Məhkəmə qərarları › İş №2(1-8)-715/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-715/2026

23.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-715/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Birinci iş üzrə: iddiaçı İddiaçı cavabdeh Cavabdeh; Ikinci iş Cavabdeh cavabdeh İddiaçı qarşı iddiasına dair bir icraatda birləşdirilmiş mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (negator tələb), cehiz əşyaların çıxarılması, evin boşaldılması və ona təhvil verilməsi və mənzilə köçürmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, birinci iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması, evin boşaldılması və ona təhvil verilməsi” tələbinə dair, ikinci iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “uşağı ilə birgə evə köçürülməsi” tələbinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı ilə Cavabdeh ##.##.2019-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan ##.##.2020-ci il təvəllüdlü X2 doğulmuşdur.

3. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında ##.##.2019-cu il tarixdə Bakı şəhəri Səadət sarayında *** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, X2 anası Cavabdeh yanında qalmasına və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə ##.##.2023-cü il tarixdən başlayaraq hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cehiz əşyaları olan 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd ütü və ütü masası, 1 ədəd duxovka, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 dəst yataq mebeli, 1 dəst qonaq mebeli, 1 dəst pərdə, 4 ədəd xalça, 2 ədəd çilçıraq və qab-qacağın İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxararaq, evin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ##.##.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan ##.##.2020-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cavabdeh cehiz əşyalarının bir qismi İddiaçı məxsus birgə nikah dövründən əvvəl alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qalmışdır, cavabdeh hal-hazırda evlidir və ailəsi ilə birgə o evdə yaşayır və Cavabdeh əşyalarını evdən çıxarmaqdan imtina edir. Bu isə mülkiyyətçinin istifadə hüquqlarını pozur. Cavabdeh köçürülmək istədiyi sözügedən evdə çox az üst-üstə gələndə təxminən 1 ilədək yaşamışdır, o İddiaçı ilə əsasən Şəmkir rayonunda İddiaçı atasına məxsus evdə və Moskva şəhərində yaşamışlar. Daha sonra isə Cavabdeh atasının yas mərasimi ilə bağlı Moskva şəhərindən Şəmkir rayonuna qayıtdıqdan bu günədək anasıgildə Şəmkir rayonunda yaşayır.

6. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş ##.##.2020-ci il təvəllüdlü X2 il birgə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və ödənilmiş 100 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ##.##.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan X2 dünyaya gəlmişdir. Evləndikdən sonra az müddətdə qaynatasına məxsus Şəmkir rayonundakı evdə yaşamışlar. Daha sonra İddiaçı işi ilə bağlı Moskva şəhərinə köçmüş və orda yaşamışlar. 2021-ci ilin mart ayında Bakıya gəlmişlər və 2022ci ilin avqust ayının sonlarınadək sözügedən evdə yaşamışlar. Daha sonra İddiaçı işi ilə bağlı yenidən Moskva şəhərinə getmişlər, lakin o atasının yas mərasimi ilə əlaqədar olaraq ##.##.2022-ci ildə Moskva şəhərindən Şəmkir rayonuna qayıtmışdı, bəzi narazılıqlar yarandığı üçün elə həmin tarixdən indiyədək anasıgildə Şəmkir rayonunda yaşayır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda başqa yaşayış yerinə ehtiyacı vardır.

8. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (Z.Tağıyev) iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair e-*(***)-****/**** saylı mülki iş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əşyaların təhvil verilməsi” tələbinə dair e-*(***)-****/**** saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsində ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdehin vəkili və nümayəndəsi nümayəndə2 göstərmişdir ki, İddiaçı ilə Cavabdeh ##.##.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan ##.##.2020-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cavabdeh cehiz əşyalarının bir qismi İddiaçı məxsus birgə nikah dövründən əvvəl alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qalmışdır, cavabdeh hal-hazırda evlidir və ailəsi ilə birgə o evdə yaşayır və Cavabdeh əşyalarını evdən çıxarmaqdan imtina edir. Bu isə mülkiyyətçinin istifadə hüquqlarını pozur. Iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh köçürülmək istədiyi sözügedən evdə çox az üst-üstə gələndə təxminən 1 ilədək yaşamışdır, o İddiaçı ilə əsasən Şəmkir rayonunda İddiaçı atasına məxsus evdə və Moskva şəhərində yaşamışlar. Daha sonra isə Cavabdeh atasının yas mərasimi ilə bağlı Moskva şəhərindən Şəmkir rayonuna qayıtdıqdan bu günədək anasıgildə Şəmkir rayonunda yaşayır. Cavabdeh “uşağı ilə birgə evə köçürülməsi” iddiasının rədd olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh göstərdi ki, İddiaçı ilə ##.##.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan X2 dünyaya gəlmişdir. Evləndikdən sonra az müddətdə qaynatasına məxsus Şəmkir rayonundakı evdə yaşamışlar. Daha sonra İddiaçı işi ilə bağlı Moskva şəhərinə köçmüş və orda yaşamışlar. 2021-ci ilin mart ayında Bakıya gəlmişlər və 2022-ci ilin avqust ayının sonlarınadək sözügedən evdə yaşamışlar. Daha sonra İddiaçı işi ilə bağlı yenidən Moskva şəhərinə getmişlər, lakin o atasının yas mərasimi ilə əlaqədar olaraq ##.##.2022-ci ildə Moskva şəhərindən Şəmkir rayonuna qayıtmışdı, bəzi narazılıqlar yarandığı üçün elə həmin tarixdən indiyədək anasıgildə Şəmkir rayonunda yaşayır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Sözügedən evdən cehiz əşyalarının iddiaçı tərəfindən çıxarılmasını və artıq cehiz əşyalarının o evdə olmamasını bildirdi. Iddianın rədd olunmasını xahiş etdi. Öz iddiasının təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi nümayəndə1 iddiaçının izahatını təsdiqləyərək, İddiaçı iddiasının rədd olunmasını xahiş etmişdir

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim X1) iddia tələbi təmin edilmiş, Cavabdeh cehiz əşyaları olan 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd ütü və ütü masası, 1 ədəd duxovka, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 dəst yataq mebeli, 1 dəst qonaq mebeli, 1 dəst pərdə, 4 ədəd xalça, 2 ədəd çil-çıraq və qab-qacağın İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxararaq, evin boşaldılması və evin İddiaçı təhvil verməsi, Cavabdeh “uşağı ilə birgə evə köçürülməsi” iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ##.##.2023-cü il tarixdə pozulmuşdur, belə halda Cavabdeh İddiaçı keçmiş ailə üzvü hesab olunur və Cavabdeh hal-hazırda faktiki yaşayış ünvanı olduğu və nikahları pozulduğu üçün onun sözügedən yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh cehiz əşyaları olan 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd ütü və ütü masası, 1 ədəd duxovka, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 dəst yataq mebeli, 1 dəst qonaq mebeli, 1 dəst pərdə, 4 ədəd xalça, 2 ədəd çilçıraq və qab-qacağı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarmalı, evi boşaltmalı və İddiaçı təhvil verməlidir. Eyni zamanda, məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən uzun müddət istifadə etməmiş və 2022-ci ildən bu günədək anasıgildə yaşamışdır. Bununla da məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək hesab etmişdir ki, Cavabdeh “uşağı ilə birgə evə köçürülməsi” iddiası əsassız olduğundan rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən birinci iş üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, birinci iş üzrə iddiaçının iddia tələbinin rədd edilməsi və öz iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Aygün adlı övladının hüquqları, onun inkişafı və təhsilinin yaxşı şəraitdə təmin olunması məqsədilə, onun müvəqqəti olaraq bu evdə yaşamağının təmin edilməsi uşağının hüquqlarına xidmət edəcəkdir. Hazırkı real şəraitdə istifadə və yaşamaq hüququ olan bir mənzildən ona məxsus olan əşyaların çıxarılması tamamilə qanunsuz bir mövqedir. Hətta bu azmış kimi əmlaklarının siyahısı da düzgün göstərilməmiş, natamam şəkildə siyahı verilmişdir. Baxmayaraq ki, o, birinci instansiya məhkəməsində əmlaklarının siyahısını cavabdeh tərəfindən yararsız hala salınmış əşyalar da daxil olmaqla tam şəkildə təqdim etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə ##.##.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, iddiaçının mülkiyyətində olan hazırkı mənzildə yaşamağa başlamışdır. Hazırda da, İddiaçı azyaşlı övladı X2 ilə birlikdə yaşayırlar. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan, yəni ## ####### 2009-cu il tarixdən sonra yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında olan mübahisəli hüquq münasibətləri məhz Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin normaları əsasında həll edilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

20. 26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

21. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” ##.##.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.

22. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab etmişdir ki, cavabdehin mübahisəsi gedən yaşayış sahəsindən istifadə etmək səlahiyyəti ola bilməz, hal-hazırda faktiki yaşayış ünvanı olduğundan məsələyə bu kontekstdən yanaşıldıqda da, cavabdehin həmin mənzildən istifadə hüquqlarının mövcud olmadığı qənaətinə gəlinməli və mülkiyyətçinin tələbi təmin edilməlidir. Göründüyü kimi Cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən uzun müddət istifadə etməmiş və 2022-ci ildən bu günədək anasıgildə yaşamışdır. Uşağın da yaşayış yeri qanuni nümayəndəsi olaraq anasının yanında müəyyən edildiyindən onun çıxarıldığı halda onunla birlikdə qalmalıdır.

23. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə də istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

25. Birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.**** saylı 2(103)–****/**** saylı qətnaməsinin ləğv edilərək İddiaçı cavabdeh Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması, evin boşaldılması və ona təhvil verilməsi” tələbinə dair iddiasının rədd edilməsi və iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağı ilə birgə evə köçürülməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5, 228, 560-cı, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan səthi qərar qəbul etmişlər.

27. Evləndikdən sonra cavabdehin atasına məxsus Şəmkir rayonu, Morul kəndində yerləşən evdə yaşamağa başlamışlar. Lakin ## ######## 2019-cu ildə cavabdehin işi ilə əlaqədar olaraq Moskva şəhərinə getmişlər və orada müəyyən müddət yaşamışlar. 2021–ci ildə yolların açılması ilə Bakı şəhərinə dönmüş və bu müddət ərzində cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evə köçmüşlər.

28. Ümumiyyətlə mütəmadi və əsas yaşayış yerləri cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki fərdi yaşayış evi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ####### 2013-cü il tarixli qərarı ilə Mülki Məcəllənin 228.5-ci maddəsi və Mənzil Məcəlləsinin 30.4-cü maddəsi nəzərə alınmaqla, nikah pozulduqdan sonra keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun müvəqqəti olaraq saxlanılması məsələsi həll edilmişdir. Bu qərara əsasən, keçmiş həyat yoldaşının, xüsusilə uşaqları ilə birgə yaşaması, məhkəmə qərarı ilə təmin edilə bilər.

29. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər tərəflər arasında başqa bir razılaşma yoxdursa, nikahdan sonra həmin sahəni istifadə etməyə keçmiş həyat yoldaşının hüququ saxlanılmır. Lakin, müvafiq hallarda, yəni keçmiş ailə üzvünün maddi vəziyyəti və uşağın maraqları nəzərə alınaraq, məhkəmə tərəfindən müəyyən bir müddətə bu hüququn saxlanılması mümkündür. Məhkəməyə müraciət etməyimin əsas səbəbi, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində mənim və övladımın yaşama hüququnun təmin edilməməsidir.

30. Hal–hazırda başqa bir yaşayış yerləri yoxdur və qeyd olunan ünvanda qeydiyyatları var. Bu məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan həmin evdə müvəqqəti yaşama hüququnun tanınmasını xahiş edir. Həmçinin, dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılmasını istəyir. Aygün adlı övladının hüquqları, onun inkişafı və təhsilinin yaxşı şəraitdə təmin olunması məqsədilə, onun müvəqqəti olaraq bu evdə yaşamağının təmin edilməsi uşağının hüquqlarına xidmət edəcəkdir. Aygün, ## #### 2020-ci ildə doğulub və onunla birlikdə yaşamaqdadır. Uşağın psixoloji və fiziki sağlamlığı baxımından evdəki sabitlik çox önəmlidir. Həmin yaşayış sahəsində onun və uşağının hüquqlarının qorunması, onun rifahı üçün mütləqdir. Həmin yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş həyat yoldaşına qarşı mülkiyyət hüquqlarını qorumaqla yanaşı, Mülki Məcəllə və Mənzil Məcəlləsi müvafiq olaraq keçmiş ailə üzvünün hüquqlarını təmin etməyə imkan verir.

31. Hal–hazırkı vəziyyəti, başqa bir yaşayış yerinin olmaması və övladının onunla birlikdə yaşaması ilə əlaqəli olaraq, məhkəmənin qərarı ilə müvəqqəti olaraq həmin yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması ədalətli və qanuni olar. Yuxarıda qeyd etdiyi halları birinci instansiya məhkəməsinin diqqətinə çatdırmış olsa da, birinci instansiya məhkəməsi işə ədalətli yanaşmamış, azyaşlı uşağının və onun qanuni mənafelərini nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

32. Hazırkı real şəraitdə istifadə və yaşamaq hüququ olan bir mənzildən ona məxsus olan əşyların çıxarılması tamamilə qanunsuz bir mövqedir. Hətta bu azmış kimi, əmlaklarının siyahısı da düzgün göstərilməmiş, natamam şəkildə siyahı verilmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsində əmlaklarının siyahısını cavabdeh tərəfindən yararsız hala salınmış əşyalar da daxil olmaqla tam şəkildə təqdim etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

37. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

38. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar