Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-596/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “pul” tələbinə dair ilkin və iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: vicdansız sahibin mülkiyyətçiyə vurduğu ziyan tələbi, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Iddiaçı və “xxxx” MMC onun təmsilçisi X1 arasında bağlanmış razılaşma müqaviləsinə əsasən, birgə kommersiya maraqlarını rəhbər tutaraq tərəflər pul vəsaitlərini, digər maddi resurslarını, peşəkar təcrübələrini, işgüzar nüfuzlarını və işgüzar əlaqələrini birləşdirmək yolu ilə ünvan 3 ünvanında 1 girişli 12 mərtəbəli yaşayış binasını inşa etməyi öhdələrinə götürmüşlər.
2. ## #### 2013-cü il tarixli etibarnamə ilə Iddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən “XXX” kafesi ilə əlaqədar bütün idarə və təşkilatlarda əvəzindən imza etməyi, lazım olan sənədləri toplamağı, alqı-satqını rəsmiləşdirməyi və həmçinin obyektiv idarə olunması, onunla əlaqədar işlərin görülməsini X1 etibar etmişdir. Etibarnamə ## ######## 2016-cı il müddətinə qədər verilmişdir.
3. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 və XXX arasında bağlanmış ## ###### 2018-ci il tarixli, Y/* saylı müqaviləyə əsasən MMC ünvan 3 ünvanda binanın tikintisi başa çatdıqdan sonra, həmin binada 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 960 kv.metr olan sahəni “Payçı”ya verməyi, sonuncu isə həmin sahəni qəbul etməyi öz öhdələrinə götürmüşlər.
4. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışına əsasən XXX ünvan 3 ünvanında yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 960 kv.m olan qeyri-yaşayış sahəsini almışdır. XXXnın “xxxx” MMC-yə borcu yoxdur.
5. X1 Bakı şəhəri ** saylı notariat kontoruna ünvanladığı ## #### 2020-ci il tarixli ərizəsinə əsasən həyat yoldaşı XXXnın adına olan və “xxxx” MMC tərəfindən ünvan 7 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 960 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmir.
6. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış ## #### 2020-ci il tarixli, Y/* saylı müqaviləyə əsasən ünvan 3 ünvanda binanın tikintisi başa çatdıqdan sonra, həmin binada 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 960 kv.metr olan sahəni “MMC” “Payçı”ya verməyi, “Payçı” isə həmin sahəni qəbul etməyi öz öhdələrinə götürmüşlər.
7. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2020-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 960 kv.m olan qeyriyaşayış sahəsini almışdır. Cavabdeh “xxxx” MMC-yə borcu yoxdur.
8. ## ###### 2020-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 960 kv.m təşkil edən qeyri-yaşayış sahəsini mağaza-anbar təyinatlı istifadə üçün 10 il müddətinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin istifadəsinə verilmişdir. Icarə məbləği hər ay üçün vergi daxil olmaqla 15.697,67 manat müəyyən olunmuşdur.
9. Ünvan *** saylı (Yeni qaydalarla ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 905 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ ## ###### 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
10. Əvvəllər iddiaçı Iddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh, XXXna qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi cəlb edilməklə) “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, son nəticədə həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilməklə, Ünvan *** saylı (Yeni qaydalarla ünvan 2) ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair “xxxx” MMC ilə XXX arasında bağlanmış * nömrəli, ## ###### 2018-ci il tarixli müqavilənin qismən, yəni 293 kv.m. qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olmasının təsbit (təsdiq) edilməsi, Ünvan *** saylı (Yeni qaydalarla ünvan 2 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2020-ci il tarixli, Y/* nömrəli müqavilənin qismən, yəni 293 kv.m qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olmasının təsbit (təsdiq) edilməsi, Ünvan *** saylı (Yeni qaydalarla ünvan 2) ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsində Cavabdeh adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinin cavabdeh Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı Iddiaçı təhvil verilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır.
11. ## ###### 2024-cü il tarixli təmir-quraşdırma aktına əsasən Ünvan *** saylı (Yeni qaydalarla ünvan 2) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir işi üçün Cavabdeh tərəfindən 211.269,39 manat məbləğində vəsait xərclənmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 172.284 manat məbləğində pul vəsaitinin və ödənilmiş 465 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” MMC arasında ## ####### 2009-cu il tarixdə Bakı şəhəri ** saylı Notariat Kontorunda bağlanmış ünvan 5 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “XXX” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndinə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi Iddiaçı aid olacaq. “xxxx” MMC həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, binanın tikintisi başa çatdıqdan sonra 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsini Iddiaçı təhvil verməyərək, ünvan 6 ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsini tam şəkildə əhatə edən 960 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh satmışdır. Bundan sonra qeyd olunan 293 kv.metr qeyri-yaşayış sahəsi üzərində hüquqların bərpa edilməsi ilə bağlı məhkəmə mübahisələri başlamış və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış ## ######## 2023-cü il tarixli qətnaməsinə əsasən ünvan 5 (Yeni qaydalarla Ünvan 347) ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.metr (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2020-ci il tarixli, Y/* nömrəli müqavilənin qismən, yəni 293 kv.m hissədə etibarsız olması təsbit (təsdiq) edilmiş və qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi Cavabdeh tərəfindən boşaldılaraq Iddiaçı təhvil verilməlidir. Cavabdeh ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında bağlanmış ## ###### 2020-ci il tarixli Icarə Müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 960 kv.metr olan qeyriyaşayış sahəsi hər ay vergi daxil olmaqla 15.697,67 manat məbləğə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə icarəyə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış ## ######## 2023-cü il tarixli qətnaməsinə əsasən ünvan 5 (Yeni qaydalarla Ünvan 347) ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.metr (qeydə alınan sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2020-ci il tarixli, Y/* nömrəli müqavilənin 293 kv.m hissədə etibarsız olması təsbit (təsdiq) edildiyindən, cavabdeh Cavabdeh qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinə dair icarə müqaviləsi bağlayıb, icarə haqqı alması da əsassızdır və bu hal 293 kv.m qeyri-yaşayış sahəsinin sahibi kimi ona maddi zərərin vurulması ilə nəticələnmişdir. Belə ki, Cavabdeh ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında bağlanmış ## ###### 2020-ci il tarixli Icarə Müqaviləsinə əsasən ümumi sahəsi 960 kv.metr olan qeyriyaşayış sahəsi hər ay vergi daxil olmaqla 15.697,67 manat məbləğə icarəyə verilmişdir. Həmin məbləğdən 14% vergi çıxıldıqdan sonra icarə haqqına görə hər ay 13.500 manat məbləğində gəlir əldə edilmişdir. Bununla da, 960 kv.metr qeyri-yaşayış sahəsinin bir kv.metr sahəsinin icarə haqqı 14 manat (13.500:960=14) təşkil edir. Belə olan halda 293 kv.m sahəyə görə əldə ediləcək olan icarə haqqı məbləği hər ay üçün 4.102 manat (293x14=4.102) təşkil edir. Cavabdeh ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında bağlanmış ## ###### 2020-ci il tarixli Icarə Müqaviləsinin bağlanmasından 2024-cü ilin iyul ayınadək olan müddət 42 ay təşkil edir. Bununla da, Cavabdeh Iddiaçı məxsus 293 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə görə 2024-cü ilin iyul ayınadək olan müddət ərzində əsassız olaraq 172.284 manat məbləğində icarə haqqı kimi gəlir əldə etmişdir. Bu səbəbdən də Cavabdeh 172.284 manat məbləğində pul vəsaiti tutularaq Iddiaçı ödənilməlidir.
14. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili ilkin iddiaya yazılı etiraz verərək göstərmişdir ki, Cavabdeh iddia ərizəsində göstərilən qeyri-yaşayış sahəsinin üzərində tam qanuni əsaslarla ## ##### 2024-cü il tarixədək mülkiyyət hüquqlarından istifadə etmişdir. Əslində isə iddiaçı öz iddiasını Cavabdeh qarşı deyil, ## ###### 2009-cu il tarixli müqaviləyə əsaslanaraq “xxxx” MMC-yə qarşı sürməlidir. Hazırkı məsələdə Cavabdeh vicdanlı alıcıdır. Həmçinin, həmin qeyri-yaşayış sahəsini Cavabdeh 2.400.000 manat ödəyərək öz mülkiyyətinə keçirmişdir.
15. Iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehdən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 905 kv.m sahəsi üçün xərclədikləri 230.749,39 manatı nəzərə alaraq, 293 kv.m sahə üçün xərclənmiş 74.715 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən qeyriyaşayış16. sahəsi (Ünvan küçəsi 215 ünvanında 293 kv.m) ## #### 2020-ci il tarixli Y/* nömrəli müqavilə əsasında “xxxx” MMC tərəfindən Cavabdeh satılaraq, sonuncunun sahibliyinə və istifadəsinə verilmişdir. Daha sonra, həmin qeyri-yaşayış sahəsi ## #### 2021-ci il tarixdən Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, Cavabdeh ünvan 3 (yeni qaydalarla ünvan 2) ünvanında yerləşən qeyriyaşayış sahəsində əsaslı təmir işləri apararaq, hər kvadrat metr sahəyə 255 manat vəsait xərcləyərək 960 kv.metr sahəni tam təmirli vəziyyətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə icarəyə vermişdir. Beləliklə, “xxxx” MMC tərəfindən ## #### 2020-ci il tarixində 960 kv.metr qeyri-yaşayış sahə Cavabdeh satılarkən və həmin sahədə 1 ildən artıq müddət ərzində əsaslı təmir işləri aparılarkən heç kim tərəfindən, o cümlədən Iddiaçı və ya onun nümayəndəsi tərəfindən hər hansı müraciət və etiraz bildirilməmişdir. Bununla bağlı uzun gedən məhkəmə prosesində Iddiaçı heç bir sübut təqdim etməmişdir. Məhz Iddiaçı binanın yaşayışa təhvil verildiyi 2015-ci ildən ilk iddia sürdüyü ## ###### 2021-ci il tarixinədək (6 ildən artıq müddətdə) məlum olmayan səbəblərdən gözləmə mövqeyində durmuş, ## ###### 2009-cu il razılaşma müqaviləsinə görə ona 26 ay ərzində iddiaçıya təhvil verilməli olan 1-ci mərtəbədə yerləşən 293 kv.m sahənin harasında olması barədə uzun illər ərzində heç bir sənəd əldə etməmiş və bu hala görə heç bir şikayət etməmişdir. ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində tərəflərindən əsaslı təmir və digər xərclər çəkilmişdir. Belə ki, həmin obyektin 905 kv.m (çıxarışda qeydə alınan sahə) sahəsinin təmir və quraşdırılma xərclərinə görə 211.269,39 manat pul xərcləmişdir. Bununla yanaşı obyektin xarici kommunikasiya xətlərinə qoşulmasına görə aşağıdakı xərclər çəkilmişdir: 1. “xxxx” ASC tərəfindən verilmiş 50 kvt texniki şərt üçün 14.500 manat, 2. “xxxx” ASC xəttinə qoşulma və sayğac xərci 900 manat, 3. “Azəriqaz” (texniki şərt) sayğac və qoşulma üçün 2.000 manat. Bundan əlavə, reyestr xidməti tərəfindən əmlakın ilkin qeydiyyata alınması üçün 3.880 manat rüsum ödənilmişdir. Bütün bu rəqəmlər uyğun olaraq yuxarıda adı göstərilən dövlət təşkilatlarının rəsmi internet səhifələrində əks olunmuşdur. Ümumilikdə obyektin 905 kv.m sahəsi üçün 230.749,39 manat, 293 kv.m sahəsi üçün isə 74.715 manat pul vəsaiti ödənilmişdir.
17. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh həmin tələblə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2023-cü il tarixli qətnaməsi ilə (59-cu bənd) müəyyən olunmuşdur ki, müqavilələrdə göstərilən tarixlərdə qeyri-yaşayış sahəsi artıq tam hazır vəziyyətdə olmuş, hətta Cavabdehla olan müqavilədə göstərilən tarixdə qeyri-yaşayış sahəsi artıq uzun müddət ərzində icarədə olmaqla fəaliyyət göstərdiyi işin mübahisəsiz halıdır. Göründüyü kimi, Cavabdeh həmin qeyri-yaşayış sahəsinin təmir və quraşdırma xərclərinə görə 211.269,39 manat pul xərcləməsinə dair dəlilləri qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş mübahisəsiz halına görə tamamilə əsassızdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2023-cü il tarixli qətnaməsi ilə (61-ci bənd) müəyyən olunmuşdur ki, həmin qeyri-yaşayış sahəsinə dair bağlanmış hər iki müqavilələr (XXX və Cavabdehla) formal olaraq bağlanmış və bu müqavilələr uydurma əqd olmaqla əhəmiyyətsiz əqdlərdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan belə nəticə çıxır ki, həmin qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsi Iddiaçı, qalan hissəsi isə “xxxx” MMC-yə məxsus olmuşdur. Göründüyü kimi, Cavabdeh qanuni əsaslarla əldə etmədiyi həmin qeyriyaşayış sahəsini icarəyə verməklə, tərəflərindən iddia qaldırılanadək olan 42 ay ərzində 567.000 manat gəlir əldə etmişdir. Həmin məbləğin 172.284 manatı Iddiaçı, 394.716 manat hissəsi isə “xxxx” MMC-yə çatmalı olan məbləğdir. Həmçinin, Cavabdeh Iddiaçı məxsus 293 kv.m sahənin naturada bölünməsinə maneçilik törətməkdə davam etdiyindən, onun uydurma əqd əsasında mülkiyyət hüququna dair əldə etdiyi çıxarışın və texniki pasportun ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət olunacaqdır.
18. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli rəyinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə olduğu müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
19. Birinci instansiya məhkəməsinə təqdim edilmiş “xxxx” MMC-nin ## ###### 2025ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 905 kv.m-nə ## ###### 2025-ci il tarixinə xərclənən vəsait 189.460 manat təşkil edir. ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 905 kv.metrin daxilində olan 293 kv.metr sahəsinin təmirinə xərclənən vəsait 61.336 manat təşkil edir.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Cavabdeh 6.180,47 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 200 manatın alınaraq ilkin iddia üzrə iddiaçı Iddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Iddiaçı 293 kv.metr sahə üçün xərclənmiş 61.336 manat pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən vəsaitin 50 manatının Iddiaçı, 50 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2020-ci il tarixli, Y/* nömrəli müqavilə 293 kv.m hissədə etibarsız hesab edildiyindən, Cavabdeh qeyriyaşayış sahəsinin 293 kv.metr sahəsinə münasibətdə icarə haqqı alması Iddiaçı maddi zərər vurmuşdur.
22. Məhkəmə maddi zərərin məbləğinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin qeyri-yaşayış sahəsi 15.697,67 manat məbləğə icarəyə verilsə də, həmin məbləğdən 14% vergi çıxıldıqdan sonra icarə haqqına görə hər ay 13.499,99 manat məbləğində gəlir əldə edilmişdir. Bununla da 960 kv.metr qeyri-yaşayış sahəsinin 1 kv.metr sahəsinin icarə haqqı 14,062496 manat (13.499,99:960=14,062496) təşkil edir. Belə olan halda 293 kv.m sahəyə görə əldə ediləcək olan icarə haqqı məbləği hər ay üçün 4.120,31 manat (293x14,062496=4.120,31) təşkil edir. Məhkəmə maddi zərərin hansı tarixdən hesablanması barədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ##### 2024-cü il tarixli qərarı ilə Cavabdeh və XXXnın kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır.
23. Məhkəmə hesab etmişdir ki, maddi zərərin məbləği yekun məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən, yəni ## ##### 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Belə olanda halda, maddi zərər ## ##### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixinədək (iddiaçının icarə haqqını almağa başladığı tarix) hesablanmalıdır. Beləliklə, riyazi üsulla hesablama nəticəsində maddi zərərin məbləği 6.180,47 (15.697,67-14% = 13.499,9962 / 960 = 14,062496 x 293 = 4.120,31134 x 1,5 ay = 6.180,47) manat təşkil edir. Bu səbəbdən də, Cavabdeh 6.180,47 manat məbləğində pul vəsaiti tutularaq Iddiaçı ödənilməlidir.
24. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia da qismən təmin edilməlidir.
25. Belə ki, işin hallarından müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi ## #### 2021-ci il tarixdən Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, (********** nömrəli qeydiyyat, ************-*********** nömrəli reyestr), daha sonra Cavabdeh ünvan 3 (yeni qaydalarla ünvan 2) ünvanında yerləşən qeyri-yaşayış sahəsində əsaslı təmir işləri apararaq 960 kv.metr sahəni tam təmirli vəziyyətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə icarəyə vermişdir. Hazırda Cavabdeh həmin qeyri-yaşayış sahəsinin təmirinə xərclənən 74.715 manat məbləğində vəsaiti Iddiaçı tələb edir.
26. Məhkəmə təmir xərclərinin ümumi məbləğinə münasibətdə hesab etmişdir ki, məbləğ qismən əsaslıdır.
27. Belə ki, aparılmış araşdırmalar və ekspertiza nəticəsində müəyyən olunur ki, Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin 905 kv.metrinin təmiri üçün xərclənən vəsait ümumilikdə 189.460 manat məbləğində, həmin qeyri-yaşayış sahəsinin 905 kv.metrinin daxilində olan 293 kv.metr sahəsinin təmirinə xərclənən vəsait riyazi üsulla hesablama yolu ilə 61.336 manat (189.460 manat / 905 kv.metr = 209,34 manat və 209,34 manat x 293 kv.metr = 61.336 manat) təşkil etdiyi öz təsdiqini tapmışdır.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Insan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1115-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 119.1, 217.4, 220.5, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
29. Ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin təmin edilməməsi hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Imanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və F.Talışınski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia üzrə cavabdeh Cavabdeh 6.180,47 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmiş, həmin məbləğ 97.926,06 ((4.120,31134x23=94.767,1608) + ((4.120,31134/30) x 23=3.158,90536) =97.926,0662) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi maddi zərərin məbləğinə və maddi zərərin hansı tarixdən hesablanmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və göstərmişdir ki, həmin qeyri-yaşayış sahəsi 15.697,67 manat məbləğə icarəyə verilsə də, həmin məbləğdən 14% vergi çıxıldıqdan sonra icarə haqqına görə hər ay 13.499,99 manat məbləğində gəlir əldə edilmişdir. Bununla da, 960 kv.metr qeyri-yaşayış sahəsinin 1 kv.metr sahəsinin icarə haqqı 14,062496 manat (13.499,99 : 960 = 14,062496) təşkil edir. Belə olan halda 293 kv.m sahəyə görə əldə ediləcək olan icarə haqqı məbləği hər ay üçün 4.120,31 manat (293 x 14,062496 = 4.120,31) təşkil edir.
32. Birinci instansiya məhkəməsi maddi zərərin məbləğini yekun məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən, yəni ## ##### 2024-cü il tarixdən hesablamışdır. Iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iddiaçı Iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsini üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh xxxx MMC və Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki iş üzrə ## #### 2022-ci il tarixli məhkəmə bildirişinə əsasən məhkəmə bildirişini aldığı vaxtdan Cavabdeh mübahisə predmeti barəsində məlumatlı olmuşdur. Belə olan halda, qanunun tələbinə əsasən maddi zərər həmin ## #### 2022-ci il tarixdən ## #### 2024-cü il tarixinədək (iddiaçının icarə haqqını almağa başladığı tarix) hesablanmalıdır. Beləliklə riyazi üsulla hesablama nəticəsində maddi zərərin məbləği 97.926,06 (15.697,67 - 14%=13.499,9962 / 960 = 14,062496 x 293 = 4.120,31134) (4.120,31134 x 23 ay = 94.767,1608 ) + ((4.120,31134 / 30) x 23 gün = 3.158,90536) = 97.926,0662) manat təşkil edir. Bu səbəbdən də qətnamə bu hissədə dəyişdirilməli, Cavabdeh 97.926,06 manat məbləğində pul vəsaiti tutularaq Iddiaçı ödənilməlidir.
33. Apellyasiya kollegiyası apellyasiya şikayətinin “qarşılıqlı iddianın təmin edilən hissədə rədd edilməsi” dəlilinə münasibətdə hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi ## #### 2021-ci il tarixdən Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, (********** nömrəli qeydiyyat, 011011007283-05301- ****** nömrəli reyestr), daha sonra Cavabdeh ünvan 3 (yeni qaydalarla ünvan 2) ünvanında yerləşən qeyri-yaşayış sahəsində əsaslı təmir işləri apararaq 960 kv.metr sahəni tam təmirli vəziyyətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMCyə icarəyə vermişdir.
34. Aparılmış araşdırmalar və ekspertiza nəticəsində müəyyən olunur ki, Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin 905 kv.metrinin təmiri üçün xərclənən vəsait ümumilikdə 189.460 manat məbləğində, həmin qeyri-yaşayış sahəsinin 905 kv.metrinin daxilində olan 293 kv.metr sahəsinin təmirinə xərclənən vəsaitin riyazi üsulla hesablama yolu ilə 61.336 manat (189.460 manat / 905 kv.metr = 209,34 manat və 209,34 manat x 293 kv.metr = 61.336 manat) təşkil etdiyi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 157.5, 157.6, 1096.1, 1096.2, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 372.6, 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
36. Ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində və qarşılıqlı iddia tələbinə aid hissəsində ləğv edilməsi, ilkin iddia tələbinin tam həcmdə təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci, Mülki Prosessual Məcəllənin 2.2, 77.1, 217, 372.1, 386, 387-ci maddələrin tələbləri pozulmuşdur.
38. Belə ki, mübahisə predmeti olan sahə barəsində hər iki müqavilə formal olaraq bağlanılmış, tərəflərin niyyət və iradəsi müqavilələrin predmeti olan əmlakın payçı kimi göstərilmiş XXXnın və ya Cavabdeh mülkiyyətinə keçməsinə yönəlməmişdir. Başqa sözlə, tərəflərin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmuşdur. Bu cür əqdlər Mülki Məcəllənin 340-cı maddəsinə əsasən əhəmiyyətsiz əqdlərdir. Cavabdeh bağlandığı andan etibarsız (puç) əqd əsasında sahibliyə əsaslanaraq, ## ###### 2020-ci il tarixli Icarə Müqaviləsi bağlayaraq, iddiaçıya məxsus olan 293 kv.metr qeyri-yaşayış sahəsinə görə də icarə haqqı almışdır. Işə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2020-ci il tarixli, Y/* nömrəli müqavilənin 293 kv.m hissədə etibarsız olmasının məhkəmə qərarı əsasında təsbit (təsdiq) edilməsi və yekun məhkəmə aktının ## ##### 2024-cü il tarixdə qəbul edilməsi, müqavilənin yekun məhkəmə aktının qəbul edildiyi gündən, yəni ## ##### 2024-cü il tarixdən etibarsız hesab edilməsini özündə ehtiva etmir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin müqavilənin uydurma, yəni əhəmiyyətsiz əqd olması müəyyən edilmiş, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən isə əhəmiyyətsiz əqdin məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olması təsbit edilmişdir. Belə olan halda, Cavabdeh bağlandığı andan əhəmiyyətsiz olan əqd əsasında sahibliyə əsaslanıb ## ###### 2020-ci il tarixli Icarə Müqaviləsi bağlamış, bununla da iddiaçıya məxsus olan 293 kv.metr qeyri-yaşayış sahəsinə görə ödənilmiş icarə haqqını əsassız olaraq əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə apellyasiya şikayətinin dəlillərinə tam formada münasibət bildirib hüququ qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh ## #### 2020-ci il tarixdən ## ###### 2020ci il tarixə qədər olan müddət ərzində həmin qeyri-yaşayış sahəsini təmir etməsinə və təmirə nə qədər vəsait xərcləməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməməsini, eləcə də Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış ## ######## 2023-cü il tarixli qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsinin ## #### 2020-ci il tarixdə Cavabdeh satılan zaman təmir olunmuş vəziyyətdə olmaqla, icarədə olması halının məhkəmə qətnaməsi ilə müəyyən edilməsi faktını nəzərə almamışdır.
39. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
40. Cavabdeh Cavabdeh kassasiya şikayətinə yazılı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
41. Etiraz belə əsaslandırılmışdır ki, ## #### 2020-ci il tarixli müqavilə yalnız 293 kv.m hissədə qismən etibarsız hesab edilmiş, bütövlükdə hüquqi qüvvədən düşmüş sayılmamışdır. Apellyasiya instansiyası cavabdehi vicdanlı alıcı kimi qiymətləndirmiş və gəlirlərin hesablanmasında Mülki Məcəllənin 157.5-ci maddəsini tətbiq etmişdir. Kassasiya şikayətində bu nəticənin səhv olduğunu göstərən konkret hüquq pozuntusu irəli sürülməmişdir. Müqavilənin etibarsızlığı və gəlirin başlanma anı məsələsi kassasiya şikayətində müqavilənin etibarsızlığının bağlandığı andan qüvvədə olduğu göstərilərək gəlirin daha əvvəlki tarixdən hesablanmalı olduğu iddia edilir. Lakin, müqavilənin etibarsız sayılması məsələsi ilə gəlirin hansı tarixdən hesablanması məsələsi eyni hüquqi məsələ deyildir. Mülki Məcəllənin 157.5ci maddəsinə əsasən vicdanlı sahib yalnız öz hüquqsuzluğunu bildiyi və ya bilməli olduğu vaxtdan əldə etdiyi gəlirləri qaytarır. Bu norma məsuliyyətin başlanma anını ayrıca qaydada müəyyən edir. Əgər müqavilənin sonradan etibarsız sayılması avtomatik olaraq gəlirin bağlandığı tarixdən hesablanmasına səbəb olsaydı, onda 157.5-ci maddənin ayrıca qayda müəyyən etməsinin mənası qalmazdı. Bu səbəbdən müqavilənin qismən etibarsız hesab edilməsi gəlirin avtomatik olaraq əvvəlki tarixdən hesablanmasına hüquqi əsas yaratmır. Apellyasiya instansiyası iş materiallarında olan ## #### 2022-ci il tarixli məhkəmə bildirişinə əsaslanaraq, cavabdehin həmin tarixdən mübahisə barədə məlumatlı olduğunu müəyyən etmiş və gəlirin hesablanmasını bu tarixdən aparmışdır. Kassasiya şikayətində göstərilən ## ###### 2020-ci il tarixinin cavabdehin konkret hüquqi qüsur barədə məlumatlı olması ilə əlaqəsi sübuta yetirilməmişdir. Mübahisənin mövcudluğu və ya müqavilənin sonradan qismən etibarsız hesab edilməsi məlumatlılıq tarixinin avtomatik olaraq geriyə çəkilməsi üçün əsas deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdehin mübahisəli hissə üzrə hüquqi qüsuru əvvəlcədən aşkar etməsi obyektiv olaraq mümkün olmamışdır. Əmlak dövlət qeydiyyatında cavabdehin mülkiyyəti kimi rəsmiləşdirilmiş, hər hansı məhdudiyyət və ya uyğunsuzluq barədə rəsmi məlumat mövcud olmamışdır. Sahələrin üst-üstə düşməsi isə yalnız məhkəmə araşdırması çərçivəsində təyin olunmuş ekspertiza nəticəsində müəyyən edilmişdir. Belə olan halda, cavabdehin həmin hal barədə daha əvvəl bilməli olduğu barədə nəticəyə gəlmək üçün iş materiallarında hər hansı sübut mövcud deyildir. Mülki Məcəllənin 157.5-ci maddəsində nəzərdə tutulan “bilməli olduğu vaxt” anlayışı ehtimala deyil, obyektiv və sübuta əsaslanan hallara söykənməlidir. Hazırkı işdə belə hallar müəyyən edilməmişdir.
Kassasiya baxışının hədləri:
42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə iddiaçı tərəfindən mübahisələndirilən, yəni ilk iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməsə də, ilk iddianı qismən təmin edərkən maddi hüquq normasını düz tətbiq etməmişdir.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.5-ci maddəsinə düzgün istinad edərək hesab etmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqavilə əsasında iddiaçının sahibliyi və istifadəsinə verilmiş qeyri-yaşayış sahəsi etibarsız müqavilə əsasında cavabdeh Cavabdeh mülkiyyətinə keçməklə və sonuncu həmin sahəni “xxxx” MMCyə icarə verib, icarə haqqını almaqla iddiaçıya zərər vurulmuşdur.
48. Lakin, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi zərərin hesablanmasının başlanğıc tarixi ilə razılaşmır.
49. Belə ki, apellyasiya məhkəməsi cavabdehi vicdanlı sahib hesab etmiş və Mülki Məcəllənin 157.5-ci maddəsinin birinci cümləsinə istinad etməklə, onun əmlakın qaytarılmasına dair iddiaçının iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarmalı olduğu nəticəsinə gəlməklə, ziyanı ## #### 2022ci il tarixdən hesablamışdır.
50. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisələri üzrə müəyyən olunmuş halları nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Iddiaçı iddiaları üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2024-cü il tarixli qərarına görə, “... iddiaçının mübahisələndirdiyi müqavilələrdə qeyri-yaşayış sahəsinin qiymətinin dəqiq və konkret göstərilməməsi onların uydurma əqd olmasına, yalnız görünüş üçün bağlandığına dəlalət edir. Alıcıların qeyriyaşayış sahəsini əvəzi əldə etmələrinə dair heç bir mötəbər sübut təqdim edilməməsi bu qənaəti qüvvətləndirir. Odur ki, apellyasiya instansiyası məhkəməsi doğru olaraq bu qənaətə gəlmişdir ki, hər iki müqavilə formal olaraq bağlanmış, tərəflərin niyyət və iradəsi müqavilələrin predmeti olan əmlakın payçı kimi göstərilmiş XXXnın və ya Cavabdeh mülkiyyətinə keçməsinə yönəlməmiş, tərəflərin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmuşdur”.
51. Göründüyü kimi, iddiaçının və cavabdehin tərəf olduqları iş üzrə məhkəmə aktı ilə cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinin vicdanlı sahibi olmaması müəyyən olunmuşdur.
52. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
53. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
54. Belə olduğu halda, mübahisəyə Mülki Məcəllənin 157.5-ci maddəsinin vicdansız sahibə aid hissəsi tətbiq edilməklə, cavabdehdən qeyri-yaşayış sahəsinin onda olduğu bütün vaxt ərzində götürdüyü bütün gəlirlərin tutulmasından ibarət ilk iddia əsaslı hesab olunmalıdır.
55. Mübahisəni bu qaydada həll etməklə, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh qeyri-yaşayış sahəsini ## ###### 2020-ci il tarixli müqavilə ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin icarəsinə vermişdir.
56. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsinin icarəyə verilməsi nəticəsində iddiaçıya vurulan zərərin məbləğini 1 ay üçün 4.120,31134 manat müəyyən etmişdir.
57. ## ###### 2020-ci ildən ## #### 2024-cü ilədək 43 ay 12 gün təşkil edir.
58. Belə olan halda, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən iddiaçıya vurulan ziyan (43 x 4.120,31134) + (4.120,31134/30)x12 = 178.821,51 manat təşkil edir.
59. Iddiaçının tələbində 172.284 manat pulun cavabdehdən tutulmasını xahiş etməsini nəzərə alaraq, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin birinci cümləsinə uyğun olaraq ilk iddianı tələb həddində təmin olunmasını əsaslı hesab edir.
60. Qarşılıqlı iddianın təmin olunan hissəsi üzrə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir.
61. Belə ki, kassasiya şikayətinin bu hissədə dəlilləri qarşılıqlı iddiaçının tələbinin sübut olunmamasına əsaslanıb.
62. Lakin, yuxarıda qeyd olunduğu kimi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təmirli olması işin mübahisə olunmayan halıdır, təmirin dəyəri isə birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyi əsasında müəyyən olunmuşdur.
63. Iddiaçı göstərilənləri, o cümlədən mütəxəssis rəyindən müəyyən edilən məbləği işin faktiki hallarını araşdıran məhkəmələr qarşısında mübahisələndirməmişdir.
64. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddianın həlli zamanı Mülki Məcəlləsinin 157.5-ci maddəsi düzgün tətbiq edilmədiyindən Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməli, qətnamə qarşılıqlı iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi qismən, ilk iddia hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. Iddiaçı Iddiaçı iddiası təmin edilsin. ünvan 3 (yeni qaydalarla ünvan 4) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m. hissəsinin ## ###### 2020-ci il tarixdən ## #### 2024-cü il tarixədək icarəyə verilməsindən əldə etdiyi ümumilikdə 172.284 (bir yüz yetmiş iki min iki yüz səksən dörd) manat məbləğində pul Cavabdeh tutularaq Iddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən, yəni qarşılıqlı iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.