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir... İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini göstərir.” Həmçinin, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının **/**** saylı, ##.##.2022-ci il tarixli Qərarında göstərilmişdir ki: “Müqavilələr üzrə iddia tələblərinə dair işlərə baxılarkən məhkəmələr həmçinin müvafiq müqavilənin etibarlılığını da yoxlamalıdır.” Apellyasiya Məhkəməsi bu fundamental vəzifəni yerinə yetirməmişdir. Əgər məhkəmə İddiaçı müqaviləsini mahiyyəti üzrə araşdırsaydı, aşağıdakı faktları müəyyən edərdi: Yalan Əqd (MM 340.1): “İnşaat Konstruksiyaları” MMC bəyan edir ki, İddiaçı ilə heç vaxt real alğı-satqı iradəsini əks etdirən müqavilə bağlanmamışdır. Onun adına olan sənəd, şirkətə podrat/barter üsulu ilə iş görən üçüncü şəxsin göstərişi ilə, görüləcək işlərin müqabilində “təminat” (qarantiya) məqsədilə formal olaraq yazılmış sənəddir; Ödənişin olmaması: İddiaçı mənzil üçün real pul ödəməmişdir. Məhz buna görə də o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Cinayət təqibi orqanı tərəfindən müəyyən edilmiş faktlar (Mənzilin Maraqlı şəxs saxlanılması) Məhkəmə işin hallarını araşdırarkən, şirkətin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işinin materiallarındakı həlledici faktları görməzdən gəlmişdir. Bu faktlar sübut edir ki, mənzilin qanuni və real sahibi məhz Maraqlı şəxsdur; İddiaçı Statusu: Cinayət təqibi orqanı İddiaçı bu mənzil üzrə zərərçəkmiş şəxs qismində tanımamışdır. Əgər o, real alıcı olsaydı və mənzil üçün real pul vəsaiti ödəmiş olsaydı, istintaq orqanı onu mütləq zərərçəkmiş şəxs kimi tanıyır və dəymiş ziyanın hesablanmasını aparardı. Onun istintaqda dindirilməməsi və prosesdən kənar qalması sübut edir ki, dövlət ittihamı onu mülkiyyətçi hesab etməmişdir.

41. İddiaçı İddiaçı apellyasiya icraatı zamanı Maraqlı şəxs və cavabdeh1 adına tərtib edilmiş müqavilələrin etibarsız hesab edilməsini, mənzilin MMC, Maraqlı şəxs və digər üçüncü şəxslərdən alınaraq iddiaçıya təhvil verilməsi barədə yeni iddia tələbi irəli sürmüşdür. Apellyasiya icraatı zamanı yeni iddia tələbinin irəli sürülməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinin göstərişinə uyğun olduğundan məhkəmə həmin tələbi baxılmaq üçün qəbul etmiş, Maraqlı şəxs və cavabdeh1 cavabdeh kimi işə cəlb etmişdir. Yasamal Rayon Məhkəməsində *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh MMC-nin vəsatəti təmin edilərək, eyni tələb olan iddia üzrə hazırkı Apellyasiya Məhkəməsində Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən verilmiş Maraqlı şəxs şikayəti üzrə işə baxılana qədər icraatı dayandırılmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddianın həcminin artırılmış hissəsi olan “Maraqlı şəxs və onun anası cavabdeh1 adına tərtib edilmiş müqavilələrin etibarsız hesab edilməsini, mənzilin MMC, Maraqlı şəxs və digər üçüncü şəxslərdən alınaraq iddiaçıya təhvil verilməsi hissəsində” Yasamal Rayon Məhkəməsinin icraatında eyni tələb olması səbəbi ilə baxılmamış saxlanılması barədə qərardad qəbul etməli olduğu halda etməmiş və bununla da prosessual hüquq normasının tələbini pozmuşdur.. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

42. İddiaçının nümayəndəsi və vəkili vəkil3 verilmiş kassasiya şikayəti ilə bağlı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, şikayətdə qeyd edilən məqamlar apellyasiya məhkəməsi tərəfindən araşdırılmışdır. Apellyasiya instansiyasında müəyyən olunmuşdur ki, Maraqlı şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdə qeyd etmişdir ki, o, 2019-cu il tarixdə ev almaq məqsədilə MMC haqqında məlumat əldə etmiş və şirkətin rəhbər şəxsləri ilə məhz 2019cu ildə görüşərək pay hüququ əldə etmişdir. Lakin mülki qaydada məhkəməyə müraciət edən zaman isə bildirmişdir ki, guya onun anasının adına olan müqavilə 2017-ci ilin mart ayında bağlanmışdır. Halbuki bu xüsusat ibtidai istintaqa verdiyi ifadə ilə ziddiyyət təşkil edir. Bu ziddiyyətə isə apellyasiya instansiyası tərəfindən araşdırılaraq qiymət verilmişdir. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi Ali Məhkəmənin Qərarı ilə bağlı qeyd olunmalıdır ki, həmin qərarın hazırkı işlə heç bir bağlılığı yoxdur. Həmin Qərarda baxılan məsələlər ümumiyyətlə hazırkı işin faktiki halları ilə eyniyyət təşkil etmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

42. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

43. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

46. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar.

47. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

48. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

49. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (## ###### 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

50. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

51. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

52. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

53. Maddə 324.5, İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

54. Maddə 337.1, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

55. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

56. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

57. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

58. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

59. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

60. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

61. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

62. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

63. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

72. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

73. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

75. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

76. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

77. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

78. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh MMC və cavabdeh Maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, kassasiya şikayətlərində mübahisələndirilən hissədə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin qeyd olunan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

81. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

82. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisə ünvan 1 ünvanında inşa olunmuş binanın 2-ci blokunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,9 kv.m. təşkil edən, 3 otaqlı, 122 (***) nömrəli mənzillə bağlıdır. Mənzilin yerləşdiyi bina cavabdeh MMC-yə aiddir. “İnşaat Konstruksiyaları” MMC mənzilə dair üç müqavilə bağlayıb: ##.##.2017-ci il tarixli birinci müqavilə, ##.##.2017-ci il tarixli ikinci müqavilə və ##.##.2019-cu il tarixli üçüncü müqavilə. Birinci müqavilə cavabdeh cavabdeh1, ikinci müqavilə iddiaçı İddiaçı, üçüncü müqavilə cavabdeh Maraqlı şəxs adına tərtib olunub. Həmin müqavilələrə görə, MMC mənzili adına müqavilə tərtib olunmuş şəxsə verməyi öhdəsinə götürüb. Cavabdehlər cavabdeh1 və Maraqlı şəxs ana-övladdır. cavabdeh1 ##.##.2019-cu il tarixli ərizə ilə MMC-yə müraciət edərək mənzilin oğlu Maraqlı şəxs adına sənədləşdirilməsini xahiş edib. Ərizənin əsasında, MMC Maraqlı şəxs ilə müqavilə bağlayıb.

83. İddiaçı cavabdeh MMC-yə qarşı verdiyi iddia ərizəsində, cavabdehlə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 11 mərtəbə, ümumi sahəsi 140,9 kv.m. olan, *** nömrəli mənzilə dair bağladığı ##.##.2017-ci il tarixdə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməsinə baxmayaraq cavabdeh MMC-nin öhdəliklərini icra etmədiyini qeyd edərək, mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

84. Daha sonra isə iddiaçı apellyasiya instansiyası məhkəməsində Maraqlı şəxs və onun anası cavabdeh1 adına tərtib edilmiş müqavilələrin etibarsız hesab edilməsini, mənzilin cavabdeh MMC, Maraqlı şəxs və digər üçüncü şəxslərdən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

85. Cavabdeh Maraqlı şəxs apellyasiya şikayətində və eyni zamanda iddiaya qarşı etirazında qeyd etmişdir ki, qeyd edilən mənzil ilkin bina tikilərkən onun anası cavabdeh1 adına ## #### 2017-ci il tarixli müqavilə tam dəyəri ödənilməklə 122 nömrə ilə əldə edilmiş, sonrada həmin mənzil anasının razılığı əsasında ## ##### 2019-cu il tarixdə onun adına dəyişdirilmiş, həmin vaxt isə cavabdeh şirkət həmin binada mənzillərin nömrələnməsini 127 nömrəsi ilə dəyişmiş, mənzil 2019-cu ildə akt əsasında onun istifadəsinə verilmiş, o, mənzili təmir etmiş, mənzil hazırda onun sahibliyində və istifadəsindədir. cavabdeh1 müqaviləsi iddiaçı İddiaçı müqaviləsindən əvvəl bağlandığına görə, iddia təmin edilə bilməz.

86. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

87. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

88. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə ##.##.2019 və N.Əsədovanın şikayəti üzrə ##.##.2021-ci il tarixli qərarlar).

89. Apellyasiya instansiyası məhkəməsi, iddia tələbini təmin etmək barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsi ilə razılaşarkən, apellyasiya mərhələsində araşdırılmış yeni sübutlara, o cümlədən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ##.##.2023-cü il tarixdə zərər çəkmiş şəxs qismində dindirilmiş Maraqlı şəxs ifadəsinə əsaslanaraq hesab etmişdir ki, işdə mövcud olan üç müqavilədən iddiaçı İddiaçı müqaviləsi, yəni ##.##.2017-ci il tarixli müqavilə daha əvvəl bağlanıb. Cavabdeh cavabdeh1 adına tərtib olunmuş müqavilənin tarixi “##.##.2017” kimi göstərilsə də, həmin müqavilə iddiaçının müqaviləsindən sonra geri tarixlə tərtib olunub. Cavabdeh Maraqlı şəxs adına olan müqavilə isə onun anası cavabdeh1 ilə bağlanmış müqaviləyə əsaslanır, yəni anasının ərizəsi əsas götürülərək mənzilin müqaviləsi Maraqlı şəxs adına bağlanıb. Odur ki, Maraqlı şəxs anasının adına olan müqaviləsinin etibarsızlığı Maraqlı şəxs da müqaviləsinin etibarsız sayılması ilə nəticələnir.

90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan mövcud sübutlara əsaslanaraq ünvan 1 ünvanında inşa olunmuş binanın 2-ci blokunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,9 kv.m. təşkil edən, 3 otaqlı, *** nömrəli mənzilə dair MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə hüquqi nəticəyə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

91. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdeh Maraqlı şəxs adına olan müqavilənin onun anası cavabdeh1 ilə bağlanmış müqaviləyə əsaslanmasını, yəni anasının ərizəsi əsas götürülərək mənzilin müqaviləsinin Maraqlı şəxs adına bağlanmasını qeyd etməklə, Maraqlı şəxs anasının adına olan müqaviləsinin etibarsızlığının Maraqlı şəxs da müqaviləsinin etibarsız sayılması ilə nəticələnməsi barədə əsassız nəticəyə gəlmiş və gəldiyi həmin nəticəni əsaslandıra bilməmişdir.

92. Belə ki, Maraqlı şəxs adına olan müqavilənin onun anası cavabdeh1 ilə bağlanmış müqaviləyə əsaslanması barədə apellyasiya məhkəməsinin mövqeyi, yalnız cavabdeh Maraqlı şəxs subyektiv mülahizəsinə söykənmiş, işdə olan hər hansı sübutla, o cümlədən MMC ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilədə əksini tapmamışdır.

93. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Maraqlı şəxs ##.##.2023-cü il tarixli qərara əsasən zərərçəkmiş şəxs qismində tanınması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilsə də, istintaq orqanının Maraqlı şəxs hansı səbəbdən zərərçəkmiş şəxs qismində tanınması, o cümlədən ünvan 1 ünvanında inşa olunmuş binanın 2-ci blokunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,9 kv.m. təşkil edən, 3 otaqlı, 122 (***) nömrəli mənzilin iddiaçı İddiaçı daha əvvəl satılması ilə bağlı olub-olmaması, həmin cinayət işi üzrə mübahisəli mənzilin İddiaçı, yaxud hazırkı iş üzrə məlum olmayan başqa şəxslərə satılması barədə halın müəyyən edilib-edilməməsi, İddiaçı da qeyd olunan cinayət işı üzrə zərərçəkmiş şəxs qismində tanınıbtanınmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, müəyyən edilən hallara hüquqi qiymət verilməmişdir.

94. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh Maraqlı şəxs apellyasiya şikayətində və iddiaya qarşı etirazında mübahisəli mənzilin ona 2019-cu ildə Təhvil-Təslim Aktı ilə verilməsini, mənzili təmir edib sahibləndiyini bildirsə də, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə ##.##.2023-cü il tarixdə şahid, həmçinin zərər çəkmiş şəxs qismində dindirilərkən, həmin tarixdə mənzilin ona təhvil verilmədiyini göstərmişdir. Cavabdeh MMC-nin və cavabdeh Maraqlı şəxs kassasiya şikayətlərində mübahisəli mənzilin ##.##.2019-cu il tarixli Təhvil-Təslim Aktı və müqavilə ilə sonuncuya fiziki olaraq verilməsi göstərilsə də, müqavilə iş materiallarına əlavə edildiyi halda, adı çəkilən Təhvil-Təslim Aktı iş materiallarında yoxdur. Beləliklə mənzilin cavabdeh Maraqlı şəxs təhvil verilməsi vaxtını işdən müəyyən etmək mümkün olmur. Mübahisəli mənzilin ##.##.2023-cü il tarixdən sonra cavabdeh Maraqlı şəxs nə vaxt təhvil verilməsi isə araşdırılmamışdır. Halbuki, bu halların araşdırılması müvafiq maddi hüquq normasının tətbiqi nöqteyi-nəzərdən əhəmiyyətlidir.

95. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmununa görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

96. Qeyd olunan normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.

97. Həmçinin nəzərə alınmalıdır ki, eyni fərdi müəyyən əşyanın verilməsinə dair digər etibarlı müqavilələr də hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır.

98. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin müqavilə tərəflərinə təhvil verilmədiyini müəyyən etdiyi halda, öhdəliyin hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlməsinə üstünlük verərkən iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin ## ###### 2017-ci il tarixə kimi qüvvədə olmuş 178.8-ci maddəsinə, mənzilin qeyd olunan tarixə kimi real olaraq təhvil verilməsini müəyyən etdiyi halda isə xeyrinə qərar qəbul edəcəyi həmin tərəfə münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməlidir.

99. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir.

100. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

101. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

102. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə qeyd olunan hissədə düzgün həllini tapmamışdır.

103. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

104. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisələndirilən hissədə işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan halları araşdıraraq, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

105. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş kassasiya qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar