Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-751/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, tələbin hüquqi əsası, ədalətli məhəkmə araşdırması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. X12 (onun adından Alıyev Elməddin Camal oğlu) ilə cavabdeh3 (MMC-nin adından cavabdeh2) arasında bağlanmış ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0,08 ha torpaq sahəsini 30.000 manata MMC-yə satmışdır.
2. X15 (onun adından X1) ilə cavabdeh3 (MMC-nin adından cavabdeh2) arasında bağlanmış ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 30.000 manata MMC-yə satmışdır.
3. X6 (onun adından X1) ilə cavabdeh3 (MMC-nin adından cavabdeh2) arasında bağlanmış ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 30.000 manata MMC-yə satmışdır.
4. X16 (onun adından X1) ilə cavabdeh3 (MMC-nin adından cavabdeh2) arasında bağlanmış ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı MMCyə Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 30.000 manata satmışdır.
5. X7 (onun adından İddiaçı) ilə cavabdeh3 (MMC-nin adından cavabdeh2) arasında bağlanmış ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı MMCyə Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini 30.000 manata satmışdır.
6. X8 ilə cavabdeh3 (MMC-nin adından cavabdeh2) arasında bağlanmış ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 60.000 manata MMC-yə satmışdır.
7. X28 (onun adından X13) ilə cavabdeh3 (MMC-nin adından cavabdeh2) arasında bağlanmış ##.##.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini 300.000 manata MMC-yə satmışdır.
8. X3 (onun adından X13) ilə cavabdeh3 (MMC-nin adından cavabdeh2) arasında bağlanmış ##.##.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini 300.000 manata MMC-yə satmışdır.
9. cavabdeh2 şahid qismində ##.##.2022-ci il tarixində ********* nömrəli cinayət işi üzrə istintaqa verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı torpaq sahələri ilə bağlı bildirdikləri tamamilə yalandır, o, həmin torpaq sahələrini notariusda torpaq mülkiyyətçilərindən alqı-satqı yolu ilə almışdır. Müqavilənin şərtlərinə uyğun olaraq vətəndaşların pulunu vermişdir. Torpaq sahələri ilə bağlı “xxxx” firmasının adına çıxarış alınmışdır. Elvin və Vüsalın birlikdə ona 1.500.000 manat borcları vardır. Elvin və Vüsal imzaları ilə borclarını təsdiq etmişlər. Belə ki, İddiaçı və cavabdeh1 birlikdə 750.000 manat borc pul almış, cavabdeh1 isə əlavə olaraq 750.000 manat borc pul almışdır.
10. İddiaçı Azərbaycan Respublikası Baş Prokurluğunun Istintaq Idarəsinə ərizə ilə müraciət edərək ********* nömrəli cinayət işi üzrə cavabdeh1 tərəfindən ona vurulmuş zərərin tam ödənildiyini bildirərək heç bir şikayətinin olmadığını bildirmişdir.
11. Azərbaycan Respublikasının Baş Prokurorluğunun müstəntiqi Z.N.Səməndovun ##.##.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarına əsasən zərərçəkmiş şəxs İddiaçı müraciətində göstərdiyi Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahələrinin alınması məqsədi ilə tanışı cavabdeh1 ona məxsus 1.294.000 manat pul və daşınmaz əmlakını saxta sənəddən istifadə və dələduzluq yolu ilə ələ keçirməsi xüsusatı üzrə sonuncunun əməlində cinayət tərkibinin olması sübuta yetirilmədiyi üçün həmin hissədə cavabdeh1 əməlində Azərbaycan Respublikasının CM-nin 178 və 320-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığına görə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarla İddiaçıa tanışı cavabdeh1 torpaq sahələrinin satın alınması ilə bağlı verdiyi pulların geri qaytarılmasını tələb etməsi faktı mülki xarakterli olub məhkəmə araşdırması predmetinə aid olmaqla həmin pulun sonuncudan alınması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
12. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4, 178.3.2, 320.1 və 320.2ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona qəti olaraq təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 il sınaq müddəti müəyyən edilmiş, təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərər kimi 1.294.000 manat pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə cavabdeh cavabdeh1 ilə tanış olmuşdur. Cavabdehlə ilk dövrlər münasibətləri normal olmuş, sonuncu iddiaçıdan borc alıb qaytarmaqla bir neçə il ərzində iddiaçının etibarını qazanmağa nail olmuşdur. Cavabdeh cavabdeh1 təxminən 2019-ci ilin aprel-may aylarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.V.Salamzadə küçəsində yerləşən “Qızıl Gül” restoranında iddiaçı ilə görüşərək, iddiaçıya Sabail rayonu, Salyan şossesi 12 ünvanında müxtəlif şəxslərə məxsus 3-4 hektar ölçüdə torpaq sahələrinin olduğunu bildirmiş, həmin torpaq sahələrini vətəndaşlardan ucuz qiymətə satın almağı və yaxınlıqda yerləşən şirkətlərə baha qiymətə satmağı təklif etmişdir. Bundan sonra cavabdeh cavabdeh1la birlikdə Səbail qəsəbəsinə gedib alınacaq torpaq sahələrinə baxdıqdan sonra iddiaçı ona inanaraq həmin torpaq sahələrinin satın alınması təklifini qəbul etmişdir. Iddiaçının cavabdeh cavabdeh1la növbəti görüşlərində iddiaçının işçiləri Elməddin Alıyev və Ramin Qədirov da iştirak etmişlər. ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində ölçüsü 3 hektara qədər olan torpaq sahəsinin alınması məqsədi ilə iddiaçı hissə-hissə özü və bəzi vaxtlarda işçisi Ramin Qədirov vasitəsi ilə ümumilikdə 1.350.000 manat pul vəsaitini cavabdeh1 vermişdir. Bundan sonra, cavabdeh1 iddiaçıya bildirmişdir ki, digər cavabdeh cavabdeh2 geniş əlaqələri vardır, satın alınan torpaq sahələrini sonuncuya məxsus cavabdeh3 firmasının adında rəsmiləşdirmək lazımdır. Iddiaçı da cavabdeh1 inandığı üçün onunla razılaşmış və heç bir problemin olmadığını bildirmişdir. Bundan sonra, cavabdeh1 təşkilatçılığı ilə ayrı-ayrı şəxslərin adlarına satın alınmış torpaq sahələrinin bir hissəsinə dair notariusda vətəndaşlarla müqavilələr bağlanılmış və cavabdeh3 firmasının adına Dövlət Reyestr Xidmətindən müvafiq çıxarışlar alınmışdır. Sonradan iddiaçı bilmişdir ki, cavabdeh1 cavabdeh3 firmasının sahibi cavabdeh2 750.000 manat borc pul almışdır. cavabdeh1 iddiaçıdan xahiş etmişdir ki, bir neçə dəfə onun əvəzinə kredit borcunu ödəsin, torpaq sahələri satıldıqda sonra həmin borcu geri qaytaracaqdır. Iddiaçı da bir neçə dəfə həmin borcu hissə-hissə ödəmiş, lakin cavabdeh1 onu aldatdığını anlayandan sonra həmin krediti ödəməkdən imtina etmiş və sonuncudan ona ödədiyi pul vəsaitlərinin geri qaytarılmasını tələb etmişdir. Lakin, cavabdehlər tərəfindən iddiaçıya nə ödədiyi pul vəsaiti, nə də həmin pul vəsaitinin bir hissəsinə alınmış və cavabdeh3 firmasının adına rəsmiləşdirilmiş torpaq sahələri geri qaytarılmamışdır. Bununla əlaqədar, iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş və cavabdeh1 barəsində cinayət işi başlanılmışdır. Araşdırmalar nəticəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmü ilə cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4, 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və məhkum olunmuşdur. Qeyd edir ki, həmin dövrdə cavabdeh1 tərəfindən iddiaçıya dəyən zərərin 56.000 manat məbləğində hissəsi ödənilmiş, qalan 1.294.000 manat hissəsi isə hazıra qədər iddiaçıya ödənilməmişdir. Cavabdehlərin istintaq və məhkəmə araşdırmaları zaman vermiş olduqları etirafedici ifadələr, məhkəməyə təqdim ediləcək reyestrdən çıxarışlar və müqavilələr, şahid ifadələri iddianın tamamilə əsaslı olduğunu təsdiq edir. Hazırda iddiaçı hesab edir ki, cavabdehlər tərəfindən müştərək qaydada ona dəymiş maddi zərər kimi 1.294.000 manat pul vəsaiti ona qaytarılmalıdır.
15. cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 443.000 manat pulun və ödənilmiş 733 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, işlə əlaqədar Vüsala onun təklifi və razılığı ilə 1.000.000 manat pul verərək “xxxx” MMC-də 10%-lik payı hissə aldılar. Bunun 5% onun, 5% iş Vüsalın olacaqdı. Ilkin olaraq payı faktiki onların olsa da, rəsmiyyətdə Mahir Qarayevin adında qalmalı idi. Bundan bir neçə ay sonra həmin 10% payı Vüsal pula ehtiyacı olduğuna görə 600.000 manata satmaq istəyirdi, lakin o, həmin payı ucuz satmağa icazə vermədi və baha qiymətə alıcı taparaq Vüsalın yanına gətirdi və Vüsal alqı-satqı danışığı apararaq 1.250.000 manata razılaşaraq həmin adama satdı. Bundan sonra həmin məbləğdən 304.000 manat maya kimi balans çıxıldı və 946.000 qazanc qaldı. Həmin 946.000 məbləğ yarı-yarıya bölünəndə 473.000 manat hər birinin payına pul düşürdü. Özünün payına düşəcək 473.000 manat puldan onun qoyduğu 100.000 manata görə 30.000 manat qazanc kimi pulun sahibinə vermiş və 304.000 manat məbləğində olan mayadan 100.000 manat götürərək pulun sahibinə geri qaytarmışdır. Hazırda 473.000 – 30.000 = 443.000 manat ona borcu qalmışdır. Pulu istəyəndə isə müxtəlif bəhanələrlə guya zərər edib və sair bəhanələrlə pulu verməkdən boyun qaçırdır. Bundan əlavə, Vüsalın ona başqa məbləğlərdə xeyli miqdarda borcu vardır. Bu səbəbdən hesab edir ki, İddiaçı ona borclu olduğu halda ondan əsassız olaraq pul tələb edir. Halbuki, özünün ona yox, Vüsalın ona pul borcu vardır.
17. Məhkəmə iclasında Alıyev Elməddin Camal oğlu və X4 şahid qismində dindirilmişlər.
18. X9 Camal oğlu ifadəsində göstərmişdir ki, Vüsal onun dostudur, həm də o, Vüsalın işçisidir. 2009-cu ildə birlikdə işləmişlər, Elvin Vüsala təklif etmişdir ki, ucuz qiymətə torpaqlar alıb bir neçə ay sonra baha qiymətə sata bilərlər. Hər dəfə pul alındıqca o notariusda iştirak edirdi. Dost olduqlarına görə sənədsiz pulları verirdi, lakin pulların verilməsində o, iştirak edirdi. Elvinə pul verilən zaman o da orada olmuşdur. Vüsal özü əmlakları satıb, o torpağa qoyurdu.
19. X5 ifadəsində göstərmişdir ki, o həm Vüsalın qohumu, həm də işçisidir. Vüsalın hesabatlarını aparır. Şıxov ərazisində Vüsal tərəfindən torpaq alınırdı, bu işdə vasitəçi isə Elvin idi. Alınan torpaqlar bələdiyyə sənədləri var idi. Elməddinin, Raminin adına rəsmiləşdirilirdi. Torpağın alınması üçün Vüsal pulu ya Kamranın, ya Elməddin vasitəsilə Elvinə verirdi. Pullar şəxsə Elvinə də, Elvinin ayrı-ayrı adamlarına da verilirdi. Ümumilikdə milyondan çox pul verilib, amma geri qaytarılmayıb.
20. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(008)- ****/**** nömrəli qətnaməsi ilə (hakim A.A.Paşayeva) ilk və qarşılıqlı iddia tələbləri rədd olunmuşdur.
21. Məhkəmə qeyd etmişdir ki, ilk iddia tələbindən görünür ki, cavabdeh1 təşkilatçılığı ilə ayrıayrı şəxslərin adlarına satın alınmış torpaq sahələrinin bir hissəsinə dair notariusda vətəndaşlarla müqavilələr bağlanılmaqla, cavabdeh3 firmasının adına Dövlət Reyestr Xidmətindən müvafiq çıxarışlar alınmasına baxmayaraq cavabdeh1, cavabdeh2 onu aldatmış, ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində ölçüsü 3 hektara qədər olan torpaq sahəsinin alınması məqsədi ilə işçisi Ramin Qədirov vasitəsi ilə cavabdeh1 verdiyi 1.350.000 manat pul vəsaiti ona qaytarılmamışdır. Yalnız hüquq mühafizə orqanlarına müraciətindən sonra dəyən zərərin 56.000 manat məbləğində hissəsi ödənilmiş, qalan 1.294.000 manat hissəsi isə hazıra qədər ona ödənilməmişdir. Ilk iddia üzrə cavabdeh cavabdeh1 ilk iddianı qəbul etməyərək, eyni zamanda qaldırdığı qarşılıqlı iddiasında İddiaçı ona 443.000 manat pul borcu olmasını iddia etmişdir. Digər cavabdeh cavabdeh2 da ilk iddianın ona heç bir aidiyyatı olmamasını, alqı-satqı müqavilələri əsasında aldığı torpaqların Vüsal ilə Elvinə heç bir əlaqəsi olmamasını bildirmişdir.
22. Məhkəmə hesab etmişdir ki, iddiaçı ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində ölçüsü 3 hektara qədər olan torpaq sahəsinin alınması məqsədi ilə iddiaçı hissə-hissə özü və bəzi vaxtlarda işçisi Ramin Qədirov vasitəsi ilə ümumilikdə 1.350.000 manat pul vəsaitini cavabdeh1 verməsi, onun da təşəbbüsü ilə ayrı-ayrı şəxslərin adlarına satın alınmış torpaq sahələrinin bir hissəsinə dair notariusda vətəndaşlarla müqavilələr bağlanılması və cavabdeh3 firmasının adına Dövlət Reyestr Xidmətindən müvafiq çıxarışlar alınmasına dair dəlilləri heç bir mötəbər və tutarlı sübut növləri ilə təsdiqini tapmamışdır.
23. Əksinə cavabdeh2 bildirdiyinə görə cavabdeh3 firmasının adına alınmış torpaqlarla bağlı tərəflərin heç biri ilə əvvəlcədən razılaşmalar olmamış, alqı-satqı müqavilələri torpaq sahiblərinin özləri və ya nümayəndələri vasitəsilə əvəzili və könüllü surətlə, digər şərt olmadan bağlanmış və torpaqlar hazırda firmanın mülkiyyətində olmaqla digər heç kimə hər hansı aidiyyatı yoxdur.
24. Məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş, cavabdehin işçiləri olan şahidlərin verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, onların verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş, cavabdehin işçiləri olan şahidlərin həm də onunla yaxın münasibətdə (qohum və dost) olmalarını da diqqətə çəkir və verilən ifadələri iddiaçının maraq və mənafeyinə uyğun verilmiş ifadə kimi də qiymətləndirir.
25. Məhkəmə xüsusilə vurğulamışdır ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qanuni qüvvəsini almış hökmündən görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində təqsirləndirilən şəxs cavabdeh1la barışmasını, ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini və nəticədə onun cavabdeh1 qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmiş halların nəzərə alınaraq təqsirləndirilən şəxs cavabdeh1 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Hökmdə əksini tapmış İddiaçı ifadəsinin məzmunu hazırki iddia tələbinin məzmunu ilə eynilik təşkil edir.
26. Məhkəmə bu nəticəyə gəlmişdir ki, ilk iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və öz iddia tələblərinin əsaslı olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə eyni halların və istinad olunun maddi hüquq normalarının tələblərinin qarşılıqlı iddiaya da şamil olunmasını qeyd etmiş və hesab etmişdir ki, cavabdeh1 da İddiaçı ona 443.000 manat pul ödəməli olmasına dair tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
28. Məhkəmə hesab etmişdir ki, hər iki iddiaçının irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbləri əsassızdır və təmin edilə bilməz.
29. Məhkəmə gəldiyi nəticəni AIHM-nin «Avşar Türkiyəyə qarşı» qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan RespublIkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Ilk iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə ilkin iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi-hüquq norması ümumiyyətlə tətbiq edilməmişdir. Məhkəmə qətnamənin 5 və 6-cı səhifələrində ilkin iddia ərizəsində maddi hüquq norması kimi istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarını qeyd etməklə kifayətlənmişdir. Qeyd edir ki, mötəbər və tutarlı sübutların olmadığını bildirən birinci instansiya məhkəməsi iş üzrə şahidlərlə bağlı vəsatəti təmin etsə də, şəxsiyyət vəsiqələri təqdim edilən şahidlərdən yalnız iki şəxsi Alıyev Elməddin Camal oğlu və X4 dindirmiş (onların ifadələrini də heç bir əsas olmadan qəbul etməmişdir), digər şahidlərin, o cümlədən adı çəkilən Ramin Qədirovun dindirilməsini təmin etməmiş, bunu da işə məhkəmədə baxılma müddətinin bitməsi ilə əsaslandırmışdır. Bir baxış iclası keçirilməklə yekun məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə şahidlərin hamısının dindirilməsinə, torpaqların alqı-satqısı ilə bağlı təqdim olunan notariat işi materiallarının və digər sənədlərin tədqiq edilməsinə şərait yaratmamış, onları ümumiyyətlə tədqiq etməmiş, iddiaçı İddiaçı göndərdiyi və alqı-satqı zamanı notariat orqanında bilavasitə iştirak etmiş şəxslərin istintaq zamanı vermiş olduqları ifadələrə də heç bir əhəmiyyət verməmişdir. Hazırkı iş üzrə məhkəmə həqiqətən iddiaçı İddiaçı 1.350.000 manat məbləğində zərər yetirildiyini qəbul etmişdir. Məhz bu səbəbdən, məhkəmə hökmünə əsaslanmaqla, guya zərərin tam olaraq cavabdeh cavabdeh1 tərəfindən iddiaçıya ödənildiyini qətnamədə qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı İddiaçı zərər çəkmiş şəxs və cavabdeh cavabdeh1 isə təqsirləndirilən şəxs qismində iştirak etdikləri cinayət işi üzrə sonuncu İddiaçı məxsus 56.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə əldə etməsinə görə məhkum edilmiş, habelə, İddiaçı məxsus 1.294.000 manat məbləğində pul vəsaitinin isə cavabdeh1 mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olduğu istintaq orqanının qərarı ilə müəyyən edilmişdir. Həmin cinayət işi üzrə torpaq sahələrinin satın alınması məqsədilə iddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh1 külli miqdarda pul vəsaitlərinin verilməsi faktı şahidlərin istintaq dövründə verdikləri ifadələrlə, həmçinin torpaqların alqı-satqısı ilə əlaqədar torpaq sahiblərinin məhz şahid kimi dindirilmiş həmin şəxslərə verdikləri etibarnamələr və digər sənədlərlə tam sübuta yetirilir. Həmin şahid ifadələri sübut kimi işə əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin hakimi, məhkəmədə işə baxılma müddətinin bitdiyini bildirərək, təqdim edilmiş sənədlərin tədqiqinə şərait yaratmadığından, sübutların nədən ibarət olduğundan məlumatsız olmuş, iş üzrə araşdırma aparmadan səhv nəticəyə gəlmişdir. Ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, şahid ifadələrinə, notariatdan daxil olmuş sənədlərə, cinayət işi materiallarına heç bir münasibət bildirməyən birinci instansiya məhkəməsi, ilkin iddia tələbinin təmin edilməməsini, xüsusən də guya zərərin cavabdeh tərəfindən ödənilməsi halını heç bir sübutla əsaslandırmamışdır.
32. Qətnamədən eyni zamanda ilk iddia üzrə cavabdeh cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qarşılıqlı iddiaya dair hissədə qanunsuz və əsassız olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, mübahisə pul tələbi ilə bağlı olduğundan məhkəmə işin faktiki hallarına, əslində ilkin iddiaçının cavabdehə borclu olmasına baxmayaraq, cavabdehin ondan öz borcunu tələb etməsinə görə, onun qarşısını almaq məqsədi ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh cavabdeh1 pul məbləğini ödəməkdən yayınmaq üçün əsassız iddia tələbi ilə məhkəməyə müraciət etməsində baxmayaraq cavabdeh-qarşılıqlı iddiaçı əslində İddiaçı ona borclu olmasını bildirmiş, bununla bağlı kifayət qədər şahidlərinin olduğunu, habelə X14 və X10 şahid qismində dindirilməsi birinci instansiya məhkəməsi tərəfindən xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin hallara diqqət yetirməmiş, əsassız olaraq qarşılıqlı iddianı təmin etməmişdir. Buna görə hesab edir ki, apellyasiya məhkəməsi işin faktiki hallarına yenidən baxmalı düzgün hüquqi qiymət verməlidir. Iş materiallarında olan sənədlərə yenidən baxmaqla qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən) , Fərrux Qasımov, Günay Axundova) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh1 439.000 manat məbləğində vəsaitin, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 729 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 365 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi, ilkin iddia üzrə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(008)- ****/**** nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı məhkəməyə iddia tələbinin əsaslığına dair sübut qismində torpaq sahələrinin alqı-satqısı barədə müqavilələrinə istinad etsə də, həmin müqavilələrdən görünür ki, torpaq sahələrinin alıcısı cavabdeh3 MMC olmuşdur. Hətta həmin alqı-satqı müqaviləsinin birində satıcı qismində MMC-nin rəhbəri cavabdeh2 oğlu X11 olmuşdur. Digər torpaq sahəsinin satıcısı X17 adından isə müqaviləni iddiaçının özü imzalamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya icraatı zamanı Bakı Ağır Cinayətlər Məhkəməsindən iddiaçının müraciəti əsasında başlanmış ********* nömrəli cinayət işi tələb edilərək tədqiq edilmiş, cinayət işinin materiallarından müəyyən edilir ki, cavabdeh Alıyev Elməddin Camal oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində verdiyi izahatlarında İddiaçı tərəfindən ona torpaq sahələrinin alınması məqsədilə, eləcə də şəxsi xərcləri üçün ümumilikdə 580.000 manat pul verdiyini etiraf etmiş, bir müddət sonra həmin pulu hissəhissə qaytardığını, Allahyar adlı şəxsdən torpaq sahələrinin alınması üçün Qurban və Sərxan adlı bələdiyyə işçilərinə pulun İddiaçı özü tərəfindən verildiyini bildirmişdir (cinayət işinin İ cildi, s. 99- 102, 262-271).
37. İddiaçı isə öz izahatında cavabdeh1 tərəfindən ona ümumilikdə 141.000 manat pul verildiyini etiraf etmişdir (cinayət işinin İ cildi, s. 289).
38. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, sözügedən cinayət işindən müəyyən edilir ki, İddiaçı münasibətdə cavabdeh1 barəsində cinayət təqibi 56.000 manat məbləğdə zərərin vurulması (cavabdeh tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilən iddiaçıya məxsus nəqliyyat vasitəsinin dəyəri) ilə bağlı davam etmiş və məhkəmə hökmünün çıxarılması ilə nəticələnmişdir. Həmin məbləğ cavabdeh1 tərəfindən İddiaçı ödənildiyindən bununla bağlı İddiaçı istintaq orqanına ərizə təqdim etmiş, istintaq orqanı tərəfindən isə İddiaçı 1.294.000 manat vəsaitlə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir
39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında gəlir əldə etmək məqsədi ilə birgə fəaliyyət həyata keçirilməsi razılaşdırılmış, həmin razılaşmaya əsasən iddiaçının sərmayəsi ilə cavabdeh tərəfindən torpaq sahələri alınmalı, sonra isə yüksək qiymətə satılaraq gəlir əldə edilməli idi. Lakin cavabdeh razılaşmanın şərtlərini pozduğundan tərəflər arasında münasibətlər korlanmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh cinayət işi üzrə istintaq zamanı iddiaçıdan yalnız 580.000 manat məbləğində vəsait aldığını, iddiaçı da öz növbəsində ona 141.000 manat məbləğində pulun qaytarıldığını etiraf etmişdir. Iddiaçı cavabdehə daha çox məbləğ verdiyini sübut edə bilməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia qismən təmin edilərək cavabdeh cavabdeh1 439.000 manat (580.000 – 141.000) məbləğində vəsait tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, həmin tələbin əsaslığı iş materialları ilə müəyyən edilmir. Belə ki, həmin tələbin əsaslığına dair sübutlar qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, apellyasiya icraatı zamanı apellyasiya şikayətində qeyd edilmiş şəxslərin şahid qismində məhkəmə iclasına dəvət edilməsi barədə məhkəmə kollegiyasının təklifinə baxmayaraq, həmin şahidlərin məhkəmə iclasında iştirakını tərəf təmin etməmişdir. Bundan başqa, cinayət işinin materiallarından da cavabdeh1 hazırki iş üzrə qarşılıqlı tələbi ilə bağlı, yəni İddiaçı ona 443.000 manat məbləğində borcu olduğu barədə mövqe bildirməsi müəyyən edilmir.
43. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 390.1, 386.1, 425.1, 443.1, 1091.1, 1091.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
44. Iddiaçı İddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək qətnaməsinin ilkin iddia təmin edilməyən hissədə ləğv edilməsi və həmin hissədə ilkin iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarını ilkin iddia təmin edilən hissədə düzgün tətbiq etsə də, iş üzrə kifayət qədər sübutların olmasına baxmayaraq, həmin maddi hüquq normalarını heç bir əsas olmadan ilkin iddia təmin edilməyən hissədə tətbiq etməmiş və bu hissədə düzgün nəticəyə gəlməmişdir.
46. Ilkin iddia təmin edilməyən hissədə sübutların olmadığını bildirən apellyasiya instansiyası məhkəməsi iş üzrə bütün şahidlərin dindirilmədiyinə diqqət yetirməmiş, dindirilmiş şahidlərdən Alıyev Elməddin Camal oğlu, X4 və Şahid ifadələrinə heç bir münasibət bildirməmiş, hansı səbəbdən bu ifadələri sübut kimi qəbul etməməsini qətnamədə əsaslandırmamışdır.
47. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia təmin edilməyən hissədə iş üzrə şahidlərin hamısının dindirilməsinə, torpaqların alqı-satqısı ilə bağlı təqdim olunan notariat işi materiallarının və digər sənədlərin tədqiq edilməsinə şərait yaratmamış, onları ümumiyyətlə tədqiq etməmiş, iddiaçı İddiaçı göndərdiyi və alqı satqı-satqı zamanı notariat orqanında bilavasitə iştirak etmiş şəxslərin istintaq zamanı vermiş olduqları ifadələrə də heç bir əhəmiyyət verməmişdir. Həmin cinayət işi üzrə torpaq sahələrinin satın alınması məqsədilə iddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh1 külli miqdarda pul vəsaitlərinin verilməsi faktı şahidlərin istintaq dövründə verdikləri ifadələrlə, həmçinin torpaqların alqı-satqısı ilə əlaqədar torpaq sahiblərinin məhz şahid kimi dindirilmiş həmin şəxslərə verdikləri etibarnamələr və digər sənədlərlə tam sübuta yetirilir. Həmin şahid ifadələri sübut kimi işə əlavə edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi ilkin iddia təmin edilməyən hissədə təqdim etdikləri sübutlara heç bir münasibət bildirməyərək, həmin sübutları nə səbəbə qəbul etmədiyini qətnamədə göstərməmiş və bu hissədə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir.
48. Qətnamənin əsaslandırıcı hissəsində bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini izah etməli olan apellyasiya instansiyası məhkəməsi, ilkin iddia təmin edilməyən hissədə tərəflərindən təqdim edilmiş sübutlara ümumiyyətlə heç bir münasibət bildirməmişdir.
49. Cavabdeh cavabdeh1 (vəkil vəkil2) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini, ilk iddiaçı İddiaçı iddiasının rədd edilməsi, qarşılıqlı iddiaçı cavabdeh1 iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tam olaraq absurd və mövcud olmayan bir şərh vermişdir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsindən iddiaçının müraciəti əsasında başlanmış ********* nömrəli cinayət işi tələb edilərək tədqiq edilmiş, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən İddiaçı 1.294.000 manat vəsaitlə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin bu tamamilə absurddur, cinayət işinin materiallarında belə bir qeyd yoxdur. Əgər belə bir hal var idisə, nəyə görə cavabdeh1 həm ittiham aktında, həmdə ittiham hökmündə CM 178.4-cü hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məbləğ 500.000 manatda yuxarı olanda, CM-nin 178.4-cü hissəsi ilə cinayət məsuliyyəti yaranır. Əgər həmin hissə mülki xarakterli idisə onda həmin maddə ittiham hökmündən çıxarılmalı, cavabdeh1 CMnin178.3-cü hissəsi ilə məsuliyyət daşımalı idi. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi qərarında da bu məsələyə hüquqi qiymət verilmişdir. Mübahisənin mülki xarakterli olması orada qeyd edilməmişdir. Həmçinin bu məsələ ilə bağlı apellyasiya icraatında iddiaçı İddiaçı sual verərək, əlində fürsət var idi, əgər sizin dediyinizi əsas götürsək cavabdeh1 yenə də sizə borclu qalmışdırsa nəyə görə şikayətinizdən imtina edirdiz və sonuna qədər gedərək pulunuzu tələb etmək imkanınız var idisə niyə bu imkandan istifadə etmədiniz sualına İddiaçı cavabında bildirdi ki, cinayət işi başlandıqdan sonra cavabdeh ona yalvardı ki, ərizəsini geri götürsün. Həmçinin ona dəymiş ziyanın ödənilməsi ilə bağlı ərizəsini ona görə yazmışdır ki, elə insanlar var ki, onların sözünü yerə salmır. Dedilər ki, Elvin pulu qəpiyinə qədər ödəyəcək. Hesab edir ki, iddiaçı İddiaçı bu ziddiyyətli izahatı tamamilə gülünc və ikrah doğurur. Necə ola bilər ki, 1 milyondan yuxarı olan məbləği hansısa şəxslərin sözü ilə geri götürsün. Halbuki, o bu məbləğ barədə məhz prokurorluğa şikayət etmiş və cavabdeh1 barəsində cinayət işinin açılmasına nail olmuşdur. Demək ki, əgər aralarında hər hansı formada pul mübahisəsi olmuş idisə o artıq cinayət işinin gedişində öz həllini tapmışdır ki, həmin ərizə də İddiaçı tərəfindən yazılmışdır. Həmçinin hazırda iddiaçı cinayət işi üzrə sübutların qiymətləndirilməsi qərarına istinad etməklə guya 1.294.000 manatın mülki xarakterli olmasını əsas gətirərək guya istintaqda 56 min manata ərizə verdiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, bu da tamamilə absurddur. Belə ki, sübutların qiymətləndirilməsi qərarı sonda yazılan bir qərardır və orada qeyd ediləcək hallarla bağlı müstəntiqdən başqa sona qədər heç kəsin məlumatı olmur. Ərizə də məlumdur ki, istintaqın gedişatında verilmişdir. Qərar isə ən sonda yazılmışdır. Habelə, İddiaçı ərizəsində qeyd etmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu da bir daha təsdiq edir ki, iddiaçı yalan danışır və aralarında olan pul mübahisəsi öz həllini tapdığına görə o bu ərizəni yazmışdır. Hazırki iddiada da tamamilə haqsızdır. Iddiasının əsassız olmasını sübut edən amillərdən biri də 141.000 manat pulun qaytarıldığını istintaqda etiraf etməsinə baxmayaraq yenidən iddia tələbindən həmin məbləği tələb etməsidir. Bu isə onun göstərir ki, iddiaçı cavabdeh cavabdeh1 hesabına əsassız varlanmaq niyyətinin olmasıdır. Ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, İddiaçı izahatında və cavabdeh1la üzləşdirilməsi barədə istintaq hərəkətində qeyd etmişdir ki: “Səbail rayon sakini X18 Bələdiyyəsinin üzvü Qurban Abbasov vasitəsilə Səbail rayonu,Salyan şossesi, 12 ünvanında yerləşən və Səbail Bələdiyyəsinin sənədləri əsasında yaxın qohumları X20 və X2, eləcə də onun adına verilmiş ümumilikdə 3200 kv.m ölçülü torpaq sahəsini, içərisində olan 2 mərtəbəli tikili ilə birlikdə 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında müvafiq qaydada verilmiş etibarnamələrlə 180.000 pulun qarşılığında mənə satdı, yəni pul vermədim və mənə olan borcla əvəzləşdirdim dedi”. Bu izahatla bağlı hakim tərəfindən İddiaçı sual verildi və sizə olan borcun əvəzi qarşılığında 180.000 manatlıq torpağa görə əlavə pul vermədiyini bildirdi. Belə aydın oldu ki, İddiaçı bildirdi ki, 180.000 pulun qarşılığında ona həmin torpaq sahəsi verildi. Hakim tərəfindən 141 min manat və 180 min manatı həmin məbləğdən çıxırsınızmı sualına isə İddiaçı xeyr cavabını verdi. Lakin hakim qərar qəbul edərkən 141 min manatı 580 min manatdan çıxmış, 180 min manatı isə çıxmamışdır. Məhkəmənin bu ədalətsiz və qanunsuz qərəzli mövqeyi bir daha öz təsdiqini tapmışdır. Həmçinin cinayət işinə istinad etsə, onda gərək bütün şəxslərin izahatları araşdırıla, üçüncü şəxs qismində cəlb edilə, kimin kimə nə qədər borclu olması məsələlərinə yenidən mülki icraat qaydasında hüquqi qiymət verilə. Yarımçıq şəkildə, yalnız bir şəxsin ifadəsini əsas götürməklə, onu öz xeyrinə istifadə etmə, bir tərəfli yanaşmadır və qərəzlidir.
51. Apellyasiya məhkəməsi tamamilə qərəzli olmuşdur, apellyasiya icraatında prosessual qaydaları pozaraq iddiaçının əvəzinə sübut toplamağa cəhd edərək cinayət işini öz təşəbbüsü ilə tələb edərək qərəzli mövqe tutmuşdur. Qətnamə elan olunan gün cinayət işinin materiallarına istinad gətirərək qərəzli mövqe tutan zaman həmin məsələyə cavabdeh cavabdeh1 şəxsən münasibət bildirməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə qərəzli olaraq həmin vəsatətini təmin etməmiş, bundan sonra o məhkəmənin maraqlı və qərəzli olması səbəbindən məhkəmə tərkibinə etirazının olduğunu və yazılı şəkildə etirazını təqdim etmək üçün şərait yaradılmasını xahiş etmiş, lakin məhkəmə onun bu xahişinə də məhəl qoymayaraq məhkəmə tədqiqatının tamamlanmasını bildirirərək prosessual qaydalara zidd olaraq müşavirəyə gedərək yekun məhkəmə qərarı qəbul etmiş. Bütün bu hərəkətlər video görüntüdə də mövcuddur.
52. Cavabdehin sübutları nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla apellyasiya şikayəti əsassız olaraq qismən təmin edilmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi kobud şəkildə pozulmaqla iş u zrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmiş və reallığı əks etdirməyən qətnamə qəbul olunmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
55. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
56. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
57. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
58. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
59. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
60. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
61. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
62. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
63. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
64. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
65. Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
66. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
75. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən ilkin iddianın təmin edilməyən hissəsində, cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
78. Baxılan işdə iddiaçı göstərir ki, cavabdehin təklifi ilə torpaq sahəsi alaraq daha baha qiymətə satılması ilə bağlı razılığa gəlmişlər və bu məqsədlə özü və tanışı vasitəsi ilə ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində cavabdehə 1.350.000 manat pul vəsaiti vermiş, cavabdehin təşkilatçılığı ilə ayrı-ayrı şəxslərin adlarına satın alınmış torpaq sahələrinin bir hissəsinə dair notariusda vətəndaşlarla müqavilələr bağlanılmış və cavabdeh3 firmasının adına Dövlət Reyestr Xidmətindən müvafiq çıxarışlar alınmışdır. Ona məlum olmuşdur ki, cavabdeh1 cavabdeh3 firmasının sahibi cavabdeh2 750.000 manat borc pul almışdır. Cavabdeh barəsində aparılan cinayət işinin icraatı zamanı dəyən zərərin 56.000 manat hissəsi ödənilmiş, qalan 1.294.000 manat hissəsi isə iddiaçıya ödənilməmişdir.
79. Iddiaçı Mülki Məcəllənin 21-ci maddəsinə istinad edərək tələb olunan məbləği zərər olaraq cavabdehdən tələb etmişdir.
80. Cavabdeh isə iddiaçı ilə müqavilə münasibətlərinin olmamasını, iddiaçı ilə uzun müddət ərzində birgə fəaliyyət həyata keçirdiklərini, ona hər hansı borcunun olmadığını, əksinə iddiaçının onun qarşısında icra edilməyən öhdəliyinin olmasını göstərərək iddiaçıdan 443000 manat pul tələb etmişdir.
81. Belə olan halda hər iki iddia üzrə tərəflərin qarşılıqlı olaraq icra edilməmiş öhdəliklərinin olması, əgər varsa, bu öhdəliyin qanundan, yoxsa müqavildən irəli gəldiyi aydın şəkildə müəyyən edilməlidir. Əgər öhdəlik qanun əsasında meydana gəlmişsə, onun konkret əsası, məsələn, mülki hüquq pozuntusu, əsassız varlanma olduğu dəqiqləşdirilməlidir. Öhdəlik müqavilədən qaynaqlandıqda isə, tərəflərin iddia olunan müqaviləni bağladıqları, bu əqddən irəli gələn, vaxtı çatmış, lakin cavabdeh tərəfindən icra edilməmiş öhdəlik təsbit olunmalıdır.
82. Öhdəliyin hansı hüquqi əsasdan irəli gəldiyini düzgün müəyyənləşdirmək tələbin qanuni əsasının doğru şəkildə tapılması və yoxlanılmasını müəyyən etmək üçün vacibdir.
83. Bir qayda olaraq bir-birinə qarşı tələb irəli sürən tərəflər icra edilməmiş öhdəliyin olduğunu bildirirlərsə öz tələblərinin faktiki əsaslarını sübuta yetirməlidir.
84. Birinci instansiya məhkəməsi hər iki iddianı rədd edərək göstərmişdir ki, iddiaçı ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində ölçüsü 3 hektara qədər olan torpaq sahəsinin alınması məqsədi ilə iddiaçı hissə-hissə özü və bəzi vaxtlarda işçisi Ramin Qədirov vasitəsi ilə ümumilikdə 1.350.000 manat pul vəsaitini cavabdeh1 verməsi, onun da təşəbbüsü ilə ayrı-ayrı şəxslərin adlarına satın alınmış torpaq sahələrinin bir hissəsinə dair notariusda vətəndaşlarla müqavilələr bağlanılması və cavabdeh3 firmasının adına Dövlət Reyestr Xidmətindən müvafiq çıxarışlar alınmasına dair dəlilləri heç bir mötəbər və tutarlı sübut növləri ilə təsdiqini tapmamışdır.
85. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qanuni qüvvəsini almış hökmündən görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində təqsirləndirilən şəxs cavabdeh1la barışmasını, ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini və nəticədə onun cavabdeh1 qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmiş halların nəzərə alınaraq təqsirləndirilən şəxs cavabdeh1 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Hökmdə əksini tapmış İddiaçı ifadəsinin məzmunu hazırki iddia tələbinin məzmunu ilə eynilik təşkil edir. Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, ilk iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və öz iddia tələblərinin əsaslı olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir
86. Məhkəmə eyni halların və istinad olunun maddi hüquq normalarının tələblərinin də qarşılıqlı iddiaya da şamil olunmasını qeyd edərək göstərmişdir ki, cavabdeh1 da İddiaçı ona 443000 manat pul ödəməli olmasına dair tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
87. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə ilk iddianı qismən təmin edərkən və qarşılıqlı iddianın təmin olunması üçün əsasların olmamasına dair mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı məhkəməyə iddia tələbinin əsaslılığına dair sübut qismində torpaq sahələrinin alqı-satqısı barədə müqavilələrə istinad etsə də, həmin müqavilələrdən görünür ki, torpaq sahələrinin alıcısı cavabdeh3 MMC olmuşdur. Hətta həmin alqı-satqı müqaviləsinin birində satıcı qismində MMC-nin rəhbəri cavabdeh2 oğlu X11 olmuşdur. Digər torpaq sahəsinin satıcısı X17 adından isə müqaviləni iddiaçının özü imzalamışdır. Iddiaçının şikayəti əsasında başlanmış cinayət işi üzrə şahid qismində ifadə vermiş cavabdeh2 da bildirmişdir ki, torpaq sahələrinin dəyəri onun tərəfindən ödənilmiş və sahələr MMC-nin adına rəsmiləşdirilmişdir. Bundan başqa, torpaq sahələrinin alqı-satqı müqavilələrində göstərilən satış qiymətlərinin cəmi iddiaçının tələb etdiyi məbləğdən
94. də xeyli aşağıdır. Iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Alıyev Elməddin Camal oğlunun və X4 ifadələrindən, habelə apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsindən də iddiaçı tərəfindən cavabdeh Elməddin Alıyevə iddia ərizəsində göstərilən məbləğin verildiyi qənaətinə gəlmək olmur.
88. Apellyasiya instansiya məhkəməsi daha sonra apellyasiya icraatı zamanı Bakı Ağır Cinayətlər Məhkəməsindən iddiaçının müraciəti əsasında başlanmış ********* nömrəli cinayət işi tələb edilərək tədqiq edilmiş, o qənaətə gəlmişdir ki, cavabdeh Alıyev Elməddin Camal oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində verdiyi izahatlarında İddiaçı tərəfindən ona torpaq sahələrinin alınması məqsədilə, eləcə də şəxsi xərcləri üçün ümumilikdə 580.000 manat pul verdiyini etiraf etmiş, bir müddət sonra həmin pulu hissə-hissə qaytardığını, Allahyar adlı şəxsdən torpaq sahələrinin alınması üçün Qurban və Sərxan adlı bələdiyyə işçilərinə pulun İddiaçı özü tərəfindən verildiyini bildirmişdir. İddiaçı isə öz izahatında cavabdeh1 tərəfindən ona ümumilikdə 141.000 manat pul verildiyini etiraf etmişdir (cinayət işinin İ cildi, s. 289). İddiaçı münasibətdə cavabdeh1 barəsində cinayət təqibi 56.000 manat məbləğdə zərərin vurulması (cavabdeh tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilən iddiaçıya məxsus nəqliyyat vasitəsinin dəyəri) ilə bağlı davam etmiş və məhkəmə hökmünün çıxarılması ilə nəticələnmişdir. Həmin məbləğ cavabdeh1 tərəfindən İddiaçı ödənildiyindən bununla bağlı İddiaçı istintaq orqanına ərizə təqdim etmiş, istintaq orqanı tərəfindən isə İddiaçı 1.294.000 manat vəsaitlə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında gəlir əldə etmək məqsədi ilə birgə fəaliyyət həyata keçirilməsi razılaşdırılmış, həmin razılaşmaya əsasən iddiaçının sərmayəsi ilə cavabdeh tərəfindən torpaq sahələri alınmalı, sonra isə yüksək qiymətə satılaraq gəlir əldə edilməli idi. Lakin cavabdeh razılaşmanın şərtlərini pozduğundan tərəflər arasında münasibətlər korlanmışdır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh cinayət işi üzrə istintaq zamanı iddiaçıdan yalnız 580.000 manat məbləğində vəsait aldığını, iddiaçı da öz növbəsində ona 141.000 manat məbləğində pulun qaytarıldığını etiraf etmişdir. Iddiaçı cavabdehə daha çox məbləğ verdiyini sübut edə bilməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə apellyasiya məhkəməsinin mövqeyindən aydın olur ki, həmin tələbin əsaslılığına dair sübutlar qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, cinayət işinin materiallarından da cavabdeh1 hazırki iş üzrə qarşılıqlı tələbi ilə bağlı, yəni İddiaçı ona 443.000 manat məbləğində borcu olduğu barədə mövqe bildirməsi müəyyən edilmir”.
89. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 390.1, 386.1, 425.1, 443.1, 1091.1, 1091.2-ci maddələrinə istinad etmişdir.
90. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
91. Qeyd edilməlidir ki, müqavilədən irəli gələn bir öhdəliyi tanınması üçün ilk növbədə tərəflər arasında etibarlı bir müqavilənin bağlandığı müəyyən edilməlidir.
92. Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
93. Həmin Məcəllənin 777.1-ci maddəsində əks olunan tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Kollegiya onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddiaların haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil.
95. Bundan sonra müqavilədən irəli gələn tələbin mövcud olmadığı nəticəsinə gəlindikdə işin müəyyən edilmiş halları, eləcə də iddiaçının söykəndiyi hüquqi əsas nəzərə alındıqda tələbin Mülki Məcəllənin 1092.1-ci maddəsi ilə yoxlanılması mümkün hesab edilə bilər. Həmin normaya görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
96. Məhkəmə tərkibi xüsusi olaraq vurğulayır ki, iddianın həmin norma əsasında təmin edilməsi üçün cavabdehin iddiaçının hesabına hər hansı (həcmdə) əmlak əldə etməsi kifayət deyil.
97. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
98. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi; bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.
99. Odur ki, baxılan işdə ilk növbədə cavabdehin iddiaçının hesabına varlandığı, yəni bir iqtisadi dəyər əldə edərək əmlakının aktivini artırdığı müəyyən edilməlidir. Mübahisəli hallar üzrə tərəflərin təqdim etdikləri sübutlar mötəbərlilik, mümkünlük və aidedilənlik meyarları ilə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun şəkildə qiymətləndirilməklə nəticəyə gəlinməlidir.
100. Bununla yanaşı göstərilənlər baxımından iddianın düzgün həllinə nail olmaq mümkün olmadıqda işin hallarının mülki hüquq pozuntusundan irəli gələn əsaslarla yoxlanması mümkün hesab edilə bilər.
101. Ilk iddiaçı göstərir ki, cavabdehin təklifi ilə torpaq sahəsi alınmasında cavabdeh vasitəçilik etmiş, pul vəsaiti məhz ona verilmişdir. Torpaq sahəsi alındıqdan sonra cavabdehin təklifi ilə özgəninkiləşdirilmiş, sonrada ona məlum olmuşdur ki, cavabdeh torpağı əldə edən sonuncu şəxsdən 750.000 manat borc pul almışdır.
102. Belə olan halda ilk iddiaçı tərəfindən bu qərarın yuxarıda göstərilən bəndlərində istinad olunanlar (vasitəçilik və ya tapşırıq müqaviləsinin, qanundan irəli gələn öhdəliklərin olması) sübuta yetirilməlidir.
103. Iş materiallarından görünür ki, ilk iddia ərizəsinin məzmununda cavabdehlə müqavilə (birgə fəaliyyət, tapşırıq və ya vasitəçiliklə) bağladığını açıqca qeyd etməmişdir. Üstəlik tələb müqavilədən irəli gələn öhdəliklə deyil, zərərlə bağlı normalarla əsaslandırılmışdır. Cavabdeh müqavilə münasibətini və umumiyyətlə ilk iddiaçı qarşısında icra edilməli olan öhdəliyinin olmasını təkzib edir.
104. Apellyasiya instansiya məhkəməsi bir halda qeyd edir ki, “iddiaçı məhkəməyə iddia tələbinin əsaslılığına dair sübut qismində torpaq sahələrinin alqı-satqısı barədə müqavilələrinə istinad etsə də, həmin müqavilələrdən görünür ki, torpaq sahələrinin alıcısı cavabdeh3 MMC olmuşdur. Hətta həmin alqı-satqı müqaviləsinin birində satıcı qismində MMC-nin rəhbəri cavabdeh2 oğlu X11 olmuşdur. Digər torpaq sahəsinin satıcısı X17 adından isə müqaviləni iddiaçının özü imzalamışdır. Iddiaçının şikayəti əsasında başlanmış cinayət işi üzrə şahid qismində ifadə vermiş cavabdeh2 da bildirmişdir ki, torpaq sahələrinin dəyəri onun tərəfindən ödənilmiş və sahələr MMC-nin adına rəsmiləşdirilmişdir. Bundan başqa, torpaq sahələrinin alqısatqı müqavilələrində göstərilən satış qiymətlərinin cəmi iddiaçının tələb etdiyi məbləğdən də xeyli aşağıdır. Iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Alıyev Elməddin Camal oğlunun və X4 ifadələrindən, habelə apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsindən də iddiaçı tərəfindən cavabdeh Elməddin Alıyevə iddia ərizəsində göstərilən məbləğin verildiyi qənaətinə gəlmək olmur”.
105. Digər halda isə qeyd edir ki, apellyasiya icraatı zamanı Bakı Ağır Cinayətlər Məhkəməsindən iddiaçının müraciəti əsasında başlanmış ********* nömrəli cinayət işi tələb edilərək tədqiq edilmiş, o, qənaətə gəlmişdir ki, cavabdeh Alıyev Elməddin Camal oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində verdiyi izahatlarında İddiaçı tərəfindən ona torpaq sahələrinin alınması məqsədilə, eləcə də şəxsi xərcləri üçün ümumilikdə 580.000 manat pul verdiyini etiraf etmiş, bir müddət sonra həmin pulu hissə-hissə qaytardığını, Allahyar adlı şəxsdən torpaq sahələrinin alınması üçün Qurban və Sərxan adlı bələdiyyə işçilərinə pulun İddiaçı özü tərəfindən verildiyini bildirmişdir. İddiaçı isə öz izahatında cavabdeh1 tərəfindən ona ümumilikdə 141.000 manat pul verildiyini etiraf etmişdir (cinayət işinin İ cildi, s. 289). İddiaçı münasibətdə cavabdeh1 barəsində cinayət təqibi 56.000 manat məbləğdə zərərin vurulması (cavabdeh tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilən iddiaçıya məxsus nəqliyyat vasitəsinin dəyəri) ilə bağlı davam etmiş və məhkəmə hökmünün çıxarılması ilə nəticələnmişdir. Həmin məbləğ cavabdeh1 tərəfindən İddiaçı ödənildiyindən bununla bağlı İddiaçı istintaq orqanına ərizə təqdim etmiş, istintaq orqanı tərəfindən isə İddiaçı 1.294.000 manat vəsaitlə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında gəlir əldə etmək məqsədi ilə birgə fəaliyyət həyata keçirilməsi razılaşdırılmış, həmin razılaşmaya əsasən iddiaçının sərmayəsi ilə cavabdeh tərəfindən torpaq sahələri alınmalı, sonra isə yüksək qiymətə satılaraq gəlir əldə edilməli idi. Lakin cavabdeh razılaşmanın şərtlərini pozduğundan tərəflər arasında münasibətlər korlanmışdır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh cinayət işi üzrə istintaq zamanı iddiaçıdan yalnız 580.000 manat məbləğində vəsait aldığını, iddiaçı da öz növbəsində ona 141.000 manat məbləğində pulun qaytarıldığını etiraf etmişdir. Iddiaçı cavabdehə daha çox məbləğ verdiyini sübut edə bilməmişdir.
106. Mövcud vəziyyətdə apellyasiya məhkəməsi apellyasiya icraatı zamanı əldə etdiyi yeni sübuta əsaslanmaqla (halbuki ilk iddiaçı birinci instansiya məhkəməsinə belə sübutun mövcud olmasını bildirməmiş, həm özünün, həm də cavabdehin izahatlarını təqdim etməmişdir) tərəflər arasında birgə fəaliyyətlə bağlı razılaşmanın olması, razılaşmanın cavabdeh tərəfindən pozulması qənaətinə gələrək cavabdeh tərəfindən aparılmış 141000 manat ödənişi nəzərə almaqla 439.000 manat məbləğində icra edilməyən öhdəliyin olması nəticəsinə gəlmişdir.
107. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi məhz “ilk iddiaçının öz hüquqi mövqeyini sübut edilə bilmədiyi və öz iddia tələblərinin əsaslı olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməməsi əsası ilə iddianı təmin etməmişdir.” Eyni zamanda bu qərarın 101-ci bəndində olan apellyasiya məhkəməsinin mövqeyindən aydın olur ki, iddiaçının bəyan etdiyi hallar əsasında iddianın təmin olunması mümkünsüz hesab edilmişdir.
108. Göründüyü kimi apellyasiya məhkəməsi MPM-in 371-ci maddəsinin tələbini nəzərə almadan özü prosessual fəallıq edərək, yəni öz təşəbbüsü ilə cinayət işinin tələb edərək cavabdehin izahatında olan məlumatı ümumi konteksdən kənarda qalan hissəsinə, yəni cavabdehin iddiaçıdan 580.000 manat almasını etiraf etməsinə əsaslanmaqla iddianın qismən təmin olunmasını mümkün saymışdır.
109. Halbuki, ilk iddiaçıya cavabdehin barəsində cinayət işi başlanması, onun icraatı, hökmün mövcud olması, irəli sürülən tələbin də elan edilmiş ittihamın bir hissəsi olması, həmin faktın cinayət işinin icraatı zamanı təsdiq edilmədiyinə görə əsas icraatdan ayrılaraq ayrıca icraatda aparılmalı olmasına dair qərar qəbul edilməsi məlum olmuşdur. Bir halda ki, məhkəmə tələb edilən işdə olan məlumatları sübut qismində qəbul edilməsi nəticəsinə gəlmişdir, bu halda bərabərliyin təmin edilməsi üçün ayrılan icraatın nəticələri, yəni həmin icraat üzrə istintaqın və ya məhkəmənin yekun aktının olmasını, baxılan işdə sübut kimi istinad olunan halların həmin icrratda da təsbit olunmasını aydınlaşdırmaq vəzifəsi yaranmışdır.
110. Lakin apellyasiya məhkəməsi prosessual fəallıq göstərərək yeni sübutlar əldə etməklə və iddiaçının bəyan etdiyi faktiki hallardan fərqlənən yeni hallar müəyyən etməklə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olmasına dair təməl prinsipi pozmuşdur.
111. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarları) irəli sürdüyü mövqeyə görə apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
112. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutların və faktların təqdim olunmasının məhdudlaşdırılması çəkişmə və tərəflərin bərabərliyi prinsipinə xələl gətirməməlidir. Belə ki, ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir.
113. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində iddianın əsaslılığına təsir göstərən yeni sübutların qəbulunun məqbul hesab etdiyi halda, qarşı sübutlar məhkəmə tərəfindən qəbul edilməli və başqa sübutlarla yanaşı qiymətləndirilməli idi.
114. Lakin məhkəmə məhz cinayət işini tələb edərək baxış keçirmiş, həmin iş tədqiq edilən gün işin baxılmasını yekunlaşdırmış, vəkilin müdafiə etdiyi şəxsin iştirakının təmin edilməsinə dair verilmiş vəsatətini təmin etməməklə cavabdeh tərəfi ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdir.
115. Beləliklə aşkar olaraq müəyyən olunmuş olur ki, apellyasiya instansiya məhkəməsi yalnız cavabdeh tərəfin cinayət işində olan ifadəsinə (istinadı cinayət işinin İ cildi, s 99-102, 262- 271) əsaslanmaqla, ifadədə göstərilənləri əsassız olaraq etiraf kimi qəbul etmiş, cavabdehin etirazında olan dəlillərə əhəmiyyət verməmiş, o cümlədən istinad etdiyi ifadələrdə cavabdehin etirazında göstərdiyi dəlillərini dəstəkləyən məlumatların mövcudluğunu (verilmiş pul məbləğinə torpaq sahələrinin alınması, torpaq sahələrinin sənədlərinin məhz ilk iddiaçıya verilməsi, pul məbləğinin bir hissəsinin onun vasitəsi ilə, digər hissəsinin isə ilk iddiaçı və ona yaxın şəxslər tərəfindən ilk iddiaçının iradəsinə uyğun verilməsi, həmin torpaq sahələrinin ilk iddiaçıya yaxın adamların adına rəsmləşməsi, cavabdeh cavabdeh2 satışın məhz ilk iddiaçı və ona yaxın şəxslər tərəfindən aparılması, torpaq sahələrinin satışının ilk iddiaçının cavabdeh cavabdeh2 götürülən 750.000 manat məbləğinin təminatı olması, həmin məbləğ ödənilmədiyindən, ilk iddiaçının torpaq sahələrindən imtina etməsi və s) nəzərə almamışdır.
116. Iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qanuni qüvvəsini almış hökmündən görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində təqsirləndirilən şəxs cavabdeh1la barışmasını, ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini və nəticədə onun cavabdeh1 qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmiş, həmin halların nəzərə alınaraq təqsirləndirilən şəxs cavabdeh1 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Hökmdə əksini tapmış İddiaçı ifadəsinin məzmunu hazırki iddia tələbinin məzmunu ilə eynilik təşkil edir.
117. Ilk iddiaçının göstərilən bəyanının olması halında hazırkı tələbin irəli sürülməsinə hüququnun mövcudluğuna məhkəmə tərəfindən qiymət verilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin
118. səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).
119. Bu xüsusat yoxlanılarkən təqdim olunmuş sübutlar pul vəsaitinin verilməsi, hansı niyyətlə verilməsi, cavabdeh tərəfindən qəbul edilib-edilməməsi, iş üzrə tərəflərin davranışları, bu münasibətdə iştirak edən şəxslərin mövcudluğu, həmin ərəfədə tərəflərin münasibətinin həqiqi xarakteri və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla ilk iddiaya və qarşılıqlı iddia ilə bağlı tərəflərin dəlilləri tam olaraq qiymətləndirilməlidir.
120. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir
121. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün geri qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.