Məhkəmə qərarları › İş №2(1-8)-632/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-632/2026

30.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-632/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh7, Əliyev İlham Həsrət oğlu, Nuruşova (Əliyeva) Günel İlham qızı, cavabdeh6 İlham oğlu, cavabdeh3 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı iddiası ilə bağlı birinci iş, iddiaçılar cavabdeh7, cavabdeh6 İlham oğlu, Nuruşova (Əliyeva) Günel İlham qızı, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının cavabdeh İddiaçı qarşı birləşdirilmiş ikinci iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, əqdi bəyənmə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh7, Əliyev İlham Həsrət oğlu, Nuruşova (Əliyeva) Günel İlham qızı, cavabdeh6 İlham oğlu, cavabdeh3 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair birinci iş, iddiaçı cavabdeh7, cavabdeh6 İlham oğlu, Nuruşova (Əliyeva) Günel İlham qızı, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı və cavabdeh1 İlham oğlunun cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” birləşdirilmiş ikinci iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. “Torpağa mülkiyyət hüququna dair” ##.##.1998-ci il tarixli JN: 524 KOD ******** nömrəli dövlət aktından görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Samux rayonu, Nəbiağalı kəndində yaşayan cavabdeh3 və Əliyeva Məhəbbət Həsrət qızına 0,48 ha torpaq sahəsi verilmişdir.

2. “Torpağa mülkiyyət hüququna dair” ##.##.1998-ci il tarixli JN: 525 KOD ******** nömrəli dövlət aktından görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Samux rayonu, Nəbiağalı kəndində yaşayan Əliyev İlham Həsrət oğluna, X4, Əliyeva Günel İlham qızına, Əliyev Elmir İlham oğluna və cavabdeh1 İlham oğluna 1,20 ha torpaq sahəsi verilmişdir.

3. Samux rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş ## ###### 2005-ci il tarixli müqavilənin kserosurətinə əsasən, Samux rayon Nəbiağalı qəsəbəsində yaşayan cavabdeh3 və Əliyeva Məhəbbət Həsrət qızı Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair dövlət aktı JN-525 Kod ******** saylı Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli * nömrəli qərarı ilə mülkiyyətlərində olan 0,48 hektar torpaq sahəsini 1.380.000 manata İddiaçı satmışlar.

4. Samux rayon Dövlət Notariat Kontorunda bağlanmış ## ###### 2005-ci il tarixli müqavilənin kserosurətinə əsasən, Samux rayon Nəbiağalı qəsəbəsində yaşayan Əliyev İlham Həsrət oğlu, Əliyeva Gülbəniz (Güləbənzər) Yunis qızı, Əliyeva Günel İlham qızı, Əliyev Elmir İlham oğlu və cavabdeh1 İlham oğlu Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair dövlət aktı JN-524 Kod-******** saylı Samux Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş 1,20 hektar pay torpaq sahəsini 4.600.000 manata İddiaçı satmışlar.

5. Samux Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # ###### 2022-ci il tarixli qətnaməsi ilə Samux rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş 1,20 ha torpağa mülkiyyət hüququna dair JN 524 (kod ********) saylı Dövlət aktının ərizəçilər cavabdeh7 və cavabdeh6 İlham oğluna məxsus olması faktı müəyyən edilmişdir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdeh3, Əliyeva Məhəbbət Həsrət qızı ilə İddiaçı arasında 30.01,2005-ci il tarixdə 4Ə-** və Əliyev İlham Həsrət oğlu, X4, Əliyeva Günel İlham qızı, Əliyev Elmir İlham oğlu, cavabdeh1 İlham oğlu ilə İddiaçı arasında 4Ə-** reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin əsillərinin istənilməsi barədə müraciətə baxılmış və Samux rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan şəxslər arasında notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmamışdır. Arxivdə saxlanılan 4Ə-** reyestr nömrəli müqavilənin # ###### 2005-ci il tarixli, 4Ə-** reyestr nömrəli müqavilənin # ###### 2005-ci il tarixdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.

7. Əliyev İlham Həsrət oğlu ##.##.2008-ci il tarixdə, cavabdeh3 isə ##.##.2014-cü il tarixdə ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı İddiaçı cavabdehlər Əliyev İlham Həsrət oğluna, cavabdeh7, Nuruşova (Əliyeva) Günel İlham qızına, cavabdeh6 İlham oğluna, cavabdeh3 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər İlham Əliyev, cavabdeh7, Günel Əliyeva, Elmir Əliyev və cavabdeh1 arasında olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair dövlət aktı - JN-524 Kod- ******** saylı - Samux rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərar ilə verilmiş 1,20 hektar pay torpağının alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, iddiaçı ilə cavabdeh3 və Məhəbbət Əliyeva arasında olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair dövlət aktı - JN-524 KOD-50701006 Samux rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş 0,48 hektar pay torpağının alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2005-ci il tarixdə cavabdehlər İlham Əliyev, cavabdeh7, Günel Əliyeva, Elmir Əliyev və cavabdeh1 ilə torpaq alğı-satqı müqaviləsi bağlamışlar. Cavabdehlər tərəfindən Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-524 Kod-******** saylı Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə verilmiş, Samux rayonu, Nəbiağalı kəndində yerləşən 1,20 hektar pay torpağı 4.600.000 manat məbləğində ona satılmış və həmin məbləğ onun tərəfindən ödənilmişdir. Həmçinin o, ##.##.2005-ci il tarixdə cavabdehlər cavabdeh3 və Məhəbbət Əliyeva ilə də pay torpaq alğı-satqı müqaviləsi bağlamışdır. Cavabdehlər tərəfindən torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-525 Kod-******** nömrəli Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə verilmiş Samux rayonu, Nəbiağalı kəndində yerləşən 0,48 hektar pay torpağı 1.380.000 manat məbləğinə ona satılmışdır. ##.##.2005-ci il tarixində adı çəkilən müqavilələrlə Samux rayon Dövlət Notariat Kontorunda T.M.Əsədov tərəfindən təsdiq edilmişdir. Həmin müqavilələr Samux rayon Dövlət Notariat Kontorunda iki nüsxədən ibarət tərtib edilmişdir. Onlardan bir nüsxəsi notariat kontorunda saxlanılmış, bir nüsxəsi isə alıcı olaraq ona verilmişdir. Lakin müqavilələr bağlandıqdan sonra məlum olmuşdur ki, müəyyən sənəd qarışıqlığı olduğuna görə onların reyestrdə qeydiyyata alınmalı olması Samux rayon Dövlət Notariat Kontoru tərəfindən unudulmuşdur. Bununla da müqavilələrin reyestrə salınması və qeydiyyata alınması prosesi tamamlanmamışdır. Samux rayon dövlət notariat kontorunun kobud məsuliyyətsizliyi və etinasızlığı nəticəsində illərdi ki, həmin torpaq sahələri üzərində onun mülkiyyət hüququ tanınmamışdır. Belə ki, kənd sakinləri tərəfindən tərtib edilmiş akta əsasən torpaq mülkiyyəti hüququna dair dövlət aktı JN-524 Kod-******** nömrəli Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərar ilə verilmiş 1,20 hektar pay torpağının 4.600.000 manata alıcı olaraq ona satıldığı və satılan pay torpaq sahəsinin xərcinin onun tərəfindən ödənildiyi bir daha təsdiqi olunmuşdur. Eyni qaydada kənd sakinləri tərəfindən tərtib edilmiş akta əsasən torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN-525 Kod-******** nömrəli Samux Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə verilmiş 0,48 hektar pay torpağının 1.380.000 manata alıcı olaraq ona satıldığı və satılan pay torpaq sahəsinin xərcinin onun tərəfindən ödənildiyi bir daha təsdiq olunmuşdur. Eləcə də bələdiyyə və icra nümayəndəliyinin verdiyi arayışlardan görünür ki, o, Samux rayonunda yerləşən hər iki torpaq sahəsini cavabdehlərdən almış və həmin torpaq sahəsi onun istifadəsindədir.

10. Həmçinin iddiaçılar cavabdeh7, cavabdeh6 İlham oğlu, Nuruşova (Əliyeva) Günel İlham qızı, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı və cavabdeh1 İlham oğlu (bundan sonra birinci iş üzrə cavabdehlər (ikinci iş üzrə iddiaçılar), yaxud ad, soyadı) cavabdeh İddiaçı (bundan sonra birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh)) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı JN-524 KOD ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə onlara məxsus olan 1,20 ha və 0,48 ha pay torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrinin sərhədləri müəyyən edilməklə ölçülüb, onlara təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli * nömrəli qərarı ilə 1,20 ha və 0,48 ha pay torpaq sahələri Samux rayonu, Nəbiağalı qəsəbəsi ərazisindən həmin tələb üzrə iddiaçılara verilmiş, cavabdeh özbaşına olaraq torpaq sahələrini tutmuş və istifadə edir. İddiaçıların həmin torpaq sahəsindən istifadəyə ehtiyacları vardır. Cavabdehdən dəfələrlə, torpaq sahəsini könüllü boşaltmasını, onların mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üçün maneə törətməməsini tələb etsələr də, cavabdeh buna məhəl qoymur və öz qanunsuz hərəkətlərini davam etdirərək, onların qanunla nəzərdə tutulmuş hüquqlarını pozur.

12. Samux Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, # ###### 2023-cü il tarixli qərardadı ilə iddiaçılar cavabdeh7, cavabdeh6 İlham oğlunun, Əliyeva Günel İlham qızının, cavabdeh4 və cavabdeh1 İlham oğlunun cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair *(***)-**/**** nömrəli mülki iş iddiaçı İddiaçı cavabdehlər Əliyev İlham Həsrət oğluna, cavabdeh7, Əliyeva Günel İlham qızına, cavabdeh6 İlham oğluna, cavabdeh3 və cavabdeh4 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair *(***)-***/**** nömrəli mülki işə birləşdirilmişdir.

13. Məhkəmə iclasında birinci iş üzrə iddiaçının (ikinci iş üzrə cavabdeh) nümayəndəsi və vəkil Vəkil iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Samux rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş 1.20 ha və ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş 0,48 ha pay torpaq sahələri 2005-ci il tarixdən hazırkı vaxtadək İddiaçı sahibliyində və istifadəsindədir. Həmin torpaq sahələri İddiaçı tərəfindən əkilib becərilir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) cavabdeh7 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onlara məxsus torpaq sahələrini onun mərhum əri Əliyev İlham Həsrət oğlu İddiaçı satmış, lakin hansı məbləğə satmasından onun məlumatı olmamışdır. Əri torpaq sahələrinin satılmasından sonra əldə olan pulu spirtli içkiyə meylli olduğundan spirtli içkiyə xərcləmişdir. Onlara məxsus torpaq sahələrini 2005-ci ildən hazırkı vaxtadək onlar istifadə etmirlər. İddiaçı razılığı ilə başqa şəxslər torpaq sahəsindən istifadə edirlər, yəni İddiaçı başqa şəxslərə torpaq sahələrini icarəyə vermişdir. Məhkəmədən İddiaçı iddia tələbinin təmin olunmaması, onların iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Samux Rayon Məhkəməsinin (bundan sonra birini instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddianın qismən təmin edilmiş, ## ###### 2005-ci il tarixdə İddiaçı ilə İlham Əliyev, cavabdeh7, cavabdeh2 (Əliyeva), Elmir Əliyev və cavabdeh1 arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən Samux Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə verilmiş 1,20 hektar pay torpaq sahəsinə və ## ###### 2005-ci il tarixdə İddiaçı ilə cavabdeh3 və cavabdeh4 (Əliyeva) arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə verilmiş 0,48 hektar torpaq sahəsinə dair bağlanan alğı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, cavabdeh7, cavabdeh6, cavabdeh2 (Əliyeva), cavabdeh4 (Əliyeva) və cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddianın təmin edilməməsi qət olunmuşdur.

16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ##.##.2005-ci il tarixdə İddiaçı ilə İlham Əliyev, cavabdeh7, Günel Əliyeva, Elmir Əliyev və cavabdeh1 arasında Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən Samux Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş 1,20 hektar pay torpaq sahəsinə və ##.##.2005-ci il tarixdə İddiaçı ilə cavabdeh3 və Məhəbbət Əliyeva arasında Samux rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş 0,48 hektar torpaq sahəsinə dair alğı-satqı müqavilələri bağlamışdır. İddiaçı tərəfindən Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 0,48 hektar torpaq sahəsini və Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1,20 hektar pay torpaq sahəsini dəyərini ödəməklə satın alınmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 0,48 hektar torpaq sahəsini və Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1,20 hektar pay torpaq sahəsini dəyərini ödəməklə satın alınmışdır. Buna görə də, birinci iş üzrə iddia təmin olunmalıdır.

18. Məhkəmə cavabdeh7, cavabdeh6 İlham oğlunun, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və cavabdeh1 İlham oğlunun İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə qiymət verərək hesab etmişdir ki, iddiaçı İddiaçı tələbi təmin edildiyindən onların iddia tələbinin təmin olunması istisna edilir.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin ## #### 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə, qüvvədə olan 152.1, 151.1, 1**.1, 336.1, 357-ci maddələrinə, “F.Nəcəfovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

20. Birinci iş üzrə cavabdehlər (ikinci iş üzrə iddiaçılar) cavabdeh7, cavabdeh6 və cavabdeh4 (Əliyeva) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə iddia tələbinin təmin edilməməsi və ikinci iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işdə оlаn sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, mübahisəli tоrpаq sаhələri onların mülkiyyətindədir. Həmin torpaq sаhəsi iddiаçıyа sаtılmаmışdır. İddiаçının istinаd еtdiyi аlğısаtqı 21. müqаvilələrinin əsli iş mаtеriаllаrındа yохdur və məhkəməyə təqdim еdilməmişdir. Həmin müqаvilədə оlаn imzаlаr sахtаdır. Bеlə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə еkspеrtizа kеçirilməsi bаrədə qərаrdаd çıхаrılsа dа, iş üzrə еkspеrtizа kеçirilməsindən imtinа еdilmişdir.

22. Məhkəmə kollegiyasının iclasında cavabdeh (ikinci iş üzrə iddiaçı) cavabdeh7 apellyasiya şikayətini müdafiə edərək həmçinin göstərmişdir ki, həyat yoldaşı torpaq sahəsini 2005-ci ildə öz qohumu Adilə müddət müəyyən edilmədən və pul almadan, hansısa sənədlə icarəyə vermişdir. Aralarında “nə şirinlik” olubsa, bilmir. Sənəd deyəndə oğlunun evdən gətirdiyi sənədi nəzərdə tutur. Lakin o, özü heç bir sənədə imza atmamışdır.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi) Loğman Süleymanov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahələri barəsində tərəflər ## ###### 2005-ci il tarixdə alğı-satqı müqavilələri bağlamış və həmin vaxtdan etibarən hər iki torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsində olmuş, İddiaçı həmin torpaq sahəsini 2005ci ildən etibarən Nəbiağalı qəsəbə sakini Əliyev İntizam Şürəddin oğluna əkib-becərmək üçün vermiş və hazırkı vaxtadək onun tərəfindən istifadə edilir.

25. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh7 özü də izahatında tərəflər arasında müəyyən razılaşmanın olduğunu və sənəd tərtib edildiyini etiraf etdiyinə görə iddiaçının istinad etdiyi аlğı-sаtqı müqаviləsi özünün belə iş mаtеriаllаrındа olmaması və məhkəməyə təqdim edilməməsi, müqavilədə оlаn imzaların sахtа olmasından ibarət dəlili əsassızdır. Həmçinin apellyatorlar bir tərəfdən müqavilənin olmamasını qeyd etsələr də, digər tərəfdən müqavilədəki imzanın saxta olduğunu vurğulayırlar. İddiaçı iddia tələbi üzrə cavabdeh cavabdeh7 izahatında isə tərəflər arasında olan hansısa sənədin olduğunu izah etdi ki, həmin sənəd də tərəflər arasındakı torpaq sahəsinin alğı-satqısına dair müqavilədir. Digər iddia üzrə iddiaçılar cavabdeh7 və qeyriləri Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1,20 hektar və 0,48 hektar pay torpaq sahələrini satmadıqlarını göstərmiş olsalar da, həmin torpaq sahələri ilə bağlı mülkiyyət hüququna dair Dövlət aktlarının əslini (birinci nüsxələrini) məhkəməyə təqdim edə bilməmişlər. Bu xüsusatın özü də digər iddia üzrə iddiaçılar cavabdeh7 və qeyrilərinin Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1,20 hektar və 0,48 hektar pay torpaq sahələrini İddiaçı həqiqətən də satmaları qənaətinə gəlməyə əsas verir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 151.1 və 152.1-ci, Mülki Məcəllənin ## #### 2005-ci il tarixədək qüvvədə olmuş 335 və 336.1-ci və Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 382, 384.0,1, 385.1.1, **2, **3 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

27. Qətnamədən birinci iş üzrə cavabdehlər (ikinci iş üzrə iddiaçılar) cavabdeh7, cavabdeh6 və cavabdeh4 (Əliyeva) (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə iddianın təmin edilməməsi və ikinci iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 1**.1, 144.1, 151.1, 152.1, 335.2, 336.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mübahisəli tоrpаq sаhələri kassatorların mülkiyyətindədir. Həmin tоrpаq sаhəsi iddiаçıyа sаtılmаmış, notarial qaydada alğı-satqı müqaviləsi bağlanılmamışdır. İddiаçının istinаd еtdiyi аlğı-sаtqı müqаvilələrinin əsli iş mаtеriаllаrındа yохdur və məhkəməyə təqdim еdilməmişdir. Həmin müqаvilədə оlаn imzаlаr sахtаdır. Həmçinin kassatorların müqavilədən xəbərləri olmadıqları üçün onun bəyənməsi də olmamışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (məruzəçi) Elşanə Vəliyeva və Əhliman Xıdırov) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

30. Kassasiya kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırılması üçün istinad etdiyi “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

31. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il ## ### tarixli Qərarında Mülki Məcəllənin qüvvədən düşmüş 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.

32. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarda irəli sürdüyü mövqelərini tətbiq edilməsi üçün tərəflər arasında əqd (alğı-satqı müqaviləsi) mövcud olmalı, lakin həmin əqd onun etibarlılığını istisna edən müəyyən qüsurlara (notariat qaydasında təsdiq edilməli olduğu halda, belə təsdiq etmə olmaması; əqd bağlanılan zaman əşyaya mülkiyyət hüququ olan bütün şəxslərin iradə ifadəsi olmaması və s.) malik olmalıdır.

33. Hazırkı işdə də iddiaçı cavabdehlərlə bağlanmış ## ###### 2005-ci il tarixli yazılı müqaviləyə istinad edir. Lakin cavabdeh tərəf təqdim olunan bu sənədlərə etiraz edərək, onların saxta olmasını iddia etmişdir.

34. İş materiallarından müəyyən olunur ki, iddiaçı istinad etdiyi müqavilələrin kserosurətini məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi ## ####### 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfə müqavilələrin əslinin təqdim edilməsini təklif etmiş, iddiaçının nümayəndəsi alğı-satqı müqavilələrinin əslinin qalmamasını göstərmişdir. Həmçinin, məhkəmə ## ###### 2023-cü il tarixli iclasda iddiaçı tərəfə torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının əsillərini təqdim edilməsini təklif etmiş, iddiaçının vəkili vaxt verilərsə, həmin sənədləri təqdim edə biləcəyini bildirmiş, lakin bu sənədlər də apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. İş materiallarına yalnız 0,48 ha torpaq sahəsinə dair Dövlət Aktının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi İdarəsinin arxivdən ## ###### 2022-ci ildə alınan surəti əlavə olunmuşdur ki, həmin sənədin tərəflərdən hansının verməsi məhkəmə iclas protokolundan müəyyən olunmur.

35. Beləliklə, müəyyən olunur ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sənədlərin əsli məhkəməyə təqdim edilməli olduğu halda, iddiaçının istinad etdiyi müqavilələr işdə mövcud deyildir, təqdim olunan kserosurətin mötəbərliyi isə cavabdehlər tərəfindən mübahisələndirilir.

36. Belə olan halda isə, hazırkı iddianın Mülki Məcəllənin ## #### 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmaması məsələsinə apellyasiya məhkəməsi tərəfindən bir daha araşdırma aparılmalıdır.

37. “F.Nəcəfovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 0# #### 2023cü il tarixli qərarında qeyd olunan cavabdehlərin konkludent hərəkətlərinin və rəftarının mövcud olmasına, cavabdehlərin hərəkətlərinin mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə uyğunluğuna bir daha hüquqi qiymət verilməlidir.

38. Belə ki, mübahisəli torpaq sahələrinin 2005-ci ildən onların istifadələrində olmamalarını cavabdeh cavabdeh7 da etiraf edirlər. Lakin onun dəlillərinə görə torpaq sahəsi mərhum yoldaşı Əliyev İlham Həsrət oğlu tərəfindən qohumuna müvəqqəti istifadəyə verilmişdir. Bu səbəbdən, Əliyev İlham Həsrət oğlu və İddiaçı arasında torpaq sahələri ilə bağlı faktiki alğı-satqı münasibətlərinin yaranması müəyyən edildiyi halda, cavabdehlər tərəfindən bu müqavilələrin bəyənilməsindən söhbət gedə bilər ki, apellyasiya məhkəməsi tərəfindən qətnaməsində bununla bağlı əsaslandırma aparılmamışdır.

39. Bundan əlavə qeyd olunmalıdır ki, iddiaçı İddiaçı iddia tələbini cavabdeh7, Əliyev İlham Həsrət oğluna, Nuruşova (Əliyeva) Günel İlham qızına, cavabdeh6 İlham oğluna, cavabdeh3 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına yönəlmiş və hər iki instansiya məhkəməsi iddianı həmin şəxslərə münasibətdə baxıb, qətnamə qəbul etmişlər. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdehlərdən Əliyev İlham Həsrət oğlu ## ### 2008-ci ildə, cavabdeh3 Məhəmməd qızı isə ## ###### 2014-cü ildə ölmüşlər. Yəni hazırkı iddia məhkəməyə verilərkən (## ###### 2022-ci il tarixdə) cavabdeh qismində göstərilmiş həmin şəxslər şəxs artıq vəfat etmiş və bu səbəbdən onların işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması, tərəf statusu qazanması mümkün olmamışdır. Ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq yolverilməzdir və belə işə məhkəmədə baxıla bilməz. Belə halda iddia icraata qəbul oluna bilməz, qəbul olunduğu halda isə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu halına prosessual hüquq normalarına uyğun hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

40. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və cavabdehlər Əliyev İlham Həsrət oğlu və cavabdeh3 Məhəmməd qızına münasibətdə onların vəfat etməsi səbəbilə mülki iş üzrə icraata xitam verilmişdir.

41. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı cavabdehlər cavabdeh7, Əliyev İlham Həsrət oğluna, Nuruşova (Əliyeva) Günel İlham qızına, cavabdeh6 İlham oğluna, cavabdeh3 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməməsi, birləşdirilən ikinci iş üzrə iddiaçı cavabdeh7, cavabdeh6 İlham oğlunun, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və cavabdeh1 İlham oğlunun cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahələrinin sərhədləri müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi tələbi barədə iddianın təmin edilərək, cavabdeh İddiaçı JN-524 KOD ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə iddiaçılar cavabdeh7, cavabdeh6 İlham oğlu, Nuruşova (Əliyeva) Günel İlham qızı, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı və cavabdeh1 İlham oğluna məxsus olan 1,20 ha və 0,48 ha pay torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrinin sərhədlərinin müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi qət edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Ali Məhkəmənin göstərişlərindən biri iddiaçı ilə cavabdehlər arasında bağlanmış ## ###### 2005ci il tarixli yazılı müqavilənin əslinin məhkəməyə təqdim edilməsidir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sənədlərin əsli məhkəməyə təqdim edilməli olduğu halda, iddiaçının istinad etdiyi müqavilələr işdə mövcud deyildir. Təqdim olunan kserosurətin mötəbərliyi isə cavabdehlər tərəfindən mübahisələndirilmişdir. Belə olan halda isə, hazırkı iddianın Mülki Məcəllənin ## #### 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmaması məsələsinə apellyasiya məhkəməsi tərəfindən bir daha baxılmalıdır.

43. Həmin xüsusatlarla bağlı məhkəmə kollegiyası tərəfindən ## ###### 2005-ci il tarixli müqavilənin həqiqətən də iddiaçı və cavabdehlər tərəfindən imzalanıb-imzalanmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubuna əsasən tədqiq olunan 30.01,2005-ci il tarixli müqavilələrin əsillərinin, həmin müqavilələrin qeydiyyatdan keçdiyi reyestr kitabının, İddiaçı 20002015-ci illərə dair sərbəst xətt və imza, 5-7 vərəqdə vərəqədə eksperimental xətt və imza nümunələrinin (“Maмедов” soyadı dəfələrlə yazdırılmaqla), cavabdeh3 3-5 sənəddə olan sərbəst xətt və imza nümunələrinin (sərbəst imza nümunələrini qismində təqdim edilmiş sənədlərdə onun imzaları yoxdur), cavabdeh6 İlham oğlunun 2000-2015-ci illərə dair sərbəst imza nümunələrinin, cavabdeh1 İlham oğlunun 2000- 2015-ci illərə dair sərbəst imza nümunələrinin, Əliyeva Məhəbbət Həsrət qızının 20002015-ci illərə dair sərbəst xətt və imza nümunələrinin və “Əлийева” yazısı dəfələrlə yazdırılmaqla eksperimental xətt nümunələrinin, Əliyeva Günel İlham qızının əlavə 20002015-ci illərə dair sərbəst xətt və imza nümunələrini “Əлийева” yazısı dəfələrlə yazdırılmaqla eksperimental xətt nümunələrinin təqdim edilməsi barədə vəsatətlər verilmiş, lakin vəsatətlər təmin olunmadığından ekspertiza aparılmasından dəfələrlə imtina edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslığını müəyyən edəcək hər hansı sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir. Belə ki, ekspertiza keçirilən zaman tərəflərə Azərbaycan Respublikasının MPM-in 97.5-ci maddəsinin tələbləri izah edilmişdir. Həmin maddənin şərhinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İddiaçı tərəfindən mübahisə predmeti olan müqavilənin əsli ekspertizaya təqdim edilməmişdir. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmaqla müəyyən edilmişdir ki, Samux rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Samux rayonu, Nəbiağalı kəndində yaşayan cavabdeh3 və Əliyeva Məhəbbət Həsrət qızının mülkiyyətinə 0,48 ha, Əliyev İlham Həsrət oğlunun, X4, Əliyeva Günel İlham qızının, Əliyev Elmir İlham oğlunun və cavabdeh1 İlham oğlunun mülkiyyətinə isə 1,20 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri verilmişdir və cavabdeh həmin torpaq sahəsindən istifadə edir.

45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq üç hal mövcud olmalıdır: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarda irəli sürdüyü mövqelərini tətbiq edilməsi üçün tərəflər arasında əqd (alğı-satqı müqaviləsi) mövcud olmalı, lakin həmin əqd onun etibarlılığını istisna edən müəyyən qüsurlara (notariat qaydasında təsdiq edilməli olduğu halda, belə təsdiq etmə olmaması; əqd bağlanılan zaman əşyaya mülkiyyət hüququ olan bütün şəxslərin iradə ifadəsi olmaması və s.) malik olmalıdır. Baxılan işdə də iddiaçı cavabdehlərlə bağlanmış ## ###### 2005-ci il tarixli yazılı müqaviləyə istinad edir. Lakin cavabdeh tərəf təqdim olunan bu sənədlərə etiraz edərək, onların saxta olmasını iddia etmişlər. İşdə olan materiallardan görünür ki, iddiaçı istinad etdiyi müqavilələrin kserosurətini məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsinin ikinci icraatında da dəfələrlə həm iddiaçı tərəfə, həmdə cavabdeh tərəfə müqavilələrin əslinin təqdim edilməsi təklif edilmiş, lakin sözügedən alğı-satqı müqavilələrinin əsli təqdim olunmamışdır. Həmçinin təklif edilməsinə baxmayaraq, iddiaçı tərəf torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının əsillərini təqdim etməmişlər. Əvvəlki apellyasiya icraatında (1-ci cild, səhifə 205, ##.##.2023-cü il tarixli məhkəmə iclas protokolu) iddiaçının vəkili vaxt verilərsə, zəruri sənədləri təqdim edə biləcəyini bildirmiş, lakin, 15.11,2023-cü il tarixli məhkəmə iclasında isə alğı-satqı müqavilələrinin və Dövlət Aktlarının əsilləri apellyasiya məhkəməsinə təqdim olunmamışdır.

46. İşdə olan (1-ci cild səhifə, 216-219) 0,48 ha torpaq sahəsinə dair Dövlət Aktının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi İdarəsinin arxivdən ## ###### 2022-ci ildə alınan surəti əlavə olunmuşdur. Ali Məhkəmənin baxılan iş üzrə göstərişlərindən biri həmin sənədin tərəflərdən hansının təqdim etməsinin aydınlaşdırılması olmuşdur. Məhkəmə kollegiyası bu istiqamətdə araşdırma aparmaqla müəyyən etmişdir ki, həmin sənəd iddiaçı tərəfin vəkili tərəfindən əldə edilməklə təqdim edilmişdir. Yəni hər iki torpaq sahəsinin mülkiyyət sənədlərinin əsli təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sənədlərin əsli məhkəməyə təqdim edilməli olduğu halda, iddiaçının istinad etdiyi müqavilələr işdə mövcud deyildir, təqdim olunan kserosurətin mötəbərliyi isə cavabdehlər tərəfindən mübahisələndirilir.

47. Baxılan işdə iddianın Mülki Məcəllənin ## #### 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmaması məsələsi apellyasiya məhkəməsi tərəfindən bir daha araşdırılmışdır. Müəyyən edilmişdir ki, mübahisəli torpaq sahələri 2005-ci ildən iddiaçı tərəfin istifadəsindədir. Cavabdeh cavabdeh7 izahatında bunu etiraf edir. Lakin onun dəlillərinə görə torpaq sahəsi mərhum yoldaşı Əliyev İlham Həsrət oğlu tərəfindən qohumuna müvəqqəti istifadəyə verilmişdir. Digər cavabdehlər də bununla bağlı eyni məzmunlu mövqe bildirmişlər. Göründüyü kimi, İddiaçı Əliyev İlham Həsrət oğlu və digərləri arasında torpaq sahələri ilə bağlı faktiki alğı-satqı münasibətlərinin olması barədə sübut təqdim etməmişdir. Bundan başqa, təyin olunmuş xətşünaslıq ekspertizasının keçirilməsi üçün iddiaçı İddiaçı dəfələrlə Azərbaycan Respublikasının MPM-in 97.5-ci maddəsinin tələbləri izah edilmişdir. Bu mövzuda onunla əlaqə saxlanılsa da nəticəsi olmamışdır. İddiaçı İddiaçı qərardadın icrasına səy göstərməmişdir.

48. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında torpaq sahələri ilə bağlı faktiki alğı-satqı münasibətlərinin yaranması müəyyən edilmədiyi üçün cavabdehlər tərəfindən sözügedən müqavilələrin bəyənilməsindən də söhbət belə gedə bilməz.

49. Ali Məhkəmənin digər göstərişi məhkəmələrin iddiaçı İddiaçı iddia tələbini cavabdeh7, Əliyev İlham Həsrət oğluna, Nuruşova (Əliyeva) Günel İlham qızına, cavabdeh6 İlham oğluna, cavabdeh3 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına yönəlməsi və cavabdehlərdən ikisinin ölməsinə qiymət verilməməsi olmuşdur. Məhkəmə kollegiyası bu istiqamətdə araşdırma aparmaqla müəyyən etmişdir ki, həqiqətən cavabdehlər Əliyev İlham Həsrət oğlu ##.##.2008-ci ildə, cavabdeh3 Məhəmməd qızı ##.##.2014-cü ildə ölmüşlər. Yəni hazırkı iddia məhkəməyə verilərkən (##.##.2022-ci ildə) cavabdeh qismində göstərilmiş həmin şəxslər artıq vəfat etmiş və bu səbəbdən onların işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması, tərəf statusu qazanması mümkün olmamışdır. Bu əsasla məhkəmə kollegiyası tərəfindən cavabdehlər Əliyev İlham Həsrət oğlu və cavabdeh3 Məhəmməd qızına münasibətdə iddia icraatına Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmışdir.

50. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 144.1, 152.1, 157.1, 157.2-ci və Mülki Prosessual Məcəllənin 4.1, 9.2, 14.1, 14.2, 77.1, 88, 217.3, 218.3, 384.0.2 və 385.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

51. Qətnamədən birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həllində müvafiq maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunun tələbləri pozulmuşdur. Belə ki, mübahisəli torpaq sahələrinin alğı-satqısı 2005-ci ildə, yəni qüvvədə olan qanunvericiliyə əsasən notarial qaydada rəsmiləşdirilməli olduğu bir dövrdə aparılmışdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlaka dair sərəncam verilməsi (alğı-satqı və s.) haqqında müqavilələr mütləq notariat qaydasında təsdiqlənməlidir. Bunun edilməməsi, bir qayda olaraq, əqdin etibarsızlığına səbəb olur. Lakin eyni Məcəllənin həmin dövrdə qüvvədə olmuş 335.2-ci maddəsi xüsusi hal olaraq belə əqdlərin sonradan məhkəmə vasitəsilə etibarlı sayılmasına imkan verir. Qanunun bu normasına görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tam və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır; bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Ali Məhkəmənin göstərişinə əsasən, apellyasiya instansiyası yenidən baxış zamanı işə 335.2-ci maddənin tətbiqinin və maddənin şərtlərinin olub-olmamasını araşdırmalı idi. Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli Qərarında da vurğulanmışdır ki, məhkəmələr forma tələbini əsas tutaraq müqaviləni etibarsız saymazdan əvvəl tərəflərin davranışlarındakı vicdanlılığı, konkludent razılıq əlamətlərini və digər bütün halları hərtərəfli təhlil etməlidirlər. Konstitusiya Məhkəməsi xüsusilə göstərmişdir ki, bir əqdin notarial qaydada təsdiqlənməməsi halında, tərəflərin sonrakı davranışı (məsələn, əqd üzrə öhdəliklərin yerinə yetirilməsinin qəbul edilməsi, uzun müddət qarşı tərəfin əşyanı öz mülkiyyəti kimi maneəsiz istifadə etməsinə etiraz edilməməsi və s.) əqdin faktiki olaraq bəyənilməsi anlamına gəlir. Belə halda, təkcə notarial formaya əməl olunmamasına görə əqdin etibarsız sayılması vicdanlılıq prinsipi ilə uzlaşmır. Habelə, Konstitusiya Məhkəməsinin ##.##.2006-cı il tarixli Qərarında (S.Əliyevanın şikayəti üzrə) Mülki Məcəllənin qüvvədən düşmüş 335-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı şərtlər olmalıdır: (1) notarial təsdiqə riayət edilməməsi qarşı tərəfin təqsiri ucbatından olmalıdır; (2) məhz qarşı tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmış olmalıdır; (3) əqd qanuna zidd olmamalıdır və yazılı forma tələbinə əməl edilmiş olmalıdır. Göründüyü kimi, bu şərtlərin hamısı hazırkı işdə mövcuddur. Alğı-satqı müqavilələri yazılı bağlanmış, qanunla qadağan edilməyən bir obyektə (torpaq paylarına) dair olmuş, lakin qarşı tərəf onun rəsmi təsdiqlənməsi üçün zəruri addımları atmamışdır (əksinə, sonradan ümumiyyətlə müqaviləni inkar etməyə çalışmışdır).

53. Apellyasiya məhkəməsi 335.2-ci maddənin tətbiqi şərtlərinin mövcudluğunu inkar edərək birinci instansiyanın qanuni və əsaslı qətnaməsini ləğv etmişdir. Apellyasiya instansiyasının belə mövqeyi ölkə daxilində vahid məhkəmə təcrübəsinə də ziddir. Ali Məhkəmənin Mülki Kollegiyasının eyni xarakterli mübahisələr üzrə əvvəlki qərarlarında (o cümlədən, F.Nəcəfova işinə dair Konstitusiya Məhkəməsinin baxdığı Ali Məhkəmə qərarında) 335.2-ci maddənin müddəaları uğurla tətbiq edilmiş, notarial formasına riayət olunmayan əqdlər üzrə tərəflərin faktiki davranışları nəzərə alınmaqla ədalətli qərarlar qəbul edilmişdir.

54. Birinci instansiya məhkəməsində toplanmış sübutlar və müəyyən edilmiş hallar göstərir ki, ## ###### 2005-ci il tarixində tərəflər arasında həm 1,20 hektar, həm də 0,48 hektar torpaq sahələri üzrə alğı-satqı müqavilələri bağlanmış və həmin tarixdən etibarən hər iki torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə keçmişdir. Bu mühüm fakta heç bir tərəf etiraz etməmiş, hətta cavabdehlər belə torpaq sahələrinin 2005-ci ildən iddiaçının nəzarətində olması barədə mübahisə etmədiklərini məhkəmədə bildirmişlər. Daha da əhəmiyyətlisi, cavabdeh şəxslər (cavabdeh7, cavabdeh6 və cavabdeh4) birinci instansiya məhkəməsində verdikləri ifadələrlə alğı-satqı müqaviləsinin gerçəkdə bağlandığını və icra olunduğunu açıq etiraf etmişlər. Məsələn, cavabdeh7 məhkəmədə demişdir ki, mərhum həyat yoldaşı İlham Həsrət oğlu onlara məxsus torpaq sahələrini İddiaçı satıb, 2005-ci ildən etibarən onlar həmin torpaqdan istifadə etmirlər, Adil həmin torpaqları özgə şəxslərə icarəyə verib. Cavabdeh cavabdeh6 İlham oğlu da öz izahatında atasının torpaq paylarını 2005-ci ildə İddiaçı satdığını, o vaxtdan bəri onların ailəsinin torpaqdan istifadəsi olmadığını təsdiqləmişdir. Bu ifadələrdən aydın olur ki, torpaq sahələri üzrə ödəniş olunaraq qarşı tərəfə verilmiş, yəni müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. Hətta cavabdehlərin narazılığı torpağın satılmasından əldə olunmuş vəsaitin ailə başçısı (İlham Həsrət oğlu) tərəfindən səmərəsiz xərclənməsinə dair olmuşdur ki, bu da alğı-satqının baş tutduğunu dolayısıyla təsdiq edir. Hətta birinci instansiya məhkəməsində, hər iki apellyasiya baxışı zamanı da cavabdehlər bağlanmış müqavilələrinin bir surətinin onlarda olduğunu bildiriblər.

55. İş materiallarında mübahisəli alğı-satqı müqaviləsinə dair sənədlərin surətləri mövcuddur. Hər iki tərəf məhkəməyə müəyyən sənədlər təqdim edib. Xüsusilə, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlər öz evlərində saxladıqları bir müqavilə sənədini məhkəməyə təqdim ediblər. cavabdeh7 apellyasiya mərhələsində etiraf etmişdir ki, “evlərində notarius tərəfindən təsdiqlənməyən bir sənəd var idi”. Oğlu Elmar birinci instansiya məhkəməsində keçirilən iclasda həmin sənədi evdən gətirərək məhkəməyə təqdim edib. Artıq həmin sənəd (alğı-satqı müqaviləsinin notariusda təsdiq olunmamış nüsxəsi) iş materiallarına daxil edilmişdir və birinci cildin 26-27-ci vərəqlərində mövcuddur. Bu hal təsdiq edir ki, cavabdeh tərəfin özündə də müqavilə sənədi (kserosurət formasında da olsa) mövcud olub və onlar bunu məhkəməyə təqdim etməyə məcbur qalıblar. İddiaçı tərəf də öz növbəsində eyni müqavilənin surətlərini məhkəməyə təqdim edib. Lakin həm birinci apellyasiya icraatında, həm də Ali Məhkəmənin qərarından sonra yenidən başlanmış ikinci apellyasiya icraatında məhkəmə tərəfindən dəfələrlə tələb olunmasına baxmayaraq, həmin alğı-satqı müqavilələrinin orijinalı təqdim edilməmişdir. Bu, ehtimal ki, müqavilənin notariat kontorunda qalan orijinal nüsxələrinin zamanla itməsi və ya əldə olunmasının mümkünsüzlüyü ilə əlaqədardır. Doğrudur, bu hal məhkəmə baxışında müəyyən çətinlik yaradır, çünki orijinal olmadıqda sənədin formal hüquqi qüvvəsi sual altına düşə bilər. Lakin orijinalın təqdim edilməməsi faktı həmin müqavilənin ümumiyyətlə olmadığı anlamına gəlmir. Əksinə, yuxarıda göstərildiyi kimi, tərəflərin biri evdə saxlanılan nüsxəni belə ortaya qoyub.

56. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertizanın təyin etməsinin həqiqətən zəruri olub-olmaması sual doğurur. Yuxarıdakı təhlilə əsasən, bu addımın əsassız olduğu qənaətinə gəlmək olar. Ali Məhkəmə apellyasiya məhkəməsinə işin yenidən baxılmasında diqqəti müqavilənin icrası və tərəflərin davranışlarına yönəltmişdi. İmzaların həqiqiliyinin ekspertizası Ali Məhkəmənin tələbi deyildi. Ali Məhkəmənin qərarında birbaşa “müqavilədəki imzaların mötəbərliyini yoxlayın” ifadəsi yoxdur. Əksinə, Ali Məhkəmənin məqsədi müqavilənin notarial qaydada rəsmiləşdirilməməsinin səbəblərini və müqavilənin şərtlərinin yerinə yetirilib-yetirilmədiyini müəyyənləşdirmək idi. Bu çərçivədə apellyasiya instansiyası məhkəməsi ekspertiza olmadan da, təqdim olunmuş sübutlar əsasında, məsələn, torpağın iddiaçı tərəfindən istifadəsi, pulun ödənilib-ödənilməməsi kimi halları araşdıraraq obyektiv nəticəyə gələ bilərdi. Cavabdehlər birinci instansiyada müqavilənin bağlandığını və torpağın təhvil verildiyini etiraf ediblər. Bu o deməkdir ki, cavabdehlər faktiki olaraq müqavilədəki imzaların özlərinə aid olduğunu dolayı da olsa təsdiq ediblər. Əgər həqiqətən həmin müqavilədəki imzalar onlara məxsus olmasaydı (yəni sənəd tamamilə saxta olsaydı), ailə üzvlərinin belə ardıcıl şəkildə “ər/ata/qardaş torpağı satdı” - deyə ifadə verməsi izahsız qalardı. Onlar məhkəmədə bir dəfə də olsun “bu sənəddəki imzalar bizə aid deyil, biz belə bir müqavilə bağlamamışıq” şəklində qəti mövqe sərgiləməyiblər. Əksinə, müqavilənin bağlandığını etiraf edib, sonradan bunun hüquqi nəticələrindən yayınmaq üçün “icarə” versiyasına keçiblər. Bu davranış məntiqi olaraq göstərir ki, əslində müqaviləni imzalanması həqiqətdir, sadəcə cavabdehlər nəticəsindən narazı qaldıqları üçün onu etibarsız saydırmağa çalışırlar. Belə olduğu halda, ekspertizanın keçirilməsi tərəflərin əslində inkar etmədikləri bir faktın – imzaların onların olub-olmamasının sübutu üçün əlavə vaxt aparan bir prosedurdan başqa bir şey deyil.

57. Cavabdehlər apellyasiya şikayətində təqdim olunan müqavilə surətlərinə “saxtadır” deyə etiraz etmişlər. Lakin nəzərə alınmalıdır ki, həmin müqavilə surətini məhz cavabdehlərin özləri də evlərindən gətirərək məhkəməyə təqdim etmişlər. Yəni, “saxta” deyə etiraz etdikləri sənədin bir nüsxəsi öz arxivlərindən çıxmış və məhkəmə işinin materiallarına daxil olmuşdur. Əgər doğrudan da imzalar saxta olsaydı, bu sənədin onların evində olması izah olunmaz olardı. Görünən odur ki, notariusda təsdiqlənməsi baş tutmayan, lakin tərəflər tərəfindən imzalanmış müqavilənin bir nüsxəsi illər boyu qarşı tərəfdə saxlanılıb və hüquqi mübahisə başlayanda ortaya qoyulub. Bu fakt “saxtakarlıq” iddiasını əhəmiyyətli dərəcədə zəiflədir. Digər tərəfdən, təqdim olunan sənədin orijinalının olmaması yalnız texniki problemdir. Məhkəmə surət əsasında da, əgər tərəflər arasında imzalanmış bir razılaşma olduğu digər dəlillərlə təsdiqini tapırsa, qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə də məhkəmə sübutları onların mötəbərliyinə və digər sübutlarla əlaqəsinə görə qiymətləndirməlidir, heç bir sübuta əvvəlcədən üstün hüquqi qüvvə verilmir. Bu işdə surət formasında da olsa müqavilə mövcuddur, tərəflərin davranışları onun real olduğunu təsdiqləyir.

58. Məhkəmə proseslərinin səmərəliliyi baxımından da ekspertizaya müraciət etməyə ehtiyac olmadığı görünür. Artıq, 18 ildən çox müddət keçmiş bir mübahisəyə dair iş üzrə Ali Məhkəmə yenidən baxış qərarı verdikdən sonra, əlavə ekspertiza təyin edilməsi işi daha da uzadır. Ekspertiza təyin edilməklə iş üzrə icraatı dayandırmışdır. Halbuki iş materiallarında və tərəflərin izahatlarında kifayət qədər faktiki məlumat var idi ki, məhkəmə nəticəyə gələ bilsin.

59. Məhkəmə tərəfindən “Estoppel” (vicdanlılıq və ziddiyyətli davranışın qadağan olunması) prinsipinə hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsi dövründə müqavilənin saxtalığı barədə hər hansı iddia irəli sürməyərək prosesdə iştirak etmiş, lakin işin nəticəsi onun əleyhinə olduqdan sonra apellyasiya mərhələsində bu arqumenti irəli sürmüşdür. Maddi hüquq prinsiplərinə görə, tərəf özünün əvvəlki davranışı ilə yaratdığı hüquqi etimadı sonradan öz xeyrinə inkar edə bilməz.

60. Cavabdehin 10 il ərzində torpağın istifadəyə verilməsindən xəbərsiz olması iddiası həyat təcrübəsi və ağlabatanlıq (reasonable expectation) meyarları ilə ziddiyyət təşkil edir.

61. Məhkəmə prosesi zamanı hakimin ayrı-seçkilik yaradan replikalar verməsi, iddiaçı tərəfin çıxışlarını tez-tez kəsməsi, yalnız cavabdeh tərəfin arqumentlərinə önəm verməsi kimi hallar baş vermişdir (bu hallar məhkəmə iclasının audio yazısından da görünür). Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının keçirilməsi üzrə bir sıra prosessual hüquq pozuntularına yol verilmişdir.

62. Cavabdehlər bir tərəfdən ilk məhkəmə iclaslarında torpağın satıldığını açıq demiş, digər tərəfdən sonradan işin nəticəsindən narazı qalaraq “icarə” bəhanəsinə keçmişlər. Bu davranış məhkəmə üçün də aşkardır və etibarlı faktiki hal kimi torpağın əslində satıldığı qənaətini gücləndirir. Göründüyü kimi, ikinci apellyasiya baxışı zamanı işin halları nəinki tam və hərtərəfli araşdırılmamış, əksinə məhkəmə faktları təhrif etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, torpaq sahələri 2005-ci ildən iddiaçı İddiaçı istifadəsindədir və cavabdeh cavabdeh7 qız və digərləri bunu etiraf edirlər. Lakin cavabdehlər bu istifadəni alğı-satqı deyil, guya mərhum Əliyev İlhamın iddiaçıya müvəqqəti icarə və ya əvəzsiz istifadə verməsi kimi qələmə verməyə çalışdılar. Bu məqam göstərir ki, mübahisə əslində torpağın istifadəsinin hüquqi əsasına dairdir. Yəni torpaq satılıb iddiaçıya verilmişdirmi, yoxsa sadəcə istifadə üçünmü verilib. Ali Məhkəmənin də cavabını axtardığı sual məhz bu idi və müqavilə üzrə imzaların həqiqiliyi ayrıca mübahisə predmeti olmamışdır. İş materiallarına əsasən, tərəflər arasındakı 30.01,2005-ci il tarixli alğı-satqı müqavilələrinin mövcudluğu faktiki olaraq inkar edilməmişdir. Əksinə, cavabdehlər (torpağın əvvəlki sahibinin ailə üzvləri) birinci instansiya məhkəməsində verdikləri izahatlarda özləri etiraf ediblər ki, mərhum Əliyev İlham Həsrət oğlu onlara məxsus torpaq sahələrini 2005-ci ildə İddiaçı satmışdır. Cavabdeh cavabdeh7 Samux Rayon Məhkəməsində ##.##.2023-ci il tarixli məhkəmə iclasındakı ifadəsi bunu açıq göstərir.

63. Vəkil Vəkil tərəfindən həmin ekspertizanı obyektiv və əhatəli aparmaq üçün konkret və əsaslandırılmış dörd sualdan ibarət vəsatət təqdim olunmuşdur. Həmin suallar aşağıdakılardan ibarət idi: Müqavilə surətləri əsasında imzaların həqiqiliyini müəyyən etmək mümkündürmü? İmzaların 2005-ci ildən keçən müddət ərzində dəyişikliyə uğraması mümkündürmü? Müqayisə üçün 2005-ci ilə aid rəsmi sənədlərdəki (şəxsiyyət vəsiqələri və s.) imzaların təqdim olunması zəruridir; 2005-ci il tarixli sənədlərdəki imzalar ilə indiki sənədlərdəki imzalar arasında fərq olub-olmaması. Lakin Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərardadda bu vəsatətlə bağlı heç bir konkret mövqe bildirməmiş, sadəcə olaraq ümumi şəkildə qeyd etmişdir ki, “vəkilin təqdim etdiyi suallar nəzərə alınmalıdır”. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin birbaşa pozulması deməkdir. Məhkəmə təqdim olunmuş dörd əsas sualın hansını qəbul etdiyi, hansını dəyişdirdiyi, yaxud hansını rədd etdiyi barədə heç bir əsaslandırma təqdim etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

64. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

65. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı.

66. Maddə 60.İ-ci bənd. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

67. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

68. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

69. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

70. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

71. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

72. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

73. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

74. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

75. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

76. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını əyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

77. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

78. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

79. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

80. Maddə 335. (## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmışdır). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

81. Maddə 335.2 (## #### 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

82. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

83. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

84. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

85. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

86. Maddə **4. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

87. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

88. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

89. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

90. Maddə 111, 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

91. Maddə 111, 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

93. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

94. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

95. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

96. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

97. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

98. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

99. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

100. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

101. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

102. Maddə 420. İşə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra həmin iş kassasiya instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılır. Kassasiya baxışının hədləri:

103. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

104. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

106. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

107. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Həmçinin irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

108. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

109. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

110. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

111. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

112. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

113. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

114. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

115. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

116. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar