Məhkəmə qərarları › İş №2(1-8)-750/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-750/2026

14.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-750/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı işlər üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Ispəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ####### tarixli (103)-4666/2025 qətnaməsindən iddiaçı və cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən, ümumi sahəsi - A tikilisinin 9**,5 kv.m., B tikilisinin 44 kv.m. olan qeyri-şayış binası ##.##.2003-cü il tarixdən X3 adına olmuş, Arif Süleymanovla İddiaçı arasında bağlanmış ##.##.2004-cü il tarixli və Arif Süleymanovla X1 arasında bağlanmış ##.##.2004-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən həmin əmlak kompleksinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X2 adına ##.##.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2010-cu il tarixli qətnaməsi ilə, Afət Əliyevanın ilk iddia tələbi təmin edilərək İddiaçı və X3 arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin qismən - tikilinin 1/2 hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissədə ləğv edilərək mübahisəli əmlakın tam mülkiyyət hüququ əsasında Afət Əliyevanın adına qeydə alınmasının DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsinə həvalə edilməsi, həmçinin Afət Əliyevadan dəymiş **0.000 manat məbləğində real zərərin və 50.000 manat məbləğində mənəvi zərərin İddiaçı xeyrinə tutulmasına dair İddiaçı qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.

3. Həmin qətnamədən İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2010-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

4. Afət Əliyeva ##.##.2010-cu il tarixdə vəfat etmişdir.

5. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2011-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən - Afət Əliyevanın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsinə dair hissədə ləğv edilərək, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. ##.##.2011-ci il tarixdə Afət Əliyevanın vərəsələri cavabdeh1 və cavabdeh2lə, iddiaçı İddiaçı arasında “Barışıq razılaşması” bağlanması ilə əlaqədar vərəsələr yeni apellyasiya baxışında iddiadan imtina etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2011-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilərək, həmin iş üzrə qəbul edilmiş qətnamə ləğv edilmişdir. Lakin qətnamənin icrasında dönüş edilməmişdir.

7. ##.##.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 9**,5 kv.m., B tikilisinin 44 kv.m. olan qeyri-yaşayış binası Afət Əliyevadan miras qalmış əmlak kimi vərəsəsi cavabdeh1 mülkiyyətinə keçmiş və ##.##.2011-ci il tarixdə mübahisəli əmlak üzərində sonuncunun mülkiyyət hüququ qeydə alınmışdır.

8. ##.##.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd edilən əmlak Əsmər Fətullayevaya satılmış, ##.##.2013-cü il tarixdə Əsmər Fətullayevanın həmin əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

9. İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, X6 və DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia qaldıraraq, mübahisəli əmlakın tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2011-ci il tarixində cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin; mübahisəli əmlaka dair cavabdehlər cavabdeh1 ilə Əsmər Fətullayeva arasında bağlanmış ##.##.2012-ci il tarixli alqı-satqı müqaviləsinin ona aid hissədə etibarsız hesab edilməsi; həmin əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 %-i üzrə mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması, bu barədə çıxarışın verilməsinin cavabdeh DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması; dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 100.000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsi qismən - iddianın təmin edilmədiyi “Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsinə əsasən, ##.##.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı Şəhəri * saylı Notariat Kontorunun ##.##.2011-ci il tarixli 2V/1-** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən ##.##.2011-ci il tarixində cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 100.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” hissəsində rayon məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın “Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – “A” tikilisinin 9**,5 kv.m, “B” tikilisinin 44 kv.m. olan mübahisəli əmlak kompleksinin Suraxanı Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli qətnaməsinə əsasən, ## #### 2010-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri * saylı Notariat Kontorunun verdiyi ## ##### 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ## ##### 2011-ci il tarixində cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin İddiaçı aid hissəsində etibarsız heab edilməsi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin tələblə bağlı iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb qismən təmin edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2024-cü il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilmiş, iddiaçı İddiaçı iddiası qismən təmin edilərək Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 9**,5 kv.m., B tikilisinin 44 kv.m. olan qeyri-yaşayış binasına dair cavabdeh1 Bakı Şəhəri * saylı Notariat Kontorunun verdiyi ## ##### 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, həmin şəhadətnamə əsasında ## ##### 2011-ci il tarixdə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və cavabdeh1 verilmiş çıxarış iddiaçı İddiaçı aid hissədə (1/2 hissə) etibarsız hesab edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 700 min manat məbləğində ümumi zərərin 350 min manatının cavabdehlərdən cavabdeh1 və cavabdeh2, 350 manatının isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Iddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavadehlər cavabdeh1 və cavabdeh2 anası X1 ilə şərikli münasibətlərdə biznes fəaliyyəti olmuş və bu münasibətlərdən birgə əmlakları mövcud olmuşdur. 2006-cı ildən başlayaraq aralarında mübahisələr yarandığından məhkəmələrə müraciətlər olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ### 2010-cu il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və Mülki Kollegiyanın ## ###### 2011-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş və yenidən baxaılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə kassasiya qaydasında baxılarkən iş üzrə iddiaçı X1 vəfat etmiş və kassasiya instansiyası məhkəməsi onun oğlu-cavabdeh1 iş üzrə hüquqi varis kimi işə cəlb etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılarkən Afət Əliyevanın hüquqi varisi cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Habelə İddiaçı da ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsini hər iki tərəf xahiş etmişdir. Tərəflərin məhkəmədə iddia tələblərindən imtina etməsinin səbəbi, aralarında barışıq əldə edilməsi olub. Tərəflər mübahisəli əmlakın 50%-nin Afət Əliyavanın, digər 50%-nin İddiaçı adına sənədləşməsi barədə razılığa gəlmişlər. Bununla əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsi tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Iddiaçı İddiaçı ## #### 2014-cü il tarixdə həbs olunmuş, ##.##.2019-cu il tarixdə həbsdən çıxmış, uzun müddət müalicə və ağır əməliyyatdan sonra cavabdeh1 və cavabdeh2lə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bilmiş, məlum olmuşdur ki, 50 faizlik tam mülkiyyət hüququ ona məxsus qeyriyaşayış binası cavabdeh1 tərəfindən ##.##.2012-ci il tarixdə X6 177.968 manata satılmışdır. Əsmər Fətullayevanın mülkiyytində olan, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 142,59 kv.m. yaşayış sahəsi 40.000 manata cavabdeh1 satılmışdır. Bu cür müəmmalı və saxta alqısatqı müqavilələri bağlamaqla cavabdehlər aralarındakı alqı-satqı üzrə ödənilən məbləğlərin miqdarını qəsdən gizlətmişlər. Belə ki, iddiaçı həbs olunmamışdan əvvəl, mübahisəli bu qeyri-yaşayış binasının bazar qiyməri 700-800 min ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hazırki iddia tələbi Ali Məhkəmənin qərarından irəli gəlir. Həmin qərarın 107-ci paraqrafında göstərildiyi kimi, “Məkəmə kollegiyası qeyd olunanlarla bağlı hesab edir ki, apellyasiya instansiya məhkəməsi vicdanlı əldə edən Əsmər Fətullayevanın qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlar saxlanıldığı halda, cavabdeh cavabdeh1 daşınmaz əmlaka hüquqularının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2.-ci və **2.2.-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.” Beləliklə, iş üzrə, üçüncü cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə qarşı tələbi onunla bağlı olmuşdur ki, məhz, Idarənin əməkdaşlarının hazırki iş üzrə cavabdehlərcavabdeh1 və cavabdeh2 ilə cinayət əlaqəsinə girərərk mənə məxsus əmlakın birgə mənimsənilməsinin həyata keçirildiyi tam təsdiq edilir.

15. Cavabdehlərin vəkili və nümayəndəsi H.Hüseynov iddiaya etiraz edərək bildirib ki, iddia ərizəsi qeyri-müəyyəndir. Əmlakın hərracdan satılmasına dair məhkəmə qətnaməsi mövcud deyil. Belə vəziyyətdə, hərracda satılmayan əmlaka görə 300000 manat pul tələb edilməsi mümkünsüzdür. Iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı keçmiş fəaliyyətinin tarixindən bəhs etməklə özünü xarakterizə edir. Görünən odur ki, iddiaçının keçmiş fəaliyyəti qalmaqallı hadisələrlə zəngindir və hazırda iddiaçı təsadüflərdən yararlanmağa çalışır. Həbsdən azad olduqdan sonra əsassız varlanmağa cəhd edərək əsassız iddialarla məhkəmələrə müraciət etmişdir. Hazırda zəif həlqə kimi Ceyhun və cavabdeh2 qardaşlarını seçmişdir. Həbsdə yatarkən cavabdeh1 onu ziyarət etməməsinin əvəzini çıxmağa çalışır. 2021-ci ildən başlayaraq Ceyhun və cavabdeh2lərə qarşı müxtəlif iddialar qaldırıb və hazırda da iddia qaldırmaqda davam edir. İddiaçı mübahisə olunan obyektin satılmasında müştərinin tapılmasında, hətta cavabdeh2 adına evin alınmasında bilavasitə iştirak etmiş, satılmış əmlakın dəyərinin yarısını şəxsdən almışdır. Məhz bu səbəbdən 12 il ərzində iddia qaldırmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı ali təhsilli hüquqşünas olmaqla, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Xəzər və Binəqədi Rayon Məhkəmələrində İddiaçı pul tələblərinə baxılmış və iddiaları rədd edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsində Suraxanı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsinə əsasən, ##.##.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ ilə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri * saylı Dövlət Notariat Kontorunun ##.##.2011-ci il tarixli 2V/1-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2011-ci il tarixdə cavabdeh1 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 100000 manat məbləğində pulun onun adına tutulması” hissəsinə baxılır. İddiaçı 2012-ci ildə * saylı Bakı-Inzibati-Iqtisadi Məhkəməsinə müraciət edərək, hazırda iddia etdiyi daşınmaz əmlakın yarısına onun adına, digər yarısına isə cavabdeh1 adına reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Yəni obyektin satılmasının qarşısını almağa səy göstərmişdir. Bakı Inzibati Iqtisadi Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Iddiası təmin olunmadığı halda məhkəmə qərarından şikayət verməmişdir. Başqa sözlə tələbinin qanunsuzluğu ilə barışmışdır. Göstərilənləri və hazırki iddia tələbinin qeyri müəyyən olunmasını nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(005)- ***/**** nömrəli qərardadı ilə 700 min manat məbləğində pulun yarısının, yəni 350 min manatının cavabdeh3 tutulmasına aid hissəsində icraata xitam verilmişdir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Mehriban Əfəndizadə).

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki iddia tələbi özü özlüyündə əsassızdır. Belə ki, iddiaçı əmlakın dəyərinin yarısının cavabdehlərdən tutulmasını tələb etsə də, əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması barədə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

19. Digər tərəfdən, cavabdehə məxsus mənzilin məhz mübahisəli əmlakın satılması nəticəsində əldə edilmiş pul məbləği hesabına alınmasını təsdiq edən hər hansı sübut yoxdur. Iddiaçıya dəymiş maddi və mənəvi ziyanın - əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbi isə başqa məhkəmə icraatının predmetidir. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları, ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Iddiaçıya dəymiş ziyan və cavabdehlərin hərəkətləri arasında hər hansı səbəbli əlaqə müəyyən edilmir. 20.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

23. Apellyasiya icraatı zamanı mübahisəli əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilmişdir. “xxxx” MMC-nin hesabatına əsasən mübahisəli qeyri-yaşayış binasının (A tikilisinin 9**,5 kvm., B tikilisinin 44,0 m olan) real bazar dəyəri 1289000 manat məbləğində qiymətləndirilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməklə yeni qətnamə çıxarılması, cavabdeh cavabdeh1 oğlundan dəymiş zərərə görə 322250 manat məbləğində pulun iddiaçı İddiaçı xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov).

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsinə əsasən əmlak kompleksinin Afət Abdullayevanın adına ##.##.2010-cu il tarixində tam mülkiyyət hüququ əsasında qeydiyyata alınması, həmin qətnamə qanuni qüvvəyə minmədən (qeyri-dəqiq) aparılmış, daha sonradan tərəflərin iddiadan imtina etməsinə görə adı çəkilən qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, bununla da əmlak kompleksinin ½ alınması barədə ##.##.2004-cü il tarixdə ** №-li reyestr kitabında, 40-cı səhifədə, 357 "a” reyestr nömrəsi ilə qeydiyyata alınmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı bərpa olunmuşdur.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 9**,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binasının ½ hissəsi iddiaçının mülkiyyətində olmuş, əmlak üzərində Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2010-cu il tarixli qətnaməsi əsasında cavabdehlər Ceyhun və cavabdeh2lərin anası mərhum X1 tam mülkiyyətinə keçsə də, həmin qətnamə ləğv edildiyindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılaraq, İddiaçı mülkiyyət hüququ bərpa edilməli idi. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən iddiaçının tələbi bu hissədə əsaslı olduğundan məhkəmə tərəfindən təmin edilməli idi.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə iddiaçı İddiaçı iddiası qismən təmin edilərək Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 9**,5 kv.m., B tikilisinin 44 kv.m. olan qeyri-yaşayış binasına dair cavabdeh1 Bakı Şəhəri * saylı Notariat Kontorunun verdiyi ## ##### 2011-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, həmin şəhadətnamə əsasında ## ##### 2011-ci il tarixdə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və cavabdeh1 verilmiş çıxarış iddiaçı İddiaçı aid hissədə (1/2 hissə) etibarsız hesab edilməsi qərara alınmışdır.

28. Göründüyü kimi Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 152-ci maddələrində təsbit olunmuş mülkiyyət hüququ pozulmuş, sözügedən əmlak üzərində 1/2 hissədə payının olması qüvvədə olan məhkəmə aktları ilə də müəyyən edilmişdir. Işə baxan aşağı instansiya məhkəməsi qeyd edilən məsələ ilə bağlı Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin göstərişini nəzərə almamışdır. Həmin normaya əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

29. Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 9**,5 kv.m., B tikilisinin 44,0 kv.m. olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ cavabdehlərin anası X1 adına qeydiyyata alınmasına əsas olmuş qətnamə ləğv edildiyi halda qətnamənin icrasına dönüş edilmədiyindən İddiaçı əmlak üzərində ½ hissədə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bu baxımdan da cavabdeh tərəf əslində Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 9**,5 kv.m., B tikilisinin 44 kv.m. olan qeyri-yaşayış binasının ½ hissəsinə qanuni əsas baxımdan hüquqları olmadan əmlakın satışını həyata keçirməklə iddiaçının mülkiyyət hüquqlarını pozmaqla ona real zərər vurmuşdur. Nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə iddiaçıya münasibətdə sözügedən əmlaka münasibətdə cavabdeh tərəfin mülkiyyət hüququ əldə etmələrinə dair hüquq müəyyənedici sənədlər, vərəsəlik şəhadətnaməsi və əmlaka dair müvafiq çıxarış ½ hissədə ləğv edilmişdir. Lakin qeyri-yaşayış sahəsinin vicdanlı alıcı tərəfindən alınmasını nəzərə alaraq onun reyestr qeydiyyatına toxunulmamışdır. Bu baxımdan iddiaçının real zərəri (yəni əmlakın hazırda ½ hissəsinin onda olması halında satmaqla əldə edə biləcəyi) tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən apellyasiya icraatı zamanı mübahisəli əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilmişdir. “xxxx” MMC-nin hesabatına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən qeyri-yaşayış binasının (A tikilisinin 9**,5 kvm., B tikilisinin 44 kv.m olan) real bazar dəyəri 1289000 manat məbləğində qiymətləndirilmişdir.

30. Məhkəmə iclasında cavabdeh tərəf həmin daşınmaz əmlakda bir sıra təmir tikinti işlərinin aparıldığını bildirsə də, mütəxəssis rəyinə əlavə edilmiş foto şəkillərdən əsaslı təmir tikinti aparıldığı görünmür.

31. Kollegiya mübahisəli əmlakın tam şəkildə cavabdehlərdən cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsini nəzərə alaraq iddiaçıya ödənilməli olan real zərərin məhz ondan tutulmalı olması qənaətinə gəlmişdir. Işdə olan mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan hallar müəyyən olunmadığından və hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edib ki, mübahisəli qeyriyaşayış32. binasının real bazar dəyərinin 12890000 manat müəyyən edilməsi daha ağlabatandır.

33. Məhkəmə kollegiyası qeyd edib ki, belə olan halda iddiaçıya dəymiş real zərərin məbləği iddia tələbinin həcmində (1289000:2=64**00:2=322250) müəyyən edilməklə 322250 manat məbləğində pul cavabdeh cavabdeh1 tutulmaqla iddiaçı İddiaçı ödənilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 21, 140, 148, 149 və 152-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 218.3, 372, 384 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

35. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya şikayətimin təmin olunmayan hissəsində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, onun mülkiyyət hüququ tam bərpa olunmamışdır. Belə ki, iddia tələbi əmlakını mənimsənmiş şəxslərin birinə nisbətdə təmin edilməmişdir. Bu da faktiki olaraq qəbul olunmuş məhkəmə aktının icrasını mümkünsüz edir. Baxmarayaraq ki hər iki cavabdeh öhdəlik götürmüşdülər, məhkəmə hesab etmişdir ki, yalnız biri məsuliyyət daşımalıdır.

37. Qətnamədən həmçinin cavabdeh cavabdeh1 (vəkil vəkil3) kassasiya şikayəti verərək, kassasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında baxaraq (məhkəmə iclasının dövlət televiziyası ilə yayımlanmaqla) apellyasiya instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində ləğv edilib həmin hissədə iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırda iddia edilən əmlak ##.##.2012-ci ildən etibarən Əsmər Fətullayevanın mülkiyyətindədir. cavabdeh1lə Əsmər Fətullayeva arasındakı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia təmin olunmamışdır və hazırda baxılan mübahisənin predmeti deyil. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı qərardadından görünür ki, İddiaçı icrada dönüş edilməsi, yəni mübahisəli əmlakın ½ hissədə onun adına çıxarış verilməsi tələbi təmin edilməmişdir. Digər tərəfdən cavabdeh1lə Əsmər Fətullayeva arasında ##.##.2012-ci ildə bağlanmış müqavilə qüvvədədir. Alqı-satqı müqaviləsinin qüvvədə olması Əlabbas Rüstəmovun iddiasının əsassız olmasının göstəricisidir. Bunun başqa izahı yoxdur. Qətnamənin 29-cu yarımbəndində göstərilir ki, iddiaçının əmlakının ½ hissəsinin onun adına reyestr kitabının 40-cı səhifəsində 357 A nömrəsi bərpa edilərək reyestrin məzmunun həqiqiliyi və tamlığı bərpa edilmişdir. Iddiaçının mübahisəli əmlakın ½ hissəsini onun adına keçirilməsi tələbinin rədd olunması barədə * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin 2in(82)-298/2012-ci il nömrəli, ##.##.2012-ci il tarixli qərarı qüvvədədir və pereyudisial əhəmiyyət daşıyır. Iddiaçı mülkiyətçi deyil və onun hər hansı bir hüququ pozulmayıb. Eyni zamanda, cavabdehlər iddia edir ki, iddiaçı iddiasının təmin olunması üçün cavabdehin mülki hüquq pozuntusu törətməsini sübut etməli idi. Lakin mülki hüquq pozuntusunun törədilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməyib. Məhkəmə kollegiyası da qətnamədə iddianın hansı maddi hüquq norması törətməsini göstərə bilməyib. Bundan başqa, iddiaçının tələbi cavabdeh2 mülkiyyətində olan əmlakın hərracdan satılaraq dəyərinin ona ödənilməsidir. Məhkəmə kollegiyası isə bu iddia tələbindən kənara çıxaraq, iddiaçını iddia etmədiyi iddianı təmin etməklə işin nəticəsi ilə maraqlı olduğunu sübut edib. Cavabdeh tərəf mütəxəssis rəyini sübutların sırasından çıxarılmasını ona görə tələb etmişdir ki, tikilinin inşa olunmasından 20 ildən çox vaxt ötüb və mütəxəssis rəyi tikintiyə getmədən ona təqdim olunmuş layihə əsasında verilib, tikili iş üzrə tərəflərin istifadəsində deyil. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının xeyrinə qətnamə çıxarmaqda israrlı olduğu üçün etirazı baxılmamış saxlamaqla işə qanunsuz tərkibdə baxmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

44. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.

45. Maddə 149.1. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

56. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdehin kassasiya şikayətlərinin dəlilləri həddində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

60. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

61. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

62. Iddiaçı İddiaçı kassasiya şikayətində bildirir ki, onun iddia tələbi cavabdeh cavabdeh2 münasibətdə də təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır. Çünki mübahisəli qeyri-yaşayış sahəsinin Əsmər Fətullayevaya satılması barədə ##.##.2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı qismində məhz cavabdeh1 oğlu çıxış edib. Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinə verilən anlayışa görə, habelə 568, 572 və 597-ci maddələrində satıcı və alıcının vəzifələrinə görə alqı-satqı müqaviləsi üzrə əmlaka dair sərəncam verən, həm də əmlakın qiymətini alan şəxs əmlakın satıcısıdır.

63. Cavabdeh cavabdeh1 kassasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında baxılması barədə vəsatəti məhkəmə tərəfindən təmin olunmamışdır. Çünki MPM-in 414.1ci maddəsinə əsasən işə məhkəmə iclasında baxılmasını şərtləndirən hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab edilən hallar müəyyən edilməmişdir.

64. Iddiaçının mübahisəli əmlakın ½ hissəsinin onun adına keçirilməsi tələbinin rədd olunması barədə * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin *in(**)-***/**** nömrəli ##.##.2012-ci il tarixli qərarının pereyudisial əhəmiyyəti barədə cavabdehin kassasiya şikayətinin dəlili qətnamənin ləğvinə əsas vermir. Çünki hazırkı iddia tələbinin faktik əsaslarından bir ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 9**,5 kv.m, B tikilisinin 44 kv.m. olan qeyri-yaşayış binasına dair cavabdeh1 Bakı Şəhəri * saylı Notariat Kontorunun verdiyi ## ##### 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, həmin şəhadətnamə əsasında ## ##### 2011-ci il tarixdə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və cavabdeh1 verilmiş çıxarış iddiaçı İddiaçı aid hissədə (1/2 hissə) etibarsız hesab edilmişdir. Həmin mülki iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, apellyasiya instansiya məhkəməsi vicdanlı əldə edən Əsmər Fətullayevanın qeydiyyatla əlaqədar əldə etdiyi hüquqları saxlanıldığı halda, cavabdeh cavabdeh1 daşınmaz əmlaka hüquqlarının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2 və **2.2-ci maddələrinin tələbi baxımından düzgün hüquqi qiymət verməmişdir.

65. Iddiaçının mülkiyyətçi olmaması, onun hər hansı bir hüququnun pozulmaması və hüquq pozuntusu törətməsinin sübut edilmədiyi barədə cavabdehin kassasiya şikayətində ifadə olunan dəlilləri açıq-aşkar əsassızdır. Çünki iddiaçının bəhs olunan qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də təsdiq edilmiş, həmin payın iddiaçının iradəsinə zidd olaraq cavabdeh tərəfindən üçüncü şəxsə satılması müəyyən edilmişdir.

66. Iddianı təmin edərkən məhkəmənin iddia tələbindən kənara çıxaması barədə cavabdehin dəlili də əsassızdır. Çünki iddia tələbində ümumi zərərin 350 min manatının cavabdehlərdən cavabdeh1 və cavabdeh2, 350 manatının isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsindən tutulması tələb edilmişdir. Məhkəmə kollegiyası həmin tələb üzrə iddiaçıya dəymiş real zərərin məbləğini iddia tələbinin həcmində (1289000:2=64**00:2=322250) müəyyən etmiş, 322250 manat məbləğində pulun cavabdeh cavabdeh1 tutulmaqla iddiaçı İddiaçı ödənilməsini qət etmişdir. Iddiaçı bu məbləği mübahisələndirməmişdir.

67. Həmçinin apellyasiya instansiyası məhəməsində işə qanunsuz tərkibdə baxıldığı barədə dəlillər də təsdiqini tapmır.

68. Kassasiya şikayətlərinin qalan dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar