Məhkəmə qərarları › İş №2(1-8)-595/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-595/2026

17.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-595/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma, pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “evdən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 720 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ##.##.2013-cü il tarixdə rəsmiləşdirilmişdir.

2. Cavabdeh övladı ilə birlikdə 2013-cü ilin iyul ayından Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 720 ünvanında yaşayır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evdən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh qızının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu Rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ evindən çıxarılması, əldən çıxmış fayda şəkilində zərərə görə 36.000 manat kompensasiya və 198 manat dövlət rüsumuna görə xərcin əvəzinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ evi iddiaçı İddiaçı mülkiyyətindədir. Cavabdeh Cavabdeh övladı ilə birlikdə 2013-cü ildə müvəqqəti məskunlaşmışdır, lakin sonradan evi tərk etməkdən boyun qaçırır və qanunsuz olaraq iddiaçının mülkiyyətində olan bağ evində yaşayır, həmin evə qanunsuz sahiblik edir, iddiaçını öz daşınmaz əmlakından istifadə etməsinə, ona sahiblik etməsinə maneə yaradır. Iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehə evinin boşaldılıb təhvil verilməsi barədə rəsmi bildiriş göndərilmişdir. Lakin cavabdeh Cavabdeh həmin rəsmi bildirişə heç bir cavab verməmişdir və hazırkı vaxtadək həmin evdə yaşayır. Cavabdehin iddiaçının daşınmaz əmlakına qanunsuz sahiblik etməsi iddiaçıya həmin əmlakı kirayə verərək ayda 1000 manat pul qazanmaq imkanından da məhrum etmişdir. Beləliklə, əldən çıxmış fayda şəkilində son üç il ərzində cavabdeh iddiaçıya ayda 1000 manat olmaqla 36 ay=36.000 manat ziyan vurmuşdur.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 150.000 ABŞ dollarının, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faiz məbləğində 86.250 ABŞ dolları, cəmi 236.250 ABŞ dollarının (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla), dövlət rüsumuna görə 692 manat, hüquqi xidmətə görə 500 manat xərcin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2013-cü ilin iyul ayında hazırki iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Bağ evi 720 ünvanında yerləşən faktiki olaraq 0.45 hektar torpaq sahəsində 150.000 ABŞ dollarını X1 və X3 yanında tanışı cavabdeh İddiaçı özünə nağd formada təqdim edərək sözügedən torpaq sahəsini almışdır. Həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş edir. Həmin bağ sahəsinin 0.25 hektarına çıxarış olmasına baxmayaraq, İddiaçı ona əlavə 0.20 hektar bağ sahəsinin ona məxsus olduğunu bildirib cəmi 0.45 hektar torpaq sahəsini satmışdır. Bunun qarşılığında İddiaçı iddiaçıya söz vermişdir ki, qalan 0.20 hektar torpaq sahəsinin də çıxarışını alacaqdır. Bu səbəbdən 0.25 hektar torpaq sahəsinin çıxarışının əslini Cavabdeh təqdim etməmişdir. İddiaçı özü rəsmiləşmə prosedurunu bilərəkdən uzatmışdır. Hətta hazırda cavabdeh sözgedən bağ sahəsini başqa şəxslərə satmaq niyyətindədir. Cavabdeh sözügedən torpaq sahəsini etibarnamə ilə öz adına keçirə bilmədiyi üçün cavabdeh İddiaçı ##.##.2013-cü il tarixində X3 adına Bakı şəhəri, Nardaran qəsəbəsi bağ evi 720 ünvanında yerləşən və mülkiyyətində olan 0.25 hektar torpaq sahəsinin forma 1 arayışını və s. almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, ipotekaya (girov) qoymağı, pulunu almağı buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri yerinə yetirməyə dair 3 illik müddətinə etibarnamə vermişdir. 2013-cü ildən hazırki vaxtadək cavabdeh İddiaçı iddiaçıya müxtəlif vədlər verərək onu aldadır. 2024-cü ilin may ayından etibarən cavabdeh İddiaçı sözügedən bağ sahəsinin üzərində yerləşən evdən iddiaçının çıxarılmasını tələb etməyə başlamış, hətta məsələ ilə bağlı dəfələrlə ona hədə-qorxu gəlmiş, iddiaçının evdən çıxmayacağı təqdirdə evi yandıracağını bildirmişdir. Həmçinin cavabdeh bağ evindəki bağbanın üzərinə hücum edərək ondan evin açarlarını tələb etmiş, özbaşına evin qaz, su və elektrik xətlərini də kəsmişdir. Hazırda da cavabdehin iddiaçıya olan qanunsuz hərəkətləri davam etməkdədir (məsələ ilə bağlı iddiaçı tərəfindən aidiyyəti orqanlara məktub ünvanlanmışdır). Göründüyü kimi, cavabdeh borcunu ödəyəcəyinə dair iddiaçıya müxtəlif vədlər verərək onu aldadır, öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Hazırki iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı tərəfindən 150.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə 2013-cü ilin iyul ayında nağd formada verilmişdir. Həmin məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınmaqla hesablanmış faiz məbləği illik 7.500 ABŞ dolları təşkil edir. Sözügedən vəsaitin verilməsindən 11 il 5 aydan artıq vaxt keçmişdir. Həmin dövrlər ərzində ödənilməli olan faiz məbləği 86.250 ABŞ dolları təşkil edir ( 7500 x 11 il 6 ay = 86.250).

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) e-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq cavabdeh Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ evindən çıxarılması, cavabdeh Cavabdeh 9.000 (doqquz min) manatın tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzilə hər hansı bir hüququ yoxdur və həmin mənzilin mülkiyyətçisi olan ilk iddia üzrə iddiaçının xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaratdığından ilk iddia üzrə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, İddiaçı mənzil üzərində mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ evi Cavabdeh qanunsuz sahibliyindən geri alınmalı və Cavabdehhəmin həmin mənzildən çıxarılmalıdır.

9. Məhkəmə ilk iddia tələbinin əldən çıxmış fayda şəkilində vurulmuş maddi zərərə görə 36.000 (otuz altı min) manat kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh kirayə haqqı 3 il müddətinə deyil, İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ evinin boşaldılmasını tələb etdiyi ##.##.2024-cü il tarixdən hesablanmaqla, 9.000 manat məbləğində tutulmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, məhkəməyə təqdim olunmuş elanlardan da görünür ki, həmin ərazidə yerləşən oxşar evlərin aylıq kirayə haqqı təxminən aylıq 1000 manat civarındadır. Buna görə də ilk iddiaçı öz mülkiyyətində olan evi 9 ay kirayə versəydi 9000 manat əldə etmək imkanına malik idi ki, həmin hüquqlarını cavabdehə görə həyata keçirə bilməmişdir.

11. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh iddiasına münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Yəni, hər kəsə məlumdur ki, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən tərəflər bununla bağlı notarial qaydada alqı-satqı müqaviləsi bağlamalıdırlar.Cavabdeh Cavabdeh 150.000 ABŞ dolları məbləğində pulu sadəcə etibar etdiyinə görə İddiaçı verməsini məhkəmə inandırıcı hesab etmir. Çünki, o, özü də etiraf edir ki, Şirinbəyovu yalnız Hacı adlı şəxsə görə tanıyıb. Adı çəkilən həmin Hacı adlı şəxs isə iş üzrə cavabdeh qismində qoyulmayıb və məhkəməyə tərəflərlə həmin şəxs arasında hansı razılaşmaların olduğu məlum deyil. Üstəlik, qarşılıqlı iddia üzrə iddiaçı 13 il ərzində verdiyi 150.000 ABŞ dolları pulu heç vaxt Şirinbəyovdan tələb etməyib, məhz Şirinbəyovun iddiasından sonra, sankı bunu ümumiyyətlə unutmuş kimi birdən belə bir iddia qaldırması çox qəribə görünür. Çünki, kifayət qədər böyük bir məbləğdə pulu kiməsə verib, alqı-satqı müqaviləsinin bağlandığını düşünmək və arxayın oturub başqa heç bir addım atmamaq bir qədər inandırıcı deyil.

12. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh Cavabdeh (nümayəndəsi vəkil2) apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilk iddia tələbinin tam rədd, qarşılıqlı iddia tələbinin isə tam təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2013-cü ildə cavabdehə iki nəfər şəxsin (X1 və X3) yanında 0.45 hektar bağ sahəsini almaq üçün 150.000 ABŞ dolları pul vermişdir. Rəsmiləşdirmələrin baş tutmamasının səbəbi cavabdehin 0.25 hektar bağ sahəsinə çıxarışının olmasına baxmayaraq, qalan 0.20 hektara da çıxarış aldıqdan sonra rəsmiləşdirmə edəcəyi ilə bağlı vədləri olmuşdur. Cavabdeh sakitləşdirmək üçün ##.##.2013-cü il tarixdə X3 adına ünvan 1 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsinə dair 3 illik müddətə, bağ sahəsinə dair sərəncam verməyi, bağışlamağı, satmağı və s. səlahiyyətləri ehtiva edən etibarnamə vermişdir. Cavabdeh də kommunal xidmətlərdən istifadə etmiş, onların xərclərini ödəmiş, hətta bələdiyyəyə torpaq və əmlak vergisi də ödəmişdir. Lakin 2024-cü ilin may ayından İddiaçı Cavabdeh bağ evində yaşamağa mane olmağa, kommunal xidmətlərdən istifadə dayandırmaqla, hədə-qorxu gəlməklə onu evdən çıxarmağa çalışmış və ##.##.2024-cü il tarixdə bildiriş göndərərək mülkiyyətində olan bağ evindən çıxarılmasını tələb etmiş, sonradan eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, ##.##.2024-cü il tarixdə Cavabdeh Sabunçu rayon prokurorluğuna müraciət edərək, İddiaçı 150.000 ABŞ dolları pul ödəməsi və qarşılığında bağ sahəsinin 25 sotuna çıxarışı olmasına baxmayraq 45 sotu satması və çıxarış alaraq ona satacağına dair vədlərini yerinə yetirməməsi, həmçinin hədə-qorxu gəldiyi üçün onun barəsində tədbirlər görülməsini xahiş etmişdir. Ilkin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, Cavabdeh qızı ilə birlikdə bağ evində 2013-cü ildən müvəqqəti məskunlaşmışdır. Həmin müvəqqəti müddətin 10 ildən artıq davam etməsi artıq həmin müddətin heç də müvəqqəti olmadığını, hətta həmin iddia ərizəsində qeyd olunanların reallığı əks elətdirmədiyi qənaətinə gəlmək üçün əsas verməkdədir. Qardaşınqardaşına 5 manat pul vermədiyi dövrdə heç bir səbəb olmadan guya dostunun xahişi ilə kiminsə 10 ildən artıq müddətə bağ evində yaşamasına “icazə” vermək üçün yəqin ki, çox xüsusi səxavət sahibi olunmalıdır. Lakin həmin səxavət davranışı işin digər halları ilə qarşılaşdırıldıqda burada heç də səxavətdən söhbət getmədiyi aşkar olunmaqdadır. Digər hallardan biri odur ki, İddiaçı 3 il müddətinə X3 adına etibarnamə ilə bütün səlahiyyətləri vermişdir. X12 adına verilməsinə səbəb də etibar edilən şəxsin özü-özü ilə əqd bağlaya bilməməsi dolayısı ilə sonradan aparılacaq rəsmiləşdirmə işi nəticəsində birbaşa Cavabdeh adına rəsmiləşdirilmənin yolunu açmaq olmuşdur. Cavabdehin vəkilinin qeyd etdiyi 3 illik müddətdə hansı səbəbdən Cavabdeh adına rəmiləşdirmədiyi arqumentinə əsas olaraq isə birinci instansiya məhkəməsində də qeyd edildiyi kimi satılmış torpaq sahəsinin digər hissəsinə çıxarış alınmamış və həmin çıxarışın yubadılması səbəbindən məhz rəsmiləşdirmə işləri aparıla bilməmişdir. Son baş verən hadisələrdən sonra isə artıq həmin yubadılmaların əsil səbəbləri bəlli olmuşdur. İddiaçı pulu almasına baxmayaraq bağ sahəsini Cavabdeh adına rəsmiləşdirməməklə və hazırki iddianı qaldırmaqla hüquqdan sui-istifadə etmişdir. Sabunçu Rayon Məhkəməsi çıxarmış olduğu qətnamə ilə Cavabdeh həm pulundan olmuş, həm evdən çıxarılmış və üstəlik zərər ödəməyə məhkum olunmuşdur ki, bu mübahisənin qanunsuz həllidir.

16. Məhkəməyə əlavə edilmiş kommunal xərclərlə bağlı sənədlərdən də göründüyü kimi “Azəriqaz”la müqavilə 2024-cü il tarixdə İddiaçı adına bağlanmış və o, xəttin dayandırılmasına dair müraciət etdikdən sonra qaz təchizatı dayandırılmışdır. Həmin müqavilənin tarixi də onu təsdiq edir ki, kommunal xidmətlərə dair müqavilələr İddiaçıla bağlanmamışdır. O, yalnız, 2024cü il tarixdə çıxarış ilə müraciət edərək onları öz adına keçirmiş və xidmətləri dayandırmışdır. Sözsüz ki, məhkəmə tərəfindən kommunal xidmətlərə dair ilkin müqavilələrin kimlərin adına bağlanması barədə sübutların təmini ilə bağlı verilmiş vəsatət təmin olunsa idi, dediklərinin doğru olduğunu öz təsdiqini tapacaqdı. Hərçənd yuxarıda qeyd etdiyi Azəriqazla İddiaçı arasında olan qaz təchizatına dair müqavilənin tarixi də dediklərini təsdiqləyir və məhkəmə tərəfindən əlavə sübuta ehtiyac olmadan belə bu hala əsaslanaraq obyektiv nəticəyə gəlinməsi mümkün idi. Həmin obyektiv nəticə ondan ibarətdir ki, əgər bağ sahəsi satılmamışdırsa, hansı səbəbdən həmin kommunal xidmətlərə dair müqavilələr İddiaçı adına bağlanmamışdır. Kommunal xidmətlərin orada yaşayan şəxsin adına olması barədə də qanunvericilikdə heç bir məcburiyyət yoxdur.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Ikram Şirinov) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh Cavabdeh qızının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsinin qismən, yəni ilk iddianın cavabdeh Cavabdeh 9.000 (doqquz min) manatın tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddia cavabdeh Cavabdeh 9000 (doqquz min) manatın tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi hissəsində rədd edilməsi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının isə qismən təmin edilməsi, cavabdeh İddiaçı 120.000 (yüz iyirmi min) manat və 2013-cü ilin iyul ayından qarşılıqlı iddia ərizəsinin məhkəməyə daxil olduğu 2024-cü ilin noyabr ayınadək, yəni 11 il 4 ay müddət üçün əsas məbləğə illik 5 faizlə hesablanan 68.000 (altmış səkkiz min) manat olmaqla, cəmi 188.000 (yüz səksən səkkiz min) manatın alınaraq iddiaçı Cavabdeh ödənilməsi, Cavabdeh iddiası qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün (692 manat +346 manat) ümumilikdə ödədiyi 1038 manat dövlət rüsumunun 485.89 (dörd yüz səksən beş manat səksən doqquz qəpik) manat hissəsinin İddiaçı tutulub Cavabdeh ödənilməsi, 552,11 (beş yüz əlli iki manat on bir qəpik) manat hissəsinin isə Cavabdeh özünə aid edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən ilk iddianın cavabdeh Cavabdeh 9.000 (doqquz min) manatın tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi hissəsində iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, eləcə də qarşılıqlı iddianın rədd edilməsi hissəsində isə iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin qeyd edilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırmaya şərait yaratmadığını hansısa formada əsaslandırmayıb. Belə ki, İddiaçı mübahisəli bağ evini dostu Hacı Salayevin xahişinə əsasən əvəzsiz olaraq Cavabdeh müvəqqəti yaşamaq üçün verdiyini, Cavabdeh isə qeyd olan bağ torpaq sahəsinə dair pulu X1 və X3 yanında nağd formada təqdim etdiyini və bununla əlaqədar onları şahid qismində dindirilməsini hələ qarşılıqlı iddia ərizəsində (bax:cild 1; i.v.23 ) xahiş etməsinə, ilk iddiaçı isə şahidlərin dindirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməsinə (bax:cild 1; i.v.47) baxmayaraq məhkəmə hər iki tərəfin dindirilməsini xahiş etdiyi şahidlərin dindirilməsinə şərait yaratmamış və mövqeyini hər hansı bir ciddi arqumentlərlə əsaslandırmamışdır. Məhz buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki tərəfin dindirilməsini xahiş etdiyi şahidlərin ifadələrinin alınması təmin edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, öhdəlik yalnız hansısa razılaşma yaxud əqd bağlanması nəticəsində yaranmır. Başqa sözlə, öhdəlik əsassız varlanmadan da yarana bilir. Bu mənada qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşısında öhdəliyi əsassız varlanmadan yaranmışdır. Başqa sözlə, İddiaçı Cavabdeh hesabına varlanması həyata keçirilməmiş əsasa söykənir. Buna görə də, Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. Çünki İddiaçı əməli həm də Cavabdeh gözlədiyi məqsədə uyğun olmamışdır. Belə ki, Cavabdeh 2013-cü ilin iyul ayının əvvəllərində X1 və X3 yanında bağ evini və 0.45 hektar bağ torpaq sahəsini almaq üçün 150.000 ABŞ dollarını İddiaçı verdiyini, alqı-satqı müqaviləsinin rəsmiləşdirməməsinin səbəbi kimi bağ torpaq sahəsinin 0.25 hektarının dövlət qeydiyyatına alınsa da, qalan 0.20 hektarının qeydə alınmasını təmin edəcəyindən sonra alqı-satqının bağlanacağı ilə bağlı sonuncunun vədinin olduğunu, məhz buna görə ##.##.2013-cü il tarixdə X3 adına 3 illik müddətə, bağ torpaq sahəsinə dair sərəncam verməyi, bağışlamağı, satmağı və.s səlahiyyətləri ehtiva edən etibarnamə verildiyini göstərib. İddiaçı isə mülkiyyətində olan bağ evini Cavabdeh satmadığını, yalnız dostu Hacı Salayevin xahişinə əsasən müvəqqəti yaşamaq üçün verdiyini bəyan edib qarşılıqlı iddiaya etiraz edir. Tərəflər təqdim edilməsi mümkün olan sübutlarını təqdim ediblər, apellyasiya baxışı zamanı da birinci instansiya məhkəməsi tərəfindən MPM-in 372.2-ci maddəsinin tələbləri pozulduğundan hər iki tərəfin təqdim etdiyi şahidlərin ifadələri alınmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya baxışı zamanı, İddiaçı dostu olduğunu bildirdiyi, şahid qismində dindirilmiş, X1 və X3 ifadələrində Cavabdeh iddiasında haqlı olduğunu, yəni mübahisəli bağ-torpaq sahəsini onların iştirakı ilə əvəzi ödənilməklə aldığını, lakin qarşılıqlı iddiada göstərilən səbəbdən rəsmiləşdirilmədiyini təsdiq etdilər. Bu şahidlərin ifadələri həm məhkəmə iclasının audio-video yazısında, həm də iclas protokolunda öz əksini tapıb. Ağlabatan mühakimə də tələb edir ki, bu şahidlər İddiaçıla sinif yoldaşı və dost olublarsa, ifadəsinin həqiqi olduğunu qəbul etməlidir. Əksinə şahid ifadələrini mötəbər sübut hesab etmirsə, bunun səbəblərini inandırıcı, ağlabatan və ciddi arqumentlərlə göstərməlidir, ancaq göstərmir, yaxud olmadığı üçün göstərə bilmir. Apellyasiya baxışı zamanı ilk iddiaçı tərəfdən onların mövqeyi baxımından şahidlərin bu cür ifadə verməsinin səbəbi öyrənilməyə çalışılsa da, bunun ağlabatan cavabı olmadı. Yalnız Cavabdeh ilə Hacı Salayevin qeyri-rəsmi nikah münasibətlərinin və bu münasibətlərdən onların bir qız övladının olduğu, buna görə də İddiaçı dostu Hacı Salayevə görə qarşılıqlı iddiaçıya və qızına bağ evində “müvəqqəti yaşamağa” icazə verdiyi bildirildi. Ancaq Cavabdeh ilə Hacı Salayevin qeyri-rəsmi nikah münasibətlərinin olmasının və bu münasibətlərdən onların qız övladının həqiqi olması belə qarşılıqlı iddianın əsassız olduğuna dəlalət etmir. Əksinə bu cür münasibətlərin və qız övladının olması Cavabdeh sözügedən bağ evini almaq üçün vəsait ödəməsini daha inandırıcı edir. Əvvəla ona görə ki, “müvəqqətiliyin” də bəlli bir müddəti və ağalabatan izahatı olmalıdır ki, ilk iddiaçı tərəf bu barədə heç nə söyləmir. Ikincisi, müvəqqəti yaşayanın istifadə etdiyi kommunal xidmətlərin əvəzini ödəməsi anlaşılan olsa da, əmlak və bələdiyyə vergisini ödəməsi inandırıcı deyil. Demək ki, bu hallar da Cavabdeh mübahisəli bağ evində 10 ildən artıq müddətdə əvəzi ödənilmədən müvəqqəti yaşadığını istisna edir.

22. Bundan əlavə, Cavabdeh 2013-cü ilin iyul ayının əvvəlində İddiaçı vəsait ödəyərək mübahisəli bağ torpaq sahəsini alması, sonuncunun məhz həmin tarixdə X3 adına 3 illik müddətə, bağ torpaq sahəsinə dair sərəncam verməyi, bağışlamağı, satmağı və.s səlahiyyətləri ehtiva edən etibarnamə verməsi də təsdiq edir. X4 da İddiaçı bağ sahəsini Cavabdeh satdığı üçün ona bu cür etibarnamə verməsini təsdiqlədi. Əks halda bu cür etibarnamə verməsinin başqa bir ağlabatan səbəbi olmuşdursa, İddiaçı bununla əlaqədar ciddi arqumentlərini göstərə bilərdi, ancaq göstərə bilmir, üstəlik həmin vaxt bağ sahəsini hər bir halda satmaq istədiyini açıq-aşkar bəyan edir. Deməli İddiaçı satmaq istədiyini bəyan etməsi ilə, Cavabdeh almaq istəməsi və aldığı dövr də üst-üstə düşür. Bu faktın özü də qarşılıqlı iddianı əsaslı edən faktorlar sayılır.

23. Bundan başqa, İddiaçı ##.##.2024-cü ildə Cavabdeh bildiriş göndərməsi, bundan xeyli müddət sonra, yəni ##.##.2024-cü ildə məhkəməyə müraciət etməsi də qeyd olunan dövrdə onun qarşı tərəfdən bağ sahəsinə görə əlavə pul tələb etməsini daha da inandırıcı edir. Əks halda bildiriş verdiyi vaxtdan iddia irəli sürülənədək 6 aya yaxın müddətdə də gözləməyə ciddi zərurət olmalı idi. İddiaçı Cavabdeh aldığı vəsaitin əvəzində 11 ildən artıq müddətdə bağ evini sonuncuya təhvil verib, 11 il sonra torpağın bahalaşmasından və alqı-satqı müqaviləsinin vaxtında rəsmiləşməməsindən istifadə edərək əlavə 120.000 ABŞ dolları tələb etməsi iş materiallarında olan sənədlər, o cümlədən ilk iddiaçı tərəfin mövqeyi ilə də təsdiq olunur. Belə ki, işdə olan yazışmada (bax: cild 2; i.v.76-80;) ilk iddiaçının vəkili və nümayəndəsi qarşı tərəfə mesaj yazaraq mübahisənin sülh yolu ilə həll etmək istəyi varsa onunla WatsApp üzərindən əlaqə saxlamağı təklif etmiş, qarşı tərəfdən isə ##.##.2024-cü ildə “Hörmətli Fuad müəllim, dünənki müzakirənizə uyğun olaraq müqavilənin layihəsi müzakirənizə təqdim olunur” cavabı göndərilib. Müqavilənin layihəsində (bax: cild 2; i.v.96-102) isə həqiqətən İddiaçı əlavə 120000 ABŞ dollarını 6 ay ərzində, yəni 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayına kimi, hər ay hissə-hissə 20000 ABŞ dolları ödənilmək şərti ilə satmaq istədiyi barədə şərtlər razılaşdırılıb. Ancaq ödəniş müddətləri barədə razılığa gəlinmədiyi üçün ilk iddiaçı tərəfindən ##.##.2024-cü ildə məhkəməyə müraciət olunub. Bundan sonra isə, Cavabdeh tərəfindən əvvəlcə Sabunçu rayon prokurorluğuna İddiaçı barədə şikayət, 2024-cü ilin noyabr ayının əvvəlində isə hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunub. ## #### 2025-ci il tarixli məhkəmə iclasında da ilk iddiaçının nümayəndəsi və vəkili də sədrlik edənin sualına cavab olaraq göstərdi ki,.. mən Balağa ilə danışıqlar aparırdım, onlar Elşaddan bağı almaq istəyirdi. Təklif etdikləri məbləğ 120000 ABŞ dolları idi. Biz razılaşmadıq. Onlar müqavilədə bildirirdi ki, 20000-ni indi verirlər, qalanını 6 ay ərzində verirlər. Elşadı bu qane etmədi. Normal təklif olsa idi Elşad razı olacaqdı. Elşad məbləği artıq istəyirdi. Onların pul təklifindən sonra danışıq etmədik, məlum oldu ki, əllərindəki pul 20000-dir. Göründüyü kimi, bütün bu hallar ona dəlalət edir ki, İddiaçı 2013-cü ilin iyul ayında real bazar dəyərini aldığı bağ sahəsinin, alqı-satqı müqaviləsinin rəsmiləşməməsindən və 11 il sonra daşınmaz əmlakın bahalaşmasından suiistifadə edərək qarşı tərəfdən əlavə vəsait tələb etmək qərarına gəlib, buna nail olmadıqda isə bu cür iddia ilə məhkəməyə müraciət edib. Yəni, İddiaçı 2013-ci ilin iyul ayında mübahisəli bağ evini Cavabdeh faktiki olaraq satmamışdırsa, 2024-cü ilin oktyabr ayında və hazırda da satmaq niyyəti yoxdursa, onda nə üçün bağ sahəsini əlavə 120000 ABŞ dolları ödənilməklə satılmasına dair danışıqlar aparırdı. Bir halda ki, özünün bəyan və təqdim etdiyi rəydə göstərildiyi kimi bağ sahəsinin qiyməti 120000 ABŞ dollarından iki dəfə bahadır.

24. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı qarşılıqlı iddiaçının hüquqi dəyərləndirməsi də işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Belə ki, iddia müddətinin tətbiqi institutu bir hüquqi müdafiə vasitəsidir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunması onun hüququndan istifadə kimi qiymətləndirilə bilər. Ancaq İddiaçı həm qarşılıqlı iddianın əsassız olduğunu bəyan etməsi, həm də iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini istəməsi bir-biri ilə uzlaşmır, yəni biri digərini tamamlamır. Belə çıxır ki, bu cür ərizə ilə Cavabdeh hüquqlarını pozmasını etiraf edir. Başqa sözlə, bu cür ərizə verməklə hüquqi əhəmiyyət kəsb edən iradə ifadə edir, məhkəmə isə ərizə üzrə qərar qəbul etməlidir. Yəni, iddia müddətinin keçmədiyini nəzərə alıb mahiyyəti üzrə yaxud da iddia müddətinin keçdiyini nəzərə alıb iddiadan imtina barədə qərar qəbul edə bilər. Bu müddət pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Demək ki, pozulmuş subyektiv hüququn müdafiəsi müddətinin tətbiq edilməsini istəyən şəxs avtomatik olaraq hüququn mövcudluğunu və onun tərəfindən pozulduğunu etiraf edir. Çünki o, məhz buna görə pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əks halda belə yanaşma ortaya çıxır ki, qarşılıqlı iddiaçının subyektiv hüququ yoxdursa yaxud cavabdeh onu pozmayıbsa, iddia müddətinin tətbiqinin istənilməsinə lüzum yoxdur, çünki bu cür vəziyyətdə onsuz da iddia əsassızlığına görə rədd olunacaq. Ona görə də İddiaçı bir-birini təkzib edən iki iradəsi eyni anda mövcud ola bilməz. Göründüyü kimi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və pozulduğunu iddia edir, İddiaçı isə isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə Cavabdehnn hüququnun mövcud olduğunu, həmin hüququ pozduğunu, lakin bu pozuntuya görə məsuliyyət müddətinin keçdiyini etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı, pozulub-pozulmadığı və kim tərəfindən pozulduğu barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olur. Nəzərə alınmalıdır ki, araşdırma tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də, tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (MM.m.1095). Cavabdeh 2024-cü ilin may ayına kimi İddiaçı onun hüququnu pozduğunu yaxud pozacağını bilə bilməzdi. Çünki o, tələb etdiyi vəsaiti hansısa digər məsələ ilə bağlı deyil, bağ evini almaq məqsədilə vermişdir. Ona görə də hüququnun pozulduğunun ona məlum olduğu vaxtdan 6 ay ərzində məhkəməyə müraciət edib və iddia müddətini də ötürməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən müddətin ötürülməsinə dair ərizəsinin məhkəmə tərəfindən qəbul olunması və qarşılıqlı iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair vəsatətin təmin edilməsi halında mülki məhkəmə icraatının prinsipləri pozulmuş olur, cavabdehin müdafiə üsulu isə qeyri-bərabər qaydada məhdudlaşdırılır (prosessual hüquqlar məhdudlaşdırılır). Cavabdeh yalnız passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Belə passiv müdafiə isə cavabdehin pozulmuş hüquqlarını müdafiə edə bilməməsinə, bununla da mülki mühakimə icraatının prinsiplərinin pozulmasına gətirib çıxarır.

26. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddia müddətinin keçməsinə dair ərizə vermək hüququnu həyata keçirərkən iddiaçı, məhkəmə tərəfindən yalnız ilkin iddianın baxılmasının mümkünlüyünə çalışır. Yalnız ilkin iddiaya baxılması isə bərabərlik və tərəflərin hüquq bərabərliyi prinsiplərinin pozulmasına səbəb olur. Bundan əlavə, iddiaçının bu cür vəsatətinin təmin olunması onun cavabdehlə müqayisədə daha üstün mövqeyə malik olmasına gətirib çıxarır. Bu isə Konstitusiyada və Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyində təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.

27. Apellyasiya baxışı zamanı iddiaçı və cavabdeh mübahisə predmeti olan bağ evi və torpaq sahəsinin dəyərinin müəyyən edilməsi barədə məhkəməyə qiymətləndirmə (mütəxəssis) rəyi təqdim etdilər. İddiaçı təqdim etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 720 ünvanında yerləşən bağ evinin (0.25 ha xüsusi mülkiyyətdə, faktiki isə 0,45 ha olan torpaq sahəsi ilə birlikdə) "xxxx" MMC tərəfindən verilmiş **/**** saylı, ## #### 2025-ci il tarixli qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ evinin (faktiki 0,45 ha ölçüdə torpaq sahəsi nəzərə alınmaqla):

28. ## #### 2025-ci il tarixinə hesablanmış bazar dəyəri 450.000 (dörd yüz əlli min) manat,

29. 2013-cü ilin iyul ayı tarixinə hesablanmış bazar dəyəri 250.000 (iki yüz əlli min) manat,

30. 2024-cü ilin oktyabr ayı tarixinə hesablanmış bazar dəyəri 400.000 (dörd yüz min) manat təşkil edir.

31. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş *** saylı, ## #### 2025-ci il tarixli qiymətləndirmə (mütəxəssis) rəyində isə qeyd edilib ki, qiymətləndirici tərəfindən aparılmış keçmiş dövrlərə dair bazar araşdırmasının nəticələrinə əsasən müəyyən edilmişdir ki, 2013-cü ilin iyun ayı üçün sözügedən ərazidə torpaq sahəsinin bir sotunun orta bazar dəyəri təxminən 4.000 (dörd min) manat, tikinti obyektinin isə bir kvadrat metrinin orta bazar dəyəri 500 (beş yüz) manat təşkil etmişdir.

32. 2024-cü ilin ikinci yarısına dair aparılmış bazar araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, həmin ərazidə torpaq sahəsinin bir sotunun orta bazar dəyəri 8.000 (səkkiz min) manat, tikinti obyektinin bir kvadrat metrinin orta bazar dəyəri isə təxminən 700 (yeddi yüz) manat səviyyəsində olmuşdur.

33. Apardığı araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı ünvanda yerləşən bağ evinin 2013-cü il üzrə tikilinin bazar dəyəri 40000 (qırx min) manat, torpaq sahəsinin bazar dəyəri 100000 (yüz min) manat, ümumilikdə 140.000 (yüz qırx min) manat müəyyən edilmişdir.

34. Apardığı araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı ünvanda yerləşən bağ evinin 2024-cü il üzrə tikilinin bazar dəyəri 55000 (əlli beş min) manat , torpaq sahəsinin bazar dəyəri 200000 (iki yüz min) manat, ümumilikdə 255000 (iki yüz əlli beş min) manat müəyyən edilmişdir.

35. Qeyd: Bağ evinin hasarının hüdudları daxilində olan əlavə 0,20 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən həmin əlavə torpaq sahəsi üzrə qiymətləndirmə aparılmamışdır.

36. Təqdim edilən rəylərin məzmunundan görünürdü ki, həm bağ evi və ona aid torpaq sahəsinin dəyərini müəyyən edən qiymət baxımından, həm də bağ evinin hasarının hüdudları daxilindəki əlavə olaraq mövcud olan 0,20 ha torpaq sahəsinin nəzərə alınıb-alınmaması baxımından hər iki rəy arasında ciddi fərqlər var. Odur ki, qeyd olunan rəylər arasında fərq olduğundan, eləcə də iş üzrə həqiqətin müəyyən edilməsi baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə, qiymətləndirmə ekspertizası təyin edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 720 ünvanında yerləşən bağ evinin (0.25 ha xüsusi mülkiyyətdə, faktiki isə 0,45 ha olan torpaq sahəsi ilə birlikdə) 2013-cü ilin iyul ayındakı, 2024-cü ilin oktyabr ayındakı və halhazırdakı dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmənin keçirilməsi Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilmişdir.

37. “xxxx” Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş 385№-li, ## ####### 2025ci il tarixli qiymətləndirmə rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı ünvanda yerləşən bağ evinin: 2013-cü il üzrə tikilinin ümumilikdə bazar dəyəri 432 500 (dördyüz otuz iki min beş yüz) manat; 2024-cü il üzrə tikilinin ümumi bazar dəyəri 520 200 (beş yüz iyirmi min iki yüz) manat müəyyən edilmişdir. Bütün göstərilənlər nəzərə alınaraq, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu,Naradaran qəsəbəsi, bağ evi 720 ünvanında yerləşən bağ evinin ##.##.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 677 652 (altı yüz yetmiş yeddi min altı yüz əlli iki ) manat: tikilinin dəyəri 55 230 (əlli beş min iki yüz otuz) manat; torpağın dəyəri 632 295 (altı yüz otuz iki min iki yüz doxsan beş) manat təşkil edir.

38. Göründüyü kimi, eyni bağ evinə və torpaq sahəsinə dair 3 qiymətləndirici tərəfindən bir-birindən kəskin fərqlənən rəy mövcuddur. Rəylərdən ikisini tərəflər təqdim edib, üçüncüsünü isə məhkəmə əldə edib. Nə qədər qəribə olsa da tərəflərin təqdim etdiyi rəydə 2013-cü ilin iyul ayına olan bazar dəyəri bir-birinə daha yaxındır (250000=140000), nəinki məhkəmənin əldə etdiyi (432.500 (dörd yüz otuz iki min beş yüz) qiymət. Əlbətdə ki, bu cür vəziyyət qiymətləndiricinin bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşımaq barədə xəbərdar olunsa da bu cür məsuliyyət daşımaq hissinin olmaması ilə bağlı ola bilər. Əks halda xüsusi biliyə malik qiymətləndirici ekspert digər rəylərin həqiqi olmadığına dair mövqeyini rəyində göstərməli idi, ancaq göstərməyib. Bu cür vəziyyətdə bu rəyin mötəbərliliyi də aradan qalxmış olur. Buna baxmayaraq, məhkəmə tərkibi yenidən qiymətləndirmə keçirilməsinə zərurət və əsas görmədi. Çünki bunun həqiqətin müəyyən edilməsinə əhəmiyyətli təsiri yoxdur. Üstəlik İddiaçı şahid qismində dindirilmiş oğlu Cəmil Şirinbəyov ##.##.2025-ci il tarixli məhkəmə iclasında (cild 2; i.v.110- 112) göstərdi ki,...atam Çingiz Məhərrəmova ona görə etibarnamə vermişdi ki, atam bağı satmaq istəyirdi, özü isə burada olmurdu, tez-tez Türkiyəyə, Avropaya gedirdi. Çingiz də atamın dostu idi. Sırf əgər müştəri çıxsa bağı satmaq üçün atam Çingizə etibarnamə vermişdi ki, atamın iştirakı olmadan bağı sata bilsin. Atam 110000, 120000 ABŞ dollarına bağı satmaq fikri var idi. Ancaq 90000 pul verən də olmurdu. Hal-hazırda həmin yerdə torpağın sotu 5000-dən çox deyil. Göründüyü kimi, ilk iddiaçı tərəfin təqdim etdiyi, həm də doğma övladı olan şahid də 2013-cü ilin iyul ayında bağ evinin və torpaq sahəsinin həqiqi bazar dəyərinin elə Cavabdeh İddiaçı ödədiyi məbləğdə olmasını təsdiq etdi. Bu cür vəziyyətdə 2013-cü ilin iyul ayında bağ evinin və torpaq sahəsinin həqiqi bazar dəyərinin fərqli olmasına dair ilk iddiaçı tərəfin gətirdiyi dəlillər əhəmiyyətsiz hesab edilir.

39. Göstərilənlərə baxmayaraq, Cavabdeh İddiaçı 2013-cü ilin iyul ayında mübahisəli bağ evinə və torpaq sahəsinə görə ödədiyi vəsaitin 150000 ABŞ dolları deyil, 120000 manat olduğu təsdiq olunur. Düzdür qeyd olunan dövrdə 150000 ABŞ dollarının manata məzənnəsi demək olar ki, 120000 manat təşkil edirdi. Ancaq hazırkı vəziyyətdə 150000 ABŞ dollarının manata məzənnəsi yüksək olduğundan Cavabdeh İddiaçı 150000 ABŞ dolları və ona illik 5 % lə hesablanan məbləği tələb etməsi anlaşılan olsa da iddia tələbi bu qaydada təmin edilə bilməz. Üstəlik iş materialına əlavə edilmiş (cild 2; i.v.251-255) Cavabdeh özünün WhatsApp nömrəsi ilə İddiaçı göndərdiyi səsli mesajların mətnində də 120000 manat ödədiyini təsdiq etmişdir. Buna görə də cavabdeh İddiaçı 120000 (yüz iyirmi min manat) manat alınaraq Cavabdeh ödənilməsi təmin edilməlidir.

40. Göstərilənlərdən əlavə, qarşılıqlı iddia tələbinin əsas məbləğə illik 5 % lə hesablanan məbləği tələb etməsi də əsassız olmayıb. Cavabdeh tələbinin həmin hissəsinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırıb. Ona görə qarşılıqlı iddia tələbinin həmin hissəsinin əsasını İddiaçı pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, öhdəliyini yerinə yetirmədiyi üçün aldığı pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsi təşkil edir. Demək iddia tələbinin qanuni əsasını da Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil etməlidir. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 445.7ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edib. Öhdəliyin icra olunmamasında borclunun təqsirinin olub-olmaması Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı illik 5 faizin tutulması üçün əsas pul məbləğinin ödənilməsinin gecikdirilməsi, yəni pul öhdəliyinin icra edilməməsi təşkil edir. Ona görə də cavabdeh İddiaçı 120.000 (yüz iyirmi min) manat və 2013-cü ilin iyul ayından qarşılıqlı iddia ərizəsinin məhkəməyə daxil olduğu 2024-cü ilin noyabr ayınadək, yəni 11 il, 4 ay müddət üçün əsas məbləğə illik 5 faizlə hesablanan 68.000 (altmış səkkiz min) manat olmaqla, cəmi 188.000 (yüz səksən səkkiz min) manat alınaraq iddiaçı Cavabdeh ödənilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qarşılıqlı iddianın qismən təmin edilməsi avtomatik olaraq ilk iddianın əldən çıxmış fayda şəkilində zərərə görə kompensasiya tələb edilməsini istisna edir. Çünki ilk iddia bu hissədə o zaman əsaslı sayıla bilərdi ki, qarşılıqlı iddia tam əsassız olsun və təmin edilməmiş olsun. Ancaq apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olundu ki, Cavabdeh İddiaçı məxsus mübahisəli bağ evində 12 ilə yaxın müddətdə hüquqa zidd şəkildə yaşamamışdır. Əksinə İddiaçı Cavabdeh hesabına həyata keçirilməmiş əsasa söykənən şəkildə əsassız varlanmışdır. Bu cür vəziyyətdə, İddiaçı Cavabdeh bağ evindən çıxarılmasını tələb etməklə yanaşı, həm də hüquqdan başqalarına zərər vurmaq məqsədi ilə sui-istifadə edərək əldən çıxmış fayda şəklində zərər tələb etməsi isə açıq-aşkar əsassız olmuşdur. Ona görə ilk iddianın əldən çıxmış fayda şəklində zərərin təmin edilən edilən hissəsində qətnamə ləğv edilməli və iddia təmin edilən hisssədə də rədd edilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, İddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür qarşılıqlı iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

43. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2, 329.1, 329.2, 385.1, 386.1, 425.1, 425.2, 427.2, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2, 528, 529.1, 560.1, 560.2, 560.3, 560.3.1, 560.3.2, 560.3.3, 560.3.4, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Iddiaçı İddiaçı (vəkil vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddia tələblərinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında əqdin bağlanmadığı halda İddiaçı Cavabdeh qarşısında öhdəliyi yarana bilməzdi. Məhkəmə kollegiyasının “İddiaçı Cavabdeh hesabına varlanması” arqumentinin də heç bir hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh qızının sözügedən bağ evinə hər hansı bir hüququ yoxdur. O, iddiaçı İddiaçı pul ödəmədən, 11 il ərzində əvəzsiz qaydada həmin bağ evində yaşamışdır. Iddiaçı cavabdehdən bağ evinə görə pul almadığına görə məntiqə uyğun olaraq əsassız varlanma da baş verməmişdir. Əksinə burada itkiyə məruz qalan iddiaçı olmuşdur, çünki o dostunun xahişini təmin edərək öz əmlakından istifadə etmək hüququndan məhrum olmuşdur.

46. Cavabdehdə 11 il ərzində belə bir müqavilənin olmaması, güvəndiyi etibarnamənin qüvvədən düşməsinə əhəmiyyət verməməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Qarşılıqlı iddiada irəli sürülən tələbin müddəti ötürülmüşdür.

47. Azərbaycan Respublikasının qoşulduğu bu və digər beynəlxalq konvensiyalara əsasən, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının guya nağd şəkildə ödədiyi 150.000 ABŞ dollarının əldə edilməsi mənbəyini, onun həqiqiliyini, qanuniliyini araşdırmalı idi, qarşılıqlı iddia üzrə iddiaçıdan bununla bağlı izahat, sübutlar tələb etməli idi və belə izahat, sübutların təqdim edilməməsini tənqidi qiymətləndirməli idi. Apellyasiya Məhkəməsi hazırki işdə bu tədbirləri icra etməyərək Azərbaycan Respublikasının üzərinə götürdüyü beynəlxalq öhdəliyini pozmuşdur. Təsadüfi deyil ki, notarial qaydada daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə üzrə ödəniş həyata keçiriləndə notariuslar bu cür araşdırmanı aparırlar.

48. Bakı Apellyasiya Məhkəməsində iş üzrə ilk məhkəmə baxışı iclası ##.##.2025-ci il tarixində keçirilmişdir. Ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Elektron məhkəmə informasiya sistemi vasitəsilə şahidlərin dindirilməsi barədə vəsatəti məhkəməyə təqdim etməmişdir. Lakin, apellyasiya məhkəməsində iclas başlandıqda cavabdehin nümayəndəsi şifahi formada şahidlərin dindirilməsi barədə vəsatətlə məhkəmə kollegiyasına müraciət etmişdir və eyni zamanda bildirmişdir ki, o şahidləri məhkəməyə dəvət etmişdir və şahidlər məhkəmə zalının qarşısında dindirilmələrini gözləyirlər. Həmin şifahi vəsatətindən başqa cavabdehin nümayəndəsi məhkəməyə Bakı şəhəri Şabunçu Rayon Prokurorluğundan əldə etdiyi cavabdehin şikayətinə əsasən prokurorluqda toplanmış izahatların surətlərini təqdim etmişdir. Məhkəmə kollegiyasına sədrlik edən hakim tərəfin təqdim etdiyi izahatları nümayəndədən alaraq, iş materiallarına əlavə etmişdir. Bu zaman, sədrlik edən hakim qarşı tərəfin nümayəndəsi kimi iddiaçının vəkilindən təqdim edilən yeni sübutlarla bağlı rəyini soruşmamışdır, həmin izahatların və vəsatətin Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim edilib-edilməməsini araşdırmamışdır, buna əhəmiyyət verməmişdir.

49. Daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə qanunvericiliyin tələbinə əsasən notarial qaydada təsdiqlənməlidir. Məhkəmə isə iki şahidin ifadəsinə istinad edərək, tərəflər arasında guya bağın alqı-satqısı haqqında müqavilənin bağlandığı haqqında qanunsuz qənaətə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi hər iki şahiddən soruşmuşdur ki, Cavabdeh iddiaçıya pul verəndə onlar harada durmuşdular. Hər iki şahid bildirmişdir ki, onlar Cavabdeh ilə İddiaçı arxasında durmuşdular. Insanın arxasında durub onun hansı məbləğdə pulu qəbul etməsini görmək mümkün deyil. Məhkəmə bu fakta da qiymət verməmişdir.

50. İddiaçı məhkəmədə təmsil etmək üçün vəkil3 verilmiş etibarnamənin qüvvədə olma müddəti ##.##.2025-ci il tarixdə bitmişdir. Bu səbəbdən İddiaçı ##.##.2025-ci il tarixdə mülki işdə hüquqi yardımın göstərilməsi haqqında vəkil4 ilə müqavilə bağlamışdır. Məhkəmə kollegiyası tərəfindən vəsatət təmin edilməmiş, vəkilə iş materialları, məhkəmə iclas protokolları, iclasların video audio çəkilişlərilə tanış olması üçün ona şərait yaradılmamışdır. Bunun səbəbi qətnamədə heç cür əsaslandırılmamışdır. Bu fakt da məhkəmə tərəfindən ilkin iddia üzrə iddiaçının prosessual hüquqlarının pozulduğunu təsdiq edir.

51. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsini verərkən dövlət rüsumunu 82 qəpik əskik ödəmişdir, bunun ardınca apellyasiya şikayəti verərkən o dövlət rüsumu 99 manat 41 qəpik əskik ödəmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə apellyasiya məhkəməsi tərəfindən bu qanun pozuntularına əhəmiyyət verilməmişdir, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin cavabdehin düzgün hesablayıb ödəməsi yoxlanılmamışdır. Apellyasiya məhkəməsi belə vəziyyətdə apellyasiya şikayətini baxışdan çıxarmalı və apellyasiya şikayətini geri qaytarmalı idi.

52. Cavabdeh Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən, qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edərək, qarşılıqlı iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

53. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi isə pulun verildiyi dövrün şəraitini, tələbini, dolayısı ilə işgüzar adətini nəzərə almadan qətnamə çıxarmış və bu da Cavabdeh hüquqlarının pozulması ilə nəticələnmişdir.

54. Bakı Apellyasiya Məhkəməsi əsassız varlanma olaraq görsə də, bu əsassız varlanmanın miqdarında yalnışlığa yol vermişdir. Hazırki mülki iş üzrə Cavabdeh tərəfindən məhz 150.000 ABŞ dolları vəsaiti ödənilmişdir. Işin hallarını bütövlükdə qiymətləndirdikdə ortaya çıxan mənzərə bundan ibarət olur ki, doğrudan da İddiaçı 2013-cü ildə 150.000 ABŞ dolları məbləğini Cavabdeh almış, lakin sənədləşdirmə işlərini aparmayaraq əsassız varlanmışdır. Təssüflər olsun ki, məhkəmə tərəfindən işin hallarına obyektiv hüquqi qiymət verilməmişdir.

55. Bakı Apellyasiya Məhkəməsi isə İddiaçı tutulmalı olan pul məbləğinin miqdarı və valyutasında yalnışlığa yol verdiyindən, illik 5 faizlə tutulacaq məbləğdə də yalnışlıq olmuşdur. Bununla da Cavabdeh hüquqlarının pozulmasına yol açılmışdır.

56. Bakı Apellyasiya Məhkəməsi isə tənqidi yanaşmaqdan əlavə, ümumiyyətlə şahid ifadələrinə toxunmamış, iddianı 150.000 ABŞ dolları olaraq təmin etməməsini əsaslandıra bilməmişdir. Maddi hüquq normalarının pozulması hissəsində də qeyd etdikləri kimi ilkin iddiaçının oğlu da atasının torpaq sahəsini məhz ABŞ dolları valyutasında satmaq niyyətini bildirmişdir. Belə olduğu təqdirdə Məhkəmə iş üzrə mövcud sübutları düzgün, bir-biri ilə əlaqəli formada qiymətləndirməyərək, qarşılıqlı iddianın ABŞ dolları valyutasında təmin etməli olduğu halda bunu etməyərək çıxarmış olduğu qətnamənin qanuni və əsaslı olması haqda MPM-nin tələblərini pozmuşdur.

57. Bakı Apellyasiya Məhkəməsinin çıxarmış olduğu qətnamədən görünür ki, məhkəmə iş üzrə mövcud sübutları hərtərəfli və tam qiymətləndirməmişdir. Iş üzrə ilkin iddiaçının dostu və birinci instansiya məhkəməsində şahid kimi dindirilməsini istədiyi Hacı Salayev, Çingiz Məhərrəmov, Cavabdeh İddiaçı 150.000 ABŞ dolları ödəyərək torpaq sahəsini aldıqlarını bildirdilər. Həmin torpaq sahəsinin alqı-satqısı məqsədi ilə pulun verilməsi şübhə doğurmur. Bu hissədə Bakı Apellyasiya Məhkəməsinin əsaslandırması yetərlidir. Məhkəmənin razılaşmadıqları mövqeyi isə verilmiş pul məbləği ilə bağlıdır. Bakı Apellyasiya Məhkəməsi şahid ifadələri ilə təsdiqini tapmış 150.000 ABŞ dolları verilməsi halını hansı əsasa görə qəbul etmədiyini əsaslandıra bilməmişdir. Iş üzrə mövcud sübutları əlaqəli şəkildə qiymətləndirdikə, ilkin iddiaçının oğlunun atasının torpaq sahəsini ABŞ dolları ilə satmaq istəməsini bildirməsi, həmin dövrdə olan işgüzar adətlər, iş üzrə ilkin iddiaçının dostunun şahid və digər şəxslərin şahid ifadələri Cavabdeh İddiaçı 150.000 ABŞ dolları ödədiyini təsdiq edirdi. Məhkəmə isə Cavabdeh tərəfindən İddiaçı göndərilmiş səsli mesajlarda 120.000 manat istəməsinə əsaslanmış və iddianı o miqdarda təmin etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı da göründü ki, tərəflər arasındakı danışıqlar daim aqressiv formada olmuş, ilkin iddiaçı Cavabdeh özündən çıxarmağa nail olmuşdur. Məhz həmin səsli mətnlərdə də İddiaçı tərəfindən bu cür haqsız tələblə qarşılaşmağının vermiş olduğu aqresiya ilə Cavabdeh 120.000 manat səsləndirmiş ola bilər. Nəzərə alınmalıdır ki, əsəbi halda insan nəinki 120.000, hətta 50.000 manat da deyə bilər. Bu hal digər sübutlarla, şahid ifadələri ilə əlaqəli olaraq qiymətləndirilməli və İddiaçı 150.000 ABŞ dolları verilməsi faktı məhkəmə tərəfindən qəbul edilməli idi. Bakı Apellyasiya Məhkəməsi isə işin halları, işdəki sübutları əlaqəli şəkildə qiymətləndirməyərək Cavabdeh hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Ilkin iddia üzrə iddiaçı İddiaçı vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

59. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

60. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

61. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

62. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

63. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

64. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

65. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

66. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

67. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

68. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

69. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

70. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

71. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

72. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

73. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

74. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

75. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

76. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

77. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

78. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

79. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

80. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

81. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

82. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:

83. 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi;

84. 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;

85. 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;

86. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

87. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

88. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

89. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

90. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

91. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

94. Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

95. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

96. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

97. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

98. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

99. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

101. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

102. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

103. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

104. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

105. Qeyd olunmalıdır ki, baş tutmamış alğı-satqı müqaviləsi üzrə cavabdehə təhvil verilmiş və onun tərəfindən sahiblik edilən torpaq sahəsi, üzərində olan tikililərin iddiaçıya təhvil verilməsi anında qarşılıqlı iddia üzrə tutulmuş məbləğin qaytarılmamaması gələcəkdə onun qaytarılması ehtimalını azaldır. Belə ki, cavabdehin ödədiyi pulu geri ala bilmədiyi halda, kifayət qədər qüvvətli bir təminat olaraq aldığı əmlakın da onun əlindən alınması, onun mənafeləri baxımından aşkar ədalətsiz vəziyyətin yaranmasına səbəb olardı.

106. Buna görə də baş tutmamış əqdin nəticələri, mülki dövriyyənin təməl prinsipləri olan hüquqi təhlükəsizlik, əmlak balansının bərpası və əsassız varlanmanın qarşısının alınması prinsiplərinə uyğun olmalıdır. Yəni tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, əmlak balansının bərpası və əsassız varlanmanın qarşısının alınması təmin edilməlidir.

107. Mülki Məcəllənin 441.2-ci maddəsində təsbit olunmuş “qarşı tərəf icra etmədikcə icradan imtina” prinsipi mülki hüququn ümumi balans mexanizmlərindən biridir. Həmin prinsipin mahiyyəti ondan ibarətdir ki, qarşılıqlı öhdəlik münasibətlərində tərəflərdən heç biri digərinin icrası təmin edilmədən birtərəfli qaydada tam icraya məcbur edilə bilməz. Əks yanaşma öhdəlik münasibətlərində bir tərəfin öhdəliyi icra edib digər tərəfin icra etməməsi riskini yaradar və hüquqi balansı pozar.

108. Öhdəliklərin qarşılıqlı icrasının zəruriliyi iki prinsipə əsaslanır. Birincisi, ədalət və ekvivalentlik prinsipidir. Əgər tərəflərdən biri öz üzərinə düşən öhdəliyi tam icra etdiyi halda, digər tərəf öhdəliyini icra etməzsə, hüquqi balans pozulmuş olar.

109. Ikincisi, əsassız varlanmanın qarşısının alınması prinsipidir. Etibarsız əqd əsasında əmlak əldə edilməsi hüquqi əsasını itirdiyindən, onun birtərəfli qaydada saxlanılması, hüquqi cəhətdən əsaslandırıla bilməz. Buna görə də pul və əmlakın geri qaytarılması eyni vaxtda həyata keçirilməli, yaxud başqa qarşılıqlı təminat mexanizmi əsasında icra edilməlidir. Əks halda, tərəflərdən birinin hüquqa əsaslanmayan üstünlük əldə etməsi riski yaranır.

110. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində tərəflər üçün müəyyən edilən öhdəliklərin eyni vaxtda (paralel) icrası müəyyən edilmədiyinə görə, baxılan iş üzrə də bu cür risk ehtimalı istisna deyil. Çünki iş üzrə müəyyən edilmişdir ki, torpaq sahəsi və ev cavabdehə təhvil verilmişdir, yaşamaqda davam edir. Bu şəraitdə qarşılıqlı iddia üzrə öhdəliyin icra edilmədiyi halda, digər icranın təmin olunması, tərəflər arasında hüquqi balansı poza bilər.

111. Yaranmış vəziyyətdə məhkəmə aktı əsasında müəyyən edilən öhdəliklərin eyni vaxtda və ya qarşılıqlı təminat əsasında icrası barədə göstərişin əks etdirilməsi yalnız icra texnikasına dair məsələ deyil, qarşılıqlı öhdəliklərin icrasının maddi-hüquqi mahiyyətindən irəli gələn zəruri hüquqi nəticə kimi çıxış edir. Bu yanaşma, yuxarıda qeyd olunan maddi hüquq normalarının sistemli təhlili ilə yanaşı, həm də prosessual qənaətlilik və hüquqi müəyyənlik prinsiplərinə uyğundur.

112. Odur ki, baxılan iş üzrə kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması ilə yanaşı, “ Cavabdeh Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ evindən çıxarılması, cavabdeh İddiaçı 120.000 (yüz iyirmi min) manat və 2013-cü ilin iyul ayından qarşılıqlı iddia ərizəsinin məhkəməyə daxil olduğu 2024-cü ilin noyabr ayınadək, yəni 11 il, 4 ay müddət üçün əsas məbləğə illik 5 faizlə hesablanan 68.000 (altmış səkkiz min) manat olmaqla, cəmi 188.000 (yüz səksən səkkiz min) manatın alınaraq iddiaçı Cavabdeh ödənilməsi, Cavabdeh iddiası qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün (692 manat +346 manat) ümumilikdə ödədiyi 1038 manat dövlət rüsumunun 485.89 (dörd yüz səksən beş manat səksən doqquz qəpik) manat hissəsinin İddiaçı tutulub Cavabdeh ödənilməsi eyni vaxtda icra olunması” barədə bənd əlavə olunmalıdır.

113. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

114. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ evindən çıxarılması, cavabdeh İddiaçı 120.000 (yüz iyirmi min) manat və 2013-cü ilin iyul ayından qarşılıqlı iddia ərizəsinin məhkəməyə daxil olduğu 2024cü ilin noyabr ayınadək, yəni 11 il, 4 ay müddət üçün əsas məbləğə illik 5 faizlə hesablanan 68.000 (altmış səkkiz min) manat olmaqla, cəmi 188.000 (yüz səksən səkkiz min) manatın alınaraq iddiaçı Cavabdeh ödənilməsi, Cavabdeh iddiası qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün (692 manat +346 manat) ümumilikdə ödədiyi 1038 manat dövlət rüsumunun 485.89 (dörd yüz səksən beş manat səksən doqquz qəpik) manat hissəsinin İddiaçı tutulub Cavabdeh ödənilməsi eyni vaxtda icra olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar