Məhkəmə qərarları › İş №2(1-8)-758/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-758/2026

01.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-758/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh5, cavabdeh3 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Iş № *(1-8)-758/2026 (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh5, cavabdeh3 və cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsində istifadədə olan 0.0793 ha torpaq sahəsində yerləşən **a nömrəli, 5 mərtəbəli binada 69,81 kv.metr ümumi, 47,31 kv.metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2007-ci il tarixdə qeydiyytada alınmışdır.

2. Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş *M-*** nömrəli, ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzilin həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra alıcı İddiaçı 40.000 (qırx min) manata satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmələri barədə müqavilə bağlamışlar.

3. Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş *M-**** nömrəli, ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzilin həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra alıcı İddiaçı 70.000 (yetmiş min) manata satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmələri barədə müqavilə bağlamışdır. Müqavilənin 3-cü bəndinə əsasən 55.000 (əlli beş min) manat ödənilir, qalan 15.000 (on beş min) manat pulun 3(üç) ay müddətinə ödənilməsi qərara alınmışdır.

4. “xxxx” ASC-nin Mərkəzi filialına məxsus ##.##.2020-ci il tarixli, ** nömrəli xəzinə mədaxil qəbzində göstərilib ki, İddiaçı ilkin alqı-satqı müqaviləsi üzrə (*** saylı, ##.##.2020-ci il tarixli məktuba əsasən) 55.000 manat vəsaiti banka mədaxil etmişdir.

5. ünvan 3, mənzil ** saylı mənzil (Yeni qaydalarla: AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, Anar Şükürov küçəsi, giriş 12, M4, m3) ## #### 2024-cü il tarixdə cavabdeh1 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 55.000 (əlli beş min) manat əsas borca görə, 8.250 (səkkiz min iki yüz əlli manat) vurulmuş ziyana görə, 285 (iki yüz səksən beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 63.535 (altmış üç min beş yüz otuz beş) manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı razılaşmaya görə həmin mənzil cavabdeh cavabdeh1 tərəfindən boşaldılaraq ona təhvil verildikdən sonra tam 15.000 (on beş min) manat pul da satıcıya (cavabdehə) ödənməli idi. 15.000 (on beş min) manat pulu hazırladıqdan sonra cavabdeh cavabdeh1 mənzili boşaldaraq ona təhvil verməsini xahiş etmişdir. Hətta bir neçə dəfə həmin ünvana gedərək cavabdehə mənzili boşaltmasını da xatırlatmışdır. Lakin cavabdeh hər dəfə bir bəhanə gətirərək evi təhvil verməkdən yayınmışdır. Dəfələrlə cavabdeh cavabdeh1 müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin vacib olduğu bildirilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Demək olar ki, bütün sivil vasitələrdən istifadə etməyinə, cavabdehin bu illər ərzində 100-ə yaxın qohumunun vəfat etməsi ilə bağlı söylədiyi nağıllara, ürəyindən müalicə alması bəhanələrinə səbrlə dözməyinə baxmayaraq faydası olmamış, mənzil boşaldılaraq ona təhvil verilməmişdir. Hətta ölkədə fəaliyyət göstərən bütün əlaqədar qurumlara, o cümlədən müqavilənin bağlandığı Bakı şəhəri ** saylı Notariat Ofisinə rəsmi müraciətlər ünvanlamış, ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Həm mənzildən, həm külli-miqdarda pulundan məhrum olmuşdur. Təbii ki, bu 55.000 (əlli beş min) manat məbləğindəki pulu hər hansı bir Banka depozitə qoymuş olsaydı, ondan illik ən azı 12%gəlir əldə edib qazanardı. Lakin təəssüflər olsun ki, cavabdeh cavabdeh1 özü bu mənzili könüllü satmaq qərarına gəlsə də, sonradan ona məlum olmayan səbəblərə görə qərəzli şəkildə evi boşaldaraq ona təhvil verməkdən yayınmışdır. Cavabdeh cavabdeh1 evi ona təhvil verməməsi ilə əlaqədar o, xeyli miqdarda ziyan çəkmişdir. Belə ki, bu tip evlərin aylıq kirayəsi 500 (beş yüz) manatdır. Cavabdeh ona mənzildən istifadə etmək üçün şərait yaratmadığına görə, artıq o, 3 ildən çoxdur ki, bu mənzildən məhrum olmuşdur.Təkcə 3-iIlik kirayə haqqına görə 18.000 (on səkkiz min) manat məbləğində pul ödəmişdir. Eyni zamanda cavabdeh tərəfindən ona məxsus olan 55.000 (əlli beş min) manat məbləğində pulun alınaraq ona geri qaytarılmasına görə ona minimum illik 5% olmaqla, ümumiliikdə 3-ilə görə 8250 ( səkkiz min iki yüz əlli ) manat məbləğində maddi ziyan dəymişdir.

8. Cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixdə öldüyü üçün, onun vərəsələri cavabdeh4, cavabdeh5, cavabdeh2 və X2 cavabdeh qismində mülki işə cəlb edilmişlər.

9. Iddiaçı iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4, cavabdeh5, cavabdeh3 və cavabdeh2 əsas borca görə 55000 manat, vurulmuş ziyana görə 8250 manat, ekspert xərcinə görə 400 manat və ödənilmiş dövlət rüsumuna görə 285 manat olmaqla, ümumilikdə 63935 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizədə göstərilib ki, cavabdehlərə qarşı pul tələbi barədə məhkəməyə iddia ərizəsi vermişdir. Iddia ərizəsinin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən mübahisə predmeti olan mənzilin qiymətləndirilməsi barədə qərardad qəbul olunmuşdur. Qərardadın icrası “xxxx” MMC-yə tapşırılmış və həmin bu MMC tərəfindən ##.##.2025-ci il tarixli rəy tərtib olunmuşdur. Rəyin alınması üçün onun tərəfindən 400 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bu xidmət haqqı cavabdehlərdən tutularaq ona ödənilməlidir. Qiymətləndirmə rəyində mənzilin halhazırkı vəziyyətdə olan qiyməti müəyyən edilmişdir. Lakin işin hallarından da görünür ki, bu mənzilə dair alqı-satqı müqaviləsi 2020-ci ildə bağlanmışdır. Təbii ki, ona görə də bu mənzilə oxşar mənzillərin 2020-ci ildəki qiymətləri müəyyən olunmalı idi. Ona görə də o, başqa bir qiymətləndirmə şirkətinə müraciət edərək həmin bu texniki göstəricilərə malik olan mənzilə dair 2020-ci ildəki qiymətlər barədə arayış verməsini xahiş etmişdir. Arayışda da bu tip mənzillərin həm təmirli, həm də təmirsiz vəziyyətdə bazar dəyəri müəyyən edilmişdir. Bu mənzili alarkən mənzil tamamilə başqa vəziyyətdə olmuş və demək olar ki, tamamilə təmirsiz, bərbad halda olmuşdur. Bu tip mənzillərin 2020-ci ildə təmirsiz halda qiymətləri 75000- 85000 manat arasında, təmirli vəziyyətdə isə 100.000-115000 manat arasında olmuşdur. Ona görə də, məhkəmə işə baxarkən bu halları da nəzərə almalıdır.

11. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkil) X1 elektron kabinet vasitəsi ilə vermiş olduğu etiraz ərizəsini müdafiə edərək göstərmişdir ki, mərhum cavabdeh1 ilə İddiaçı arasında bağlandığı iddia edilən ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi saxtadır və bu müqavilə üzrə irəli sürülən tələblər qanuni və əsaslı deyildir. Belə ki, mərhum cavabdeh1 ilə İddiaçı arasında cavabdeh1 məxsus ünvan 1 ünvandakı ** saylı mənzilin alqı-satqısı üzrə ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilədə mənzilin dəyəri 40000 (qırx min) manat qiymətləndirilmiş və ilkin olaraq cavabdeh1 31000 (otuz bir min) manat verildiyi göstərilmişdir. Həmin müqavilə Bakı şəhəri ** saylı notarius ofisində xüsusi notarius X3 tərəfindən təsdiqlənmişdir. Mərhum cavabdeh1 ilə İddiaçı arasında bağlandığı iddia edilən ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi də cavabdeh1 məxsus ünvan 1 ünvandakı ** saylı mənzil üzrə bağlanıb. Bu müqavilə üzrə mənzilin dəyəri 70 000 (yetmiş min) manat, cavabdeh1 verilən pul isə, 55000 (əlli beş min) manat olduğu göstərilmişdir. Bu müqavilə də Bakı şəhəri ** saylı notarius ofisində xüsusi notarius X3 tərəfindən təsdiq edilmişdir. Bunlarla yanaşı, bağlandıqları iddia edilən həm ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə, həm də ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə cavabdeh1 həyat yoldaşı X4 və həmin mənzildə qeydiyyatda olan övladları X6, cavabdeh5 və X7 nəinki razılıqları, heç məlumatları belə olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 402.2.-ci maddəsinə görə, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Eyni zamanda Mülki Məcəllənin 402.4- cü və 402.5-ci maddələrinə görə əgər ilkin müqavilədə əsas müqavilənin hansı müddətə bağlanması müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklifi göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Bütün bunlar Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilən sənədlərlə və mənzilin qiymətləndirilməsinə dair qiymələndiricinin rəyi ilə təsdiq edilir. Bunlardan əlavə, bağlandığı iddia edilən ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsində də mənzilin dəyəri ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsində olduğu kimi bazar dəyərindən xeyli aşağı göstərilmişdir. Eyni zamanda, bağlandığı iddia edilən hər iki ilkin alqı-satqı müqaviləsi üzrə aparılan bank əməliyyatları da ciddi şübhə doğurur. Bütün bunlar göstərir ki, cavabdeh1 ilə İddiaçı arasında bağlandığı iddia edilən ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi saxtadır və bu müqavilə üzrə irəli sürülən tələblər qanuni və əsaslı deyildir. Hesab edir ki, İddiaçı ilə mərhum cavabdeh1 arasında göstərilən iddia tələbləri üzrə münasibətlər olmamış və həmin iddia tələblərinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh1 qarşı 55.000 manat əsas borca görə, 8250 manat vurulmuş ziyana görə, 285 ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 63535 manat məbləğində pulun tutulmasına dair iddia tələblərinin təmin edilməməsini xahiş etdi.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək cavabdeh cavabdeh4 əsas borca görə 55.000 (əlli beş min) manat və vurulmuş ziyana görə 8250 (səkkiz min iki yüz əlli) manat, o cümlədən ödənilmiş 400 (dörd yüz) manat məbləğində ekspert xərci və ödənilmiş 285 (iki yüz səksən beş) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 63.935 (altmış üç min doqquz yüz otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı verilməsi; iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Fərid Hətəmzadə).

13. Məhkəmə bildirmişdir ki, tərəflər, aralarında ilkin alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdəliyi icra etməmişdir.

14. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də iddiaçı 55.000 (əlli beş min) manat məbləğində pulu mərhum cavabdeh1 tələb etməkdə haqlı olmuşdur.

15. Mərhum cavabdeh1 Məhəmməd oğlunun qanun üzrə hüquqi varisinin onun arvadı cavabdeh4 olduğu müəyyən edilmiş və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddia tələbində göstərilən 55.000 manat məbləğində pul vəsaiti ilkin alqı-satqı müqaviləsi üzrə öhdəlik götürmüş mərhum cavabdeh1 hüquqi varisi cavabdeh cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Digər cavabdehlər cavabdeh5, cavabdeh3 və cavabdeh2 onlara qaımış miras əmlakdan cavabdeh4 xeyrinə imtina etdiklərinə görə, iddia tələbi onlara aid hissədə təmin edilməməlidir.

17. Bu qənaətə gələrkən məhkəmə xüsusilə onu da nəzərə almışdır ki, məhkəmənin ## ####### 2023-cü il tarixli hazırlıq iclasında iştirak edən iş üzrə cavabdeh cavabdeh1 izahatında “ilkin alqı-satqı müqaviləsinin surətini indi götürdüyünü, orada 2020-ci il yazılsa da, əslində həmin vaxt o, Kənanı tanımadığını, ona 30.000 manat pul lazım olduğu üçün Kənanın qohumu Yüzbaşı adlı şəxs Kənandan özü üçün 1000 manat olmaqla, Kənan 55.000 manat gətirdiyini, pulu qoyub götürdükdən sonra Kənan 24.000 manatı götürdüyünü, 31.000 manatdan 1000 manatını Yüzbaşının götürdüyünü, 1.500 manat isə notariusda bu işləri görən adamlara verildiyini, ona, cəmi 28500 manat pul qaldığını, həmin puldan hissə-hissə olmaqla 39.000 manat ödədiyini, sonuncu dəfə isə avqust ayında Kənana zəng vuraraq, 5000 manat düzəltdiyini və onu götürərək söhbəti bağlamağı təklif etdiyini, Kənan isə 10.000 verməli olduğunu bildirməsini, daha sonra cavabdeh verilmiş suallara cavab olaraq Kənanın ona aylıq beş faiz ödəməklə sələmə” pul verdiyini bildirsə də, həmin dəlillər ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

18. Məhkəmə bildirmişdir ki, vurulmuş ziyana görə 8250 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur.

19. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinin qanuni əsasının şərtləri öhdəliyin icra vaxtının çatması, borclunun icranı gecikdirməsi və borclunun bunda təqsirli olmasıdır ki, işin faktiki halları da mərhum cavabdeh1 ilkin alqı-satqı müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi icra etməməklə yanaşı, iddiaçıya məxsus pul vəsaitini də ona qaytarmadığını və gecikdirdiyini təsdiq edir.

20. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməməsi halında iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmaqla, 2020-ci ilin iyul ayından - 2023-cü ilin avqust ayınadək müddət ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmiş, yəni, cavabdeh ilkin alq-satqı müqaviləsi götürmüş olduğu öhdəliyi icra etməməklə yanaşı, iddiaçıya məxsus pul vəsaitini də ona qaytarmayaraq gecikdirmişdir. Buna görə də, iddia tələbi illik 5 faiz olmaqla, ümumilikdə 8250 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində də təmin edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 402.1, 402.2, 402.3, 402.4, 402.5, 402.6, 425.1, 427.2, 427.3, 442, 445.2, 448.1, 1146, 1255, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh cavabdeh4 (nümayəndəsi və vəkili vəkil2) apellyasiya şikayəti verərək, apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin həyat yoldaşı mərhum cavabdeh1 ilə iddiaçı arasında ünvan 1 ünvandakı ** saylı mənzilin alğı-satqısı üzrə ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Hesab edir ki, qeyd edilən əqd etibarsız əqdir. Həmin müqavilə mənzilin real alğı-satqısının deyil, əslində cavabdehin iddiaçıya əvvəllər götürdüyü və qaytardığı borcdan ona hesablanmış faizlərin rəsmiləşdirilməsindən ibarət olmuşdur. Işdə olan sübutlara diqqət etdikdə məlum olur ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun “xxxx” ASC-nin mərkəzi filialına ünvanladığı ##.##.2018-ci il tarixli, *** nömrəli məktubundan 31000 manat məbləğində pul vəsaitinin cavabdeh1 “xxxx” ASC-də olan ***********D****AZM** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. “xxxx” ASC-nin Mərkəzi filialına məxsus ##.##.2018-ci il tarixli, ** nömrəli xəzinə mədaxil qəbzindən görünür ki, İddiaçı ilkin alqı-satqı müqaviləsi üzrə 31000 manat vəsait mədaxil etmişdir. Lakin məhkəmə qətnaməsində qeyd edilən vəsaitin cavabdeh tərəfindən alınıbalınmaması barədə hər hansı bir sübut yoxdur.

24. Cavabdehin həyat yoldaşı mərhum cavabdeh1 ilə iddiaçı arasında ünvan 2 ünvandakı ** saylı mənzilin alğı-satqısı üzrə ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Işdə olan sübutlara diqqət etdikdə məlum olur ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun “xxxx” ASC-nin mərkəzi filialına ünvanladığı ##.##.2020-ci il tarixli, *** nömrəli məktubundan 55000 manat məbləğində pul vəsaitinin cavabdeh1 “xxxx” ASC-də olan ***********D****AZM** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. “xxxx” ASC-nin Mərkəzi filialına məxsus ##.##.2020-ci il tarixli, ** nömrəli nömrəli xəzinə mədaxil qəbzindən görünür ki, İddiaçı ilkin alqısatqı müqaviləsi üzrə 55.000 manat vəsait mədaxil etmişdir. Lakin məhkəmə qətnaməsində qeyd edilən vəsaitin cavabdeh tərəfindən alınıbalınmaması barədə hər hansı bir sübut yoxdur.

25. Cavabdehin verdiyi məlumata əsasən onun həyat yoldaşı cavabdeh1 borcun faizlərinə görə hədələdiklərindən o, ailə üzvlərini məlumatlandırmadan qeyd edilən etibarsız əqdlərlə həmin faizlərin qaytarılmasına təminat verdiyini bildirmişdir. Yəni, mənzili girov qoyduğunu bildirmişdir. Hətta o, faizlər üzrə cəmi 5.000 manat borcunun qaldığını demişdir.

26. ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi və ##.##.2020-ci il tarixli ilkin alğısatqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Ailə Məcəlləsinin tələblərinin pozulması ilə bağlanmışdır. Belə ki, cavabdeh1 ilə X5 ## ###### 1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh və həyat yoldaşı birgə nikah dövründə, ##.##.2007-ci il tarixdə ünvan 1 ünvandakı ** saylı mənzil alqı-satqı yolu ilə əldə etmişlər. Lakin yuxarıda qeyd edilən etibarsız müqavilələr cavabdeh cavabdeh4 razılığı olmadan bağlanmışdır. Eyni zamanda birgə nikahdan olan Bayramova (Axundova) Vüsalə Vaqif qızı, cavabdeh5, X7 da qeyd edilən etibarsız müqavilələrdən məlumatsız olmuşdur. cavabdeh1 cavabdehə verdiyi məlumata əsasən iddiaçı onu məcbur edib aparıb yaxın dostu olan Bakı şəhəri ** saylı Notariat Ofisinə və məcbur edib almadığı vəsaitə görə müqavilə imzalasın. Bakı şəhəri ** saylı Notariat Ofisi birgə nikahda olan cavabdehin və onun övladlarının razılığını almadan etibarsız müqaviləni rəsmiləşdirmişdir. Məhkəmə bu fakta hüquqi qiymət verməmişdir.

27. ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi və ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş müddət bitməsinə və qanunvericiliklə müəyyən müddət keçməsinə baxmayaraq əsas alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə bu fakta hüquqi qiymət verməmişdir.

28. ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə mənzilin dəyəri 40.000 manat və ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə mənzilin dəyəri 70.000 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin tərəfindən isə mənzilin bazar dəyəri 158.000 manat, müəyyən edilmişdir. Məhkəmənin diqqətini müqavilələrdə əmlakın dəyərinin real bazar dəyərindən 3-4 dəfə ucuz qeyd edilməsi belə cəlb etməmiş, müqavilələrin etibarsızlığı baxımından qiymət verməmişdir. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Lakin məhkəmə yalnız olaraq Mülki Məcəllənin 402.2-402.5-ci, 425.1-ci, 427.2, 427.3-cü, 442-ci, 445.2-ci və 448.1-ci maddələrinə istinad edərək yekun akt qəbul etmişdir. Hesab edir ki, ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi və ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız əqd olduğundan həmin müqavilələr etibarsız hesab edilməli və iddia rədd edilməlidir.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi ilə cavabdeh cavabdeh4 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Elşən Kazımov (sədrlik edən) Ikram Şirinov, Namiq Cəfərov).

30. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, istər ##.##.2018-ci il tarixli, istərsə də ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə banka mədaxil edilən vəsaitin cavabdehin mərhum əri tərəfindən alınıb-alınmamasına dair işdə hər hansı bir sübutun olmaması iddianın əsassızlığına, apellyasiya şikayətinin isə əsaslılığına dəlalət etmir. Çünki belə bir sübutun təqdim edilməsi yükü cavabdehin üzərinə düşür. Yəni, cavabdeh tərəf həmin məbləği aldığı üçün iddiaçıda bu cür sübut ola bilməzdi. Yetər ki, qeyd olunan vəsaitin banka mədaxil edilməsinə dair işdə mötəbər sübut mövcuddur. Demək, bankdan həmin məbləğin alınıb-alınmaması artıq cavabdehə aid olan bir məsələdir ki, bu halda da, cavabdeh tərəf iddiaçını yaxud məhkəməni qınaya bilməz. Bir də ki, cavabdehin mərhum əri tərəfindən həmin vəsaitin alınması da heç bir mübahisə doğurmur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfin iddiaçı ilə alqısatqı31. müqaviləsi deyil, ilkin alqı-satqı müqaviləsi bağlaması da heç nəyi dəyişmir. Çünki bu hal iddianın təmin olunmasına maneə yaratmırdı. Iddiaçının cavabdehin mərhum ərini borcun faizinə görə hədələdiyinə və ##.##.2020-ci il tarixli müqaviləni bağlamağa məcbur etməsinə dair də cavabdeh tərəf məhkəməyə heç bir sübut təqdim etməyib. Üstəlik qeyd olunan müqavilə bağlanarkən cavabdehin razılığının alınmaması da şikayəti əsaslı etmir. Çünki iddiaçı cavabdehdən mərhum ərinin həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına varlandığı üçün əsas müqavilənin bağlanmasını deyil, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilən vəsaiti tələb edib, məhkəmə də həmin məbləğin tutulmasını qət edib. Qeyd olunan məbləğdən hansısa miqdarda vəsaitin qaytarıldığını sübut etmək yükü isə artıq cavabdeh tərəfin üzərinə düşür. Burada mənzilin bazar dəyərinin aşağı və yüksək olmasının da nəticənin dəyişməsinə əhəmiyyətli təsiri ola bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ##.##.2020-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, iddiaçının müqavilənin predmeti olan mənzilin alınmasında həqiqi niyyəti olmamış, cavabdehin müqaviləni mübahisələndirməməsi onun müqaviləni bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.

33. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə də cavabdeh tərəfin hazırkı iddiaya qarşı hüquqdan sui-istifadə edərək etiraz etməsi də iddianın təmin olunmasını istisna etmir.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 402.1, 402.2, 402.3, 402.4, 402.5, 402.6, 425.1, 427.2, 427.3, 442, 445.2, 448.1, 1146, 1255, 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh cavabdeh4 (vəkil vəkil2) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tələblərinə zidd qəbul edildiyindən əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki: 1. Cavabdehin həyat yoldaşı mərhum cavabdeh1 ilə iddiaçı arasında ünvan 1 ünvandakı ** saylımənzilin alğı-satqısı üzrə ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən əqd etibarsız əqdir. Həmin müqavilə mənzilin real alqı-satqısının deyil, əslində cavabdehin iddiaçıya əvvəllər götürdüyü və qaytardığı borcdan ona hesablanmış faizlərin rəsmiləşdirilməsindən ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsi ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə münasibət bildirməmişdir. Yəni ##.##.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi mövcud olduğu halda hansı əsaslar yarandı ki, ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlandı. Halbu ki, bu hal apellyasiya şikayətinin əsasını təşkil edir.

37. Məhkəmə apellyasiya şikayətində şikayətin hüquqi əsası kimi istinad etdikləri “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş **/**** saylı,## #### 2022-ci il tarixli qərardadından irəli gələn məsələləri nəzərə almamış,hazırda mübahisələndirilən ##.##.2018-ci il tarixli və ##.##.2020-ci il tarixli ilkin alqısatqı müqavilələrinin etibarlı əqd olub-olmamasını yoxlamamış, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir” tələbini nəzərə almamışdır.

38. Məhkəmə ##.##.2018-ci il tarixli və ##.##.2020-ci il tarixli ilkin alqı-satqı müqavilələrinin mübahisələndiyini, qəbul edilmədiyini, şübhə edildiyini bildiyi halda müqavilənin rəsmiləşdirildiyi Bakı şəhəri ** saylı Notariat Ofisini üçüncü şəxs qismində işə cəlb etməmişdir. Apellyasiya şikayətində müqavilələrin etibarsız əqd olmasını, qeyd edilən müqavilələr üzrə ödənişlər edilməməsini səsləndirsələr də vəsatətlər verib bankdan ödəniş qəbzlərinin alınması, qəbzlərdəki imzaların cavabdeh cavabdeh1 imzalarının olub-olmamasını müəyyən etmək üçün xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etsələr də vəsatətləri təmin edilməmişdir.Məhkəmə işi araşdırmadan iddiaçının iddasını mötəbər sübut kimi qəbul edərək yekun akt qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə 402.1. Ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

42. Maddə 402.2. Ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.https://e-qanun.az/framework/46944

43. Maddə 402.3. Ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.

44. Maddə 402.4. Ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

45. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

46. Maddə 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur.

47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

48. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

49. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

50. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

51. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

52. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

53. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

54. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

55. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

56. Maddə 1255(##.##.2025-ci ilədək qüvvədə olan). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

57. Maddə 1255(##.##.2025-ci ildən qüvvədə olan). Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.

58. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

59. Maddə 1306.4(##.##.2025-ci ildən qüvvədə olan). Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

60. Maddə 1306.5(##.##.2025-ci ildən qüvvədə olan). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

61. Maddə 1307(##.##.2025-ci ilədək qüvvədə olan).Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

75. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, cavabdeh tərəfin iddiaçı ilə alqı-satqı müqaviləsi deyil, ilkin alqı-satqı müqaviləsi bağlaması da heç nəyi dəyişmir. Çünki bu hal iddianın təmin olunmasına maneə yaratmırdı. Iddiaçının cavabdehin mərhum ərini borcun faizinə görə hədələdiyinə və ##.##.2020-ci il tarixli müqaviləni bağlamağa məcbur etməsinə dair də cavabdeh tərəf məhkəməyə heç bir sübut təqdim etməyib. Üstəlik qeyd olunan müqavilə bağlanarkən cavabdehin razılığının alınmaması da şikayəti əsaslı etmir. Çünki iddiaçı cavabdehdən mərhum ərinin həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına varlandığı üçün əsas müqavilənin bağlanmasını deyil, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilən vəsaiti tələb etmişdir.

76. Məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək qeyd edir ki, qəbul edilmiş qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.

79. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini

80. yoxlayır.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

82. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar