Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-555/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər “X7 İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağıçılıq kitbaçasını etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər “X7 İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı “bağçılıq kitabçasının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlərinin 1990-cı il tarixli siyahısında cavabdeh1 ** nömrəli bağ sahəsi, İddiaçı isə ** nömrəli bağ sahəsinin ayrılması qeyd olunmuşdur.
2. Az.ETH və Mİ EİB-nin “Hidrotexnik” bağçılıq yoldaşlığının ## ####### 1990-cı il tarixli ** nömrəli iclasının protokolundan çıxarışa əsasən 600 kv.m torpaq sahəsi olan ** nömrəli bağ sahəsi cavabdeh1 daimi istifadəsinə verilməsi qərara alınmışdır.
3. Az.ETH və Mİ EİB-nin “Hidrotexnik” bağçılıq yoldaşlığın İdarə heyətinin ## #### 2005ci ildə aparılmış kompleks yoxlama nəticəsində dəqiqləşdirilmiş plana əsasən bağ sahələrinin sırala nömrələri yeniləşdirilən bağçılıq yoldaşlıq üzvlərinin siyahısına əsasən cavabdeh1 aid bağ sahəsinin yeni sıralama nömrəsi 50 olmuş, bağ sahəsinin ilkin sıralama nömrəsi isə 22 olmuşdur.
4. “Hidrotexnik” bağçılıq yoldaşlığı tərəfindən ## ####### 1980-ci il tarixdə cavabdeh1 verilmiş bağçının yoldaşlıq kitabçasında bağ sahəsinin nömrəsinə dəyişiklik edilmiş, ** nömrəli sahə ** nömrəli sahə kimi göstərilmişdir. Həmçinin həmin kitabçada qeyd edilmişdir ki, 22 N-li sahə xəritədən kənarda və əksinə, yararsız olduğundan həmin sahə 1994-cü ildən etibarən istifadəsiz qalmış və bağçılıqdan üzvlüyündən çıxan ** nömrəli sahə ilə dəyişdirilmişdir. Bundan sonra cavabdeh1 üzərində “dublikat” yazılmış bağçının yoldaşlıq kitabçası verilmiş və bu kitabçada bağ sahəsinin nömrəsi 50 nömrə kimi qeyd olunmuşdur.
5. ** nömrəli torpaq sahəsinə dair cavabdeh1 mülkiyyət hüququ ## ##### 2011-ci il tarixdə Dövlət reyestrində qeydiyyata alınmış, daha sonra həmin torpaq sahəsi başqa şəxslərə satılmışdır. Torpaq sahəsi hazırda X1 mülkiyyətindədir.
6. Bakı İnzibati Məhkəməsi ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından görünür ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” X3 * saylı Bakı Ərazi İdarəsinə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbi barədə” iddia ilə həmin məhkəməyə müraciət etmişdir. Onun iddiasına dair inzibati işə baxılmış və iddia təmin edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, elektron kadastr məlumatlarına əsasən iddiaçının iddia etdiyi bağ sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsi isə bağçılıq yoldaşlıq təsərrüfatının ayrıca aktından kənarda yerləşir. Həmçinin “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına ** nömrəli bağ sahəsi qeyd edilmişdir. Lakin İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində ** saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və.s) idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına ** nömrəli bağ sahəsinin ayrılması qeyd edilsə də, iddiaçıya ** saylı bağ sahəsinin verilməsinə dair həmin siyahıya uyğun verilmiş sənəd (üzvlük kitabçası və.s) iddiaçı tərəfindən təqdim edilməmiş, nədə ki, cavabdeh orqanın arxivində aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər “X7 İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-cı il tarixli ona aid olan ** nömrəli bağ sahəsinə dair qanunsuz olaraq cavabdeh1 adına verilmiş bağçılıq kitabçasının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Az.ETH və MİEİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığı tərəfindən 1990-ci il tarixdə verilən bağ üzvlərinin siyahısına əsasən iddiaçıya ** nömrəli bağ sahəsi verilmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, 1994-cü ildə həmin bag sahəsi institutun əməkdaşı cavabdeh1 verilmişdir. Belə ki, iddiaçıya aid olan 50 N-li bağ sahəsi Az.ETH və Mİ EİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığın İdarə heyətinin ## #### 2005ci il tarixli iclasının 3 N-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin son siyahısında ** nömrəli bağ sahəsi cavabdeh1 adına özəlləşdirilmişdir. İddiaçıya aid olan ** saylı bağ sahəsini o vaxt orada işləyən cavabdeh1 adlı əməkdaş öz adına saxta yolla bağçılıq sənədi düzəldib və ora çıxarış alıb, daha sonra isə başqa şəxsə satmışdır. Cavabdeh “X7 İnstitutu” MMC-yə müraciət etməsinə baxmayaraq, iddiaçıya qeyd edilən bağ sahəsinin 4 il müddətində tərəfindən istifadə edilməməsini əsas gətirərək, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən bağçılıq yoldaşlıq təsərrüfatından kim 1-3 il müddətində istifadə etmirsə o kollektiv təsərrüfatdan kənarlaşdırılır və bağ sahəsi digər əməkdaşa verilir (məktub ərizəyə: əlavə edilir). Bu səbəbdəndə, iddiaçı ona aid olan 1990-ci il tarixli 50 N-li bağ sahəsinə dair qanunsuz olaraq cavabdeh1 adına verilmiş bağçılıq kitabçasının etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili İsmayılov Mehman Malik oğlu əlavə olaraq bildirmişdir ki, iddiaçıya 1990-cı ildə “Hidrotexnik” bağçılıq yoldaşlığı tərəfindən ** nömrəli bağ sahəsi ayrılmışdır. Bağ sahəsinin yerləşmə yerinə dair cizgiplanı məhkəməyə təqdim edilmiş və həmin cizgidən də görünür ki, bağ sahəsi mövcud olmuşdur. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş siyahıdan da görünür ki, iddiaçı bu siyahıda var və ona ** nömrəli bağ sahəsi verilmişdir. Bu sənədlər onu göstərir ki, ** nömrəli bağ sahəsi həqiqətən də qanuni əsaslarla 1990-cı ildə iddiaçıya ayrılmışdır. Daha sonra müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh cavabdeh1 adına rəsmiləşdirilmişdir. Halbuki, siyahıdan, cavabdeh1 aid üzvlülük kitabçasından və digər sənədlər görünür ki, cavabdeh1 məxsus olan ** saylı bağ sahəsi iddiaçıya məxsus ** nömrəli bağ sahəsi ilə əvəzləşdirilmişdir. Qanunvericiliyin tələblərinə uğun şəkildə torpaq sahəsinin iddiaçıya verilməsi etibarsız hesab edildikdən, torpaq sahəsi geri alındıqdan sonra başqa şəxsə verilə bilərdi. Bu hallar olmadığından iddia tələbi əsaslıdır və iddiaçıya məxsus torpaq sahəsinin bağçılıq kitabçasında nömrə üzərində xətt çəkilməklə cavabdeh cavabdeh1 adına rəsmiləşdirilməsi qanunsuzdur. Bağ sahəsində əsasən iddiaçının atası bağ təsərrüfatı ilə məşğul olmuş, iddiaçı özü yay aylarında bağ sahəsinə gedib-gəlmişdir. Sonradan iddiaçının səhətində problemlər yarandığından bir müddət bağ sahəsinə gedə bilməmişdir. İddia müddətinin tətbiqi barədə ərizə isə əsassızdır. Belə ki, torpaq sahəsinin başqa şəxsin adına sənədləşdirilməsi barədə iddiaçının məlumatı ümumiyyətlə olmamış, məlumatı olduqdan sonra isə məhkəməyə müraciət etmişdir.
11. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil2 iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının ona aid olduğunu bildirdiyi bağçılıq kitabçasının mübahisələndirməsinə dair subyektiv hüququ ümumiyyətlə mövcud deyildir. Belə ki, 1990-cı ildə verilən bağ üzvlərinin siyahısına əsasən iddiaçıya ** nömrəli bağ sahəsi verilmişdir. 4 il müddətində ** saylı bağ sahəsi iddiaçı tərəfindən istifadə edilməmişdir. Torpaq Məcəlləsinin 73cü maddəsinin birinci bəndinə əsasən bağçılıq təsərrüfatından 1-3 il müddətində istifadə edilmirsə, bu halda şəxs kollektiv bağçılıq təsərrüfatdan kənarlaşdırılır. Bağ sahəsi digər əməkdaşa verilir. 1994-cü ildə həmin bağ sahəsi instititunun əməkdaşı olan Hikmətə Əsgərova verilmişdir. Məlum olmuşdur ki, həmin torpaq sahəsi üzərində hüquqlarına Torpaq Məcəlləsinin tələblərinə müvafiq olaraq xitam verildiyi iddiaçıya da əvvəllər məxsus olmuşdur. Lakin qanunun tələbinə əsasən iddiaçının torpaq sahəsi üzərində hüquqlarına xitam verilmişdir. Az.ETH və Mİ EİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığının İdarə Heyətinin 2005-ci il tarixli iclasının * №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında ** nömrəli bağ sahəsi cavabdeh1 adına özəlləşdirilmişdir. Bu baxımdan ümumiyyətlə, iddiaçının bağ sahəsi ilə bağlı tələb irəli sürməyə dair subyektiv hüququ yoxdur. Ali Məhkəmənin qərarlarında da göstərilən ümumi mövqe bundan ibarətdir ki, Torpaq Məcəlləsinin tələblərinə müvafiq olaraq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilmiş şəxsin, həmin torpaq sahəsi ilə bağlı tələb irəli sürməyə dair subyektiv hüququ mövcud olmur. Bundan başqa, iddiaçı bildirilmişdir ki, kollektiv bağçılıq təsərrüfatdan kənarlaşdırılmaya dair rəsmiləşdirmə Qərarla olmalı idi. Qeyd edilməlidir ki, qurum tərəfindən rəsmiləşdirilmənin düzgün həyata keçirilməməsinə dair onlarda hər hansı məlumat yoxdur. İddiaçı tərəfindən irəli sürülən iddiaların heç biri onun tərəfindən sübuta yetirilməmişdir. Bağ sahəsini üzərində mülkiyyət hüququna xitam verən qurumun arxivində həmin sənədlər qalmadığından hazırda bağ sahəsinin iddiaçıya qanuni verilib-verilməməsi və ya bağ sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin buna dair iddia iddaçı tərəfindən irəli sürüldüyündən onun tərəfindən sübut edilməlidir. Ümumiyyətlə, bu məsələnin cavabdeh1 mülkiyyət hüquqlarına hər hansı bir aidiyyəti yoxdur. Əgər məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüquqlarına xitam verilməsinin qanuni olmaması müəyyən edilsə belə, bu vicdanlı əldə edən olan elmi işçi cavabdeh1 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməməlidir. Həmçinin torpaq sahəsi hazırda başqa şəxsin mülkiyyətindədir. Bundan əlavə, bu işlə əlaqədar inzibati məhkəmədə mübahisə olmuş, inzibati məhkəmə icraatı qaydasında da iddiaçının iddiası təmin edilməmiş, Çıxarışın ləğvi üçün qanuni əsas müəyyən edilməmişdir. 32 ildən artıq müddətdir ki, iddiaçı mübahisələndirdiyi məsələ ilə maraqlanmamışdır. Hazırda subyektiv hüququ olmadığı halda bağçılıq kitabçasının mübahisələndirməsi Az.ETH və Mİ EİB-nin “Hidrotexnika” bağçılıq yoldaşlığının İdarə Heyətinin 2005-ci il tarixli iclasının * №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında verilmiş ** nömrəli bağ sahəsi ilə bağlı hüquqlarını pozur. İddiaçı tərəfindən həmin bağ sahəsinin qanunsuz olaraq cavabdeh1 verildiyi bildirilsə də, buna dair hər hansı sübut irəli sürülməmişdir. cavabdeh1 ona Az.ETH və Mİ EİBnin “Hidrotexnika” bağçılıq yoldaşlığının İdarə Heyətinin 2005-ci il tarixli iclasının * №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında ** nömrəli bağ sahəsinin ona verilməsinə dair etimat hüququ vardır. Həm iddiaçının tələbə dair subyektiv hüququ yoxdur, həm də ümumiyyətlə tələblə bağlı iddia müddəti keçmişdir. Bağ sahəsinin verilməsindən 32 il keçdikdən sonra ona dair sənədin mübahisələndirilməsi cavabdehin mülkiyyət hüquqlarını pozan haldır.
12. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə də vermişdir.
13. Cavabdeh “X7 İnsitutu” MMC-nin nümayəndəsi X5 iddia tələbini etiraz edərək bildirmişdir ki, torpaq sahəsinin Hikmət Əliyevə verilməsi ilə bağlı hər hansı bir saxtalaşdırma olmamışdır. Torpaq sahəsinin cavabdeh1 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir
14. İş materiallarında olan, cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının ##.##.2024cü il tarixli müraciəti əsasında Bağçılıq Yoldaşlığın arxiv sənədlərini bir daha araşdırılmışlar. Müəyyən edilmişdir ki, 1990-cı ildə verilən bağ üzvlərinin siyahısına əsasən iddiaçıya ** №-li bağ sahəsi verilmişdir. 4 il müddətində iddiaçı həmin bağ sahəsindən istifadə edilməmişdir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən bağçılıq yoldaşlıq təsərrüfatından kim 1-3 il müddətində istifadə etmirsə o kollektiv təsərrüfatdan kənarlaşdırılır, bağ sahəsi digər əməkdaşa verilir. Ona görə (Bakı Şəhəri İcra Hakimiyyətinin şöbə müdiri N.A.Məlikovun məktubuna əsasən, sürəti əlavə olunur) 1994-cü ildə həmin bağ sahəsi İnstitutun əməkdaşı cavabdeh1 verilmişdir (üzvlük kitabçanın sürəti təqdim edilir). İddiaçının 32 il müddətində kollektiv-bağçılıq təsərrüfatında bağ sahəsi ilə maraqlanmadığı halda hazırda bağ istəməsi əsassızıdır. Hazırda iddiaçıya həmin bağ sahəsinin verilməsi qeyri-mümkündür. Bağçılıq yoldaşlığının İdarə Heyətinin ##.##.2005-ci il tarixli iclasının * №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin son siyahısında ** nömrəli bağ sahəsi cavabdeh1 adına özəlləşdirilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və Park- Bağ Təsərrüfatının
15. İnkişafı və İstismarı Birliyinə ünvanlanmış **/**-*** saylı, ## #### 2005-ci il tarixli məktubunda qeyd edilmişdir ki, uzun müddət bağ sahələrindən istifadə etməyən şəxslər və çəpərlənməmiş, hasarlanmamış bağ sahələri ilə bağlı yaranmış ziddiyyətlərlə əlaqədar ## #### 2005-ci il tarixli, **** saylı müraciətlərinə Komitənin Bakı Şəhər Şöbəsində baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda, 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə və ya icarə şərtlərinə əməl edilmədikdə, 8-ci abzasına əsasən torpaq sahəsində 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İlkin Əliyev)
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, iddia tələbini “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlük siyahısına əsaslanmaqla ** nömrəli torpaq sahəsinin ona ayrılmasını və bu torpaq sahəsinin uzun müddətdə onun sahibliyində və istifadəsində olması əsasları ilə sübut etməyə çalışsa da, bu hallar iş üzrə müəyyən edilməmiş və bu barədə müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Yəni iddiaçı istinad etdiyi üzvülük siyahısı əsasında ona torpaq sahəsinin ayrılmasını (üzvlük kitabçasının verilməsini və ya üzvlərin iclasının protokolundan çıxarışın olmasını), həmin sahədən uzun müddət, ən azından cavabdehin mülkiyyət hüquqları qeydə alınana qədər istifadə və sahiblik etdiyini sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı da iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sənədin mövcud olması müəyyən edilməmişdir. ** nömrəli torpaq sahəsinə dair cavabdeh1 mülkiyyət hüququ ##.##.2011-ci il tarixdə Dövlət reyestrində qeydiyyatına alınmış, daha sonra həmin torpaq sahəsi başqa şəxslərə satılmışdır. Torpaq sahəsi hazırda X1 mülkiyyətindədir.
18. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı cavabdeh DƏDKR X3ə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin ##.##.2023-cü il tarixli, 2-1(112)- ****/**** saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır.
19. Bakı İnzibati Məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, elektron kadastr məlumatlarına əsasən iddiaçının iddia etdiyi bağ sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsi isə bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin “Hidrotexnik” bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında iddiaçının adına ** nömrəli bağ sahəsi qeyd edilsə də, iddiaçının adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində ** saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və.s) idarənin arxivində aşkar edilməmişdir.
20. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir.
21. Beləliklə, birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçını hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.
22. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə zərurət görməmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1.7-ci, Torpaq Məcəlləsinin 73, 75-ci, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Azad İmanov)
27. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirmişdir ki, Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə görə, ##.##.2007-ci il tarixinədək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Torpaq Məcəlləsinin tələblərinə görə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir (maddə 73., bənd 1., abzas 8.).Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir (maddə 75., bənd 1.).
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, iddia tələbini “Hidrotexnik” Bağçılıq Yoldaşlığın üzvlük siyahısına əsaslanmaqla ** №-li bağ-torpaq sahəsinin ona ayrılmasını və bu torpaq sahəsinin uzun müddətdə onun sahibliyində və istifadəsində olması əsasları ilə sübut etməyə çalışsa da, bu hallar iş üzrə müəyyən edilməmiş və bu barədə müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Yəni iddiaçı istinad etdiyi üzvlük siyahısı əsasında ona torpaq sahəsinin ayrılmasını (üzvlük kitabçasının verilməsini və ya üzvlərin iclasının protokolundan çıxarışın olmasını), həmin sahədən uzun müddət, ən azından cavabdehin mülkiyyət hüquqları qeydə alınana qədər istifadə və sahiblik etdiyini sübut edə bilməmişdir.
29. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının yuxarıda qeyd edilən tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur və birinci instansiya məhkəməsi bu əsasla iddianı rədd etməklə haqlı olmuşdur.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1.7-ci, Torpaq Məcəlləsinin 73, 75-ci, “Torpaq İslahatı haqqında” Qanunun 9, 10-cu və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmənin müəyyən etdiyi faktlardan görünür ki, məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Bununla da MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, ədalət mühakiməsi faktlar əsasında həyata keçirilməmişdir. İşin hallarından, yazılı sübutlardan və tərəflərin verdiyi izahatlarla müəyyən olunur ki, mübahisəli bağ sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır, hətta torpaq sahəsi iddiaçıya təhvil verilmiş və plan cizgi sxemində də göstərilmişdir. Bunu hətta cavabdehlər belə inkar etmir, sadəcə bildirirlər ki, torpaq iddiaçıya ayrılsa da guya istifadə etmədiyidən geri alınıb və başqa şəxsə verilib. Lakin öz etirazlarını heç bir rəsmi sənədlə və sübutla təsdiq edə bilmirlər. Belə ki, torpaq sahəsinin iddiaçıdan geri alınması və iddiaçının hüquqlarına xitam verilməsi ilə bağlı heç bir dəlil və rəsmi sənəd yoxdur. Məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Bundan əlavə, bağ sahəsinin yerləşdiyi yerin yerləşmə sxemini məhkəmə qiymətləndirməməklə onun subyektiv hüququnun olmaması qənaətinə gəlməklə qanunun tələblərini pozmuşdur. Bu yazılı sübutlar mötəbər dəlillərdir və məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.
b) Kassasiya şikayətinə etirazın dəlilləri
33. Kassasiya şikayətinə etiraz verilməmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 73 (hissə 1, bənd 8). Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir. Maddə 75 (hissə 1). Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Maddə 75 (hissə 5). Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. Maddə 75 (hissə 6). Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
“Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10 (hissə 2). Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilib. Bu baxımdan, qətnamə tam yoxlanılır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə hüquqi dəyərləndirməsi ilə razılaşır.
40. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını, o cümlədən iddia tələbi, iddia tələbinə etirazın və apelyasiya şikayətinin dəlilləri ilə bağlı xüsusatları, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.
41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
42. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.