Məhkəmə qərarları › İş №2(1-8)-554/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-554/2026

30.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-554/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar iddiaçı2 və iddiaçı1 İctimai Birliyinin cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: ümumi yığıncağın (konfransın) nəticələrinin etibarsız hesab edilməsi, möhür və təsis sənədlərinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 İctimai Birliyinin cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ümumi yığıncağın (konfransın) nəticələrinin etibarsız hesab edilməsi, möhür və təsis sənədlərinin təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2 və iddiaçı1 İctimai Birliyi (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. ##.##.2008-ci il tarixli konfransın qərarına əsasən, ##.##.1995-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Kikboksinq və Muay Tay Federasiyası” ictimai birliyinin nizamnaməsinə edilmiş dəyişikliklər: 1. Nizamnamənin titul vərəqəsində və mətnində təşkilatın adına redaksiya verilərək, iddiaçı1 ictimai birliyi olmuşdur. 2. Nizamnamənin 1.2-ci, 2.1-ci, 2.2-ci bəndləri, 2.9-cu bəndinin 4-cü və 6-cı abzaslarında “Kikboksinq və muay tay” sözləri “Muay tay-tayboks” sözləri ilə əvəz edilmişdir. iddiaçı1nın ##.##.2022-ci il tarixli qərarına əsasən iddiaçı1nın nizamnaməsinin (əsasnaməsinin) 6.9-cu və 6.10-cu bəndlərinə edilmiş dəyişiklik/əlavələr: 1. Nizamnamənin 6.9-cu bəndində “İdarə Heyətinin sədri” ifadəsi “Prezidenti” sözü ilə əvəz olunmuşdur. 2.Nizamnamənin 6.10-cu bəndində “Federasiyanın Prezidenti” ifadəsindən sonra “və vitse Prezidentləri” ifadəsi əlavə olunmuşdur.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, **/***/*-** nömrəli çıxarışa əsasən, X3 iddiaçı1 İctimai birliyinin yenidən qanuni təmsilçisi seçilmişdir. İctimai birliyin üzvlərinin əvvəlki sayı 23 nəfər, hazırkı sayı isə 24 nəfərdir. Qeyri-hökumət təşkilatının icra orqanlarının əvvəlki tərkibi: X3 (prezident), Şahid, X38, iddiaçı2, X27, X19. Qeyri-hökumət təşkilatının icra orqanlarının hazırkı tərkibi: X3 (sədr), Qarayev Fərid Siyasət oğlu, X4, X19, X38, Şahid.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, **/***/*-** nömrəli çıxarışa əsasən iddiaçı1 İctimai birliyinin əvvəlki qanuni təmsilçisi X3, hazırkı qanuni təmsilçi isə iddiaçı2 seçilmişdir. İctimai birliyin üzvlərinin əvvəlki sayı 24 nəfər, hazırkı sayı isə 23 nəfərdir. Qeyri-hökumət təşkilatının icra orqanlarının əvvəlki tərkibi: X3 (sədr), Qarayev Fərid Siyasət oğlu, X4, X19, X38, Şahid. Qeyrihökumət təşkilatının icra orqanlarının hazırkı tərkibi: iddiaçı2 (prezident), X3, Qarayev Fərid Siyasət oğlu, X4, X19, X38, Şahid.

4. iddiaçı1 İctimai Birliyinin üzvü olan X20 ##.##.2024-cü il tarixdə ərizə ilə iddiaçı1 İctimai Birliyinin idarə heyətinə müraciət edərək, işlərinin çoxluğu ilə əlaqədar Federasiyanın üzvlüyündən çıxdığını bildirmişdir.

5. iddiaçı1 İctimai birliyinin üzvü olan X21 ##.##.2024-cü il tarixdə ərizə ilə iddiaçı1 İctimai Birliyinin idarə heyətinə müraciət edərək, işlərinin çoxluğu ilə əlaqədar Federasiyanın işində son 3 ildə iştirak etmədiyi üçün üzvlükdən çıxdığını bildirmişdir.

6. iddiaçı1 İctimai Birliyinin üzvü olan Əhmədov Elxan Ələkbər oğlu ##.##.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti cənab Orxan Əliyevə müraciət edərək, Azərbaycan Muay Tay Federasiyasında olan “xxxx” idman klubunun fəaliyyətini müvəqqəti dayandırdığını və 2021-ci ildən fəaliyyətini kikboksinq Federasiyasında davam etdirdiyini bildirmişdir.

7. iddiaçı1 İctimai Birliyinin növbədənkənar konfransının ##.##.2024-cü il tarixli, ** nömrəli protokolundan çıxarışa əsasən, iddiaçı2 Azərbaycan Muay Tay-Tayboks Federasiyasının prezidenti vəzifəsindən xaric edilmiş, Cavabdeh həmin Federasiyanın prezidenti seçilmiş, Dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunması Cavabdeh həvalə edilmiş və X5, X12, Yekibaşov Mürsəli Xəlil Oğlu, X13, Cavabdeh, Şahid, Qarayev Fərid Siyasət oğlu Azərbaycan Muay Tay-Tayboks İctimai Birliyinin idarə Heyətinin üzvləri seçilmişlər.

8. iddiaçı1 İctimai Birliyinin üzvü olan İbrahimov İlqar Fərrux oğlu ##.##.2024-cü il tarixli ərizə ilə Federasiyanın İdarə Heyətinə müraciət edərək, birliyin ##.##.2024-cü il tarixdə keçirilən növbədənkənar konfransında xəstə olduğu üçün iştirak edə bilmədiyini, ona görə konfransa onlayn qoşularaq alınan qərarların və Federasiya prezidentinin seçimlərində Cavabdeh lehinə səs verdiyini bildirmiş və öz imzası ilə təsdiq etmişdir.

9. iddiaçı1 İctimai Birliyinin üzvü olan X23 ##.##.2024-cü il tarixli ərizə ilə Federasiyanın İdarə Heyətinə müraciət edərək, ##.##.2024-cü il tarixdə keçirilən növbədənkənar konfransda ailə vəziyyəti ilə bağlı fiziki olaraq iştirak edə bilmədiyini, lakin konfransa onlayn qoşularaq alınan qərarların, həmçinin Federasiya prezidenti seçimlərində Cavabdeh lehinə səs verdiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçılar iddiaçı2 və iddiaçı1 İctimai Birliyi (bundan sonra iddiaçılar, yaxud ad, soyadı, İctimai Birlik) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixdə keçirilən cavabdeh İctimai Birliyin konfransının nəticələrinin, ##.##.2024-cü il tarixli, ** saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi və cavabdehdən Federasiyaya aid möhürün, təsis sənədlərinin (nizamnamə, reyestrdən çıxarış) alınaraq birliyə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh (Federasiyanın ##.##.2022-ci ilə kimi rəhbəri olub) ##.##.2024-cü il tarixdə qanunsuz olaraq Federasiyanın ümumi yığıncağı adlı toplantı keçirmiş və həmin toplantıda özünün yenidən Federasiyanın Prezidenti seçildiyini elan etmişdir. Bununla yanaşı Azər Həsənov Federasiyaya aid möhürü və sənədləri mənimsəmişdir. Bundan əlavə Azər Həsənov özünü Federasiyanın prezidenti kimi təqdim edərək və Federasiyaya aid möhür və sənədlərdən istifadə edərək, müxtəlif şəxslərlə əqdlər bağlayır və maddi vəsaitlər əldə edir. Bu səbəblərə görə Azər Həsənovun fəaliyyəti qanunsuzdur. Federasiyanın və onun prezidenti kimi onun maraqlarını və hüquqlarını pozur. Cavabdehin təşəbbüsü və başçılığı ilə ##.##.2024-cü il tarixdə keçirilən Ümumi yığıncaq qanunvericiliyin və Federasiyanın Nizamnaməsinin tələblərinə cavab vermirdi. Birincisi, Ümumi yığıncağın çağırılması qaydalarına əməl edilməmişdir. Belə ki, belə növbədənkənar Ümumi yığıncağın çağırılması üçün İdarə heyətinin qərarı və üzvlərin üçdə bir hissəsinin təşəbbüsü olmamışdır. ##.##.2022-ci il tarixli qeydiyyata əsasən Təşkilatın üzvlərinin sayı 23 nəfər təşkil edirdi. ##.##.2024-cü il tarixli Ümumi yığıncaqda isə Federasiya üzvü olan 7 nəfər (Azər Həsənov, Şahid, Elçin Eminov, Rəşad İsayev, Vüqar Əsədov, Rəfael Taşdəmirov və Habil Əliyev) iştirak edib. Bu da Federasiya üzvlərinin 1/3-ni təşkil etmir. Bundan əlavə Federasiyanın İdarə Heyətinin 7 üzvü olsa da, ##.##.2024-cü il tarixli Ümumi yığıncaqda İdarə Heyətinin 2 üzvü iştirak edib (cavabdeh və Şahid). Bundan əlavə Ümumi yığıncağın keçirilməsi barədə və orada müzakirə ediləcək məsələlər barədə ümumi yığıncağın keçirildiyi günə ən azı 2 həftə qalmış üzvlərə məlumat verilməli idi. Lakin Federasiya üzlərinin və İdarə Heyətinin üzvlərinin əksəriyyətinə ümumiyyətlə belə ümumi yığıncağın keçirilməsi barədə məlumat verilməmiş və onlar yalnız mətbuat və sosial mediadan Ümumi yığıncağın artıq keçirilməsi haqqında postfaktum xəbər tutmuşlar. Ümumi yığıncaq keçirilməsi üçün yetərsayın olması lazım idi. Ümumi yığıncağın səlahiyyətli olması üçün orada Federasiya üzvlərinin yarıdan çox iştirak etməlidir. Federasiya üzvlərinin yarıdan çoxu 12 nəfər edirdi, Ümumi yığıncaqda isə cəmi 7 nəfər Federasiya üzvü iştirak edirdi. ##.##.2024-cü il tarixli Ümumi yığıncaqdan paylaşılmış şəkildən görünür ki, həmin toplantıda 19 nəfər şəxs iştirak edib. Bunlardan yalnız 7 nəfər Federasiya üzvü olub, qalan 12 nəfərin Federasiyaya heç bir aidiyyəti yox idi. 2022-ci ildə onun Federasiya Prezident seçildiyi gündən bəri bu 12 nəfər şəxsin Federasiyaya üzv olması barədə ərizəsi daxil olmamış və İdarə Heyəti bu şəxslərin üzvlüyə qəbul edilməsi məsələsinə baxmamışdır. Bu səbəbdən də Federasiya üzvlərinin 7 nəfərinin (üçdə birindən də az) iştirak etdiyi Ümumi yığıncaq səlahiyyətli deyildi. Bundan əlavə onun Federasiyanın Prezidenti kimi səlahiyyətləri ##.##.2026-cı il tarixə kimi idi. Ona məlumat vermədən, onun iştirakı olmadan, onun məruzəsi dinlənilmədən və ya özünün istefa verməsi barədə ərizəsi olmadan və ya hər hansı digər səbəbdən bu vəzifədən uzaqlaşdırılmadan onun yerinə yeni Prezidentin seçilməsi onun hüquqlarını pozmuşdur. Federasiyanın Nizamnaməsinin 6.1-ci bəndinə əsasən “konfransın keçirilməsi barədə İdarə Heyətinin Qərarı və konfransın müzakirəsinə çıxarılacaq məsələlər konfransa ən azı 2 həftə qalmış Federasiya üzvlərinə elan edilir.” a) Nizamnamənin 6.8-ci bəndinə əsasən "İdarə Heyətində qərarlar sadə səs çoxluğu ilə qəbul edilir”. Federasiyanın İdarə Heyətində 7 nəfər üzv vardır, lakin bu üzvlərdən ən azı 5 nəfər belə bir qərara səs verməmişlər; b) Konfrans ##.##.2024-cü il tarixə təyin edilib, bütün üzvlər bu barədə xəbərdar edilməyib, ən azı cavabdeh bu barədə məhkəməyə sübut təqdim etməyib, konfransın vaxtı dəyişdirilib, ##.##.2024-cü il tarixə keçirildikdə “2 həftəlik” xəbərdarlıq müddəti pozulmuş, konfransın ##.##.2024-cü ildə keçirilməsi ilə bağlı ümumiyyətlə İdarə Heyətinin yeni qərarı mövcud olmamışdır. c) İclasda İdarə Heyətinin üzvləri iddiaçı2, Fərid Qarayev, Vüqar Qasımov, Cabbar Mustafayev, Şahid ümumiyyətlə iştirak etməmişlər; d) Ümumi yığıncağın çağırılması qaydalarına əməl edilməmiş, növbədənkənar konfransın çağırılması üçün İdarə heyətinin qərarı və üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir; e) Nizamnamənin 6.2-ci bəndinə əsasən konfrans nümayəndələrin yarıdan çox iştirak etdikdə səlahiyyətlidir, konfransın Protokoluna görə konfransda 30 üzvdən 22-si iştirak etmişdir, ümumiyyətlə Federasiyanın 30 deyil, cəmi 22 üzvü vardır, cavabdeh həmin konfransda iştirak edən şəxslərin də siyahısını da məhkəməyə təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar məhkəmə tərəfindən qəbul edilməməlidir: a) Üzvlükdən çıxmaq barədə ərizələrin əsli təqdim edilməmişdir, kserosurət olduğu üçün sübut kimi qəbul oluna bilməz. Əhmədov Elxanın ərizəsi (bu ərizə AR Kikboksinq Federasiyamın Prezidenti Orxan Əbiyevə ünvanlanıb) üzvlükdən çıxmaq barədə deyil. Kikboksinqlə məşğul olmaqla bağlıdır və böyük ehtimalla 2001-ci ilə aiddir, 2009-cu il fevral ayından artıq “Kikboksinq Federasiyasının və idman növünün cavabdeh İctimai Birliyə aidiyyəti yox idi; Qurbanov Pərvin və Mehdizadə Kamran ərizələri ilə bağlı İdarə Heyətinin qərarı mövcud deyildir. Ümumiyyətlə, Federasiyanın üzvlüyündən çıxmaq da İdarə Heyətinin qərarı əsasında olmalıdır, nizamnamənin 6.7-ci bəndinin 5-ci abzasında üzvlükdən çıxarılma İdarə Heyətinin səlahiyyətlərinə aid edilmişdir. Bu İdarə Heyətinin hüququdur, vəzifəsi deyildir fikri ilə razılaşmaq olmaz, elə həmin bənddə İdarə Heyətinin səlahiyyətlərində “Federasiyanın fəaliyyətinə ümumi rəhbərlik edir, Federasiyanın nəzdində olan mərkəz, klub, məktəblərin və digər qurumların fəaliyyətinə nəzarətini həyata keçir və onların illik hesabatlarını dinləyir, Federasiyanın ştat cədvəlini və strukturunu təsdiq edir, Federasiyaya yeni üzvlərin qəbul edilməsi, üzvlükdən çıxması və xaric edilməsi məsələlərinə dair qərarlar qəbul edir və s. Göründüyü kimi, bu göstərilənlər İdarə Heyətinin təkcə hüququ deyil, həm də vəzifəsidir və bunlara əməl etməmək İdarə Heyəti üçün məsuliyyət yaradır. Eyni hal Federasiyanın Prezidenti üçün nəzərdə tutulmuşdur və Nizamnamənin həmin hissəsində də “səlahiyyət" terminindən istifadə olunur. Digər tərəfdən üzvlükdə olub-olmamaq digər üzvlərin qanuni maraqlarına toxunur, çünki üzvlərin sayından kvorum, ictimai nəzarət və s. məsələlər asılıdır: Məhkəmə təqdim edilmiş üzvlükdən çıxmaqla bağlı ərizələrdən İdarə Heyətinin üzvlərinin və Federasiyanın Prezidentinin xəbəri olmamışdır. b) “Whatsapp” yazışmaları ilə bağlı sübutlar üzrə: Yazışmalardan göründüyü kimi ##.##.2024-cü il tarixdə İclasın gündəliyi aşağıdakı kimi müəyyən olunmuşdur: Məşqçilər Komitəsi barədə, Peşəkar Liqa haqqında, İdarə heyətinə boş yerlərə seçkilər. Lakin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim edilmiş Protokolda isə konfransın gündəliyi bu cür müəyyən olunur: Federasiyanın Prezidentinin fəaliyyətinə qiymət verilməsi, yeni Prezidentin seçilməsi, yeni İdarə Heyətinin seçilməsi. Protokola görə iclasda 30 nəfərdən 22 nəfər iştirak edib, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Səsə qoyulan məsələ ilə bağlı qəbul olunan qərar arasında da bir uyğunsuzluq mövcuddur, Gündəlikdə məsələ iddiaçı1 İctimai Birliyinin Prezidentinin fəaliyyətinə qiymət verilməsi” məsələsidirsə, yekunda qərar qəbul olunur: iddiaçı2 cavabdeh İctimai Birliyin Prezidenti vəzifəsindən xaric edilir və bu qərar yekdilliklə qəbul edilir, yəni 22 səslə. Halbuki, əgər, gündəlikdə duran məsələlər dəyişdirilirsə, bu konfransda müzakirə olunmalı və iştirakçıların yarıdan çoxunun səsi ilə konfransın gündəliyi dəyişdirilməli idi. Cavabdeh cavabdeh İctimai Birliyinin Prezidenti seçilməsi ilə bağlı qərar yekdilliklə qəbul edilir, yəni 22 səslə. Cavabdeh İctimai Birliyin İdarə Heyətinin üzvlərinin seçilməsi 7 nəfərdən ibarət Yeni İdarə Heyəti formalaşmışdır: Cavabdeh, Vüqar Əsədov, Talıbov Qadir, Mürsəli Yekibaşov, Həmidə Xəlilova, Şahid, Fərid Qarayev. Protokolda İdarə Heyətinin seçilməsi ilə bağlı qərar da tam deyildir, səsvermənin nəticələri yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim edilmiş sənədlərlə bağlı: Yeni siyahıda Cabbar Mustafayev yoxdur, halbuki, o 22 üzv arasında siyahıda var idi. Yeni üzvlərin siyahısında İlqar Alıyev, Yəbir Şıxəliyev, İnsaf Abdullayev, Cavid İsgəndərov, Qadir Talıbov, Bəhram Cəfərli, Mürsəli Yekibaşov, Həmidə Rüzgari, Vasil Abdullayev, Murad Səlimov yer almışdır, X16 isə X13 göstərilmişdir. İlkin olaraq Federasiyanın 22 nəfər üzvü var idi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində də bu siyahı mövcuddur, amma üzvlərin sayı indi 30-a çatdırılıb, nizamnamənin 5.3-cü bəndinə əsasən üzvlüyə qəbul Federasiyanın İdarə Heyətinin üzvlərinin 50%-dən yuxarı səsi ilə qəbul edilir, üzvlüyə qəbul ilə bağlı 1 ay qabaqcadan ərizə verilir, üzvlərin uçotu aparılır və onlara vəsiqə verilir. Məhkəməyə bunlarla bağlı hər hansı bir sübut təqdim edilməmişdir.

12. Cavabdeh Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Federasiyanın yığıncağı və gündəliyi 2 həftə öncədən idarə Heyətinin “Whatsapp” qrupunda və üzvlərin ümumi qrupunda elan olunmuşdur. Ümumi yığıncaq NTK-nın qərarı və üzvlərin üçdə birinin təşəbbüsü ilə çağırılmışdır. Digər bir məsələ Federasiyanın rəsmi blankında faktiki ünvan yazılmış və möhür və yazılı sənədlər həmin ünvandakı ofisdə olmuşdur və hazırda da olmaqdadır. iddiaçı2 məktublara və digər yazışmalara imza atdıqdan sonra məktubları möhürlə təsdiq etmiş, bundan başqa heç vaxt möhürün ona verilməsi tələbi olmamışdır. Heç bir şəxslə Federasiyanın adından əqd bağlanmamış, maddi vəsait əldə olunmamışdır. Ümumiyyətlə iddiaçı2 məhkəmədə Federasiya adından iddiaçı olmaq səlahiyyəti yoxdur. Bununla bağlı mövcud protokol var. Hazırda da qüvvədədir. Cavabdeh Cavabdeh Federasiyanın təsisçilərindən biri olaraq Ümumi yığıncağı çağırmaq hüququ var və bu hüquqdan istifadə edərək Ümumi yığıncağı çağırmışdır. Həmçinin yığıncaq üzvlərinin 1/3 hissəsinin təşəbbüsü ilə çağrılmışdır. Ümumi yığıncaq ##.##.2024-cü il tarixində elan olunmuş, üzvlərində yarıdan çoxu iştirak etdiyi üçün yetərsay olmuşdur. Yığıncağın yeri qeyd edildiyi kimi 2 həftə öncədən elan edilmişdir. Yığıncaq qeyd etdikləri kimi təsisçi olaraq cavabdehin və NTK-nın qərar və üzvlərdən 1/3-nin təşəbbüsü ilə çağırılmışdır. ##.##.2022-ci il tarixinə üzvlərin sayı 23 deyil, 22 olmuşdur. Əgər bu siyahını əsas götürülsə, ##.##.2024-cü il tarixinə üzvlərdən 4 nəfəri üzvlükdən çıxmışdır. Ona görə də bu siyahıya əsasən üzv sayı 22 deyil, 18-dir və yığıncaqda yetərsay olmuşdur. İddiaçı tərəf yığıncağın çağırılma sayı ilə yığıncağın yetərsayını səhv salmışdır. İdarə Heyətinin üzvlərinin hamısının yığıncaqda iştirakının vacibliyi haqqında Nizamnamədə və qanunvericilikdə bənd yoxdur. Fərid Qarayev xarici ölkədə olduğu üçün və İlqar İbrahimov xəstə olduğu üçün yığıncağa onlayn qoşulmuşlar. Həmçinin internet kəsintisini nəzərə alaraq, hər ehtimal onlar səsvermə hüquqlarını digər iştirakçılara yazılı şəkildə vermişlər. Yığıncaq elan ediləndən keçirilən günə kimi iddiaçı iddiaçı2 məşqçilərə zəng edərək, yığıncaqda iştirak etməmələri barədə hədə-qorxu gəlmiş, təhqir etmiş və böhtan atmışdır. Həmçinin, o üzvlərə zəng edərək yığıncağın seçim yox, başqa məqsədlə çağırıldığını bildirmiş və bununla bağlı onlara problem yaradacağını demişdir. Bu onu deməyə əsas verir ki, iddiaçı2 və onun ətrafında olan bir neçə üzvün yığıncağın tarixi, yeri, gündəliyi barədə öncədən tam məlumatı olmuşdur. Yetərsayın olması üçün iyul 2022-ci il siyahısına əsasən 10 nəfər iştirakçı olmalı idi. Yığıncaqda həmin siyahıya görə 11 nəfər iştirak etmişdir. Əgər ##.##.2024-cü il tarixinə rəsmi üzvlərin siyahısı ilə 30 üzvdən 16-sı iştirak etmiş, 5 nəfər isə onlayn olaraq iştirak etmişdir. Ona görə də, iki halda da yetərsay olmuşdur. Bu onu deməyə əsas verir ki, iddiaçının özünün əsasnamələrini imzaladığı yeni üzvlərini unutmuşdur. Yeni üzvlər bir qayda olaraq ərizə ilə müraciət etmişlər və həmin müraciətləri iddiaçı2 şəxsi avtomobilində saxlamışdır. Yeni üzvlərin qəbulu ilə bağlı həm əyani, həm də onlayn iclaslar keçirilmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, ictimai birlik qeyri-hökumət təşkilatı olmaqla, onun strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları qanunvericiliklə və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş “Whatsapp” mobil tətbiqindən çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh İctimai Birliyin İdarə Heyətinin “Whatsapp” qrupunda və üzvlərin ümumi qrupunda ##.##.2024-cü il tarixdə “ayrılıqda müraciət edərək yığıncaq çağırılmasını istəyirsiniz, ona görə sorğu keçirmək lazımdır. Kim yığıncaq keçirilməsini istəyirsə + qoysun” yazılmış, üzvlərin üçdə bir hissəsindən çoxu + qoyaraq ümumi yığıncağın çağırılmasını istəmiş, ##.##.2024-cü il tarixdə ümumi yığıncağın 31 oktyabr tarixinə təyin edilməsi elan olunmuşdur. Daha sonra iclasın vaxtı ##.##.2024-cü il tarixdən dəyişdirilərək ##.##.2024-cü il tarixinə (##.##.2024-cü il tarixdən 2 həftə sonraya) təyin edilmişdir. İddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X14 hamının Arazın prezident olmasından narazılığını bildirdiyini, Araz prezident olandan sonra hər hansı bir fəaliyyətinin olmadığını, idmançıların öz pulu hesabına yarışlara getdiyini, prezident kimi heç bir rolunun olmadığını, son iki il ərzində Federasiyanın passiv olaraq qaldığını, bu səbəbdən prezident seçkisi ilə bağlı ümumi yığıncaq çağırıldığını, ümumi yığıncağın çağırılması və müzakirəsinə çıxarılacaq məsələlər barədə məlumatlı olduğunu, konfransda şəxsən iştirak etdiyini, ona hər hansı bir təzyiq olmadan öz iradə ifadəsilə səs verdiyini, ##.##.2024-cü il tarixli Ümumi yığıncaqdan paylaşılmış şəkildə nömrələnmiş şəxslərdən 18 nömrədən başqa hamısının üzv olduğunu bildirmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş videoda (flashkart) 19 nəfərin iştirakı ilə ümumi yığıncağın keçirildiyi, yığıncaqda yekdilliklə Cavabdeh Federasiyanın prezidenti seçilməsi öz əksini tapmışdır. Məhkəmə tərəfindən iddiaçının Şahid şahid qismində dindirilməsi ilə bağlı vəsatətinin təmin olunmasına baxmayaraq, Şahid məhkəmə iclasına gəlməmiş, şahid qismində dindirilməmiş, videodan görünür ki, həmin konfransda fəal iştirak etmiş və səsvermədə cavabdeh Cavabdeh lehinə səs vermişdir.

15. Ümumi yığıncağın iclasında iştirak edən üzvlərin sayına münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ərizələrə əsasən müəyyən olunur ki, Federasiyanın üzvlüyündən çıxmaq barədə ərizələr verilmişdir. Federasiyanın nizamnaməsinin 5.9-cu maddəsinə əsasən könüllü olaraq Federasiyanın üzvlüyündən çıxanda Federasiyanın üzvlüyünə xitam verilir. İddiaçı həmin şəxslərin üzvlükdən çıxarılması barədə qərarın olmadığını əsas gətirsə də, nizamnaməyə əsasən belə qərarın qəbul edilməsi İdarə heyətinin vəzifələrinə deyil, səlahiyyətlərinə aid edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Federasiyanın üzvü olan Qarayev Fərid Siyasət oğlu, X23, İbrahimov İlqar Fərrux oğlu üzrlü səbəbdən # ###### 2024-cü il tarixli ümumi yığıncaqda iştirak edə bilməmiş, iclasa onlayn qoşularaq Cavabdeh lehinə səs vermişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi Federasiyanın ##.##.2024-cü il tarixli növbədənkənar konfransın protokoldan çıxarışı hələ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda həmin protokoldan çıxarışın qanunsuz hesab edilməsi tələbinin məqsədləri aydın deyil, iddiaçı bu barədə tələbini əsaslandıra bilməmişdir.

16. Məhkəmə iddiaçının Federasiyaya aid möhür və təsis sənədlərinin qaytarılması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddiaçı2 2022-ci ildən Federasiyanın prezidenti olsa da, faktiki olaraq səlahiyyətlərini icra etməmiş, bugünədək möhürün və təsis sənədlərinin onda olmaması və hazırda bu tələblə məhkəməyə müraciət etməsi də bu faktı təsdiq edir. Bundan başqa, iddiaçı Federasiyanın prezidenti olmasına baxmayaraq təsis sənədlərinin və möhürün cavabdehdə olması əsası ilə məhkəməyə müraciət etsə də, möhürün itirilməsi barədə qəzetdə elan dərc etdirmiş və yeni görünüşlü Federasiyanın adına möhür almışdır. Yeni görünüşlü möhürün onda olmasına baxmayaraq məhkəməyə müraciət edərək Federasiyanın möhürünün ona təhvil verilməsi tələbini qoymuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddiaçı2 2022-ci ildə Federasiyanın prezidenti seçilməsindən sonra fəaliyyəti dövründə Federasiyanı idarə etmədiyi, nizamnaməyə əsasən üzərinə götürdüyü səlahiyyətlər daxilində hüquq və vəzifələrini yerinə yetirmədiyi halda hazırda təsis sənədlərinin təhvil verilməsi tələbinin nədə ifadə olunması anlaşılan deyildir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43, 47, 49-50, 114-cü, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 2, 8, 10, 13, 25-26, 31-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. İddiaçılar iddiaçı2 və İctimai Birlik apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi açıq aşkar qərəzli olduğunu nümayiş etdirmişdir. Hakimin qarşısında duran əsas məsələ ##.##.2024-cü il tarixdə keçirilən yığıncağının qanuni olub-olmamasını yoxlamaqdan ibarət idi. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsində aşağıdakı arqumentlərdən istifadə edilməklə hakimin bu işdə qərəzli olduğu nümayiş etdirilir: “İddiaçı iddiaçı2 2022-ci ildə Federasiyanın prezidenti seçilməsindən sonra fəaliyyəti dövründə Federasiyanı idarə etmədiyi, nizamnaməyə əsasən üzərinə götürdüyü səlahiyyətlər daxilində hüquq və vəzifələrini yerinə yetirmədiyi halda hazırda təsis sənədlərinin təhvil verilməsi tələbinin nədə ifadə olunması anlaşılan deyildir”. Bununla da, hakim ifadə etmək istəmişdir ki, “iddiaçı2 pis prezidentdir, bu səbəbdən ##.##.2024cü il tarixli yığıncaq qanunidir” və ya “iddiaçı2 pis prezidentdir, bu səbəbdən İctimai Birliyinin sənədləri ona qaytarılmamalıdır”. Belə arqumentlərlə çıxış edən hakim özünü sanki Birliyin üzvü kimi aparmış, baxılan mülki mübahisənin həlli üçün əhəmiyyətli hal olmadığı halda Birliyin prezidenti kimi iddiaçı iddiaçı2 və onun fəaliyyətinə qarşı mövqeyini ifadə etmişdir. Bununla da məhkəmə subyektiv qərəzsizlik prinsipini pozmuşdur. Məhkəmə 35 nəfər iştirakçının olduğu “Whatsapp” qrupunun cavabdeh İctimai Birliyinin nə İdarə Heyətinin, nə də üzvlərinin ümumi qrupu sayıla bilməyəcəyini nəzərə almamışdır. Çünki, Federasiyanın İdarə heyətinin üzvlərinin sayı 23, idarə heyətinin üzvlərinin sayı 7 nəfərdirsə, 35 nəfərin iştirak etdiyi “Whatsapp” qrupu Birliyin üzvlərinin ümumi və ya İdarə Heyətinin qrupu sayıla bilməz. Məhkəmə Birliyin idarə heyətinin və ümumi üzvlərinin “Whatsapp” qrupunda + işarəsi qoymuş şəxslərin kimliyini və onların həqiqətən də Birliyin üzvü olub-olmadıqlarını aydınlaşdırmadan üzvlərin üçdə bir hissəsindən çoxu + qoyaraq ümumi yığıncağın çağırılmasını istəməsi barədə gəlmiş olduğu nəticə yanlış olmuşdur. Yalnız + işarəsi qoymuş şəxslərin kimliyini və Birliyinin üzvü olub-olmadıqlarını müəyyən etdikdən sonra, ümumi yığıncağın çağırılması üçün qanunda və nizamnamədə nəzərdə tutulmuş üçdə bir hissənin yetərsayın olub-olmaması müəyyən edilə bilərdi. Məhkəmə video görüntü əsasında iclasda 19 nəfərin iştirak etdiyini müəyyən etsə də, bu 19 nəfər şəxslərin kimliyini və kimliklərini Birliyinin reyestr məlumatlarına əsasən Birliyin üzvü kimi qeyd olunmuş şəxslərin siyahısı müqayisə etməklə həmin 19 nəfərdən neçəsinin Birliyinin üzvü olub-olmadıqlarını aydınlaşdırmamışdır. Yalnız o, 19 nəfər şəxsin kimliyini və Birliyinin üzvü olub-olmadıqlarını müəyyən etdikdən sonra, ##.##.2024-cü il tarixli ümumi yığıncaqda yetərsayın olub-olmadığını müəyyən edilə bilərdi. ##.##.2024-cü il tarixli ümumi yığıncağın çağırılması üçün qanunda və nizamnamədə nəzərdə tutulmuş üçdə birlik yetərsayın mövcud olmasını və ##.##.2024-cü il tarixli ümumi yığıncaqda yetərsayın mövcud olması məhkəmə mötəbər olmayan, natamam və ziddiyyətli sübutlar əsasında müəyyən etmişdir. İş materiallarında olan Birliyin dövlət Reyestrində qeydiyyatında görünür ki, Birliyin 23 nəfər üzvü və bunlardan 7 nəfər İdarə Heyətinin üzvü vardır. İş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim edilmiş üzvlərin siyahısından görünür ki, birliyin üzvləri aşağıdakı şəxslərdir: 1. iddiaçı2 (prezident, idarə heyətinin üzvü) 2. X3 (idarə heyətinin üzvü) 3. Qarayev Fərid Siyasət oğlu (idarə heyətinin üzvü) 4. X4 (idarə heyətinin üzvü) 5. X19 (idarə heyətinin üzvü) 6. X38 (idarə heyətinin üzvü) 7. Şahid (idarə heyətinin üzvü) 8. İsayev Şəhriyar Elton oğlu 9. Əhmədov Elxan Əhliman oğlu 10. X7 11. X18

12. X25 13. Taştəmirov Rəfail Taştəmir oğlu 14. X20 15. X29 16. X8 17. X43 18. X21 19. X5

20. X23 21. İbrahimov İlqar Fərrux oğlu 22. İsayev Rəşad Əfqan oğlu 23. Bundan əlavə, cavabdehin izahatından görünür ki, yığıncaqda ##.##.2022-ci il siyahısına əsasən 11 nəfərin, ##.##.2024-cü il tarixinə rəsmi üzvlərin siyahısı ilə 30 üzvdən 16-nın iştirak etmişdir. Nizamnamənin 5.2-ci bəndinə əsasən Federasiyaya üzvlərin qəbulu Federasiyanın İdarə Heyəti tərəfindən həyata keçirilir. Nizamnamənin 5.3-cü maddəsinə əsasən Federasiyaya daxil olmaq istəyən şəxslər Federasiyanın Prezidentinə yazılı şəkildə müraciət edir. Ərizəyə verildiyi gündən bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyəti üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibət bildirdikləri halda, ərizəçi Federasiyanın üzvü seçilmiş hesab edilir. 2022-ci ildə iddiaçının Federasiya Prezidenti seçildiyi gündən heç bir şəxsin Federasiyaya üzv olması barədə ərizəsi daxil olmamış və İdarə Heyəti bu şəxslərin üzvlüyə qəbul edilməsi məsələsinə baxmamışdır. Belə çıxır ki, yeni üzvlər Birliyə elə ##.##.2024-cü il tarixli yığıncaqda qəbul edilərək, üzvlərin sayı 30 çatdırılmış və yeni üzvlərin iştirak etməsi ilə yığıncaqda yetərsay təmin edilmişdir. Bu addım özü hüquqa ziddir, çünki, yığıncağın özünün hər hansı qərar, o cümlədən yeni üzvlərin qəbul edilməsi barədə qərar qəbul edə bilməsi üçün səlahiyyətli olması, yetərsayla keçirilməsi zəruridir. Cavabdehin izahatında göstərdiyi kimi, yığıncaqda üzvlərin ilkin siyahsından 11 nəfər iştirak etmişdir. Beləliklə 11 nəfər üzv bütün üzvlərin yarıdan çoxunu təşkil etmədiyi üçün yığıncaqda yetərsay olmamış, yeni üzvlərin qəbul edilməsi barədə qərar qəbul edilməsi üçün səlahiyyətli olmamışdır. Birliyin 23 üzvü olmuş və bunların siyahısı yuxarıda verilmişdir. Beləliklə, ümumi yığıncağın çağırılması üçün Birliyinin üzvlərinin üçdə birinin, yəni 8 nəfərin təşəbbüsü zəruri idi. Məhkəmənin sübut kimi istinad etdiyi “Whatsapp” yazışmalarından görünür ki, bu qrup nə İdarə Heyətinin, nədə üzvlərin qrupudur. Çünki qrupda 35 adam var, bir çoxu da Birliyin üzvü deyillər. Bundan əlavə məhkəmə ümumiyyətlə qrupda yazışmalarında iştirak edənləri şəxsiyyətlərini identifikasiya etməmişdir. Bir çoxları orada sadəcə addan istifadə edib, bəzilərinin adının yanında sadəcə təxəllüs, şəhər adı və ya klubunun adı kimi əlamətlərdən istifadə ediblər. Qrupda olan kim yığıncağın keçirilməsini istəyirsə + qoysun müraciətinə qrupda 17 ədəd + işarəsi qoyulub. Bu işarə qoyanlardan iki şəxs (Vüqar Əsədov və İnsaf adlı şəxs) hərəyə iki dəfə + qoyublar.“+” işarəsi qoyanların siyahısı belədir: 1. Şahid - belə adlı üzv var 2. Qadir Şamaxı – üzv deyil 3. Vüqar Əsədov–belə adlı üzv var 4. İnsaf - belə adlı üzv yoxdur. 5. Pərviz Gəncə - belə adlı üzv yoxdur

6. Rəfael Taştəmirov - belə adlı üzv var 7. Cavid İsgəndərov - belə adlı üzv yoxdur 8. Şəhriyar - əgər Şəhriyar İsayev nəzərdə tutulursa, belə adda üzv var 9. X1 Club - klubun adından güman etmək olar üzv Orxan Ələkbərovdur 10. Elgün Uşu - belə adlı üzv yoxdur, profil adından başa düşülür ki, uşu-sandaçıdır 11. Vüqar Əsədov – üzvdür, amma bu Vüqar Əsədovun təkrar qoyduğu plyusdur 12. Bəhram - belə adlı üzv yoxdur 13. Mürsəl Bozqurd MUAY - belə adlı üzv yoxdur 14. Həmidə Rüzgari - belə adlı üzv yoxdur 15. Elçin Emin – adından ehtimal etmək olur ki, Birliyin üzvü Elçin Eminovdur 16. Aras Sumqayıt - adından ehtimal etmək olur ki, Birlik üzvü Aras Pirməmmədovdur 17. İnsaf - belə adlı üzv yoxdur, həmçinin bu adda şəxsin ikinci qoyduğu plyusdur. Beləliklə göründüyü kimi, yığıncağın çağırılması Birliyin üzvü olan 7 nəfər şəxsin: Şahid, Vüqar Əsədovun, Rəfael Taştəmirovun, Şəhriyar İsayevin, Orxan Ələkbərovun, Elçin Eminovun və Aras Pirməmmədovun təşəbbüsü ilə olmuşdur. 7 nəfər şəxs isə Birliyin üzvlərinin 1/3 hissəsini təşkil etmir. Belə olan halda məhkəmə ##.##.2024-cü il tarixli ümumi yığıncağın qanunda və nizamnamədə nəzərdə tutulduğu qaydada Birlik üzvlərin üçdə birinin istəyi ilə çağırılması barədə gəldiyi nəticə işin halların uyğun deyil. Bundan əlavə birinci instansiya məhkəməsi iş materiallarında olan video görüntülər əsasında belə qənaətə gəlib ki, ##.##.2024cü il tarixli ümumi yığıncaqda 19 nəfərin iştirak etmişdir. Bunlardan biri Birliyin üzvü olmamışdır. Deməli belə çıxırki, 18 nəfər Birlik üzvü bilavasitə yığıncaqda iştirak etmişdir. Bundan əlavə məhkəmə müəyyən edir ki, Qarayev Fərid Siyasət oğlu, X23, İbrahimov İlqar Fərrux oğlu üzrlü səbəbdən ##.##.2024-cü il tarixli ümumi yığıncaqda iştirak edə bilməmiş, iclasa onlayn qoşulmuşlar. Belə çıxır ki, ##.##.2024-cü il tarixdə keçirilən iclasda 21 nəfər Birlik üzvü iştirak etmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, həmin yığıncaqda üzvlərdən yalnız biri iddiaçı2 və daha bir nəfər iştirak etməmişdir. Lakin elə həmin video görüntülərə baxanda görmək olar ki, idarə heyəti yeddi üzvündən yalnız iki nəfər (Azər Həsənov və Şahid) yığıncaqda iştirak edirlər, qalan idarə heyəti üzvləri (iddiaçı2, Fərid Qarayev, Vüqar Qasımov, Ramiz Quliyev və Cabbar Mustafayev) yığıncaqda iştirak etməmişdir. Bundan əlavə yığıncaqda Birliyin üzvü olan 7 nəfər (Azər Həsənov, Şahid, Elçin Eminov, Rəşad İsayev, Vüqar Əsədov, Rəfael Taşdəmirov və Habil Əliyev) iştirak etmişdir. Qalan 16 üzv video görüntüdə yoxdur. Üstəlik məhkəməyə təqdim edilən Birlik üzvlərinin bir qrupu tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçı2, Şəhriyar İsayev, Xəyyam Həsənov, Kamal Həsənov, Aras Pirməmmədov, Elxan Əhmədov, Vüqar Qasımov və Ramiz Quliyev ##.##.2024-cü il tarixli ümumi yığıncaqda iştirak etmədiklərini təsdiq etmişlər. Beləliklə ##.##.2024-cü il tarixli ümumi yığıncaqda iştirakını iddiaçı tərəf olaraq etiraf və qəbul edilən 7 nəfər və yığıncağa onlayn qoşulan 3 nəfər nəzərə alındığı təqdirdə ümumi yığıncaqda Birliyin üzvü olan 10 nəfər iştirak etmişdir. Birliyin nizamnaməsinə görə ümumi yığıncaq (konfrans) üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bundan əlavə, cavabdeh özü də etiraf edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs reyestrində qeydə alınmış Birliyin üzvlərinin 11 nəfəri iştirak edib. 10 nəfər (cavabdehin etiraf etməsinə görə isə 11 nəfər) Birlik üzvünün iştirakı ilə keçirilən ümumi yığıncaq səlahiyyətli deyildir. Bu səbəbdən məhkəmənin bu məsələ ilə bağlı gəldiyi nəticədə işin hallarına uyğun olmamışdır. İddiaçı tərəf birinci instansiya məhkəməsinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim edilmiş və reyestr qeydiyyatına alınmış Birliyin üzvlərinin siyahısını təqdim etmişdir. Lakin o sübutu ümumiyyətlə araşdırmamışdır və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sorğu verərək, Birliyin üzvlərinin siyahısını və sayını dəqiqləşdirməmişdir. Bununla bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sorğu verilməlidir. Birinci instansiya məhkəməsində iddiaçı tərəf Birliyin üzvlərindən Şahid şahid qismində dindirilməsi barədə vəsatət versə də, məhkəmə hər hansı arqument gətirmədən həmin şəxsi dindirməkdən imtina etmişdir. Şahid qismində dindirilməli olan Şahid ##.##.2024cü il tarixli ümumi yığıncaqda iştirak etmiş şəxs, bu səbəbdən həmin yığıncaq, orada iştirak edən şəxslər barədə ətraflı məlumat vermək imkanı var idi. Bu səbəbdən də Şahid şahid qismində dindirilməlidir. Birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş X14 ifadələrini təhrif edib, həmin şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadələr səs yazısı əsasında yoxlanılmalı və mümkünsə yenidən dindirilməlidir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid Şahid ifadəsində bildirmişdir ki, birliyin ümumi yığıncağının ##.##.2024cü il tarixdə keçirilmiş iclasında şəxsən iştirak etmişdir. İclas cavabdeh Cavabdeh yenidən Federasiyanın prezidenti seçilməsi ilə bağlı idi. Bununla bağlı məlumat onlara iclasdan bir gün əvvəl bildirilmişdir. Ona bu barədə cavabdeh şəxsən məlumat vermiş, eyni zamanda, bütün üzvləri toplayıb iclas keçirərək, iddiaçı2 prezidentlikdən uzaqlaşdırılmasını və özünün yenidən prezident seçilməsini ona bildirmişdir. Daha sonra iclas keçirilmiş və o, şəxsən Cavabdeh xeyrinə səs vermişdir. Sonradan onlara məlum olmuşdur ki, iclasda 22 nəfər üzvdən sadəcə 7-si iştirak etmişdir. Qısa müddət sonra isə Cavabdeh bir sıra hərəkətləri ortaya çıxmış və o daxil bir sıra məşqçilər ondan uzaqlaşmışdır. Eyni zamanda, verilmiş suallara cavab olaraq iclasda 20-dən artıq iştirakçının olmasına baxmayaraq, onların arasında üzvlərdən başqa idmançıların da olduğunu, 22 nəfər üzvdən isə iclasda yalnız onun, Azər Həsənovun, Elçin Eminovun, Orxan Ələkbərovun, Rəfail Taştəmirovun, Habil Əliyevin, Vüqar Əsədovun və Rəşad İsayevin iştirak etdiyini qeyd etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid X23 ifadəsində iş materiallarında olan ərizənin ona aid olduğunu (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, birliyin ##.##.2024-cü il tarixdə keçirilmiş konfransında şəxsən iştirak edə bilmədiyini, iclasa mobil telefon vasitəsi ilə onlayn qoşulduğunu, həmin iclasın Cavabdeh Federasiyanın prezidenti seçilməsi ilə bağlı olduğunu və bu qaydada səs vermədə iştirak edərək, Cavabdeh səs verdiyini bildirmiş, eyni zamanda, verilmiş suallara cavab olaraq xeyli vaxt keçməsi səbəbindən ona hansı şəxsin telefonundan və hansı saatda zəng olunduğunu xatırlamadığını, iddiaçı2 tanıdığını və onun Federasiyanın prezidenti seçilən zaman ona səs verdiyini, lakin sonradan iddiaçı2 Cavabdehla arasında mübahisə yarandığını, onlardan hansının prezident seçilməsi ilə bağlı müzakirələrin aparıldığını və onun Cavabdeh prezident olması üçün səs verdiyini qeyd etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət edilmiş şahid İbrahimov İlqar Fərrux oğlu ifadəsində iş materiallarında olan ərizənin ona aid olduğunu (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, Birliyin ##.##.2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında şəxsən iştirak edə bilmədiyini, iclasa “Whatsapp” proqram tətbiqi vasitəsi ilə görüntülü zənglə, yəni onlayn qoşulduğunu, bu zaman orada Həmidə xanımı, Qabil müəllimi, Azər müəllimi, Mürsəl müəllimi gördüyünü, Cavabdeh Federasiyanın prezidenti seçilməsinə səs verdiyini, iclasın keçirilməsi barədə məlumatı təxminən 5-7 gün əvvəl “Whatsapp” proqram tətbiqində yaradılmış qrupdan əldə etdiyini və həmin qrupda iclasda iştirak edəcəyini bildirdiyini göstərmişdir. Eyni zamanda, verilmiş suallara cavab olaraq iclasa bu qaydada ondan başqa hansı şəxslərin qoşulduğunu və Ravilin, Şəhriyarın, Fəxrəddinin iclasda iştirak edib-etməməsini xatırlamadığını, iclasda bu qaydada iştirak etməsi ilə bağlı ona səhv etmirsə günorta saatlarında zəng olunduğunu qeyd etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid İsayev Şəhriyar Elton oğlu ifadəsində bildirmişdir ki, birliyin ##.##.2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında şəxsən iştirak edə bilməmiş, tələbəsini göndərmiş, tələbəsini prezident seçkiləri ilə bağlı səsvermədə iştirak etmək üçün göndərməmişdir. Belə ki, ona ümumi yığıncağın professional məşqlər və sair məsələlərin həlli ilə bağlı keçirildiyi bildirilmiş, prezident seçkiləri ilə bağlı ona hər hansı məlumat verilməmiş, o da tələbəsinə prezident seçkiləri ilə bağlı səsvermədə iştirak etmək səlahiyyəti verməmişdir. Ümumi yığıncağın keçirilməsi vaxtı barəsində ona təxminən 2-3 gün öncədən məlumat verilmiş və yığıncağın 31 oktyabr tarixində keçirilməsi planlaşdırılmışdır. Lakin təxminən oktyabrın 2526-sı tarixində yığıncağın keçirilməsi 02 noyabr tarixinə təyin edilmişdir. Sonradan yığıncaq barədə sorğu-sual edərkən tələbəsi ona yığıncaqda prezident seçkiləri ilə bağlı səsvermənin keçirildiyini və onun da digər iştirakçılar kimi bu məsələ ilə bağlı cavabdehin lehinə səs verdiyini bildirmiş, o da buna görə tələbəsinə irad bildirərək, ona belə bir səlahiyyət vermədiyini vurğulamışdır. Bu məsələ üzrə səsvermədə iştirak etməsi barədə tələbəsi ona məlumat verməmişdir. Birliyin İdarə heyətinin üzvlərinin seçkiləri ilə bağlı da məlumatlı olmamışdır. Lakin sonradan səsvermə ilə bağlı şəxsən etiraz bildirməmişdir. Belə ki, bununla bağlı artıq ictimai narazılıq yaranmışdır. O, idman klubunun baş məşqçisidir, göndərdiyi nümayəndə də həmin klubun idmançısı olmuşdur. Lakin ona etibarnamə verməmişdir.

24. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət edilmiş şahid X21 ifadəsində bildirmişdir ki, iş materiallarında olan ərizəni özü yazmış (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir) və şəxsən imzalamışdır. Belə ki, 2019-cu il tarixdən klubdan ayrılmışdır. Keçən il Fəxri müəllim ona zəng vurmuşdur. O, da klubdan uzun müddətdir ki, ayrıldığını söylədikdə Fəxri müəllim bununla bağlı rəsmi ərizənin yazılmalı olduğunu qeyd etmişdir. O da bununla razılaşmış və birliyin üzvlüyündən çıxması ilə bağlı ərizəni yazaraq, yaşadığı Ucar rayonundan sərnişin daşıyan avtomobil vasitəsi ilə Bakı şəhərinə, Fəxri müəllimə göndərmişdir. Bu daşınma ilə bağlı xərcləri də Fəxri müəllim qarşılamışdır. Eyni zamanda, verilmiş suallara cavab olaraq maddi sıxıntıları ilə bağlı idmandan uzaqlaşdığını, mühafizəçi, bundan kənar vaxtda isə fəhlə işlədiyini, üzvlükdən çıxmaqla bağlı ərizəni keçən ilin soyuq aylarında göndərdiyini, Araz və Elçin müəllimlə mobil telefon vasitəsi ilə danışdığını, klub üzrə səlahiyyətlərindən imtina etməsi ilə bağlı ona müxtəlif vaxtlarda zənglərin olunduğunu, o da, xeyli müddətdir ki, artıq bundan imtina etməsi barədə məlumat verdiyini qeyd etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət edilmiş X20 ifadəsində iş materiallarında olan ərizənin ona aid olduğunu (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, təxminən 2 ilə yaxındır ki, Federasiyanın fəaliyyətindən uzaqlaşdığını, ərizəni də başqa işlərlə məşğul olması ilə bağlı yazdığını, ona bu sahədə işləməklə bağlı zənglər olsa da, artıq bu sahədən uzaqlaşdığı barədə məlumat verdiyini, Cavabdeh ona zəng etməsini xatırlamadığını, 2024-cü ildə keçirilmiş bir iclasda da iştirak edərək, üzvlükdən çıxdığını bildirdiyini, onun çalışdığı Cəsur MK Sumqayıt şəhərində yerləşdiyini və hazırda fəaliyyət göstərmədiyini qeyd etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən dəvət edilmiş Əhmədov Elxan Əhli oğlu ifadəsində iş materiallarında olan ərizənin ona aid olduğunu (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, əvvəllər Birlikdə fəaliyyət göstərdiyini, daha sonra isə üzvlükdən çıxaraq Kikboksinq Federasiyasına keçdiyini, tərəfindən yazılmış ərizənin Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevə ünvanladığını, son 4 ildir ki, “cavabdeh İctimai Birliyinin iclaslarında iştirak etmədiyini, 2024-2025-ci illərdə keçirilən iclaslarda olmadığını, bununla bağlı hər hansı şəxslə mobil telefon vasitəsi ilə danışmadığını, mobil nömrəsini də dəyişdiyini bildirmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin məzmununu, habelə apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, ilk növbədə iddiaçı birliyin üzvləri ilə bağlı məsələyə münasibət bildirilməsini zəruri hesab edib və bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrinin məlumatlarında birliyin hazırda 23 üzvünün olduğu göstərilsə də, həmin üzvlərin təsdiq edilmiş siyahısında 22 üzv barədə məlumat əks olunmuşdur. Belə ki, siyahı üzrə sıra nömrələnməsində “19” rəqəmindən sonra birbaşa “21” rəqəmi qeyd edilmişdir. Tərəflərin hər hansı biri 23-cü üzvün olmasını bildirmir və 23-cü üzv barədə hər hansı məlumat təqdim etmir, nəticə etibarı ilə 22-i üzvün olmasını qəbul edirlər. Bu da öz növbəsində sonuncu qeydiyyata əsasən birliyin 23 deyil, məhz 22 üzvünün olduğunu təsdiq edir.

29. Birliyin Nizamnaməsinin 6.1-ci bəndinin tələbləri də nəzərə alınmaqla bu baxımdan Federasiyanın ##.##.2024-cü il tarixdə növbədənkənar konfransının (yığıncağının) çağırılması üçün onun ən azı 8 üzvünün (üzvlərin 1/3 hissəsi) təşəbbüsü olmalı və bu tarixə ən azı 2 həftə qalmış konfransın müzakirəsinə çıxarılacaq məsələlər üzvlərə elan olunmalı idi.

30. Bununla bağlı qeyd olunmalıdır ki, “Whatsapp” proqram tətbiqində Federasiyanın üzvlərinin də daxil olduğu qrup mövcuddur və həmin qrupda ##.##.2024-cü il tarixdə aparılmış yazışmadan çıxarışa əsasən növbədənkənar konfransın çağırılması məsələsi müzakirəyə çıxarılmış və bu məsələyə münasibət bildirilməsi təklif edilmişdir. Təklifə uyğun olaraq 17 qrup iştirakçısı “+” işarəsini qeyd etməklə növbədənkənar iclasın keçirilməsinə təşəbbüs göstərmişlər. Həmin şəxslərdən yalnız 1. Şahid (Şahid), 2. X5 (Vüqar Əsədov), 3. Taştəmirov Rəfail Taştəmir oğlu (Rəfael Tasdamirov), 4. İsayev Şəhriyyar Elton oğlu (Şəhriyar), 5. X18 (X1 Club), 6. X10 (Elçin Emin), 7. X43 (X15) Federasiyanın üzvüdür. Bu 7 üzvlə yanaşı cavabdehin də Federasiyanın üzvü olması və həmin konfransın keçirilməsinə təşəbbüs göstərməsi nəzərə alındıqda, təşəbbüs göstərən üzvlərin sayı (7 üzv + cavabdeh = 8 üzv) baxımından Nizamnamənin 6.1-ci bəndinin tələblərinə riayət edilmişdir.

31. İş materiallarından göründüyü kimi, 45-ci bənddə göstərilən qrupla yanaşı “Whatsapp” proqram tətbiqində Federasiyanın İdarə Heyətinin də qrupu var (AMF İH) və həmin qrupda ##.##.2024-cü il tarixdə aparılmış yazışmadan çıxarışa əsasən həmin tarixdə ##.##.2024-cü il tarixə növbədənkənar konfransın təyin edilməsi barədə məlumat yerləşdirilmiş, o cümlədən konfransın gündəliyi barədə məlumat verilmişdir. Həmin çıxarışın başlığından qrupun (AMF İH) və onun bir sıra iştirakçılarının adını (Araz, Fəxri, Fərid) müəyyən etmək olur. Həmin şəxslər iddiaçı2, Qarayev Fərid Siyasət oğlu və Şahid olmaqla Federasiyanın İdarə heyətinin üzvləridir. Lakin İdarə heyətinin deyil, Federasiyanın üzvü olan İsayev Şəhriyar Elton oğlunun da bu qrupun iştirakçısı olması həmin qrupun yalnız İdarə Heyətinin üzvlərindən ibarət olmadığını, qrupun Federasiyanın üzvləri üçün də əlçatan olduğunu təsdiq edir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, ##.##.2024-cü il tarixdə növbədənkənar konfransın keçirilməsi və konfransın gündəliyi barədə Federasiyanın İdarə Heyətinin bütün üzvləri də məlumatlı olmuş və nəticə etibarı ilə həmin tarixdə konfransın müzakirəsinə çıxarılacaq məsələlərin elan olunması müddəti baxımından da Nizamnamənin 6.1-ci bəndinin tələbləri pozulmamışdır.

32. Belə olan halda, həmin konfransın ##.##.2024-cü il tarixdə deyil, bundan 2 iki gün sonra, yəni ##.##.2024-cü il tarixdə keçirilməsi və konfransın müzakirəsinə Federasiyanın prezidentinin tutduğu vəzifədən çıxarılması və yeni prezidentin seçilməsi məsələsinin də müzakirəyə çıxarılması nizamnamənin 6.1-ci bəndinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, 45-46-cı bəndlərdə göstərilənlər, habelə işin digər halları, o cümlədən şahid ifadələri növbədənkənar konfransın ##.##.2024-cü il tarixdə keçirilməsi barədə üzvlərin, o cümlədən iddiaçının məlumatlı olmadığını istisna edir. Hər bir halda, ##.##.2024-cü il tarixdə keçirilmiş konfransda federasiyanın 8 üzvü bilavasitə, 1 üzvü nümayəndəsi vasitəsi ilə iştirak etmiş, iki üzv konfransa telefon vasitəsi ilə, onlayn qoşulmuşdur. Bu üzvlər Federasiyanın prezidentinin seçilməsi məsələsinin də müzakirə ediləcəyi barədə məlumatlı olmuşlar. Onların bu barədə məlumatlı olduğu, ümumiyyətlə digər üzvlərlə də əlaqə saxladıqları və ünsiyyətdə olduqları bir halda, digər üzvlərin, o cümlədən iddiaçının bu konfrans barədə məlumatlı olmaması sadəcə olaraq mümkün deyil. Konfransın ##.##.2024-cü il tarixə təyin edilməsi barədə məlumatlı olan Federasiya üzvləri (həmçinin, İdarə heyətinin üzvləri olan Federasiya üzvləri, o cümlədən cavabdehlə prinsipial münasibətlərdə olan iddiaçı) bu konfransın ##.##.2024-cü il tarixdə keçirilmədiyi halda, onun hansı tarixə keçirilməsi ilə maraqlanmaya bilməzdi.

33. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı konfransın ##.##.2024-cü il tarixdə keçirilməsi və yuxarıda göstərilən məsələnin də müzakirəyə çıxarılacağı barədə məlumatlı olmuş (şahid İsayev Şəhriyar Elton oğlu oktyabrın 25-26-sı tarixində yığıncağın keçirilməsinin 02 noyabr tarixinə təyin edildiyini bildirmişdir, başqa sözlə həmin vaxt artıq bu barədə məlumat var idi), cavabdehlə münasibətlərinin gərgin və prinsipial olması səbəbindən həmin konfransda iştirak etməmişdir. Bu hal birinci instansiya məhkəməsindəki icraat zamanı iş üzrə ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında hər iki tərəfin verdiyi izahatlarla sübuta yetir. Cavabdeh iddiaçı ilə münasibətlərin pozulduğunu bildirir və buna səbəb olan hallar barədə məlumat verir, eyni zamanda, məhz istinad etdiyi halların nəticəsi olaraq iddiaçının prezident vəzifəsindən çıxarıldığını qeyd edir. İddiaçı isə münasibətlərin pozulması ilə bağlı cavabdehin bu mövqeyini təkzib etmir, Federasiyanın prezidenti olmasına baxmayaraq, ona möhürün verilmədiyini, Federasiyada oturmadığını, cavabdehin özünü prezident kimi təqdim etdiyini vurğulayır.

34. Nəzərə alınmalıdır ki, “Whatsapp” proqram təminatında Federasiyanın İdarə heyətinin qrupuna yerləşdirilmiş konfransın gündəliyinə “İdarə heyətinə seçkilər (boş olan yerlərə)” məsələsi də daxil edilmişdir. Halbuki, reyestr məlumatlarına əsasən hər hansı boş yerin olduğu müəyyən edilmir. Burdan belə qənaətə gəlmək olur ki, mövcud üzvlərin çıxarılması və onların yerinə yeni üzvlərin seçilməsi həyata keçiriləcəkdir. Lakin bu məsələnin əhəmiyyətinə baxmayaraq, yenə də iddiaçı konfransda iştirak etməmişdir.

35. Məhkəmə kollegiyası üzvlərin sayı baxımından konfransın səlahiyyətli olmaması dəlili ilə bağlı qeyd etmişdir ki, Federasiyanın üzvlərinin sayı (22 üzv) və Nizamnamənin 6.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, səlahiyyətli olması üçün bu konfransda onun nümayəndələrinin yarıdan çoxu, yəni ən azı 12-i iştirak etməli idi. Lakin məhkəmə kollegiyası yetərsayın və buna uyğun olaraq konfransın səlahiyyətli olub-olmamasının müəyyən edilməsi zamanı hesablamanın 22 üzv əsas götürülməklə aparılmasını əsaslı hesab etmir.

36. Belə ki, bu üzvlərdən X21 və X20 müvafiq olaraq ##.##.2024-cü il və ##.##.2024-cü il tarixdə Federasiyanın İdarə heyətinə ərizə ilə müraciət edərək, üzvlükdən çıxdıqlarını bildirmişlər. İddiaçı tərəfin mövqeyi və dəlilləri nəzərə alınaraq, həmin şəxslərin şahid qismində məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş və bu şəxslər öz ifadələrində iş materiallarında olan ərizələrin onlar tərəfindən yazıldığını və imzalandığını təsdiq etmişlər (həmin ərizələr məhkəmə iclasında onlara göstərilmişdir). Eyni zamanda, verdiyi ifadədən X21 2019-cu il tarixdən klubdan ayrıldığı, ona olunan zəng zamanı bu barədə Şahid məlumat verdiyi (federasiyanın İdarə heyətinin üzvü), sonuncu tərəfindən də ona üzvlükdən çıxmanın qaydasının və bununla bağlı rəsmi ərizənin yazılmalı olmasının izah edildiyi, bundan sonra X21 tərəfindən birliyin üzvlüyündən çıxması ilə bağlı ərizə yazaraq, Şahid (həmin iclasda iştirak edən Şahid həmin vəsaitin iddiaçı tərəfindən ona verildiyini bildirmiş, lakin əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verdiyindən müdaxilə edilməsinin yolverilməzliyi məhkəmə kollegiyası tərəfindən onun nəzərinə çatdırılmışdır) vəsaiti hesabına yaşadığı Ucar rayonundan sərnişin daşıyan avtomobil vasitəsi ilə Bakı şəhərinə, Şahid göndərdiyi müəyyən edilmişdir. Bu şəxsin verdiyi məlumata əsasən artıq xeyli müddətdir ki, mühafizəçi, əlavə vaxtda isə fəhlə kimi çalışır.

37. X20 isə təxminən 2 ilə yaxın müddətdir ki, Federasiyanın fəaliyyətindən uzaqlaşdığını, ərizəni də başqa işlərlə məşğul olması ilə bağlı yazdığını, ona bu sahədə işləməklə bağlı zənglər olsa da, artıq bu sahədən uzaqlaşdığını, 2024-cü ildə keçirilmiş bir iclasda da iştirak edərək, üzvlükdən çıxdığını bildirdiyini, onun çalışdığı Cəsur MK Sumqayıt şəhərində yerləşdiyini və hazırda fəaliyyət göstərmədiyini qeyd etmişdir.

38. Federasiyanın üzvü olan Əhmədov Elxan Ələkbər oğlu isə ##.##.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti cənab Orxan Əliyevə müraciət edərək, Azərbaycan Muay Tay Federasiyasında olan “xxxx” idman klubunun fəaliyyətini müvəqqəti dayandırdığını və 2021-ci ildən fəaliyyətini Kikboksinq Federasiyasında davam etdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən bu şəxs həmin ərizənin ona aid olduğunu (ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, əvvəllər Birlikdə fəaliyyət göstərdiyini, daha sonra isə üzvlükdən çıxaraq Kikboksinq Federasiyasına keçdiyini, son 4 ildir ki, cavabdeh İctimai Birliyin iclaslarında iştirak etmədiyini, 2024-2025-ci illərdə keçirilən iclaslarda olmadığını, bununla bağlı hər hansı şəxslə mobil telefon vasitəsi ilə danışmadığını, mobil nömrəsini də dəyişdiyini bildirmişdir.

39. İddiaçı tərəf X21 və Əhmədov Elxan Ələkbər oğlunun Federasiyanın ümumi yığıncaqlarında, tədbirlərində, habelə ümumiyyətlə Federasiyanın işində iştirak etdiyini söyləməmişdir. Onların ən azı son 3 il ərzində hər hansı bir formada Federasiyanın işində iştirak etməsi müəyyən edilmir. İddiaçı yalnız X20 Federasiyanın iclaslarında iştirak etdiyini bildirmiş, bunun təsdiqi olaraq telefonunda olan şəkilləri məhkəmə kollegiyasına göstərmişdir. Lakin həmin şəkillərdən yalnız Pərvin Qurbanovun digər şəxslərlə birlikdə masa arxasında oturduğu görünür. Bu şəkillərdən onun məhz Federasiyanın işi ilə bağlı tədbirdə iştirak etməsi müəyyən edilmir. Pərvin Qurbanovun bir neçə şəxslə birlikdə bir masa arxasında oturması, bu şəxslər arasında hətta Federasiyanın üzvlərinin də yer alması, bu yığıncağın birmənalı şəkildə Federasiyanın işi ilə bağlı tədbir olması anlamına gəlmir. Başqa sözlə, telefonda göstərilən şəkillərdən bu tədbirin hansı tarixdə, hansı məsələ ilə bağlı keçirildiyi və Federasiyanın işi ilə bağlı olduğu müəyyən edilmir. Nəzərə alınmalıdır ki, X20 özü də 2024-cü ildə keçirilən bir tədbirdə iştirak etdiyini və üzvlükdən çıxdığını bildirdiyini qeyd edir. Onun istinad etdiyi “Cəsur” MK klubunun hazırda fəaliyyət göstərməsini təsdiq edən sübut da mövcud deyil. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfin bu şəxsin tədbirlərdə iştirak etməsi mövqeyini əsaslı hesab etməmişdir.

40. Məhkəmə kollegiyası mövcud vəziyyətdə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, bu şəxslərin şahid qismində iştirakı cavabdeh tərəfindən təmin edilmişdir. Bu da onların cavabdeh üçün daha əlçatan olması qənaətinə gəlməyə əsas yaradır. Belə olan halda, ##.##.2024-cü il tarixdə keçirilən konfransda iştirak edən cavabdeh onlarla əlaqə saxlayıb, onların da həmin konfransa onlayn qaydada qoşulmasını təmin edə bilərdi. Bu halın baş verməməsi onların həqiqətən də xeyli müddətdir ki, könüllü şəkildə Federasiyanın işində hər hansı formada iştirak etməməsini təsdiq edir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş və ##.##.2024-cü il tarixdə keçirilmiş konfransda iştirak etməyən üzvləri əks etdirən ##.##.2025-ci il tarixli akt digər iki şəxs tərəfindən imzalansa da, X20 tərəfindən ümumiyyətlə imzalanmamışdır. Başqa sözlə, nəticə etibarı ilə hazırkı mübahisə üzrə heç bir mötəbərliyə malik olmayan (imzalanması isə heç bir məsuliyyət yaratmayan) bu aktda belə onun imzasının olmaması bilavasitə onun Federasiyadakı üzvlüyünə münasibətini əks etdirir.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Federasiyanın nizamnaməsinə əsasən Federasiyaya yalnız idman təşkilatları, klublar, komandalar (dövlət və yerli özünüidarəetmə orqanlarının işçiləri istisna olmaqla) üzv ola bilər. Federasiyanın tədbirlərində iştirak etmək üzvlərin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, nizamnamədə şəxslərin Federasiyaya üzv qəbul edilməsi və onların (üzvlükdən çıxma və üzvlükdən xaric etmə formasında) üzvlüyünə xitam verilməsi qaydası müəyyən edilmiş, bu zaman mütəmadi olaraq, üzürlü səbəb olmadan Federasiyanın işində iştirak etməkdən boyun qaçırma xitamın xaric edilmə formasına aid edilmiş, lakin könüllü olaraq Federasiyanın üzvlüyündən çıxma ilə bağlı müraciətə hansı müddətdə baxılması məsələsinə aydınlıq gətirilməmiş, yalnız üzvlüyə qəbul ilə bağlı ərizəyə verildiyi gündən bir ay müddətində baxılması nəzərdə tutulmuşdur.

42. Lakin könüllü olaraq üzvlükdən çıxma halında bununla bağlı ərizəyə baxılması müddətinin dəqiq göstərilməməsi bu məsələnin aylar və illərlə davam etməsini mümkün edən hal deyil. Hər bir halda, həm X21, həm də X20 bu barədə ərizə yazıb və məsələyə münasibətlərini bildiriblər. X21 və Əhmədov Elxan Ələkbər oğlunun ən azı son 3 il ərzində Federasiyanın hər hansı işində iştirak etməsi müəyyən edilmir. X21 isə üzvlükdən könüllü çıxma qaydasını iddiaçı tərəfin özü izah etmiş və bununla bağlı daşınma xərcini də şəxsən iddiaçı qarşılamışdır. Bu şəxslər hər bir formada (ərizələri, sonrakı davranışları, klublarının fəaliyyət göstərməməsi və sair) faktiki olaraq üzvlükdən çıxdıqlarını və onların üzvlüyünün formal xarakter daşıdığını təsdiq edirlər. Belə olan halda, o cümlədən yuxarıda göstərilənlərin qarşılığında iddiaçı tərəfin üzvlüyə xitam verilməsi ilə bağlı Nizamnamənin tələblərinə istinad etməsi və bu 3 üzvün üzvlüyünə xitam verilməsi ilə bağlı Federasiya tərəfindən qərarın qəbul edilməməsi mövqeyindən çıxış etməsi əsassızdır. Hər bir halda, bir ildən artıq müddət əvvəl yazılı qaydada X21 və X20 Federasiyadan çıxdığını, Əhmədov Elxan Ələkbər oğlu isə Federasiyada fəaliyyətini dayandırdığını rəsmi bəyan etmişdir. X21 və Əhmədov Elxan Ələkbər oğlunun isə ən azı 3 ildir ümumiyyətlə Federasiyanın işində iştirak etmədiyi müəyyən edilir. Bununla belə, hüquqi nəticə etibarı ilə Federasiya yaranmış bu vəziyyətə uyğun olaraq Nizamnamə ilə üzərinə düşən səlahiyyətləri yerinə yetirməmiş və müəyyən edilmiş qaydaya uyğun olaraq həmin şəxslərin üzvlüyünə xitam verməmişdir. Bu da Federasiyada işin düzgün təşkil edilməməsi, fəaliyyətin koordinasiya olunmaması, habelə formal üzvlüyə məhəl qoyulmaması qənaətinə gəlməyə əsas verir.

43. Belə çıxır ki, bu şəxslər hazırda öz iradələrinə zidd olaraq Federasiyanın üzvüdür, bu üzvlük formal xarakter daşıyır. Bu kimi halların mövcudluğu, xüsusilə iddiaçı ilə cavabdehin vəziyyətində (iddiaçı ilə cavabdehin münasibətləri gərgindir, üzvlərin bir qismi iddiaçını, bir qismi cavabdehi dəstəkləyir, tərəfkeşlik baxımdan üzvlər arasında qruplaşma müşahidə olunur), konfransın səlahiyyətli olması üçün yetərsayın əldə edilməsinə süni maneələr yaradır və bu vəziyyətdən sui-istifadə etməyə imkan verir. Hazırkı mübahisədə də buna oxşar vəziyyət müşahidə olunur və iddiaçı məhz yetərsayın təmin edilməməsi baxımından konfransın səlahiyyətli olmamasını iddia edir.

44. Hər bir halda, Federasiyanın nizamnaməsi onun fəaliyyəti ilə bağlı süni maneələrin yaradılmasına rəvac verə bilməz, nizamnamədə təsbit edilmiş müddəalar onlardan irəli gələn tələblərə uyğun tətbiq edilməlidir. Ötən dövr ərzində isə həmin şəxslərin üzvlüyünə xitam verilməsi üçün nizamnamə ilə müəyyən edilmiş qaydanın tətbiqi üçün hər hansı maneənin olduğu müəyyən edilmir. Bu səbəbdən göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, həmin 3 şəxsin üzvlüyü yetərsay baxımından konfransın səlahiyyətli olması məsələsində nəzərə alına bilməz. Başqa sözlə, yetərsay müəyyən edilərkən, hesablama 22 üzv üzərindən deyil, bu şəxslər istisna olmaqla (223=19) 19 şəxs üzərindən aparılmalıdır.

45. Bu qaydada aparılmış hesablama nəticəsində isə ##.##.2024-cü il tarixdə keçirilən konfransın yetərsay baxımından səlahiyyətli olduğu müəyyən edilir. Belə ki, həmin konfransda Federasiyanın 8 üzvü (Cavabdeh, X11, X18, Taştəmirov Rəfail Taştəmir oğlu, Şahid, X8, X5, İsayev Rəşad Əfqan oğlu) bilavasitə, 2 üzvü isə (İbrahimov İlqar Fərrux oğlu və X23) “Whatsapp” proqram təminatı üzərindən onlayn qoşulmaqla iştirak etmişdir. İddiaçı tərəf bu şəxslərin həqiqətdə onlayn qaydada konfransa qoşulmadığını bildirsə də, öz mövqeyini sübuta yetirə bilmir. Həmin şəxslər özləri isə şahid qismində ifadə verərək, bununla bağlı iş materiallarında olan ərizələrin onlar tərəfindən yazıldığını və konfransda onlayn qaydada iştirak edərək, qəbul edilmiş qərarlara, o cümlədən iddiaçının Federasiyanın prezidenti vəzifəsindən xaric edilməsinə və cavabdehin bu vəzifəyə seçilməsinə səs verdiklərini təsdiq edirlər. Bu səbəbdən məhkəmə kollegiyası onların da konfransda iştirak etmələrini, bununla da konfransda Federasiyanın 10 üzvünün yer aldığını və hesablamanın 19 üzv üzərindən aparıldığını nəzərə alıb, vurğulayır ki, həmin konfrans yetərsay baxımından səlahiyyətli olmuşdur və konfransda qəbul edilmiş qərarlar bu əsasla etibarsız hesab edilə bilməz.

46. Məhkəmə kollegiyası o halı da nəzərə almışdır ki, “Whatsapp” proqram təminatı üzərindən aparılmış yazışmadan Federasiyanın üzvü olan İsayev Şəhriyar Elton oğlunun da ##.##.2024-cü il tarixli konfrans barədə məlumatı olması və atasının səhhətində yaramış problemlər səbəbindən konfransda iştirak edə bilməməsi müəyyən edilir. Bu şəxs şəxsən iştirak etməsə də, konfransda təmsil olunması üçün nümayəndəsini göndərmiş və onun nümayəndəsi də konfransda qəbul edilmiş qərarlara, o cümlədən iddiaçının Federasiyanın prezidenti vəzifəsindən xaric edilməsinə və cavabdehin bu vəzifəyə seçilməsinə səs vermişdir. Bu baxımdan konfransda 10-dan artıq, yəni 11 üzv iştirak etmişdir. Belə ki, İsayev Şəhriyar Elton oğlu düşünülmüş şəkildə konfransa nümayəndəsini göndərmiş və bununla da bu qaydada konfransda iştirak etmək istəyini və iradəsini bildirmişdir. Konfransdan sonra da ümumilikdə konfransın, o cümlədən prezident seçkilərinin nəticələrinə hər hansı formada etiraz etməmiş, öz nümayəndəsinə prezident seçkiləri ilə bağlı məsələ üzrə səs vermədə iştirak etmək səlahiyyətini vermədiyini bildirməmiş, bununla da nümayəndəsinin səs vermədə nümayiş etdirdiyi iradənin onun iradəsi olduğunu təsdiq edərək, bəyənmişdir. Hər bir halda, ötən dövr ərzində onun bu qərarlara hər hansı formada etiraz etməsi müəyyən edilmir. “Whatsapp” proqram təminatında yaradılmış və Federasiyanın üzvlərinin də daxil olduğu, habelə Federasiyanın İdarə heyətinə aid 2 ayrı qrupun aktiv iştirakçısı olan İsayev Şəhriyar Elton oğlunun bu qrupların hər hansı birində də bu məsələ ilə bağlı etiraz və ya tənqidi xarakterli yazılar yazdığını təsdiq edən hər hansı sübut (yazışmadan çıxarış) mövcud deyil. Belə olan halda, məhkəmə kollegiyası konfransdan xeyli müddət keçdikdən sonra, yəni hazırda, bu şəxsin belə bir mövqedən çıxış etməsini (konfransda müzakirə olunan məsələlərdən məlumatlı olmaması, nümayəndəsinə həmin məsələlərə səs vermək səlahiyyəti verməməsi, səsvermədən sonra ona səs verdiyinə görə irad bildirməsi və sair) qəbul etmir və belə qənaətə gəlir ki, onun hazırkı mövqeyi ##.##.2024-cü il tarixdə nümayəndəsi vasitəsi ilə bildirdiyi iradə ifadəsi ilə deyil, məhz hazırda iddiaçıya tərəfkeşlik (ona dəstək verməsi) etməsi ilə bağlıdır. Bu da ##.##.2024-cü il tarixli konfransın nəticələrinə təsir edə bilməz və hüquqi nəticə etibarı ilə onun öz nümayəndəsi vasitəsi ilə səsvermə zamanı bildirdiyi və sonradan bəyəndiyi iradə ifadəsinin nəzərə alınmaması (səsverməsinin etibarsız hesab edilməsi və sair) üçün əsas yaratmır.

47. Məhkəmə kollegiyası “möhür və təsis sənədlərinin təhvil verilməsi” tələbinin hüquqi nəticə etibarı ilə “ümumi yığıncağın (konfransın) nəticələrinin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələb olduğunu və bu tələbin təmin edilib-edilməməsinin bilavasitə ilk tələbin təmin edilib-edilməməsindən asılı olduğunu, ilk tələbin də təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alıb, hesab etmişdir ki, bu tələb də təmin edilə bilməz. Bu tələblə bağlı o da qeyd edilməlidir ki, ötən dövr ərzində iddiaçının belə bir çətinliklə üzləşməsi, o cümlədən cavabdehdən möhür tələb etməsi müəyyən edilmir. Digər tərəfdən iddiaçı Federasiyaya aid möhürə hazırda malikdir və ondan istifadə edir. Həmin möhürün əldə edilməsi əsası (möhürün itirilməsi barədə qəzetdə elan dərc etdirməklə) isə müstəqil qaydada bu tələbin rədd edilməsi üçün əsas yaradır. Belə çıxır ki, iddiaçı itirdiyi möhürü cavabdeh gizli şəkildə götürübdür. Lakin iddiaçı möhürün oğurlandığını bildirmir, cavabdehdə olduğunu və ona təhvil verilmədiyini iddia edir. Belə olan halda da hansı möhürün itməsi sual olaraq qalır. Cavabdehin möhürdən istifadə etməsi ilə bağlı da hər hansı sübut təqdim edilmir. Ötən dövr ərzində cavabdehin möhürdən istifadə edilməsinin qadağa edilməsi ilə bağlı da iddiaçı tərəfindən hər hansı tədbirin görülməsi öz təsdiqini tapmır.

48. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb onu da qeyd etmişdir ki, Federasiyanın üzvlərinin biri-biri ilə əlaqəsi var, demək olar ki, onlar hər biri digəri üçün əlçatandır. Belə olan halda, bu məsələyə aydınlıq gətirilməsi üçün Federasiyanın daha bir növbədənkənar konfransının keçirilməsinə və bu barədə bütün üzvlərə məlumat verib (onların həmin məlumatı aldıqlarını müəyyən edib) mümkün qədər çox üzvün (fiziki və onlayn) iştirakını təmin etməklə həmin konfransda Federasiyanın prezidentinin seçilməsinə hər hansı maneənin olduğu müəyyən edilmir.

49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 43.1, 43.5, 43.6, 49.1-ci, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 10.1, 10.2, 10.3, 10.5, 13.1, 25.1, 25.2, 25.3, 25.6, 25.7, 26.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

50. Qətnamədən iddiaçılar iddiaçı2 və İctimai Birlik (vəkil Vəkil) birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

51. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq tamam yeni əsaslarla qətnamə qəbul etmişdir. Belə ki, bir çox halda apellyasiya şikayətlərində olan də lillərlə razılaşmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığını qəbul edərək yeni sübutları araşdırmış, birinci instansiya məhkəməsinin müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübut edilmədiyini müəyyən etmişdir. Belə halda, apellyasiya məhkəməsi MPM-nin 385.1.2 və 385.1.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməli, yeni əsaslarla işə baxaraq yeni qətnamə qəbul etməli idi. Lakin apellyasiya məhkəməsi yeni əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla ziddiyyətli vəziyyət yaratmışdır. Belə ki, hazırda həm dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar qüvvədədir, həm də apellyasiya məhkəməsinin öz qətnaməsində müəyyən etdiyi hallar qüvvədir. Apellyasiya məhkəməsinin yol verdiyi prosessual pozuntu nəticəsində bir-birinə zidd olan iki müxtəlif preyudisial hallar qüvvəyə minmişdir. Bu isə hüquqi müəyyənlik prinsipinin pozuntusudur.

52. Apellyasiya məhkəməsinin istinad etdiyi “Whatsapp” qrupunda olan yazışmalarda konfransın keçirilməsini təklif edən aşağıdakı məzmunda mesaj paylaşılmışdır: “Axşamınız xeyir. Hörmətli məşqçilər, ayrılıqda müraciət edərək yığıncaq çağırılmasını istəyirsiniz mi? Ona görə sorğu keçirmək lazımdır. Kim yığıncağın keçirilməsini istəyirsə+qoysun.” Yuxarıda göstərilən mətndən göründüyü kimi təklif verən şəxs özü öz iradəsini heç bir halda ifadə etməmişdir. Mətn açıq şəkildə bildirir ki, “yığıncağın keçirilməsini istəyirsiniz”. Belə halda özünün bu yığıncağın keçirilməsini istəyirmi bəlli deyil. İkincisi, təkli edən şəxs həmin konfransın keçirməyi təklif etmir. Məsələn, o bildirə bilərdiki, “təklif edirəm yığıncaq keçirilsin, kim istəyirsə + qoysun”. Bu zaman onun konfrans keçirilməsini istəməsi barədə iradəsi bəlli ola bilərdi. Lakin konfrans keçirilməsini təklif etmir, yalnız məşqçilər yığıncaq keçirilməsini istədiyi üçün o, sorğu keçirməyi təklif edir. Son nəticədə o özü sorğuda iştirak etmir və konfransın çağırılmasına razılığını ifadə edən + işarəsini qoymur.

53. Belə olan halda apellyasiya məhkəməsi “Whatsapp” qrupunda olan yazışmaları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmamışdır. Son nəticədə yanlış qətnamə qəbul edilmişdir.

54. Apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşırlar ki, İctimai Birliyin üzvlüyünə xitam verilməsi üçün hər hansı qərarın qəbul edilməsinə ehtiyac qalmır. Üzvlüyə xitam verilməsi üzvün üzvlükdən çıxmaq iradəsini çatımlı şəkildə, sərbəst və açıq aydın ifadə etməsi yetərlidir. X21 və X20 belə iradələrini ifadə edən ərizələrinin olmasını qəbul etsələr də, Əhmədov Elxan Ələkbər oğluna gəldikdə isə onun belə iradəsini ifadə edən ərizə olmamışdır. Apellyasiya məhkəməsi qeyd edir ki, Əhmədov Elxan Ələkbər oğlu isə Federasiyada fəaliyyətini dayandırdığını rəsmi bəyan etmişdir. Lakin, Əhmədov Elxan Ələkbər oğlunun ərizəsinə diqqət yetirdikdə görünür ki, əvvəla onun ərizəsi Muay Tay Federasiyana ünvanlanmamışdır. İkincisi, həmin ərizədə aşağıdakılar ifadə olunmuşdur: “Yazıb sizə bildirirəm ki, mən Əhmədov Elxan Azərbaycan Muay Tay Federasiyasında klubu “xxxx”-də fəaliyyətimi dayandırmışam. Kikboks Federasiyası ilə fəaliyyətə başlamışam.” Bu ərizədə Elxan Əhmədovun federasiya və birliyin üzvlüyündən çıxması ilə bağlı iradəsi açıq aydın ifadə olunmamışdır. Fəaliyyəti dayandırmaq və birliyin üzvlüyündən çıxmaq tam ayrı hüquqi anlayışlardır. Hər hansı ictimai birliyə aktiv fəaliyyət göstərmədən, yəni passiv üzv də olmaq olar. Bundan əlavə, Elxan Əhmədovun Kikboksinq federasiyasında fəaliyyətə başlaması, həmin federasiyaya üzv olması belə onun avtomatik olaraq Muay tay Federasiyasından çıxması mənasına gəlmir.

55. Azərbaycan Respublikasının qanunvericiliyi bir şəxsin bir neçə ictimai birliyə üzv olmağı qadağan etmir. Misal üçün, cavabdeh Azər Həsənov özü Muay Tay Federasiyasının idarə heyətinin üzvü olmaqla yanaşı, həm də “Uşu Sanda” Federasiyasının prezidentidir.

56. Elxan Əhmədovun məhkəmədə şahid qismində verdiyi ifadəyə gəldikdə isə o ilk dəfə məhkəmədə birliyin üzvlüyündən çıxmağı açıq aşkar şəkildə bəyan etmişdir. Onun üzvlükdən çıxma anı da həmin vaxtdan qəbul edilməlidir.

57. Belə olan halda, 0# ###### 2024-cü il tarixdə o hələdə birliyin üzvü olmuşdur. Beləliklə, İctimai Birliyin üzvlərinin sayı 19 yox, 20 nəfər hesablanmalı idi. Belə olan halda, konfransın baş tutması və yetərsayın olması üçün 11 nəfərin iştirak etməsi zəruri idi. İkincisi bu arqumentlə bağlı apellyasiya məhkəməsi 0# ###### 2024-cü il tarixdə keçirilən konfransda canlı olaraq 7 nəfər üzvün, 1 nəfərdə üzvün nümayəndəsi iştirak etmişdir.

58. Birləşmək azadlığı hüquqi təbiətinə görə şəxsi hüquqdur, bu hüquqdan şəxsən istifadə edilə bilər. Belə hüquqlar ötürülə və ya etibarnamə əsasında təmsil edilə bilməz. Bundan əlavə apellyasiya məhkəməsi Şəhriyar İsayevin nümayəndə vasitəsi ilə təmsil edildiyini göstərsə də iş materiallarında belə səlahiyyətin verildiyini göstərən etibarnamə yoxdur. Apellyasiya məhkəməsi nəinki, bu şəxsin səlahiyyətlərini təsdiq edən etibarnamənin olub-olmamasını yoxlamamışdır. Hətta bu şəxsin kimliyini belə müəyyən etməmişdir.

59. Üçüncüsü, apellyasiya məhkəməsi 0# ###### 2024-cü il tarixli konfransa onlayn qoşulduqlarını iddia edir. Lakin konfransa sədrlik etmiş Şahid məhkəmədə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, həmin konfransa onlayn qaydada heç kim qoşulmamışdır. Birlik üzvləri İbrahimov İlqar Fərrux oğlu və X23 məhkəmədə ifadələrində konfransa onlayn qoşulduqlarını təsdiq etsələr də, iddiaçıların vəkilinin bu konfransa nə vaxt, necə hansı yolla qoşulmaları barədə suallarına, “bilmirik” kimi cavab vermişlər. Bu səbəbdən bu şəxslərin konfrans iştirakçıları olmaları barədə ifadələri mötəbər sayıla bilməz. Belə olan halda apellyasiya məhkəməsi Əhmədov Elxan Ələkbər oğlunun ictimai birliyin üzvlüyündən çıxması barədə sübutları, İbrahimov İlqar Fərrux oğlu və X23 onlayn qoşulmaları barədə sübutları, İsayev Şəhriyar Elton oğlunun nümayəndə vasitəsi ilə konfransda təmsil olunması barədə sübutları obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirməmiş, prosessual pozuntuya (MPM-nin 88-ci maddəsinin pozuntusuna) yol vermiş və nəticədə yanlış qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

60. Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

61. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

62. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

63. Maddə 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər.

64. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu.

65. Maddə 10.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.

66. Maddə 10.2. İctimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.

67. Maddə 10.3. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir.

68. Maddə 10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.

69. Maddə 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir.

70. Maddə 25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir.

71. Maddə 25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.

72. Maddə 25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

73. Maddə 25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

74. Maddə 25.7. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.

75. Maddə 26.1. İctimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

78. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

81. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

84. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

85. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

87. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

88. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

90. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

91. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

92. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

93. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

94. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

95. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

96. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

97. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

98. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar iddiaçı2 və iddiaçı1 İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar