Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-699/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk və iddiaçı cavabdeh1 cavabdeh Iddiaçı qarşı “kirayə pulunun ödənilməsi və özbaşına tikilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, etibarsız əqd əsasında ödənilmiş pulun qaytarılması, əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Ünvanndə yerləşən ümumi sahəsi 111,90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində cavabdeh1 adına ## #### 2024-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh1 mülkiyyətində olan Ünvanndə yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsindən (reyestr nömrəsi: XXX-XXX; qeydiyyat nömrəsi XXX; qeydiyyat tarixi: ## #### 2024) Iddiaçı ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması qət edilmişdir.
3. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh1 mülkiyyətində olan Ünvanndə yerləşən ümumi sahəsi 111,90 kv.m olan fərdi yaşayış evini və evin yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsini alqı-satqı yolu ilə özgəninkiləşdirmək barədə Iddiaçı ilə razılaşmış və ondan 4.000 manat beh alaraq, həmin vahid daşınmaz əmlak obyektini ona təhvil vermişdir.
4. Göstərilən qətnamədən Iddiaçı verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsi qətnaməsi Iddiaçı ailə üzvlərinin ## #### 2024-cü il tarixli Çıxarışa əsasən iddiaçı cavabdeh1 mülkiyyətində olan Ünvanndə yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmaları hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişirilməyən saxlanan hissəsində) ləğv edilmiş, cavabdeh Iddiaçı ailə üzvlərinə aid hissədə iddia tələbi təmin edilməmiş, qətnamə cavabdeh Iddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvanndə yerləşən fərdi yaşayış evini əldə etməkdən ötrü beh kimi verilmiş 4.000 manat nağd pul vəsaitinin 2 mislini təşkil edən 8.000 manatın, evin təmirbərpa işlərinə
6. və yeni tikintilərin aparılmasına sərf edilən 27.213 manatın, cəmi 35.213 manat məbləğində dəymiş zərərin ödənilməsi, 195.79 dövlət rüsumunun, 150 manat hüquqi xidmət haqqının cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış və Ünvanndə 0,26 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evini alqı-satqı edərək almaq istəmişdir. Ona görə də, evin mülkiyyətçisi cavabdeh2 və qardaşı X3 ilə Qəbələ rayon Əmilli kənd Bələdiyyə nümayəndələrinin iştirakı ilə torpaq sahəsinə, fərdi yaşayış evinə və sənədlərinə baxmışdır. Bu zaman sənədlərdə torpaq sahəsinin 0,08 ha hissəsi cavabdeh2 adına, 0,12 ha hissəsi X6 adına və 0,06 ha hissəsinin X7 adına olduğunu müəyyənləşdirmişlər. Fərdi yaşayış evinin sahibi cavabdeh2 və Qəbələ rayon Böyük Əmilli kəndinin Bələdiyyə sədrinin iştirakı ilə iddiaçı cavabdeh cavabdeh2 ilə fərdi yaşayış evinin və torpaq sahələrinin sənədlərinin 3 ay ərzində özünün adına rəsmiləşdirərək, yəni 0,12 ha, 0,06 ha və 0,08 ha torpaq sahələrini bir sənəd çıxarış almaq şərti ilə 44.000 manata razılaşmışlar. Sonra iddiaçı Qəbələ rayon Böyük Əmilli kəndinin Bələdiyyə sədrinin iştirakı ilə qeyd olunan daşınmaz əmlaka görə cavabdeh2 4.000 manat beh vermişdir. Razılaşdırılan ## ### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək sənədlər hazırlanmamış və ## ###### 2024-cü il tarixdə cavabdeh2, X3, X4 və cavabdeh1 ailəsi ilə birlikdə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşmüş və yaşadıqları fərdi yaşayış evinə gələrək ona alqı-satqıda razılaşdırıldığı 0,26 ha torpaq sahəsinin əvəzinə 0,12 ha torpaq sahəsinin sənədini təqdim etmişlər. cavabdeh2 ona demişdir ki, olan torpaq sahəsi budur və notariat ofisinə gedək qalan pulu da ödə. Iddiaçı razılaşmayaraq sual vermişdir ki, danışıqlarda 0,26 ha torpaq sahəsi və fərdi yaşayış evi olmuş, indi isə razılaşmanın şərtləri pozulmuşdur. cavabdeh2 isə əsəbi formada ona yüksək səslə “olanı budur, xoşun gəlmirsə çıxın gedin” deyə bildirmişdir. cavabdeh2 və anası cavabdeh1 ona azyaşlı uşaqlarının yanında hədə-qorxu gələrək evlərini boşaltmağı demişlər. O, faktiki olaraq razılaşmaya görə torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini aldığını, gələcəkdə hər hansı problemin olmayacağını zənn etdiyinə görə mülkiyyətçinin razılığı ilə o və ailə üzvləri olan həyat yoldaşı X8, uşaqları X1 və X2 həmin fərdi yaşayış evinə qeydiyyata düşərək orada ailəsi ilə birlikdə yaşamış, istifadə etmiş və sahiblik etmişlər. O və ailəsi həmin evdə yaşaya-yaşaya həyətyanı sahədə tövlə tikmiş, fərdi yaşayış evini təmir etmiş, torpaq sahəsində meyvə ağacları əkmiş, abadlıq işləri görmüşdür. Belə ki, tikililərə, fərdi yaşayış evinə və s. çəkilən xərclər aşağıdakılardır: fərdi yaşayış evinin təmirinə və s. çəkilən xərclər və dəyərləri; 3 ədəd mebel qapı – 970 manat və bəndləri-zamokları – 120 manat, 1 ədəd seyf qapı - 450 manat, 1 ədəd plastik qapı - 260 manat, 2 ədəd plastik pəncərə - 380 manat, 8 ədəd taxta pəncərə təmir olunmuş – 420 manat, 1 pəncərənin yerinin bağlanılmasına görə - 180 manat, 37 ədəd alçıpan – 761 manat, 24 ədəd oboy – 1080 manat, ağardıcı üzlük 17 ədəd – 102 manat, astar üzlük 65 ədəd – 455 manat, döşəmənin təmir olunmasına – 680 manat, hamam və sanitar qovşağın təmirinə - 2.250 manat, kanalizasiya sistem xəttinin çəkilişinə, 25 m truba, quyu sahəsi 4 kv.m və 4 metr dərinliyində - 485 manat, evin quraqlığına şifer əlavə olunub – 110 manat, evə və həyətə çəkilən su boruları – 675 manat, elektrik sistemi – 1270 manat, 2 ədəd su motoru – 235 manat, torpaq sahəsində 18 m uzunluğu və 8 m enində tikilmiş tövləyə çəkilən xərclər; 2 “Kamaz” kubik – 1250 manat, 3 “Kamaz” qum – 600 manat, 2 “Kamaz” şeben – 180 manat, sement 188 ədəd – 1504 manat, 2 ədəd seyf qapı – 600 manat, 1 ədəd plastik qapı – 140 manat, 1 ədəd taxta qapı – 90 manat, 26 ədəd şifer – 572 manat, 8 ədəd dayaq dəmir boru – 320 manat, çardağın taxtaları – 680 manat, çerepitsa – 440 manat, həyətdə olan hamama əlavə olaraq gediş üçün ayaq yolu çəkilmiş - 180 manat, 750 m su borusu alınmış – 480 manat, 80 m qaz xətti üçün boru alınmış – 53 manat, 2 “Kamaz” odun (işlənib) – 1400 manat, 320 litr benzin - 352 manat, həyətyanı sahədə əkilmiş meyvə ağacları 36 ədəd – 360 manat, yaşlı ağacların budanmasına – 380 manat, evə görə usta XXX və XXXa verilib – 1900 manat, tikintilərə və görülən işlərə usta XXX – 4850 manat. Ona görə də, Ünvanndəki razılaşdırılmaya əsasən faktiki istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsindəki tikililərə, təmirə və s. çəkilən xərclərin ümumi dəyəri 27.213 manat təşkil etmişdir. Tikililərə, fərdi yaşayış evinə və s. çəkilən xərclər, tikinti materiallarını, digər əşyaların alınmasını və s. görülən işlər qaimələrdə, şahid ifadələrində və s. öz təsdiqini tapır. Həmçinin, cavabdehlər alqısatqı razılaşmasının şərtlərini pozduğuna görə qanunvericiliyə əsasən 4.000 manat məbləğində verilmiş behin 2 misli – 8.000 manat ödəməlidirlər. Cavabdeh cavabdeh1 iddiaçı qismində ona qarşı “zəbt edilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi Qəbələ Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədə də iddia ərizəsində qeyd etdikləri göstərilmiş və məhkəmə iclaslarında iddiaçı cavabdeh1 təmsil edən Vəkil iddiaçının ondan 4.000 manat əvvəlcədən beh pul aldığını etiraf etsə də, razılaşmanı kim tərəfdən pozulduğu barədə danışmamış, əlbəttə o, qarşı tərəf ilə razılıq əldə etdikdən sonra qalan pulun ödənilməsinə etiraz etmir, lakin iddiaçı şəxsin övladı cavabdeh2 tərəfindən aldadıldığını bildikdən sonra, yəni razılaşdırılmış həcmdə Ünvanndəki 0,26 ha torpaq sahəsinin deyil, mülkiyyətinə 0,12 ha torpaq sahəsi alqı-satqı müqaviləsi ilə veriləcəyini bildiyindən etiraz etmiş və razılaşdırılan məbləğdə qalan 40.000 manat pulu verməkdən imtina etmişdir.
8. Iddiaçı cavabdeh1 cavabdeh Iddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehdən 2 illik kirayə haqqının dəyəri olan 6000 manat məbləğində pulun, ödənilmiş 80 manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən onun mülkiyyətində olan torpaq sahəsində Iddiaçı tərəfindən tikilmiş tövlənin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Ünvanndə yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir. Buna baxmayaraq o, öz mülkiyyətində olan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evindən istifadə edə bilmir. Belə ki, cavabdeh Iddiaçı onun mülkiyyətində olan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evini qanunsuz olaraq zəbt etmiş, oradan çıxmır. Qarşılıqlı iddia üzrə iddiaçı dəfələrlə öz qanunsuz əməllərindən əl çəkməsini, ona məxsus torpaq sahəsini və fərdi yaşayış evini boşaltmasını bildirsə də, cavabdeh buna heç bir məhəl qoymamış, öz qanunsuz əməllərindən əl çəkməmiş, onun mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxmamışdır. Bu azmış kimi isə Iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikili inşa etmişdir. Cavabdehi başqa qaydada mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxarda bilmədiyinə görə əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsinə əsasən onun mülkiyyətində olan Ünvanndə yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən cavabdeh Iddiaçı ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Iddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Ilkin iddia üzrə iddiaçı Iddiaçı iddia tələbində behin 8.000 manat məbləğdə pul tələb edir. Bu tam qanunsuz və əsassızdır. Belə ki, beh müqaviləsini elə Iddiaçı pozmuş, ## ###### 2023-cü il tarixdən ona məxsus torpaq sahəsi və fərdi yaşayış evindən istifadə edir. Bu isə onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Iddiaçı və ailə üzvləri onun mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən ## ### 2023-cü il tarixdən 2025-ci ilin may ayına kimi qanunsuz istifadə etdiklərinə görə Iddiaçı ona 2 illik kirayə haqqı ödəməlidir. Kiçik Əmilli Kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin ## ### 2025-ci il tarixli arayışına əsasən Kiçik Əmilli və digər ətraf kəndlərdə aylıq kirayə haqqı evin şəraitindən asılı olaraq 150-250 manat arasında dəyişir. Onun mülkiyyətində olan evin şəraiti yaxşı vəziyyətdə olduğuna görə kirayə haqqı 250 manatdan hesablanmalı və 24 aylıq kirayə haqqı 6000 manat məbləğ təşkil edir. 6000 manat kirayə haqqı Iddiaçı alınıb ona ödənilməlidir. Bundan başqa, Iddiaçı onun mülkiyyətində olan torpaq sahəsindəki fındıq ağaclarından xeyli miqdarda fındıq toplayaraq satmış və xeyli miqdarda gəlir əldə etmişdir. Bundan başqa, Iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində özbaşına tövlə tikmişdir. Halbuki, bu barədə o, heç bir tapşırıq verməmişdir. Göründüyü kimi Iddiaçı onun mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini qanunsuz zəbt edərək orada yaşamış və bu azmış kimi isə onun mülkiyyətində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır.
10. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə qiymətləndirici mütəxəssis cəlb edilmiş, “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli rəyinə əsasən Ünvanndə yerləşən ümumi sahəsi 111,90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 ha yaşayış məntəqələri torpaqlarından ibarət vahid daşınmaz əmlak obyektində (reyestr nömrəsi: XXX- XXX; qeydiyyat nömrəsi XXX; qeydiyyat tarixi: ## #### 2024) görülən təmir-bərpa işləri və yeni tikintilərin aparılmasına, o cümlədən çoxillik bitkilərin əkilməsinə (fərdi yaşayış evinin divarları suvanıb, astar, üzlük çəkilib, divar kağızı vurulub; döşəmənin taxtası bərkidilib, cilalanıb (aparatla), otaqlardan biri laklanıb; elektrik sistemi-elektrik yuvası, açarları, naqilləri və s. yenilənib; sanitar qovşaq tam təmir edilib-çökmüş döşəmə sökülüb, betonlanıb, su kanalizasiya xətləri yenilənib, kafel metlax vurulub, aksessuarlar quraşdırılıb, arxa divar yenidən hörülüb, plastik nəfəslik quraşdırılıb; fərdi evin bütün daxili və giriş qapıları dəyişdirilib, plastik pəncərələr quraşdırılıb, tavan alçipanla yığılıb və s. Həyətyanı sahədə köhnə çay daşından tikilmiş tövlə sökülüb və yerində 18x7 m ölçüdə mişar daşı ilə yeni tövlə inşa edilib; 3x3 m ölçüdə çirkab sular üçün şambo qurulub və 30 m uzunluqda boru xətti çəkilib; bulaq (su çıxışı) inşa edilib; müxtəlif meyvə ağacları əkilib və bağın 3 istiqamətində su xətti çəkilib; sanitar qovşaq təmir edilib; talvar artırılıb və s.) sərf edilən xərclərin miqdarı cəmi 25.900 manat təşkil edir.
11. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) ilk iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 29.900 manat və 160 manat dövlət rüsumunun tutulub iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh1 mülkiyyətində olan Ünvanndə yerləşən ümumi sahəsi 111,90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: XXX-XXX; qeydiyyat nömrəsi XXX; qeydiyyat tarixi: ## #### 2024) özgəninkiləşdirilməsinə dair tərəflər arasında 2023-cü ilin aprel ayında əldə olunmuş razılaşma (şifahi müqavilə) notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh2 və cavabdeh1 Ünvanndə yerləşən ümumi sahəsi 111,90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsinə görə Iddiaçı beh olaraq aldıqları 4.000 manatı qaytarmalı, eyni zamanda ona vurulan 25.900 manat məbləğində maddi zərəri ödəməlidirlər.
14. cavabdeh1 Ünvanndə yerləşən ümumi sahəsi 111,90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair əmlak hüquqlarını qanunazidd yolla həyata keçirtməklə Iddiaçı ziyan vurduğundan ondan əmlak kirayə haqqının ödənilməsini və özbaşına tikilinin sökülməsini tələbi etməkdə haqlı deyil.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 157, 337, 390, 394, 560, 1091, 1092-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim T.Musayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Isayev və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi, apellyasiya şikayətinin cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evindən istifadə edə bilməməsi, cavabdeh Iddiaçı onun mülkiyyətində olan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evini qanunsuz olaraq zəbt etməsi və oradan çıxmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan xüsusatlar hazırkı mübahisənin predmetini təşkil etmir.
19. Apellyasiya kollegiyası apellyasiya şikayətinin Iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində onun razılığı olmadan qanunsuz tikili inşa etməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin razılığı əsasında mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Belə ki, 2023-cü ilin aprel ayında cavabdeh1 mülkiyyətində olan Ünvanndə yerləşən ümumi sahəsi 111,90 kv.m olan fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin iddiaçı Iddiaçı satılması ilə bağlı razılığa gəlmişlər və Iddiaçı tərəfindən 4.000 manat məbləğində ilkin ödəniş həyata keçirilmişdir. Bundan sonra Iddiaçı cavabdehlərlə əldə olunmuş razılıq əsasında ailə üzvləri ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçmüşdür. Iş materiallarında olan Qəbələ rayon Kiçik Əmilli kənd Icra nümayəndəliyinin təsərrüfat kitabından çıxarışdan görünmüşdür ki, iddiaçı Iddiaçı və ailə üzvləri ## #### 2023cü il tarixdə
20. cavabdeh cavabdeh2 təsərrüfatında qeydiyyata alınmışlar. Işin qeyd olunan halı onu deməyə əsas vermişdir ki, iddiaçı qanunsuz olaraq deyil, cavabdehlərlə aralarında olan razılıq əsasında cavabdeh1 mülkiyyətində olan Ünvanndə yerləşən fərdi yaşayış evinə köçmüşlər və gələcəkdə həmin evə mülkiyyət hüququ əldə edəcəklərini zənn edərək təmirbərpa işləri aparmış, eyni zamanda yeni tikililər inşa etmişdir.
21. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı Iddiaçı vicdanlı sahib olduğundan cavabdeh1 mülkiyyətində olan Ünvanndə yerləşən fərdi yaşayış evindən yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin beh müqaviləsinin Iddiaçı tərəfindən pozulması, ## ###### 2023-cü il tarixdən ona məxsus torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etməsi, onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması, Iddiaçı və ailə üzvlərinin onun mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən ## ### 2023-cü il tarixdən 2025-ci ilin may ayına kimi qanunsuz istifadə etdiklərinə görə Iddiaçı ona 2 illik kirayə haqqı ödəməli olmasına dair dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən iddiaçının ## ### 2023-cü il tarixdən 2025-ci ilin may ayına kimi qanunsuz istifadə etməsini əsas gətirərək icarə haqqı tələb etmişdir. Lakin, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh1 mülkiyyətində olan Ünvanndə yerləşən ümumi sahəsi 111,90 kv.m olan fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin iddiaçı Iddiaçı satmaq niyyəti olmuş və tərəflər bu barədə razılığa gəlmişlər. Bundan sonra Iddiaçı cavabdehlərlə əldə olunmuş razılıq əsasında ailə üzvləri ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçmüşdür. Yəni hazırkı halda iddiaçı ilə cavabdeh arasında hər hansı bir kirayə müqaviləsi barədə razılaşma olması müəyyən edilmir. Əksinə iş üzrə iddiaçı olan Iddiaçı mübahisəli fərdi yaşayış evini özününkü hesab etmiş və həmin evdə yaşmaqla bərabər əsaslı təmir işləri aparmışdır.
23. Digər tərədən kollegiya qeyd etməyi lazım bilmişdir ki, cavabdeh hazırkı iddiaçıya qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə məhkəmədə iddia qaldırmış və iddiası təmin edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 14, 21, 157, 337, 385, 390, 394, 491, 492, 560, 675, 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
25. Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152, 157, 180, 491, 1091-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 82, 88-ci maddələrin tələbləri pozulmuşdur.
27. Belə ki, əvvəlki mübahisə ilə bağlı işə baxan Şəki Apellyasiya Məhkəməsi ## ##### 2025-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, cavabdehin iddia etdiklərinin həqiqətə uyğun olub-olmamasından asılı olmayaraq, hazırkı halda tərəflər arasında heç bir alqı-satqı baş tutmadığından, iddiaçının mülkiyyətində olan Ünvanndə yerləşən 111,90 kv.m olan fərdi yaşayış evində cavabdeh, həyat yoldaşı X8, oğlu X1 və X2 ilə birlikdə yaşasalar da, cavabdehin mübahisəli əmlaka hər hansı hüququ əmələ gəlməmişdir. Lakin, işə baxan məhkəmələr tərəflər arasında heç bir müqavilənin olmadığı halda müqavilə üzrə alınanların geri qaytarılmasını qeyd etmişdir. Halbuki, Şəki Apellyasiya Məhkəməsi ## ##### 2025-ci il tarixli qətnaməsində tərəflər arasında heç bir alqı-satqının olmadığını, bunun əsasında da ilkin iddia üzrə iddiaçının mübahisəli əmlaka hər hansı hüququnun əmələ gəlmədiyi qənaətinə gəlmişdir. Məhkəmə razılaşmanın kimin tərəfindən pozulduğunu ümumiyyətlə araşdırmamışdır. Işə baxan məhkəmə mütəxəssis rəyi əsasında təmir və tikintiyə çəkilmiş xərcin əvəzi olaraq ondan və digər cavabdehdən 29.900 manat məbləğində pulun müştərək qaydada alınıb iddiaçıya verilməsini qət etmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən tikilmiş tikili özbaşına tikilidir. Iddiaçı Iddiaçı ona məxsus torpaq sahəsini və fərdi yaşayış evini qanunsuz olaraq zəbt etmişdir. Iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində hər hansı tikinti işləri aparmaq üçün ilkin olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə müraciət etməli və həmin müraciətinə şəhərsalma əsaslandırılması adlı sənəd əlavə etməli idi. Bundan sonra təqdim olunmuş sənədlər şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın, ##.##.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara) habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalar”ın və AzDTN 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normativ sənədinin tələblərinə uyğun olduğu təqdirdə tikintiyə icazə verilir. Lakin iddiaçı Iddiaçı yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət etmədən onun mülkiyyətində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Işə baxan məhkəmə isə qanunsuz və özbaşına tikiliyə çəkilmiş xərci ona və digər cavabdehə aid etmişdir. Bu isə tam qanunsuz və əsassızdır.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.1-ci maddəsinə əsasən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinə hüquqi qiymət verilmiş və mülki qanunvericiliyin müvafiq müddəalarını tətbiq edilməklə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
36. Kassasiya şikayətinin dəlilləri kassatorun iddiaçı qarşısında öhdəliyinin yaranmaması, onun mülkiyyətində olan torpaq sahəsinə iddiaçının sahibliyinin qanunsuz olması və bu səbəbdən də, edilən yaxşılaşdırmaların dəyərinin ödənilməli olmamasına yönəldilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında əvvəllər yaranmış mübahisə üzrə məhkəmə aktlarını əsas götürərək, cavabdehin bu dəlillərini əsassız hesab etmişdir.
37. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
38. Işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunan sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
39. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.