Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-624/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələbinin yönəldiyi şəxsin cavabdehlik daşımaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evin tikintisi və təmiri üçün çəkilən xərclərin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ilə Cavabdeh arasında ##.##.2007-ci il il tarixdə nikah bağlanmış və həmin nikaha ##.##.2023-cü il tarixdə xitam verilmişdir.
2. Hazırkı mübahisə, cavabdehin qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bələdiyyə tərəfindən satılmış torpaq sahəsində inşa edilmiş evin tikintisi üçün çəkilən xərclərin tərəflər arasında bölünməsindən ibarətdir.
3. Atakişili Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ümumi * saylı iclas protokolunun surəti ilə müəyyən edilmişdir ki, Kürdəmir rayonu, Atakişili kənd sakini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərizəsinə əsasən ona ev tikmək üçün 0.06 ha ölçüdə torpaq sahəsi onun mülkiyyətinə verilmişdir.
4. Atakişili Bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** nömrəli məktubunda göstərilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərizəsinə əsasən məktubla Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Restri publik Hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinə müraciət edilmiş,** saylı Ucar Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən X4 istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işləri aparılaraq koordinatlar dəqiqləşdirilmiş və 0.049 ha torpaq sahəsi müəyyən edilmişdir. Hal hazırda torpaq sahəsi üzərində mülkiyyət sənədinin hazırlanması istiqamətində işlər aparılır.
5. Kürdəmir rayonu Atakişili Bələdiyyəsinin ##.##.2024-cü il tarixli qərarı ilə Kürdəmir rayonu, Atakişili kənd sakini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istifadəsində olan həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi barədə ərizəsi təmin edilərək, ev tikmək üçün 0.06 ha ölçüdə torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır.
6. Kürdəmir rayonu, Atakişili kəndi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ölçülüb verilmişdir.
7. Atakişili kənd Icra Nümayəndəliyinin ** saylı təsərrüfatbaşına kitabının 16-cı səhifəsində olan qeydə əsasən, İddiaçı X3 təsərrüfatında qeydiyyatdadır.
8. “xxxx” ASC-nin abonent kartının çıxarışından görünür ki, abonent kodu 5505466500000:******** nömrəli sayğac İddiaçı adına qeydə alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Atakişili kəndində cavabdehin təsərrüfatında birgə nikah dövründə əldə edilmiş vəsait hesabına fərdi yaşayış evinin inşası və təmiri üçün sərf edilmiş vəsaitin (pul şəkilində) müəyyənləşdirilərək paylarına uyğun şəkildə tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, birgə nikah dövründə (2008–2023-cü illər) Kürdəmir rayonu, Atakişili kəndində əldə edilmiş vəsait hesabına iki otaq, aynabənd, mətbəx, hamam, həyətdə tualet və 100 kv.metr hasardan ibarət fərdi yaşayış evi tikilmişdir. Həmin əmlak daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsə də, Atakişili kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında cavabdehin adına qeydə alınmışdır. Evin tikinti və təmir xərclərinin qiymətləndirilməsi cavabdeh tərəfindən maneə yaradıldığı üçün mümkün olmamışdır. Buna görə də, əmlak birgə nikah dövründə əldə olunduğundan onun dəyəri müəyyən edilərək tərəflər arasında bərabər bölünməlidir.
11. Məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən “xxxx” MMC-nin 2024-cü il ## ###### tarixli UNI/D-**-***/**** nömrəli mütəxəssis rəyi ilə cavabdeh Cavabdeh sahibliyində və istifadəsində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinin (özbaşına tikili) və 100 kv.m hasarın likvid dəyəri 2024-cü il ## ###### tarixinə 20.000 manat təşkil etdiyi müəyyən edilmişdir.
12. Iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, fərdi yaşayış evi onun tərəfindən tikilmişdir və yaşaması üçün başqa yaşayış yeri yoxdur.
13. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, nikaha daxil olduqdan sonra əvvəlcə iddiaçının valideynlərinə məxsus Şüşün kəndində yerləşən evdə yaşamış, şəraitin olmaması səbəbindən Kürdəmir rayonu, Atakişili kəndində yerləşən yarımçıq tikiliyə köçmüşlər. Həmin ev atası Əlicavan tərəfindən inşa edilmişdir. Nikahları pozulanadək həmin evdə yaşamış, kommunal xərclər iddiaçı tərəfindən ödənilsə də, tikinti xərcləri cavabdehin atasına məxsus olmuşdur.
14. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş kürəkənidir. Tərəflər nikahdan sonra ona məxsus Şüşün kəndində yerləşən evdə yaşamış, şəraitin qənaətbəxş olmaması səbəbindən 2016-cı ildən etibarən oğlu Cavidin adına olan torpaq sahəsində öz vəsaiti hesabına, şəxsən özü tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
15. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh onun bacısıdır və tərəflər nikahdan sonra bir müddət Şüşün kəndində yerləşən evdə yaşamışlar. Sonradan onun adına olan torpaq sahəsində yerləşən yarımçıq tikili 2016-cı ildən etibarən atası Əlicavan tərəfindən materiallar alınaraq inşa edilmiş, iddiaçının tikintidə iştirakı olmamışdır.
16. X2 ifadəsində göstərmişdir ki, o, ustadır və iddiaçı uzun müddət onun yanında çalışmışdır. Mübahisəli evin tikintisi və materialların alınmasında iddiaçıya köməklik etmişdir.
17. X1 ifadəsində bildirmişdir ki, mübahisəli ev cavabdehin atası Əlicavan tərəfindən tikilmişdir. Evin əvvəlcə yarımçıq vəziyyətdə olduğunu, sonradan ailə tərəfindən materiallar alınaraq tamamlandığını və iddiaçının bu işlərdə iştirak etmədiyini qeyd etmişdir.
18. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.S.Kazımov) 2025-ci il # ##### tarixli *(***)- **/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın təmin edilməsi üçün mübahisəli özbaşına tikilinin tərəflərin birgə nikah dövründə onların ümumi vəsaitləri hesabına inşa edilməsi və ya faktiki əldə olunması sübuta yetirilməlidir.
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının cavabdehin qardaşına məxsus torpaq sahəsində yerləşən tikilidə yaşaması tərəflərin nikah dövrünə təsadüf etsə də, həmin tikilinin onların ümumi vəsaitləri hesabına inşa edildiyini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh isə tikilinin atasına məxsus vəsait hesabına inşa edildiyini, tərəflərin orada müvəqqəti yaşadıqlarını və iddiaçının xərclərdə iştirak etmədiyini bildirmişdir.
21. Tərəflərin həmin tikilidə birgə yaşamaları və kommunal xərclərin ödənilməsi, o cümlədən xidmətlərin iddiaçının adına olması tikilinin ümumi vəsait hesabına inşa edilməsi qənaətinə gəlmək üçün kifayət etmir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 5.3, 16.1, 215.2-ci Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 32.1, 32.2, 36.1, 36.3, 36.4-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 8-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021ci il ## #### tarixli və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2024-cü il ## #### tarixli Qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflərin 17 il birgə yaşadığı müddətdə mübahisəli evi öz vəsaiti və zəhməti hesabına inşa etmiş, əldə etdiyi gəliri ailəyə sərf etmişdir. Cavabdehin də etirafına görə, iddiaçı qazancını ailəyə təqdim etmiş və evin tikintisində həm əmək, həm də maddi baxımdan iştirak etmişdir. Cavabdeh evin hazır vəziyyətdə onlara verildiyini təsdiq edən sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi isə cavabdehin nümayəndələrinin tikintidə iştirakını konkret əsaslandırmamışdır. Eyni zamanda, “xxxx” MMC-nin mütəxəssis rəyi ilə mübahisəli evin ##.##.2024-cü il tarixə likvid dəyəri 20.000 manat təşkil etdiyi müəyyən edilmişdir.
25. Apellyasiya baxışında iddiaçı İddiaçı göstərmişdir ki, 2007-ci ildən 2023-cü ilə kimi həmin evdə yaşamışlar. Torpağı ona qaynatası vermişdir. Evi öz ailəsinin, həmçinin həyat yoldaşının ailəsi ilə birlikdə tikmişlər. Özü ev ustasıdır. Qeyd etmidir ki, ev qaynı Kənana aid olan torpaq sahəsi üzərində yerləşmir. Buna görə də ekspertiza keçirilməsini xahiş edir.
26. Məhkəmə kollegiyası tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında Kürdəmir rayonunun Atakişili kəndində yerləşən mübahisəli evin Atakişili Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ümumi ** saylı iclas protokolundan çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ayrılmış 0.06 ha ölçüdə torpaq sahəsi üzərində yerləşib-yerləşməməsinin müəyyən edilməsi barədə sual qoyulmuşdur.
27. Həmin qərardad əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Restri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi Idarəsi tərəfindən verilmiş 2025-ci il ## ####### tarixli *-**-*-**/*- ****/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Kürdəmir rayonu Atakişili Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ümumi * saylı iclas protokolundan çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ayrılmış 0.06 ha ölçüdə torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayrıma sxemi mövcud olmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır. Idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, fərdi yaşayış evinin koordinatları əldə edilmiş, aparılan araşdırma zamanı mübahisəli fərdi yaşayış evinin Kürdəmir rayonu Atakişili bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış (************ reyestr nömrəli çıxarış) 0.0409 ha torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Sözügedən 0.0409 ha torpaq sahəsi bələdiyyə tərəfindən notarial qaydada Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə alqı-satqı edilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunmuşdur.
28. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - C.F.Imanov (sədrlik edən və məruzəçi hakim), T.S.Kərimov və Q.V.Əliyev) 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamışdır.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəyyən olunduğu kimi Atakişili Bələdiyyəsinin ##.##.2007-ci il tarixli * saylı iclas protokolu ilə Kürdəmir rayonu, Atakişili kənd sakini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərizəsinə əsasən ona ev tikmək üçün 0.06 ha ölçüdə torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bələdiyyə tərəfindən tərtib edilmiş akta əsasən Kürdəmir rayonu, Atakişili kəndi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi ölçülərək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmişdir. Hazırda həmin torpaq sahəsinin 0.0409 ha olması müəyyən edilmiş və notarial qaydada 2.740 manata Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılmışdır.
30. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 2007-ci il tarixdə evlənmiş və bir müddət iddiaçının valideynlərinə məxsus və Kürdəmir rayonu Şüşün kəndində yerləşən evdə yaşamışlar. Həmin evin şəraiti olmadığı üçün onlar müvəqqəti yaşamaq üçün cavabdehin qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus torpaq sahəsinin üzərində olan bir otaqlı evə köçərək orada yaşamışlar. Iddiaçı həmin evin tikilməsinə xərc çəkdiyini göstəsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir
31. Iddiaçı özü də kollegiyanın iclası zamanı bildirmişdir ki, Atakişili kəndində olan mübahisəli evi tikdiyi torpaq sahəsi ona qayınatası Əlicavan tərəfindən verilmişdir. Ümumiyyətlə, həm iddiaçı, həm də cavabdeh tərəf mübahisəli evin Atakişili kəndində olan torpaq sahəsində yerləşib-yerləşməməsini mübahisələndirməmişlər.
32. Göründüyü kimi mübahisəli torpaq sahəsinin ilkin sənədləri 2007-ci ildən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olmuş, sonradan o, torpaq sahəsinə dair bələdiyyənin adına çıxarış almış və həmin torpaq sahəsini notarial alqı-satqı yolu ilə almışdır. Həmçinin iddiaçının cavabdehin qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus olan torpaq sahəsində inşa edilmiş özbaşına tikilidə yaşaması tərəflərin birgə nikahda olduqları dövrə təsadüf etdiyi də tərəflər tərəfindən mübahisələndirilməmişdir.
33. Müəyyən edilmişdir ki, hazırda iddia iddiaya cavab verməli olmayan şəxs - cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızına qarşı yönəlmişdir. Belə ki, torpaq sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aid olduğundan və onun həmin torpaq sahəsi üzərində yerləşən evə “gözlənilən” mülkiyyət hüququ yarana biləcəyindən həmin iddiaya da cavab verməli olan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sayılmalıdır.
34. Bu səbəbdən də iddia ona cavabdehlik daşımayan şəxsə qarşı yönəldiyindən - bu əsasla qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək yeni əsasla iddia təmin edilməməlidir
35. Apellyasiya məhkəməsi öz mövqeyini MM-in 180, 215.2, 225.1, 225.2-ci, Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2, 34.1, 35, 36.1, 36.3, 36.4-cü, MPM-in 14.2, 77.1, 217.1, 217.3, 384.0.2, 385.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il ## #### tarixli və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2024-cü il ## #### tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
36. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyasında cavabdehin nümayəndəsi və üçüncü şəxs mübahisəli tikilinin onlar tərəfindən inşa edildiyini, iddiaçının isə yalnız köməkçi kimi iştirak etdiyini bildirsələr də, bu iddialar mötəbər sübutlarla təsdiq olunmamışdır.
38. Eyni zamanda ##.##.2007-ci il tarixli protokolla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 0.06 ha torpaq sahəsi ayrıldığı halda, sonradan həmin sahənin 0.0409 ha hissəsi bələdiyyə tərəfindən alqı-satqı müqaviləsi ilə ona satılmışdır ki, bu hallar arasında ziddiyyət mövcuddur.
39. Mübahisəli fərdi yaşayış evi tərəflərin nikahda olduqları 2007-2023-cü illər ərzində onun maddi və əmək iştirakı ilə inşa edilmişdir və iddia tələbi torpaq sahəsinə deyil, məhz evin tikintisi və təmirinə çəkilmiş xərclərin bölünməsinə yönəlmişdir.
40. Şikayətdə həmçinin vurğulanmışdır ki, mübahisəli tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığı halda, məhkəmələr əsassız olaraq üçüncü şəxsi həmin əmlakın sahibi kimi qəbul etmişlər. Bundan başqa, tikili üzrə kommunal ödənişlərin iddiaçının adına olması onun faktiki istifadə və iştirakını təsdiq edən hal kimi göstərilmişdir.
41. Iddiaçı hesab etmişdir ki, cavabdeh və üçüncü şəxs məhkəməyə həqiqətə uyğun olmayan izahatlar verməklə onun payına düşən vəsaitin ödənilməsindən yayınmağa çalışırlar. Həmçinin qeyd edilmişdir ki, torpaq sahəsinin əvvəl ayrılması və sonradan alqı-satqı yolu ilə əldə edilməsi, eləcə də mübahisəli evin koordinatlarının həmin sahə ilə uyğunluğu məsələləri apellyasiya instansiyası tərəfindən tam və hərtərəfli araşdırılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 54.1. Iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
45. Maddə 54.2. Iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
52. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
58. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.