Məhkəmə qərarları › İş №2(1-8)-720/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-720/2026

28.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-720/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Bakı şəhəri Xətai rayon Icra Şöbəsi cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ## #### 2024-cü il tarixli borc müqaviləsinə əsasən borcverən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 borclu İddiaçı 55000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən (dolların manatla məzənnəsi 1 dollar= 1.70 manat) 93500 manat və 94605 manat, ümumilikdə 188105 manat məbləğində pul borc vermiş, borc alan İddiaçı isə borcu ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2024-cü il tarixədək hər gün 150 manat, ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2024-cü il tarixədək hər gün 200 manat, ##.##.2024-cü il tarixdən başlayaraq 7 ay müddətinə hər ay 8000 manat, səkkizinci ay 7105 manat və ##.##.2024-cü il tarixdən başlayaraq 11 ay ərzində hər ay 5000 ABŞ dollarının manatla məzənnəsini ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür.

2. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 ##.##.2024-cü il tarixdə İddiaçı icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən məlumat ilə 2024-cü ilin noyabr, dekabr ayları üçün ödənilməmiş 27000 manat məbləğində borc 20 gün müddətinə ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağını bildirmiş və həmin bildiriş iddiaçıya rəsmi qaydada ##.##.2024-cü il tarixdə göndərilmişdir.

3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2025-ci il tarixdə notarial qaydada ərizə verərək bildirmişdir ki, ## #### 2024-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində rəsmiləşdirilmiş kredit müqaviləsi əsasında İddiaçı 188105 manat məbləğində borc pul vermiş, həmin müqavilə üzrə İddiaçı müqavilə üzrə öhdəliklərinin icra vaxtının ##.##.2024-cü il tarixdə başa çatdığına baxmayaraq həmin pul məbləğinin bir hissəsi borclu tərəfindən ona qaytarılmamışdır. Ona görə də icra qeydinin verilməsini xahiş etmiş və Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *İ-*** nömrəli icra qeydinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xeyrinə İddiaçı ##.##.2024-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 27000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 28525 manat pulun tutulması müəyyən edilmişdir.

4. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2025-ci il tarixdə icra şöbəsinə ərizə verərək İddiaçı ona 27025 manat pul ödəməli olmasını, borcun hissə-hissə ödənilməsini istəmədiyini bildirmişdir. İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hər ay borcundan 3000 manat ödəyə biləcəyini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bu məbləğlə razı olmadığını, belə olan təqdirdə icra qeydindən məhkəməyə şikayət verəcəyini, onun bu qaydada ödəməyinə şərait yaradılmasını bildirmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notarisi X1 tərəfindən tərtib və təsdiq edilmiş ## ###### 2025-ci il tarixli, 8I-*** reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia ərizəsi üzə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. Məhkəmə iclasında isə Bakı şəhəri Xətai rayon Icra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2024-cü il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə iddiaçı arasında formal borc müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında ## ###### 2025-ci il tarixində Bakı şəhəri 50 sayılı notariat ofisi tərəfindən icra qeydi çıxarılmışdır. Həmin icra qeydinə əsasən, ## ###### 2024-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 27.000 manatın iddiaçıdan tutulmasına dair qərar qəbul edilmişdir. Iddiaçı ilkin müqavilə formal olsa belə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əlavə olaraq 6140 manat ödəniş etmişdir. Ancaq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bunu notariat ofisinə müraciətində bildirməmişdir. Həmin ödənişin 1240 manat hissəsi nağd qaydada, geri qalan hissəsi isə, ## ###### 2023-cü il və ## ###### 2023-cü il tarixlərində kart vasitəsilə ödənilmişdir. Faktiki olaraq notariat ofisinə müraciət zamanı 27.000 manat deyil, 20.860 manat tələb edilməli idi. Bundan başqa, ümumiyyətlə, ilkin əqd etibarsızdır, çünki aralarında borc münasibəti mövcud deyildir, bu günə qədər ona heç bir bildiriş göndərilməmişdir. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və müddət keçmədiyi halda aparılır.

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, onunla iddiaçı arasında ##.##.2024-cü il tarixində “Borc müqaviləsi” bağlanmışdır. Həmin borc müqaviləsinin 1-ci maddəsinə əsasən o, iddiaçıya 55.000 (əlli beş min) ABŞ dollarının manatla məzənnəsini təşkil edən 93500 (doxsan üç min beş yüz manat) və 94605 manat (doxsan dörd min altı yüz beş manat), ümumilikdə 188105 (yüz səksən səkkiz min yüz beş manat) məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə uyğun həmin məbləğdə pul Notariusun depozit hesabında mədaxil edilmişdir. Müqavilənin 2-ci maddəsinə əsasən iddiaçı borcu ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2024-cü il tarixədək hər gün 150 (bir yüz əlli) manat, ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2024-cü il tarixinədək hər gün 200 (iki yüz) manat, ##.##.2024-cü il tarixdən başlayaraq 7 (yeddi) ay müddətində hər ay 8000 (səkkiz min) manat, səkkizinci ay 7105 ( yeddi min bir yüz beş) manat və ##.##.2024-cü il tarixdən başlayaraq 11 (on bir) ay ərzində hər ay 5 000 (beş min) ABŞ dollarının manatla məzənnəsini ödəmək şərti ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qaytarmalı idi. Iddiaçı tərəfindən 2024-cü ilin noyabr ayından etibarən Borc Müqaviləsinin şərtləri pozulmuş, ödənişlər vaxtı-vaxtında həyata keçirilməmişdir. Bu səbəbdən ## ###### 2025- ci il tarixində Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən hissəvi icra qeydi verilmiş və müəyyən edilmişdir ki, iddiaçıdan ##.##.2024-cü il tarixinədək olan müddət üçün ödənilməmiş 27000 manat pul tutulsun. Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 6140 manat məbləğində pul əvvəlcədən ödənilmişdir və sanki elə təəssürat yaratmışdır ki, guya onun ümumilikdə 27000 manat borcu olmuş, həmin borcun da 6140 manatını icra qeydindən əvvəl ödəmişdir. Lakin notarial qaydada təsdiq edilmiş Borc müqaviləsindən də göründüyü kimi ümumi borcun məbləği 188105 manat (yüz səksən səkkiz min yüz beş manat) olmuşdur. ## ###### 2025-ci il tarixində Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilən icra qeydi isə hissəvi xarakter daşıyır. Iddia ərizəsində qeyd edilir ki,"... həmin borcdan 6140 manat ödənilmişdir. Bu ödənişin 1240 manatı nağd qaydada, qalan məbləğ isə tələbkarın kart hesabına köçürülmüşdür. ##.##.2023-cü il tarixli ödənişlərin qəbzləri də şikayətə əlavə olunur...”. Iddiaçı tərəfindən göstərilən bu arqument də tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, ümumiyyətlə, nağd pul verilməmişdir, 188105 manat borcun ödənilməsi istiqamətində edilmiş bütün ödənişlərlə bağlı qəbzlər “WhatsApp” yazışma tətbiqi üzərindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 göndərilmişdir. Ilk ödəniş ##.##.2024-cü il tarixində həyata keçirilmişdir, həmin qəbz də onlarda mövcuddur. Həmçinin iddia ərizəsində hansı məqsədlə ##.##.2023, ##.##.2023-cü il tarixli qəbzlərin olduğunu və onlara istinad edilməsi aydın deyildir. Çünki borc müqaviləsinin tarixi ##.##.2024-cü ildir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən məhz həmin tarixdə iddiaçıya notariusun depozit hesabına köçürülməsi yolu ilə borc pul vermişdir. Bu halda ##.##.2023, ##.##.2023-cü il tarixli qəbzlərin, ümumiyyətlə, hazırkı iş üzrə hər hansı sübut əhəmiyyəti mövcud deyildir. Bu baxımdan, həmin qəbzlər sübutlar siyahısından çıxarılmalı və mötəbər sübut kimi qəbul edilməməlidir. Notarial qaydada təsdiq edilmiş ##.##.2024-cü il tarixli Borc müqaviləsi iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında borc münasibətlərinin olmasını təsdiq edir. Bu baxımdan borclu tərəfindən bu faktın əsassız olaraq təkzib edilməsi həmin münasibətlərin mövcud olmaması anlamına gəlmir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə uyğun olaraq müqavilə yazılı formada bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı hissə-hissə ödənişlər icra etmiş, 2024cü ilin noyabr ayından sonra ödənişlərin məbləği müqavilənin şərtinə uyğun olaraq artdıqdan sonra ödənişlərdən yayınmışdır.

9. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil əlavə olaraq bildirmişdir ki, tərəflərindən müqavilənin etibarsızlığına dair iddia qaldırılmamış, sadəcə bu məsələ iddia ərizəsində məlumat xarakterli nəzərə çatdırılmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçıya borc vəsaiti verməmiş, onların biznes fəaliyəti olmuşdur və hazırda olan məbləğ də onunla bağlıdır, sadəcə bunu borc müqaviləsi altında pərdələyiblər. Tərəflər təxminən 2018-2019-cu illərdən uzun müddət birlikdə fəaliyyət göstəriblər ki, tərəflər arasında olan məbləğ ümumi məbləğ olub, tərəfə ödənilməli məbləğ nə idisə həmin məbləği qeyd ediblər ki, aralarında mübahisə qalmasın. Lakin münasibətlər korlandığı üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bunu notarial qaydada rəsmiləşdirmək istəyib. Iddiaçıya borc verilməyib, əvvəllər ödənilən pullar bunun tərkib hissəsidir. Iddiaçı 6140 manatlıq hissəni ödədiyinə görə artıq belə düşünüb ki, bunun ziddiyyəti yoxdur, həmin hissəni onsuz da ödənişdən çıxacaq. Iddiaçı 6140 manat ödəniş etmiş, 1240 manat nağd vermiş, qalanı isə “M10” tətbiqi ilə ödənilmişdir. Onlar tərəfindən ödənilməli olan hazırki məbləğ isə 20860 manatdır. Həmin məbləği qəbul edir və ödəməyə razıdırlar.

10. Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Həqiqət Əhmədova)

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında ## #### 2024-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçıya ümumilikdə 188105 manat pulu borc vermiş, borclu həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Borclu tərəfindən həmin məbləğdən 27000 manat ödənilməmiş qalmışdır. ##.##.2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən iddiaçıya borcun ödənilməsi, əks təqdirdə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. ##.##.2025-ci il tarixdə iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış borc müqaviləsinə əsasən icra qeydi aparılmışdır.

12. Birinci instansiya məhkəməsi iddiaçının icra qeydinin aparılacağı barədə bildirişin ona çatdırılmaması və məbləğin artıq hesablanması barədə dəlillərinə qiymət verərək göstərmişdir ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli bildiriş və həmin bildirişin göndərildiyini təsdiq edən qaiməyə əsasən icra qeydinin aparıldığı ##.##.2025ci il tarixdən 23 gün qabaq bildiriş tərtib edilərək iddiaçıya göndərilmişdir. Həmçinin, iddiaçı icra şöbəsinə müaciət edərək borc məbləğindən 300 manat hissə-hisə ödəyəcəyini bildirmişdir. Göründüyü kimi, bildirişin çatdırılması, icra qeydinin aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir.

13. Birinci instansiya məhkəməsi borc məbləğinin icra qeydində artıq qeyd edilməsi, iddiaçı tərəfindən 6140 manat ödəniş edilməsi, iddiaçıdan 20.860 manat tələb edilməli olması barədə iddiaçının dəlilinə münasibətdə göstərmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və iddiaçı arasında ## #### 2024-cü il tarixdə borc müqaviləsi bağlanılmış və ##.##.2025- ci il tarixdə də icra qeydi aparılmışdır. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri isə ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixləri əhatə edir. Göründüyü kimi həmin ödənişlər borc müqaviləsindən öncə ödənilmiş, həmin ödənişləri hazırki icra qeydinin verilməsinə əsas olmuş borc müqaviləsi üzrə olması isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

14. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının “iddiaçı və 3-cü şəxsin arasında bağlanılmış ilkin əqdin etibarsız olması, aralarında borc münasibətinin mövcud olmaması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçıya borc vəsaiti verməməsi, şəxslər arasında olan biznes fəaliyəti ilə bağlı məbləğin borc müqaviləsi altında pərdələnməsi” dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan borc müqaviləsi daha öncə mübahisələndirilməmiş, iddia ərizəsində və məhkəmə iclasında onun nümayəndəsi tərəfindən verilmiş izahatda iddia tələbində qeyd olunan hallarla bağlı sübutlar təqdim edilməmiş, məhkəmə iclasında iddiaçı tərəf tərəfindən 27000 manat vəsait tutulması müəyyən edilən icra qeydi üzrə 20860 manat məbləği ödəməyi qəbul etdikləri bildirilmişdir. Buna görə də həmin dəlillər əsassız hesab edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 739.1, 739.2-ci, “Notariat haqqında” Qanunun 76 və 79-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında başqa əqdə uyğun hüquqi nəticələr yaratmaq məqsədilə bağlanıldığından ## #### 2024-cü il tarixli əqd əhəmiyyətsizdir. Novruz Bayramov tərəfindən bu günə qədər iddiaçıya heç bir bildiriş göndərilməmişdir. Tərəflər arasındakı faktiki münasibət borc münasibəti olmamışdır. Məhkəmə tərəflər arasında olan hüquq münasibətinin borc deyil, faktiki alqı-satqı olması hissəsini araşdırmamışdır. Məhkəmə formal olaraq borc müqaviləsinin mövcudluğunu əsas götürməklə sübut edilməli halları araşdırmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ikram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin icra qeydinin aparılması barədə bildirişin iddiaçıya çatdırılmaması barədə dəlili üzrə qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 ##.##.2024-cü il tarixdə iddiaçya icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən məlumat ilə 2024-cü ilin noyabr, dekabr ayları üçün ödənilməmiş 27000 manat məbləğində borcun 20 gün müddətinə ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağını bildirmiş və iş materiallarına əlavə edilmiş qaimədən görünür ki, həmin bildiriş iddiaçıya rəsmi qaydada ##.##.2024-cü il tarixdə göndərilmişdir. Göründüyü kimi, bildirişin çatdırılmaması barədə iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin tərəflər arasında borc münasibətlərinin olmaması və müqavilənin etibarsız olması barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və İddiaçı arasında ## #### 2024-cü il tarixdə borc müqaviləsi bağlanılmış və həmin müqavilə də hazırda qüvvədədir, iddiaçı həmin müqaviləni mübahisələndirməmişdir. Hazırkı tələb icra qeydinin ləğvi barədədir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, apellyasiya şikayətinin borc müqaviləsinin etibarsız olması və tərəflər arasında borc münasibətlərinin olmaması barədə dəlili də əsassız hesab edilir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76-ci , Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “HYPERLINK "http://e-qanun.az/framework/5916" \o "Azərbaycan Respublikasının 2004-cü il # #### tarixli ***-IIQ nömrəli Qanunu"Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X4 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. Icra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. Icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin ***.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə ***.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə ***.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etmişdir. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Iddia tələbi icra qeydinin ləğvi barədə olmuş, iddiaçı tələbinin əsası kimi icra qeydi verilərkən qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən icra qeydi verilməmişdən əvvəl ona bildiriş göndərilməməsinə istinad etmişdir.

30. Işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, icra qeydi qanunvericiliyin tələblərinə uğun verilmişdir. Icra qeydi barədə bildiriş iddiaçının ünvanına göndərilmiş, iddiaçı bildirişi qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.

32. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi sübutları araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, sübut etmə yükünü düzgün bölüşdürmüş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

33. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmuş həmin dəlillərə də qeyd edildiyi kimi işə mahiyyəti üzrə baxan məhkəmələr qiymət vermişlər.

34. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar