Məhkəmə qərarları › İş №2(1-8)-582/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-582/2026

30.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-582/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququndan yaranan mübahisə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəc i hakim), Əliyev Zaur Əli og lu və Babayev Zəki Baba og lundan ibarət tərkibdə, iddiaçı İddiaçı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı "qeyri-yaşayış sahəsinin ictimai iaşə obyekti kimi istifadə olunmasının cavabdehlərə qadağan edilməsi və s" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Inşaatçılar pr., ev 33, mənzil 30 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Inşaatçılar pr., giriş 123, M7, m4) İddiaçı xüsusi mülkiyyətindədir.

2. ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin hər birinə ½ hissədə məxsus olmaqla cavabdeh1 və cavabdeh2 paylı mülkiyyətindədir.

3. Sözügedən qeyri yaşayış sahəsi iddiaçının yaşadığı binanın birinci mərtəbəsində yerləşir. Sahə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə bağlanmış ## ###### 2024-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmişdir və hazırda “Izmir” restoranı olaraq fəaliyyət göstərir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək, ünvan 1 ünvanında, 0,32875 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən (“Izmir” restoranı) ictimai iaşə obyekti olaraq, o cümlədən restoran, kafe, yeməkxana, bar, gecə klubu, şadlıq sarayı kimi istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi, eləcə də həmin yaşayış sahəsindən norma həddindən artıq səviyyədə səs-küyün və qoxunun yayılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Izmir” restoranı kimi fəaliyyət göstərən həmin qeyri-yaşayış sahəsi müxtəlif şəxslərə qısa və uzun müddətə icarəyə verilir və həmin restoranının fəaliyyəti yüksək səs küylə, kəskin qoxuyla, antisanitar vəziyyətlə müşahidə edilir. Bu səbəbdən iddiaçı və onun ailə üzvləri, eləcə də digər sakinlər öz mülkiyyətində olan mənzillərində rahat yata, dincələ bilmir, uşaqlar isə dərs tapşırıqlarını yerinə yetirə bilmir, “Izmir” restoranından gələn yüksək səslər, musiqi səsi, restoranın havalandırma borusundan çıxan kəskin qoxulu tüstü hər gün binanın sakinlərinin orqanizminə daxil olur və sinir sisteminə mənfi təsir göstərir, nəticədə kəllədaxili və qan təzyiqi dəyişir və.s. Xüsusilə səhər saatlarından başlayaraq gecə saat 03:00-dək “Izmir” restoranında səs-küy səviyyəsinin 82-92 dBA qədər olduğu mütəmadi müşahidə edilir. Dəfələrlə, “Izmir” restoranını işlədən şəxslərə edilmiş xəbərdarlıqlara baxmayaraq, onlar tərəfindən buna heç bir məhəl qoyulmamış və öz fəaliyyətini davam etdirməkdədir. Həmin hallarla bağlı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq Idarəsi, Yasamal Rayon Prokurorluğu, Yasamal Rayon Polis Idarəsinin 27-ci Polis Şöbəsinə müraciətlər etmişdir.

6. Cavabdeh cavabdeh1 iddiaya qarşı yazılı etiraz verərək, iddianın qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri olan cavabdehlərə qarşı irəli sürülməsi düzgün deyildir. Çünki onlar həmin obyekti işlətmirlər, icarəyə verirlər. Obyekti işlədən şəxs isə iş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

7. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında 0.32875 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsində (“Izmir” restoranında) hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək musiqi səsləndirilməsi, musiqi alətlərindən istifadə edilməsi və canlı musiqi ifa edilməsinin təşkilinin cavabdehlərə qadağan edilməsi, həmin ünvanda fəaliyyət göstərən “Izmir” restoranında səhər saat 07:00-dan axşam saat 23:00-dək ətraf-mühitə yayılan səsin səviyyəsinin 60 dBA-dan yüksək olmasının cavabdehlərə qadağan edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət etmişdir (Hakim- X18).

8. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin mahiyyətini cavabdehlər cavabdeh1 ilə cavabdeh2 paylı mülkiyyətində olub icarə müqaviləsi əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs icarəyə verildikləri ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi - “Izmir” restoranın ictimai iaşə obyekti kimi istifadə edilməsinin, eyni zamanda qeyri-yaşayış sahəsindən norma həddindən artıq səviyyədə səs-küyün və qoxunun yayılmasının qadağan edilməsi tələbidir.

9. Iş materiallarına əlavə edilmiş dövlət orqanlarının iddiaçıya ünvanladığı çoxsaylı cavab məktublarına əsasən cavabdehlər tərəfindən icarəyə verilən obyektdə səs-küy normalarının pozulması təsdiq olunur. Həmçinin iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərlə “Izmir” restoranında səs-küyün səviyyəsinin 90 Decibeldən çox olması təsdiq olunur.

10. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq Idarəsi tərəfindən İddiaçı və digərlərinə ünvanlanmış *-**-**/*-M-***-*/**** saylı, ## #### 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 168 “Çağrı mərkəzi"nə ünvanladığınız Izmir parkında yerləşən “Izmir" restoranının fəaliyyəti zamanı yaranan yüksək səs-küy və tüstünün sakinlərə narahatlıq yaratması ilə bağlı müraciətlərə əsasən 14 və ## #### 2024-cü il tarixlərində restoranın icarədarı Pərviz adlı şəxsin iştirakı və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları ilə birgə monitorinq keçirilmişdir. Monitorinq müddətində müəyyən olunmuşdur ki, “Izmir” restoranında sifariş əsasında açıq havada banketlər təşkil olunur. X7 restoranın həyətində keçirilən tədbirlər zamanı yaranan səsküyün bina sakinlərini narahat etdiyini şifahi olaraq bildirmişdir. ## #### 2024-cü il tarixində keçirilən monitorinq zamanı restoranda tədbir olmadığı üçün ölçmə işlərinin aparılması mümkün olmamışdır. Restoranın nümayəndəsi ## #### 2024-cü il tarixində tədbir olacağını qeyd etdiyi üçün X7la növbəti monitorinqin iyun tarixində keçiriləcəyi barədə razılıq əldə edilmişdir. ## #### 2024-cü il tarixində keçirilən növbəti monitorinq zamanı restoranın mətbəxində manqaldan istifadə edildiyi, lakin tüstü bacasına zərərli qaz qarışıqlarının qarşısının alınması üçün qaz-toz tutucu təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Monitorinq müddətində restoranın tüstü bacasında tüstü müşahidə edilmədiyi üçün atmosfer havasına atılan zərərli qazın miqdarını müəyyən etmək məqsədilə ölçmə işlərini aparmaq mümkün olmamışdır. Bundan əlavə, ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə musiqi səslənən zaman restoranın ətraf ərazilərində PCE-322A (seriya nömrəsi 190809665) cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticələrə əsasən səs-küy səviyyəsinin 66-69 dBA norma-60.0 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan ekoloji nöqsanlarla bağlı qanuna müvafiq tədbirlərin görülməsi üçün ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə müraciət olunmuşdur.”

11. ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış ## #### 2024-cü il tarixli məktubun sürətindən görünür ki, tərəfindən “Izmir restoranından gələn yüksək səs-küyün narahatlıq yaratması” barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə və Nazirliyin elektron poçtuna daxil olmuş eyni məzmunlu kollektiv müraciətə X5 Monitorinq Idarəsinin əməkdaşlarının, şikayətçilər adından araşdırmada iştirak edən Izmir Residence yaşayış binasının komendantının və restoranın icarədarı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə birgə monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə musiqi səslənən zaman restoranın ətraf ərazilərində ölçmə işləri aparılmış, mövcud vəziyyət qanunamüvafiq sənədləşdirilərək ətraf mühitə yayılan səs-küy səviyyəsinin yol verilə bilən norma həddində saxlanılmasının və digər ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması məqsədilə Izmir” restoranının icarədarı N. Babayevə icrası məcburi olan müddətli “Məcburi Göstəriş” verilmişdir.” AR DIN Yasamal RPI-nin 27-ci Polis Şöbəsi tərəfindən X8 ünvanlanmış ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı “Izmir” restoranının nəzarətçisi vəzifəsində çalışan X3 şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Onunla sakinlərin haqlı narazılığına səbəb ola biləcək hallara yol verilməməsi məqsədilə profilaktik söhbətlər aparılmış, şifahi xəbərdarlıq edilmişdir.

12. Bakı şəhəri Yasamal Rayon X22 ünvanlanmış ## ######## 2024-cü il tarixli məktubundan görünür ki, ’'Izmir" restoranında yüksək səviyyədə səs-küy səbəbi ilə hüquqların pozulması barədə şikayət ərizəsi əsasında rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma nəticəsində restoranın icarədarı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməlində Azərbaycan Respublikası IXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkib əlamətləri olması əsası ilə barəsində Azərbaycan Respublikası IXM-in 275.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir.

13. ## ###### 2025-ci il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı hazırda “Izmir” restorana məxsus qapalı hissədə yalnız restoran fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Cavabdeh cavabdeh2 nümayəndəsi X4 bildirmişdir ki, yalnız yay aylarında (maysentyabr ayları) açıq məkandan restoran kimi istifadə olunur, həyətdə musiqi alətlərindən istifadə olunur, qalan aylarda restoranın qapalı hissəsində musiqi alətlərindən istifadə olunur. Iddiaçı İddiaçı verilən suala cavab olaraq bildirmişdir ki, müvəqqəti təminat tədbiri tətbiqi ilə əlaqədar axşam saat 23:00-dan sonra musiqi alətlərindən istifadə olmayıb, hazırda ümumiyyətlə musiqi səsi, restoran ərazisindən səs-küy və qoxu gəlmir.

14. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla əmlakından öz mülahizəsinə uyğun o şərtlə istifadə edə bilər ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlöərə əsasən iddia əsaslı hesab edilmişdir.

15. Məhkəmə öz mövqeyini “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi, Mülki Məcəlləsinin 152.5, 157.4,171.1- 171.3-cü maddələri, Inzibati Xətalar Məcəlləsinin 275.2,521-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və iddia tələbini qismən də olsa təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçının bu iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Belə ki, cavabdeh1 ümumiyyətlə həmin iş üzrə iddiaya cavab verməli olan şəxs deyildir. O əmlakın mülkiyyətçisidir. Bir mülkiyyətçi kimi öz əmlakını icarəyə verərək gəlir əldə edir. Yəni əmlakı icarəyə götürərək onu restoran kimi istifadə edən şəxs icarəçidir. Sözügedən icarə müqaviləsi iş materiallarına əlavə edilmişdir. cavabdeh1 orada hər hansı restoran fəaliyyəti göstərmədiyindən hazırkı iş üzrə cavabdeh ola bilməz. Həmçinin sözügedən obyekt restoran kimi fəaliyyət göstərir, icarəçi normal fəaliyyət şəraitində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Musiqilər açıq havada deyil, qapalı restoranın daxilində həyata keçirilir. Belə olan halda iddiaçının qonşu təsirinə dözmək vəzifəsi vardır. Obyektin müəyyən olunmuş vaxtlarda fəaliyyət göstərmək imkanı ilə bağlı olaraq qeyd etmişdir ki, sahəvi normativ aktlar var ki, həmin aktlarda da obyektin müəyyən olunmuş vaxtlarda fəaliyyət göstərmək imkanı qanunla müəyyən edilmişdir. Həmçinin, məhkəmə inzibati məsuliyyətlə qadağan edilən və tənzimlənən maddi hüquqi vəziyyətə, əlavə qadağan edici mülki məsuliyyət müəyyən etmişdir. Yəni, məhkəmənin qadağan edici qərarı hər halda qanunla tənzimlənir və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Bir əmələ görə iki fərqli, inzibati və mülki məsuliyyətin müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi, qanunla da restoranların fəaliyyətinə saat 24:00- dək icazə verilmişdir və yalnız səs-küyün qadağan olunması saat 24:00-dan səhər 7-dək müəyyən edilmişdir. Tələbin həcminin artırılmasına dair ərizə məhkəmə baxışı zamanı, işə mahiyyəti üzrə baxılması zamanı verilmişdir. Məhkəmə isə həmin ərizənin verilmə vaxtını öz qərarını əsaslandırmaqdan ötrü “gedişatında” ifadəsi ilə göstərməklə təhrif olunmuş formada təqdim etmiş və kobud prosessual pozuntuya yol vermişdir. Bu hal cavabdehin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur. Səs-küy məsələsi üzrə isə qiymətləndirmə iddiaçının yaşadığı mənzildə faktiki səs səviyyəsinə əsasən aparılmalı idi. Bu isə yalnız ekspertiza ilə müəyyən edilə bilərdi, lakin belə ekspertiza təyin edilməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət etmişdir.(X10 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə)

19. Apellyasiya instansiyasında işə baxılarkən məhkəmə ekspertizası keçirilmiş, tədqiqatın nəticəsi olaraq verilmiş ##.##.2025-ci il tarixli, */**** nömrəli rəydə qeyd edilmişdir ki, iddiaçının mənzilində ##.##.2025-ci il tarixdə, saat 22:44-dən 22:55-ə kimi səs-küyün səviyyəsi xüsusi avadanlıqla ölçülmüş və müəyyən edilmişdir ki, qonşuluqda yerləşən “Izmir restoranın” fəaliyyəti nəticəsində iddiaçının mənzildə yaranan səs-küy fonu normadan artıqdır.

20. Məhkəmə qeyd etmişdir ki, ekspertiza tərəfindən verilmiş rəyə əsasən cavabdehlərə məxsus restoranda səsləndirilən musiqinin iddiaçıya məxsus mənzildə eşidilməsi normadan yüksəkdir. Belə olan halda qəbul edilməlidir ki, rayon məhkəməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin rayon məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

21. Apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, cavabdehliyi iş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs daşıyır, çünki restoranı cavabdehlər deyil, məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs işlədir. Lakin işə baxmış rayon məhkəməsi bunu nəzərə almamışdır. Apellyasiya şikayətinin bu dəlilinin əsaslılığının yoxlanılması ilə bağlı məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 390.2-ci maddəsinin tələbinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı “icarəyə verənlər” - cavabdehlər ilə “icarəçi” - iş üzrə olan üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2024-cü il tarixli “Icarə müqaviləsindən” isə görünür ki, cavabdehlər onlara məxsus qeyri-yaşayış sahəsini (restoranı) 3 il müddətinə üçüncü şəxsə icarəyə verərkən, hazırkı qətnamənin 31-ci bəndində qeyd edilmiş Qanunun və 32-ci bəndində qeyd edilmiş normativ hüquqi aktın tələblərini nəzərə almamış, müqaviləni həmin tələblərə uyğunlaşdırmamışlar. Belə olan halda müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5,157.4, 171.1-171.3 və 390.2-ci, Inzibati Xətalar Məcəlləsinin 275.2,521-ci, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə, “Ətraf Mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının 2.3-cü bəndinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi MM-nin 152, 171, 387,1108-ci, prosessual hüquq pozuntusu kimi MPM-nin 77.1, 88, 102, 217, 53, 218.3-cü maddələrinin pozuntusuna istinad edilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə sübutlara obyektiv və tam qiymət verməmişdir. Apellyasiya məhkəməsi mülkiyyətçilərin əmlakdan sərbəst istifadə hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırmışdır. Iddiaçının hüququnun hansı həddə pozulduğu (səs səviyyəsi və təsirin intensivliyi) obyektiv araşdırılmamışdır. Əgər təsir adi təsərrüfat fəaliyyətindən irəli gəlirsə, qonşu buna dözməlidir. Iddiaçı musiqinin yay aylarında açıq havada səsləndirilməsindən narazıdır. Lakin, məhkəmə səslə bağlı qadağanı açıq havada deyil, bütünlükdə restoranın inzibati binasının daxilinə də aid etməklə mülkiyyətçiləri (cavabdehləri) həddən artıq fərdi yükə məruz qoymuşdur. Restoran icarəyə verildiyindən faktiki fəaliyyət icarəçi tərəfindən həyata keçirilir və məsuliyyət fəaliyyət göstərən şəxsə aiddir. Mülkiyyətçilərə qadağa qoyulması hüquqa ziddir. Qanunvericiliyə əsasən restoranların fəaliyyəti saat 24:00-dək icazəlidir. Səs-küy qadağası isə yalnız 24:00–07:00 aralığına aiddir. Məhkəmənin məhdudiyyəti qanunsuzdur. Apellyasiya məhkəməsi sübutlara obyektiv, hərtərəfli və tam qiymət verməmiş, iş üçün həlledici əhəmiyyət kəsb edən sübutlar arasındakı ziddiyyətləri aradan qaldırmamışdır, belə ki, ##.##.2025-ci il tarixli ekspert rəyində mənzildə səs səviyyəsinin 44–45 dBA olduğu göstərilsə də, həmin tarixdə restoranın səs avadanlıqları polis tərəfindən götürüldüyündən musiqi səsləndirilməsi faktiki olaraq mümkün olmamış, eyni zamanda Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli rəsmi məktubu ilə həmin günlərdə yaşayış binasına musiqi səsinin yayılmadığı təsdiq edilmişdir, lakin məhkəmə bu ziddiyyəti araşdırmadan və əsaslandırma vermədən ekspert rəyinə üstünlük vermişdir. Bundan əlavə, ekspertiza cavabdeh tərəfin iştirakı olmadan aparılmış, ölçülən səsin mənbəyi müəyyən edilməmiş və bu qeyri-müəyyən sübut əsassız olaraq həlledici sübut kimi qəbul edilmiş, halbuki heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar arasında açıq ziddiyyət mövcud olduğu halda məhkəmə buna baxmayaraq təkrar ekspertiza təyin etməmiş, hətta bunun üçün əlavə “mütəxəssis rəyi” tələb etməklə qanunu düzgün tətbiq etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən hazırlıq mərhələsindən sonra heç bir əsaslandırma olmadan iddia tələbinin artırılması qəbul edilmiş və nəticədə qanunsuz şəkildə artırılmış tələb üzrə qətnamə çıxarılmışdır ki, bütün bu hallar birlikdə məhkəmə aktının qanunsuz və əsassız olduğunu göstərir. Məhkəmə tərəfindən təkrar ekspertiza vəsatətinin rədd edilməsi tərəflərin çəkişmə prinsipini pozmuş, cavabdehi öz etirazlarını sübut etmək imkanından məhrum etmiş və faktiki olaraq subyektiv bir rəyə əsaslanaraq ədalətsiz qərarın çıxarılmasına zəmin yaratmışdır.

25. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə şikayətdə ümumən işin faktiki halları göstərilmiş, əlavə olaraq sübutların düzgün qiymətləndirilmədiyi qeyd olunmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən etiraz daxil olmuş, cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 71. II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

32. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

33. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli fərman ilə təsdiq edilmiş “Ətraf Mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”

34. 2.3-cü bənd. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir. Həmin cədvələ əsasən gündüz vaxtı kafe, restoran, yeməkxanaların zallarında səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən norması 65 decibeldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək mübahisələndirilən qətnamə ləğv edilməlidir.

40. Kollegiya iddianın əsl cavabdehə qarşı qaldırılmadığına dair kassasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, MM-nin 160-cı maddəsinə əsasən əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Hazırkı halda cavabdehlər mülkiyyətlərində olan daşınmaz əmlakı icarəyə verdikləri üçün əmlaka faktiki sahiblik etməsələr də, əmlakın vasitəli sahibləri və mülkiyyətçiləri olaraq MM-nin 152.5-ci maddəsinə əsasən bu əmlakdan istifadə edilməsi zamanı qonşuların və digər şəxslərin hüquqlarını pozmamaq və müqavilə münasibətində olduqları şəxslər tərəfindən belə pozuntulara yol verilməsinin qarşısını almaq öhdəliyi daşıyır.

41. Lakin kollegiya kassasiya şikayətinin bu dəlilləri ilə razılaşır ki, məhkəmənin iddianın təmin edildiyi hissədə iş üzrə gəldiyi nəticə maddi hüquq normaları ilə əsaslandırılmamışdır.

42. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən insan və vətəndaş hüquqları, o cümlədən mülki hüquqlar yalnız qanunda nəzərdə tutulmuş əsaslarla və hədlərdə məhdudlaşdırıla bilər.

43. Hazırkı halda məhkəmə tərəfindən cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında 0.32875 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsində (“Izmir” restoranında) hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək musiqi səsləndirilməsi, musiqi alətlərindən istifadə edilməsi və canlı musiqi ifa edilməsinin təşkili cavabdehlərə qadağan edilmiş, məhkəmə bu qadağanın niyə məhz saat 23:00-dan tətbiq edildiyini konkret maddi hüquq normasına istinad etməklə əsaslandırmamışdır. Məhkəmənin qətnamədə istinad etdiyi Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində isə mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağın, ucadan mahnı oxumağın, ...məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağın inzibati məsuliyyətə səbəb olduğu qeyd edilmişdir.

44. Bundan əlavə məhkəmə tərəfindən qətnamədə istinad edilmiş, “Ətraf Mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının” * saylı cədvəlində kafe, restoran və yeməkxana zalları üçün nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə maksimal səviyyəsinin gündüz vaxtı 65 desibel olduğu qeyd edilmişdir. Tələbin qanuni əsası kimi istinad edilən qaydalarda maksimal norma 65 dBA olduğu halda məhkəmənin hansı normanı əsas götürərək “Izmir” restoranında səhər saat 07:00-dan axşam saat 23:00-dək ətraf-mühitə yayılan səsin səviyyəsinin 60 dBA-dan yüksək olmasının cavabdehlərə qadağan edildiyinə dair nəticəyə gəlməsi qətnamədən aydın deyil.

45. Məhkəmənin bu qənaəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq Idarəsinin məktublarına əsaslanırsa, nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğundan məhkəmə tərəfindən yazılı sübutlardakı məlumatların qanunun tələblərinə uyğunluğu yoxlanılmalıdır.

46. Işə apellyasiya qaydasında baxılarkən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində - “Izmir” restoranında səsləndirilən musiqinin iddiaçı İddiaçı məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Inşaatçılar prospekti, giriş 123, M7, m4 ünvanında yerləşən mənzildə eşidilməsi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” daxilində olub-olmadığının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın həyata keçirilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

47. Lakin ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı olmadan həyata keçirilmiş, rəydə səs-küy normasının 40 dBA olduğu qeyd edilmiş, iddiaçının mənzilində ölçmələr aparılaraq səs-küy səviyyəsinin 44-45 olduğu müəyyən edilmişdir.

48. MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydada qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi ekspert rəyi ilə razılaşaraq öz mövqeyini əsaslandırarkən həm ekspert rəyinə, həm də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq Idarəsinin ##.##.2024-cü il tarixli məktubuna istinad etmişdir. X11 Idarəsinin məktubunda restoran fəaliyyəti zamanı yol verilən səs- küy səviyyəsi norması ekspert rəyindən fərqli olaraq 60 dBA qeyd edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində restoran fəaliyyəti üçün səs-küyün yol verilən maksimal həddi olaraq hansı normanın əsas götürdüyü aydın olmur. Halbuki iddiaçıya münasibətdə hüquq pozuntusu törədilibtörədilmədiyinə hüquqi qiymət verilməsi üçün məhkəmə tərəfindən bu normanın müəyyən edilməsi əhəmiyyətli idi.

49. Bundan əlavə Mülki Məcəllənin 171.1-ci maddəsinin dispozisiya şərtinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi öz sahəsinə qonşu sahədən səs-küyün istənilən təsirini deyil, əhəmiyyətli təsirinin qadağan edilməsini tələb etmək hüququna malik olmadığından işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən cavabdehlərə məxsus daşınmaz əmlakda restoran fəaliyyəti nəticəsində yaranmış və normadan artıq olduğu müəyyən edilmiş səs-küy səviyyəsinin əhəmiyyətli təsir olub-olmadığına qiymət verilməmişdir.

50. Göstərilənləri nəzərə alaraq, kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli,## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar