Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-664/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri ** saylı Notariat Ofisi və * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə) cavabdehlər cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, cavabdeh3, cavabdeh4, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri ** saylı Notariat Ofisi və * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə) cavabdehlər cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, cavabdeh3, cavabdeh4, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı “çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikasının Dövlət Arxivinin ##.##.2023-cü il tarixli *-**-DA/*- Ə*****/**** saylı məktubun surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən 1926cı ilə dair Bakı şəhəri Stalin (Səbail) rayonu uzrə doğum haqqında bərpa kitabında ## #### 1922-ci ildə doğulan X5 təvəllüdü qeyd olunur. Atası: Useynov Əli-Heydər Mirzə (sənəddə olduğu kimi) oğlu, anası: Useynova Məsmə xanım (sənəddə olduğu kimi) (ata adı qeyd olunmayıb). Milliyyəti qeyd olunmayıb.
2. Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2023-cü il tarixli ** saylı məktubunun surətindən görünür ki, ##.##.2006-ci il tarixdə vəfat etmiş X5 (##.##.1922-ci il təvəllüdlü FIN- 3E2KC88) miras qalmış Bakı şəhəri, Nardaran qəsəbəsi, *** saylı torpaq sahəsindən yerləşən 0.14 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi X15 ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır.
3. X5 ## ### 2006-cı ildə, X24 ## ###### 1979-cu ildə ölmüşdür.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/****-************ saylı məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlar tam olmadığı üçün Nardaran bağ massivində yerləşən *** saylı torpaq sahəsinin hansı hissələrdə və hansı fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/****-************ saylı məktubundan görünür ki, faktiki olaraq kənardan göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb (sahə mübahisəlidir). Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ərazinin böyük hissəsi digər bağ sahələrinin ərazisinə düşür.
6. X33 və Istismarı Birliyi ilə X5 arasında bağlanmış ***** saylı ##.##.1987-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı ümumi sahəsi 0,14 olan bağ sahəsi X5 ##.##.1987-ci ildən ##.##.1997-ci ilədək icarəyə verilmişdir.
7. X27 və Istismarı birliyi ilə X13 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” ## ### 2001-ci il tarixli ***** saylı müqavilədən görünür ki, sahəsi 0.12 ha olan bağ sahəsi ##.##.2011-ci ilədək X13 icarəyə verilmişdir. Müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq müəyyən edilir. Icarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər.
8. ünvan 1 ünvanında yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsi ##.##.2016-cı il tarixdə xüsusi mülkiyyət kimi tam payda X7 adına qeydiyyata alınmışdır.
9. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ***a saylı bağ evi ##.##.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda X7 adına qeydiyyata alınmışdır.
10. X7 ilə cavabdeh1 arasında bağlanmış ****** saylı ##.##.2018-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X7 ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ***a saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 182.2 kv.m olan bağ evini və 0,12 ha həyətyanı torpaq sahəsini cavabdeh1 hədiyyə etmişdir.
11. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ***a saylı bağ evi ##.##.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda cavabdeh1 adına qeydiyyata alınmışdır.
12. cavabdeh1 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında ##.##.2024- cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN- İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ***a saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 182,2 kv.m və ümumi sahəsi 0,12 ha torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 40000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.
13. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 644A Yeni qaydalarla: AZ1097, ünvan 4 12 ünvanında yerləşən ümumi sahəsi 182,20 olan bağ sahəsi ##.##.2024-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına qeydiyyata alınmışdır.
14. X29 Inkişafı və Istismarı Birliyi ilə istifadəçi X8 arasında bağlanmış ***** saylı müqavilədən görünür ki, Birlik 0,12 hektar torpaq sahəsini olan Nardaran ərazisindəki ***a nömrəli bağ sahəsini müqavilədə göstərilən tikintilərlə istifadəçiyə müddətsiz verilir.
15. X33 və Istismarı Birliyi ilə istifadəçi X8 arasında bağlanmış “Nardaran ərazisindəki ***a nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında” ***** saylı ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, Sabunçu rayonunun Nardaran ərazində 0,12 hektar torpaq sahəsi olan ***a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilir. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. Istifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır.
16. ünvan 3 ünvanında yerləşən sahəsi 0,110166 ha olan torpaq sahəsi ##.##.2011-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda X8 adına qeydiyyata alınmışdır.
17. X8 ilə cavabdeh3 arasında bağlanmış ##.##.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X8 ona məxsus olan Sabunçu rayonu, Nardaran qəsəbəsi, ***a saylı bağ sahəsi ünvanında yerləşən sahəsi 0,110166 ha olan torpaq sahəsini cavabdeh3 hədiyyə etmişdir.
18. ünvan 3 ünvanında yerləşən sahəsi 0,1102 ha olan torpaq sahəsi ##.##.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda cavabdeh3 adına qeydiyyata alınmışdır.
19. X29 Inkişafı və Istismarı Birliyi ilə istifadəçi cavabdeh4 arasında bağlanmış **** saylı müqavilədən görünür ki, Birlik 0,12 hektar torpaq sahəsini olan Nardaran ərazisindəki *** nömrəli bağ sahəsini müqavilədə göstərilən tikintilərlə istifadəçiyə müddətsiz verilir.
20. X33 və Istismarı Birliyi ilə istifadəçi cavabdeh4 arasında bağlanmış “Nardaran ərazisindəki *** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında” **** saylı ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, Sabunçu rayonunun Nardaran ərazində 0,12 hektar torpaq sahəsi olan *** nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilir. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. Istifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır.
21. ünvan 2 ünvanında yerləşən sahəsi 0,113 ha olan torpaq sahəsi ##.##.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda cavabdeh4 adına qeydiyyata alınmışdır.
22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** saylı məktubundan görünür ki, Idarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, ***a saylı 0.12 hektar bağ sahəsi keçmiş X33 və Istismarı Birliyi ilə bağlanılmış ## ### 2001-ci il tarixli ***** nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında ## ####### 2016-cı il tarixdə X7 adına ilkin qeydiyyata alınmışdır, ## ###### 2017-ci il tarixdə həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 182.2 kv.m olan bağ evi və torpaq sahəsi vahid əmlak kimi onun adına qeydiyyata alınmışdır. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş ## #### 2018-ci il tarixdə 4Ə-22 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsi, ***a saylı bağ evi ## ##### 2018-ci il tarixdə cavabdeh1 adına qeydiyyata alınmışdır. * saylı “ASAN xidmət” mərkəzində notariat ofisində ## ###### 2024-cü il tarixdə 4Ə-3205 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında ***a saylı bağ evi X6 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən 0.113 hektar torpaq sahəsi keçmiş X33 və Istismarı Birliyi ilə bağlanılmış **** nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş ## #### 2009- cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında ## ###### 2019-cu il tarixdə cavabdeh4 adına ilkin qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 3 ünvanında yerləşən 0.110166 hektar torpaq sahəsi keçmiş X33 və Istismarı Birliyi ilə bağlanılmış 33527nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş ## #### 2009- cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında ## ####### 2011-cu il tarixdə X8 adına ilkin qeydiyyata alınmışdır. * saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunda ## ###### 2019-cu il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ***a saylı bağ sahəsi ## ###### 2019-cu il tarixdə cavabdeh3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Arxiv məlumatlarına əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı 0.14 hektar bağ sahəsi keçmiş X33 və Istismarı Birliyi ilə bağlanılmış ## ##### 1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında ***** nömrəli müqavilə əsasında X20 (X5) qızına icarəyə verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
23. Iddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri ** saylı Notariat Ofisi və * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə) cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X27 və Istismarı birliyi tərəfindən X13 ## ### 2001 ci il tarixli ***** nömrəli müqavilə ilə 644 a saylı, sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqaviləsinin, X7 adına verilmiş ƏMDX DƏDRX tərəfindən verilmiş ##.##.2016-cı il tarixli çıxarışın və ##.##.2016-cı il tarixli torpaq sahəsinin plan ölçü sənədinin, X7 adına verilmiş ##.##.2017-ci il tarixli texniki pasportun və ƏMDX DƏDRX tərəfindən ##.##.2017-cı il tarixli çıxarışın, X7 Ilə cavabdeh1 arasında olan ##.##.2018-ci il tarixli Bakı şəhəri ** saylı notariat ofisində 4Ə-22 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin, cavabdeh1 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında * saylı Bakı ASAN XIDMƏT mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış ##.##.2024-cü il tarixli AN-İ ******* nömrəli alqı satqı müqaviləsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına olan reyestr tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ********** saylı reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, X27 və Istismarı birliyi tərəfindən ##.##.2004 cü il tarixli ***** nömrəli müqavilə ilə X8 ayrılmış 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X27 və Istismarı birliyinin ## ###### 2004-cü il tarixli ***** nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.2009-cu il 16482 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, ##.##.2011-ci il tarixli dövlət reyestrindən verilmiş Seriya MA ******* nömrəli sahəsi X8 adına çıxarışın və ##.##.2011-ci il tarixli torpaq sahənin plan Ölçüsü sənədinin, X8 ilə cavabdeh3 arasında olan * saylı Asan Xidmət Mərkəzində notariat kontorunda ##.##.2019-cu il tarixli, əqd nömrəsi 1077 olan daşınmaz əmlakın bağışlanma müqaviləsinin, cavabdeh3 adına dövlət reyestrindən verilmiş ##.##.2019cu il tarixli çıxarışın və ##.##.2019-cu il tarixli torpaq sahəsinin planı və Ölçüsü sənədinin, X27 və Istismarı birliyi tərəfindən ## ###### 2004- cü il tarixli **** nömrəli müqavilə ilə cavabdeh4 verilmiş *** saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X27 və Istismarı birliyinin 29.10. 2004-cü il tarixli **** nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.2009-cu il 16483 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, ##.##.2019-cu il tarixli dövlət reyestrindən cavabdeh4 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, cavabdeh3 və cavabdeh4, mərhum X5 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, *** saylı, 0.14 ha torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində (istifadəsində) olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, cavabdeh3 və cavabdeh4 çıxarılması və aparılmış tikinti işlərinin cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, cavabdeh3 və cavabdeh4 hesabına sökülməsi və ərazidən daşınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi, ##.##.2025- ci il tarixli məhkəmə iclasında isə cavabdeh kimi işə cəlb edilmişdir.
25. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, *** saylı, 0.14 ha torpaq sahəsi ##.##.2006-ci il tarixdə vəfat etmiş anası X5 miras qalıb. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəsi ilə müraciəti əsasında Bakı şəhəri ** saylı notariat ofisində vərəsəlik işi açılıb və vərəsə kimi tanınıb. Cavabdeh ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsinin başqa şəxslərin istifadəsində olması, bir hissəsinin isə digər fiziki şəxslərin adına rəsmiləşdirilməsi əsas gətirilərək hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilib. Bundan sonra iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edib. Bakı Inzibati Məhkəməsinin ##.##.2024cü il tarixli qərardadı ilə iddia mümkün sayılmayıb. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə cavabdeh1 adına tərtib olunmuş 005013027059-11301, cavabdeh3 adına tərtib olunmuş 005013011189, cavabdeh4 adına tərtib olunmuş ************ reyestr nömrəli çıxarışları və onların verilməsinə əsas olmuş hüquq müəyyənedici sənədlərlə birlikdə mübahisələndirməli, daha sonra isə 0,14 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. X27 və Istismarı birliyi tərəfindən ## ### 2001-ci il tarixli ***** nömrəli müqavilə ilə 644 a saylı sahəsi 0.12 ha olan bağ sahəsi Mürşüdova (Əzimova) X3 Nardaran ərazisində ayrılıb. Torpaq sahəsinə dair ##.##.2016-cı il tarixində çıxarış verilib, sonradan Bağ sahəsində ev inşa edildiyinə görə evlə birgə ##.##.2017-ci ildə çıxarış verilib, sonradan ** saylı Notariat ofisində 0.12 ha torpaq sahəsi ##.##.2018-ci il tarixli *Ə-** saylı reyestr nömrəsi ilə cavabdeh1 bağışlanıb, hazırda onun adınadır. X27 və Istismarı birliyi tərəfindən ##.##.2004-cü il tarixli ***** nömrəli müqavilə ilə ***a saylı sahəsi 0.12 ha olan bağ sahəsi X8 ayrılıb (bu işdə ikinci müqavilədə var, X27 və Istismarı birliyinin ## ###### 2004-cü il tarixli ***** nömrəli müqavilə), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.2009-cu il 16482 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi verilib. ##.##.2011-ci il tarixli dövlət reyestrindən sahəsi 0.1101 ha torpaq sahəsinə X8 adına çıxarış alınıb. * saylı Asan Xidmət Mərkəzində notariat kontorunda ##.##.2019-cu il tarixində əqd nömrəsi 1077 olan bağışlanma müqaviləsi tərtib edilək 0.1102 ha ölçüdə olan torpaq sahəsi cavabdeh3 bağışlanıb, onun adına ##.##.2019-cu il tarixində dövlət reyestrindən çıxarış verilib, hazırda adındadır. X27 və Istismarı birliyi tərəfindən ## ###### 2004 cü il tarixli **** nömrəli müqavilə ilə *** saylı sahəsi 0.12 ha olan bağ sahəsi cavabdeh4 ayrılıb (bu işdə ikinci müqavilədə var, X27 və Istismarı birliyinin ##.##.2004-cü il tarixli **** nömrəli müqavilə), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.2009-cu il 16483 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi verilib. ##.##.2019-cu il tarixli dövlət reyestrindən çıxarış 0.113 ha torpaq sahəsinə verilib. Hazırda da cavabdeh4 adınadır. Iş Bakı Inzibati Məhkəməsinin icraatında olan vaxt məlum olub ki, onun mərhum anası X5 ayrılmış sahəsi 0.14 ha olan torpaq sahəsinin hər üç bağ sahəsinin ərazisində yerləşən buna dair cavabdeh olan * saylı Bakı Ərazi Idarəsi tərəfindən ortofoto təqdim edilib və orada da açıq aydın hansı hissələrdə üst-üstə düşmə halı qeyd edilib. Həmin sənədləri hazırda məhkəməyə təqdim etmişdir. Cavabdehlərə məxsus olan sənədlər və ona əsas olmuş sənədlər X5 məxsus olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdə etibarsız hesab edilməlidir.
26. Cavabdeh cavabdeh1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı ona və qeyrilərinə qarşı irəli sürdüyü iddia əsassızdır və rədd olunmalıdır. X27 və Istismarı Birliyinin ## ### 2001-ci il tarixli müqaviləsinə əsasən 644 a saylı sahəsi 0,12 ha olan bağ sahəsi anası X7 ayrılıb. 2001-ci ildə valideynləri həmin torpaq sahəsində ev tikdirib yaşayıblar. 2016-cı ildə anası X7 həmin torpaq sahəsini mülkiyyətində keçirib və çıxarış əldə edib. 2017-ci ildə isə həmin torpaq sahəsində tikdirdiyi evi mülkiyyətinə keçirib və çıxarış əldə edib. ## #### 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında ****** saylı müqaviləyə əsasən həmin torpaq sahəsini anası X7 ona bağışlayıb. İddiaçı onlara qarşı iddia qaldıraraq guya Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, *** saylı, 0,14 ha torpaq sahəsi vəfat etmiş anası X5 miras qalıb. Onlar 2001-ci ildən həmin bağ sahəsində yaşayırlar, X5 və iddiçıya heç bir dəfə də görməyiblər. Həmin bağ sahəsində onlarla birlikdə qonşular da yaşayır və qonşular bir-birini tanıyır, lakin bu şəxsləri tanımırlar. Iddiaçı torpaq sahəsinin harada yerləşdiyini bilmir, lakin onlara qarşı iddia irəli sürərək mülkiyyət hüquqlarını əllərindən almaq istəyir. Qeyd edilənlərə əsasən iddiasını rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Məhkəmə iclasında cavabdeh cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2005-ci ildən bağ idarəsinin müqaviləsi əsasında torpaq sahəsini özəlləşdirib, ev tikib, orada yaşayıblar. Indiyə kimi orada bağ var. Onlar orada ev tikəndə boş sahə idi.
28. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, dövlət rüsumunun iddiaçı İddiaçı Ağa Bala qızına aid edilməsi qət edilmişdir (hakim Q.Əliyeva).
29. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi “X27 və Istismarı birliyi tərəfindən X13 ## ### 2001 ci il tarixli ***** nömrəli müqavilə ilə 644 a saylı, sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqaviləsinin, X7 illə cavabdeh1 arasında olan ##.##.2018-ci il tarixli Bakı şəhəri ** saylı notariat ofisində 4Ə-22 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin, cavabdeh1 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında * saylı Bakı ASAN XIDMƏT mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış ##.##.2024-cü il tarixli AN-İ ******* nömrəli alqı satqı müqaviləsinin və X27 və Istismarı birliyi tərəfindən ##.##.2004 cü il tarixli ***** nömrəli müqavilə ilə X8 ayrılmış 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X27 və Istismarı birliyinin ## ###### 2004-cü il tarixli ***** nömrəli müqavilənin, ##.##.2011-ci il tarixli torpaq sahənin plan ölçüsü sənədinin, X8 ilə cavabdeh3 arasında olan * saylı Asan Xidmət Mərkəzində notariat kontorunda ##.##.2019-cu il tarixli, əqd nömrəsi 1077 olan daşınmaz əmlakın bağışlanma müqaviləsinin, X27 və Istismarı birliyi tərəfindən ## ###### 2004-cü il tarixli **** nömrəli müqavilə ilə cavabdeh4 verilmiş *** saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin” etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Cavabdehlər, hazırkı mülkiyyətçilər X6, cavabdeh4 və cavabdeh3 mübahisəli bağ sahələrinin vicdanlı alıcısı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
30. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlərə məxsus çıxarışların və s. sənədlərin etibarsız sayılmasını xahiş etsə də, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
31. Məhkəmə iddia tələbinin “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, cavabdeh3 və cavabdeh4, mərhum X5 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, *** saylı, 0.14 ha torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində (istifadəsində) olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, cavabdeh3 və cavabdeh4 çıxarılması və aparılmış tikinti işlərinin cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, cavabdeh3 və cavabdeh4 hesabına sökülməsi və ərazidən daşınması” hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırda cavabdehlərə məxsus bağ sahələri ilə iddiaçıya anasından qalmış bağ sahəsini üst-üstə düşüb-düşməməsi məlum deyil. Iddiaçı bununla bağlı məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə onun vəsatəti təmin edilməmişdir.
32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 140, 148, 149, 152, 324, 329, 331, 337, 354-cü, Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Torpaq sahəsi ilkin olaraq mərhum, Böyük Vətən müharibəsi iştirakçısı olmuş atası Useynov Ağa-bala Əli-Hüseyn oğluna 1965-ci ildə müqavilə ilə torpaq sahəsi ayrılmışdır. Atası vəfat edəndən sonra X5 1987-ci il tarixində verilmişdir. (bu barədə cavabdeh təşkilatda müqavilələr vardır, birinci instansiya məhkəməsinə təqdim edilmişdir) 1941 - 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (## ### 1995 ci il tarixli *** nömrəli) bu fərmanın anlayışı ondan ibarətdir ki, vəfat etmiş Böyük Vətən müharibəsi iştirakçısının dul arvadları sosial müdafiəsi yaxşılaşdırılmalı və onlara imtiyazlar şamil edilməlidir. Bundan başqada fərman və sərəncamlar kifayət qədər vardır. Belə nəticəyə gəlir ki, atası müharibə iştirakçısı veteranı olduğundan onun həyat yoldaşı dul arvadı bütün imtiyazlara malik şəxs olmuş və ona da torpaq sahəsi əvəzsiz və müddətsiz verilmişdir. Müddət axını davam edir, bağ müqaviləsinin müddəti bitməmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2007- ci il tarixli sərəncamı ilə Bakı şəhəri Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və həmin torpaq sahələri vətəndaşlara əvəzsiz müddətsiz verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. (qanundan çıxarış əlavə edilib). Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu ilə müvafiq məsələlər tənzimlənir (qanundan çıxarış əlavə edilir). 11-ci maddədə qeyd edilir ki, mənzil-məişət şəraitinin yaxşılaşdırılması. Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir. 1969-cu il tarixli akt da vardır, belə ki həmin akt sübut edir ki, bağ sahəsinin hasarı olmuş və orada ağaclar vardır. Bu qədər sübutlar birinci instansiya məhkəməsi üçün kifayət etməmişdir. Bu qədər qanunvericilik bazası təqdim edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi ancaq Useynova Əminə ilə bağlanmış müqavilənin müddətinin bitməsini əsas gətirərək iddianı təmin etməmişdir. SSRI X26 # #### 1989-cu Qərarında qeyd edilir ki, mərhumun dul arvadlarını, valideynlərini və əlilləri müavinət baxımından Böyük Vətən müharibəsi veteranlarına bərabərləşdirmək. Bu, dul qadınların vəfat etmiş X16 veteranlarının müavinət və müavinətlər baxımından qanuni varisləri kimi tanınması deməkdir. 2001-сı il yanvarın 1-dən etibarən “Torpaq islahatı haqqında” Qanunun 19.25-cı maddəsinə müvafiq olaraq, alqı-satqı yolu ilə bağ torpaq sahələrinin ayrılması üzrə səlahiyyət bələdiyyələrə təqdim olunub. Vicdanlı şəxslər hissəsində qeyd edir ki, cavabdehlər cavabdeh3 və cavabdeh4 münasibətdə bu şəxslər vicdanlı alıcı olmamışlar, birbaşa olaraq əvvəlki dövrdə Bağlar idarəsi müqaviləni həmin şəxslərlə bağlamışdır, buna görə də MM 149.2-ci maddəsi düzgün tətbiq edilməmişdir.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilməklə, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmiş, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları iddiaçı İddiaçı aid edilmiş, vəkil vəkil1 tərəfindən iddiaçı İddiaçı göstərilmiş hüquqi yardıma görə 220 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun hesabına köçürülməsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi qət edilmişdir (hakimlər - A.Imanov (məruzəçi), M.Məmmədov və F.Talışinski).
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı qeyd edilən müqavilələrin etibarsızlığını mübahisələndirsə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, əmlakı vicdanlı əldə edən, hazırkı mülkiyyətçilər X6, cavabdeh4 və cavabdeh3 hüquqları pozulmamalıdır. Hazırkı mülkiyyətçilər X6, cavabdeh4 və cavabdeh3 mübahisəli bağ sahələrinin vicdanlı alıcısı olduğunu nəzərə alaraq, apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı 0.14 hektar bağ sahəsi keçmiş X33 və Istismarı Birliyi ilə bağlanmış ## ##### 1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında ***** nömrəli müqavilə əsasında iddiaçının anası X5 icarəyə verilmişdir. Bağ sahəsi Əminə Useynovaya ##.##.1987-ci ildən ##.##.1997-ci ilədək icarəyə verilmişdir. Həmin müddət bitdikdən sonra icarə müqaviləsinin müddəti uzadılmamış, torpaq sahəsi həmin müddətdən sonra iddiaçının və ya onun anasının istifadəsində və sahibliyində olmamış, buna dair məhkəməyə sübutlar təqdim edilməmişdir.
38. Məhkəmə kollegiyası yekunda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 324, 329, 331, 337, 354, 372-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti apelyasiya şikayəti ilə yeni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutları düzgün qiymətləndirilməmişdir. Işdə kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq apellyasiya məhkəməsi qərəzli olaraq iddianı təmin etməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
43. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
44. Maddə 29. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
45. Maddə 29. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
47. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
48. Maddə 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
50. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
51. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
52. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
53. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
54. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
56. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
57. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
58. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
59. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
60. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
61. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
62. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
71. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
73. Iddiaçı tərəfin kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, habelə apellyasiya şikayətində və məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
74. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara (hərracın nəticələrinə dair protokol, alğı-satqı müqaviləsi, reyestrdən çıxarış və s.) düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
75. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.