Məhkəmə qərarları › İş №2(1-8)-744/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-744/2026

13.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-744/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və Qurbanova İradə Səməndər qızına qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs16 və qeyriləri mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: paylı mülkiyyətdəki əşyadan payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və Qurbanova İradə Səməndər qızına qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs16 və qeyriləri mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “paylı mülkiyyətin naturada ayrılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində - paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m.-dən ibarət */* nömrəli fərdi yaşayış evində - 2 otaq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, 2 otaq İddiaçı, ##.##.2023-cü il tarixində 1123061664 qeydiyyat nömrəsi ilə, 3 otaq (y/s 39,1 kv.m., k/s 8,2 kv.metr) cavabdeh2, ##.##.2022-ci il tarixində 1122034865 qeydiyyat nömrəsi ilə, 1 otaq (y/s 20 kv.metr) Qurbanova İradə Səməndər qızının adına ##.##.2021-ci il tarixində 1120098161 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Qədirli küçəsi, ev 1/5 (ü/s 261,4 kv.m., s 205,7 kv.m.) ilk dəfə tarixsiz olaraq Xanım İsmayıl qızı və X1 adlarına qeydiyyatdan keçmişdir. ##.##.1978-ci il tarixdə X1 vəfatından sonra mülkün 1/2 hissəsinə * saylı DNK-da 2265 və **** saylı reyestrlərlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Səfərova Ökümə İbrahim qızı vərəsəlik qəbul etmiş və ##.##.1979-cu il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.1994-cü il tarixdə Xanım İsmayıl qızının vəfatından sonra mülkün 1/2 hissəsinə * saylı DNK-da *v-*a-*** saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Müseyibova Səliməxanım İsmayıl qızı vərəsəlik qəbul etmiş və ##.##.1994-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.1997-ci il tarixdə S.İ.Musabəyova “В” tikilidə 6 otaqlı mənzilin 2 otağını ** saylı DNK-da *m-A-*-*** saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən İddiaçı Məmmədtağı oğluna bağışlamış və o, ##.##.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.1997-ci il tarixdə S.İ.Musabəyova “B” tikilidə 6 otaqlı mənzilin 4 otağını ** saylı DNK-da *m-*-**** saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən X12 bağışlamış və o ##.##.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.1998-ci il tarixdə Səfərova Ökümə İbrahim qızının vəfatından sonra ** saylı DNK-da *v-*-*** saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinə Nadirov Nadirxan İmanqulu oğlu vərəsəlik qəbul etmiş və ##.##.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.1998-ci il tarixli Yasamal rayon məhkəməsinin (İş N2-822/98) qətnaməsinə əsasən cavabdeh2 “B” tikilinin * saylı sahəsi 12,2 kv.m. olan yaşayış sahəsi, 7,4 kv.m. olan dəhlizinə mülkiyyət hüququ tanınmış və o, ##.##.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli *** saylı sərəncamına əsasən cavabdeh2 məxsus əlavə tikililər qeydiyyata alınmışdır. ##.##.2003-cü il tarixdə X2 ** saylı DNK-da *ə-*- *** saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən 3 otaqdan 1 otaq 20,0 kv.m. X3 və o, ##.##.2003-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.2007-ci il tarixdə X3 ** saylı DNK-da *ə-*** saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən mülkün 1 otaq, 20,0 kv.m. hissəsini X7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2016-cı il tarixli icra vərəqəsinə əsasən Nadirov Nadirxan İmanqulu oğluna məxsus hissə qeyd olunan fərdi yaşayış evindən naturada ayrılaraq Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, *F saylı fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmış, ##.##.2020-ci il tarixdə isə sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,043 ha torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiqlənmiş 4ə-**** reyestr nömrəli, ##.##.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən ümumi sahəsi 137,5 kv.m. təşkil edən (naturada ayrıldıqdan sonra) ünvan 3 ünvanının 1 otaq, y/s-20,0 kv.m. təşkil edən hissə Qurbanova İradə Səməndər qızının adına qeydiyyata alınmışdır. ##.##.2022-ci il tarixdə bəhs edilən fərdi yaşayış evinin yerləşdiyi 0,0406 ha. torpaq sahəsi payçıların xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri ** saylı Notariat Ofisinin 4ə*** reyestr nömrəli, ##.##.2023cü il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən mülkün 2 otağı cavabdeh1 adına rəsmiləşdirilmişdir. Məlumat üçün bildirirlər ki, ümumi sahəsi 137,5 kv.m. olan ünvan 3 ünvanı hazırda bu sadalanan şəxslərin adlarında qeydiyyatdadır: İddiaçı-2 otaq; cavabdeh2- 3 otaq, y/s-39,1 kv.m., k/s-8,2 kv.m.; Qurbanova İradə Səməndər qızı-1 otaq, y/s-20,0 kv.m.; cavabdeh1-2 otaq. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil2 cavabdehlər cavabdeh1, cavabdeh2 və Qurbanova İradə Səməndər qızına (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs16 və qeyriləri mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev */* nömrəli fərdi yaşayış ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş 137,5 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, iddiaçıya düşən hissəsinə 115 kv.metr torpaq sahəsini və 2 otaq, yəni 57,9 kv.metr tikilidən ibarət payının ayrılması, naturada real bölgüsünün aparılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi */* nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət olaraq 2 otağı iddiaçıya məxsusdur. ünvan 3 ünvanında yerləşən mülkün yerləşdiyi paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsində yerləşən və mülkiyyətdə olan 137,5 kv.metr tikililərindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən sənəddə daşınmaz əmlakın ümumi sahəsi mülkiyyətdə olan 137,5 kv.metr tikilinin və mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü 0,0406 ha. göstərilmişdir. ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ ilə 4 payçıdan ibarətdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs - 2 otaq, İddiaçı - 2 otaq, cavabdeh2- 3 otaq, y/s-39,1 kv.m., k/s 8,2 kv.m.; İradə Qurbanova -1 otaq, y/s-20,0 kv.m. olmaqla qeydiyyatdan keçmiş və mülkiyyətlərində olması iddiaçıya məlum olmuşdur. Bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək ərəfəsində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə ünvan 3 ünvanına dair müvafiq məlumatların verilməsi barədə vəkil sorğusu verilmişdir. “Qeyd olunan ünvana dair müvafiq məlumatların verilməsi barədə” vəkil sorğusuna cavab verən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinin # ####### 2022-ci il tarixli ************ nömrəli məktubunda yazılmışdır: - “Məlumatların təqdim edilməsi haqqında ünvan 3 ünvanına aid müvafiq məlumatların təqdim edilməsinə dair sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirmişlər ki, Bakı şəhəri, Qədirli küçəsi, ev 1/5 (ü/s 261,4 kv.m., y/s 205,7 kv.m.) ilk dəfə tarixsiz olaraq Xanım İsmayıl qızı və X1 adlarına qeydiyyatdan keçmişdir. ##.##.1978-ci il tarixdə X1 vəfatından sonra mülkün 1/2 hissəsinə * saylı DNK-da 2265 və **** saylı reyestrlərlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Səfərova Ökümə İbrahim qızı vərəsəlik qəbul etmiş və ##.##.1979-cu il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.1994cü il tarixdə Xanım İsmayıl qızının vəfatından sonra mülkün 1/2 hissəsinə * saylı DNK-da *v- *a-*** saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Müseyibova Səliməxanım İsmayıl qızı vərəsəlik qəbul etmiş və ##.##.1994-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.1997-ci il tarixdə S.İ.Musabəyova “B” tikilidə 6 otaqlı mənzilin 2 otağını ** saylı DNK-da *m-A-*-*** saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən İddiaçı Məmmədtağı oğluna bağışlamış və o, ##.##.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.1997-ci il tarixdə S.İ.Musabəyova “B” tikilidə 6 otaqlı mənzilin 4 otağını ** saylı DNK-da *m-*-**** saylı reyestrlə qeydə alınmış müqaviləyə əsasən X12 bağışlamış və o, ##.##.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.1998-ci il tarixdə Səfərova Ökümə İbrahim qızının vəfatından sonra ** saylı DNK-da *v-*-*** saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinə Nadirov Nadirxan İmanqulu oğlu vərəsəlik qəbul etmiş və 20,06.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (İş N2-822/98) ##.##.1998-ci il tarixli qətnaməsinə əsasən cavabdeh2 “B” tikilinin * saylı sahəsi 12,2 kv.m. olan yaşayış sahəsi, 7,4 kv.m. olan dəhlizinə mülkiyyət hüququ tanınmış və o, ##.##.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli *** saylı sərəncamına əsasən cavabdeh2 məxsus əlavə tikililər qeydiyyata alınmışdır. ##.##.2003-cü il tarixdə X2 ** saylı DNK-da **-*- *** saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən 3 otaqdan 1 otaq 20,0 kv.m. X3 və o, ##.##.2003-cü il tarixdə qeydiyyat vəsiqəsi almışdır. ##.##.2007-ci il tarixdə X3 ** saylı DNK-da **-*** saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən mülkün 1 ot. 20,0 kv.m. hissəsini X7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2016-cı il tarixli icra vərəqəsinə əsasən Nadirov Nadirxan İmanqulu oğluna məxsus hissə qeyd olunan fərdi yaşayış evindən naturada ayrılaraq Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, *F saylı fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmış, ##.##.2020-ci il tarixdə isə sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,043 ha torpaq sahəsi xüsusi mülkiyyətə verilmişdir. Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiqlənmiş 4ə-**** reyestr nömrəli, ##.##.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən ümumi sahəsi 137,5 kv.m. təşkil edən (naturada ayrıldıqdan sonra) ünvan 3 ünvanının 1 otaq, y/s-20,0 kv.m. təşkil edən hissə İradə Qurbanovanın adına qeydiyyata alınmışdır. ##.##.2022-ci il tarixdə bəhs edilən fərdi yaşayış evinin yerləşdiyi 0,0406 ha. torpaq sahəsi payçıların xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri ** saylı 48-*** reyestr nömrəli, 20,04.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən mülkün 2 otağı cavabdeh1 adına rəsmiləşdirilmişdir. Məlumat üçün bildirirlər ki, ümumi sahəsi 137,5 kv.m. olan ünvan 3 ünvanı hazırda sadalanan şəxslərin adlarında qeydiyyatdadır: 1) İddiaçı -2 otaq; 2) cavabdeh2 -3 otaq, y/s 39,1 kv.m., k/s-8,2 kv.m.; 3) İradə Qurbanova -1 otaq, y/s-20,0 kv.m;. 4) cavabdeh1 -2 otaq.

5. Bu günədək mülkün iddiaçıya düşən hissəsinin payının naturada real bölgüsü aparılmamışdır. Mülkiyyətçilərin hamısının eyni vaxtda müvafiq icra orqanına müraciəti mümkün olmadığına görə mülkün naturada real bölgüsünün aparılması mümkün olmamışdır. Bu da bir çox hallarda - alğı-satqı, ipoteka, girov qoyulması və sair hallarda çətinlik yaradır. Mülki qanunvericilik imkan verir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı, cavabdeh2 və İradə Qurbanovaya qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cavabdeh1 cəlb edilməklə “paylı mülkiyyətdə olan torpağın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev */* nömrəli fərdi yaşayış ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin ona düşən hissəsinə, yəni 115 kv.metr torpaq sahəsindən ibarət payının ayrılması və naturada real bölgüsünün aparılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını qəbul etmədiyini bildirmişdir.

7. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq ekspert rəyi əldə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən */* saylı evdə yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətini, planlı yerləşməsini, İddiaçı faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən */* saylı evdən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılmasının “AzDTN 2.7- 3 “X4 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. cavabdeh1, cavabdeh2 və İradə Qurbanova ekspertiza baxışında iştirak etmədiyindən həmin şəxslərin paylı mülkiyyətində olan tikililərə baxış keçirilməsi və tədqiqat aparılması mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev */* nömrəli fərdi yaşayış evi ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin üzərində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs payının mövcud olub-olmamasının müəyyən edilməsi “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmamışdır.

8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, üçüncü şəxsin iddiası üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 iddianı qismən qəbul edərək, ekspert rəyinə uyğun olaraq payın naturada ayrılmasına etiraz etmədiyini bildirmişdir.

9. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini geri götürdüyünü, ərizənin nəzərə alınaraq müvafiq qərardad qəbul olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qərardadına əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ərizəsi baxılmamış saxlanılmışdır.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia qismən təmin edilərək, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evindən iddiaçının mülkiyyətində olan tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evi iddiaçı İddiaçı (2 otaq), cavabdehlər cavabdeh1 (2 otaq), cavabdeh2 (3 otaq; y/s 39,1 kv.m., k/s 8,2 kv.m.) və İradə Qurbanovanın (1 otaq; y/s 20 kv.m.) ümumi mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlərə qarşı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev */* nömrəli fərdi yaşayış ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş 137,5 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, ona düşən hissəsinə 115 kv.metr torpaq sahəsini və 2 otaq yəni 57,9 kv.metr tikilidən ibarət payının ayrılması və naturada real bölgüsünün aparılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

13. Məhkəmə payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və müvafiq ekspert rəyi əldə etmişdir.

14. Məhkəmə ekspert rəyinə və qanunvericilik normalarına istinad etməklə, ümumi paylı mülkiyyətdə olan əşyanın naturada ayrıla bilən olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evindən iddiaçının mülkiyyətində olan tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsi faktiki vəziyyətinə uyğun naturada ayrılmalıdır.

15. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 220.1, 220.2, 220.3, 223.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 76.2, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sadəcə paylı mülkiyyətçi olmasına istinad etmiş və məhkəmə də bu halı rəhbər tutmuşdur. Lakin bu halda məhkəmə paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçının əsl niyyətinin ümumi mənzilin bölünməsi, yaxud ondan payının ayrılmasını tələb etməsi olub-olmamasını dəqiqləşdirməmişdir. Belə ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılmasını nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan aydın olur ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan, əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ##.##.2024-cü il tarixli **/**** saylı qərardadındakı hüquqi mövqelərə əsasən məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları MPMin 14.1 və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələrini məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirməlidir. Məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. Bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci maddəsinin tələblərinə görə Bu Məcəllənin vəzifələrindən biri də mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləməkdən ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən həm də sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri pozulmaqla, icraatında lazımi qaydada qiymətləndirilməklə mötəbərliyi təsdiq edilməmiş şahid ifadələrinə və s. uyğun əsaslandırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Ziya Şirinov və Rəşid Səmədov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən – “tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evindən iddiaçı İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsinə münasibətdə qeyd edilməlidir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evi iddiaçı İddiaçı (2 otaq), cavabdehlər cavabdeh1 (2 otaq), cavabdeh2 (3 otaq; y/s 39,1 kv.m., k/s 8,2 kv.m.) və İradə Qurbanovanın (1 otaq; y/s 20 kv.m.) ümumi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi baxışı zamanı payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən */* saylı evdə yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətini, planlı yerləşməsini, İddiaçı faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən */* saylı evdən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılmasının “AzDTN 2.7- 3 “X4 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı sadəcə paylı mülkiyyətçi olmasına istinad etmiş və məhkəmə də bu halı rəhbər tutmuşdur. Lakin bu halda məhkəmə paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçının əsl niyyətinin ümumi mənzilin bölünməsi, yaxud ondan payının ayrılmasını tələb etməsi olubolmamasını

20. dəqiqləşdirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evinə yerli baxış keçirilmişdir. Qədirli küçəsində yerləşən */* saylı fərdi yaşayış evinin bir hissəsinin söküldüyü müşahidə olunmuşdur. Evin mülkiyyətçilərindən yalnız İddiaçı və cavabdeh2 aid olan hissələr mövcuddur. İddiaçının nümayəndəsi-vəkilinin izahatına görə Qurbanova İradəyə məxsus ev mövcuddur, lakin həmin evə baxış keçirilməsi mümkün olmamışdır. İddiaçı evinə giriş həyət tərəfdən, cavabdeh2 otağına giriş isə küçə tərəfdəndir. Həm iddiaçı, həm də cavabdeh onlara məxsus evlərdən istifadə edib yaşayırlar. İddiaçıya məxsus evdə 2 otaq, cavabdeh2 isə istifadəsində 3 otaq mövcuddur. cavabdeh1 məxsus olan ev ümumiyyətlə mövcud deyil.

21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həmçinin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, */* saylı fərdi yaşayış evinin 2 otağı İddiaçı, 3 otaq, y/s-39,1 kv.m., k/s-8,2 kv.m. hissəsi cavabdeh2, 1 otaq, y/s 20,0 kv.m. hissəsi İradə Qurbanovanın, 2 otağı cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evi iddiaçının və cavabdehlərin müəyyən hissədə olmaqla mülkiyyətlərindədir.

22. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsinə dair mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirilmiş payda olmamışdır. Belə olan halda, iddiaçı tərəfindən qeyd edilən hissədə, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş payların naturada bölgüsünə dair müəyyən edilmiş qaydaların ardıcıllığa əməl edilməmişdir. Birinci instansiya məhkəməsi isə torpaq sahəsinin mülkiyyətçilər arasında paylarının müəyyən edilməməsinə əhəmiyyət verməmiş və torpaq sahəsinin də faktiki vəziyyətinə uyğun naturada ayrılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılması ilə razılaşmamış və hesab etmişdir ki, qətnamə - tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsində maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi, Mülki Məcəllənin 213.1, 213.2, 220.1, 220.2, 220.3, 223.2, 223.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il # ##### tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli **/**** saylı Qərardadına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və “ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evindən iddiaçı İddiaçı mülkiyyətində olan tikililər və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Qeyd olunduğu kimi əvvəlcə hər bir mülkiyyətçinin ümumi əşyadakı payı dəqiq müəyyən edilməli, bundan sonra bölünmə və ya payın ayrılması prosesi həyata keçirilə bilər. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iddiaçının paylı mülkiyyətdə olan evin və torpağın naturada ayrılmasını tələb etmək hüququnun olduğunu nəzərə almamışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İddiaçının mülkiyyət üzərində sərəncam verilməsi hüququnun olduğu nəzərə alınmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birgə mülkiyyət iştirakçıları arasında payların müəyyənləşdirilməsi olmadan ümumi əşyanın bölünməsi və ya payın ayrılması hüquqi cəhətdən mümkün olmadığı barədə qənaətini heç bir sübutla əsaslandırmamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində payın naturada ayrılmasına yol verilməməsinin nədən ibarət olduğunu əsaslandırmamış, yalnız maddə yazmaqla, sadalamaqla kifayətlənmiş öz işini bitmiş hesab etmiş, lakin Mülki Məcəllənin 220.3-cü maddəsinə istinad etməsini hüquqi cəhətdən əsaslandırmamışdır.

28. Cavabdeh iddiaçının paylı mülkiyyətdə olan öz payını naturada ayrılmasının mümkün olmadığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

29. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29 (hissə IV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

33. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

34. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

35. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

36. Maddə 220.1 Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

37. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

38. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

39. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

40. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

41. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

42. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il # ##### tarixli Qərarı. “... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-

43. maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı 220.4-cü mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər...” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli **/**** saylı Qərardadı.

44. “...Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmülkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçilər aralarındakı mübahisəli vəziyyətin həlli məqsədilə yuxarıda qeyd olunan hüquqi mexanizmlərdən (əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi, paylı mülkiyyətçinin öz payı üzərində sərəncam verməsi, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və mülkiyyətçinin əşyadakı payının ayrılması) hər hansı birini seçməkdə sərbəstdirlər. Qanunverici bu mexanizmlərdən mərhələli şəkildə istifadə edilməsi ilə bağlı hər hansı imperativ qayda müəyyən etməmişdir. Paylı mülkiyyətçilər öz seçimləri əsasında onlardan mərhələli şəkildə istifadə edə və ya hər hansı birini seçməklə digərlərini aradan qaldıra bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.

45. Maddə 10 (4-cü hissə). Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

52. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

53. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

54. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

55. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

59. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

65. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi */* nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət olaraq 2 otağının ona məxsus olmasını, həmin ünvanında yerləşən mülkün yerləşdiyi paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsində yerləşən və mülkiyyətlərində olan 137,5 kv.metr tikililərindən ibarət olmasını, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən sənəddə daşınmaz əmlakın ümumi sahəsi mülkiyyətdə olan 137,5 kv.metr tikilinin və mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 0,0406 ha. göstərilməsini, qeyd olunan ünvanın xüsusi mülkiyyət hüququ ilə 4 payçının olmasını, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs - 2 otaq, İddiaçı - 2 otaq, cavabdeh2 - 3 otaq, y/s-39,1 kv.m., k/s 8,2 kv.m.; İradə Qurbanovanın -1 otaq, y/s-20,0 kv.m. olmaqla adına qeydiyyatdan keçməsini göstərərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev */* nömrəli fərdi yaşayış ünvanında yerləşən paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş 137,5 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, ona düşən hissəsinə 115 kv.metr torpaq sahəsini və 2 otaq, yəni 57,9 kv.metr tikilidən ibarət payının ayrılması, naturada real bölgüsünün aparılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

66. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evi iddiaçı İddiaçı (2 otaq), cavabdehlər cavabdeh1 (2 otaq), cavabdeh2 (3 otaq; y/s 39,1 kv.m., k/s 8,2 kv.m.) və İradə Qurbanovanın (1 otaq; y/s 20 kv.m.) ümumi mülkiyyətində olmasını, məhkəmənin payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməsini və müvafiq ekspert rəyi əldə etməsini qeyd edərək, ekspert rəyini əsas götürərək, iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evindən iddiaçı İddiaçı mülkiyyətində olan tikililərin və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılmalı olması barədə nəticəyə gəlmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən – “tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması” hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlamaq barədə nəticəyə gələrkən qeyd etmişdir ki, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evindən iddiaçı İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsinə münasibətdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m. olan fərdi yaşayış evi iddiaçı İddiaçı (2 otaq), cavabdehlər cavabdeh1 (2 otaq), cavabdeh2 (3 otaq; y/s 39,1 kv.m., k/s 8,2 kv.m.) və İradə Qurbanovanın (1 otaq; y/s 20 kv.m.) ümumi mülkiyyətindədir.

68. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ünvan 3 ünvanında 0,0406 ha. torpaq sahəsinə dair mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirilmiş payda olmamışdır. Belə olan halda, iddiaçı tərəfindən qeyd edilən hissədə, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş payların naturada bölgüsünə dair müəyyən edilmiş qaydaların ardıcıllığa əməl edilməmişdir. Birinci instansiya məhkəməsi isə torpaq sahəsinin mülkiyyətçilər arasında paylarının müəyyən edilməməsinə əhəmiyyət verməmiş və torpaq sahəsinin də faktiki vəziyyətinə uyğun naturada ayrılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılması ilə razılaşmamış və hesab etmişdir ki, qətnamə - tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması hissəsində maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv olunmalıdır.

69. Kassasiya instansiyası məhkəməsi işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən, iddiaçı və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,0406 ha. torpaq sahəsinin paylarının müəyyən edilməməsi səbəbindən naturada bölünməsinin mümkün olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır.

70. Belə ki, iddiaçı iddia tələbində onunla cavabdehlərin mülkiyyətində olan 137,5 kv.metr fərdi yaşayış evinin ona düşən 2 otaq, yəni 57,9 kv.metr tikilidən ibarət payının ayrılması, naturada real bölgüsünün aparılmasını xahiş etməklə yanaşı, həmin ünvanda paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin də ona düşən hissəsinə, yəni 115 kv.metrdən ibarət payının ayrılması, naturada real bölgüsünün aparılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərkən ekspert qarşısında suallar mübahisəli ünvanda iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olan 0,0406 ha. torpaq sahəsinin və üzərində inşa edilmiş evdə onların paylarının naturada hansı qaydada ayrılmasının mümkün olması, habelə həmin ünvanda paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinin üzərində üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs payının mövcud olub-olmaması, mövcud olduğu təqdirdə payının naturada ayrılmasının mümkün olub-olmaması barədə suallar qoyulmuşdur.

71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən */* saylı evdə yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətini, planlı yerləşməsini, İddiaçı faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən */* saylı evdən İddiaçı mülkiyyətində olan tikililərin faktiki vəziyyətinə uyğun naturada ayrılmasının “AzDTN 2.7- 3 “X4 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Digər sual cavablandırılmamışdır.

72. Apellyasiya instansiyası məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin faktiki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə zidd olaraq işin hallarını ekspert rəyində xüsusi biliklər tələb edən məsələ üzrə verilmiş nəticələr əsasında deyil, gəldiyi subyektiv qənaət əsasında müəyyən etmiş, bu halda ekspertin rəyi ilə razılaşmamasını qətnamədə əsaslandırmadan, mübahisəli ünvanda yerləşməklə tərəflərin faktiki istifadəsində olan torpaq sahəsinin kimə (kimlərə) məxsus olmasını başqa qaydada yoxlamadan, tərəflərin torpaq sahəsi ilə bağlı çatmaq istədikləri hüquqi nəticəni, mənafelərini və mübahisənin mahiyyətini müzakirə etməklə aydınlaşdırmamış, iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələbin bütün torpaq sahəsi, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsini dəqiqləşdirilməmiş, eyni şəxslərin sonradan paylarının ayrılması və ya əşyanın bölünməsi barədə mülki qanunvericiliyə əsaslanan ayrıca tələblərlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmalarına şərait yaratmış, iddianın torpaq sahəsinin bölünməsi hissəsində rədd edilməsi barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.

73. Qeyd olunanlarla bağlı “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli */**** nömrəli qərarında göstərilmişdir ki, mübahisə predmetləri üzərində yalnız payların tanınması tərəflərin çatmaq istədikləri hüquqi mənafeləri təmin etmir. Bu səbəbdən eyni şəxslər sonradan paylarının ayrılması və ya əşyanın bölünməsi barədə mülki qanunvericiliyə əsaslanan ayrıca tələblərlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalırlar (6.15 bənd). Ona görə də, ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1 və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir (6.16. bənd).

74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində - paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 137,50 kv.m.-dən ibarət */* nömrəli fərdi yaşayış evində - 2 otaq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, 2 otaq İddiaçı, ##.##.2023-cü il tarixində 1123061664 qeydiyyat nömrəsi ilə, 3 otaq (y/s 39,1 kv.m., k/s 8,2 kv.metr) cavabdeh2, ##.##.2022-ci il tarixində 1122034865 qeydiyyat nömrəsi ilə, 1 otaq (y/s 20 kv.metr) İradə Qurbanovanın adına ##.##.2021-ci il tarixində 1120098161 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

75. Hazırkı işin hallarından göründüyü kimi mübahisəli əmlaka dair mülkiyyətçilərin hər birinin payı qabaqcadan hissələr üzrə deyil (Mülki Məcəlləsinin 223.2-ci maddəsi), məhkəmə təcrübəsində də vaxtaşırı rast gəlindiyi kimi, otaq sayı və həmin sahələrin ölçülərinə uyğun müəyyənləşdirilmişdir. Bu halda isə torpaq sahəsi də həmin bölgüyə uyğun, hər bir mülkiyyətçiyə düşən otaqların sahələrinin ölçülərinə uyğun olaraq mülkiyyətçilər arasında mütənasib şəkildə Mülki Məcəllənin 214.1-ci maddəsinin tələbinə uyğun olaraq bölünə bilərdi. Lakin məhkəmələr tərəfindən ekspert qarşısında bu məzmunda suallar qoyulmamışdır.

76. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri).

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən “tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi” hissədə gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

78. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.

79. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə ## ###### 2015-ci il və F.Şirinovun şikayəti üzrə ## ###### 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

80. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

81. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

82. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

83. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin “tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

84. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli ünvanda yerləşməklə tərəflərin faktiki istifadəsində olan torpaq sahəsinin kimə (kimlərə) məxsus olmasını, tərəflərin torpaq sahəsi ilə bağlı çatmaq istədikləri hüquqi nəticəni, mənafelərini və mübahisənin mahiyyətini müzakirə edilməklə aydınlaşdırmalı, iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələbin bütün torpaq sahəsi, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsini dəqiqləşdirməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

85. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi, - “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsinin “tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun naturada ayrılması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar