Məhkəmə qərarları › İş №2(1-8)-728/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-728/2026

19.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-728/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:bağ sahəsinə müdaxilənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül və Şəfiyev İspəndiyar Əsəd oğlundan tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”dan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,24 ha torpaq sahəsində yerləşən **** saylı bağ sahəsi (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, 86) ## ###### 2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 0,24 ha torpaq sahəsində yerləşən **** saylı bağ sahəsi (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, 86) mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

3. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,0512 ha torpaq sahəsində yerləşən **** saylı bağ sahəsinin bir hissəsi (Yeni qaydalarla: ünvan 1) ## ###### 2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

4. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 0,0512 ha torpaq sahəsində yerləşən **** saylı bağ sahəsinin bir hissəsi (Yeni qaydalarla: ünvan 1) ## ###### 2024-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır.

5. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 0,0849 ha torpaq sahəsində yerləşən **** saylı bağ sahəsi (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 86) ## ###### 2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

6. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 0,12 ha torpaq sahəsində yerləşən 1453 “a” saylı bağ sahəsi ## ####### 2021-ci il tarixdə cavabdeh1 adına qeydiyyata alınmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 2.400 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yararsız vəziyyətdə olan tikili mövcuddur. Göstərilən 2.400 kv.m torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində idi. Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərardadında göstərilən cavabdeh1 əri cavabdeh2 faktiki istifadəsində olan və İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinin faktiki vəziyyətdə yerləşməsini əks etdirən izahlı sxem əlavə olunmuşdur. Sxemdə göstərildiyi kimi cavabdeh1 əri cavabdeh2 faktiki istifadəsində olan sahə ilə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür. Hər iki qonşu sahə arasında mübahisəli yol mövcuddur (koordinatları sxemdə əks olunmuşdur). Belə ki, əvvəllər dalan kimi istifadə olunan sahənin bir hissəsini cavabdeh1 oğlunun əri cavabdeh2 hasara alaraq öz sahəsinə qatmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh olaraq əvvəlcə cavabdeh2, daha sonra isə dəqiqləşdirmə apararaq əsl cavabdeh cavabdeh2 arvadı cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinə (hər iki hissəsinə) müdaxilələrin aradan qaldırılmaqla, həmin bağ sahəsinin (yeni “Reyestrdən çıxarışlar” və “Texniki pasportlar” üzrə hər iki girişə münasibətdə) yolunun bağlanmasına səbəb olan, habelə həmin bağ sahəsinin ərazisinə müdaxilə edilməklə orada onun mülkiyyət hüququnu pozan qanunsuz inşa edilmiş bütün yeraltı və yerüstü qurğu və tikililərin cavabdehin hesabına sökülməsi, bağ sahəsinin və ümumi yolun “Texniki pasportda” göstərilən əvvəlki vəziyyətə uyğun cavabdehin hesabına bərpa edilməsi vəzifəsinin cavabdin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Qonşuluqda yerləşən torpaq sahəsinin sahibi olan cavabdeh iddiaçının mülkiyyətində olan sahəyə müdaxilə edərək, həmin sahəyə aid olan yolu bağlamış, ümumi istifadədə olan ərazidə - yolda, iddiaçının mülkiyyət hüquqlarını pozan, yeraltı və yerüstü qurğu və tikililər inşa etmişdir. Həmin qanunsuz tikililər iddiaçının mülkiyyət hüquqlarını pozduğuna görə cavabdehin hesabına sökülərək, ərazi “Texniki pasportda” göstərilən əvvəlki vəziyyətə uyğun bərpa edilməlidir.

10. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş edərək izahatında göstərmişdir ki, mübahisə predmetinə daxil olan darvaza iddiaçıya maenələr yaratmır. Həmçinin bildirdi ki, cavabdehin istifadəsində olan mübahisə predmetinə daxil olan torpaq sahəsi bələdiyyə torpağıdır və həmin torpağı özəninkiləşdirilməsi üçün müraciət etmişdir.

11. Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, qeyd olunan torpaq sahəsi faktiki olaraq hasar daxili 2400 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yararsız vəziyyətdə olan tikili mövcuddur. Göstərilən 2400 kv.m torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin ## ###### 2023-cü il tarixli qərardadında göstərilən cavabdehin faktiki istifadəsində və iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinin faktiki vəziyyətdə yerləşməsini əks etdirən izahlı sxem əlavə olunmuşdur. Sxemdə göstərildiyi kimi, cavabdehin faktiki istifadəsində olan sahə ilə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür. Hər iki qonşu sahə arasında mübahisəli yol mövcuddur (koordinatları sxemdə əks olunmuşdur). Belə ki, əvvəllər dalan kimi istifadə olunan sahənin bir hissəsini cavabdeh hasara alaraq öz sahəsinə qatmışdır.

12. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatı üzrə nəticə yuxarıda qeyd olunan mütəxəssis rəyinə uyğun olmuşdur.

13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,0512 ha torpaq sahəsində yerləşən **** saylı bağ sahəsinin bir hissəsi (Yeni qaydalarla: ünvan 1) ## ###### 2024-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

14. Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,0512 ha torpaq sahəsində yerləşən **** saylı bağ sahəsinin bir hissəsi (Yeni qaydalarla: ünvan 1) ## ###### 2024-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

15. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,0849 ha torpaq sahəsində yerləşən **** saylı bağ sahəsi (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 93-cü Mərdəkan küçəsi, giriş 86) ## ###### 2024-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

16. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,12 ha torpaq sahəsində yerləşən 1453 “a” saylı bağ sahəsi mülkiyyət hüququ üzrə cavabdeh1 adına qeydiyyata alınmışdır.

17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) iddianın qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan ## ###### 2024-cü il tarixli çıxarışla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinin bir hissəsinin (Yeni qaydalarla: ünvan 1 ünvanı) giriş-çıxışına mane olan, dalanda inşa edilmiş tikili və qurğunun (darvaza və darvazanın yerləşdirildiyi yan konstruksiyaların) cavabdehin hesabına sökülməsi, iddiaçıya məxsus həmin bağ sahəsinin giriş-çıxışının bərpa edilməsi və iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir.

18. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsi hazırda bir neçə hissəyə ayrılmış və hər bir hissəyə dair iddiaçının adına yeni çıxarışlar, torpaq sahələrinin planı və ölçüsü sənədləri (sxemləri) verilmişdir. Mübahisə predmetinə daxil olan yol, tərəflərin torpaq sahələrinə gedən, sağ və sol hissəsi iddiaçıya və başqa şəxsə (hazırki mülki mübahisəyə aidiyyəti olmayan şəxsə) məxsus torpaq sahələrinin hasarları ilə əhatə olunmuş dalandan ibarətdir. Dalanın bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuş və zəbt olunmuş hissənin qarşısında dəmir darvaza inşa edilmişdir. Həmçinin həmin dalanda darvazadan sonra cavabdeh tərəfindən inşa edilmiş şambo (kanalizasiya quyusu) yerləşir. Şambonun örtüyü, yerləşdiyin yolun örtüyündən fərqlənmir, hər hansı bir formada çıxıntıları mövcud deyil, keçid üçün maneə törədə biləcək qurğuları yoxdur.

19. Dəmir darvazanın və şambonun cavabdeh tərəfindən inşa edilməsi iş üzrə mübahisə edilməyən haldan ibarətdir.

20. Məhkəmə qanunvericiliyin tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinin bir hissəsinin (Yeni qaydalarla: ünvan 1 ünvana) giriş-çıxışına mane olan, dalanda inşa edilmiş tikili və qurğu (darvaza və darvazanın yerləşdirildiyi yan konstruksiyaların) cavabdehin hesabına sökülməli və iddiaçıya məxsus həmin bağ sahəsinin giriş-çıxışı bərpa edilməlidir.

21. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş darvaza həmçinin iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: ünvan 1 ünvana) gedən yolda (dalanda) inşa edilmişdir. Bu hal həm məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmiş, həmdə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə təsdiq edilmişdir. Həmçinin İş üzrə müəyyən edilmiş bu halın əksinə dəlalət edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

22. Beləliklə, məhkəmə qeyd etmişdir ki, torpaq sahəsində binalar və qurğular ucaltmaq, tikinti işləri aparmaq mülkiyyətçiyə aid olduğundan, eyni zamanda həmin mübahisəli darvazanın tikintisi mülkiyyətçinin qanunla qorunan maraqlarına toxunmuşdur. Belə ki, mübahisəli bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və bunun nəticəsində iddiaçının bağ sahəsindən istifadəsinə manelər yaranmışdır.

23. Belə ki, darvaza iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: ünvan 1 ünvana) gedən yolun üzərində cavabdeh tərəfindən inşa edildiyindən və bu hal iddiaçının öz mülkiyyətindən istifadə edilməsinə maneə olduğundan, cavabdehin isə həmin darvazanın dalanda inşa ediməsi üçün hər hansı bir hüquqi əsası olmadığından məhkəmə qeyd etmişdir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüququna mənsub olan sahiblik və istifadə etmək hüquqları cavabdeh tərəfindən pozulmuş və iddiaçının bu hüquqları, ona məxsus torpaq sahəsinə gedən yolda, cavabdeh tərəfindən inşa edilmiş darvaza və darvazanın yerləşdiyi yan konstruksiyalar sökülməklə bərpa edilməlidir.

24. Məhkəmə, iddia tələbinə daxil olan cavabdeh tərəfindən inşa edilmiş həmçinin şambonun (kanalizasiya quyusunun) sökülməsi məsələsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir.

25. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, həmçinin iddiaçının torpaq sahəsinə gedən yolda (dalanda) cavabdeh tərəfindən inşa edilmiş şambonun (kanalizasiya quyusunun) üzəri qapadılmış, örtüyü yerləşdiyi yolun örtüyündən fərqlənmir, hər hansı bir formada çıxıntıları mövcud deyil, keçid üçün maneə törədə biləcək qurğuları yoxdur. Yəni, iş üzrə müəyyən olunur ki, həmin kanalizasiya quyusunun bağ sahələrinə giriş-çıxışı üçün maneə törədici xüsusiyyəti mövcud deyil. İddiaçı tərəfindən həmin quyunun, ona məxsus bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırması (maneə olması) əsası irəli sürülsədə, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Həmin kanalizasiya quyusunun iddiaçıya məxsus torpaq sahəsinə keçidin məhdudlaşdırılması, eyni zamanda həmin quyunun dalanda inşa edilməsi (mövcudluğu) iddiaçının hər hansı bir hüquqlarına zidd olması müəyyən edilmədiyindən məhkəmə, iddia tələbinin bu hissəsini əsassız hesab edir.

26. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd etmişdir ki, iddia tələbi qismən təmin edilməklə, iddiaçının mülkiyyətində olan ## ###### 2024-cü il tarixli çıxarışda göstərilən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinin bir hissəsinin (Yeni qaydalarla: ünvan 1 ünvanın) giriş-çıxışına mane olan, dalanda inşa edilmiş tikili və qurğu (darvaza və darvazanın yerləşdirildiyi yan konstruksiyalar) cavabdehin hesabına sökülməli, iddiaçıya məxsus həmin bağ sahəsinin giriş-çıxışı bərpa edilməlidir.

27. Məhkəmə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.4, 170.1, 170.2, 180.1, 180.4, 238.1-ci maddələrinə, “Torpaq Məcəllənin 4.1, 49.1, 84.1, 84.2-cü maddələrinə, habelə MPM-nin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın bir qisminin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddia təmin edilməyən hissədə birinci instansiya məhkəməsi ümumiyyətlə heç bir araşdırma aparmamış və yalnız cavabdeh tərəfindən ümumi dalanda, yolda qazılmış şambo barədə məsələyə toxunaraq tələbi rədd etmişdir. Birinci instansiya məhkəməsi kanalizasiya quyusunun iddiaçının giriş çıxışına maneələr yaratmadığı barədə qeyd etdiklərini heç bir sübutla əsaslandırmamış, quyunun ümumi yolda inşa edilməsinə müvafiq icazələrin alınmasını, ümumi yolda inşa edilmiş kanalizasiya quyusunun ətrafdakılar üçün hər hansı təhlükə yaratmasını aydınlaşdırmamışdır. İddia təmin edilməyən hissədə maddi hüquq norması tətbiq edilməmiş, heç bir faktiki hal aydınlaşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar müəyyən edilməmişdir.

30. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman, cavabdehin mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq hasar daxilində 2.400 kv.m. təşkil edirdi. Lakin, hazırkı mülki iş məhkəmədə baxıldığı zaman ##.##.2024-cü il tarixli mütəxəssis rəyi verildikdən sonra iddiaçı mülkiyyətində olan torpaq sahəsini məqsədyönlü şəkildə bir neçə hissəyə bölmüş və yenidən ##.##.2024-cü il tarixdə adına “Reyestrdən çıxarışlar” almışdır. Cavabdeh öz qonşuluğunda olan iddiaçıya məxsus torpaq sahəsinə heç bir müdaxilə etməmişdir. Cavabdeh 84 kv.m. olan artıq sahəyə sahiblik etməyə başladıqda iddiaçıya məxsus torpaq sahəsi 2.400 kv.m. təşkil etməklə iki darvazası olmuşdur. Hər iki darvaza vasitəsilə həmin torpaq sahəsinə sərbəst giriş-çıxış qalmışdır. Lakin, iddiaçı mülkiyyətində olan torpaq sahəsini məqsədyönlü şəkildə bir neçə hissəyə bölmüş, ## ###### 2024-cü il tarixdə adına çıxarışlar almış və bununla da iddiaçı qəsdən öz torpaq sahəsini blok vəziyyətinə salmışdır. Faktiki olaraq, iddiaçı süni surətdə özünü hazırkı vəziyyətə salmışdır. Bu hal iş materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi hüququnun pozulmasına gətirib çıxarır. Eyni zamanda cavabdeh istifadəsində olan 84 kv.m. olan torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı Mərdəkan bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi bu halı da nəzərə almamış, bununla da cavabdehin həmin sahəyə sahiblik hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış və onlara düzgün hüquqi qiymət verməmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov sədrlik edən, məruzəçi, Azad İmanov və Fuad Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi qismən, yəni iddianın bir qisminin təmin edilməməsi və məhkəmə xərclərinin bir qisminin iddiaçıya aid edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, ## ###### 2024-cü il tarixli çıxarışla iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi **** saylı bağ sahəsinin girişinə gedən ümumi yolda qanunsuz inşa edilmiş şambo (kanalizasiya quyusu) cavabdehin hesabına sökülmüş və ümumi yol texniki pasportda göstərilən əvvəlki vəziyyətə uyğun olaraq cavabdehin hesabına bərpa edilmiş və qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinə gedən yol tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə edilmiş və müayinə zamanı müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan tikili, 2 hissədən ibarət dəmir darvazadan ibarətdir. Həmin darvaza dalanda yerləşir. Darvazanın yerləşdiyi dalan, mübahisə predmetinə daxil olan yol, iddiaçıya məxsus torpaq sahəsinə və cavabdehə məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinin bir hissəsinə (ünvan 1 ünvana) gedən sağ və sol hissələri iddiaçıya və başqa şəxsə (hazırki mülki mübahisəyə aidiyyəti olmayan şəxsə) məxsus torpaq sahələrinin hasarları ilə əhatə olunmuş dalandan ibarət olmuşdur. Darvazadan içəriyə olan dalanın hissəsi cavabdeh tərəfindən istifadə edilmişdir. İddiaçıya məxsus torpaq sahəsi həmin yerin sonunda sağ tərəfdə yerləşmişdir. Həmçinin, hər iki tərəfin bildirdiklərinə əsasən, darvazadan sonra yerin altında cavabdeh tərəfindən şambo (kanalizasiya quyusu) inşa edilmişdir. Şambonun üzəri qapadılmış, olduğu yerin və dalanın (yolun) örtüyü çınqıl daşlardan ibarət olmuşdur. Şambonun örtüyü, yerləşdiyi yolun örtüyündən fərqlənməmiş, hər hansı bir formada çıxıntıları mövcud olmamış və keçid üçün maneə törədə biləcək qurğular olmamışdır.

34. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus və Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən **** saylı bağ sahəsi hazırda bir neçə hissəyə ayrılmış və hər bir hissəyə dair iddiaçının adına yeni çıxarışlar, torpaq sahələrinin planı və ölçüsü sənədləri (sxemləri) verilmişdir. Mübahisə predmetinə daxil olan yol tərəflərin torpaq sahələrinə gedən sağ və sol hissəsi iddiaçıya və başqa şəxsə (hazırki mülki mübahisəyə aidiyyəti olmayan şəxsə) məxsus torpaq sahələrinin hasarları ilə əhatə olunmuş dalandan ibarət olmuşdur. Dalanın bir hissəsi cavabdeh tərəfindən zəbt edilmiş və zəbt olunmuş hissənin qarşısında dəmir darvaza inşa edilmişdir. Həmçinin həmin dalanda darvazadan sonra cavabdeh tərəfindən inşa edilmiş şambo (kanalizasiya quyusu) yerləşmişdir. Şambonun örtüyü, yerləşdiyi yolun örtüyündən fərqlənməmiş, hər hansı bir formada çıxıntıları mövcud olmamışdır, keçid üçün maneə törədə biləcək qurğuları olmamışdır. Dəmir darvazanın və şambonun cavabdeh tərəfindən inşa edilməsi işin mübahisəsiz halıdır.

35. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş darvaza iddiaçıya məxsus və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinin bir hissəsinə (Yeni qaydalarla: ünvan 1 ünvana) gedən yolda (dalanda) inşa edilmişdir. Bu hal həm birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmiş, həm də iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə təsdiq edilmişdir. Həmçinin iş üzrə müəyyən edilmiş bu halın əksinə dəlalət edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

36. Məhkəmə iddianın cavabdeh tərəfindən inşa edilmiş şambonun (kanalizasiya quyusunun) sökülməsi hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, işin hallarından müəyyən edilir ki, iddiaçının torpaq sahəsinə gedən yolda (dalanda) cavabdeh tərəfindən inşa edilmiş şambonun (kanalizasiya quyusunun) üzəri qapadılmış, örtüyü yerləşdiyi yolun örtüyündən fərqlənməmiş, hər hansı bir formada çıxıntıları mövcud olmamış və keçid üçün maneə törədə biləcək qurğular olmamışdır.

37. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, həmin kanalizasiya quyusunun bağ sahələrinə giriş-çıxışı üçün maneə törədici xüsusiyyəti mövcud olmamışdır. İddiaçı tərəfindən isə həmin quyunun, ona məxsus bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırılması (maneə olması) əsası irəli sürülsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Həmin kanalizasiya quyusunun iddiaçıya məxsus torpaq sahəsinə keçidin məhdudlaşdırılması, eyni zamanda həmin quyunun dalanda inşa edilməsi (mövcudluğu) iddiaçının hər hansı bir hüquqlarına zidd olması müəyyən edilmədiyindən, məhkəmə iddia tələbinin bu hissəsini əsassız hesab etmişdir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh şambonun (kanalizasiya quyusunun) özünə məxsus sahədə tikilməsini sübut edə bilməmişdir. Həmin tikili ümumi gediş-gəliş yolunda inşa edilmişdir və onun inşa edilməsi üçün cavabdeh tərəfindən müvafiq səlahiyyətli quruma müraciət edilməsi və tikintiyə icazənin alınması müəyyən edilmir. Eyni zamanda ümumi yolda özbaşına inşa edilmiş kanalizasiya quyusunun ətrafdakılar üçün təhlükə yaratma ehtimalının mümkün olması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlili də ağlabatandır.

39. Bu baxımdan şambonun inşa edildiyi ümumi yolun istifadəçisi kimi iddiaçının qanunsuz tikilmiş həmin tikilinin cavabdehin hesabına sökülməsini tələb etmək üçün subyektiv hüququ vardır. Birinci instansiya məhkəməsi əsaslı olan bu tələbi rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğu müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 170.1, 170.2, 180.1, 180.3, 180.4,238.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh (İlyasova Gülarə Qəzənfər qızı) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə heç bir müdaxilə etməmişdir. Çünki cavabdeh, 84 kv.m. sahəyə sahib olduğu zaman iddiaçıya 2.400 kv.m torpaq sahəsi məxsus olmuş və hər iki sahədə giriş üçün iki darvaza mövcud olmuşdur. Lakin, iddiaçı hazırkı mülki işə məhkəmədə baxıldığı zaman ## ##### 2024-cü il tarixli mütəxəssis rəyi verildikdən sonra mülkiyyətində olan torpaq sahəsini məqsədyönlü şəkildə bir neçə hissəyə bölmüş və yenidən ## ###### 2024-cü il tarixdə adına reyestrdən çıxarış almışdır. Bununla da iddiaçı qəsdən öz torpaq sahəsini blok vəziyyətinə salmışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən, iddiaçının ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 2.400 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yararsız vəziyyətdə olan tikili mövcud olmuşdur. Göstərilən 2.400 kv.m. torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərardadında göstərilən cavabdeh tərəfindən faktiki istifadəsində olan və iddiaçı tərəfindən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin faktiki vəziyyətdə yerləşməsini əks etdirən izahlı sxem əlavə edilmişdir. Sxemdə göstərildiyi kimi cavabdehin faktiki istifadəsində olan sahə ilə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür. Hər iki qonşu sahə arasında mübahisəli yol mövcud olmuşdur (koordinatları sxemdə əks olunmuşdur). Belə ki, əvvəllər dalan kimi istifadə olunan sahənin bir hissəsini cavabdeh hasara alaraq öz sahəsinə qatmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və qeyd etmişdir ki, cavabdeh bu hal ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, cavabdehin faktiki istifadəsində olan sahə ilə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür. Hər iki qonşu sahə arasında mübahisəli yol mövcuddur. Belə olan halda, istər-istəməz sual yaranır: “Bu kimi sübut (ekspertizanın rəyi) sübut kimi qəbul edilməməlidirmi?”. Apellyasiya məhkəməsi yuxarıda qeyd etdiyimiz işin xüsusatlarını nəzərə almamış, bununla da qəbul etdiyi qətnamə ilə xoşagəlməz məhkəmə təcrübəsi yaratmışdır. Çünki gələcəkdə hər bir şəxs öz torpaq sahəsini belə bir üsulla (qəsdən) bölərək qonşunun sahəsindən yol almaq vəziyyətinə gətirib çıxara bilər. Bu hal isə vətəndaşların mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Bundan başqa, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “kanalizasiya quyusunun” bağ sahələrinə girişçıxışı üçün maneə törədici xüsusiyyəti mövcud olmamışdır. İddiaçı tərəfindən həmin quyunun, ona məxsus bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırılması (maneə olması) əsası irəli sürülsə də, bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Həmin kanalizasiya quyusunun iddiaçıya məxsus torpaq sahəsinə keçidin məhdudlaşdırılması, eyni zamanda həmin quyunun dalanda inşa edilməsi (mövcudluğu) iddiaçının hər hansı bir hüquqlarına zidd olması müəyyən edilmədiyindən məhkəmə iddia tələbinin bu hissəsini əsassız hesab etmişdir. Lakin, apellyasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “cavabdeh şambonun (kanalizasiya quyusunun) özünə aid sahədə tikilməsini sübut edə bilməmişdir. Həmin tikili ümumi gediş-gəliş yolunda inşa edilmişdir və onun inşa edilməsi üçün cavabdeh tərəfindən müvafiq səlahiyyətli quruma müraciət edilməsi və tikintiyə icazənin alınması müəyyən edilməmişdir. Eyni zamanda ümumi yolda özbaşına inşa edilmiş kanalizasiya quyusunun ətrafdakılar üçün təhlükə yaratma ehtimalının mümkün olması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlili də ağlabatandır.” Hesab edilir ki, apellyasiya məhkəməsi tərəfindən bu hissədə gəldiyi nəticə tam əsassız olmuşdur. Apellyasiya məhkəməsi faktiki olaraq iddiaçının yalnız dəlilsiz izahatını əsas götürərək, ehtimal ilə onun şikayətinin dəlilini ağlabatan hesab etmişdir. Halbuki iddiaçı bu hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə etməmiş, yalnız istifadəsində olan torpaq sahəsində işlər görmüşdür.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə etiraz verilməmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

44. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

45. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

48. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

49. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

50. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

51. Məddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

52. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

53. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

54. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Madə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

64. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

65. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

66. Kassasiya məhkəməsi, iddiaçının mülkiyyətində olan **** saylı bağ sahəsinin bir hissəsinin giriş-çıxışına mane olan, dalanda inşa edilmiş tikili və qurğunun (darvaza və darvazanın yerləşdirildiyi yan konstruksiyaların) cavabdehin hesabına sökülməsi, iddiaçıya məxsus bağ sahəsinin giriş-çıxışının bərpa edilməsi tələbinə aid hissədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə ki, həmin hissədə qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

67. Lakin kassasiya məhkəməsi, iddiaçıya məxsus bağ sahəsinin girişinə gedən ümumi yolda inşa edilmiş şambonun (kanalizasiya quyusunun) cavabdehin hesabına sökülməsi, ümumi yolun texniki pasportda göstərilən əvvəlki vəziyyətə uyğun cavabdehin hesabına bərpa edilməsi tələbinə aid hissədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, bu hissədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələblərinə uyğun deyil.

68. Belə ki, işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolda (dalanda) cavabdeh tərəfindən inşa edilmiş şambonun (kanalizasiya quyusunun) üzəri qapadılıb, şambonun (kanalizasiya quyusunun) örtüyü yolun örtüyündən fərqlənmir, örtük üzərində hər hansı bir formada çıxıntılar mövcud deyil və keçid üçün orada maneə törədə biləcək heç bir qurğu yoxdur. Yəni, işin halları ilə açıq-aşkar müəyyən olunur ki, sökülməsi tələb olunan şambo (kanalizasiya quyusu) torpağın altında inşa olunub və onun cavabdehin bağ sahələrinə giriş-çıxışı üçün maneə törədə biləcək xüsusiyyətləri yoxdur.

69. Həmçinin, hazırkı iddia tələbi şambonun (kanalizasiya quyusunun) iddiaçıya məxsus bağ sahələrinə giriş-çıxışı məhdudlaşdırması (maneə olması) əsası ilə irəli sürülsədə, bu barədə hər hansı sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmayıb.

70. Göründüyü kimi sökülməsi tələb olunan şambonun (kanalizasiya quyusunun) iddiaçıya məxsus bağ sahələrinə keçidi məhdudlaşdırmır və şambonun (kanalizasiya quyusunun) dalanda inşa edilməsi (mövcudluğu) iddiaçının hər hansı hüququnu və qanunla qorunan mənafeyini pozmur.

71. AR Mülki Məcəlləsinin 135.4-cü maddəsində göstərilir ki, torpaq sahələri, yerin təki, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalar sayılır.

72. Daşınmaz əşya (daşınmaz əmlak)- yerlə möhkəm bağlı olan, təyinatı dəyişdirilmədən başqa yerə köçürülməsi mümkün olmayan obyektlərdir.

73. Qurğu- hər hansı bir işi icra etmək, müəyyən məqsədə çatmaq üçün yaradılmış texniki mexanizim, cihaz, avadanlıq və ya tərtibatlar sistemidir.

74. Tikili- ərazinin altında və ya üstündə davamlı qalması məqsədilə inşa edilən, texniki vasitələrlə torpağa bərkidilən hər cür inşaat- bina, qurğu, körpü, su arxları, anbar, dəmiryolu relsləridir v.s.

75. Aydın məsələdir ki, mülkiyyətçi özünə aid torpaq sahəsində özünün materialları (vəsaiti) hesabına tikili, qurğu inşa etdikdə qonşularla, o cümlədən digər şəxslərlə hər hansı ixtilafı yaranmır. Mübahisəli vəziyyət(lər) bir qayda olaraq, başqasının mülkiyyətində olan torpaq sahəsində və ya ümumi istifadədə olan ərazidə özbaşına tikinti işləri aparıldıqda, oraya qurğu yerləşdirildikdə və.s yaranır.

76. Elmi ədəbiyyatda “əsassız tikinti” adlandırılan belə vəziyyətlər üç qrupda təsnif edilir: 1) şəxsin özünə məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; 2) şəxsin başqasına məxsus material ilə öz mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; 3) şəxsin başqasına məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması.

77. Əvvəla, özbaşına tikililəri çıxıntılı binadan və əsassız tikilidən fərqləndirmək lazımdır. Belə ki, əsassız tikintidə binanın tamamı qonşunun və ya başqa şəxsin ərazisində inşa edilir. Çıxıntılı binada isə torpaq mülkiyyətçisinin öz ərazisində inşa etdiyi binanın və ya qurğunun bir hissəsi qonşunun torpaq sahəsinə keçir. Bu halda tikili eyni anda iki qonşu sahə üzərində yerləşir, başqa əraziyə keçmiş çıxıntı tərkib hissəsi olduğu bina ilə qırılmaz fiziki bağlantıda olur.

78. İlk növbədə qeyd olunmalıdır bir qurğunun, tikilinin özbaşına tikili sayılmasının meyarları AR Mülki Məcəlləsinin 180.1-ci maddəsində göstərilib. Belə ki, həmin normanın mənasına görə, özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa tikilidir.

79. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, özbaşına tikinti müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu cür tələblər o, halda təmin oluna bilər ki, özbaşına tikintinin, qurğunun saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozsun, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətsin və ya özbaşına tikinti, qurğu buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun.

80. Hazırkı işdə, iddia tələbini maraqlı tərəf kimi iddiaçı irəli sürsə də, ona məxsus torpaq sahələrinə gedən yolda (dalanda) cavabdeh tərəfindən inşa edilmiş şambonun (kanalizasiya quyusunun) onun hər hansı hüququnu və qanunla qorunan mənafiyini pozması və ya onun həyatı və sağlamlığı üçün təhlükə törətməsi mülki iş materialları ilə təsdiq olunmur.

81. Əksinə, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçının sökülməsini tələb etdiyi şambo (kanalizasiya quyusu) ona məxsus bağ sahələrinə keçidi məhdudlaşdırmır və şambonun (kanalizasiya quyusunun) dalanda, yəni ümumi istifadədə olan yolun keçdiyi torpaq sahəsinin altında inşa edilməsi (mövcudluğu) iddiaçının hər hansı hüququnu və qanunla qorunan mənafeyini pozmur.

82. Belə olan halda cavabdehin şambonu (kanalizasiya quyusunu) özünə məxsus sahədə tikməsini sübut edə bilməməsi, həmin tikilini ümumi gediş-gəliş yolunda inşa etməsi, onun inşa edilməsi üçün cavabdehin müvafiq səlahiyyətli quruma müraciət etməməsi, tikintiyə icazə almaması, başqa sözlə ümumi yolda cavabdehin özbaşına inşa etdiyi kanalizasiya quyusunun ətrafdakılar üçün təhlükə yaratma ehtimalının mümkün olması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə kassasiya məhkəməsi razılaşmır.

83. Belə ki, qonşu torpaq sahələrinin və yaxud daşınmaz əmlakların bir-birinin yaxınlığında yerləşməsi, onların bir-biri ilə ümumi sərhədə malik olmalarından asılı olmayaraq qarşılıqlı təsirlərini labüd edir. Bu təsirləri şərti olaraq iki qrupa bölmək olar: qarşısının alınması mümkün olan və mümkün olmayan təsirlər. Qarşısının alınması mümkün olan təsirlərlə əlaqədar məsələlərin həlli çətinlik törətmir. Lakin elə təsirlər də ola bilər ki, onların qarşısının alınması ya ümumiyyətlə mümkün olmur, ya da həmin təsirləri tamamilə aradan qaldırmaq olmur. Belə mübahisələrin həlli ilə əlaqədar AR Mülki Məcəlləsinin 171-ci maddəsində qonşu təsirinə dözmək vəzifəsi nəzərə tutulub.

84. Həmin Məcəllənin 171.1-ci maddəsində qonşu sahədən qazın, buxarın, qoxunun hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və s. oxşar amillərin təsiri təbii hal kimi müəyyən olunub. Bununla yanaşı daşınmaz əmlak mülkiyyətçisi həmin təsirlər üçün müəyyən olunmuş texniki qaydalara əməl etməlidir. Texniki qaydalar səviyyəsində olan təsirlər mümkün hesab edilir və qonşu bunların təsirini qadağan edə bilməz.

85. AR Mülki Məcəlləsinin 171.1-ci maddəsində həmçinin göstərilən təsirlərin hüdudları müəyyən edilib və orada iki hal fərqləndirilir: təsirlərin qonşuya öz sahəsindən istifadə etməsinə maneçilik yaratması və qonşunun hüququnun əhəmiyyətli dərəcədə pozulması. Yalnız bu hallarda qonşu torpaq sahəsi və digər daşınmaz əmlkadan yönələn təsirlərin aradan qaldırılması tələb oluna bilər. Təsirin əhəmiyyətli olub-olmaması texniki göstəricilərə əsasən müəyyən edilə bilər. Hər bir konkret halda tələbin məzmunu və əsasları nəzərə alınmaqla təsirin gücü və onun mənfi nəticələri müəyyən olunur.

86. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolda (dalanda) cavabdeh tərəfindən inşa edilmiş şambo (kanalizasiya quyusu), onun öz daşınmaz əmlakından istifadə etməsinə hər hansı maneçilik yaratmadığı və iddiaçının qanunla qorunan hüququnu əhəmiyyətli dərəcədə pozmadığı üçün, onun qarşısının alınması mümkün olmayan qonşu təsirinə dözmək vəzifəsi yaranıb.

87. Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi qismən- iddiaçının mülkiyyətində olan **** saylı bağ sahəsinə gedən ümumi istifadədə olan yolun alt hissəsində inşa edilmiş şambonun (kanalizasiya quyusunun) cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd olunmalı və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı: Cavabdeh cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi qismən - iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ sahəsinə gedən ümumi istifadədə olan yolun alt hissəsində inşa edilmiş şambonun (kanalizasiya quyusunun) cavabdeh cavabdeh1 vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin olunmasın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar