Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-762/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2 qarşı ilk iddiası, iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, mülkiyyət hüququndan istifadəyə yaradılmış maneələrin qadağan olunması və s.” tələbinə dair ilk iddiası, cavabdeh2 İddiaçı qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ##.##.2006-ci il tarixli MH seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 898,8 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdeh2 xüsusi mülkiyyətindədir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ##.##.2021-ci il tarixli, 011011000460-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin ## ##### 2022-ci il tarixli məktubuna əsasən idarənin əməkdaşları tərəfindən aprel ayının 14 və 19 tarixlərində Azərbaycan Respublikası Nazirlər kabinetinin ##.##.2001-ci il tarixli, *** nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsi olan binanın 1-ci mərtəbəsinə baxış keçirilmiş və müraciətdə qeyd edilən faktların əsasən həqiqətə uyğun olduğu aşkarlanmışdır. Baxışın nəticəsi olaraq akt tərtib olunmuşdur (surəti əlavə olunur). Aktda qeyd edildiyi kimi, haqqında söhbət gedən qeyri-yaşayış sahəsində (mülkiyyətçisi X4) aparılmış təmir-rekonstruksiya işləri nəticəsində abidəyə aşağıdakı qanuna zidd (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan) müdaxilələr aşkar edilmişdir: tağlarında (yükdaşıyıcı əyri xətli örtük konsrtuksiyalarında) bütövlükdə binanın dayanıqlılığına təsir edə biləcək konstruktiv dəyişikliklər aparılmışdır; pəncərə boşluqlarında konstruktiv dəyişikliklər edilmişdir; içərisində mövcud planda olmayan əlavə arakəsmə hörülmüşdür; tavanın bəzi hissələrində yuxarı mərtəbənin çökməsinə təhlükə yarada biləcək söküntü işləri aparılmışdır; -əsas yükdaşıyan kolonlara müdaxilə olunması ehtimal olunur (ekspert rəyinə ehtiyac var). Qeyd olunan faktlar üzrə tərtib olunmuş MN ******* nömrəli, ## ##### 2022-ci tarixli inzibati protokol baxılması üçün Dövlət Xidmətinə təqdim olunub. Eyni zamanda görülmüş işlər nəticəsində sözügedən binanın dayanıqlılığına zərər vurulması nəticəsində onun qəzalı vəziyyətdə olub olmaması məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikası FHN-nin Tikintidə X6 agentliyinə müraciət edilmişdir. Bununla yanaşı yuxarıda qeyd olunan işlərin sifarişçilərinin və (və ya) icraçılarının hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulmuş əməllərin (Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) əlamətləri müşahidə olunduğundan, məsələ ilə bağlı Bakı şəhəri Yasamal rayonu Polis idarəsinə də müraciət ünvanlanmışdır.
4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin ## ####### 2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Murtuza Muxtarov, 50/78 ünvanında yerləşən xxxxnin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, *** nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra cavabdeh, yaxud MMC) və cavabdeh2 qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 153,50 kv.metr qeyri-yaşayış sahəsinin tavanı və MMC-yə məxsus sahənin döşəmə hissəsinin müştərək qaydada əsaslı təmir-bərpa edilməsi; qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş, girişçıxışa maneçilik törədən pilləkən qəfəsinin cavabdehlərin maddi vəsaiti hesabına sökülərək maneənin aradan qaldırılması; qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi; qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi; qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməsi; cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək qeyri-yaşayış sahəsindən və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi həyət qapısından istifadəyə, həmçinin qeyriyaşayış sahəsinin təmir-bərpasına məhdudiyyət yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 153,50 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsi, ikinci mərtəbəsində isə cavabdeh cavabdeh2 təsis etdiyi cavabdeh1 MMC fəaliyyət göstərir. Yuxarı mərtəbədə kimsə normal şəkildə gəzib hərəkət edəndə iddiaçının obyektinə toz-torpaq tökülür, obyektin tavanı silkələnərək təhlükəli vəziyyət yaranır. Mərtəbələr arası taxta şalbanların yalnız təbii aşınma nəticəsində deyil, həmçinin də əlavə yüklənmə və s. kənar təsirlərdən baş verməsi nəzərə alınsa, onda mərtəbələr arasında olan tavan və döşəmə həm iddiaçının, həm də cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməlidir. İddiaçıya məxsus tavan və cavabdehlərə məxsus döşəmə eyni vaxtda orada olan tələbələrin və əşyaların ağırlığı nəticəsində mərtəbələr arası taxta şalbanlar nəzərdə tutulduğundan artıq yüklənir. Həmçinin MMC-in sanitar qovşağı iddiaçıya məxsus obyektin mətbəx hissəsinin üzərində yerləşir. Sanitar qovşaqdan axan çirkab suları birbaşa iddiaçıya məxsus sahənin mətbəxinə tökülür.
7. Bundan başqa, cavabdeh cavabdeh2 beş qonşunun istifadəsində olan binanın ümumi giriş qapılarının qıfıllarını dəyişdirmiş, binanın həyətyanı sahəsinə heç kimin buraxılmamasına dair universitet işçilərinə qanunsuz göstəriş vermiş, həmçinin iddiaçının obyektinin divarına bitişik qanunsuz tikililər (2 ədəd sanitar qovşaq) inşa etdirmiş, o cümlədən obyektə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən quraşdırmışdır. Həmçinin, iddiaçının obyektinə bitişik 1 ədəd otaq tikmişdir. Həmin otaqda isə kombilər quraşdırılmışdır. Həmin otaqda bağlı yerdə kombi işləməsi iddiaçının obyekti üçün real təhlükə yaradır. Beləliklə də, istər obyektə normal şəkildə giriş-çıxış, istər obyektdən təhlükəsiz şəkildə istifadə etmək, istərsə də sanitar qovşaqlarından və pilləkənin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin divarına birləşmiş sahəsindən binaya sızan nəmişlik və pis qoxu obyektdən istifadəni mümkünsüz edir. Cavabdehlərin qanunsuz hərəkəti ümumi həyətdən istifadə edən digər qonşuların da hüquqlarını pozur. Bununla bağlı 2021-ci ilin dekabr ayının sonlarında MMC-in rektoru və həmin obyektin mülkiyyətçisi kimi özünü təqdim edən cavabdeh cavabdeh2 iddiaçının nümayəndəsi birlikdə tavanı və kanalizasiya xətlərini təmir etməyi təklif etmiş və bunun həm orada təhsil alan tələbələrin, həm də aşağıda fəaliyyət göstərən digər şəxslərin həyatına təhlükə yaratdığını, həmçinin də iddiaçının qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyini bildirmişdir. Cavabdeh cavabdeh2 nümayəndənin bu təklifini olduqca kobud şəkildə rədd edərək söyləmişdir ki, “siz kimsiz, buranı sizin əlinizdən alacağam, heç bir təmir aparmayacağam və sizin də təmir işləri görmənizə icazə verməyəcəm.” ##.##.2022-ci tarixdə iddiaçının nümayəndəsi kosmetik təmir işləri görməyə başlamaq istəsə də cavabdeh cavabdeh2 buna imkan verməyərək ətrafında olan Universitetin işçiləri ilə birlikdə iddiaçının nümayəndəsinə hücum çəkmək istəmişdir. İddiaçının nümayəndəsi isə münaqişənin dərinləşəcəyindən qorxub Daxili İşlər Nazirliyinin “102 qaynar xəttinə” müraciət etmiş və işləri yarımçıq saxlamışdır. Cavabdehlərin iddiaçının təkliflərini qəbul etməyib, öz qanunsuz hərəkətlərinə davam etməsi, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə etməsini mümkünsüz edir. Cavabdehlər bu qanunsuz hərəkətləri ilə iddiaçının hüquqlarını pozmaqla yanaşı, həmçinin mülki qanunvericiliyin tələblərini də kobud şəkildə pozur.
8. cavabdeh2 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili vəkil3 İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması, dəymiş maddi ziyanın qiymətləndirilərək iddiaçıdan alınıb cavabdeh2 xeyrinə ödənilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən tikilinin zirzəmisində aparılmış qanunsuz təmir-tikinti işləri binanın layihəsindən kənar çıxmaqla binanın təhlükəsizliyinə ciddi xələl gətirmişdir. İddiaçı qanunsuz yollarla binanın zirzəmisini alaraq orada qanunsuz olaraq binanın ana və köməkçi divarlarını özbaşına sökmüş, onlarda ciddi dəyişiklik etdiyindən həmin binanın ikinci mərtəbəsində yerləşən və cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin divarlarında yalnız əsaslı təmir əsasında aradan qaldırıla biləcək çatlar əmələ gəlmiş və nəticə etibarı ilə ümumi binanın çökməsi, habelə həmin binada yaşayan və təhsil alan insanların həyatı üçün ciddi təhlükə yaratmışdır. İddiaçıya məxsus mübahisəli sahənin üzərində yerləşən 898,8 kv.metr ümumi sahəsi olan qeyri yaşayış sahəsi cavabdeh2 məxsusdur və həmin sahə cavabdeh1 MMC-nin tədris korpusu olmaqla orada qız tələbələr təhsil alırlar. cavabdeh2 məxsus qeyriyaşayış sahəsinin altındakı zirzəmi iddiaçı tərəfindən əldə olunanadək binanın zirzəmisi olmuşdur və həmin sahə zirzəmi olaraq təyinatı üzrə istifadə edildiyindən cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin divarlarında çatlar olmamışdır. Yalnız iddiaçı tərəfindən həmin sahə əldə olunduqdan, habelə həmin sahədə əsas daşıyıcı divarlar sökülərək onlarda qanunsuz (özbaşına) dəyişikliklər edildikdən sonra cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin divarlarında çatlar əmələ gəlmiş və nəticə etibarilə Universitetdə təhsil alan tələbələr, pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər və texniki personalların həyat və sağlamlığı üçün ciddi təhlükə yaranmış, habelə cavabdeh2 mülkiyyətçi olaraq ümumilikdə 20.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Dəfələrlə bu qanunsuz hərəkətlərin dayandırılması barədə iddiaçıya şifahi xəbərdarlıq olunsa da, o, qeyri-qanuni hərəkətlərini qərəzli formada davam etdirmişdir. cavabdeh2, İddiaçı tərəfindən həmin mübahisəli sahənin hamam xidmətləri göstərən ictimai iaşə obyekti kimi istifadə olunacağı barədə məlumat almışdır. Həmin zirzəminin qızların təhsil aldığı ali təhsil ocağının altında fəaliyyət göstərməsi milli mentalitetə və əxlaq normalarına ziddir. İddiaçı tərəfindən tikintinin planlaşdırılmasına rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydaları pozulmuş və nəticə etibarı ilə insanların həyat və sağlamlığı üçün real təhlükə yaranmışdır. İddiaçı tərəfindən qeyd edilən hüquqazidd hərəkətlər ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1 və 222-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Buna görə də, cavabdeh2 tərəfindən bu qanunsuzluqların aradan qaldırılması və təqsirkar şəxs olaraq cavabdehin barəsində qanuni ölçü görülməsinə dair müvafiq qaydada Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalama və Arxitektura Komitəsinə və hüquq mühafizə orqanlarına şikayətlər olunmuşdur. Lakin müraciət etdiyi qurumların bir qismi tərəfindən onun şikayəti üzrə mübahisəli sahəyə - zirzəmiyə gəlib baxış keçirilsə də, həmin müraciətlərə hazıradək cavab verilməmişdir.
10. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 təqdim etdiyi, “xxxx” MMC-nin dəymiş maddi ziyanın müəyyən edilməsi barədə # ###### 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, 50 ünvanında yerləşən qeyri yaşayış binasının zirzəmi və yarımzirzəmisində aparılan təmir və söküntü işlərinin nəticəsində binanın bir hissəsinin çökməsi səbəbindən sahəyə dəymiş maddi ziyanın məbləği # ###### 2022-ci il tarixinə 35.136,20 manat təşkil etdiyi müəyyən edilmişdir.
11. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli, **/**** saylı rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsinin tavanında olan taxta tirlərin və cavabdehə məxsus qeyri-yaşayış sahəsinin taxta döşəməsinin bəzi yerlərində taxtanın çürüdüyü müəyyən olunmuşdur. Lakin qəzalı vəziyyətdə olub-olmaması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Aqentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair ##.##.2022-ci il tarixdə verilmiş texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur. Lakin cavabdeh2 mülkiyyətində də olan qeyriyaşayış sahəsinə dair ilkin texniki pasport təqdim olunmadığı üçün, həmin pilləkənin lap əvvəllər mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkən X3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkən qeyri-yaşayış sahəsinin giriş-çıxışa maneə yaradır. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin həyətində yardımçı (sanitar qovşağı və kombi otağı) tikililər inşa edilmişdir. Lakin həmin tikililər texniki pasportda öz əksini tapmadığından, eləcə də, aparılmış tikinti işlərinə dair müvafiq qurumlardan icazə sənədləri olmadığından, həmin tikililər inşaat norma və qaydalarına uyğun inşa edilməmişdir. Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında olan sarımtıl su sızma ləkələrin olması, suvaq qatının tökülməsini və həmin tikilinin üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyini nəzərə alaraq, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi müəyyən olunur. Eyni zamanda baxış zamanı həmin qeyri-yaşayış sahəsinin tavanında nəmlənmə izlərin olduğu müşahidə olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılaraq söküntü və təmir-tikinti aparılmışdır. Lakin aparılmış söküntü və tikinti-təmir işlərinin orada olan insanların həyatı üçün təhlükə yaradıbyaratmaması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Aqentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında sahəsi 898,8 kv.metr olan qeyriyaşayış sahəsinin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış hissəsinin üst hissəsində yerləşən hissəsində divarlarda və tavanda suvaq altı çatların olduğu müəyyən olunmuşdur. Lakin həmin çatların İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında sahəsi yerləşən sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verib-verməməsini FHN TTNDA-nin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Həmçinin cavabdeh2 mülkiyyətində olan 898,8 kv.metr kv.m olan qeyri-yaşayış sahəsində yaranmış çatların xüsusiyyətləri müəyyən olunduqdan sonra görüləcək təmir-bərpa işlərinin ümumi dəyəri müəyyən oluna bilər.
12. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Aqentliyinin ##.##.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153,50 kv.m olan qeyriyaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işləri binanın təhlükəsiz istismarına maneə yaratdığından müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməlidir. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli, ## ####### 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) ilk iddianın qismən təmin edilməsi, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsi, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağı və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsi, qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaq şərtilə) maneənin yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddianın “qeyri yaşayış sahəsinin tavanı və MMC-yə məxsus sahənin döşəmə hissəsinin təmiri üçün tələb olunan vəsaitin 1/2 hissəsinin cavabdehlərdən tutulması” hissəsində təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin tavanında olan taxta tirlərin və cavabdehə məxsus qeyriyaşayış sahəsinin taxta döşəməsinin bəzi yerlərində taxtanın çürüdüyü müəyyən olunmuşdur. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Aqentliyinin mütəxəssis rəyinədə əsasən qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin döşəməsi yox, məhz iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin tavanı texniki cəhətdən yolverilməz olduğu üçün iddia həmin hissədə əsassızdır.
15. Məhkəmə ilk iddianın “qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi” hissəsində hesab etmişdir ki, əsaslıdır. Belə ki, qeyri-yaşayış sahəsinin həyətində yardımçı (sanitar qovşağı və kombi otağı) tikililər inşa edilmişdir. Lakin həmin tikililər texniki pasportda öz əksini tapmadığından, eləcə də, aparılmış tikinti işlərinə dair müvafiq qurumlardan icazə sənədləri olmadığından, həmin tikililər inşaat norma və qaydalarına uyğun inşa edilməmişdir. Eyni zamanda qeyd edilən əraziyə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı sanitar qovşağın və kombi otağının iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş hissəsinə yaxın məsafədə və qeyri yaşayış sahəsinin divarına bitişik inşa edilməsi müəyyən edilmişdir. Belə olan halda cavabdeh cavabdeh2 tərəfindən tikilmiş qanunsuz tikilinin mövcudluğu iddiaçının maraqlarına toxunur.
16. İlk iddianın “qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi” hissəsində hesab etmişdir ki, əsaslıdır. Tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair ##.##.2022-ci il tarixdə verilmiş texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur. Lakin cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair ilkin texniki pasport təqdim olunmadığı üçün, həmin pilləkənin lap əvvəllər mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkən qeyri-yaşayış sahəsinin giriş-çıxışına maneə yaradır. Həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkənin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığı və həmin pilləkənin qeyri-yaşayış sahəsinin giriş çıxışına maneə yaratdığı müəyyən edilmişdir. Dəmir pilləkənin əvvəllər mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadığından, dəmir pilləkən ümumi istifadədə olan həyətdə və iddiaçının giriş qapısının qarşısında quraşdırıldığından, ən əsası da iddiaçıya öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş çıxışına maneə yaratdığından, bununla da mülkiyyətçi kimi hüquqları ciddi şəkildə pozulduğundan iddiaçı həmin pilləkənin cavabdehlərin vəsaiti hesabına sökülməsini tələb etməkdə haqlıdır.
17. İlk iddianın “qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsi” hissəsində hesab etmişdir ki, əsaslıdır. Belə ki, tikinti-texniki ekspertizasının rəyinə əsasən, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında olan sarımtıl su sızma ləkələrinin olmasını, suvaq qatının tökülməsini və həmin tikilinin üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyini nəzərə alaraq, qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı həmin qeyri-yaşayış sahəsinin tavanında nəmlənmə izlərinin olduğu müşahidə olunmuşdur. Həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tavanında və divarlarında nəmişliyin olması müəyyən edilmişdir.
18. İlk iddia “qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına maneənin və digər istənilən qanunsuz məhdudiyyətin cavabdehlərə və digər şəxslərə qadağan olunması” hissəsində qismən əsaslıdır. Qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Mülkiyyətçi kimi iddiaçı İddiaçı öz əmlakından sərbəst istifadə etmək və təmir-tikinti işləri aparmaq hüququ vardır. Bununla belə müəyyən edilmişdir ki, MMCnin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, *** nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir. Ona görə də, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə razılaşdırılmaqla və həmin orqanın təmir-tikinti işlərinin aparılmasının mümkünlüyü barədə rəyi əsasında həyata keçirilə bilər.
19. Məhkəmə qarşılıqlı iddia hissəsində hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, “xxxx” MMC-nin mütəxəssis rəyinə əsasən, qeyri-yaşayış binasının zirzəmi və yarımzirzəmisində aparılan təmir və söküntü işlərinin nəticəsində binanın bir hissəsinin çökməsi səbəbindən sahəyə dəymiş maddi ziyanın məbləği ##.##.2022-ci il tarixinə 35.136,20 manat təşkil etdiyi müəyyən edilsə də, məhkəmə tərəfindən təyin edilmiş tikintitexniki ekspertizasının rəyinə əsasən, cavabdehin mülkiyyətində olan 898,8 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış hissəsinin üst hissəsində yerləşən hissəsində divarlarda və tavanda suvaq altı çatların olduğu müəyyən olunmuşdur. Lakin həmin çatların iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verib-verməməsi Fövqəladə Hallar Nazirliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin mütəxəssis rəyindən görünür ki, binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər. Göründüyü kimi, binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatların iddiaçıya məxsus qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verməsi təsdiq edilmir.
20. Qarşılıqlı iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olubolmamasının müəyyən edilməsi təşkil etmişdir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Bu səbəbdən qarşılıqlı iddia üzrə cavabdehin üzərinə dəymiş ziyanın ödənilməsi öhdəliyi qoyula bilməz.
21. Qarşılıqlı iddianın “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması” hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, əsassızdır ki, İddiaçı tərəfindən öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daxilində təmirtikinti işləri aparılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılaraq söküntü və təmir-tikinti aparılması müəyyən edilmişdir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işləri binanın təhlükəsiz istismarına maneə yaratdığından müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılsa da, binanın təhlükəsiz istismarı binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması ilə deyil, qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməsi əsasında təmin edilə bilər.
22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152, 157.2, 157.4, 180.1, 180.2, 180.4, 1096, 1097.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1, 23.2, 24.1, 24.2.6-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
23. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli bina tarix və mədəniyyət abidəsidir, təmir rekonstruksiya işləri yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı və elmi tədqiqat nətcəsində aparılmalıdır. İddiaçı müvafiq razılaşdırma aparmadan tarix və mədəniyyət abidəsində söküntü işləri aparmış, bina üçün real təhlükə yaratmışdır. İddiaçı tarix və mədəniyyət abidəsində apardığı söküntü işlərində binanın zirzəmi hissəsinin aşağıdakı hissələri zədələnmişdir: - tağlarında (yükdaşıyıcı xətli örtük konstruksiyalarında) bütövlükdə binanın dayanıqlığına təsir edə biləcək konstruktiv dəyişikliklər aparılmışdır; - pəncərə boşluqlarında konstruktiv dəyişikliklər edilmişdir; - içərisində mövcud planda olmayan əlavə arakəsmələr hörülmüşdür; - tavanın bəzi hissəsində yuxarı mərtəbənin çökməsinə təhlükə yarada biləcək söküntü işləri aparılmışdır; - əsas yükdaşıyan kolonlara müdaxilə olunmuşdur.
25. Həmçinin qeyd olunmuşdur ki, qarşılıqlı iddianın əsaslı olduğunu müəyyən etdiyi halda birinci instansiya məhkəməsi görməzdən gəlmiş, qarşılıqlı iddia üzrə araşdırma aparmamış, hüquqi qiymət verməmişdir. İddiaçının apardığı qanunsuz və tarixi abidənin çökməsi ilə bağlı nəticələnə biləcək rekonstruksiya işləri ilə bağlı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək aparılmış həmin işlərin qarşısının alınmasını xahiş etmişdir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən həmin müraciət əsasında 14 və ## ##### 2022-ci il tarixdə binanın zirzəmisinə yerli baxış keçirilərək iddiaçı tərəfindən qanunsuz fəaliyyətə yol verildiyi, müvafiq icra hakimiyyətinin razılığı olmadan gizli söküntü işləri aparıldığı müəyyən olunmuş, ##.##.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati protokol tərtib olunaraq baxılması üçün Dövlət Xidmətinə təqdim olunmuşdur. Qətnamədə həmin İdarənin ##.##.2022-ci il tarixli məktubu təsvir olunsa da birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
26. Mədəniyyət Nazirliyinin üçüncü şəxs qismində cəlb edilməsinə dair vəsatət birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq rədd edilmişdir. Halbuki dövlətin maraq və mənafeyi nəzərə alınaraq Mədəniyyət Nazirliyi maraqlarına toxunulan üçüncü şəxs qismində prosesə cəlb edilməli idi. Birinci instansiya məhkəməsinin qətnaməsində əsassız olaraq qeyd edilmişdir ki, həyətdə tikilmiş sanitar qovşağı və kombi otağı iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin giriş hissəsinə yaxın məsafədə və qeyri-yaşayış sahəsinin divarına bitişik tikilmişdir. Bu həqiqətə uyğun deyil. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, həyətdə yerləşən sanitar qovşağının ümumiyyətlə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə heç bir yaxınlığı yoxdur. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısı həyətin başqa tərəfində, sanitar qovşağı və kombi otağı isə əks tərəfindədir. Yalnız kombi otağı binaya bitişik inşa edilmişdir və həmin tikilidən iddiaçıya məxsus mülkə hər hansı təhlükə yoxdur. Məhkəmənin baxış bucağından yanaşıldıqda bina həm də cavabdehə məxsus mülkdür. Kombi otağı ona məxsus binanın divarına bitişik quraşdırılmışdır. Məhkəmə nədənsə bu halı qiymətləndirməyi unutmuşdur. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tələbələri yalnız qızlardan ibarət olan Universitetin sanitar qovşağı sökülərsə zəruri tələbat necə ödənilər. İddiaçı bu tikili ilə bağlı iddia vermək hüququ əsassızdır.
27. Ekspert rəyi ilə müəyyən olunub ki, pilləkən qovşağı texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğundur. İlkin texniki pasportu əldə etmək mümkün olmasa belə, pilləkənin əvvəllər mövcud olmaması barədə absurd mülahizə deyil, texniki pasport qiymətləndirilməlidir. Pilləkənin cavabdeh2 tərəfindən inşa olunması barədə sübut yoxdur. Pilləkən giriş qapısına maneə törədirsə İddiaçı söküntü-tikinti materiallarını necə daşımışdır? Pilləkən qəfəsinin giriş üçün maneə törətdiyi qapının texniki pasportda mövcud olub-olmaması, nə vaxt və necə açıldığı, qapının açılmasına müvafiq icazənin olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
28. Tarixi-mədəniyyət binasının kimin mülkiyyətində olmasından asılı olmayaraq orada aparılan texniki-rekonstruksiya işləri müvafiq dövlət orqanının razılığı və elmi araşdırması əsasında aparılmalı, mədəni irs qorunmalıdır. İddiaçı tərəfindən qanunsuz işləri aparılmasını təsdiq edən “Azərdövlətsənayelahiyə” Dövlət Layihə İnstitutunun ##.##.2022-ci il tarixli rəyi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdeh tərəfindən bu işlərə mane olunmuş olsaydı, söküntü işləri aparıla bilməz, materiallar daşına bilməzdi.
29. Binanın İddiaçı məxsus qeyri-yaşayış sahəsindəki tavanda, cavabdeh2 məxsus hissənin isə döşəməsində zədələnmə və çatlar məhz İddiaçı tərəfindən əsas yük daşıyan divarların sökülməsi nəticəsində baş verə bilər. Yuxarı mərtəbədən su sızması ehtimalı əsassızdır. Şəhla Mirzəliyevanın qanunsuz fəaliyyəti nəticəsində cavabdeh2 mülkiyyətinə vurulmuş maddi ziyana dair mütəxəssis rəyi araşdırılmamışdır.
30. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir.
31. Üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsinin nümayəndəsi nümayəndə1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək bildirmişdir ki, iş üzrə tərəflər arasında yaranmış və tarixi abidə hesab edilən bina ilə bağlı mübahisə təmsil etdiyi Xidmətin də araşdırma obyekti olmuş və bununla bağlı materiallar, habelə binaya aid olan digər zəruri sənədlər təmsil etdiyi xidmətdə var. Təmsil etdiyi qurum abidələrin qorunub saxlanmasına nəzarəti həyata keçirir, lakin təmir həyata keçirmir. Qəzalı vəziyyət varsa təmir olunmalıdır. Görülən işlər binaya təsir göstərməməlidir. Söküntü mütləq ekspertin rəyi ilə aparılmalıdır. Çünki abidəyə ziyan dəyə bilər. Birinci instansiya məhkəməsi tərəfindən söküntü nəticəsində binaya nə dərəcədə xələl gələ biləcəyi barədə ekspert qarşısında sual qoyulmalı idi. Tərəflər öz hüquqlarını bərpa etməyə çalışır, hərəsi özünə görə haqlıdır. Təmsil etdiyi qurumun marağı isə abidəyə ziyan dəyməməsidir. Qapının açılması ilə bağlı təmsil etdiyi quruma müraciət daxil olmamışdır və belə bir razılıq yoxdur. Odur ki, iş üzrə yekun qətnamə qəbul edilən zaman bu halların nəzərə alınmasını xahiş etmişdir.
32. Azərbaycan Milli Elmlər Akademiyasının ##.##.2022-ci il tarixli **-*** nömrəli rəyində layihənin məqsədəuyğun hesab olunduğu, lakin aşağıdakı tövsiyələrin gələcək təqdimatlarda nəzərə alınması təklif edilmişdir: - işçi layihə təqdim edilərkən abidənin müasir görünüşünün fotolarının təqdim olunması; - qeyri-yaşayış sahəsinin hazırkı və bərpadan sonrakı funksiyasının açıqlanması; - binada aparılacaq dəyişikliklərin (qapı və pəncərə boşluqlarının açılması və s.) hansı məqsədlə aparılması barədə məlumatın verilməsi.
33. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli, XO****/** nömrəli məktubunda İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılacaq işlərə birbaşa razılıq verilməmiş, razılıq verilmiş layihə məktuba əlavə olunmamış və işlərin Azərbaycan Milli Elmlər Akademiyasının ##.##.2022-ci il tarixli **-*** nömrəli rəyinə əsasən aparılmasının məqsədəuyğun olduğu vurğulanmışdır.
34. Apellyasiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-tikinti ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ##.##.2023-cü il tarixli ekspert rəyi ilə qərardadın: İkinci sual üzrə: aparılmış tədqiqatın nəticəsi olaraq, İddiaçı mülkiyyətində olan 153,50 kv.m. qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Ağarəhimov Rəhimovun mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair ##.##.1997-ci il və ##.##.2022-ci il tarixdə verilmiş texniki pasportda əks olunduğunu nəzərə alaraq, həmin pilləkən qəfəsəsinin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur. Eyni zamanda cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkənin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkənin qeyri-yaşayış sahəsinin girişçıxışına maneə yaratdığı müəyyən olunur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallar üzrə mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi barədə və mübahisəli əraziyə ##.##.2023-cü il tarixdə baxış keçirilməsinin təşkil olunması barədə vəsatət verilmişdir. Mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, lakin hər hansı bir sənəd (mütəxəssis rəyi) mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də qərardadın birinci, üçüncü, dördüncü və beşinci sualları üzrə tədqiqat aparılmamışdır.
35. Ekspertiza tərəfindən verilmiş rəy və mülki iş məhkəməyə daxil olduqdan sonra, yəni ##.##.2023-cü il tarixdə daxil olmuş Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin ##.##.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında yerləşən, sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir (1-ci sual üzrə). iddiaçının mülkiyyətində olan, sahəsi 153,50 kv.m. olan qeyriyaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi cavabdeh cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair ##.##.1997-ci il və ##.##.2022-ci il tarixdə verilmiş texniki pasportda əks olunmuşdur. Metal konstruksiyadan olan pilləkən qəfəsi texniki cəhətdən işlək vəziyyətdədir, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir (2-ci sual üzrə). İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir işləri (tədqiqat hissəsində qeyd olunmuş) binanın ümumi dayanıqlığına mənfi təsir göstərərək onun istismarını təhlükəli vəziyyətə sala bilər (3-cü sual üzrə). Murtuza Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər (4-cü sual üzrə). İddiaçı mülkiyyətində olan 153,50 kv.m. qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işləri layihəsiz və heç bir aidiyyəti orqanlar ilə razılaşdırılmadan yerinə yetirilmişdir. Binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə müvafiq orqanlar ilə razılaşdırılmaqla, layihə əsasında bərpa gücləndirmə işlərinin və yaxud binanın əvvəlki vəziyyətə qaytarılması təmin edilməlidir.
36. Apellyasiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə məhkəmə kollegiyasının ##.##.2023-cü il tarixli qərardadında qeyd edilən məsələlərin tədqiq edilərək rəy verilməsi üçün mülki işi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir.
37. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-*-**/*-**/**** saylı rəyi ilə müəyyən edilmişdir ki, Murtuza Muxtarov 50 ünvanında yerləşən, sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir (1-ci sual üzrə). İddiaçı mülkiyyətində olan, sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair ##.##.1997-ci il və ##.##.2022-ci il tarixdə verilmiş texniki pasportda əks olunmuşdur. Metal konstruksiyadan olan pilləkən qəfəsi texniki cəhətdən işlək vəziyyətdədir, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir. Eyni zamanda cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkənin Şəhla Meralıyevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkənin qeyri-yaşayış sahəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən olunur (2-ci sual üzrə). İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir işləri (tədqiqat hissəsində qeyd olunmuş) binanın ümumi dayanıqlığına mənfi təsir göstərərək onun istismarını təhlükəli vəziyyətə sala bilər (3-cü sual üzrə). Murtuza Muxtarov 50 ünvanında yerləşən binanın 2ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153,50 kv.m. olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər (4-cü sual üzrə). İddiaçı mülkiyyətində olan 153,50 kv.m. olan qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işləri layihəsiz və heç bir aidiyyəti orqanlar ilə razılaşdırılmadan yerinə yetirilmişdir.
38. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin Bakı Regional İdarəsinin iş üzrə təqdim etdiyi mübahisəyə ##.##.2023-cü il tarixli yazılı münasibətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, *** №-li Qərarı ilə dövlət mühafizəsinə götürülmüş (3720 inventar nömrəli), Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında yerləşən MMC-nin binasına ##.##.2023-cü il tarixdə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: -tağlarda və qapı boşluqlarında dəyişikliklər (hündürləşdirilmiş) edilmiş, pəncərə boşluqları (1997-ci ilin texniki pasportu ilə müqayisədə) açılmışdır; - binanın 1997-ci ilin texniki pasportu ilə müqayisədə 2 (iki) əsas arakəsmə yükdaşıyan kalonu sökülmüşdür; binanın pilləkənləri 1997-ci ilin texniki pasportunda göstərilmişdir və hazırda həmin texniki pasportda göstərildiyi kimidir; -pilləkənlər İddiaçı məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaratmır. Eyni zamanda, 1997-ci ilin texniki pasportunda İddiaçı məxsus qeyri-yaşayış sahəsinin pilləkən tərəfdən olan hissəsində həyətə açılan qapı və pəncərə mövcud deyildir. Həmin qapı və pəncərənin açılması üçün də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hər hansı razılıq verilməmişdir; - Binanın ikinci mərtəbəsində yerləşən və cavabdeh2 məxsus qeyriyaşayış sahəsinin divarlarında çatlar, dəhlizin və otaqların döşəməsində isə çökmələr vardır.
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Fuad Talışinski və Cəmilə Musayeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddianın bir qisminin təmin edilməsi, qeyriyaşayış sahəsinin yerləşdiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsi, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağı və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi, qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaq şərtilə) maneənin yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması hissəsində, habelə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İlk iddia üzrə iddiaçı İddiaçı həmin iddia tələbləri təmin edilməyərək, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 qarşılıqlı iddiası qismən təmin edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hərəkətləri qanunsuz hesab edilərək, onun tərəfindən ünvan 1 ünvanında yerləşən 153,50 kv.m. qeyri-yaşayış sahəsində aparılmış özbaşına təmir-tikinti işləri İddiaçı hesabına sökülmüş və həmin qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən əvvəlki vəziyyətə qaytarılmış, İddiaçı qanunsuz hərəkətləri nəticəsində cavabdeh2 məxsus sahədə yaranmış qüsurların İddiaçı hesabına aradan qaldırılması, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2022-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni ilk iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 153,50 kv.m. qeyriyaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, cavabdehin ona məxsus obyektə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən quraşdırdığını, pilləkənin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin divarına birləşmiş sahəsindən binaya sızan nəmişlik və pis iy-qoxunun obyektdən istifadəni mümkünsüz etdiyini bildirsə də, həmin pilləkən qəfəsinin cavabdeh cavabdeh2 məxsus ilkin, yəni 1997-ci ilə aid texniki pasportda mövcud olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bununla da pilləkən qəfəsinin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən edilib.
41. Odur ki, birinci instansiya məhkəməsinin pilləkənin əvvəllər mövcud olmaması, bu səbəbdən də onun sökülməli olması ilə bağlı mövqeyi əsassız hesab edilmişdir.
42. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həmin pilləkən vasitəsilə binanın ikinci mərtəbəsində yerləşən Universitetə çoxsaylı tələbələrin və işçilərin giriş-çıxışı təmin edilir ki, bu baxımdan da pilləkən qəfəsinin sökülməsi məqsədəuyğun deyil. Bundan başqa, binanın tarix və mədəniyyət abidəsi olması nəzərə alınarsa, iddiaçı tərəfindən pilləkən qəfəsinə həmin qapı və pəncərənin açılması üçün də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hər hansı razılıq verilmədiyi müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddianın “qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” hissəsi də əsassızdır. Belə ki, həmin tikililər Universitetin çoxsaylı tələbə və işçi heyətinin təminatı üçün zəruridir. Həmçinin həmin otaqda bağlı yerdə kombi işləməsinin iddiaçının obyekti üçün real təhlükə yaratması sübut olunmur. Həyətdə yerləşən iki ədəd sanitar qovşağının isə yerində müayinə zamanı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa edildiyi müəyyən edilməmişdir.
44. Məhkəmə kollegiyası həm də onun qeyd olunmasını zəruri hesab etmişdir ki, ilk iddianın “qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Universitetin sanitar qovşağı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşir. Sanitar qovşaqdan axan çirkab suları nəticəsində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə mənfi təsir göstərdiyi iş materialları ilə öz təsdiqini tapmışdır.
45. Məhkəmə kollegiyas həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə ilk iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
46. İlk iddianın “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək qeyri yaşayış sahəsindən və qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ümumi həyət qapısından istifadəyə, həmçinin qeyri-yaşayış sahəsinin təmir-bərpasına məhdudiyyət yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan olunması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı özü də əvvəllər belə maneə olsa da, hazırda cavabdehlər tərəfindən ona qarşı hər hansı məhdudiyyət yaradılmadığını etiraf etmişdir. Bu baxımdan müzakirə edilən hissədə ilk iddia tələbi cavabdehlərə münasibətdə əsassız hesab edilmişdir.
47. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, apellyasiya baxışının predmeti olan hissədə ilk iddia “iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməsi” hissəsi istisna olmaqla qalan hissədə cavabdeh cavabdeh2 münasibətdə əsassızdır.
48. Məhkəmə kollegiyası cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilməməsini nəzərə alaraq qeyd etmişdir ki, ilk iddia yalnız cavabdeh cavabdeh2 münasibətdə təmin edilməsi hissəsində ləğv edilsə, o halda cavabdeh MMC-yə aid hissədə qüvvəyə minərək icraya yönəldiləcəyi təqdirdə qəbul edilmiş qətnamə öz əhəmiyyətini itirmiş olacaqdır. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslanmışdır ki, qeyriyaşayış 49.sahəsinin mülkiyyətçisinin cavabdehlərdən cavabdeh2 olduğunu nəzərə alaraq həmin hissələrdə ilk iddia cavabdeh MMC-yə münasibətdə də təmin edilməmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4, 180.1, 180.2, 180.4, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
51. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (vəkil nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddianın rədd edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş, mülkiyyətçi olaraq onun qarşıya qoyduğu məqsədə, daha doğrusu, mülkiyyət hüquqlarının qorunması, mülkiyyət hüquqlarına əsassız müdaxilə və mülkiyyət hüquqlarının mütənasib olmayan şəkildə məhdudlaşdırılması ilə nəticələnmişdir. Şikayətçi əlavə olaraq onu da qeyd etmişdir ki, təmir işlərinin aparılmasına dair təsdiq edilmiş layihə ## ###### 2022-ci ildə razılaşdırılmışdır. Həmin təsdiq edilmiş layihə ekspertiza tədqiqatının aparılması zamanı nəzərə alınması üçün məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən baxış keçirilmiş, lakin işin materiallarına əlavə edilməsi və qiymət verilməsi üçün götürülməmiş, bu isə işin obyektiv araşdırılması mümkünsüz etməklə yanaşı, düzgün olmayan qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Halbuki razılaşdırılmış layihədə bütün texniki məsələlər öz əksini tapmışdır. Təsdiq edilmiş həmin layihəyə əsasən iddiaçı tərəfindən aparılmış təmir tikinti işlərinin razılaşdırıldığı müəyyən olunur ki, belə vəziyyətdə qarşılıqlı iddianın təmin olunması iddiaçının hüquqlarının pozulması ilə yanaşı onun əsassız olaraq maddi ziyana məruz qalması ilə nəticələnir. “Qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” tələbinə münasibətdə məhkəmənin dəyərləndirməsi mülahizə xarakterlidir və bu iddiaya münasibətdə gətirilmiş “həmin tikililər Universitetin çoxsaylı tələbə və işçi heyətinin təminatı üçün zəruridir” dəlili texniki baxımdan əsaslandırılmamış olmaqla, mülkiyyət hüququna müdaxiləyə əsassız haqq qazandırmaqla, mübahisəni cavabdehin xeyrinə mütənasibsiz şəkildə həll etmişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov (məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarı ilə, iddiaçının kassasiya şikayətinin qismən təmin olunması, apellyasiya instansiyası məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsinin “ilk iddianın qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” və “qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi və qarşılıqlı iddianın “Şəhla Mehrəliyevanın hərəkətlərinin qanunsuz hesab edilməsi, Şəhla Mehrəliyeva tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılması” hissəsində ləğv olunması və işin həmin hissələrdə yenidən baxılması üçün geri qaytarılması, qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
54. Kassasiya instansiyası məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən tələblərin - “ilk iddianın qeyriyaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” və “qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi və qarşılıqlı iddianın “Şəhla Mehrəliyevanın hərəkətlərinin qanunsuz hesab edilməsi, Şəhla Mehrəliyeva tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılması” hissələri üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
55. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk və qarşılıqlı iddianın digər tələbləri üzrə apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işin həmin tələblərinə baxılarkən prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
56. Lakin məhkəmə kollegiyası qərarın 88-ci bəndində göstərilən hissələri üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmamışdır.
57. İlk olaraq ilk iddianın qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” və “qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmələrin müəyyən etdiyi kimi hər iki mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olduğu bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, *** nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir.
58. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın Şəhla Mehrəliyevanın hərəkətlərinin qanunsuz hesab edilməsi, Şəhla Mehrəliyeva tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılması hissəsini təmin edərkən həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə razılaşdırılmaqla və həmin orqanın təmir-tikinti işlərinin aparılmasının mümkünlüyü barədə rəyi əsasında həyata keçirilə biləcəyini qeyd etmişdir.
59. Lakin məhkəmənin mövqeyinin ziddiyyətli olması aşkar olaraq görülməkdədir. Belə ki, qarşılıqlı iddianı təmin edən məhkəmə binanın mühafizəyə götürülmüş tarixi memarlıq abidəsi olmasını göstərərək müvafiq razılıq olmadan təmir tikinti işlərinin aparılmasının mümkünsüz olması, əvvəlki vəziyyətin bərpa olunması nəticəsinə gəlir. İlk iddianın bu qərarın 91-cı bəndində göstərilən tikililərin və qurğuların özbaşına quraşdırılmasını, qarşılıqlı iddiaçının mülkiyyət hüququnu təsdiq edən və texniki göstəricilərini müəyyən edən sənəddə həmin tikinti və qurğuların qeyd olunmamasını müəyyən etsə də qarşılıqlı iddiaya münasibətdə aparılmış əsaslandırmadan fərqli, formal mülahizələrlə ilk iddianın mübahisəli hissələrinin rədd edilməsi nəticəsinə gəlmişdir.
60. Məhkəmənin eyni əsaslarla irəli sürmüş tələblər üzrə müxtəlif əsaslandırma aparması hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, digər şəxslərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə şərait yaratmış olur.
61. İddiaçı kassasiya şikayətində göstərir ki, təmir işlərinin aparılmasına dair təsdiq edilmiş layihə ## ###### 2022-ci ildə razılaşdırılmışdır. Həmin təsdiq edilmiş layihə ekspertiza tədqiqatının aparılması zamanı nəzərə alınması üçün məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən baxış keçirilmiş, lakin işin materiallarına əlavə edilməsi və qiymət verilməsi üçün götürülməmiş, bu isə işin obyektiv araşdırılmasını mümkünsüz etməklə yanaşı, düzgün olmayan qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Halbuki razılaşdırılmış layihədə bütün texniki məsələlər öz əksini tapmışdır.
62. Məhkəmələr tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli, XO-****/** nömrəli məktubundan aydın olur ki, İddiaçı məxsus qeyriyaşayış sahəsində aparılacaq işlərə birbaşa razılıq verilməmiş, razılıq verilmiş layihə məktuba əlavə olunmamış və işlərin Azərbaycan Milli Elmlər Akademiyasının ##.##.2022-ci il tarixli **- *** nömrəli rəyinə əsasən aparılmasının məqsədəuyğun olduğu vurğulanmışdır.
63. İddiaçı israr edir ki, tərəfindən aparılan təmir bərpa işləri Azərbaycan Milli Elmlər Akademiyasının ##.##.2022-ci il tarixli **-*** nömrəli rəyinə uyğun həyata keçirilmişdir. Həmin rəyin məzmunundan isə görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının ##.##.2022-ci il tarixli **-*** nömrəli rəyində isə layihə məqsədəuyğun hesab olunmuş, lakin aşağıdakı tövsiyələrin gələcək təqdimatlarda nəzərə alınması təklif edilmişdir: - işçi layihə təqdim edilərkən abidənin müasir görünüşünün fotolarının təqdim olunması; - qeyri-yaşayış sahəsinin hazırkı və bərpadan sonrakı funksiyasının açıqlanması; - binada aparılacaq dəyişikliklərin (qapı və pəncərə boşluqlarının açılması və s.) hansı məqsədlə aparılması barədə məlumatın verilməsi.
64. Belə olan halda apellyasiya instansiyası məhkəməsi İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılan işlərə dair Azərbaycan Milli Elmlər Akademiyasının ##.##.2022-ci il tarixli **-*** nömrəli rəyinin olması və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin rəyin məqsədəmüvafiq hesab edildiyini nəzərə alaraq həmin rəyi verən və onu məqsədəmüvafiq hesab edən orqanların buna səlahiyyətli olması ilə bağlı araşdırma aparmalı və səlahiyyətli olması müəyyən olunduqdan sonra isə aparılan təmir-tikinti işlərinin layihəyə uyğun aparılması məhkəmə ekspertizası keçirilməklə müəyyən oluna bilərdi.
65. Qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək, keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, müvafiq mütəxəssis rəyi alınmış, lakin göstərilən layihənin mütəxəssisə və ekspertə təqdim olunması təmin olunmamış müvafiq suallar ekspert və mütəxəssis qarşısında qoyulmamışdır.
66. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasına baxmayaraq yuxarıda göstərilənlər həmin orqanı təmsil edən nümayəndə ilə müzakirə edilməmişdir.
67. Apellyasiya məhkəməsi isə iddiaçının qarşılıqlı iddiaya münasibətdə irəli sürdüyü dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməyərək, mübahisələndirilən hissələrdə ilk iddianın rədd və qarşılıqlı iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88, 97.1, 218.1, 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
68. İşə yenidən apellyasiya qaydasında baxılarkən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*- **/***/**** saylı, # #### 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus qeyriyaşayış sahəsində aparılan işlərə dair Azərbaycan Milli Elmlər Akademiyasının ##.##.2022-ci il tarixli **-*** nömrəli rəyinin olması və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin rəyin məqsədəmüvafiq hesab edildiyi (##.##.2022-ci il tarixli, X*-****/** nömrəli məktubla) nəzərə alınmaqla aparılan təmir- tikinti işləri layihəyə uyğun aparılmadığı müəyyən edilmişdir. Layihəyə uyğun olmayan təmir-tikinti işlərinin sayı və növü yuxarıda (rəyin tədqiqat hissəsində) ətraflı göstərilmişdir. Qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün (yuxarıda göstərilən tikililər) layihədə göstərilən qaydada və ölçüdə təmir-tikinti işləri aparılmalıdır.
69. Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*-**/***/**** saylı, # #### 2025-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsində istinad edilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası tərəfindən ##.##.2025-ci il tarixli *-**-*/*-**-***/**** saylı mühəndis rəyində göstərilmişdir ki, binanın 1-ci mərtəbəsində vətəndaş İddiaçı məxsus qeyri-yaşayış obyektində təqdim olunmuş texniki pasportla müqayisədə aşağıda qeyd olunan konstruktiv dəyişikliklər müşahidə olunmuşdur: 7 və * saylı otaqların arasında yerləşən divar 1,0 metr çəkilərək kərpic divarla əvəz olunmuşdur. * saylı otağa keçid * saylı otaqda 1,45 x 2,65 metr ölçüdə sahənin tikilməsi ilə əlaqədar olaraq yeri dəyişdirilmişdir, * saylı otaqda M.Muxtarov küçəsinə tərəf yükdaşıyan divardakı olan pəncərə qapı ilə əvəz olunmuşdur. 3, 4 və * saylı otaqlardakı qalınlığı 0,8 metr olan yükdaşıyıcı divarda eni 1,0, 1,15 və 1,15 metr olunmaqla oyuqlar açılmışdır. Açılmış oyuqların ətrafı sonradan metal tirlər vasitəsilə bərkidilmişdir. 2-3 və *-* saylı otaqların arasında olan 2 ədəd arakəsmə sökülmüşdür. * saylı otaqdakı mövcud qapı boşluğu hörülərək otağın kəllə istiqamətində yükdaşıyıcı divara müdaxilə olunaraq yeni qapı boşluğu açılmışdır. 3,4 və * saylı otaqlara keçən qapı boşluqları yükdaşıyıcı divara müdaxilə olunaraq hündürlüyü 0,5, 0,6 metr artırılmışdır. * saylı otaqda isə həyət tərəfə 0,6 x 0,4 metr ölçüdə pəncərə açılmışdır. 2,3,4,5,6 və * saylı otaqların tavanı tağvari əhəng daşından, * saylı işçi otağın tavanı isə yükdaşıyıcı divarla arasında atılan taxta tirlərdən inşa edilmişdir. Mərtəbəarası örtük tirlərində uzun müddətli istismar nəticəsində aşınma və deformasiyalar müşahidə olunur. 6 və * saylı otaqların tavanında rütubət izləri və suvaq qatından aşınmalar müşahidə olunur. Yükdaşıyıcı divarlara müdaxilələr binanın dayanıqlılığına təsir etdiyindən qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması məqsədəuyğun hesab edilir. * saylı yaşayış sahəsinin tavanındakı atma tirlərin möhkəmləndirilməsinə ehtiyac vardır. 6 və * saylı otaqların tavanında nəmişlik və suvaq qatlarında yaranan aşınmalara 2-ci mərtəbədə həmin otaqların üzərində yerləşən sanitar qovşağındakı axıntılar nəticəsində yarana bilər. Ona görə də, 2-ci mərtəbədə yerləşən sanitar qovşaqlarında təmir işlərinin aparılmasına ehtiyac olduğu göstərilmişdir.
70. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Namiq Cəfərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ####### 2022-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın hazırkı apellyasiya icraatının predmeti olan - “İddiaçı hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılması”nın rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 153,50 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsində özbaşına apardığı təmir-tikinti işlərinin öz hesabına sökülməsi və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılan işlərə dair Azərbaycan Milli Elmlər Akademiyasının ##.##.2022-ci il tarixli **-*** nömrəli rəyinin olması və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həmin rəyin məqsədəmüvafiq hesab edildiyi (##.##.2022-ci il tarixli, X*-****/** nömrəli məktubla) nəzərə alınmaqla aparılan təmir- tikinti işlərinin layihəyə uyğun aparılmadığı ekspert və mühəndis rəyləri ilə, həmçinin birinci və bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış məhkəmə tikinti-texniki ekspertizasının rəyləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin ##.##.2023-cü il tarixli mütəxəssis rəyi ilə də öz təsdiqini tapıb. Layihəyə uyğun olmayan təmir-tikinti işlərinin sayı və növü məhkəmə tikinti-texniki ekspertizasının 0# #### 2025-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsində və Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** saylı mühəndis rəyində dəqiq göstərilmişdir. Demək ki, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün özbaşına aparılmış təmir-tikinti işləri sökülməlidir.
72. Qeyd olunduğu kimi, bundan əvvəlki apellyasiya icraatı zamanı ekspertiza rəyləri və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin ##.##.2023-cü il tarixli mütəxəssis rəyində də İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir işlərinin binanın ümumi dayanıqlığına mənfi təsir göstərərək onun istismarını təhlükəli vəziyyətə sala biləcəyi, çünki qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma işlərinin layihəsiz və heç bir aidiyyəti orqanlar ilə razılaşdırılmadan yerinə yetirildiyi, binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə müvafiq orqanlar ilə razılaşdırılmaqla, layihə əsasında bərpa gücləndirmə işlərinin və yaxud binanın əvvəlki vəziyyətə qaytarılmasının təmin edilməli olduğu vurğulanmışdır.
73. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar xüsusi biliyə malik olan şəxslərin də verdikləri rəylərə əsasən məhkəmə tərkibi belə qənaətə gəlir ki, qarşılıqlı iddianın hazırkı apellyasiya icraatının predmeti olan-“İddiaçı hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətə qaytarılması”nın rədd edilməsi hissəsində qətnamə ləğv edilməli, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 153,50 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsində özbaşına apardığı təmir-tikinti işləri öz hesabına sökülməli və qeyri-yaşayış sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır.
74. Bununla yanaşı, məhkəmə tərkibi hazırkı apellyasiya icraatının predmeti olan digər, yəni “ilk iddianın qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bir halda ki, tarix və mədəniyyət abidəsi sayılan qeyri-yaşayış binasının birinci mərtəbəsində ilk iddiaçı tərəfindən aparılan özbaşına təmir-tikinti işləri onun hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması qət edilir, demək ki, qarşılıqlı iddiaçı tərəfindən də qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi hissəsində də məhkəmənin gəldiyi nəticəsi düzgün sayılmalıdır. Əks yanaşma, kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, eyni əsaslarla irəli sürmüş tələblər üzrə müxtəlif əsaslandırma aparılması və fərqli yanaşmanın olması hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdeh2 münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə şərait yaratmış olur. cavabdeh2 tarix və mədəniyyət abidəsi sayılan binanın 1-ci mərtəbəsinin mülkiyyətçisi tərəfindən öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daxilində apardığı təmir-tikinti işlərini qanunsuz sayır və bunu mənafeyinə toxunan hal kimi dəyərləndirir. Lakin nədənsə özünün həmin binanın 1-ci mərtəbəsinə bitişik inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının qanunsuz olduğunu görmür yaxud özünə sərf etmədiyi üçün görmək istəmir. Bu cür vəziyyət isə hüquqdan açıq-aşkar pis niyyətlə başqasına zərər vurmaq məqsədi daşıyır ki, bunu da, məhkəmə tərkibi yolverilməz sayır.
75. Göstərilənlərlə yanaşı, “qeyri-yaşayış sahəsinin çöl fasad divarına cavabdehlər tərəfindən birləşdirilmiş kommunikasiya (su, elektrik) xətlərinin cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” hissəsi ilə bağlı qeyd olunur ki, həmin hissə nə birinci, nə də bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsində yekun tələblər üzrə ilk iddianın predmetinə aid olmayıb və həmin hissə üzrə məhkəmələr tərəfindən hər hansı bir qərar qəbul edilməyib. Düzdü, ilk iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ##.##.2022-ci il tarixli ərizədə (bax cild 1; i.v.146-147) belə bir tələb irəli sürülüb. Ancaq elə iddiaçının nümayəndəsi və vəkili tərəfindən də ##.##.2022-ci il tarixli ərizədə (bax cild 1; i.v.163) “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələrin icraata götürülməməsi, iddia ərizəsində qeyd olunan tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Demək ki, hazırkı apellyasiya icraatı zamanı da qeyd olunan tələb üzrə hər hansı bir hüquqi dəyərləndirmə aparılmasına əsas və zərurət yoxdur.
76. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4, 165.1, 180.1, 180.2, 180.4-cü, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 5, 10, 19, 25ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
77. Qətnamədən üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin qətnamənin 67-ci bəndində - yəni “ilk iddianın qeyri yaşayış sahəsinin ümumi həyətə tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağının və 1 ədəd kombi otağının cavabdehin - yəni onun maddi vəsaiti hesabına sökülməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəylə razılaşması hissədə ləğv edərək, həmin hissə üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
78. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 67-ci bəndində qeyd edir ki, ilk iddianın qeyri - yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik qanunsuz şəkildə olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağını və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Yəni, iddiaçının iddiası əsasında həmin sanitar qovşağı cavabdehin yəni onun hesabına sökülməlidir. Mübahisələndirilən sanitar qovşağı və kombi otağı iddiaçının və onun mülkiyyətində olan binanın daxilində deyil, binadan kənar tikilidir və cavabdeh MMC-nin binasının istilik sisteminə və sanitar qovşağına daxildir. Həmin sanitar qovşağın və kombi otağının iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı heç bir aidiyyəti yoxdur. İddiaçı ona məxsus əmlakdan istifadəsinə heç bir maneçiliyi yoxdur. Sanitar qovşağı və kombi otağı hələ İddiaçı M.Muxtarov küçəsi 50 ünvanda yerləşən qeyri-yaşayış sahəsini əldə etməzdən əvvəl mövcud olmuşdur. Qətnamənin 13/28-ci səhifəsində məhkəmə özü də qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-113/2024-cü il tarixli qətnaməsində göstərmişdir ki, “məhkəmə hesab etmişdir ki, 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” hissəsi də əsassızdır. Belə ki, həmin tikililər Universitetin çoxsaylı tələbə və işçi heyətinin təminatı üçün zəruridir. Həmçinin həmin otaqda bağlı yerdə kombi işləməsinin iddiaçının obyekti üçün real təhlükə yaratması sübut olunmur. Həyətdə yerləşən iki ədəd sanitar qovşağın isə yerində müayinə zamanı iddiaçıya məxsus qeyri-yaşayış bitişik inşa edildiyi müəyyən olunmamışdır”.
79. MM-nin 180.4-cü maddəsinin məzmunundan da görünür ki, sanitar qovşağı və kombi otağının iddiaçı İddiaçı məxsus əmlaka heç bir aidiyyəti yoxdur və o maraqlı şəxs ola bilməz, subyektiv hüquqa malik deyil. Sanitar qovşağı hələ 1997-ci ildə verilmiş texniki pasporta daxildir. Məhkəmə qətnamənin 12/28-ci bəndində 37-ci bəndə bu barədə qeyd də etmişdir. Məhkəmə bu normanı da düzgün tətbiq etməmişdir.
80. Bakı Apellyasiya Məhkəməsi işə baxarkən əmlaka baxış keçirmədən əsassız qənaətə gəlmiş. Mülki qanunvericiliyin normalarına düzgün istinad etməmişdir. Bundan başqa sanitar qovşağın əmlakın texniki pasportda göstərilməsini də görünür unutmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
81. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
82. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
83. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
84. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
85. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
86. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
87. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
88. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
89. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
90. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
91. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
92. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
93. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
94. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
95. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
96. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
97. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
98. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanun.
99. Maddə 5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat abidələrin aşkar olunması, tədqiqi işini, aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının mühafizəsini təşkil edir, yeni tikinti zonalarında operativ tədqiqat işləri aparır, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak edir, zəruri hallarda arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında konservasiya və bərpa işləri görür, abidələrin təbliğini təşkil edir, onların qorunması, tədqiqi, bərpa və konservasiyası üçün metodik vəsaitlər hazırlayır, elmi-praktiki məsləhətlər verir, abidələrin tədqiqi üçün beynəlxalq protokollar və sazişlər imzalayır və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. Abidələrin üzərində aparılacaq işlərin layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
100. Maddə 10. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
101. Maddə 19. Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla)müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin nəzarəti ilə aparıla bilər. Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icarə qaydaları və şərtləri tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir.
102. Maddə 25. Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Abidələrin konservasiyası fizikimexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir. Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir. Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır. Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
103. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
104. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
105. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
106. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
108. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
109. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
110. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
111. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
112. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
113. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
114. Maddə 420. İşə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra həmin iş kassasiya instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılır. Kassasiya baxışının hədləri:
115. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
116. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 tərəfindən qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
117. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
118. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunun dəlillərlə bağlı qətnamədə göstərmişdir ki, məhkəmə tərkibi hazırkı apellyasiya icraatının predmeti olan digər, yəni “ilk iddianın qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi” hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bir halda ki, tarix və mədəniyyət abidəsi sayılan qeyri-yaşayış binasının birinci mərtəbəsində ilk iddiaçı tərəfindən aparılan özbaşına təmir-tikinti işləri onun hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması qət edilir, demək ki, qarşılıqlı iddiaçı tərəfindən də qeyri-yaşayış sahəsinin ümumi həyət tərəfdə olan divara bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin maddi vəsaiti hesabına sökülməsi hissəsində də məhkəmənin gəldiyi nəticəsi düzgün sayılmalıdır. Əks yanaşma, kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, eyni əsaslarla irəli sürmüş tələblər üzrə müxtəlif əsaslandırma aparılması və fərqli yanaşmanın olması hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdeh2 münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə şərait yaratmış olur. cavabdeh2 tarix və mədəniyyət abidəsi sayılan binanın 1-ci mərtəbəsinin mülkiyyətçisi tərəfindən öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daxilində apardığı təmir-tikinti işlərini qanunsuz sayır və bunu mənafeyinə toxunan hal kimi dəyərləndirir. Lakin nədənsə özünün həmin binanın 1-ci mərtəbəsinə bitişik inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının qanunsuz olduğunu görmür yaxud özünə sərf etmədiyi üçün görmək istəmir. Bu cür vəziyyət isə hüquqdan açıq-aşkar pis niyyətlə başqasına zərər vurmaq məqsədi daşıyır ki, bunu da, məhkəmə tərkibi yolverilməz sayır.
119. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, həmçinin hazırkı qərarın 74-cü paraqrafında əksini tapmış həmin hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayətində qeyd olunun dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
120. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
121. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
122. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
123. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
124. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
125. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.