Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-606/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Birinci iş üzrə: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə; Ikinci iş cavabdeh3 cavabdehlər İddiaçı və cavabdeh1 Mənzil–Tikinti Kooperativinə qarşı iddiasına dair bir icraatda birləşdirilmiş mülki iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma, əqdin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi vəkil1, ikinci iş üzrə iddiaçı, birinci iş üzrə cavabdeh cavabdeh3 vəkili vəkil2 iştirakı ilə Birinci iş üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin təhvil verilməsi” tələbinə dair, ikinci iş üzrə iddiaçı cavabdeh3 cavabdehlər İddiaçı və cavabdeh1 Mənzil-Tikinti Kooperativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-**/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. cavabdeh3 ilə cavabdeh1 MTK arasında ##.##.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı ŞIH-nin *** saylı, ##.##.2005-ci il tarixli sərəncamına əsasən MTK onun üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A girişinin 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən ümumi dəyəri 700.000 manat olan qeyri-yaşayış sahəsini cavabdeh3 (payçıya) verməyi, cavabdeh3 (payçı) isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməklə sahəni qəbul etməyi öz öhdəsinə götürmüşdür. Kooperativin sədri tərəfindən verilmiş ##.##.2006-cı il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsi cavabdeh3 məxsusdur, onun pay dəyəri 700.000 manat təşkil edir, qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilibdir, qalıq borcu yoxdur.
2. İddiaçı ilə cavabdeh1 MTK arasında ##.##.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı ŞIH-nin *** saylı, ##.##.2005-ci il tarixli sərəncamına əsasən MTK onun üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən və 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbənin ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbənin ümumi sahəsi 300 kv.m., ümumilkdə 860 kv.m. təşkil edən və ümumi dəyəri 1.290.000 manat olan qeyri-yaşayış sahəsini İddiaçı (payçıya) verməyi, sonuncu (payçı) isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Ağali oğlunun “X1” MTK-ya qarşı iddiası təmin edilərək aralarında bağlanmış ##.##.2007-ci il tarixli, ** saylı müqaviləyə əsasən MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 860 kv.m., o cümlədən, 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4cü mərtəbədə ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin müqaviləyə əsasən göstərilən sahədə qeyri-yaşayış sahəsinin İddiaçı istifadəsinə və sahibliyinə verilməsinin MTK-ya həvalə edilməsi, ##.##.2007-ci il tarixli, ** saylı müqaviləyə əsasən eyni ünvanda inşa edilmiş yaşayış binasının A1 blokunun 10-11-12ci mərtəbələrində yerləşən ümumi sahəsi 1.770 kv.m. olan yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin yaşayış sahəsinin sonuncunun sahiblik və istifadəsinə verilməsinin MTK-ya həvalə edilməsi qət edilmişdir. Həmin iş üzrə MTK tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli Qərarı ilə təmin edilməmişdir.
4. cavabdeh3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı “hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə * saylı Bakı Inzibati-Iqtisad Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə təmin edilmiş, “X1” MTK-nın Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 220 kv.m. qeyriyaşayış sahəsi üzərində cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Həmin qərarın icrası qaydasında cavabdeh3 həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ ##.##.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış (Qeydiyyat nömrəsi: 1117087772) və ona bu barədə ******* nömrəli Çıxarış verilmişdir.
5. İddiaçı * saylı Bakı Inzibati-Iqtisad Məhkəməsində baxılan iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə müraciət etmiş, onun ərizəsi həmin məhkəmin ##.##.2019-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Sonda İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Işə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarı ilə İddiaçı * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli qərardadından verdiyi şikayət təmin edilərək, həmin qərardad ləğv edilmiş, İddiaçı Ağaəli oğlu 2-1(82)- ****/**** saylı inzibati iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin ##.##.2017 il tarixli, 2-1(82)- ****/**** saylı qərarı ləğv edilərək, həmin inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarına əsasən iddiaçı cavabdeh3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və “X2” MTK) “hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə təmin edilməmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/*** saylı ekspert rəyinə əsasən cavabdeh3 ilə cavabdeh1 MTK arasında bağlanmış ##.##.2006-cı il tarixli müqaviləyə əsasən satılmış 220 kv.m. qeyri-yaşayış sahəsi və İddiaçı ilə cavabdeh1 MTK arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən satılmış 130 kv.m. qeyri-yaşayış sahəsinin həmin müqavilə əsasında cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A-1 korpusunun birinci mərtəbəsində yerləşdiyi müəyyən edilir. Lakin cavabdeh3 və İddiaçı müqaviləyə əsasən satılmış qeyri-yaşayış sahələrinin yerləşməsinə dair ayrıc aktı və ya plan-sxem müqavilələrə əlavə edilmədiyindən, həmin sahələrin binanın faktiki olaraq hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün omadı.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat Birinci iş:
8. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında ”xxxx” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 kv.m. olan qeyri-yaşayış sahəsinə dair cavabdeh cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsindən verilmiş ##.##.2017-ci il tarixli, RX serialı, ******* nömrəli çıxarış və həmin çıxarış əsasında tərtib edilmiş texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh3 çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xxxx MTK-dan ##.##.2007-ci il tarixli, ** saylı müqaviləyə əsasən aldığı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsinə əsasən üzərində sahiblik və istifadə hüququ tanınmış Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m, o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m qeyri-yaşayış sahəsinə cavabdeh cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2017 ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsindən cavabdeh cavabdeh3 adına verilmiş ##.##.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışda və texniki pasportda qeyd olunan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m qeyri-yaşayış sahəsinin 130 kv.m hissəsi, yuxarıda istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə üzərində onun sahiblik və istifadə hüququ tanınan və onun sahibliyinə və istifadəsinə verilməsi qət olunan qeyri-yaşayış sahəsi ilə eynidir.
10. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-cü il tarixli qətnaməsi ilə (hakim X3) iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında ”X1” MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 203.1 kv.m. olan qeyri-yaşayış sahəsinə dair cavabdeh cavabdeh3 adına Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsindən verilmiş ##.##.2017-ci il tarixli, RX serialı, ******* nömrəli çıxarışın və həmin çıxarış əsasında tərtib edilmiş texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xovalı prospekti, 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1- 4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh3 çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, preyudisial əhəmiyyətə malik olan qərardan məlum olduğu kimi, hazırda cavabdehin mübahisəli yaşayış sahəsinə sahiblik etməsinə əsas olmuş hallar məhkəmə qərarı ilə aradan qalxmışdır. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyriyaşayış sahəsi isə İddiaçı sahiblik və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsindən ##.##.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın verilməsinə əsas olmuş qərar ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın hazırda hər hansı hüquqi əsası qalmayıb. Iddiaçı hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Bu səbəbdən də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyriyaşayış sahəsinə dair cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsindən ##.##.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış və həmin çıxarış əsasında tərtib olunmuş texniki pasport ləğv edilməli, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində 1-4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh3 çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Ikinci iş:
12. Iddiaçı cavabdeh3 cavabdehlər İddiaçı və cavabdeh1 Mənzil–Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında Qeyriyaşayış sahəsinin ümumi sahəsi 130 kv.m. olan hissəsinə dair ## ###### 2007-ci tarixdə bağlanılmış ** saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə MTK arasında məhkəmə mübahisəsi olmuş, İddiaçı iddia tələbi təmin edilmiş, həmin məhkəmə mübahisəsi artıq bitdikdən sonra, o, həyat yoldaşı ilə birlikdə Azərbaycanda olmadığı müddət ərzində İddiaçı qeyri-yaşayış sahəsinə daxil olmuş, xüsusi icazə olmadan istifadəsində olan qeyri-yaşayış sahəsinin tavanından yuxarı mərtəbələrə çıxış açmağa, binanın lahiyəsinə zidd olaraq rekonstruksiya işləri aparmağa başlamış, bununla da ona ziyan vurmuşdur. Eyni zamanda, həmin müddət ərzində MTK-nın sədri Hikmət Yigitdöl barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və o, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Cinayət işinin ibtidai istintaq müddətində qeyri-yaşayış sahəsi yenidən ona qaytarılmış və əvvəlki vəziyyətə qaytarmaq üçün yenidən təmir işləri aparılmışdır. Hazırkı iş üzrə cavabdeh İddiaçı icazəsi olmadan binada rekonstruksiya işləri apardığı üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi tərəfindən ##.##.2018-ci il tarixli tikinti işlərinin dayandırılması barədə **** nömrəli qərar qəbul edilmişdir. Daha sonra, cinayət işinin ibtidai araşdırması zamanı İddiaçı şahid qismində dindirilmiş və istintaq zamanı bildirmişdir ki, MTK ilə bağlanılmış müqavilələrə dair pul ödəməmişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin X14 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ##.##.2020-ci il tarixli hökmündə də öz əksini tapmış, məsələyə hüquqi qiymət verilmişdir. Başqa sözlə, həm ibtida istintaq, həm də məhkəmədə müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sahələr Hikmət Yigitdöl tərəfindən İddiaçı satılmamış, sahələr girov məqsədi ilə sonuncunun adına rəsmiləşdirilmiş, İddiaçı ilə H.Yigitdöl razılaşma baş tutmaması səbəbindən sonuncu həmin müqavilələrin əsillərini cıraraq məhv etmiş, lakin həmin müqavilələrin müvafiq qaydada ləğv olunmasını rəsmiləşdirməmişdir. Qeyd olunan hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi üzrə təyin olunmuş auditor (mütəxəssis) tərəfindən verilmiş ##.##.2018-ci il tarixli akta göstərilmişdir ki, təqdim edilmiş sənədlərdən və həmin qeyri-yaşayış sahəsinə baxış keçirərkən müəyyən olunmuşdur ki, lahiyə-smeta sənədlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış kompleksinin A1 blokunun birinci mərtəbəsindəki, ##.##.2006-cı il tarixli müqaviləyə, ##.##.2017-ci il tarixli çıxarış sənədinə əsasən ona məxsus 220 kv.m.- dən ibarət qeyri-yaşayış sahəsinin göstəriciləri faktiki olaraq həmin kompleksin A1 blokunun 1-ci mərtəbəsindəki 1-ci oxdan 4-cü oxa qədər, A oxu ilə L oxu və 4-cü oxdan 5-ci oxa qədər, D oxu ilə E oxu arasındakı 220 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsinin göstəriciləri ilə həqiqətən də üst-üstə düşür və həmin sahə həqiqətən də ona məxsusdur. Bundan əlavə ##.##.2017-ci il tarixdə İddiaçıla 130 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanılmış, həmin müqavilədə də və eskiz planında tələbkar İddiaçı imza etmiş və həmin qeyri-yaşayış sahəsi binanın digər bir nöqtəsində mövcuddur. Qeyd edilən 130 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi də eskiz planına əsasən tələbkar tikintiyə gəldiyi zaman İddiaçı təqdim ediləcək.
14. Cavabdeh İddiaçı iddia ərizəsinə yazılı etiraz (iddia müddətinin tətbiqi barədə ərizə) təqdim edərək bildirmişdir ki, o, ##.##.2007-ci il tarixli, ** saylı müqaviləyə əsasən MTK-nın Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3- 4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m (o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m olan) qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya ödəyərək almışdır. MTK həmin müqavilə üzrə qeyd olunan qeyri-yaşayış sahələrinin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, 2(011)- ****/**** saylı qətnaməsinə əsasən MTK-nın göstərilən ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1- 2-3-4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m olan qeyri-yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququ tanınmış və həmin 860 kv.m qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi MTK-ya həvalə edilmiş və qətnamə qüvvəyə minmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi icraya yönəldilmiş, qətnamənin icrası ilə bağlı Bakı şəhəri Xətai rayon Icra şöbəsinin ##.##.2017-ci il tarixli, **/**-****/** saylı məktubu əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyindən ##.##.2017-ci il tarixli rəy alınmışdır. Həmin rəylə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müqaviləyə görə MTK tərəfindən İddiaçı təhvil verilməli olan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın Al blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m olan qeyri yaşayış sahəsinin dəqiq yerləşmə koordinatları, o cümlədən hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.mdən ibarət hissənin 1-4 oxları ilə D-L oxları arasında yerləşməsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan 860 kv.m qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmiş və Xətai rayon Icra şöbəsinin ##.##.2017-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində zəruri təmir tikinti və rekonstruksiya işləri aparılmışdır. Sözügedən məhkəmə qərarı icraya yönəldikdən və faktiki olaraq icra edilərək sözügedən qeyri-yaşayış sahəsi (hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən 130 kv.m dən ibarət qeyri-yaşayış sahəsi də daxil olmaqla) İddiaçı təhvil verildikdən sonra, 2017-ci ilin sentyabr ayında cavabdeh3 MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m qeyri-yaşayış sahəsinin DƏDR-də onun adına qeydiyyata alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi tələbi ilə * saylı Bakı Inzibati-Iqtisadi məhkəməsinə müraciət etmiş və iddia ərizəsi cəmi 20 gün müddətində təmin edilmişdir. Qeyd olunan qərarın mövcudluğundan onun məlumatı olmamışdır. O, bu barədə məlumat aldıqdan dərhal sonra ##.##.2019-cu il tarixdə * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinə müraciət etmiş, sonda o, *-*(**)-****/**** saylı inzibati iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş və iddiaçının “çıxarışın verilməsi barədə” iddiası rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə onun iddiasına baxılarkən mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilənin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilmiş və müqavilə predmeti olan əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Bundan başqa, qanunvericilikdə hazırki iddia tələbinin irəli sürülməsi ilə bağlı 1 illik müddət müəyyənləşdirilməsinə baxmayaraq, iddiaçı hazırkı tələbi 3 il sonra irəli sürmüşdür. Bu da iddiaçının hazırki tələbinin iddia müddəti tətbiq edilərək rədd edilməsini şərtləndirir.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim X5) iddia təmin edilmiş, cavabdeh1 MTK ilə İddiaçı arasında ##.## 2007ci tarixdə bağlanılmış ** saylı müqavilənin Bakı şəhəri, Xocalı prospekti, ** saylı ünvanda inşa edilən yüksək mərtəbəli binanın A1 girişinin 1-ci mərtəbəsində yerləşən 130 kv.m. olan qeyriyaşayış sahəsinə aid hissədə etibarsız əqd hesab edilməsi qət edilmişdir.
16. Birinci instansiyası məhkəməsi öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilə mənzilin əldə edilməsinə dair həqiqi müqavilə yox, yalan əqd olmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Hikmət Yigitdöl barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ##.##.2020-ci il tarixli hökmündən görünür ki, həmin cinayət işi üzrə şahid qismində cəlb edilmiş Eldəniz Axudov ifadəsində bildirmişdir ki, Hikmət Yigitdölü qohumu Rövşən və Ceyhun (Hikmətin dostu) adlı şəxlərin vasitəsi ilə tanımış və Hikmətin etibarlı şəxs olaraq Bakı şəhərində bina tikintisi ilə məşğul olmasını bildirmişlər. Sonra ona demişlər ki, Ceyranbatan qəsəbəsində 10 ha torpaq sahəsi var, Hikmət oranı almaq istəyir. Hikmətlə görüşdükdə həmin torpaq sahəsini almağa imkanı olmadığını, bu səbəbdən həmin torpaq sahəsini onun əvəzindən almağı, qarşılığında Bakı şəhəri, Xocalı prospektində tikdiyi binada mənzillər və qeyri-yaşayış sahəsi verəcəyini, sonradan bankdan pul götürüb torpaq sahəsini ondan geri alacağını, torpaq sahəsinin qiymətindən əlavə ona 400.000 manat mənfəət də verəcəyini bildirmişdir. Təklifin sərfəli olduğunu görüb Hikmətlə razılaşmış, Hikmətə özünə torpaq sahəsi lazım olmadığını, torpaq sahəsinin qiymətindən əlavə mənfəət, yaxud da adına sənədləşdirilən mənzil və qeydiyaşayış sahəsinin ona verilməsini bildirmişdir. Hikmətin razılığı ilə 4.000.000 ABŞ dollarını Ceyhuna vermiş, sənəd əvvəlcə Ceyhunun adına olmuş, lakin sonradan Hikmətin düz adam olmadığını gördükdə torpağı öz adına sənədləşdirmişdir. Hikmət həmin torpaq müqabilində Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən hündür mərtəbəli binasının A1 girişində 1- 2-3- 4-cü mərtəbələrdə yerləşən 860 kv.m. qeyri-yaşayış sahəsi, 10-11-12 mərtəbələrdə yerləşən 1770 kv.m. yaşayış sahəsini onun adına sənədləşdirmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmişdir. Daha sonra, binanın tikilmədiyini görmüş, təxminən 2010-cu ildə Hikmət torpaq sahəsini ona verməsini, adına sənədləşdirilmiş yerlərin də onun olmasını təklif etmiş, lakin bu təklifi qəbul etməmiş, sənədləri Hikmətə qaytarmışdır. 2014- cü ildə Hikmət şəriki Qabil adlı şəxslə onun yanına gəlmiş, Hikmət ondan 850.000 manat pul istəmiş, hissə-hissə qaytaracağına söz vermişdir. Pulun müqabilində ona verilmiş mənzillərin yanında qonşu blokdan 300 kv.m. qeyri-yaşayış sahəsi, 900 kv.m yaşayış sahəsini adına notarial qaydada sənədləşdilməsini təklif etmişlər. 300 kv.m qeyri-yaşayış sahəsi və 900 kv.m yaşayış sahəsi adına sənədləşdirilmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmişdir. Lakin sonuncu pul vəsaiti də tam olaraq ona qaytarılmamışdır. Bundan başqa, həm ibtidai istintaqla, həm də məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, qeyd olunan sahələrə dair məhkəmə qərarı ilə İddiaçı iddiası təmin olunsa belə, sonuncu həmin sahələrə görə pul ödənişi etməmiş, Hikmət Yigitdöl 2007-ci ilin qış aylarında İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində 10 ha torpaq sahəsinin alınması, sonradan həmin torpaq sahəsinin pulunu ödəyərək sonuncudan geri alıb həmin yerdə yaşayış binası tikəcəyi barədə razılaşmalarına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa etdiyi həmin yaşayış binasının A1 girişində 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m., 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m., 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m., 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m. olmaqla, cəmi 860 kv.m. qeyri-yaşayış, həmin binanın A1 giriş 10, 11 və 12-ci mərtəbəsində yerləşən 1.770 kv.m. yaşayış sahəsi, ümumilikdə isə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olan cəmi 2.630 kv.m. sahənin ##.##.2007-ci il tarixdə Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 2 müqavilə üzrə faktiki girov kimi İddiaçı adına alqı-satqı müqaviləsi formasında rəsmiləşdirilməsini həyata keçirmiş, sonuncu ilə aralarında razılaşdırılmış həmin birgə təsərrüfat fəaliyyətinin baş tutması sabəbindən ##.##.2007-ci il tarixli həmin alqı-satqı müqavilələrinin ləğvini müvafiq qaydada həyata keçirməmiş, girov məqsədi ilə İddiaçı adına rəsmiləşdirdiyi sahələri sonradan və ya əvvəldən müxtəlif şəxslərə satmışdır.
17. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, ##.##.2007-ci il tarixli müqavilə nə bağlanana qədər, nə də bağlandıqdan sonra cavabdehlərin həmin müqavilə üzrə həqiqi iradə ifadəsi mübahisəli qeyri-yaşayış sahəsinin alınması, yaxud pay dəyərinin ödənilməsi yolu ilə əldə edilməsi məqsədi daşımamışdır. Qeyri-yaşayış sahəsinə görə (alqı-satqı, yaxud pay dəyəri olaraq) hər hansı pul vəsaitinin ödənilməməsi və müqavilənin cavabdehlərin həqiqi iradə ifadələrini əks etdirməməsi ilə bağlı işin mühüm faktiki halı Bakı Ağır Cinayətlər Məhkəməsinin Hikmət Yigitdölün CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ##.##.2020-ci il tarixli hökmündə işə baxan məhkəmənin gəldiyi nəticə kimi də qeyd olunmuşdur.
18. Məhkəmə göstərilənlərdən əlavə qeyd etmişdir ki, ##.##.2007-ci il tarixli müqavilə həm də ona görə etibarsız olmuşdur ki, həmin müqavilə bağlanan vaxt qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış ##.##.2006-cı il tarixli müqavilə mövcud olmuşdur. Həmin müqavilə üzrə iddiaçı da qeyri-yaşayış sahəsinin dəyərini (700.000 manat) ödəmiş, buna dair ona maliyyə arayışı verilmiş, hətta qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən təmir edilərək, əmlaka dair faktiki sahiblik həyata keçirilmişdir. Hazırda da iddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış həmin müqavilə qüvvədədir. Göründüyü kimi, iddiaçının qeyri-yaşayış sahəsi üzərində müqavilə üzrə sahiblik və istifadə hüququ olduğu halda, həmin əmlaka dair digər bir müqavilə bağlana bilməzdi.
19. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-ya qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilərək ##.##.2007-ci il tarixli ** saylı müqavilə üzrə MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 860 kv.m. qeyri-yaşayış sahəsinə dair İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin müqaviləyə əsasən göstərilən sahədə qeyri-yaşayış sahəsinin İddiaçı istifadəsinə və sahibliyinə verilməsinin MTK-ya həvalə edilməsi qət edilsə də, həmin iş üzrə iddiaçı tərəf olaraq (cavabdeh, yaxud üçüncü şəxs) cəlb edilmədiyinə görə həmin qətnamə hazırkı mübahisədə məcburi xarakter daşıya bilməz.
20. Birləşdirilmiş işlər üzrə məhkəmələr öz mövqelərini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 139.1-ci, 139.3-cü, 139.1.1-ci, 146.2-ci, 152-ci, 157.4-cü, 324-cü, 329-cu, 337-ci, 340.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 119.1-ci, 217.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Birinci iş üzrə çıxarılmış qətnamədən cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh cavabdeh3 apellyasiya şikayətini ikinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə prosesində iştirakı təmin olunmamış, ünvanına heç bir məhkəmə bildirişi daxil olmamış, qətnamə təqdim edilməmiş və bu səbəbdən özünü müdafiə və sübutları təqdim etməkdən məhrum olmuşdur. Qətnamənin qəbul olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində digər məhkəmə prosesində iddiaçının nümayəndəsi tərəfindən məlumat verilmiş və qətnamənin surəti təqdim edilmişdir. Mübahisəli sahə ilə bağlı inzibati iş üzrə icraat çərçivəsində çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının 26-cı bəndində qeyd edilmişdir ki, “məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı ilə “X1” MTK arasında ##.##.2006-cı tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A blokunun 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin kooperativ payçıya verilməsini, payçı isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüş, ##.##.2006-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın A blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 kv.m. olan qeyri-yaşayış sahəsinə aid pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir və ##.##.2006-cı il tarixdən həmin qeyri-yaşayış sahəsi ilə ifadə olunan pay xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.” Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarı ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun ona məxsus olması ilə razılaşaraq və qərarın təsviri hissəsində bu halı təsdiq etmişdir. Qeyri-yaşayış sahəsinin ona məxsus olması MTK-nin rəhbər işçiləri barəsində açılmış cinayət işinin ibtidai istintaq və məhkəmə icraatı zamanı da öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi diqqət yetirməmişdir ki, İddiaçı ilə “X1” MTK arasında mübahisə predmetinə çevrilmiş, əslində isə ona məxsus olan qeyri-yaşayış sahəsinə dair müqavilə, onun MTK ilə bağladığı ##.##.2006-cı il tarixli müqavilədən sonra, yəni ##.##.2007-ci il tarixdə bağlanılmışdır. Bu halla bağlı məhkəmə araşdırma aparmamışdır. Mübahisəli qeyri-yaşayış sahəsinin məhkəmə qərarı ilə müəyyən olunmuş xüsusi mülkiyyət hüququ ona məxsus olduğu halda, onun tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi qeyri-mümkündür.
23. Ikinci iş üzrə çıxarılmış qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh İddiaçı apellyasiya şikayətini birinci iş üzrə iddia ərizəsinin və ikinci iş üzrə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli qeyriyaşayış sahəsi üzərində həm onun sahiblik və istifadə hüququ tanınmaqla həmin sahələrin ona təhvil verilməsi, həm də həmin qeyri-yaşayış sahəsinə dair sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsinin rədd edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərarları olduğu, həmin qərarlarla mübahisəli daşınmaz əmlaka onunla bağlanmış müqaviləsinin etibarlılığı yoxlanıldığı halda, məhkəmə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən həmin qərarları nəzərə almamış, bu da qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X8 cavabdehlər İddiaçı Ağaəli oğluna, X9 və “xxxx” Prestij MTK-nə qarşı “müqavilənin etibarsızlığı, sahənin boşaldılması və tikilidən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə məhkəmə eyni müqavilə üzrə daha əvvəl baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığına istinad edərək, iddiaçı X8 iddiasını rədd etmişdir. Lakin məhkəmə iddiaçı cavabdeh3 hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə qətnaməsi üzrə işə cəlb edilmədiyini əsas gətirərək, iddianı təmin etmişdir ki, bu da məhkəmənin eyni mübahisə üzrə iki fərqli mövqedə olmasını təsdiq edir. Həmçinin, həm hazırda mübahisələndirilən qətnamə, həm də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsi eyni hakim (Pərviz Zamanlı) tərəfindən çıxarılmışdır. Bundan başqa, məhkəmə iddianı təmin edərkən ##.##.2007-ci il tarixli müqaviləni, həm də ona görə etibarsız hesab etmişdir ki, həmin müqavilə bağlanan vaxt qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış ##.##.2006-cı il tarixli müqavilə mövcud olmuşdur. Məhkəmənin bu mövqeyi də tamamilə əsassızdır. Belə ki, onun mübahisəli daşınmaz əmlakı daha tez əldə edərək, əmlakdan sahiblik və istifadə hüququnun tanınması qanuni qüvvəyə minmiş və icra edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, 2(011)- ****/**** saylı qətnaməsi ilə təsdiq edilir. Bundan əlavə, məhkəmə iddianı təmin edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin Hikmət Yigitdöl barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ##.##.2020-ci il tarixli hökmünə istinad etsə də, həmin hökmün qanuni qüvvəyə minib-minmədiyini araşdırmamışdır. Həmçinin, iddiaçı hazırkı iddia ərizəsi ilə mübahisə predmeti olan müqavilənin (əqdin) bağlanmasından və icrasına başlandığı vaxtdan, ən azı 3 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etsə də, məhkəmə həmin ərizəyə hüquqi qiymət verməmişdir.
25. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin və ikinci iş üzrə etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
26. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı cavabdeh3 nümayəndəsi və vəkili vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, ikinci iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsi, birinci iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- **/**** saylı, ##.##.2022-cü il tarixli qətnaməsinin ləğv edilməsi, həmin iş üzrə yeni qətnamənin çıxarılması, birinci iş üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin təhvil verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə, birinci iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, bir icraatda birləşdirilmiş hər iki iş üzrə mübahisə predmetini “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 (1181-ci məhəllə) ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A1 blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 130 kv.m hissəsi (A1 blokunun 1-ci mərtəbəsində yerləşən 1- 4 oxları ilə D-E oxları arasında yerləşən qeyri-yaşayış sahəsi) təşkil edir. Hər iki tərəf cavabdeh1 ilə aralarında bağlanmış müqaviləyə istinadən bu sahənin ona məxsus olduğunu bildirir.
29. Belə ki, cavabdeh3 ilə cavabdeh1 MTK arasında ##.##.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı ŞIH-nin *** saylı, ##.##.2005- ci il tarixli sərəncamına əsasən MTK onun üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A girişinin 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən ümumi dəyəri 700.000 manat olan qeyri-yaşayış sahəsini cavabdeh3 (payçıya) verməyi, cavabdeh3 (payçı) isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməklə sahəni qəbul etməyi öz öhdəsinə götürmüşdür. Kooperativin sədri tərəfindən verilmiş ##.##.2006-cı il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsi cavabdeh3 məxsusdur, onun pay dəyəri 700.000 manat təşkil edir, qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilibdir, qalıq borcu yoxdur.
30. İddiaçı ilə cavabdeh1 MTK arasında ##.##.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən isə MTK onun üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən və 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbənin ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbənin ümumi sahəsi 300 kv.m, ümumilkdə 860 kv.m. təşkil edən və ümumi dəyəri 1.290.000 manat olan qeyri-yaşayış sahəsini İddiaçı (payçıya) verməyi, sonuncu (payçı) isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
31. Bundan sonra həmin müqavilələrin predmetini təşkil edən qeyri-yaşayış sahələri ilə bağlı həm İddiaçı, həm də cavabdeh3 məhkəmə mübahisəsi yaranmışdır. Belə ki, ##.##.2007ci il tarixli müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahələrinin təhvil verilməsi tələbi ilə bağlı cavabdeh1 MTK ilə İddiaçı arasında məhkəmə mübahisəsi olmuş və sonuncunun bu barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ilə təmin edilərək, müqavilədə göstərilən binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 860 kv.m (o cümlədən 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.m) olan qeyri-yaşayış sahəsinin onun istifadə və sahibliyinə verilməsi MTK-ya həvalə edilmişdir. Həmin iş üzrə MTK tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli Qərarı ilə təmin edilməmişdir.
32. cavabdeh3 isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə müraciət edərək, ##.##.2006-cı il tarixli müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Həmin iddia * saylı Bakı Inzibati-Iqtisad Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə təmin edilmiş, qeyd edilən qeyri-yaşayış sahəsi üzərində cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Bu qərarın icrası qaydasında cavabdeh3 həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ ##.##.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış və ona bu barədə Çıxarış verilmişdir. Bundan sonra müraciətinə əsasən müvafiq məhkəmə aktı ilə İddiaçı həmin (*-*(**)-****/**** saylı) inzibati iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin ##.##.2017 il tarixli, *-*(**)-****/**** saylı qərarı ləğv edilərək, həmin inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** saylı, ##.##.2021-ci il tarixli qərarına əsasən cavabdeh3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və “X2” MTK) irəli sürdüyü həmin iddia təmin edilməmişdir. Bu qərardan onun tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə təmin edilməmişdir (bax, 4-6-cı bəndlərə).
33. Hazırda İddiaçı ##.##.2007-ci il tarixli müqaviləyə, habelə qeyd edilən məhkəmə aktlarına istinadən ona məxsus olan qeyri-yaşayış sahəsinin 130 kv.m. hissəsinin qanunsuz olaraq cavabdeh3 istifadə və sahibliyində olduğunu iddia edir və həmin sahəyə dair verilmiş çıxarış və çıxarış əsasında tərtib edilmiş texniki pasportun ləğv edilməsini, onun həmin sahədən çıxarılmasını, sahənin boşaldılaraq ona təhvil verilməsini tələb edir.
34. cavabdeh3 isə ##.##.2006-cı il tarixli müqaviləyə, eyni tarixli maliyyə arayışına, əmlakın ona təhvil verilməsinə, hazırda da istifadə və sahibliyində olmasına, habelə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3, 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı Hökmünə istinadən bu sahənin ona məxsus olduğunu iddia edir və onunla cavabdeh1 MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli müqaviləni 130 kv.m. sahəyə aid hissədə etibarsız hesab edilməsini tələb edir. İddiaçı ilə cavabdeh1 MTK arasında ##.##.2007-ci il tarixdə bağlanmış müqavilədə göstərilən binanın A1 girişinin 1-ci mərtəbəsində olan ümumi sahəsi 130 kv.m qeyri-yaşayış sahəsi cavabdeh3 ilə cavabdeh1 MTK arasında ##.##.2006-cı il tarixdə bağlanmış müqavilədə göstərlən həmin binanın A girişinin 1-ci mərtəbəsində olan 220 kv.m. sahə ilə (onun 130 kv.m hissəsi ilə) üst-üstə düşür (koordinatlar baxımından 220 kv.m sahənin tərkib hissəsidir). Tərəflər biri-birinin iddiasını qəbul etmir.
35. Məhkəmə kollegiyası vurğulamışdır ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir.
36. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini, habelə yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab etmişdir ki, bir əmlaka (hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsinə) dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir sahənin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür. Belə ki, bu qəbildən olan müqavilənin icrası nəticəsində sifarişçi həmin müqavilənin predmeti olan əmlaka sahiblik və ondan istifadə etmək hüququ əldə etdikdən sonra podratçı digər sifarişçi ilə də həmin əmlakla bağlı eyni məzmunlu müqavilənin bağlanması üçün səlahiyyətli olmadığından ikinci müqavilə hüquqi nəticə etibarı ilə artıq əhəmiyyətsiz olur. Belə olan halda, hazırkı vəziyyətdə mübahisəli sahə üzərində tərəflərdən hansının daha əvvəl üstün hüquqlarının yaranması müəyyən edilməlidir. Bunun üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlanması (öhdəliyin əmələ gəlməsi), mübahisəli sahənin daha əvvəl onların hansının istifadə və sahibliyinə verilməsi və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. 37.
38. Bu hal iş materiallarında olan sənədlərlə, habelə yuxarıda göstərilən qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin mübahisəli 130 kv.m sahə ilə bağlı hissədə bu günədək icra olunmaması ilə öz təsdiqini tapır.
39. Məhkəmə kollegiyası bu hissədə ilk növbədə o halı nəzərə almışdır ki, cavabdeh3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsinin çıxarılmasına əsas olmuş mülki iş üzrə tərəf olmamışdır. Bu baxımdan qeyd edilən qətnamə hazırki mübahisəyə münasibətdə hər hansı preyudusial əhəmiyyətə malik deyil, həmin icraat çərçivəsində müəyyən edilmiş faktlar hazırkı mübahisədə məcburi xarakter daşıya bilməz.
40. Bu qətnamə əsasında verilmiş icra sənədini icra edən Bakı şəhəri Xətai rayon Icra şöbəsi tərəfindən həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə ##.##.2017-ci il tarixli qərar qəbul edilsə də, cavabdeh3 şikayətinə əsasən şöbənin həmin qərarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş və icra sənədi icra icraatının davam etdirilməsi üçün yenidən şöbəyə göndərilmişdir. Bundan başqa ##.##.2006-cı il tarixli müqavilə üzrə təhvil verilmiş sahə ilə bağlı 2021-2022-ci illərdə cavabdeh3 ayrı-ayrı şəxslərlə icarə müqavilələri bağlamışdır. Məhkəmə kollegiyası tərəfindən ##.##.2025-ci il tarixdə keçirilmiş yerində müayinə zamanı da bu sahənin məhz cavabdeh3 istifadəsində olduğu və onun tərəfindən həmin sahədə təmir işlərinin aparıldığı müəyyən edilmişdir.
41. cavabdeh3 İddiaçı ilə cavabdeh1 MTK arasında məhkəmə mübahisəsinin artıq bu əmlak onun tərəfindən təhvil alındıqdan, ona sahiblik və istifadə etməyə başladıqdan sonra yarandığını, həmin məhkəmə mübahisəsi bitdikdən sonra, əri ilə birlikdə Azərbaycan Respublikasında olmadığı müddət ərzində İddiaçı həmin sahəni zəbt edərək, orada rekonstruksiya işlərini apardığını, başqa sözlə əmlak onun sahibliyinə və istifadəsinə keçdikdən sonra sonuncu tərəfindən zəbt olunduğunu bildirir. “Elektron” məhkəmə informasiya sistemində cavabdeh3 aid sərhədkeçmə məlumatlarından onun ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək ölkə hüdudlarından kənarda olduğu müəyyən edilir. Icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı da tarix etibarı ilə 2018-ci ilin iyul ayından, yəni onun ölkəyə qayıdışından sonra mübahisələndirilir. Qeyd edilənlər də öz növbəsində İddiaçı bu sahədən cavabdeh3 ölkədə olmadığı dövrdə istifadə etdiyini və onun sahibliyinin qanunsuz olduğunu təsdiq edir. Hər bir halda bu sahə ##.##.2007-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilsə idi, onun tərəfindən cavabdeh1 MTK-ya qarşı 2015-ci ildə əmlakın təhvil verilməsi ilə bağlı iddia qaldırılmazdı.
42. Digər tərəfdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon Icra şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə ##.##.2017-ci il tarixli qərarı ləğv edildikdən və icra sənədi icra icraatının davam etdirilməsi üçün yenidən şöbəyə göndərildikdən sonra bu icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlər çərçivəsində İddiaçı müqaviləsində göstərilən A1 girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 130 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh3 aid ##.##.2006-cı il tarixli müqavilədə göstərlən həmin binanın A girişinin 1-ci mərtəbəsində olan 220 kv.m. sahə ilə (onun 130 kv.m hissəsi ilə) üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu hal ##.##.2018-ci il tarixdə tərtib edilmiş aktda öz əksini tapmışdır (2-ci iş üzrə 1-ci cild, i.v.69). Eyni zamanda, icra mərhələsində İddiaçı ##.##.2017-ci il tarixli müqavilə və müqaviləyə * saylı Əlavə olan Eskiz Planını imzalamış və Eskiz Planına əsasən binanın digər bir nöqtəsində mövcud olan 130 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin tikintiyə gəldiyi halda İddiaçı təqdim edilcəyi göstərilmişdir. Bununla belə, icra mərhələsində tərtib edilmiş bu aktdan (2-ci iş, 1-ci cild, i.v. 69), habelə ##.##.2018-ci il tarixli rəydən (2-ci iş, 1- ci cild, i.v. 81) mübahisəli sahənin məhz cavabdeh3 istifadə və sahibliyində olduğu, həmin sahənin İddiaçı tərəfindən zəbt edildiyi müəyyən edilir.
43. Tərəflərlə müqavilə bağlamış cavabdeh1 MTK-nın təsisçisi və qanuni təmsilçisi X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.3, 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı Hökmü ilə də mübahisəli sahənin İddiaçı təhvil verilmədiyi öz təsdiqini tapır.
44. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlmişdir ki, cavabdeh3 cavabdeh1 MTK ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş və müqavilə üzrə müəyyən edilmiş məbləği kooperativə ödəməklə müqavilənin predmetini təşkil edən və mübahisəli 130 kv.m sahənin də daxil olduğu əmlakı təhvil almış və hüquqi nəticə etibarı ilə onun həmin əmlaka münasibətdə daha əvvəl üstün hüquqları yaranmışdır. Bu da öz növbəsində cavabdeh1 MTK ilə İddiaçı arasında ##.## 2007-ci tarixdə bağlanılmış ** saylı müqavilənin mübahisəli sahəyə (130 kv.m.) aid hissədə yuxarıda göstərilən əsasa görə əhəmiyyətsiz olması səbəbindən etibarsız hesab edilməsini şərtləndirir. Birinci instansiya məhkəməsi də İddiaçı tərəfindən ##.##.2007-ci il tarixli müqavilə bağlanan zaman cavabdeh3 ilə cavabdeh1 MTK arasında artıq müqavilənin bağlandığını vurğulamış və bu hala istinadən ##.##.2007-ci il tarixli müqaviləni mübahisəli sahəyə aid hissədə etibarsız hesab etmişdir. Həmin müqavilənin mübahisəli sahəyə aid hissədə hər hansı digər əsasla etibarsız hesab edilməsinə, o cümlədən yalan əqd kimi qiymətləndiriməsinə hər hansı hüquqi əsas görünmür.
45. Məhkəmə kollegiyasının bu qənaəti cavabdeh3 iddiasına hər hansı formada müddətin tətbiq edilməsini istisna edir.
46. Məhkəmə kollegiyası tərəflərin biri birinə qarşı irəli sürdükləri iddiaların mahiyyətini, o cümlədən hüquqi nəticə etibarı ilə bir iddianın təmin edilməsinin, digərinin rədd edilməsi üçün əsas yaratdığını nəzərə alıb, habelə sərgilədiyi hüquqi mövqeyi rəhbər tutub, belə qənaətə gəlmişdir ki, ikinci iş üzrə birinci instansiya məhkəməsi İddiaçı ilə cavabdeh1 MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli müqaviləni mübahisəli qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən ikinci iş üzrə çıxarılmış qətnamədən İddiaçı apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
47. Həmin müqavilənin qeyd edilən hissədə etibarsız hesab edilməsi ilə İddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh3 qarşı birinci iş üzrə belə bir tələb irəli sürməsi üçün subyektiv hüququnu itirmiş olur. Başqa sözlə, mövcud vəziyyətdə İddiaçı cavabdeh3 qarşı bu iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Qeyd edilənlər öz növbəsində cavabdeh3 apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq edir və onun təmin edilməsini şərtləndirir. Bunun nəticəsi olaraq birinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ikinci iş üzrə çıxarılmış qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, birinci iş üzrə cavabdeh ikinci iş üzrə iddiaçı cavabdeh3 apellyasiya şikayəti təmin edilməli, birinci iş üzrə çıxarılmış qətnamə ləğv edilməli, həmin iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilməlidir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə, birinci iş üzrə ödənilmiş dövlət rüsumu isə İddiaçı aid edilməlidir.
49. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü, 152.1, 152.2, 152.3, 178.8 (##.##.2018-ci ilədək qüvvədə olmuş redaksiya), 324.1, 324.4, 324.5, 337.1, 337.3, 337.4-cü, 352, 385.1, 425.1, 752.1, 762.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2010-cu il tarixli, və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci, 82.3-cü, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 372.6, 384.0.1, 384.0.2 və 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
50. İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin tam ləğv edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2022-ciil tarixli qətnaməsinin dəyişdirlmədən saxlanması və Xətai Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilib həmin iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin qəbulu zamanı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1, 354.2, 372.1, 375.2, 452.1-ci, MPM-in 82.3, 217.1, 217.3 və 254.1.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılan zaman həm preyudisial əhəmiyyətə malik olan məhkəmə aktları (qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin (*(***)****/**** nömrəli, ##.##.2015-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin*(***)-****/**** nömrəli, ##.##.2023-cü il qərarı) ilə müəyyən edilmiş hallar, Azərbaycan Respublikasının Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il qərarında ifadə olunan hüquqi mövqe nəzərə alınmamış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsi tətbiq edilməklə birinci mülki iş üzrə apellyasiya şikayəti təmin edilməməli, ikinci mülki iş üzrə isə cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti təmin olunmalı olduğu halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsi tətbiq edilməmiş, nəticədə qanunsuz qətnamə qəbul edilmişdir.
52. Birinci mülki işdə iddiaçı, ikinci mülki işdə cavabdeh olan İddiaçı Bakı şəhəri, Xocalı prospekti,32 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun1-ci mərtəbəsində 130 kv.metr qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququ, həmin qeyri-yaşayış sahəsini ödəniş əldə etməklə notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında qanuni əsaslarla əldə etməsi ##.##.2015-ci ildə qəbul edilmiş, hal-hazırda qanuni qüvvəyə minmiş Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edilmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsini ümumiyyətlə tətbiq etməmiş, bununla da maddi hüquq normasını kobud şəkildə pozaraq İddiaçı qanuni gözləntisi olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnu, habelə sahiblik və istifadə hüquqlarını pozmuşdur. Belə ki, “X1” MTK ilə İddiaçı Ağaəli oğlu arasında ##.##.2007-ci il tarixli, ** nömrəli müqavilə notariat ofisində bağlanmışdır və notariat reyestrində qeydə alınmışdır. Yəni onun imzalanması tarixi bəllidir və işin mübahisə edilməyən halıdır. Birinci mülki iş üzrə cavabdeh, ikinci mülki iş üzrə iddiaçı cavabdeh3 ilə isə “X1” MTK arasında müqavilə notariat qaydasında bağlanmamış, heç bir reyestrdə qeydiyyatı aparılmamış və həmin müqavilənin məhz 2006-cı ildə bağlanmasnı təsdiq edən hər hansı bir mötəbər sübut – məsələn müqavilə üzrə bank ödəniş tapşırığı, notariusda reyestrdə qeydiyyat mövcud deyildir. Belə olan halda cavabdeh3 ilə MTK arasında bağlanmış müqaviləyə və maliyyə arayışına istənilən bir tarix qeyd edilə bilməsi ehtimalı olduğu üçün müqavilənin məhz 2006-cıildə bağlanması təsdiq olunmur. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi icraya yönəldilmiş, qətnamənin icrası ilə bağlı Bakı şəhəri Xətai rayon Icra şöbəsinin ##.##.2017-ci il tarixli, **/**-****/** saylı məktubu əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyindən##.##.2017-ci il tarixli rəy alınmışdır. Həmin rəylə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müqaviləyə görə MTK tərəfindən İddiaçı təhvil verilməli olan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın Al blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m olan qeyri yaşayış sahəsinin dəqiq yerləşmə koordinatları, o cümlədən hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.m-dən ibarət hissənin 1-4 oxları ilə D-L oxları arasında yerləşməsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan 860 kv.m qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmiş və Xətai rayon Icra şöbəsinin ##.##.2017-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində zəruri təmir tikinti və rekonstruksiya işləri aparılmışdır. Sözügedən məhkəmə qərarı icraya yönəldikdən və faktiki olaraq icra edilərək sözügedən qeyri-yaşayış sahəsi (hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən 130 kv.m dən ibarət qeyri-yaşayış sahəsi də daxil olmaqla) İddiaçı təhvil verildikdən sonra, 2017-ci ilin sentyabr ayında cavabdeh3 MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m qeyri-yaşayış sahəsinin DƏDR-də onun adına qeydiyyata alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi tələbi ilə * saylı Bakı Inzibati-Iqtisadi məhkəməsinə müraciət etmiş, lakin onun iddiası Bakı Inzibati Məhkəməsinin 2-1(112)- 4189/2021nömrəli ##.##.2021-ciil tarixli qərarı ilə rədd edilmişdir. Hal-hazırda da həmin qərar qüvvədədir. Çünki cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin2-1(102)- ***/**** nömrəli, ##.##.2022-ciiltarixli qərarları ilə rədd edilmişdir.
54. Qeyd edir ki, ikinci mülki iş üzrə cavabdeh3 İddiaçı ilə “X1” MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli müqavilə barəsində ən azı 2020-ci ilin yanvar ayında (İddiaçı həmin müqaviləni təqdim edərək cavabdeh3 iddiaçı olduğu işdə 3-cü şəxs qismində işə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan) məlumatlı olmuşdur. Belə olan zaman həmin müqavilənin etibarsızlığı haqqında iddia ilə o, 2021-ci ilin yanvar ayına qədər müraciət etmək hüququ olmuşdur. Ikinci mülki iş üzrə iddiaçı cavabdeh3 isə müqavilənin etibarsız hesab edilməsi iddiası ilə Bakı şəhər Xətai rayon məhkəməsinə qanunvericiliklə nəzərdə tutulmuş müddəti 3 ilə yaxın buraxmaqla müraciət etmişdir. Buna baxmayaraq ikinci mülki iş üzrə cavabdeh İddiaçı Ağaəli oğlunun nümayəndəsi Xətai Rayon Məhkəməsində mülki işə baxılan zaman iddia müddətinin tətbiqi barədə ərizə vermişdir, həmin ərizə elektron məhkəmə sistemindəki kabinetdə mövcuddur. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi həmin ərizəyə əhəmiyyət verməmiş və məhəl qoymayaraq iddia müddətini tətbiq edərək cavabdeh3 iddiasını rədd etməli olduğu halda bunu etməmiş, ikinci mülki iş üzrə e-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnamə ilə iddiaçı cavabdeh3 iddiasını təmin etmişdir.
55. Bakı Apellyasiya Məhkəməsi də *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməni qəbul edən zaman ikinci mülki iş üzrə iddiaçı cavabdeh3 tərəfindən iddia müddəti 3 ilə yaxın buraxıldığı üçün cavabdeh İddiaçı apellyasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1, 354.2-ci, 372.1-ci, 375.2-ci maddəsini tətbiq edərək təmin etməli, cavabdeh3 iddia tələbini rədd etməli olduğu halda bunu etməmiş, bununla da ikinci mülki işə münasibətdə qanunsuz qətnamə qəbul etmişdir.
56. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsini qəbul edən zaman qətnamənin 53-cü bəndində Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı hökmünün mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməməsinin sübutu kimi qəbul etmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü qüvvəyə minməmişdir. Belə ki, həmin hökmü qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının *(***)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərarı maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında ləğv edilmişdir. Yəni, hazırkı vəziyyətdə Bakı Apellyasiya Məhkəməsi yalnız qüvvədə olmayan məhkəmə hökmünə qüvvəyə minmiş məhkəmə aktı kimi istinad etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir, bununla da AR MPM-in 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Ikinici iş üzrə iddiaçı, birinci iş üzrə cavabdeh cavabdeh3 vəkili vəkil2 kassasiya şikayətinə qarşı etiraz verərək 1-ci iş üzrə iddiaçı, 2-ci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-(***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Işdə iştirak edən şəxslərin izahatları
58. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi vəkil1 kassasiya məhkəməsində izahat verərək bildirmişdir ki, kassasiya şikayətlərini müdafiə edirlər, kassasiya şikayətində göstərilənləri izahatları kimi qəbul olunmasını, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2022-ci il # ######## tarixli *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirlmədən saxlanılması, Xətai Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv olunub həmin iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edirlər. Əlavə olaraq qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş və dəfələrlə apellyasiya, kassasiya və konstitusiya nəzarətindən keçərək qüvvədə saxlanılmış məhkəmə aktları ilə İddiaçı 2007-ci il ## ###### tarixli ** saylı müqavilə əsasında mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquqları artıq müəyyən edilmiş, həmin sahə icra qaydasında ona təhvil verilmiş və bu hallar preyudisial əhəmiyyət kəsb etdiyindən eyni müqavilənin sonradan etibarsız hesab edilməsi barədə iddianın təmin olunması qanunsuz olmuşdur. Müqavilə notarial qaydada bağlanmış, müqavilədə ödənişin tam aparıldığı təsbit edilmiş, qarşı tərəf uzun müddət ərzində həmin müqaviləyə və məhkəmə aktlarına etiraz etməmiş, 2019-cu ildən etibarən bütün hallardan xəbərdar olmasına baxmayaraq yalnız sonradan müqavilənin etibarsızlığı barədə iddia qaldırmışdır. Mübahisəli sahə İddiaçı faktiki təhvil verilərkən başqa şəxsin hüququnu təsdiq edən hər hansı əlamət mövcud olmamış, sonradan əldə edilmiş çıxarış və digər sənədlər isə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş halları dəyişdirə bilməz.
59. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi vəkil1 verilən suallara cavabında bildirmişdir ki, iş materiallarında 2017-ci il # ### tarixində MTK ilə İddiaçı arasında bağlanmış müqavilə yoxdur. Istinad olunan sənəd mübahisəli 130 kv.m sahəyə aid deyil, həmin sənəd başqa münasibətlərdən irəli gəlir. Əgər həqiqətən həmin 130 kv.m sahə mövcud olsaydı, sonrakı illərdə 20-dən çox məhkəmə prosesi aparmağa ehtiyac qalmazdı.2019-cu ildə icra qərarı ləğv edilərkən istinad olunmuş həmin 130 kv.m sahə və planeskizdə göstərilən yerin harada olduğu məlum deyil. cavabdeh3 təhvil verildiyi deyilən 130 kv.m sahənin konkret koordinatları göstərilməyib. Faktiki olaraq belə sahənin mövcudluğu sübut edilməyib. Dəfələrlə 130 kv.m sahə tələb olunub, heç kim həmin sahəni göstərə bilməyib. MTK illərdir heç bir şəxsə həmin əmlakı təhvil verə bilmir. Faktiki olaraq həmin sahənin mövcudluğu şübhəlidir.
60. Ikinci iş üzrə iddiaçı, birinci iş üzrə cavabdeh cavabdeh3 vəkili vəkil2 kassasiya məhkəməsində izahatında bildirmişdir ki, mübahisəli 220 kv.m qeyri-yaşayış sahəsinə dair müqavilə MTK ilə 2006-cı ildə bağlanmış, müqavilə üzrə ödəniş tam şəkildə həyata keçirilmiş və sahə sonradan faktiki olaraq təhvil verilərək istifadə edilmişdir. Sahə uzun müddət onların faktiki sahibliyində olmuş, təmir edilmiş və icarəyə verilmiş, MTK rəhbərliyi də müxtəlif məhkəmə proseslərində həmin sahənin məhz cavabdeh3 satıldığını təsdiqləmişdir. Həmçinin qeyd olunmalıdır ki, İddiaçıla bağlanmış sonrakı tarixli müqavilə onların daha əvvəl əldə etdikləri hüquqları aradan qaldıra bilməz, mübahisə isə İddiaçı tərəfindən qaldırılmış və onların çıxarışının, texniki pasportunun və istifadə hüquqlarının ləğvi tələbləri nəticəsində yaranmışdır. Bu əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirirlər və kassasiya şikayətinin təmin olunmamasını xahiş edirlər.
61. Ikinci iş üzrə iddiaçı, birinci iş üzrə cavabdeh cavabdeh3 vəkili vəkil2 verilən suallara cavabında bildirmişdir ki, apellyasiya məhkəməsi 2017-ci ildə İddiaçıla yeni plan-eskiz imzalandığını və həmin 130 kv.m sahənin binanın başqa hissəsində yerləşdiyini müəyyən etdiyi halda müqavilənin etibarsız sayılması barədə iddia qaldırılmasının səbəbi odur ki, əgər həmin 130 kv.m başqa yerdə idisə, qarşı tərəf niyə məhz onların istifadə etdiyi sahəyə iddia qaldırıb. İddiaçı iddiası nəticəsində onların çıxarışının və texniki pasportunun ləğvi, həmçinin sahənin boşaldılması tələb olunurdu, buna görə də müdafiə etdiyim tərəf öz hüquqlarını qorumaq məcburiyyətində qalıb.Hazırda həmin sahə onların istifadəsindədir, təmir olunub, bir neçə dəfə icarəyə verilib. 2017-ci il plan-eskizində göstərilən digər 130 kv.m sahəyə baxmamışıq. Lakin icra hərəkətləri zamanı həmin məsələ müzakirə olunub. Onlar həmişə bildiriblər ki, mübahisəli yer özlərinə məxsusdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
62. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
63. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
64. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
65. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
66. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
67. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
68. Maddə 178.8 (##.##.2018-ci il tarixədək qüvvədə olan redaksiyası). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
69. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
70. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
71. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
72. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
73. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
74. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
75. Maddə 352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.
76. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
77. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
78. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
79. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2010-cu il tarixli Qərarı
80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarı
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:
82. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
83. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
84. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
85. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
86. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
87. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
88. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
89. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
91. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
92. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
93. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
94. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
95. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
96. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
98. Məhkəmə kollegiyası kassasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsi *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsini qəbul edən zaman qətnamənin 53-cü bəndində Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı hökmünün mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməməsinin sübutu kimi qəbul etdiyi, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** nömrəli hökmünün qüvvəyə minmədiyi, həmin hökmü qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarının maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında ləğv edildiyi, yəni, hazırkı vəziyyətdə Bakı Apellyasiya Məhkəməsinin yalnız qüvvədə olmayan məhkəmə hökmünə qüvvəyə minmiş məhkəmə aktı kimi istinad etməklə qanunsuz və əsassız qətnamə qəbul etdiyi barədə dəlili ilə razılaşmır.Belə ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni yalnız göstərilən hökmə istinad edərək əsaslandırmamış, gəlinən nəticənin qanuni və əsaslı olduğunu digər sübutlara istinad etməklə də əsaslandırmışdır. Kassasiya kollegiyası hesab edir ki, qeyd edilən hökmə istinad edilməsə belə, apelyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış əsaslandırma gəlinən nəticə üçün kifayətdir.
99. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli 130 kv.m sahənin də daxil olduğu sahə ilə bağlı daha əvvəl cavabdeh1 MTK ilə cavabdeh3 arasında müqavilə bağlanmış və müqavilə bağlanan, yəni ##.##.2006-cı il tarixdə bu şəxs müqavilə üzrə müəyyən edilmiş 700.000 manat məbləğində pulu kooperativə ödəmiş və bu halın təsdiqi olaraq kooperativ tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan sonra da bu müqavilənin predmetini təşkil edən qeyri-yaşayış sahəsi məhz onun istifadə və sahibliyinə verilmişdir. Bu hal iş materiallarında olan sənədlərlə, habelə yuxarıda göstərilən qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin mübahisəli 130 kv.m sahə ilə bağlı hissədə bu günədək icra olunmaması ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası bu hissədə ilk növbədə o halı nəzərə almışdır ki, cavabdeh3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsinin çıxarılmasına əsas olmuş mülki iş üzrə tərəf olmamışdır. Bu baxımdan qeyd edilən qətnamə hazırki mübahisəyə münasibətdə hər hansı preyudusial əhəmiyyətə malik deyil, həmin icraat çərçivəsində müəyyən edilmiş faktlar hazırkı mübahisədə məcburi xarakter daşıya bilməz. Bu qətnamə əsasında verilmiş icra sənədini icra edən Bakı şəhəri Xətai rayon Icra şöbəsi tərəfindən həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə ##.##.2017-ci il tarixli qərar qəbul edilsə də, cavabdeh3 şikayətinə əsasən şöbənin həmin qərarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş və icra sənədi icra icraatının davam etdirilməsi üçün yenidən şöbəyə göndərilmişdir. Bundan başqa ##.##.2006-cı il tarixli müqavilə üzrə təhvil verilmiş sahə ilə bağlı 2021-2022-ci illərdə cavabdeh3 ayrı-ayrı şəxslərlə icarə müqavilələri bağlamışdır. Məhkəmə kollegiyası tərəfindən ##.##.2025-ci il tarixdə keçirilmiş yerində müayinə zamanı da bu sahənin məhz cavabdeh3 istifadəsində olduğu və onun tərəfindən həmin sahədə təmir işlərinin aparıldığı müəyyən edilmişdir. cavabdeh3 İddiaçı ilə cavabdeh1 MTK arasında məhkəmə mübahisəsinin artıq bu əmlak onun tərəfindən təhvil alındıqdan, ona sahiblik və istifadə etməyə başladıqdan sonra yarandığını, həmin məhkəmə mübahisəsi bitdikdən sonra, əri ilə birlikdə Azərbaycan Respublikasında olmadığı müddət ərzində İddiaçı həmin sahəni zəbt edərək, orada rekonstruksiya işlərini apardığını, başqa sözlə əmlak onun sahibliyinə və istifadəsinə keçdikdən sonra sonuncu tərəfindən zəbt olunduğunu bildirir. “Elektron” məhkəmə informasiya sistemində cavabdeh3 aid sərhədkeçmə məlumatlarından onun ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək ölkə hüdudlarından kənarda olduğu müəyyən edilir. Icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı da tarix etibarı ilə 2018-ci ilin iyul ayından, yəni onun ölkəyə qayıdışından sonra mübahisələndirilir. Qeyd edilənlər də öz növbəsində İddiaçı bu sahədən cavabdeh3 ölkədə olmadığı dövrdə istifadə etdiyini və onun sahibliyinin qanunsuz olduğunu təsdiq edir. Hər bir halda bu sahə ##.##.2007-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilsə idi, onun tərəfindən cavabdeh1 MTK-ya qarşı 2015-ci ildə əmlakın təhvil verilməsi ilə bağlı iddia qaldırılmazdı. Digər tərəfdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon Icra şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə ##.##.2017-ci il tarixli qərarı ləğv edildikdən və icra sənədi icra icraatının davam etdirilməsi üçün yenidən şöbəyə göndərildikdən sonra bu icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlər çərçivəsində İddiaçı müqaviləsində göstərilən A1 girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 130 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh3 aid ##.##.2006-cı il tarixli müqavilədə göstərlən həmin binanın A girişinin 1-ci mərtəbəsində olan 220 kv.m. sahə ilə (onun 130 kv.m hissəsi ilə) üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu hal ##.##.2018-ci il tarixdə tərtib edilmiş aktda öz əksini tapmışdır (2-ci iş üzrə 1-ci cild, i.v.69). Eyni zamanda, icra mərhələsində İddiaçı ##.##.2017-ci il tarixli müqavilə və müqaviləyə * saylı Əlavə olan Eskiz Planını imzalamış və Eskiz Planına əsasən binanın digər bir nöqtəsində mövcud olan 130 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin tikintiyə gəldiyi halda İddiaçı təqdim edilcəyi göstərilmişdir. Bununla belə, icra mərhələsində tərtib edilmiş bu aktdan (2-ci iş, 1-ci cild, i.v. 69), habelə ##.##.2018-ci il tarixli rəydən (2-ci iş, 1- ci cild, i.v. 81) mübahisəli sahənin məhz cavabdeh3 istifadə və sahibliyində olduğu, həmin sahənin İddiaçı tərəfindən zəbt edildiyi müəyyən edilir.
100. Apellyasiya instansiyası məhkəməsi həmçinin belə qənaətə gəlmişdir ki, cavabdeh3 cavabdeh1 MTK ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş və müqavilə üzrə müəyyən edilmiş məbləği kooperativə ödəməklə müqavilənin predmetini təşkil edən və mübahisəli 130 kv.m sahənin də daxil olduğu əmlakı təhvil almış və hüquqi nəticə etibarı ilə onun həmin əmlaka münasibətdə daha əvvəl üstün hüquqları yaranmışdır. Bu da öz növbəsində cavabdeh1 MTK ilə İddiaçı arasında ##.## 2007-ci tarixdə bağlanılmış ** saylı müqavilənin mübahisəli sahəyə (130 kv.m.) aid hissədə yuxarıda göstərilən əsasa görə əhəmiyyətsiz olması səbəbindən etibarsız hesab edilməsini şərtləndirir. Birinci instansiya məhkəməsi də İddiaçı tərəfindən ##.##.2007-ci il tarixli müqavilə bağlanan zaman cavabdeh3 ilə cavabdeh1 MTK arasında artıq müqavilənin bağlandığını vurğulamış və bu hala istinadən ##.##.2007-ci il tarixli müqaviləni mübahisəli sahəyə aid hissədə etibarsız hesab etmişdir. Həmin müqavilənin mübahisəli sahəyə aid hissədə hər hansı digər əsasla etibarsız hesab edilməsinə, o cümlədən yalan əqd kimi qiymətləndiriməsinə hər hansı hüquqi əsas görünmür. Məhkəmə kollegiyasının bu qənaəti cavabdeh3 iddiasına hər hansı formada müddətin tətbiq edilməsini istisna edir. Məhkəmə kollegiyası tərəflərin biri birinə qarşı irəli sürdükləri iddiaların mahiyyətini, o cümlədən hüquqi nəticə etibarı ilə bir iddianın təmin edilməsinin, digərinin rədd edilməsi üçün əsas yaratdığını nəzərə alıb, habelə sərgilədiyi hüquqi mövqeyi rəhbər tutub, belə qənaətə gəlmişdir ki, ikinci iş üzrə birinci instansiya məhkəməsi İddiaçı ilə cavabdeh1 MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli müqaviləni mübahisəli qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən ikinci iş üzrə çıxarılmış qətnamədən İddiaçı apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Həmin müqavilənin qeyd edilən hissədə etibarsız hesab edilməsi ilə İddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh3 qarşı birinci iş üzrə belə bir tələb irəli sürməsi üçün subyektiv hüququnu itirmiş olur. Başqa sözlə, mövcud vəziyyətdə İddiaçı cavabdeh3 qarşı bu iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Qeyd edilənlər öz növbəsində cavabdeh3 apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq edir və onun təmin edilməsini şərtləndirir. Bunun nəticəsi olaraq birinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
101. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və bu qərarın 100-101-ci bəndlərində əks etdirilmiş əsaslandırması ilə razılaşır və həmin əsaslandırmanı gəlinən nəticəyə uyğun və kifayət hesab edir.
102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
103. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
104. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.