Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-655/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı6, iddiaçı4, iddiaçı2, iddiaçı3, iddiaçı5 və iddiaçı1 cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iş üzrə QƏRARİ (Açar sözlər: Özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, qanunsuz hətəkətlərin dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı6, iddiaçı4, iddiaçı2, iddiaçı3, iddiaçı5 və Rüstəmova Natella Mahmud qızının cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, qanunsuz hərəkətlərin dayandırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli 22 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı6 tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçılar iddiaçı6, iddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 33, mənzil 3; iddiaçı1, X3 və iddiaçı5 ünvan 3 ünvanında yaşayırlar.
2. Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ## ###### 2022-ci il tarixli, ** №-li Sərəncamı ilə, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ***/* saylı evin * saylı mənzili DƏDRX-nin Seriya-MH, ******* nömrəli, ##.##.2007-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 30.0 kv.metr-dən ibarət olmaqla tam mülkiyyət hüququ ilə vətəndaş cavabdeh3 məxsusdur. Ünvanda aparılan yenidən ölçmə zamanı müəyyən edilmişdir ki, cavabdeh3 məxsus sözügedən mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr təşkil edir. Bu sərəncam əsasında Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ***/* saylı evin * saylı mənzilinin ümumi sahəsi 60.0 kv.metr hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir.
3. Hazırda iddiaçılar cavabdeh cavabdeh3 istifadəsində olan qeyri-yaşayış sahəsinin 24.5 kv.metr hissəsinin özbaşına tikili hesab edilməsini və həmin tikilinin sökülməsini xahiş edirlər.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçılar iddiaçı6, iddiaçı4, iddiaçı2, iddiaçı3, iddiaçı5 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sakinləri olduqları Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən *** saylı binanın cavabdehlərə məxsus birinci mərtəbəsində və blokda qanunsuz fəaliyyət göstərən obyektlərin fəaliyyətinə qadağa qoyulması və birgə yaşayış qaydalarına riayət edilməsi vəzifəsinin cavabdehlərə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən *** saylı binanın birinci mərtəbəsi cavabdehlərə məxsusdur. Lakin, cavabdehlər özlərinə məxsus birinci mərtəbədə yerləşən yaşayış mənzillərini qanunsuz olaraq qeyri-yaşayış sahəsi kimi istifadə etməklə orada müxtəlif obyektlər yaradaraq (dönərxana, dükan, aviabilet satışı ilə məşğul olan şirkət, dərzi, bərbər və pinəçi dükanları) icarəyə vermişlər. Blokun içində isə dönərxana üçün otaq tikilmiş və oranı həm də pivəxanaya çevirmişlər. Qeyd olunan obyektlərə gün ərzində çoxlu sayda insanlar girib çıxır, obyektlərin qapıları isə bloka açılır. Blokda anti-sanitariya hökm sürür. Dönər yemək üçün insanlar blokda yerləşən otağa girir, orada spirtli içki qəbul edir və nalayiq söyüşlər söyürlər. Dönərxanadan gələn qoxunun və alış-veriş edən insanların səs küyündən ümumi yaşayış sahəsindən istifadə etmək mümkün deyildir. Dəfələrlə müxtəlif qurumlara müraciət etməklərinə baxmayaraq, cavabdehlərin qanunazidd hərəkətləri barədə heç bir tədbir görülmür. Cavabdehlərə narazılıqlarını bildirdikdə isə, onlar heç kimi saymadıqlarını, heç kimdən çəkinmədiklərini söyləyirlər. Cavabdehlər həmçinin, yaşadıqları binanın zirzəmisini qazmaqla dayaqları götürmüş və zirzəmini də ticarət obyektinə çevirmişlər. Yaşadıqları bina təhlükə mənbəyinə çevrilmişdir.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
6. Daha sonra iddiaçılar iddia ərizəsinə dəqiqləşdirmələr təqdim edərək, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, *** saylı evin giriş dəhlizində və pilləkən qəfəsində cavabdeh cavabdeh3 istifadəsində olan 24,5 kv.metr qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililərin özbaşına tikili hesab edilməsi, həmin tikililərin cavabdeh3 hesabına sökülməsinin təmin edilməsi, cavabdeh cavabdeh1 istifadəsindəki mənzil sahəsinin pəncərəsini sökülməklə əvəzində açılmış giriş qapısının qarşısında taxta pilləkənin sökülərək həmin qapının cavabdeh1 hesabına qapadılmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. Məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh cavabdeh1 iddia tələbinin ona aid olan hissədə qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
8. Cavabdeh cavabdeh3 iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçılar ünvan 2 32-70 ünvanında qeydiyyatda olan hal-hazırda faktiki olaraq həmin ünvanda yaşamayanlar tərəfindən ona qarşı verdikləri iş üzrə qaldırılmış iddia tələbi ədalətsiz, qanunsuz, şər və böhtandır. Bunun üçün də, iddia tələbinin qanunsuz və ədalətsiz olduğu üçün baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir.
9. Iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən ##.##.2022-ci il tarixli, **/**** №-li ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh cavabdeh3 istifadəsində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, cavabdeh cavabdeh1 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını nəzərə alaraq, həmin sahəsinin Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq istifadə edildiyi müəyyən edilmiş, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən *** saylı binanın birinci mərtəbəsində, cavabdeh cavabdeh1 istifadəsində olan qeyri-yaşayış sahəsində həmin qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş ##.##.2018-ci il tarixli, 04/2524 invertar nömrəli Texniki Paportda qeyd olunanlardan əlavə artırma tikililərin mövcud olmadığı müəyyən edilmiş, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən *** saylı binanın birinci mərtəbəsində, cavabdeh cavabdeh3 faktiki istifadəsində olan sahədə cavabdeh3 məxsus mənzilin planına qeyd olunmuş ümumi sahəsi 30,7 kv.m sahədən əlavə 24,5 kv.m sahənin mövcud olduğu müəyyən edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, *** saylı evin giriş dəhlizində və pilləkən qəfəsində cavabdeh cavabdeh3 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililərin özbaşına tikili hesab edilməsi, həmin tikililərin cavabdeh3 hesabına sökülməsi, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, *** saylı evin cavabdehlər cavabdeh2 mülkiyyətində və cavabdeh1 istifadəsində olan mənzilin pəncərəsinin qarşısında quraşdırılmış taxta pilləkənin cavabdeh cavabdeh1 hesabına sökülməsi və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydadada tutularaq dövlət nəfinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir (Hakim Tağıyeva Natavan Tağı qızı).
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 51.4 kv.metr olan qeyri-yaşayış sahəsi cavabdeh2 mülkiyyətindədir. O, icarə müqaviləsinə əsasən, həmin qeyri-yaşayış sahəsini oğlu cavabdeh1 icarəyə vermişdir. cavabdeh1 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsi hüquqmüəyyənedici sənədlərdə qeyriyaşayış sahəsi kimi qeydiyyata alınmışdır. Lakin, digər cavabdeh cavabdeh3 məxsus həmin ünvanda yerləşən ümumi sahəsi 30,7 kv.m sahədən əlavə 24,5 kv.m sahənin mövcud olduğu müəyyən edilmişdir. Həmin əlavə sahənin cavabdeh cavabdeh3 tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, cavabdeh cavabdeh3 faktiki istifadəsində olan sahədə ona məxsus mənzilin planında qeyd olunmuş ümumi sahədən əlavə 24.5 kv.metr sahənin mövcudluğu müəyyən edilmiş və həmin sahənin 12.3 kv.metr hissəsi yaşayış binasının pilləkən qəfəsinin alt hissəsində, 12.2 kv. metr hissəsi isə cavabdehə məxsus mənzilin planında göstərilmiş giriş qapısının (dəhlizin) önündə yerləşdirilmişdir. Həmin sahələri cavabdeh3 qeyri-yaşayış sahəsi kimi istifadə edir, yaşayış binasının girişində (blokun içində) dönərxana və pivəxana işlədir, blokda anti-sanitariya hökm sürür, dönər yemək üçün insanlar blokda yerləşən otağa girir, orada spirtli içki qəbul edir və nalayiq söyüşlər söyürlər. Dönərxanadan gələn qoxu və alış-veriş edən insanların səs küyündən ümumi yaşayış sahəsindən istifadə etmək mümkünsüzdür. Bu da həmin blokun yuxarı mərtəbələrində yaşayan şəxslərin mülkiyyət hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması deməkdir, həmçinin onların həyatı və sağlamlığı üçün təhlükə yaradır.
12. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh cavabdeh3 tərəfindən məhkəməyə Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının “vətəndaş cavabdeh3 məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” ** saylı, ##.##.2022-ci il tarixli Sərəncam təqdim edilmişdir. Həmin Sərəncamda qeyd edilmişdir ki, cavabdeh3 mülkiyyətində olan yaşayış sahəsinin ümumi ölçüsü 30.0 kv.metr təşkil edir. Yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr hesablanmış və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, həmin sənəd iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, sərəncam məhkəmə gedişi zamanı verilmiş və hər bir halda əlavə tikintilərin altında olan 24.5 kv.metrdən ibarət sahədə cavabdeh cavabdeh3 tərəfindən aparılmış tikinti-quraşdırma işləri qanunsuzdur, tikinti norma və qaydalara, binanın layihəsinə uyğun deyil, aparılmış tikintiquraşdırma işləri nəticəsində binanın ümumi girişi bağlanmış və həmin binada yaşayan sakinlərə mənzillərinə keçmək üçün maneçilik yaranmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir.
14. Məhkəmə cavabdeh1 və cavabdeh2 qarşı cavabdeh cavabdeh1 istifadəsindəki mənzil sahəsinin pəncərəsini sökülməklə əvəzində açılmış giriş qapısının qarşısında taxta pilləkənin sökülərək həmin qapının cavabdeh1 hesabına qapadılmasının müəyyən edilməsi tələbi ilə bağlı isə qeyd etmişdir ki, həmin hissədə cavabdeh1 iddia tələbini qəbul edir və giriş qapısının qarşısında taxta pilləkənin sökülməsinə etiraz etmir.
15. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mülkiyyətçilər konstitusiya ilə qorunan hüquqlarından maneəsiz istifadə etmək hüquqlarına malik olduqlarından, cavabdehlərin iddiaçıların mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olan hərəkətləri əsassız hesab edilməli, iddia tələbi qismən təmin edilməklə, cavabdeh cavabdeh3 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməklə cavabdeh3 hesabına sökülməlidir. Digər cavabdehlərlə bağlı olan hissədə isə iddia tələbi yalnız cavabdeh2 mülkiyyətində və cavabdeh1 istifadəsində olan mənzilin pəncərəsinin qarşısında quraşdırılmış taxta pilləkən maneçilik törətdiyindən, cavabdeh cavabdeh1 hesabına sökülməsi hissəsində təmin edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.4, 152, 157.4, 157.8, 170.1, 170.2, 172.2, 178.1, 178.2, 180.2, 180.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.1, 14.2, 14.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış, kobud maddi və prosessual pozuntularla qəbul edilmişdir. Məhkəmə, iş üzrə təyin olunmuş məhkəmə texniki-tikinti ekspertizasının rəyini əsas götürülməklə 24.5 kv.m sahənin əlavə qanunsuz tikili olduğu qənaətinə gəlmişdir. Lakin məhkəmə iş materiallarında olan hüquqmüəyyənedici sənədləri nəzərə almamışdır. Bundan başqa məhkəmə sərəncam verilməsinə əsas olmuş rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən idarələrarası komissiyanın yerində baxış keçirməklə verdiyi rəyi nəzərə almamışdır. Məhkəmə cavabdeh şəxs olan Əsgərovun şəxsi vəsaiti hesabına tikilmiş və reyestrdə qeydə alınmış tikilinin binanın memarlıq görünüşü baxımından dəyişdirilməsi məqsədilə 10.0 kv.m və 7.0 kv.m sahənin sökülməsinə dair təqdim edilmiş sənədlərə, eyni zamanda şəhərin ümumi görünüşü baxımından qarşı tərəf fasad hissəsində 2.0 metrədək ölçüdə sahənin dövlət səviyyəsində tam bina üzrə artırılması halları nəzərə alınmamış, yerli baxış keçirilmədən bu qənaətə gəlmişdir. Həmin artırılma eyni zamanda iddiaçılara da şamil edilmiş və onların istifadəsinə verilmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş digər cavabdeh cavabdeh1 apellyasiya şikayətinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
20. Apellyasiya baxışı zamanı mövcud vəziyyətdə cavabdehin apellyasiya şikayətinin dəlillərin əsaslı-olub olmamasına qiymət vermək üçün iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli, **/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən *** saylı binanın birinci mərtəbədə yerləşən, iddiaçıların iddia etdiyi tikililər cavabdeh3 adına tərtib olunmuş ##.##.2022-ci il tarixli, 04/3236 invertar nömrəli Texniki Pasportda öz əksini tapmışdır. cavabdeh3 istifadəsində olan bütün tikililərin ##.##.2022-ci il tarixli, 04/3236 invertar nömrəli Texniki Pasportda (i.v.247) öz əksini tapmasını nəzərə aldıqda, faktiki vəziyyətdə Texniki Pasportda qeyd olunmayan hər-hansı əlavə tikililər, artırmalar və əlavə quraşdırmalar mövcud olmadığı müəyyən edilir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli 22 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, *** saylı evin giriş dəhlizində və pilləkən qəfəsində cavabdeh cavabdeh3 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər cavabdeh3 hesabına sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, cavabdeh3 iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərcininin müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi hissəsindən azad edilmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh3 özünə aid edilmiş, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 50 (əlli) manat ekspertiza xərcinin iddiaçılar iddiaçı6, iddiaçı4, iddiaçı2, iddiaçı3, iddiaçı5 və iddiaçı1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakimlər: Xumar Mərdanova-sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Sabit Bəhrəmzadə).
22. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
23. Bundan başqa, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə verilmiş ekspert rəyi mübahisənin həllində kifayət qədər həlledici olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ## ###### 2022-ci il tarixli, ** №-li Sərəncamına uyğun olaraq cavabdeh cavabdeh3 adına Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 239/8, yeni qaydalarla AZ1010 ünvan 5 ünvanında 60,10 kv.m daşımaz əmlak mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə qeydiyyata alınmış və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq Çıxarış və həmin əmlaka dair Texniki Pasport verilmişdir. Buna qədər isə iş materiallarında Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının “vətəndaş cavabdeh3 məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” ** saylı, ##.##.2022-ci il tarixli Sərəncam var idi və həmin Sərəncamda qeyd edilmişdir ki, cavabdeh3 mülkiyyətində olan yaşayış sahəsinin ümumi ölçüsü 30.0 kv.metr təşkil edir. Yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr hesablanmış və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir.
24. Birinci instansiya məhkəməsi isə həmin sənədi iş üzrə sübut kimi qəbul edilə bilməməsinə qiymət verərək sərəncamın məhkəmə gedişi zamanı verilməsinə və hər bir halda əlavə tikintilərin altında olan 24.5 kv.metrdən ibarət sahədə cavabdeh cavabdeh3 tərəfindən aparılmış tikinti-quraşdırma işlərinin qanunsuz, tikinti norma və qaydalara, binanın layihəsinə uyğun olmamasına, aparılmış tikinti-quraşdırma işləri nəticəsində binanın ümumi girişi bağlanmasına və həmin binada yaşayan sakinlərə mənzillərinə keçmək üçün maneçilik yaranmasına istinad etmişdir.
25. Məhkəmə kollegiyası isə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırki iddiaçılar sözügedən sərəncamı inzibati məhkəmədə mübahisələndirilmişlər və həmin sərəncam ləğv edilməmişdir.
26. Belə ki, Bakı Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən X1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia X1 münasibətdə mümkün sayılmamışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarından görünür ki, ekspertiza rəyi cavabdeh cavabdeh3 münasibətdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.1172 ha torpaq sahəsində yerləşən ***/* nömrəli, 3 mərtəbəli binanın 1-ci mərtəbəsində, 30.0 kv.m ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı * nömrəli mənzil tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrindən *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmasına dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* №-li çıxarışı nəzərə alınmaqla verilmişdir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə baxışı zamanı əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilməsi zəruri olmuş və yuxarıda qeyd edilmiş ekspertiza rəyi əldə edilmişdir.
30. Beləliklə apellyasiya baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs başçısının ## ###### 2022-ci il tarixli ** saylı sərəncamı ilə cavabdeh3 məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ***/* saylı evin * saylı mənzilinin ümumi sahəsi 60.0 kv.m hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. Həmin sərəncam iddiaçı6 və qeyriləri tərəfindən mübahisələndirilsə də, nəticə etibarı ilə iddia X1 münasibətdə mümkün sayılmamış, qalan iddiaçılara münasibətdə isə iddia rədd edilmişdir. Həmçinin ekspert rəyi ilə iddiaçının mübahisələndirdiyi sahədə hər-hansı əlavə tikililər, artırmalar və əlavə quraşdırmalar mövcud olmadığı müəyyən edilmişdir.
31. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, *** saylı evin giriş dəhlizində və pilləkən qəfəsində cavabdeh cavabdeh3 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər cavabdeh3 hesabına sökülməsini tələb etməkdə haqlı olmamışlar.
32. Apellyasiya baxışı zamanı təqdim edilmiş rəydə müəyyən edilən halları təkzib edilməsi, eləcə də bu hallara zidd olan sübutlar müəyyən edilməmiş, eyni zamanda həmin rəyi şübhə altına alan hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023cü il tarixli, **/**** saylı ekspert rəyi sübut kimi qəbul edilməlidir.
33. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh3 məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ***/* saylı evin * saylı mənzilinin ümumi sahəsi 60.0 kv.m hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qüvvədə olan sərəncama əsasən icazə verildiyindən, eləcə də ekspert rəyi ilə iddiaçıların mübahisələndirdiyi sahədə hər-hansı əlavə tikililər, artırmalar və əlavə quraşdırmalar mövcud olmadığı müəyyən edilmədiyindən, iddia tələbi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, *** saylı evin giriş dəhlizində və pilləkən qəfəsində cavabdeh cavabdeh3 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər cavabdeh3 hesabına sökülməsi hissəsində əsassız olmuşdur və birinci instansiya məhkəməsinə Bakı şəhər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs başçısının ## ###### 2022-ci il tarixli ** saylı sərəncamı təqdim edilsə də, məhkəmə tərəfindən həmin sərəncama işin faktiki halları baxımından düzgün qiymət verilməmişdir.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar tələblərinin əsaslarını qeyd edilən hissədə məhkəmə araşdırması zamanı sübut edə bilmədiklərindən iddiaları göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157.4, 157.8, 170.1, 170.2, 172.2, 178.1, 178.2, 180.1, 180.2, 180.4-cü, Mənzil Məcəlləsinin 14.1, 14.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Iddiaçı iddiaçı6 (vəkil vəkil2 Qurbanəli oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin cavabdeh3 məxsus olması iddia tələblərində mübahisələndirilməmiş və bununla bağlı hər hansı bir tələbləri olmamışdır. Qətnamənin təsviri hissəsindən belə anlaşılır ki, iddiaçı olaraq tərəflərindən guya həmin mənzilin mülkiyyət hüququ üzrə cavabdeh3 məxsus olması mübahisələndirilir. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, reallıqda mübahisələndirilən tələb ünvan 4/8 nömrəli binada yaşayan iddiaçıların və orada yaşayan digər sakinlərin həmin ünvanın 1-ci mərtəbəsində, ümumi istifadədə olan blokun giriş hissəsinin, yəni pilləkan meydançasının və 2-ci mərtəbəyə qalxan pilləkən meydançasının (qəfəsə) alt hissəsini üçüncü şəxs cavabdeh3 tərəfindən qanunsuz olaraq zəbt edilməsi olmuşdur. Çünki, cavabdeh3 tərəfindən zəbt edilmiş ümumi sahənin çox hissəsi daşla hörülərək dəmir qapı quraşdırılmış, blokun girişindən sol tərəfdə yerləşən sahədə pilləkən meydançasının (qəfəsə) alt hissəsində dönərxana-pivəxana, qəlyanaltı verilməsi və dönərxana müştərilərinin qəbul edilməsi üçün oturaq stollar qoyulmuş, dəmir qapı ilə üzbə-üz və dönərxana ilə paralel istiqamətdə kişi bərbər salonu, ayaqqabı təmiri emalatxanası, kişi geyimləri üçün dərzi salon-emalatxanası, sağ tərəfdə qadın geyimləri üçün dərzi salon-emalatxanası, ümumilikdə 6 (altı) ədəd iaşə obyekti quraşdırılmışdır.
38. Digər tərəfdən, X4 X7 Dövlət Reyestrindən Çıxarışın olması da heç də cavabdeh cavabdeh3 xeyrinə iddia tələbinin rədd olunması və yeni qətnamə çıxarılması üçün əsas hesab edilə bilməz. Çünki, cavabdeh cavabdeh3la iddiaçılar arasında yaranmış problemə səbəb də məhz belə bir çıxarışın verilməsi və nəticədə antisanitariya qaydalarının, yanğın təhlükəsizliyi, sanitar-gigiyena və ictimai qaydalarının kobud şəkildə pozulması, həmin blokda yaşayan 5 (beş) ailənin mənafeyinə hörmətsizliyin olması və sair bu kimi hallar olmuşdur. Eləcə də binanın qeyd olunan blokda yaşayan bina sakinlərinin ümumi istifadəsində olan giriş sahəsinə gün ərizndə həmin obyektlərə gələn yüzlərlə müştərilərin və digər şəxslərin ucadan yaratdıqları səs-küyü, teztez kimlərinsə öz aralarında dalaşmalarına görə nalayiq ifadələr işlətmələri, qeyri-etik hərəkətlərə yol vermələri və müxtəlif vaxtlarda özlərini çox şübhəli aparan nabələd şəxslərin blokun 2-ci və 3-cü mərtəbəsində mənzillərinin qarşısında görünmələri və sair bu kimi hadisələr tez-tez rast gəlinən hallar olmuşdur. Yaşlı və xəstə iddiaçılar orada yaşaya bilmədiklərinə görə məcbur olub başqa ünvanlarda kirayə mənzil tapıb yaşayırlar. Bu isə iddiaçıların cavabdeh tərəfindən mülkiyyət hüququndan məhrum edilmə kimi qiymətləndirilməlidir. Həm də nəzərə almaq lazımdır ki, hər bir halda əlavə tikintilərin altında olan 24.5 kv.metrdən ibarət sahədə cavabdeh cavabdeh3 tərəfindən aparılmış tikinti-quraşdırma işləri qanunsuzdur, tikinti norma və qaydalarına, binanın layihəsinə uyğun deyil, aparılmış tikinti-quraşdırma işləri nəticəsində binanın ümumi girişi bağlanmış və həmin binada yaşayan sakinlərə mənzillərinə keçmək üçün maneçilik yaranmışdır. Bundan başqa, birinci instansiya məhkəməsində qeyd olunan mülki işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. ##.##.2022-ci il tarixli, **/**** №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən *** saylı binanın 1-ci mərtəbəsində cavabdeh cavabdeh3 faktiki istifadəsində olan sahədə cavabdeh3 məxsus mənzilin planında qeyd olunmuş ümumi sahəsi 30,7 kv.m sahədən əlavə 24,5 kv.m sahənin mövcud olduğu və həmin sahənin 12,3 kv.m hissəsi mənzilin pilləkən qəfəsinın alt hissəsində, 12,2 kv.m hissəsinin cavabdehə məxsus mənzilin planında göstərilmiş giriş qapısının (dəhlizin) önündə yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh cavabdeh3 istifadəsində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. cavabdeh3 faktiki istifadəsində olan həmin sahədə cavabdeh3 məxsus mənzilin planına qeyd olunmuş ümumi sahəsi 30,7 kv.m sahədən əlavə 24,5 kv.m sahənin mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmin rəylə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə verilmiş ekspert rəyi mübahisənin həllində kifayət qədər həlledici olmamışdır. Ona görə də əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Halbuki, məhkəmə kollegiyasının qeyd olunan ekspertiza rəyi ilə razılaşmaması üçün heç bir tutarlı dəlil olmamışdır. Digər ##.##.2023cü il tarixli,**/**** saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən *** saylı binanın 1-ci mərtəbəsində yerləşən, iddiaçıların iddia etdiyi tikililər cavabdeh3 adına tərtib olunmuş ##.##.2022-ci iltarixli, 04/3236 invertar nömrəli Texniki Pasportda öz əksini tapmışdır. cavabdeh3 istifadəsində olan bütün tikililərin ##.##.2022-ci il tarixli, 04/3236 invertar nömrəli Texniki Pasportda (i.v.247) özəksini tapmasını nəzərə aldıqda, faktiki vəziyyətdə Texniki Pasportda qeyd olunmayan hər-hansı əlavə tikililər, artırmalar və əlavə quraşdırmalar mövcud olmadığı müəyyən edilir. Lakin məhkəmə kollegiyası həmin rəyə istinad edib onu sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Ona görə ki, ##.##.2023-cü il tarixli, **/**** saylı ekspert rəyinin təsviri və əsaslandırıcı hissəsinin məzmunundan görünür ki, ekspert qoyulmuş suallar üzrə nəticə verdikdə yaranmış mübahisə ilə bağlı reallığı deyil, Bakı şəhəri, Nəsimi RIH Başçısının ##.##.2022-ci il tarixli, ** №-li Sərəncamını köçürtməklə kifayətlənmişdir. Həqiqətən də mülki iş materiallarından görünür ki, cavabdeh cavabdeh3 Bakı şəhəri Nəsimi RIH-nə ərizə ilə mürciət edərək Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ***/* saylı evin ona məxsus * saylı mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi RIH Başçısının ##.##.2022-ci il tarixli ** saylı sərəncamı ilə onun müraciəti təmin olunaraq yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmin Sərəncamda qeyd edilmişdir ki, cavabdeh3 mülkiyyətində olan yaşayış sahəsinin ümumi ölçüsü 30.0 kv.metr təşkil edir. Yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr hesablanmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Lakin məhkəmə instansiyaları qanuni nəticəyə gəlmək üçün mübahisənin həlli üçün çox vacib olan və daha doğrusu cavabdeh tərəfindən süni şəkildə yaradılmış bir xüsusata ümumiyyətlə əhəmiyyət verməmişdir. Cavabdeh də özü bilərəkdən həmin xüsusatı gizlətməklə məhkəmə instansiyalarını bu barədə məlumatlandırmamışdır. Məhkəmə kollegiyasında iştirak edən Nəsimi RIH Başçısının nümayəndəsinin özünə də bu xüsutaın məlum olmasına baxmayaraq, o da bu mübahisənin həllində cavabdehin mövqeyindən yanaşmışdır. Həmin xüsusat ondan ibarətdir ki, Sərəncamın mübahisəli sahəyə aid olub-olmaması dəqiqləşdirilməmiş, ünvan 4/8 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən mənzilinin yanbayan ara məsafəsi 5 metr olan iki blokdan hansı birinin giriş sahəsinə aid olmasının aydınlaşdırılmasıdır. ünvan 1 ünvanda yerləşən bina 3 (üç) blokdan və 3 (üç) mərtəbədən ibarətdir. Iddiaçıların yaşadığı blokda 4 (dörd) ailə yaşayır. O cümlədən, cavabdeh cavabdeh3 mülkiyyətində olan 30.0 kv.m təşkil edən mənzili də onlarla bir blokda yerləşir. Lakin cavabdeh cavabdeh3 məxsus həmin mənzil 1-ci mərtəbədə və pilləkən meydanşasının orta hissəsində yerləşdiyinə görə həmin mənzilə giriş iki pilləkən sahəsindən mümkündür. Ayrı-ayrı blokların giriş sahəsi olan bu pilləkənlər 5 metr yanbayan ara məsafədə yerləşir. Cavabdeh cavabdeh3 tərəfindən onların ümumi istifadəsində olan giriş sahəsinin pilləkən meydançasının çox hissəsi özbaşına zəbt edilərək yuxarıda qeyd olunan qanunsuz tikililər inşa edilmişdir. Mənzilə ikinci giriş sahəsi isə 5 metr yanbayan ara məsafədə yerləşən blokun pilləkən sahəsindəndir. Həmin blokdan olan giriş sahəsinin pilləkən meydançası da cavabdeh cavabdeh3 tərəfindən zəbt edilərək istifadəsində olmuşdur. Hazırda həmin sahədə telefon satışı, kitab-dəftər, oyuncaqlar, xırdavatlar və digər əşyalar satılan ayrı-ayrı dükanlar fəaliyyət göstərir. Bu dükanların istifadəçisi də cavabdeh cavabdeh3dur. Nəsimi RIH Başçısının qeyd olunan Sərəncamının daha çox cavabdeh cavabdeh3 istifadəsində olan digər blokdakı pilləkən meydançasında olan sahəyə aid edilməsini təsdiq edən daha çox əsaslar mövcuddur. Belə ki, qəbul edilmiş sərəncamda da Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ***/* saylıevin cavabdeh3 məxsus * saylı mənzili ##.##.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi 30.0 m²-dən ibarət olduğu göstərilmişdir. Mülki işin 72-ci vərəqində 70 sayl MKIS tərəfindən tərtib edilmiş plan sxemə əsasən həmin mənzilin yaşayış sahəsi 24.4 m² olan, o cümlədən 17.6 m²qonaq otağından, 6.8 m ² yataq otağından, qeyriyaşayış sahəsi isə 4.5m² mətbəxdən və1.8m ² sanitar qovşağından ibarət olmaqla cəmi 30.7 m² təşkil etmişdir. Sərəncamda cavabdeh3 məxsus sözügedən mənzilin faktiki ümumi sahəsinin ilkin olaraq 30.0 kv.m təşkil etdiyi, lakin sonradan 30.0 kv.m sahənin artırılaraq 60.0 kv.m təşkil etdiyi göstərilmişdir. Belə artmanın necə və hansı şəraitdə artması, genişlənməsinin əsaslandırılması üçün Nəsimi RIH ** saylı MKIS tərəfindən tərtib edilmiş akta istinad edilmişdir. Həmin aktda yaşayış və ümumi sahələrdəki fərqin uzun illər öncə mənzildə aparılmış rekonstruksiya və əsaslı təmir işləri səbəbindən yarandığı göstərilmişdir. Lakin məhkəmə kollegiyası üçün maraq doğurmamışdır ki, ümumi sahəsi cəmi 30.0 kv.m-dən ibarət 1(bir) otaqlı mənzildə nə kimi rekonstruksiya və ya təmir-bərpa işləri aparılmalıdır ki, həmin sahəartaraq 30 kv.m-dən 60 kv.m sahə təşkil etsin. Daş materiallarından olan tikilinin əhatə etdiyi 30.kv.m-dən ibarət sahənin nə təbii yolla, nə də süni yolla artırılması və ya genişləndirilməsi mümkün deyildir. Bunun üçün nə elə bir texnologiya, nə tikinti-inşaat-texniki norma, nə də digər hər hans ıelə bir üsulun mövcud olması mümkün deyildir. Yalnız bu o halda mümkün ola bilər ki, mülkiyyət hüququ əsasında alınmış sahə cavabdeh3 mülkiyyətində olan sahəyə birləşdirilsin. Yaxud da binada yaşayan digər şəxslərin ümumi istifadə hüquqları pozulmadan və onların razılığı, eləcə də qanunla müəyyən edilmiş qaydada ayrılmış hər hansı bir sahə cavabdeh3 mülkiyyətində olan sahəyə birləşdirilsin. ## ###### 2022-ci il tarixli, ** №-li sərəncamında nəzərdə tutulmuş sahənin hazırda mübahisələndirilən sahəyə, yaxud da iddiaçı cavabdeh3 həmin binanın paralel blokundan istifadə etdiyi sahəyə aid olub-olmamasının dəqiqləşdirilməsi zəruri əhəmiyyət kəsb etdiyinə görə ekspertin məhkəmə iclasında dindirilməsi zəruri əhəmiyyət kəsb etmişdir. Ona görə də qeyd olunan halların araşdırılması məqsədilə ##.##.2023-cü il tarixli, **/**** saylı ekspert rəyini vermiş ekspertin məhkəməyə dəvət edilərək izahatının alınması barədə tərəfindən məhkəmə iclasında vəsatət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin tərəfindən təmin olunmamışdır. Halbuki, həmin xüsusat araşdırılmaqla qeyd olunan Sərəncamda nəzərdə tutulmuş sahənin iddiaçıların ümumi istifadəsində olan 30 kv.m təşkil edən pilləkan meydançanın və pilləkən qəfəsənin ölçülərinə aid edilməsi, yaxud da həmin binanın paralel blokunda olan sahəyə aid olması müəyyənləşdirilməklə qanuni qərar qəbul edilə bilərdi. Cavabdeh cavabdeh3 həmin sərəncamdan istifadə edərək həmin sərəncamın tam fərqli olan ayrı-ayrı bloklarda və ayrı-ayrı pilləkən meydançalarında yerləşən sahələrə aid etməsini bildirməklə onlardan öz şəxsi məqsədləri üçün istifadə edir. Həmçinin, məhkəmə kollegiyası qeyd olunan qətnaməni qəbul edərkən istinad etdiyi əsas hallardan biri də Bakı Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı və Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı olmuşdur. Yuxarıda göstərildiyi kimi, hazırki mülki iş üzrə həmin məhkəmə qərarları tərəflərindən mübahisələndirilmir. Lakin qeyd etmək lazımdır ki, həmin qərarlarına münasibət bildirildikdə onlara düzgün hüquqi qiymətin verilməsi təmin edilməmiş, onların şərhinə düzgün mövqedən yanaşılmamış və cavabdeh cavabdeh3 mənafeyi baxımından şərh edilmişdir. Bakı şəhəri, Nəsimi RIH Başçısının ##.##.2022-ci il tarixli, ** №-li Sərəncamı ləğv edilməsə belə onun mahiyyəti üzrə qanuni olubolmaması öz həllini tapmamışdır. Ona görə də, istər Bakı Inzibati Məhkəməsinin qərarı, istərsə də Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** saylı ekspert rəyinin olması da heç də Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı,## #### 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün sübut kimi qəbul edilə bilməz.
39. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan qətnamə qəbul edilməklə Mülki Məcəllənin 157.4, 170.1, 180.1, 180.4 və 180.5-ci maddəsinin, Mənzil Məcəlləsinin 14.1, 14.2 və 14.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Cavabdeh cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
41. Maddə 29 (bənd 3). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
42. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
45. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
46. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
47. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
48. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
49. Maddə 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
50. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
51. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
52. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
53. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
54. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
55. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
56. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
57. Maddə 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.
58. Maddə 14.2. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
69. Məhkəmə tərkibi qeyd edir ki, kassatorun dəlilləri formal mülahizələrdən ibarətdir. Belə ki, sökülməsi tələb olunan tikililər cavabdehin mülkiyyətidir. Həmin tikililər mülkiyyət hüququnun mövcudluğunu təsdiq olunan çıxarışda qeyd edilməklə, texniki pasportda mövcud vəziyyətdə əks etdirilmişdir. Nəticədə apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabehin sahibliyində olan daşınmaz əmlakın hər hansı bir hissəsi özbaşına aparılmış tikili hesab olunmur və cavabdeh mübahisəli sahədən qeyri-yaşayış sahəsi kimi təyinatı üzrə istifadə edir.
70. Qeyd olunmalıdır ki, kassator apellyasiya baxışı zamanı əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilməsinə heç bir zəruriyyətin olmamasını qeyd etsə də, məhkəmə tərkibi qeyd edir ki, ekspertizanın keçirilməsi zəruri olduğundan apellyasiya məhkəməsi təkrar ekspertiza təyin etmiş və müvafiq rəyi almışdır. Həmin ekspert rəyi ilə iddiaçının mübahisələndirdiyi sahədə hər-hansı əlavə tikililər, artırmalar və əlavə quraşdırmalar mövcud olmadığı müəyyən edilmişdir.
71. Bundan başqa, apellyasiya baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs başçısının ## ###### 2022-ci il tarixli ** saylı sərəncamı ilə cavabdeh3 məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ***/* saylı evin * saylı mənzilinin ümumi sahəsi 60.0 kv.m hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və dəlillərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli 22 sentyabr 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.