Məhkəmə qərarları › İş №2(1-8)-674/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-674/2026

07.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-674/2026 07.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı və digər iddiaçıların iddia tələbləri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi ilə bağlı mübahisə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə qarşı etiraz, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), X3 və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2008-ci il tarixli müqaviləyə və xxxxna (kassa mədaxil orderinə) əsasən Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılmışdır.

2. ##.##.2009-cu il tarixli müqaviləyə və xxxxna əsasən Cavabdeh MMC ünvan 2 ünvanında inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. İddiaçı həmin sahəyə dair Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ##.##.2014-cü il tarixli çıxarış verilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən həmin qeyri-yaşayış sahəsi üzərində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs sahiblik və istifadə hüquqlarının tanınması və onun istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsinin icrası qaydasında Bakı şəhəri Xətai Rayon Icra və Probasiya Şöbəsi tərəfindən qeyri-yaşayış sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verilmişdir.

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin qeyriyaşayış sahəsini X4 və sonuncu ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli müqavilə bağlanmışdır. X1 bu qeyri-yaşayış sahəsinə dair ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır.

6. ##.##.2024-cü il tarixli notarial qaydada bağlanmış müqaviləyə əsasən X4 həmin daşınmaz əmlakı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlanmışdır. Sözügedən daşınmaz əmlaka dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, Çıxarış verilmişdir.

7. Qeyri-yaşayış sahəsi hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 sahiblik və istifadəsindədir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci mülki iş üzrə a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 4 10 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə * saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı qeyri-yaşayış sahəsini cavabdehə təhvil verir, 2.3-cü bəndinə əsasən, iddiaçı ümumi məbləğin 708.000 manatını cavabdehə əvvəlcədən ödəyir. Müqavilə üzrə verilmiş ## ###### 2009-cu il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, pay ödənişi olaraq 708.000 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Bina tikildikdən sonra iddiaçı tərəfindən müvafiq sənədlər Dövlət orqanına təqdim olunmuş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış əsasında 167.8 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrinin *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır. Mübahisəli qeyriyaşayış sahəsi iddiaçı tərəfindən tam şəkildə təmir olunaraq müvafiq mebel avadanlıqları ilə təmin olunmuşdur. Iddiaçı 2014-cü ildən ölkə xaricində yaşadığından əmlakına nəzarət etməmiş və bundan istifadə edən cavabdeh qeyri-yaşayış sahəsinə sahiblənmişdir. 2019-2020-ci illər ərzində mülkiyyətçinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi dəfələrlə qeyri-yaşayış sahəsinə daxil olmaq istəsə də, MTK-nın əməkdaşları (mühafizəçi, komendant, qanuni təmsilçinin nümayəndəsi və sair) tərəfindən buna imkan verilməmiş, hətta polis orqanlarına edilən müraciətlər nəticəsiz qalmışdır.

10. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Pərviz Zamanlı).

Ikinci mülki iş üzrə: a) Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ev 4 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyri-yaşayış sahəsinə dair “xxxx” MMC və İddiaçı arasında bağlandığı bildirilən ## ###### 2009-cu il tarixli müqavilə və İddiaçı adına verilmiş xxxxnın etibarsız hesab edilməsi, ## ###### 2009-cu il tarixli müqavilədən doğan hüquqi nəticələrin, o cümlədən ünvan 6 ev 4 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş ##.##.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri vəzifəsində işləyən Eldar Mahmudov Cavabdeh MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 3 10 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyriyaşayış sahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. MMC-nin rəhbərliyi binanın tikintisinin külli miqdarda maliyyə vəsaitinə başa gələcəyini, tələb edilən ölçüdə qeyriyaşayış sahəsinin böyük bir sahə olduğunu, bu səbəbdən həmin əmlakın dəyərinin də çox böyük məbləğdə pul vəsaiti tələb etdiyini, qeyri-yaşayış sahəsinin əvəzsiz verilməsinin mümkün olmadığını E.Mahmudovun göndərdiyi adamlara bildirmişdir.Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan E.Mahmudovun göstərişi ilə MMC-yə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MMC-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəftar ediləcəkdir”. E.Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə davam gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirilmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “xxxx” hazırlayaraq əks tərəfə təqdim etmişdir. İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlandığı iddia edilən ## ###### 2009-cu il tarixli müqavilə etibarsız əqddir və Cavabdeh MMC üçün heç bir hüquqi nəticə doğurmamalıdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş * №-li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). Həmin qeyri-yaşayış sahəsi 5 ayrı-ayrı sahələrə bölünərək, ayrıayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə iş üzrə iddiaçı İddiaçı yoxdur. Ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2008-ci il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Həmçinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs dəyərini ödəyərək əldə etdiyi 174 kv.m qeyri-yaşayış sahəsi iddiaçı İddiaçı, ümumiyyətlə, təhvil verilməmiş, həmin əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Qeyri-yaşayış sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs faktiki istifadə və sahibliyində olmuşdur. Qeyri-yaşayış sahəsi İddiaçı, ümumiyyətlə, təhvil verilməmiş, bu əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Sözügedən qeyri-yaşayış sahəsi 174 kv.m olmaqla ## ###### 2008-ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs faktiki istifadə və sahibliyində olmuşdur. Həmin əmlakla bağlı hüquqlarının İddiaçı ötürülməsi və ya müqavilə bağlanmasına Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs razılıq verməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında ## ###### 2009-cu il tarixdə bağlandığı iddia etdiyi müqavilə etibarsız əqddir.

13. Cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın faktiki əsası kimi istinad olunan müqavilə ##.##.2009-cu il tarixdə bağlanmış, hazırkı tələb isə 19 il sonra qaldırılmışdır. Həmçinin, iddia olunan qeyri-yaşayış sahəsi 2021-ci ilin ortalarından etibarən tərəflər arasında mübahisə predmeti olmuş, qeyd olunan tarixdən hazırkı iddianın verildiyi tarixədək 2 ildən çox vaxt keçmiş, yəni iddiaçı müqavilələri qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə mübahisələndirmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs bildirmişdir ki, obyektin özünə qaytarılmasını istəyir. Əqdin etibarsız olmasına razıdır.

15. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Orxan Məmmədli)

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olmuşdur.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs da apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinin ləğv, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh MMC həmçinin Yasamal Rayon Məhkəməsinin *(***)****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən də apellyasiya şikayəti verərək onun ləğv, iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair *(***)****/**** saylı mülki iş iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” tələbinə dair 2(103) ****/**** saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

21. Işə apellyasiya qaydasında baxılarkən, mübahisəli sahənin də yerləşdiyi binaların hazırkı idarəedicisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə birinci iş üzrə: cavabdeh Cavabdeh MMC və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 3 10 ünvanında, 1ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə * saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması, İddiaçı ünvan 3 10 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.mdən ibarət (müqavilə üzrə * saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyriyaşayış sahəsinə buraxılması, ikinci iş üzrə: iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin *(***)****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakimlər Ikram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov).

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

23. Cavabdeh MMC və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayəti vermişlər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadına əsasən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 da kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv, birinci iş üzrə iddia tələbinin rədd, ikinci iş üzrə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi *(***)-****/**** nömrəli, ##.##.2024 cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakı ilə baxılması üçün yeni apellyasiya baxışına göndərilmişdir.

d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Təkrar baxış zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 birinci iş üzrə cavabdeh Cavabdeh MMC-nin prosessual hüquq varisi olaraq əvəz edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

28. Bundan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təkrar apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.

29. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülki prosessual qanunvericiliyə uyğun olaraq mübahisə predmeti olan əmlakla bağlı mülkiyyət hüquqlarının qorunmasına dair prosessual hüquqlardan istifadə imkanı indiki mərhələdə yaranmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən qeyri-yaşayış sahəsi 3 tərəfli ##.##.2020-ci il tarixli müqavilə əsasında X4. Buna müvafiq olaraq X4 qeyri-yaşayış sahəsi üzrə tam payçı hüququnu qazanmış, müvafiq olaraq ##.##.2020-ci il tarixli müqavilə, xxxx, plan-çizgi əldə etmişdir. Bu sənədlər əsasında qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, qeydə alınma zamanı Bəhmən Əliyevin razılığı əsasında əmlakın ölçüsü (təmir və divaraltı nəzərə alınmaqla) 174 kv.m azaldılaraq faktiki 151,2 kv.m qeydə alınmışdır. Qeyri-yaşayış sahəsinə dair X5 mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Bundan sonra həmin əmlak X5 tərəfindən ##.##.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlanmışdır. Qeyd edilən əsasla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyət hüquqları ##.##.2024cü il tarixdə DƏDRX qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi üzrə subyektiv iddia hüququna malik mülkiyyətçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1dır.

30. Daha sonra İddiaçı elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, “xxxx” MMC-nin qeydiyyata alınmamış direktoru Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və Bəhman Əliyev arasında bağlanmış ##.##.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini; X4 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2022 tarixdə verilmiş 010011004244-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvini; Bəhman Əliyev və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ##.##.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2024 tarixdə verilmiş 010011004244-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi barədə qətnamənin qəbul edilməsi, mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı məxsus ünvan 1 10 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə * saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması haqqında qətnamənin qəbul edilməsini; yol verilmiş saxtakarlıqlar və əmlakın qanunsuz özgəninkiləşdirilməsinin aydınlaşdırılması, habelə təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi ##.##.2025-ci il və ##.##.2025-ci tarixli qərardadlarla Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən müstəqil tələb irəli sürən şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddia ərizəsini və birinci iş üzrə iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsini icraata qəbul etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə cavabdeh Cavabdeh MMC və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “mübahisəli əmlaka dair ##.##.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, X4 adına verilmiş çıxarışın ləğvi, Bəhman Əliyev və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ##.##.2024cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun adına verilmiş ##.##.2024 tarixli dövlət reyestrindən çıxarışın ləğvi, mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı məxsus həmin qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması” tələbinə dair iddiasının təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilərək, İddiaçı adına ünvan 6 qapı 10 ünvanında 167,8 kv.metr sahəsi olan qeyri- yaşayış sahəsinə dair dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində aparılmış ********** nömrəli, ##.##.2014-cü il tarixli qeydiyyat (reyestr nömrəsi 010011003721-05301-083001) və İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif Isgəndərov, Səadət Səlimova).

e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

33. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və birinci iş üzrə iddiaçı İddiaçı iddiasına münasibətdə “xxxx” MMC-nin qeydiyyata alınmamış direktoru Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və Bəhman Əliyev arasında bağlanmış ##.##.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi; X4 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş 010011004244-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi, Bəhman Əliyev və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ##.##.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş 010011004244-05301-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi, mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı məxsus ünvan 1 10 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə * saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması haqqında iddia tələbinin tam təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. (hakimlər Abbasov Aqil (məruzəçi), Nurməmmədov Əhməd və Həsənov Rəşad.)

35. Kassasiya instansiyası məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə doğru deyil, çünki iddia tələbləri üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normalarından görünür ki, münasibətlər podrat müqaviləsi müstəvisində qiymətləndirilmiş, ## ###### 2008-ci il tarixli podrat müqaviləsi üzrə mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin ilkin olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verilməsi, sonuncunun qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqlarını əvəzli qaydada ##.##.2020-ci il tarixdə X4 ötürməsi, qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququnun ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daha sonra Bəhmən Əliyevin həmin əmlakı ##.##.2024-cü il tarixli müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlaması və sonuncunun mülkiyyət hüquqlarının ##.##.2024-cü il tarix də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad edilmişdir.

36. Bildirmişdir ki, məhkəmə kollegiyası Cavabdeh MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında ## ###### 2008-ci il tarixli, İddiaçı arasında bağlanmış ## ###### 2009-cu il tarilxi müqavilələr üzrə münasibətlərin mahiyyətcə podrat münasibətləri olması barədə apellyasiya instansiyası məhkəməsini mövqeyi ilə razılaşır.

37. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin ilkin olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verilməklə, sonuncuya münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiq edilməli olması barədə gəldiyi nəticəni həmin normanın dispozitiv şərtlərinə uyğun qiymətləndirməmiş və həmin normanın tələblərinə cavab verən sübutlarla əsaslandırmamışdır.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ##.##.2008-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənilmiş qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə etmək hüququnun əmələ gəlməsini qeyd etsə də, bunu hansı sübutla müəyyən etdiyini qətnamədə göstərməmiş, qeyri-yaşayış sahəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verilib-verilməməsi, nə vaxt təhvil verilməsini, ümumiyyətlə, müəyyən etməmişdir.

39. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı birinci iş üzrə Cavabdeh MMC-yə qarşı iddia qaldırmamışdan bir neçə il öncə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin MMC-ya qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsindən (mağazadan) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmiş, həmin qətnamənin icrası zamanı icra məmuru tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının Azərbaycan Respublikası DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi tərəfindən möhürləndiyi aşkar olunmuşdur.

40. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xeyrinə olan qətnamənin icrası zamanı qeyri-yaşayış sahəsinin giriş qapısının Azərbaycan Respublikası DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi tərəfindən möhürlənmiş vəziyyətdə olduğu halda, həmin qeyri-yaşayış sahəsinin nə vaxt, necə və hansı şəraitdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verilməsi sual yaratsa da, buna aydınlıq gətirilməmişdir. Eləcə də, həmin qətnamənin sonradan da icra edilib-edilməməsi işdən görünmür.

41. Eyni zamanda iddiaçı (cavabdeh) İddiaçı da qeyri-yaşayış sahəsinin ilk olaraq ona təhvil verilməsini, oranı təmir etdirməsini, mebellə təchiz etməsini göstərmiş, üstəlik, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xeyrinə çıxmış qətnamə icra edilərkən çəkilən videomaterialdan obyektin 2 faktiki olaraq təmirli və mebel ilə təchiz edilmiş vəziyyətdə olmasının görünməsini bildirmişdir.

42. Buna görə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi üçün ilk növbədə mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təhvil verilməsi halı mötəbər sübutlarla müəyyən edilməli idi.

43. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qeyriyaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqlarını əvəzli qaydada ##.##.2020-ci il tarixli müqavilə ilə X4 ötürməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyilə bağlı qeyd edilməlidir ki, işin müəyyən edilmiş halına görə İddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları ## ######## 2014-cü il tarixdə qeydə alınıb. Belə olan halda, yəni qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququ ## ######## 2014-cü il tarixdən mövcud olduğu halda, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin sahə ilə bağlı hüquqlarını 6 ildən sonra–##.##.2020-ci il tarixli müqavilə ilə əvəzli qaydada X4 ötürməsi Mülki Məcəllənin 358-ci maddəsi üzrə qiymətləndirmə tələb edirdi.

44. Mülki Məcəllənin qeyd edilən 358.1 və 358.2-ci maddələrinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

45. Göründüyü kimi, qanunvericilik səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam əqdinin etibarlılığını iki halla şərtləndirib, ya səlahiyyətli şəxs bu əqdə qabaqcadan razılıq verməli, ya da əqdi sonradan bəyənməlidir. Bu hallardan hər hansı birinin olmaması qanunverciliyə görə səlahiyyətsiz şəxsin bağladığı əqdin etibarlılıq şərtinə cavab verməyən əqd kimi qəbul edilməlidir.

46. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin halı Mülki Məcəllənin qeyd edilən 358.1 və 358.2-ci maddələrinin kontekstində qiymətləndirməmişdir.

47. Qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququnun ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisədə adı keçən qeyri yaşayış sahələrinin eyni olması işin mübahisəsiz halı kimi müəyyən edilib və həmin sahəyə İddiaçı mülkiyyət hüquqları daha əvvəl– ## ######## 2014-cü il tarixdə qeydə alınıb. Bu baxımdan, eyni sahəyə müxtəlif vaxtlarda (8 il fərq ilə) ilkin olaraq həm İddiaçı, sonradan isə həm də B.Əliyevin mülkiyyət hüquqlarının necə qeydə alınması məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən diqqətə alınmayıb, nəticədə bu ziddiyyətli hal açıq qalıb.

48. Həmçinin işdən görünür ki, birinci iş üzrə İddiaçı mübahisədə adı keçən qeyriyaşayış sahəsindən istifadəyə cavabdeh “xxxx” MMC tərəfindən yaradılan maneələrə son qoyulması, ikinci iş üzrə “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı həmin qeyri-yaşayış sahəsinə dair müqavilənin və çıxarışın mübahisələndirilməsi barədə iddialara baxılarkən, “xxxx” MMC qeyri-yaşayış sahəsinin ##.##.2020-ci il tarixli müqavilə əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 ötürülməsi, sonuncunun həmin yerə mülkiyyət sənədi alması barədə hər hansı dəlil bildirməmişdir. Baxmayaraq ki, birinci iddia məhkəməyə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsla B.Əliyev arasında müqavilə bağlanandan sonra, ##.##.2022-ci il tarixdə, ikinci iddia isə hətta B.Əliyev həmin yerə mülkiyyət sənədi aldıqdan sonra, ##.##.2023cü ildə verilib.

49. Birinci iş üzrə iddiaçı İddiaçı da təkrar apellyasiya baxışında qeyri-yaşayış sahəsinin ilkin olaraq ona məxsus olmasına dair öz dəlillərinin təsdiqi kimi bu hallara istinad etmişdir.

50. Buna görə də tərəflərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli məsələlər olmasına, həm də istinad etdikləri qanunvericilik normalarının necə tətbiq edilməli olması ilə bağlı izah verilməsinə zərurət olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi İddiaçı dəlillərinə heç bir hüquqi qiymət verməmişdir.

51. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 193.1, 324.1, 324.2, 324.4, 337.1, 337.4, 452.1, 752.1ci maddələri ilə əsaslandırmışdır.

ç) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

52. Birinci iş üzrə cavabdeh Cavabdeh MMC və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda təkrar apellyasiya şikayətləri vermişlər.

53. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azad Imanov (sədrlik edən), Məmməd Məmmədov və Fuad Talişinski) 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə birinci iş üzrə cavabdeh Cavabdeh MMC və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, “xxxx” MMC-nin direktoru Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və Bəhman Əliyev arasında bağlanmış ##.##.2020-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, X4 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2022 tarixdə verilmiş 010011004244-05301- ****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilmiş, mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı məxsus ünvan 1 10 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə * saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və iddiaçı İddiaçı qeyriyaşayış sahəsinə buraxılması qət edilmiş, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

54. Apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, Cavabdeh MMC-nin apellyasiya şikayətinin əsas dəlili qeyri-yaşayış sahəsinə dair müqavilənin məhz İddiaçı həmin vaxt nazir vəzifəsində işləyən atasının hədə və qorxusu ilə bağlanması, həmin müqaviləyə görə MMC-yə hər hansı ödənişin edilmədiyi, əslində həmin sahənin cavabdehdən əvvəl Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılması, həmin mübahisəli qeyri-yaşayış sahəsinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs sahiblik və istifadəsinin tanınması barədə məhkəmə qətnaməsinin olması, məhkəmənin MM-in 354-cü maddəsini yanlış təfsir etməsi ilə bağlıdır. Məhkəmə apellyasiya şikayətinin həmin dəlilləri əsassız hesab etmişdir. Belə ki, ## ###### 2009-cu il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin direktoru X2 tərəfindən ünvan 2 ünvanında inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 m2-dən ibarət olan qeyriyaşayış sahəsi İddiaçı təhvil verilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsinin təmir olunması işin mübahisələndirilməyən halıdır. İddiaçı mübahisə mövzusu olan qeyriyaşayış sahəsində faktiki sahiblənən alıcı olduğundan, obyekt (əşya) artıq ona faktiki olaraq verildiyindən, bir müddət əsaslı təmir işləri aparılmaqla tikinti-quraşdırma işlərinin aparılması müşayiət edildiyindən və keçən 14 illik müddət ərzində ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən, habelə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alındığından digər kreditorun həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin tarix etibarı ilə daha əvvəl (##.##.2008-ci il) bağlanmış olması da, sonrakı müqavilələrin etibarlığına bu və ya digər formada təsir etmir. Qanunvericilikdə fərdi-müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, əksinə, MM-in məhz 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu göstərir. Göründüyü kimi, İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona ##.##.2014-cü il tarixdə çıxarış verilmişdir. Iddiaçıya verilmiş çıxarış indiyədək nə Cavabdeh MMC, nə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir və həmin çıxarış qüvvədədir.

55. Iddiaçı MMC MTN rəhbərliyinin göstərdiyi davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalaraq qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə istinad etsə də, buna dair MPM-in 77.1-ci maddəsinə əsasən, sübut təqdim etməmişdir.

56. Bundan başqa, kollegiya qeyd edir ki, həmin qeyri-yaşayış sahəsinin MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi üçün məcburiyyətdən İddiaçı adına rəsmiləşdirdiyini iddia edən iddiaçı, 2009-cu ildə bağlanmış həmin müqavilənin etibarsızlığı ilə bağlı 2023-cü ildə, həm də İddiaçı öz mülkiyyət hüququnun müdafiəsinə dair MMC-yə qarşı tələb irəli sürdükdən sonra bu iddianı qaldırmışdır. Halbuki MTN 2015ci ildə ləğv edilmişdir.

57. Iddiaçı həmin müqavilənin MTN rəhbərliyinin təzyiqi nəticəsində bağlanmasına istinad edir, belə olan halda MMC qurumun ləğv edildiyi 2015-ci ildən (əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində) bir il ərzində əqdi mübahisələndirə bilərdi, lakin iddiaçı MMC həmin vaxt iddia qaldırmamış, yalnız ##.##.2023-cü ildə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Iş üzrə birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin keçməsinə görə hüququn xitamına səbəb olması barədə qənaəti əsaslıdır.

58. Qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olduğundan onun iddiası MM-in 152.1 və 157.4-cü maddələrinə əsasən əsaslı olmuşdur.

59. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin MMCya qarşı iddia ilə məhkəməyə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsindən (mağazadan) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən istifadə olunması və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması xahiş etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, bu halı özü təsdiq edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh MMC ilə ##.##.2008-ci il tarixli müqavilə bağlamış olsa da 9 ilə yaxın keçən müddət ərzində ona mübahisəli qeyri-yaşayış sahəsi təhvil verilməmişdir. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında aparılmış araşdırmanın nəticəsinə əsaslanaraq hesab edir ki, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən qənaətinə görə İddiaçı ilə bağlanmış ## ###### 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən ##.##.2008-ci il tarixli müqaviləyə əsaslanaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqları əvəzli qaydada ##.##.2020-ci il tarixdə X4 ötürülməsi, qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daha sonra Bəhmən Əliyev həmin əmlakı ##.##.2024-cü il tarixli müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlamış və sonuncunun mülkiyyət hüquqları ##.##.2024-cü il tarix də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona çıxarış verilməsi mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.

60. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddia tələbi üzrə qeyd edilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsindən (mağazadan) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən istifadə olunması və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılmasını xahiş etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, bu halı özü təsdiq edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh MMC ilə ##.##.2008-ci il tarixli müqavilə bağlamış olsa da 9 ilə yaxın keçən müddət ərzində ona mübahisəli qeyri-yaşayış sahəsi təhvil verilməmişdir. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında aparılmış araşdırmanın nəticəsinə əsaslanaraq hesab etmişdir ki, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən qənaətinə görə İddiaçı ilə bağlanmış ## ###### 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən ##.##.2008-ci il tarixli müqaviləyə əsaslanaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqları əvəzli qaydada ##.##.2020-ci il tarixdə X4 ötürülməsi, qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququnun ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daha sonra Bəhmən Əliyevin həmin əmlakı ##.##.2024-cü il tarixli müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlaması və sonuncunun mülkiyyət hüquqlarının ##.##.2024-cü il tarix də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona çıxarış verilməsi mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddiası əsassız olduğundan təmin edilə bilməz.

61. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## ###### 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 157.4, 347.1, 354, 354.2, 375.2, 405, 452.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2020-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

62. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

63. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli daşınmaz əmlak üzrə İddiaçı çıxarışın verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, ##.##.2013-cü il tarixindən sonra inşa edilən tikililər üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tikintiyə icazə, layihə sənədləri və tikilinin istismarına icazə sənədi tələb olunur. Iş materiallarına əsasən, mübahisə predmetinə aid binaya istismar icazəsi yalnız ##.##.2020-ci il tarixində verilmişdir. Buna baxmayaraq, həmin obyekt üzrə ##.##.2014cü il tarixində çıxarış rəsmiləşdirilmişdir. Bu isə çıxarış verilərkən qanunla tələb olunan zəruri sənədlərin, xüsusilə istismara icazənin mövcud olmadığını göstərir. Beləliklə, mübahisəli çıxarış qanunsuz verilmişdir və hüquqi qüvvəsi olmadığından ləğv edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış əqdlər etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, heç bir hüquqi nəticə doğurmur və bağlandığı andan etibarsız sayılır. Iş materialları ilə müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinin ilkin hüquqi əsası ##.##.2008-ci il tarixli müqavilə olmuş və bu müqaviləyə əsasən əmlak Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılmışdır. Müqavilə, kassa mədaxil orderi, xxxx və digər sənədlər mülki iş materiallarına əlavə edilmişdir. Həmin andan etibarən əmlak üzərində sərəncam vermə hüququ da daxil olmaqla bütün hüquqlar ilkin alıcıya məxsus olmuşdur. Buna baxmayaraq, ##.##.2009cu il tarixində Cavabdeh MMC tərəfindən İddiaçıla bağlanmış müqavilə ilkin alıcının xəbəri və razılığı olmadan həyata keçirilmişdir. Bu isə onu göstərir ki, Cavabdeh MMC öz mülkiyyətində olmayan əmlak üzərində sərəncam vermişdir. Belə olan halda, qeyd olunan müqavilə qanunun tələblərinə zidd olaraq bağlandığından etibarsız hesab edilməlidir və onun əsasında yaranmış hüquqi nəticələr ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Iş materialları ilə müəyyən olunur ki, mübahisə edilən daşınmaz əmlakın qanuni mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin əmlakı X4, sonuncu isə ##.##.2024-cü il tarixində həmin əmlakı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlama müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Bağışlama müqaviləsi notariat qaydasında təsdiq edilmiş, bundan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2024-cü il tarixində daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq çıxarış əldə etmişdir. Beləliklə, mübahisəli əmlak üzərində mülkiyyət hüququ qanuni əsaslarla əldə edilmiş və dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq, həmin hüququn həyata keçirilməsinə maneələr yaradılması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnamə qəbul edərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara obyektiv, hərtərəfli və tam hüquqi qiymət verməmiş, ##.##.2008-ci il tarixli ilkin alqı-satqı müqaviləsi, maliyyə sənədləri, plan-cizgi materialları, eləcə də binaya istismara icazənin yalnız ##.##.2020-ci ildə verildiyini təsdiq edən rəsmi məlumatları nəzərə almamış, hətta özünün sorğularına verilmiş cavablara belə məhəl qoymamışdır; bunun əvəzində qanunsuz verilmiş çıxarışa və ondan irəli gələn əqdlərə üstünlük verməklə sübutlara qabaqcadan müəyyən edilmiş qüvvə vermişdir ki, bu da həmin maddənin kobud pozuntusudur. Eyni zamanda, Məcəllənin 217-ci maddəsinin tələblərinə zidd olaraq qətnamə nə maddi, nə də prosessual hüquq normalarına uyğun əsaslandırılmış, nə də işin faktiki hallarına adekvat qiymət verilmişdir. Göstərilən pozuntular Mülki- Prosessual Məcəllənin 418.1 və 418.2-ci maddələrinə uyğun olaraq maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməli və Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsinin ləğv edilməsi üçün əsas hesab olunmalıdır.

64. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

65. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.10 və 8.0.10.1-ci maddələrinə əsasən, tikintisinə icazə tələb olunan obyektlər üzrə mülkiyyət hüququnun qeydiyyatı üçün torpaq üzərində hüquqları təsdiq edən sənədlər, tikintiyə icazə, layihə sənədləri və istismara icazə mütləqdir. Lakin mübahisəli binaya istismara icazə yalnız ##.##.2020-ci ildə verildiyi halda, ##.##.2014-cü ildə İddiaçı adına çıxarışın verilməsi qanunun açıq şəkildə pozulmasıdır. Bu fakt göstərir ki, həmin çıxarış lazımi hüquqi əsaslar olmadan verilmiş və buna görə də etibarsız hesab edilərək ləğv olunmalıdır. Kassator həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 337.1 və 337.4-cü maddələrinə əsasən, qanunvericiliyin tələblərini pozmaqla bağlanmış əqdlər etibarsızdır və hüquqi nəticə doğurmur. Mübahisəli əmlak ilkin olaraq ##.##.2008-ci il tarixli müqavilə ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satılmış və mülkiyyət hüququ ona keçmişdir. Buna baxmayaraq, Cavabdeh MMC həmin əmlakı ##.##.2009-cu ildə İddiaçı satmışdır ki, bu da MMC-nin artıq öz mülkiyyətində olmayan əmlak üzərində sərəncam verməsi deməkdir. Ilkin alıcının razılığı olmadan bağlanmış bu müqavilə hüquqi qüvvəyə malik deyil və etibarsız sayılmalıdır. Mülki Məcəllənin 337.1 və 337.4-cü maddələrinə əsasən, qanunvericiliyin tələblərini pozmaqla bağlanmış əqdlər etibarsızdır və hüquqi nəticə doğurmur. Faktiki vəziyyət göstərir ki, iddiaçı İddiaçı iddia etdiyi sahə ümumiyyətlə mövcud deyil və həmin mərtəbədəki qeyri-yaşayış sahələri artıq digər şəxslər arasında bölüşdürülmüşdür. Mahmudov nə həmin sahəyə sahib olmuş, nə də ondan istifadə etmişdir. Həmçinin göstərilir ki, Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qanuni əsaslarla əldə etdiyi və dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ əvvəl verilmiş qanunsuz çıxarış səbəbilə məhdudlaşdırılır. Bu müdaxilə nə qanuni, nə də proporsionaldır və onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Mülki-Prosessual Məcəllənin 217, 418 və 88ci maddələrinə əsasən məhkəmə qərarı qanuni, əsaslı və sübutların obyektiv qiymətləndirilməsinə əsaslanmalıdır. Lakin Bakı Apellyasiya Məhkəməsi iş üzrə mühüm sübutlara, o cümlədən ilkin müqavilələrə, maliyyə sənədlərinə və istismara icazənin tarixini təsdiq edən rəsmi çıxarışlara hüquqi qiymət verməmişdir. Eyni zamanda, Ali Məhkəmənin göstərişləri və işin faktiki halları araşdırılmadan qərar qəbul edilmiş, nəticədə ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Bu səbəbdən ##.##.2025-ci il tarixli qətnamənin ləğvi üçün hüquqi əsaslar mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

66. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

67. Maddə 178.8. (##.##.2017-ci il tarixdə edilmiş dəyişikliyədək) Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

68. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

69. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

70. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

71. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

72. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.

Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdeh Cavabdeh MMC və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən mübahisələndirilən hissələrdə (Cavabdeh MMC-nin iddia tələbinin rədd edildiyi hissədə qətnamə mübahisələndirilməmişdir) yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

75. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissələrdə ləğv edilərək həmin hissələrdə yeni qərar qəbul edilməlidir.

76. Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

77. Işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə ilkin müqavilə ##.##.2008ci il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsla bağlanmış və həmin müqavilə əsasında qeyri-yaşayış sahəsinin pay haqqı 261.000 manat tam ödənilmiş və bu barədə xxxx verilmişdir.

78. Bu müqaviləyə əsaslanaraq mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən Cavabdeh MMCyə qarşı irəli sürülmüş iddia tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılmış, müqavilənin etibarlılığı hazırda qanuni qüvvədə olan ##.##.2019-cu il tarixli qətnamə ilə təsbit olunmuşdur. Hazırkı icraatda da qeyd edilən müqavilənin etibarsızlığı üçün əsasların mövcudluğu müəyyən edilməmişdir.

79. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən (##.##.2017-ci il tarixdə edilmiş dəyişikliyədək) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (Konstitusiya Məhkəməsinin ##.##.2020-cü il tarixli şərhinə əsasən kooperativin üzvü pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər).

80. Qeyd edilən normaya əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ##.##.2008-ci il tarixli müqaviləyə əsasən pay dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququ əldə etdiyindən MM-nin 358.1ci maddəsinin tələbləri baxımından Cavabdeh MMC-nin ##.##.2009-cu il tarixdə həmin əmlaka dair İddiaçı ilə müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Buna görə də, kollegiya hesab edir ki, İddiaçıla bağlanmış müqavilə Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

81. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqlarını ##.##.2020-ci il tarixdə müqavilə əsasında X4 ötürmüş, X4 mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ##.##.2024-cü il tarixli müqavilə əsasında əmlakı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlamış və sonuncunun mülkiyyət hüquqları ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyri-yaşayış sahəsinin hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 istifadəsində və sahibliyində olması işin mübahisəsiz halıdır.

82. Eyni zamanda işin mübahisəsiz halıdır ki, hazırda mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına ikili qeydiyyat mövcuddur. Mülki qanunvericiliyə əsasən reyestr qeydiyyatı həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir.

83. MM-nin 149.2-ci maddəsi daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız həyata keçirildiyi halda hüquqlarına toxunulmuş şəxsə daşınmaz əmlaka olan qeydiyyatın çıxarılması haqqında iddia qaldırmaq hüququ verir. Hazırkı halda İddiaçı ünvan 2 ünvanında inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız əqd əsasında həyata keçirildiyi müəyyən edildiyindən kollegiya hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bu qeydiyyatın və qeydiyyatla bağlı verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbləri də əsaslıdır.

84. Kollegiya eyni zamanda qeyd edir ki, qeyri-yaşayış sahəsinə dair İddiaçıla müqavilənin hər hansı vəsait ödənilməməklə hakimiyyətdən sui-istifadə, hədə-qorxu təsiri altında bağlanması əsası ilə etibarsızlığına dair Cavabdeh MMC-nin iddiası təmin edilmədiyindən İddiaçı Cavabdeh MMC-yə qarşı restitusiya qaydasında ödədiyi vəsaitin geri qaytarılması və qeyri-yaşayış sahəsindən məhrum olması ilə bağlı dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürmək hüququ var.

85. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdeh MMC-nin kassasiya şikayəti qismən, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti tam təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməli, iddiaçı İddiaçı iddiası rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddiası təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında ünvan 5 10 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən, sahəsi müqavilədə 177 kv.m qeyd edilmiş qeyri-yaşayış sahəsinə dair bağlanmış ##.##.2009-cu il tarixli podrat müqaviləsi və həmin müqavilə əsasında əmlak üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü il tarixli dövlət qeydiyyatı və həmin qeydiyyatla bağlı verilmiş çıxarış etibarsız hesab edilməlidir.

86. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə ləğv edilsin. Iş üzrə həmin hissədə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı iddiası rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında ünvan 5 10 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən, sahəsi müqavilədə 177 kv.m qeyd edilmiş qeyri-yaşayış sahəsinə dair bağlanmış ##.##.2009-cu il tarixli podrat müqaviləsi və həmin müqavilə əsasında əmlak üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü il tarixli dövlət qeydiyyatı və həmin qeydiyyatla bağlı verilmiş çıxarış etibarsız hesab edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar