Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-605/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. iddiaçı2 və Cavabdeh ataları XXXnun ümumi paylı mülkiyyətində Ünvanndə 0,2576 ha torpaq sahəsi, 0,1215 ha torpaq sahəsi, 0,4002 ha torpaq sahəsi və 0,129 ha torpaq sahəsi olmuşdur.
2. XXX 2017-ci ildə ölmüşdür.
3. Balakən Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Reyestr nömrəsi 4010130***93, qeydiyyat nömrəsi XXX və qeydiyyat tarixi ##.##.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla XXXnun və iddiaçı2 ümumi paylı mülkiyyətinə verilmiş Ünvanndə yerləşən 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi; reyestr nömrəsi 4010130***90, qeydiyyat nömrəsi XXX və qeydiyyat tarixi ##.##.2019cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla XXXnun və iddiaçı2 ümumi paylı mülkiyyətinə verilmiş Ünvanndə yerləşən 0,129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi; reyestr nömrəsi 4010130***92, qeydiyyat nömrəsi XXX və qeydiyyat tarixi ##.##.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla XXXnun və iddiaçı2 ümumi paylı mülkiyyətinə verilmiş Ünvanndə yerləşən 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi və reyestr nömrəsi 4010130***91, qeydiyyat nömrəsi XXX və qeydiyyat tarixi ##.##.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla XXXnun və iddiaçı2 ümumi paylı mülkiyyətinə verilmiş Ünvanndə yerləşən 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2022-ci il tarixli **/**** №-li ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması; cavabdeh iddiaçı2 həmin 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh düşən 1/4 hissəsindən, 0,129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən, 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən və 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən çıxarılması qət edilmişdir.
4. ## ###### 2019-cu il tarixli müqavilə ilə iddiaçı1 Ünvanndə yerləşən ümumi sahəsi 0,2576 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 2/4 hissə payını iddiaçı2 bağışlamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ünvanndə yerləşən 993 nömrə ilə iddiaçı2 adına inventar qeydiyyatına alınmış fərdi yaşayış evinin texniki pasportuna əsasən 2004-cü ildə iddiaçılar tərəfindən inşa edilmiş 1 mərtəbəli, iki otaqlı, ümumi sahəsi 44 kv.m-dən ibarət fərdi yaşayış evinin dəyəri olan 10000 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Ünvanndə yaşayır, 1980-ci ildə anadan olmuş, 1990-cı ildə XXXna övladlığa verilmişdir. Balakən rayonu Aqrar Islahat komissiyasının # ### 1998-ci il tarixli ** saylı qərarı ilə XXXna, iddiaçı1, Cavabdeh Ünvan ərazisindən 0,20 ha həyətyanı torpaq sahəsi və 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli qətnaməsinə əsasən Ünvanndə yerləşən, XXXnun, iddiaçı1, Cavabdeh ümumi birgə mülkiyyətində olan 0,20 ha həyətyanı və 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. Eyni zamanda, Balakən Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli qətnaməsinə əsasən Ünvanndə yerləşən XXXnun, iddiaçı1, Cavabdeh ümumi birgə mülkiyyətində olan 0,20 ha həyətyanı və 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Cavabdeh 1/3 hissə payının naturada ayrılması qət edilmiş, həmin torpaq sahələri Cavabdeh verilmiş, verilmiş sahələr üzrə cavabdeh çıxarışlar almışdır. Atası XXX 2017-ci ildə vəfat etmişdir. Mərhum XXXna ümumi mülkiyyət hüququ üzrə məxsus XXX kəndində yerləşən ümumi sahəsi 0,2576 ha torpaq sahəsinə, XXX kəndində yerləşən ümumi sahəsi 0,1215 ha olan torpaq sahəsinə, XXX kəndində yerləşən ümumi sahəsi 0,129 ha olan torpaq sahəsinə və ümumi sahəsi 0,4002 ha olan torpaq sahəsinə ƏMDK-nin yanında DƏDRX-nin ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən çıxarışlar verilmişdir. iddiaçı1 özünə məxsus olan torpaq payını iddiaçı iddiaçı2 notarial qaydada bağışlamışdır. Bu torpaqlar mərhum XXXnun və iddiaçı2 ümumi mülkiyyətində olmuşdur. XXX vəfat etdiyindən Balakən rayon Dövlət Notariat Ofisi tərəfindən miras əmlaka vərəsəlik işi açılmış, miras əmlak Cavabdeh və iddiaçı2 arasında payları bərabər olmaqla bölünmüşdür. Bununla əlaqədar ümumi sahəsi 0,129 ha olan *********** reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum XXXna çatacaq hissəsinin 1/2 hissəsi, ##.##.2019-cu il tarixdə 2V485 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ümumi sahəsi 0,4002 ha olan *********** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum XXXna çatacaq hissəsinin 1/2 hissəsi, ##.##.2019-cu il tarixdə 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ümumi sahəsi 0,1215 ha olan ##.##.2019-cu il tarixdə *********** reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum XXXna çatacaq hissəsinin 1/2 hissəsi, ##.##.2019-cu il tarixdə 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ümumi sahəsi 0,2576 ha olan *********** reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum XXXna çatacaq hissəsinin ½ hissəsi, ##.##.2019-cu il tarixdə 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən miras əmlakların digər 1/2 hissəsinə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Həmin şəhadətnamələr əsasında paylı mülkiyyət üzrə paylar müəyyənləşdirilərək, ümumi sahəsi 0,2576 ha olan *********** reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,1215 ha olan ##.##.2019-cu il tarixdə *********** reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,4002 ha olan *********** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,129 ha olan *********** reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi iddiaçı2 adına qeydə alınmışdır. Iddiaçı Cavabdeh cavabdeh iddiaçı2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Ünvanndə yerləşən XXX ilə iddiaçı2 ümumi mülkiyyətində olan 0,2576 ha olan torpaq sahəsinin, 0,1215 ha olan torpaq sahəsinin, 0,129 ha torpaq sahəsinin və 0,4002 ha olan torpaq sahəsinin Cavabdeh düşən 1/4 hissəsinin naturada ayrılması və Cavabdeh düşən həmin paylardan cavabdeh iddiaçı2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsinə əsasən reyestr nömrəsi 4010130***93, qeydiyyat nömrəsi XXX və qeydiyyat tarixi ##.##.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla XXXnun və iddiaçı2 ümumi paylı mülkiyyətinə verilmiş Ünvanndə yerləşən 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi, reyestr nömrəsi 4010130***90, qeydiyyat nömrəsi XXX və qeydiyyat tarixi ##.##.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla XXXnun və iddiaçı2 ümumi paylı mülkiyyətinə verilmiş Ünvanndə yerləşən 0,129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi, reyestr nömrəsi 4010130***92, qeydiyyat nömrəsi XXX və qeydiyyat tarixi ##.##.2019cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla XXXnun və iddiaçı2 ümumi paylı mülkiyyətinə verilmiş Ünvanndə yerləşən 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi və reyestr nömrəsi 4010130***91, qeydiyyat nömrəsi XXX və qeydiyyat tarixi ##.##.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla XXXnun və iddiaçı2 ümumi paylı mülkiyyətinə verilmiş Ünvanndə yerləşən 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsi iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2022-ci il tarixli **/**** №-li ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması, cavabdeh iddiaçı2 həmin 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh düşən 1/4 hissəsindən, 0,129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən, 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən və 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh payına düşən 1/4 hissəsindən çıxarılması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün Balakən rayon Icra və probasiya Şöbəsinə göndərilmiş, sözügedən qətnamə icra edilərək torpaq sahələri üzərində yerləşən əmlaklarla birlikdə cavabdeh Cavabdeh təhvil verilmişdir. Onların təsərrüfatlarında olan torpaq sahələrində konfiqurasiya səhvləri olmuş, fərdi yaşayış evlərinin yerləşdiyi ərazi 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri daxilinə işlənilmiş, 0,12 ha həyətyanı torpaq sahəsi isə fındıq bağının daxilində yerləşən ərazidən işlənmişdir. 0,25 ha torpaq sahəsində 2004-cü ildə öz vəsaiti və anası iddiaçı1 vəsaiti hesabına 1 mərtəbəli iki otaqlı ümumi sahəsi 44 kv.m-dən ibarət fərdi yaşayış evi inşa etmişlər. Həmin fərdi yaşayış evinə keçmiş Balakən rayon Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən inventar nömrəsi 993, qeyd nömrəsi 788 olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu işlənmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2022ci il tarixli qətnaməsi üzrə icra sənədi icra olunarkən 2004-cü ildə öz vəsaiti və anası iddiaçı1 vəsaiti hesabına inşa olunmuş 1 mərtəbəli iki otaqlı ümumi sahəsi 44 kv.m-dən ibarət fərdi yaşayış evi cavabdeh Cavabdeh təhvil verilmiş, anası iddiaçı1 isə Balakən rayon Icra və probasiya şöbəsinin əməkdaşlarının fiziki təzyiqi ilə həmin fərdi yaşayış evindən zorla çıxarılmışdır. 2004-cü ildə öz vəsaiti və anası iddiaçı1 vəsaiti hesabına 1 mərtəbəli iki otaqlı ümumi sahəsi 44 kv.m-dən ibarət fərdi yaşayış evini inşa edərkən xeyli miqdarda xərc çəkmişdir. Lakin, həmin tikili ilə bağlı cavabdehdən 10000 manat tələb edir. Beləliklə, 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh düşən 1/4 hissəsi cavabdehə verildiyindən və həmin hissədə 2004-cü ildə öz vəsaiti və anası iddiaçı1 vəsaiti hesabına tikilmiş 1 mərtəbəli iki otaqlı ümumi sahəsi 44 kv.m-dən ibarət fərdi yaşayış evi yerləşdiyindən və həmin fərdi yaşayış evini cavabdeh təhvil aldığından cavabdeh çəkdiyi xərclərə görə əsassız varlanacaqdır.
7. Cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 iddiaya etiraz edərək qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evlərinin yerləşdiyi ərazinin 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri daxilində işlənməsi tamamilə yalan məlumatdır. Cümlənin mənasından belə çıxır ki, fərdi yaşayış evləri tikiləndən sonra həmin 0,25 ha torpaq sahəsinin cizgiləri işlənmişdir. Ünvanndə torpaq islahatı 1998-ci ildə keçirilib. Iddiaçı etiraf edir ki, sözügedən tikili 2004-cü ildə, yəni torpaq islahatından 6 il sonra tikilibdir. Bu tikili, habelə bu ərazidə tikilən digər tikililər kənd təsərrüfatı təyinatlı pay torpağında tikilib. Iddiaçı göstərir ki, 0,25 ha torpaq sahəsində 2004-cü ildə öz vəsaitləri ilə birmərtəbəli, iki otaqlı ümumi sahəsi 44 kv.m-dən ibarət fərdi yaşayış evi tikmişlər. Bu fikir də tamamilə yanlışdır. Ona görə ki, iddiaçı iddiaçı2 mübahisə predmeti olan tikilinin olduğu ünvanda, ümumiyyətlə qeydiyyatda deyil. O, atası XXXnun təsərrüfatından ayrılmış və 1994-cü ildə sözügedən ünvandan təxminən 2 km aralıda özünə həyətyanı torpaq sahəsi götürmüşdür. Torpaq islahatı keçirilən zaman onun pay torpağı da tamamilə başqa bir ərazidən verilmişdir. 1998-ci ildən etibarən Abdulla ilə cavabdehin aralarında dərin ixtilaflar yaranmışdır. Iddiaçını sözügedən əraziyə bağlayan heç bir hüquqi və faktiki əsas olmayıb. Belə olan halda, iddiaçı2 burada ev tikə bilməzdi. iddiaçı2 54 yaşı var. Bu müddət ərzində o, heç bir yerdə işləməyib, fermer deyil, iş adamı deyil, ticarətçi deyil, adi alış-verişi belə bacarmır. Heç bir bankdan kredit götürməyib. Onda bu tikilini hansı vəsaitlə tikibdir. Sözügedən tikili 0,25 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin ataları mərhum XXXna düşən hissəsində XXX tərəfindən 2004-cü ildə deyil, 1999-cu ilin yayında tikilibdir. Iddiaçı qeyd edir ki, guya həmin tikiliyə qoyulan vəsaitin bir hissəsini iddiaçı1 tərəfindən verilibdir. Bu yanlışdır. Ona görə ki, vətəndaş nikahında olublar. iddiaçı1 o vaxtlar aldığı cuzi pensiya onun dərmanlarına xərclənib. iddiaçı1 Balakən rayon Icra və Probasiya Şöbəsinin əməkdaşlarının fiziki təzyiqi ilə həmin fərdi yaşayış evindən zorla çıxarılması da tamamilə yalandır. iddiaçı1 heç kəs oradan zorla çıxartmayıb. iddiaçı1 və oğlu iddiaçı2 0,25 ha torpaq sahəsinin XXXna düşən digər hissəsində, XXX tərəfindən tikilmiş ikimərtəbəli yaşayış evində yaşayır. Bundan əlavə, iddiaçı1 0,25 ha torpaq sahəsindən özünə düşən hissəni ## ###### 2019-cu ildə oğlu iddiaçı2 notariat qaydasında bağışlayıbdır. iddiaçı1 həmin torpaq sahələrində miras əmlaklara aidiyyəti yoxdur. Çünki, onun əmlakı bölünməyib. Iddiaçılar qeyd edir ki, mübahisə predmeti olan tikili cavabdehə düşdüyünə görə cavabdeh əsassız olaraq varlanacaqdır. Cavabdeh həmin tikiliyə özbaşına olaraq sahiblənməyib. Balakən Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsinə əsasən tikilinin yerləşdiyi torpaq sahəsi ona verilmişdir. Ona görə də, burada əsassız varlanmaqdan söhbət gedə bilməz. Iddiaçının 10000 manat tələbi də tam əsassızdır. Iddia tələbi heç bir mötəbər mənbəyə əsaslanmır və formal mülahizələrdən ibarətdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmlakın qiymətləndirilməsinə dair ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli rəyinə əsasən Balakən rayonu, XXX kəndi ərazisinə yaxın ərazidə yerləşən, analoji xususiyyətlərə malik fərdi yaşayış evinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı bazar dəyərinin müəyyən edilməsi mümkün olmamışdır.
9. Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Ünvanndə yerləşən 2004-cü ildə inşa edilmiş 1 mərtəbəli, iki otaqlı ümumi sahəsi 44 kv.m-dən ibarət fərdi yaşayış evinin ## #### 2025-ci il tarixinə bazar qiyməti 10500,00 manat təşkil edir.
10. Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı ziyan tələbinə dair iddiaları təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddiaçı2 tikilinin yerləşdiyi təsərrüfata, torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmçinin iddiaçı2 həmin tikilinin onun tərəfindən inşa olunduğunu göstərsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun təqdim etdiyi fərdi yaşayış evinin texniki pasportu isə hüquqmüəyyənedici sənəd deyildir və sözügedən tikiliyə aid olması müəyyən olunmur.
12. Iddia tələbi üzrə sübutetmənin iddiaçı tərəfindən həyata keçirilməli olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, belə olan halda onun həmin tikilinin dəyərini tələb etməsi qanuni və əsaslı hesab oluna bilməz.
13. Iddiaçı iddiaçı1 da həmin tikilinin özü və oğlu iddiaçı2 tərəfindən inşa olunduğunu bildirsə də, bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
14. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlmişdir ki, həmin tikili təsərrüfat başçısı olmuş mərhum XXX tərəfindən inşa olunmuşdur.
15. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, mərhum XXXnun təsərrüfatında sözügedən tikilidən başqa bir ədəd iki mərtəbəli yaşayış evi, mal damı, naves və digər tikililər vardır. Həmin tikililər iddiaçıların sahibliyində və istifadəsindədir. Iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı iddiaçı1 mərhum XXXnun vərəsəsi deyildir, sonuncunun miras əmlakı olan torpaq sahələri iddiaçı iddiaçı2 ilə cavabdeh Cavabdeh arasında bölünmüşdür. iddiaçı1 mərhum XXX ilə rəsmi nikahının olmasına dair sübutu məhkəməyə təqdim etməmiş, cavabdehin nümayəndəsi onların qeyri-rəsmi nikahla yaşadıqlarını göstərmişdir.
16. Iddiaçı iddiaçı2 mərhum XXXnun təsərrüfatında olan bir ədəd iki mərtəbəli yaşayış evindən, mal damından və navesdən istifadə etməklə bu əmlaklara sahiblik etdiyi halda, onun əlavə olaraq sözügedən tikilinin də dəyərini tələb etməsi hüquqdan sui-istifadədir.
17. Məhkəmə qeyd etmişdir ki, adıçəkilən tikili Balakən Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsinə əsasən paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması nəticəsində cavabdeh Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsində qalmışdır. ## ###### 2022-ci ildə iddiaçıların həmin tikilinin cavabdehə verilmiş torpaq sahəsində qalmasından məlumatları olmuşdur. Onlar isə hazırkı iddianı ## ####### 2024-cü ildə qaldırmışlar.
18. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
19. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 14.3, 21.1, 21.2, 144.1, 146.1, 152.5, 157.2, 180.1, 180.2, 180.3, 180.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Kərimov və E.Isayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur.
23. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını təqdim edilmiş sübutlarla və tərəflərin verdiyi izahatlarla hərtərəfli araşdırmış və yekun nəticəyə gəlmişdir.
24. Iddia tələbi üzrə sübutetmənin iddiaçı tərəfindən həyata keçirilməli olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, belə olan halda onun həmin tikilinin dəyərini tələb etməsi qanuni və əsaslı hesab oluna bilməz. Iddiaçı iddiaçı1 da həmin tikilinin özü və oğlu iddiaçı2 tərəfindən inşa olunduğunu bildirsə də, bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
25. Buna görə məhkəmə bu nəticəyə gəlmişdir ki, həmin tikili təsərrüfat başçısı olmuş mərhum XXX tərəfindən inşa olunmuşdur.
26. Cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etirazının dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı iddiaçı2 tikilinin yerləşdiyi təsərrüfata, torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmçinin iddiaçı2 həmin tikilinin onun tərəfindən inşa olduğunu göstərsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun təqdim etdiyi fərdi yaşayış evinin texniki pasportu isə hüquqmüəyyənedici sənəd deyildir və sözügedən tikiliyə aid olması müəyyən olunmur. Iddia tələbi üzrə sübutetmənin iddiaçı tərəfindən həyata keçirilməli olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, belə olan halda onun həmin tikilinin dəyərini tələb etməsi qanuni və əsaslı hesab oluna bilməz.
27. Hazırda iddiaçıların dəyərini tələb etdiyi tikilinin qanunsuz tikili olması, dövlət qeydiyyatına alınmaması ilə bağlı göstərdiklərini əsassız hesab edilməlidir. Belə ki, dəyərini tələb etdikləri tikili - 1 mərtəbəli iki otaqlı ümumi sahəsi 44 kv.m-dən ibarət fərdi yaşayış evi keçmiş Balakən rayon Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən inventar nömrəsi 993, qeyd nömrəsi 788 nömrə ilə reyestr orqanında qeydiyyata alınmış və həmin əmlaka iddiaçı iddiaçı2 adına fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir. Hesab etmişdir ki, məhkəməyə təqdim edilən texniki pasport saxtadır. Belə ki, həmin pasportun ikinci səhifəsində olan torpaq sahəsinin şərhi hissəsində sənəd üzrə 1500,0 kv.m torpaq sahəsi göstərilir. Göstərilən ünvanda sənəd üzrə 1500,0 kv.m olan torpaq sahəsi, ümumiyyətlə yoxdur. Eyni zamanda, iddiaçının mübahisələndirdiyi qanunsuz tikili iddiaçının özünün də etiraf etdiyi kimi 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Bundan əlavə, pasporta əsasən tikinti altı 70 kv.m-dir. Halbuki, pasportun ikinci səhifəsində tikinti altı 144 kv.m kimi qeyd olunub.
28. Apellyasiya kollegiyası etirazın dəlilləri ilə razılaşmış və apellyasiya şikayətinin məhkəmənin hazırkı mübahisə üzrə əsassız varlanmaya dair iddia müddətinin ötürülməsini qeyd etməklə səhv hüquqi nəticəyə gəlməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsassız varlanmaya dair iddia müddətinin ötürülməsinə görə deyil, əsassız olduğundan təmin etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 14.3, 21.1, 21.2, 144.1, 146.1, 152.5, 180.1, 1091.1, 1091.2, 1092.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.2, 76.3, 77, 88, 217.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
30. Iddiaçı iddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 140, 152.1, 157.2, 165.1, 239.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 77, 88, 217-ci maddələrin tələbləri pozulmuşdur.
32. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmuş, mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş, işdə olan sübutları hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq etdiyi hüquq normalarına uyğun qiymət verməmiş və gəldiyi nəticəni əsaslandırmamış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Işə baxan apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin hüquqi mövqeyini olduğu kimi öz qətnaməsinə köçürməklə ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla apellyasiya şikayətini əsassız olaraq rədd etmişdir.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. Cavabdeh Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
35. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində iddiaçı tərəfin izahatları və təqdim olunan sübutları əlaqəli şəkildə qiymətləndirilmiş və yekun nəticəyə gəlinmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verilməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
42. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
43. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.