Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-585/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikasıAliMəhkəməsi Mülki kollegiyasının Iddiaçı iddiaçı11 və digərlərinin cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARI Açar sözlər:ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı11 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 “A” saylı ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ##.##.2023-cü il tarixli təsis yığıncağının qərarına əsasən “Yasamal-65” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş və nizamnaməsi təsdiq edilmişdir.
2. “Yasamal-65” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının ##.##.2023-cü il tarixli qərarına əsasən cəmiyyətin adı Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə dəyişdirilmişdir.
3. Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 “A” saylı ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ##.##.2023-cü il tarixli təsis yığıncağının və ##.##.2023-cü il tarixli ümumi yığıncağın qərarı və digər sənədlər əsasında ## ###### 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, ona AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçılar iddiaçı1, iddiaçı9, iddiaçı10, iddiaçı11, iddiaçı6, iddiaçı8, iddiaçı7, iddiaçı4, iddiaçı12, iddiaçı13, iddiaçı5, iddiaçı3, iddiaçı2 (13 nəfər) (bundan sonra- iddiaçılar) cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (bundan sonra- cavabdeh) qarşı “ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın və qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təsis edilməsi barədə təsisçilərin ümumi yığıncağının ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il qərarların etibarsız hesab edilməsi və onların əsasında verilmiş dövlət reyestrindən çıxarışın və qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçıların və binada yaşayan digər sakinlərin xəbəri olmadan, ümumiyyətlə ümumi yığıncaq keçirilmədən ##.##.2023-cü il tarixdə qeydiyyat nömrəsi ilə Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır. Belə ki, sözügedən MMC-nin yaradılmasından (Qərarların etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi) tam təsadüfən xəbər tutmuşlar. ASP MTK-nın rəhbərliyi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2.-ci maddəsi ilə vətəndaşın evini başına yıxmaqda təqsirləndirilən Qalib Məmmədov) kompleksdən yığılan kommunal ödənişləri əldən verməmək üçün, sakinlərin xəbəri olmadan guya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis etmiş, saxtalaşdırılmış protokollarla Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin dövlət qeydiyyatından keçirilməsinə nail olmuşdur. Həmin qərarlar ləğv olunmalıdır: 1. Ümumi yığıncağın keçirilməsi qaydaları pozulmuşdur. Belə ki, ASP MTK rəhbərliyi tərəfindən Mənzil Məcəlləsinin 44.4-cü maddəsində nəzərdə tutulan prosedurların heç birinə riayət edilməmişdir. 2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması barədə qərar çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin həqiqi iradəsini ifadə etməmişdir. Belə ki, mənzil mülkiyyətçiləri ümumiyyətlə təsis yığıncağı barədə lazımi qaydada xəbərdar edilməmişlər, iclasda onların iştirakı təmin olunmamış, bununla da mülkiyyətçilərin idarəetmədə səs hüququ pozulmuşdur. 3. Iclas ümumiyyətlə keçirilməmişdir. Belə ki, sakinlərin sorğusu əsasında Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr Baş Idarəsindən təqdim edilmiş sənədlərdən görünür ki, protokol formal olaraq tərtib olunmuşdur, təsisçilər imzalamamışdır, protokola bəzi sakinlərin siyahısı əlavə edilmişdir. Həmin siyahıdakı imzaların protokola aidiyyəti yoxdur. Protokolların hər ikisində eyni sayda, 1185 sahə mükiyyətçisinin ümumi yığıncağın iclasında iştirak etdiyi göstərilmişdir ki, bu həmin protokolların formal tərtib edildiyini göstərir, bundan başqa həmin tarixlərdə Kompleksin ərazisində belə kütləvi tədbir keçirilməmişdir. 4. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adından göründüyü kimi qaraj kimi istifadə olunan zirzəmi mülkiyyətçilərinin müştərək cəmiyyəti deyildir. Mənzil qanunvericiliyi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə yaradılan könüllü ictimai birliyi mənzil mülkiyyətçilərinin ictimai birliyi adlandırır. Aydın məsələdir ki, qaraj mənzil deyildir. MTK rəhbərliyi mülkiyyətçilərin ümumi istifadəsində olması nəzərdə tutulan texniki sahəni zirzəmilərini kiçik sahələrə bölərək 4 nəfərin Şamxal Əsədov, Anar Qurbanov, Müşfiq Mirələmov və Rafiq Islamov adına çoxsaylı müqavilələr tərtib etməklə guya özgəninkiləşdirməklə suni surətdə yetərsay formalaşdırmışdır. Bu gün MTK rəhbərliyi həmin sahədən tam əmlak kompleksi şəklində qaraj kimi istifadə edir. Həmin sahənin müxtəlif mülkiyyətçilər arasında faktiki olaraq bölüşdürülmədiyi açıq-aşkardır. 5. Təsis sənədlərindəki uyğunsuzluqlar. Bundan başqa sakinlərin sorğusu əsasında Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr Baş Idarəsindən təqdim edilmiş sənədlərdən görünür ki, MMMC-nin təsis sənədlərində ziddiyətlər mövcuddur. Belə ki, Nizamnamə və X10 Reyestrindən çıxarışda MMMC-nin təsis yığıncağının ##.##.2023-cü il tarixdə həyata keçirildiyi göstərilsə də, təqdim olunmuş sənədlərdən ilk dəfə ##.##.2023-cü il tarixdə Yasamal-65 MMMC adı ilə təsis yığıncağının keçirildiyi görünür. Daha sonra isə ##.##.2023-cü il tarixdə keçirilmiş iclasda MMMC-nin adının Cavabdehə dəyişdirilməsi qərara alınmışdır. Beləliklə, Ədliyyə Nazirliyinin verdiyi reyestrdən çıxarış və təsdiqlədiyi Nizamnamədə ##.##.2023-cü il tarixli təsis yığıncağına istinad edilsə də, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli ümumi yığıncaq qərarları təqdim edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh tərəfindən mənzil mülkiyyətçilərinin hüquqları pozulmaqla sözügedən qərar qəbul edilmişdir. Buna görə də həmin qərar ləğv edilməlidir.
6. Cavabdeh Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili nümayəndə1 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, Həsənbəy Zərdabi prospekti 92 A saylı ünvanda yerləşən yaşayış kompleksində (binada) yaşayan sakinlərin xəbəri olmaqla, qiyabi səsvermə yolu ilə yığıncaq keçirilib və ##.##.2023cü il tarixdə 1123-MM10-0305 qeydiyyat nömrəsi ilə Cavabdeh MMMC dövlət qeydiyyatına alınmışdır. Iddiaçılar binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının 1 faizindən çoxunu təşkil etmədiyi üçün, iddia tələbi əsaslı sayıla bilməz. Hazırkı halda binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının 90 faizindən çoxu Cavabdeh MMMC dövlət qeydiyyatına alınmasından narazı olmadığı və MMMC-nin fəaliyyətindən razı olduğu üçün iddia tələbi əsaslı sayıla bilməz.
7. Iddiaçılar məhkəməyə iddia ərizəsinin qaytarılması barədə vəsatət ünvanlayaraq mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər.
8. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq vəsatətin təmin edilməməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin olunmaması ilə bağlı yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilir. Iş materiallarına əsasən müəyyən olunur ki, sahə mülkiyyətçilərinin ümumi sayı 2.364, sözügedən ümumi yığıncaqlarda iştirak edən və lehinə səs verən sahə mülkiyyətçilərinin sayı isə 1185 olmuşdur. Iddiaçıların həmin ümumi yığıncaqlarda iştirak etməməsi və ya lehinə səs verməməsi ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi üçün əsas deyildir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh MMMC ümumi yığıncağının sözügedən qərarlarının etibarsız hesab edilməsi, AR Ədliyyə Nazirliyi tərəfindən cavabdehə verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni AR Mənzil Məcəlləsinin 43.1, 43.2, 44.1, 44.2, 44.3, 45.1, 45.5, 45.6, 47.1, 47.3, 119.1, 119.2, 119.3, 119.4, 119.6, 120.1, 120.6, 122.3, 125.1, 126.4, 126.9, 133.1, 133.2, 140.1, 141.2, 141.3-cü, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 8, 13.1, 13.2, 13.4, 15.2-ci, habelə MPM-nin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Iddiaçılar iddiaçı9, iddiaçı10, iddiaçı11, iddiaçı6, iddiaçı8, iddiaçı7, iddiaçı4, iddiaçı12, iddiaçı13, iddiaçı5, iddiaçı3, iddiaçı2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, AR MPM-nin 384.0.5-ci maddəsi əsas götürülməklə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi və ya iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərdə iclaslar ümumiyyətlə keçirilməmiş, ##.##.2023-cü il tarixli iclasın protokolu ümumiyətlə mövcud deyil, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli iclasların protokolları isə formal olaraq tərtib olunmuş, gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakını hər-hansı formada təsdiq etmir, protokola bəzi sakinlərin siyahısı əlavə edilmişdir, bu siyahıların ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixləri üçün fərqliliyi müəyyən edilmir. Siyahıdakı imzaların protokola aidiyyəti yoxdur. Protokolların hər ikisində eyni sayda, 1185 sahə mükiyyətçisinin ümumi yığıncağın iclasında iştirak etdiyi göstərilmişdir ki, bu həmin protokolların formal tərtib edildiyini göstərir, bundan başqa həmin tarixlərdə kompleksin ərazisində 1185 nəfərin iştirakı ilə belə kütləvi tədbir keçirilməmişdir. Bu barədə mənzil mülkiyyətçilərinin xəbərdar edilməsi, iclasda iştirak edən şəxslərin səlahiyyət məsələləri, iclasda səsvermənin təşkili, iclas barədə mənzil mülkiyyətçilərinin məlumatlandırılması ilə bağlı olan pozuntular da iclasların həqiqi olaraq keçirilməməsini deməyə əsas verir. Ümumi yığıncaqaların keçirilməsi haqqında yazılı bildiriş, məlumatın (bildirişin) sifarişli məktubla, imza ilə əlbəəl verilməklə və ya bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməklə çatdırılmasını təsdiq edən sübutlar iş materiallarında yoxdur. Iş üzrə əsas dəlillərdən biri iclasların nəticələri barədə məlumatların sahə mülkiyyətçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilməməsidir. Iş materiallarında ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023- cü il tarixlərində keçirilməsi iddia edilən ümumi yığıncaqlarda qəbul edilmiş qərarlar və səsvermənin nəticələri barədə məlumat ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılmasını təsdiq edən heç bir sübut yoxdur, məhkəmə bu məsələnin üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərində keçirilməsi iddia edilən iclaslardan öncə məlumatlandırmaya dair heç bir sübut yoxdur. Iş üzrə əsas dəlillərdən biri iclaslarda səsvermədə iştirak etmiş 4 nəfərin (Şamxal Əsədov, Anar Qurbanov, Müşfiq Mirələmov və Rafiq Islamov) adına çoxsaylı müqavilələr tərtib etməklə guya qarajları özgəninkiləşdirməklə süni surətdə yetərsay formalaşdırmışdır. Iş materiallarında olan yeganə siyahıdan görünür ki, qəbul edilmiş qərarın lehinə 1185 nəfər səs verməsi iddia edilir. Onlardan yalnız 551-i mənzil mülkiyyətçisi, qalan 634 imza isə cəmi 4 nəfər qaraj sahibinə (X4 178 səs, X2 170 səs, X3 151 səs və X1 135 səs) aiddir. Halbuki, iclaslarda yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri iştirak edə bilərdi və onların bu hüququ, yəni yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla (çıxarışla) təsdiq edilməli idi. Hazırkı iş üzrə 4 nəfər olmaqla səslərin əksəriyyətini təşkil etmiş qaraj sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmaması məsələsi ümumiyyətlə araşdırılmamışdır. Eyni zamanda qəbul edilməsi iddia edilən qərarın lehinə səs verən 14 nəfər şəxsin sahib olduğu mülkiyyət Həsən bəy Zərdabi pr. 204A ünvanında yerləşir ki, bu da Ədliyyə Nazirliyi tərəfindən verilmiş çıxarışda və “xxxx” MMMC-nin nizamnaməsində qeyd edilən fəaliyyət ərazisi (Həsən bəy Zərdabi pr. 92a) ilə uyğunluq təşkil etmir. Ayrıca daşınmaz əmlak olan və Həsən bəy Zərdabi pr. 204A ünvanında yerləşən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ olan sahə mülkiyyətçiləri, “xxxx” MMMC-nin təsis yığıncağında iştirak edə bilməzdilər. Belə olan halda yetərsay təmin edilməmiş qalır. Bundan başqa iclasların keçirilmə qaydaları pozulmuşdur. Ümumi yığıncağın qərarının iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün birgə əyani iştirak) və ya belə iclas keçirilmədən qiyabi səsvermə (səsverməyə qoyulmuş məsələlər üzrə iştirakçıların qərarlarının yazılı formada ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi) üsulu ilə qəbul edilməsi haqqında məsələ ümumiyyətlə araşdırılmamış, qərarlar iclas keçirilmədən qiyabi səsvermə üsulu ilə qəbul edilmişdirsə səsverməyə qoyulmuş məsələlər üzrə iştirakçıların ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərdikləri yazılı formada tərtib edilmiş hər bir qərarı mövcud deyil. Hazırkı iş üzrə məhkəmə baxışı ##.##.2025-ci il tarixə saat 16:00 təyin edilmişdir. Iddiaçılar tərəfindən işə baxılması üçün təyin olunmuş vaxta qədər, işə baxılmasına başlamadan iddia ərizəsinin geri qaytarılması barədə vəsatətlə məhkəməyə müraciət edilmişdir. AR MPM-nin işə mahiyyəti üzrə baxılmağa başlanması adlanan 190-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Göründüyü kimi, iddia ərizəsinin geri qaytarılması barədə vəsatət işə mahiyyəti üzrə baxılması başlanana qədər verilmişdir və dispozitivlik prinsipi əsas götürülməklə, iddia ərizəsi geri qaytarılmalı olmasına baxmayaraq işə baxan hakim məsələ üzrə heç bir qərardad qəbul etməməklə, əsassız və izah edilə bilinməyən prosessual fəallıq göstərmiş, dispozitivlik prinsipi əsasında məhkəmənin diskresiyası istisna edilməli olmasına baxmayaraq, nəyin bahasına olursa olsun işə mahiyyəti üzrə baxılmasında təkid etməklə yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmənin belə qərar qəbul etməsinin səbəbləri məlum deyil. Belə ki, iddia ərizəsinin geri qaytarılması barədə vəsatətə münasibətdə ayrıca qərardad qəbul etməyən məhkəmə, qətnamədə də məhz hansı səbəbdən iddia ərizəsinin geri qaytarılması barədə vəsatəti təmin etməməsini, işə mahiyyəti üzrə baxmasının motiv və səbəblərini göstərməmiş, ümumiyyətlə qənaətini nə faktlar, nə də hüquq baxımından əsaslandırmamışdır. Iddia ərizəsini geri qaytarmamaqla məhkəmə dispozitivlik prinsipindən kənara çıxmış, AR Konstitusiyanın 60-cımaddəsinin İ hissəsinin, habelə MPM-nin 4.1, 170.1, 190-cı maddələrinin tələblərini pozmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad Imanov (sədrlik edən, məruzəçi), Səadət Səlimova və Akif Isgəndərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən olunur ki, sahə mülkiyyətçilərinin ümumi sayı 2364, sözügedən ümumi yığıncaqlarda iştirak edən və lehinə səs verən sahə mülkiyyətçilərinin sayı isə 1185 olmuşdur. Iddiaçıların həmin ümumi yığıncaqlarda iştirak etməməsi və ya lehinə səs verməməsi ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi üçün əsas deyildir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin təmin olunmaması” dəlilinə münasibətdə qeyd etmişdir ki, AR MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Iş materiallarından göründüyü kimi, iddiaçılar tərəfindən vəsatət məhkəmə baxışı zamanı verilmişdir. Yəni artıq iddia ərizəsini icraata götürmək haqqında qərardad qəbul edilmişdir. Həmçinin, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə vəsatətin təmin edilməməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin olunmaması ilə bağlı yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Yəni iddia ərizəsinin qaytarılması barəsində ərizə verilsə də, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmişdir. Belə olan halda qeyd olunan normalara əsasən vəsatətin təmin edilməsinə əsaslar mövcud olmamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini AR Mənzil Məcəlləsinin 43.1, 43.2, 44.1, 44.2, 44.3, 45.1, 45.5, 45.6, 47.1, 47.3, 119.1, 119.2, 119.3, 119.4, 119.6, 120.1, 120.6, 122.3, 125.1, 126.4, 126.9, 133.1, 133.2, 140.1, 141.2, 141.3-cü, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunun 8, 13.1, 13.2, 13.4, 15.2ci, habelə MPM-nin 14.2, 77.1, 217.4, 372.6, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Iddiaçı iddiaçı11 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iclaslarda səsvermədə iştirak etmiş 4 nəfərin (Şamxal Əsədov, Anar Qurbanov, Müşfiq Mirələmov və Rafiq Islamov) adına çoxsaylımüqavilələr tərtib etməklə guya qarajları özgəninkiləşdirməklə süni surətdə yetərsay formalaşdırmışdır. Iş materiallarında olan yeganə siyahıdan görünür ki, qəbul edilmiş qərarın lehinə 1185 nəfər səs verməsi iddia edilir. Onlardan yalnız 551-i mənzil mülkiyyətçisi, qalan 634 imza isə cəmi 4 nəfər qaraj sahibinə (X4 178 səs, X2 170 səs, X3 151 səs və X1 135 səs) aiddir. Iclaslarda yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri iştirak edə bilərdi və onların bu hüququ, yəni yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla (çıxarışla) təsdiq edilməli idi. Hazırkı iş üzrə 4 nəfər olmaqla səslərin əksəriyyətini təşkil etmiş qaraj sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıbalınmaması məsələsi ümumiyyətlə araşdırılmamışdır. Eyni zamanda qəbul edilməsi iddia edilən qərarın lehinə səs verən 14 nəfər şəxsin sahib olduğu mülkiyyət Həsən bəy Zərdabi pr. 204 A saylı ünvanda yerləşir ki, bu da AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş çıxarışda və “xxxx” MMMC-nin nizamnaməsində qeyd edilən fəaliyyət ərazisi (Həsən bəy Zərdabi pr. 92a) ilə uyğunluq təşkil etmir. Ayrıca daşınmaz əmlak olan və Həsən bəy Zərdabi pr. 204A ünvanda yerləşən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ olan sahə mülkiyyətçiləri, “xxxx” MMMC-nin təsis yığıncağında iştirak edə bilməzdilər. Belə olan halda yetərsay təmin edilməmiş qalır. Iş materiallarında ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərdə keçirilməsi iddia edilən iclaslardan öncə məlumatlandırmaya dair heç bir sübut yoxdur, məhkəmələr bu məsələnin üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. Iş materiallarında ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərində keçirilməsi iddia edilən ümumi yığıncaqlarda qəbul edilmiş qərarlar və səsvermənin nəticələri barədə məlumat ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılmasını təsdiq edən heç bir sübut yoxdur, məhkəmələr bu məsələnin üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. Ümumi yığıncağın qərarının iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün birgə əyani iştirak) və ya belə iclas keçirilmədən qiyabi səsvermə (səsverməyə qoyulmuş məsələlər üzrə iştirakçıların qərarlarının yazılı formada ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi) üsulu ilə qəbul edilməsi haqqında məsələnin ümumiyyətlə araşdırılmamasına hüquqi qiymət verilməmiş, qərarlar iclas keçirilmədən qiyabi səsvermə üsulu ilə qəbul edilmişdirsə səsverməyə qoyulmuş məsələlər üzrə iştirakçıların ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərdikləri yazılı formada tərtib edilmiş hər bir qərarı mövcud deyil. ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərdə iclaslar ümumiyyətlə keçirilməmiş, ##.##.2023-cü il tarixli iclasın protokolu ümumiyətlə mövcud deyil, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli iclasların protokolları isə formal olaraq tərtib olunmuş, gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakını hər-hansı formada təsdiq etmir, protokola bəzi sakinlərin siyahısı əlavə edilmişdir, bu siyahıların ##.##.2023-cü il, ##.##.2023- cü il və ##.##.2023-cü il tarixləri üçün fərqliliyi müəyyən edilmir. Siyahıdakı imzaların protokola aidiyyəti yoxdur. Protokolların hər ikisində eyni sayda, 1185 sahə mükiyyətçisinin ümumi yığıncağın iclasında iştirak etdiyi göstərilmişdir ki, bu həmin protokolların formal tərtib edildiyini göstərir, bundan başqa həmin tarixlərdə kompleksin ərazisində 1185 nəfərin iştirakı ilə belə kütləvi tədbir keçirilməmişdir. Mənzil mülkiyyətçilərinin xəbərdar edilməsi, iclasda iştirak edən şəxslərin səlahiyyət məsələləri, iclasda səsvermənin təşkili, iclas barədə mənzil mülkiyyətçilərinin məlumatlandırılması ilə bağlı olan pozuntular da iclasların həqiqi olaraq keçirilməməsini deməyə əsas verir. Ümumi yığıncaqaların keçirilməsi haqqında yazılı bildiriş, məlumatın (bildirişin) sifarişli məktubla, imza ilə əlbəəl verilməklə və ya bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməklə çatdırılmasını təsdiq edən sübutlar iş materiallarında yoxdur. Apellyasiya instansiya məhkəməsi şikayətin “iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin təmin olunmaması” dəlilinə münasibətdə AR MPM-nin 152.1.9-cu maddəsinə istisna etmişdir. Bu normaya istinad tamamilə yanlışdır. Belə ki, həmin norma iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılmasını tənzimləyir. Hazırkı halda isə söhbət AR MPM-nin 170.1 və 190-cımaddələrinə əsaslanır ki, məhkəmə 152.1.9-cu maddəyə istinad etməklə qanunun tətbiqində səhvə yol vermişdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, “iş materiallarından göründüyü kimi, iddiaçılar tərəfindən vəsatət məhkəmə baxışı zamanı verilmişdir. Bu isə tamamilə həqiqətə uyğun deyil. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində məhkəmə baxışı ##.##.2025-ci il tarixə saat 16:00 təyin edilmişdir. Iddiaçılar tərəfindən işə baxılması üçün təyin olunmuş vaxta qədər, işə baxılmasına başlamadan iddia ərizəsinin geri qaytarılması barədə vəsatətlə məhkəməyə müraciət edilmişdir. Belə olan halda həqiqətə uyğun olmayan halın təsdiqinin məhkəmə aktında öz əksini tapması özbaşınalıqdan müdafiə və vicdanlı davranış konstitusion hüququmuzun pozulmasıdır. Hazırkı işə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmamışdır. Ilk növbədə məhkəmənin AR Konstitusiyanın 60-cımaddəsinin İ hissəsi, MPM-in 4.1-ci, 170.1-ci və 190-cımaddələrini pozmaqla iddia ərizəsinin geri qaytarılması barədə vəsatət işə mahiyyəti üzrə baxılması başlanana qədər verilməsinə baxmayaraq əsassız və izah edilə bilinməyən prosessual fəallıq göstərməsi, nəyin bahasına olursa olsun işə mahiyyəti üzrə baxılmasında təkid etməsi qərəzsiz və ədalətli görünmür. Digər tərəfən işin məhkəmə baxışına təyin edildiyi ##.##.2025-ci il tarixində AR Ədliyyə Nazirliyinə sorğu göndərmiş hakim, ##.##.2025-ci il tarixindəki baxış iclasında həmin sorğuya cavab almadan işə baxır və yekun qərara qəbul edir. Bu hazırkı iş üzrə daxili ziddiyyətli vəziyyət yaradır və ədalət mühakiməsinə inamı ciddi şəkildə zədələyir. Bu halı, işə mahiyyəti üzrə baxılması başlanana qədər iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verilməsinə baxmayaraq işə baxılmasında təkid edilməsi daha da gücləndirir. Bütün bu dəlillərə baxmayaraq apelyasiya məhkəməsi də göstərilən halların heç birinə məhəl qoymadan və hətda işə aid olmayan normaya istinad etməklə məsələnin üzərindən keçmişdir. Işə baxmış məhkəmə iş üzrə onun qarşısında qaldırılmış məsələlərə ümumiyyətlə hüquqi qiymət verməmiş, qərar iddiada ifadə edilmiş dəlil və sübutlar baxımından əsaslandırmamışdır. Qərarın əsaslandırma hissəsi iddiaçılar üçün aydın deyil. Iddianın geri qaytarıması vəsatətinin hansı səbəbdən təmin edilməməsi, işə baxılırsa iddiada irəli sürülmüş konkret hallar üzrə, məhkəmənin mövqeyinin konkret olaraq nədən olması bəlli deyil. Əsaslandırma konkret hallar üzrə ya ümumiyyətlə mövcud deyil, ya da biri-biri ilə əlaqəsiz söz məcmusundan ibarətdir. Məhkəmənin qərar qəbul etmə motivi bəlli deyil və ya ifrat formal səciyyə daşıyır. Apellyasiya məhkəməsi bu məsələlərə hüquqi qiymət verməklə aydınlıq gətirmək əvəzinə işin hallarına uyğun olmayan hüquq normalarına istinad etməklə iddiaçıların hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
Kassasıya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
23. Maddə 43.1 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.
24. Maddə 43.2 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.
25. Maddə 44.1 Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir.
26. Maddə 44.2 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər.
27. Maddə 44.3 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir.
28. Maddə 45.1 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir.
29. Maddə 45.5 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.
30. Maddə 45.6 Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər.
31. Maddə 47.1 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir.
32. Maddə 47.3 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir.
33. Maddə 119.1 Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
34. Maddə 119.2 Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.
35. Maddə 119.3 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir.
36. Maddə 119.4 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir.
37. Maddə 119.6 Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzərində öz adı həkk olunmuş möhürü, bankda hesablama və digər hesabları, həmçinin digər rekvizitləri vardır.
38. Maddə 120.1 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir.
39. Maddə 120.6 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
40. Maddə 122.3 Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
41. Maddə 125.1 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır.
42. Maddə 126.4 Bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir.
43. Maddə 126.9 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir.
44. Maddə 133.1 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yenidən təşkili və ləğvi mülki qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla və qaydada həyata keçirilir.
45. Maddə 133.2 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin əlli faizindən çoxuna malik olmadıqda, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ləğv edilməsi haqqında qərar verməyə borcludur.
46. Maddə 140.1 Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
47. Maddə 141.2 Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.
48. Maddə 141.3 Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. Idarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu
49. Maddə 8. Hüquqi şəxs statusu almaq istəyən qeyrikommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı 40 gündən gec olmayaraq həyata keçirilməlidir.Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. Imtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir. Bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir.
50. Maddə 13.1. Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.
51. Maddə 13.2. Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla təsdiq edilir.
52. Maddə 13.4. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışı hüquqi şəxsin, onun filial və nümayəndəliyinin fərdiləşdirilməsi üçün əsasdır.
53. Maddə 15.2. Dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü 60. maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
64. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçı iddiaçı11 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
65. Iddiaçı iddiaçı11 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
66. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
67. Apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən olunur ki, mənzil mülkiyyətçilərinin ümumi sayı 2.364, sözügedən ümumi yığıncaqlarda iştirak edən və lehinə səs verən mənzil mülkiyyətçilərinin sayı 1185 olmuşdur. Iddiaçıların həmin ümumi yığıncaqlarda iştirak etməməsi və ya lehinə səs verməməsi ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz.
68. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin “iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin təmin olunmaması” dəlilinə münasibətdə qeyd etmişdir ki, AR MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılır.
69. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Iş materiallarından göründüyü kimi, iddiaçılar tərəfindən vəsatət məhkəmə baxışı zamanı verilmişdir. Yəni işə baxan məhkəmə artıq iddia ərizəsini icraata götürmək haqqında qərardad qəbul edilmişdir. Həmçinin, cavabdeh Cavabdeh MMCnin nümayəndəsi və vəkili nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə vəsatətin təmin edilməməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin olunmaması ilə bağlı yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Yəni iddia ərizəsinin qaytarılması barəsində ərizə verilsə də, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmişdir. Belə olan halda qeyd olunan normalara əsasən vəsatətin təmin edilməsinə əsaslar mövcud olmamışdır.
70. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçı iddiaçı11 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Iddiaçı iddiaçı11 kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.