Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-781/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ilk iddia üzrə iddiaçı iddiaçı1 cavabdeh iddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə); birləşmiş iddia üzrə iddiaçı iddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh iddiaçı1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kredit müqaviləsinin etibarsız sayılması, xxxx və sair”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı iddiaçı1 cavabdeh iddiaçı2 ASC-yə qarşı (üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) "kredit müqaviləsinin etibarsız sayılması, xxxx və sair” tələbinə dair; birləşdirilmiş iddia üzrə iddiaçı iddiaçı2 ASC-nin cavabdeh iddiaçı1 qarşı "kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh iddiaçı2 ASC-nin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. iddiaçı2 ASC ilə iddiaçı1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, BRCB*******B*** saylı “X3 kart müqaviləsi”-nə əsasən iddiaçı2 ASC iddiaçı1 “X3” ödəniş kartı vermişdir.
2. iddiaçı2 ASC ilə iddiaçı1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, BRCB*******B*** saylı “Birbank Cashback kredit xətti/ X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli, BRCB******B*** saylı əlavə razılaşmaya əsasən bank iddiaçı1 51 ay müddətinə, qeyri-taksit əməliyyatları üzrə 27% (maksimal FIFD 29,26), taksit əməliyyatları üzrə 0% faiz dərəcəsi ilə 5711 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verməyi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
3. Binəqədi RPI-nin 43-cü PB-nin ##.##.2024-cü il tarixli “materialın istintaq aidiyyatı üzrə göndərilməsi” barədə qərarı ilə qərarın təsvir hissəsində göstərilənlərə əsasən iddiaçı1 müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.3.-1 maddəsi ilə nəzərdə tutulan oğurluq cinayətinin tərkib əlamətləri mövcud olduğundan, material istintaq aidiyyatı üzrə Binəqədi RPI-nin IŞ-nə göndərilməsi qərara alınmışdır.
4. “xxxx” ASC tərəfindən iddiaçı1 ünvanlanmış ##.##.2024-cü il tarixli, ****/**/**** nömrəli məktubunun surətindən görünür ki, ## ###### 2024-cü il tarixdə “Birbank” mobil tətbiqində mobil cihaz dəyişdirilərək Bank tərəfindən göndərilmiş OTP kod isifadə edilməklə qeydiyyatdan keçilmiş və istifadəsində olan 416973********** saylı plastik kartdan həmin tarixdə 3268 (ekvivalentli olaraq 5604,62 manat) USD məbləğində əməliyyat icra edilmişdir. Bank tərəfindən 3D Secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilmişdir.
5. iddiaçı2 ASC-nin iddiaçı1 ünvanladığı ##.##.2024-cü il tarixli son bildirişdən görünür ki, X9rşısında olan gecikdirilmiş öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunmuşdur.
6. iddiaçı2xxxx» ASC ilə iddiaçı1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış ##.##.2024-cü il tarixli, BRCB******B*** saylı əlavə razılaşmaya əsasən ##.##.2024-cü il tarixinə 5285.21 manat əsas, 945.98 manat faiz borcunun, cəmi 6231.19 manat borcu yaranmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdeh Banka qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC tərəfindən onun barəsində əsassız olaraq hesablanmış 5700 (beş min yeddi yüz) manat xxxx öhdəliyinin cavabdehə həvalə edilməsi və tərəfindən ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı 2023-cü ilin yanvar ayında Abbaszadə Emil Nadir oğlu “Rahat” Marketin 28 may filialında satılan cavabdeh Banka məxsus “cashback” kartı əldə etmiş və öz pensiyasından onun istifadə edə bilməyi üçün cüzdan funksiyası daşıyan bu kartı ona vermişdir. Lakin kartın aktiv olunması 2023cü ilin təxminən may-iyun aylarında həyata keçirilmişdir. Həmin tarixdən 1 ilə ərzində kartdan normal cüzdan kimi istifadə etmişlər. Yəni yoldaşı həmin karta öz təqaüdündən pul keçirmiş və o də xırda məişət xərcləri üçün həmin kartı istifadə etmişdir. 2024-cü ilin fevral ayında o telefonunda olan cavabdeh Banka məxsus “1Bank” mobil tətbiqinə daxil olan zaman gördü ki, hesabında olan pul vəsaiti “-5700” (mənfi beş min yeddi yüz) manat kimi qeyd olunmuşdur. Bunun nə məsələ olduğunu aydınlaşdırmaq üçün o, ## ###### 2024cü il tarixində cavabdeh Bank ilə əlaqə saxladıqları zaman bankdan onlara bildirdilər ki, onların tərəfindən ## ###### 2024-cü il tarixində kredit müraciəti olmuşdur. Ilk növbədə qeyd edir ki, o, bugünədək nəinki “xxxx” ASCyə, ümumiyyətlə ölkədə fəaliyyət göstərən heç bir banka kredit müraciəti etməmişdir. Buna səbəb isə heç vaxt kreditə ehtiyacının olmamasıdır. Bundan sonra onlar dərhal (## ###### 2024-cü il tarixində) bu məsələ barədə həm Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə, həm də cavabdeh Banka bu barədə məlumat verərək müvafiq tədbirlərin görülməsini xahiş etdilər. AR DIN-də bununla bağlı hələ də araşdırılma getməsinə baxmayaraq cavabdeh Bank onun bu qeyd etdiklərinə məhəl qoymayaraq həmin borcun onun əmək haqqından tutulmasını özbaşına olaraq həyata keçirmişdir. Belə ki, aralarında heç bir müqavilə və ya razılaşma olmamasına baxmayaraq onun əmək haqqının hamısını onun götürmədiyi kreditin ödənişinə yönəltmişdir. O, Bakı şəhərində yerləşən məktəblərin birində (*** №-li məktəbdə) müəllim kimi fəaliyyət göstərir və əmək haqqı 636 (altı yüz otuz altı) manat təşkil edir. Bütün əmək haqqı isə cavabdeh Bank tərəfindən qeyd şərtsiz olaraq ona məxsus olmayan, onun götürmədiyi və istifadə etmədiyi kreditə silinməsi olduqca qanunsuz və ədalətsizdir. Bundan əlavə cavabdehə borcunun silinməsi barədə dəfələrlə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Əksinə ## ##### 2024-cü il tarixli cavabdeh Bankın cavab məktubunda qeyd olunur ki, “## ###### 2024-cü il tarixdə “Birbank” mobil tətbiqində mobil cihaz dəyişilərək Bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə qeydiyyatdan keçilmiş və istifadənizdə olan 416973********** saylı plastik kartdan həmin tarixdə 3268 (ekvivalenti olaraq 5604,62 manat) USD məbləğində əməliyyat icra edilmişdir.” Bununla bağlı qeyd edir ki, o nə mobil cihaz dəyişdirməmişdir, nə də kredit üçün müraciət etməmişdir. Bütün bunlar isə bir daha bank tərəfindən qanunsuz olaraq onun vəsaitinin mənimsənilməsi ilə nəticələnən hərəkətlərə yol verilməsinə gətirib çıxarmışdır. Belə ki, 6 ildən uzun müddətdir ki, eyni mobil cihaz onun istifadəsindədir və heç bir halda tərəfindən cihaz dəyişdirilməmişdir. Zərurət olduğu təqdirdə ekspertizaya təqdim olunacaqdır.
9. Iddiaçı “xxxx” ASC cavabdeh iddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh iddiaçı1 “xxxx” ASC-nin xeyrinə 5285.21 AZN əsas; 945.98 AZN faiz, cəmi 6231.19 AZN pul vəsaitinin və 82.31 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışlar ki, iddiaçı iddiaçı2 ASC ilə cavabdeh iddiaçı1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, BRCB******B*** saylı müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sora iddiaçı iddiaçı2 ASC ilə cavabdeh iddiaçı1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış ##.##.2024-cü il tarixli, BRCB*******B*** saylı əlavə razılaşmaya əsasən onun kartına 51 ay müddətinə 5711 AZN olan kredit vəsaiti daxil edilmişdir. Daha dəqiq deyilsə, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliklərini lazımi qaydada yerinə yetirmir.
11. Daha sonra iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq, cavabdeh iddiaçı2 ASC ilə iddiaçı iddiaçı1 Əlihüsyen qızı arasında bağlanmış BRCB*******B*** №-li ##.##.2023-cü il tarixli və ##.##.2023 tarixli saylı BRCB1776898B299 Birbank cashback kredit xətti/X3 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair 12.02.204-cü il tarixli Əlavə Razılaşma müqavilələrinin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı iddiaçı1 barəsində əsassız olaraq hesablanmış 5700 (beş min yeddi yüz) manat xxxx öhdəliyinin cavabdehə həvalə edilməsi və ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdehlər iddiaçı1 və X7 qarşı “məzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair” *(***)-****/**** saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan iddiaçı iddiaçı1 cavabdeh X4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair e-*(***)***/**** saylı mülki icraata birləşdirilməsi qərara alınmışdır.
13. Ilk iddia üzrə iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil1 izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş izahatla razı deyillər, ekspert tərəfindən də rəy verilib ki, qanunsuz formada iddiaçının telefonuna müdaxilələr etmişlər. Cavabdeh tərəf birinci iclasda bildirdiklərini yazıb yenidən məhkəmə təqdim etmişlər. Debit kartını iddiaçının özü tərəfindən götürmüşdür, lakin krediti götürən xanım olmamışdır. Işləməyən insana həmin kreditin verilməsi məsələsi də absurddur. Bunları nəzərə alaraq ilk iddianın təmin, birləşmiş iddianın isə rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
14. Ilk iddia üzrə iddiaçı iddiaçı1 və onun nümayəndəsi Abbaszadə Emil Nadir oğlu izahat verərək alaraq ilk iddianın təmin, birləşmiş iddianın isə rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdilər.
15. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahat verərək bildirmişdir ki, pul onun kartına gəlirdi və o həmin pulu üçüncü şəxsin kartına göndərirdi. Əvvəldən onun kartına pulun gələcəyi ilə bağlı məlumatlı idi, lakin pulun məbləğini bilmirdi. Ilk iddiaya heç bir etiraz yoxdur
16. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, belə hal daha əvvəldə olmuşdu, 3 dəfə polisə getmiş, daha sonra isə məbləği ödəmişdi. Bank krediti onun adıma keçirtsin, o borcu ödəməyə hazırdı.
17. Birləşmiş iddia üzrə iddiaçı iddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə1 izahat verərək bildirmiş ki, ilk iddianın rədd, birləşmiş iddianın isə təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının */**** nömrəli, ## ###### 2024-cü il tarixli rəyindən görünür ki, 1.“Tədqiqat prosesinin təsviri hissəsi”nin 1-ci bəndində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş “iddiaçı1 “Samsung SMA***FN” modelli mobil telefonun hazırkı texniki vəziyyəti necə qiymətləndirilir (tam və ya qismən işlək vəziyyətdədir, habelə işlək vəziyyətdə deyil? Və “iddiaçı1 “Samsung SM-A***FN “ modelli mobil telefonda mövcud olan qüsurun yaranma səbəbini müəyyən etmək mümkündürmü?” suallar üzrə tədqiqat işləri aparılmadı 2. Iddiaçı iddiaçı1 Tətbiqdəki istifadəçi identifikator nömrəsi 5033912. 3. ##.##.2024 21:22:03 tarixində Bank tərəfindən rus dilində "OTP" kodu göndərilmişdir. (burada "OTP" kodun rus dilində olmasının səbəbi Bank tərəfindən göndərilən "OTP" kodun telefonun dil konfiqurasiyasından asılı olaraq göndərilməsidir). 4. ******* nömrəli identifikator üzrə verilənlər bazası üzərindən axtarış verildiyi zaman aşkar edilmişdir ki, ##.##.2024 21:23:15 tarixində ff63a6b57b940992 identifikatorlu digər cihaz vasitəsilə Tətbiqdə qeydiyyatdan keçirilmişdir. 5. ##.##.2024 21:23:15 tarixində ff63a6b57b940992 identifikatorlu cihaz vasitəsilə baş vermiş giriş Azərbaycana aid olmayan 5.61.33.83 IP ünvanından baş vermişdir. 6. Istifadəçiyə (yəni Iddiaçı iddiaçı1) aid 5033912 nömrə identifikator üzrə verilənlər bazasında axtarış verilən zaman aşağıdakı iki cihazın olduğu görürünür: - Samsung SM-A***FN markalı Iddiaçı iddiaçı1 aid ***c*cbaf*ec*c*d nömrəli identifikatorlu mobil cihaz; - Samsung SM-A045F markalı və ff**a*b**b****** nömrəli identifikatorlu diger mobil cihaz. 7. ##.##.2024 21:23:15 tarixindən öncəki Tətbiqə giriş əməliyyatları 765c7cbaf6ec84 identifikatorlu, yəni Iddiaçı iddiaçı1 aid mobil cihaz vasitəsilə həyata keçirilirdi. 8. ##.##.2024 21:25:29 tarixində 5711 AZN məbləğində limit artımı həyata keçirilir. 9. ##.##.2024 21:39:48 tarixində 5604 AZN məbləğində kartdan karta vəsaitin ötürümü baş verir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ə.E. Heydərova) iddiaçı iddiaçı1 cavabdeh Banka qarşı "kredit müqaviləsinin etibarsız sayılması, xxxx və sair” tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı iddiaçı1 ilə cavabdeh iddiaçı2 ASC arasında bağlanmış ##.##.2023-cü il tarixli, BRCB*******B*** saylı “Birbank Cashback kredit xətti/X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024cü il tarixli, BRCB******B*** saylı Əlavə Razılaşmanın etibarsız hesab ediməsi, “Birbank Cashback kredit xətti/X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024cü il tarixli, BRCB******B*** saylı Əlavə Razılaşma üzrə iddiaçı iddiaçı1 borcunun silinməsi, iddiaçı iddiaçı1 tərəfindən ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun əvəzinin cavabdeh iddiaçı2 ASC-dən tutularaq iddiaçı iddiaçı1 ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, birləşmiş iddia üzrə iddiaçı iddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh iddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun birləşdirilmiş iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
20. Məhkəmə iddiaçı1 cavabdeh Banka qarşı "kredit müqaviləsinin etibarsız sayılması, xxxx və sair" tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı öz iddiasında həm ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli BRCB*******B*** nömrəli Birbank cashback kredit xətti/debet kart müqaviləsinin, həm də həmin müqavilə üzrə ##.##.2024-cü il tarixində bağlanmış kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iş materiallarının təhlili zamanı məhkəmə bu nəticəyə gəlmişdir ki, ilkin müqavilənin – yəni ##.##.2023-cü il tarixli əsas kart müqaviləsinin bağlanması faktı tərəflər arasında mübahisə doğurmur.
21. Belə ki, istər iddia ərizəsində, istərsə də təqdim olunan izahatlarda ilk iddia üzrə iddiaçı iddiaçı1 özü etiraf etmişdir ki, həyat yoldaşı 2023-cü ilin yanvar ayında cavabdeh Banka məxsus olan cashback kartını əldə etmiş, kartın aktivləşdirilməsi isə 2023-cü ilin təxminən mayiyun aylarında baş tutmuşdur. Bu hal onu göstərir ki, tərəflər arasında ilkin müqavilə faktiki olaraq bağlanmış və icra olunmuşdur. Həmçinin, iddiaçı1 uzun müddət ərzində bu kartdan cüzdan funksiyası kimi istifadə etməsi, onun həyat yoldaşının həmin karta vəsait köçürməsi və bu vəsaitlərin gündəlik xərclər üçün istifadə olunması göstərir ki, müqavilənin əsas müddəaları həm Bank, həm də ilk iddia üzrə iddiaçı tərəfindən qəbul edilmiş və icra olunmuşdur.
22. Bu səbəbdən də, məhkəmə ilkin müqavilənin hüquqi qüvvədə olduğunu qəbul edir və hazırkı mərhələdə yalnız iddiaçı2 ASC ilə iddiaçı1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, BRCB*******B*** saylı “Birbank Cashback kredit xətti/ X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli, BRCB******B*** saylı Əlavə Razılaşmanın – yəni kredit xəttinin yenilənməsinə dair müqavilənin etibarlılığı məsələsinin hüquqi qiymətləndirilməsinə ehtiyac olduğunu müəyyən edir.
23. Müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına alır. Iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar aidiyyəti orqanlara, iddiaçı2 ASC-yə, Polis Idarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçı ##.##.2023-cü il tarixli, BRCB*******B*** saylı “Birbank Cashback kredit xətti/ X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli, BRCB******B*** saylı Əlavə Razılaşmanın onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddiaçı1 kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 5711 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır.
25. Məhkəmə iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab etmişdir ki, ##.##.2023-cü il tarixli, BRCB*******B*** saylı “Birbank Cashback kredit xətti/X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli, BRCB******B*** saylı Əlavə Razılaşmanın tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır.
26. Məhkəmə iddiaçı2 ASC-nin cavabdeh iddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair birləşdirilmiş iddiasına münasibətdə qeyd etmişdir ki, iddiaçı1 ilə cavabdeh iddiaçı2 ASC arasında bağlanmış ##.##.2023-cü il tarixli, BRCB*******B*** saylı “Birbank Cashback kredit xətti/X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli, BRCB******B*** saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi və “Birbank Cashback kredit xətti/X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli, BRCB******B*** saylı Əlavə Razılaşma üzrə ilk iddia üzrə iddiaçı iddiaçı1 borcunun silinməsi qənaətinə gəldiyindən birləşdirilmiş iddia rədd edilməlidir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 6.2, 337.1, 337.2, 337.4, 337.5, 339.3 339.6, 385.1, 442, 443.1, 448.1, 449.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
28. Qətnamədən narazı qalan iddiaçı2 ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini, birinci instansiya məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilən hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsi və birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilə Bank arasında onlayn qaydada videoçəkiliş üsulundan istifadə edilməklə üz tanıma əməliyyatı aparılmaqla hesab, kart və kredit üzrə ##.##.2023-cü il tarixli, BRCB*******B*** nömrəli X3 Kart Müqaviləsi bağlanmışdır. Sözügedən məhsul üzrə bağlanılmış X3 Kart müqaviləsinə nəzər yetirdikdə, müəyyən edilir ki, müqavilədə kredit şərtləri (kredit xətti məbləğinin yuxarı həddi, kredit xəttinin müddəti, illik faiz dərəcəsi, taksit və qeyritaksit əməliyyatlarına dair məlumat, faizlərin hesablanması, ödənişlərin edilməsi forması, müddəti və s.) də öz əksini tapmışdır. Buna səbəb məhsul şərtlərinə əsasən müştəriyə təqdim edilmiş bank kartının həm debet, həm də kredit kartı kimi istifadə edilməsi imkanını yaratmaqdır. Bu səbəbdən həmin kartlarda kredit xəttinin limiti 0 olaraq müəyyən edilir. Daha sonra müştəri həmin kredit xəttindən istifadə etmək istəsə, yuxarıda qeyd olunan müqavilə şərtinə əsasən müəyyən edilmiş qaydada texnoloji vasitələrlə Banka kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün Banka müraciət edə və kredit xəttinin yeniləyə (kredit xəttinin limitinin artıra) bilər. Müştəri, Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMSdə göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Iddiaçı iddiaçı1 tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, BRCB*******B*** nömrəli X3 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq Bankın mobil tətbiq olan “Birbank” mobil tətbiqi vasitəsi ilə kredit xətti limitinin artımı üçün müraciət edilmiş və ##.##.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X3 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilmiş və kredit xəttinin məbləği 5711 AZN müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər öz iradə ifadələrini bildirməklə aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını və formasını müəyyən etmişlər. Həmin qaydaya əsasən isə ##.##.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X3 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanılmaqla tərəflər arasında bağlanmış ##.##.2023-cüil tarixli, BRCB1776898B299nömrəli X3 Kart Müqaviləsinin şərtlərinə dəyişiklik edilmişdir. Iddiaçı iddiaçı1 iddiaçı2 ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir. Iddiaçı özünün istifadəsində olan +************ nömrəli mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Samsung SM-A***FN cihazında istifadə etmişdir. Lakin ##.##.2024-cü il tarixdə onun “Birbank” mobil tətbiqinin qeydiyyatı başqa cihaza (Samsung SM- A045F) dəyişmişdir. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatını başqa cihaza dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutması mümkün deyildir. Bank daxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +************ nömrəli mobil nömrəsinə ##.##.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur. Nəzərə alınmalıdır ki, “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçərkən və ya “Birbank” mobil tətbiqinin qeydiyyatı başqa cihaza dəyişdirilərkən gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməklə müştəri eyniləşdirilir, yəni müştərinin bildiyi (kart məlumatları, FIN kod, PIN, şifrə və s.) və sahib olduğu (mobil nömrə və həmin nömrəyə göndərilmiş təhlükəsizlik kodlarının) daxil və təsdiq edilməsi yolu ilə aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən özünün təyin etdiyi şifrədən və ya öz seçimi ilə həmin şifrənin əvəzi olaraq üztanımadan/barmaq izindən istifadə edir. Qanunvericiliyin tələbinə əsasən cinayət işinin başlanılmasını və həmin cinayət işi üzrə araşdırmanın aparılmasını təsdiq edən sənədlər iddiaçının bildirdiklərini, yəni hadisənin olmasını, onun aldadılmasını, həmin əməliyyatların aparılmasından xəbərinin olmamasını və iradə ifadəsinin olmamasını, əməliyyatların iddiaçının özü tərəfindən aparılmamasını sübut etmir. Həmin cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı sübut hesab edilir. Həmin cinayət işi üzrə isə qanuni qüvvəyə minmiş yekun qərar və ya məhkəmə hökmü məhkəməyə təqdim edilməyib, iş materiallarında mövcud deyil. Həmçinin nəzərə alınmalıdır ki, kredit xəttinin limiti yeniləndikdən sonra iddiaçının istifadəsində olan +************ mobil nömrəsinə ##.##.2024-cü il tarixdə saat 21:24:50-də SMS vasitəsi ilə məlumat göndərilərək bildirilmişdir ki, “Hörmətli müştəri, 5711 AZN məbləğində limit artımı müraciətiniz uğurla tamamlanmışdır”. Bundan sonra iddiaçı tərəfindən həmin kredit xəttindən istifadə edilərək ##.##.2024-cü il tarixdə saat 21:39:48-də 3268 USD (5604,62 AZN) məbləğində pul vəsaiti başqa kart hesabına köçürülmüşdür və həmin köçürülmə əməliyyatı kredit vəsaiti hesabına aparıldığı üçün 82,78 AZN məbləğində komissiya tutulmuşdur. Məhkəmənin nəzərinə çatdırırıq ki, bu əməliyyatın aparılması üçün 3D təhlükəsizlik xidmətinin aktiv edildiyi, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, BRCB1776898B299nömrəli X3 Kart Müqaviləsinin 11.2-ci bəndində öz əksini tapmış, iddiaçının Banka bildirdiyi və onun istifadəsində olan +************ nömrəli mobil nömrəyə birdəfəlik SMS vasitəsi ilə ##.##.2024-cü il tarixdə saat 21:39:35-də 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün əməliyyat uğurla həyata keçirilmişdir. Azərbaycan Respublikası X5 Heyətinin ## #### 2024-cü il tarixli, **/* №-li Qərarı ilə təsdiq edilmiş “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın 2.1-ci bəndinə əsasən GMA-nın tətbiqi yalnız ödəniş xidməti istifadəçisinin bildiyi, sahib olduğu və ona məxsus olan elementlərdən iki və ya daha çoxunun istifadəsi nəticəsində həyata keçirilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının ## ###### 2022-ci il tarixli, **/* №-li Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası (GMA) dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Hazırki halda sözügedən əməliyyat “Birbank” mobil tətbiqi vasitəsi ilə həyata keçirilmişdir. “Birbank” mobil tətbiqinə, yəni ödəniş hesabına daxil olmaq üçün GMA tətbiq edilir. Belə ki, müştəri tərəfindənbildiyi şifrədən və mobil telefon tətbiqinin quraşdırıldığı cihazdan, yəni sahib olduğu iki müstəqil elementdən istifadə olunur. Azərbaycan Respublikası X5 Heyətinin ## #### 2024-cü il tarixli, **/* №-li Qərarı ilə təsdiq edilmiş “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın 3.4-cü bəndinə əsasən ödəniş hesabına daxil olmaq üçün GMA tətbiq edildikdə və eyni fasiləsiz sessiya çərçivəsində GMA tələb edən əməliyyat aparıldıqda, həmin əməliyyat GMA tətbiq edilmədən həyata keçirilə bilər. Həmin Qaydanın 3.13cü bəndinə əsasən bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan əməliyyatlar həyata keçirilərkən təhlükəsizliyin təmin edilməsi məqsədilə ödəniş xidməti təchizatçıları tərəfindən autentifikasiya həyata keçirilməlidir. Bu məqsədlə Bank tərəfindən həmin ödəniş əməliyyatın aparılması zamanıiddiaçının +************ nömrəli mobil nömrəsinə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün sözügedən əməliyyat uğurla həyata keçirilmişdir. Nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatın iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatın aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və onun mobil nömrəsinə göndərilmiş təhlükəsizlik kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. kredit xəttinin limitinin yenilənməsi və 5711 AZN məbləğində müəyyən edilməsi iddiaçıya ##.##.2024-cü il tarixdə saat 21:24:50-də məlum olmuşdur. Belə ki, həmin tarixdə və saatda iddiaçının mobil nömrəsinə SMS vasitəsi məlumat göndərilmişdir. Həmin kredit xəttindən istifadə edilməsi isə ##.##.2024-cü il tarixdə saat 21:39:48-də, yəni 14 dəqiqədən sonra baş vermişdir. Belə ki, həmin tarixdə və saatda köçürmə əməliyyatı aparılmış və həmin əməliyyatın aparılması üçün onun mobil nömrəsinə ##.##.2024-cü il tarixdə saat 21:39:35-də 3D təhlükəsizlik kodu göndərilmişdir. Göründüyü kimi iddiaçı aparılan əməliyyatlar barədə məlumatlı olmuş və həmin kodlar təsdiq edildiyi üçün müvafiq əməliyyatların aparılması mümkün olmuşdur. Əks halda iddiaçının kartı üzrə mövcud olan həmin kredit xəttindən istifadə edilməyəcəkdi və kredit vəsaiti hesabına sözügedən əməliyyat aparılmayacaqdı.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər- V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov, S.X.Bəhrəmzadə) birləşdirilmiş iddia üzrə cavabdeh Bank tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
31. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı1 ilə cavabdeh iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ilkin müqavilənin – yəni ##.##.2023-cü il tarixli əsas kart müqaviləsinin bağlanması faktı tərəflər arasında mübahisə doğurmur. Belə ki, iddiaçı1 özü də etiraf etmişdir ki, həyat yoldaşı 2023-cü ilin yanvar ayında “xxxx” ASC-yə məxsus olan cashback kartını əldə etmiş, kartın aktivləşdirilməsi isə 2023-cü ilin təxminən mayiyun aylarında baş tutmuşdur.
32. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında ilkin müqavilə faktiki olaraq bağlanmış və icra olunmuşdur. Həmçinin, iddiaçı1 uzun müddət ərzində bu kartdan cüzdan funksiyası kimi istifadə etməsi, onun həyat yoldaşının həmin karta vəsait köçürməsi və bu vəsaitlərin gündəlik xərclər üçün istifadə olunması göstərir ki, müqavilənin əsas müddəaları həm Bank, həm də ilk iddia üzrə iddiaçı tərəfindən qəbul edilmiş və icra olunmuşdur.
33. BRCB*******B*** nömrəli ##.##.2023-cü il tarixli X3 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə 15000 manat artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.
34. Bank iddiaya etiraz edərək bildirir ki, iddiaçı1 tərəfindən kredit xəttindən istifadə edilməsi məqsədilə Banka edilmiş müraciəti müqavilə şərtlərinə əsasən texnoloji vasitələrlə edilmiş, şəxsi imza analoqundan istifadə edilməklə müvafiq razılaşma imzalanmış və onun kredit xətti yenilənərək, yəni kredit xəttinin limiti artırılaraq 5711 AZN müəyyən olunmuşdur və bu zaman yuxarıda qeyd olunanlara əsasən tələb olunmadığından, həmçinin müştəri eyniləşdirilmiş müştəri olduğundan (belə ki, X3 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılır, həmçinin birbank mobil tətbiqindən qeydiyyatdan keçərkən eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə aparılır, daha sonra tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edilir) videogörüntü üsuslundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmamışdır (c.1, i.v. 61).
35. Bankın etirazından belə aydın olur ki, iddiaçı1 ilə X3 Kart müqaviləsi bağlanarkən, videogörüntü da daxil olmaqla tələb olunan bütün təhlükəsizlik tədbirlərinə əməl edildiyindən, ##.##.2024-cü il tarixli BRCB*******B*** saylı əlavə razılaşma bağlanarkən təkrar videogörüntü üsuslundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmasına ehtiyac qalmamışdır.
36. Birinci instansiya məhkəməsinin qərardadına əsasən keçirilmiş ekspertiza tədiqatı zamanı ##.##.2024-cü il tarixdə saat 21:23:15-də ff63a6b57b940992 identifikatorlu cihaz vasitəsilə baş vermiş giriş Azərbaycana aid olmayan 5.61.33.83 IP ünvanından baş verdiyi, həmçinin ##.##.2024 21:39:48 tarixində 5604 manat məbləğində kartdan karta vəsaitin ötürüldüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının */**** nömrəli, ## ###### 2024-cü il tarixli rəyi ilə öz təsdiqini tapmışdır.
37. ##.##.2024 21:23:15 tarixindən öncəki Tətbiqə giriş əməliyyatları 765c7cbaf6ec84 identifikatorlu, yəni Iddiaçı iddiaçı1 aid mobil cihaz vasitəsilə həyata keçirilmişdir.
38. ##.##.2024 21:39:48 tarixində 5604 AZN məbləğində kartdan karta vəsaitin ötürümü baş verir.
39. ##.##.2024 21:25:29 tarixində 5711 AZN məbləğində limit artımı həyata keçirilir.
40. “xxxx” ASC tərəfindən iddiaçı1 ünvanlanmış ##.##.2024-cü il tarixli, ****/**/**** nömrəli məktubunun surətindən görünür ki, ## ###### 2024-cü il tarixdə “Birbank” mobil tətbiqində mobil cihaz dəyişdirilərək Bank tərəfindən göndərilmiş OTP kod isifadə edilməklə qeydiyyatdan keçilmiş və istifadəsində olan 416973********** saylı plastik kartdan həmin tarixdə 3268 USD (ekvivalentli olaraq 5604,62 manat) məbləğində əməliyyat icra edilmişdir. Bank tərəfindən 3D Secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilmişdir.
41. Azərbaycan Respublikası X5 Heyətinin ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.1-ci bəndinə əsasən Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur.
42. Qaydanın 5.3-cü bəndinə əsasən məsafədən bank hesabı yalnız bu Qayda ilə tələb edilən bütün sənədlərin bank tərəfindən dövlət informasiya sistemlərindən əldə edildiyi halda açıla bilər.
43. Qaydanın 5.5.2-ci bəndinə əsasən yeni müştəri üçün (rezident fiziki şəxslər üçün) məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.2.1. gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.5.2.2. gücləndirilmiş elektron imza və video çəkiliş ilə (bir təqvim ayı ərzində 1000 (bir min) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil əməliyyatlarının aparılması məqsədilə açılacaq bank hesabları üçün). 5.5-1. Bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limitdən artıq mədaxil əməliyyatının aparılması üçün müvafiq hesab üzrə video zəng həyata keçirilməlidir.
44. Qaydanın 5.6.2-ci bəndinə görə bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.6.2. aşağıdakı rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası ilə: 5.6.2.1. ilk hesabını fiziki olaraq (bankın inzibati binasına yaxınlaşmaqla) açmış müştəri; 5.6.2.2. bu Qaydanın 5.5.2.1-ci yarımbəndində göstərilən qaydada hesab açmış müştəri; 5.6.2.3. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limiti aradan qaldırmış müştəri; 5.6.2.4. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən qaydada hesab açmış və həmin hesab üzrə mədaxil əməliyyatlarının qalıq limiti daxilində növbəti hesab açmaq istəyən müştəri; 5.6-1. Bank bu Qaydanın 5.5.2.2-ci, 5.6.1-ci və 5.6.2-ci yarımbəndlərində nəzərdə tutulan qaydada hesabın açılmasını riskli hesab edərsə, video çəkiliş üsulunu video zəng ilə əvəz edə, hesab yalnız gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər.
45. Həmin Qaydanın 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə, autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.
46. Qaydanın 5.11-ci bəndinə əsasən məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
47. Göründüyü kimi, Mərkəzi Bank tərəfindən təsdiq edilən Qaydalara görə müqavilə məsafədən bağlanarkən müştərinin buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlarının eyni zamanda bir neçəsindən: elektron imzadan, video zəngdən və (və ya) gücləndirilmiş müştəri autentifikasiyasından istifadə edilməsi nəzərdə tutulmuşdur.
48. Kollegiya qeyd edilən halların araşdırılmasında köməklik göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından mütəxəssis rəyi alınması barədə ## ######## 2025-ci il tarixli qərardad qəbul etmişdir.
49. Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ## ###### 2025-ci il tarixli rəydə göstərilmişdir: - X1 Heyətinin 2023-cü il ## ######## tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinin tələbinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Mülki Məcəlləyə və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (bundan sonra - Qayda) 5-ci hissəsinin tələblərinə əməl edilməlidir; - Qaydanın həmin dövrdə qüvvədə olan 5-ci hissəsinə əsasən fiziki şəxslərə məsafədən bank hesabının açılması, o cümlədən istehlak krediti müqaviləsinin bağlanmasına dair sənədlərin rəsmiləşdirilməsi bank hesabı mövcud olan rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası (GMA) və video çəkiliş əsasında həyata keçirilə bilərdi. Bu zaman bank video çəkiliş üsulunu riskli hesab etdikdə video zəngi tətbiq edə bilər; - Həmçinin nəzərə alınmalıdır ki, həmin Qaydanın 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir; - Əlavə olaraq bildirilir ki, gücləndirilmiş müştəri autentifikasiyası müqavilənin bağlanması, o cümlədən sənədlərin rəsmiləşdirilməsi üçün təkbaşına çıxış edə bilmədiyindən, bu üsul bank hesabı mövcud olan müştəriyə münasibətdə videoçəkiliş ilə müşayiət edilməlidir. Məsafədən bank hesablarının açılması üçün video zəng və video çəkilişə dair tələblər isə Qaydanın * nömrəli Əlavəsi ilə tənzimlənir; - Göründüyü kimi, məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına dair Mərkəzi Bank tərəfindən müəyyən edilən xüsusi tələblər müqavilənin dəyişdirilməsinə də şamil edilir; - ##.##.2024-cü il tarixdə kredit müqaviləsinin yenilənməsi mövcud hesab üzərindən aparılmışdır. Bu zaman Qaydanın yuxarıda qeyd olunan tələblərinə əsasən GMA (mobil tətbiq, birdəfəlik SMS vasitəsilə 3D təhlükəsizlik kodlar və video zəng) tətbiq olunmaqla onlayn formada (məsafədən) kredit xəttinin artırılması tərəflər arasında razılaşdırılmışdır; - Bununla belə, kredit xəttinin artırılması zamanı Qaydanın * nömrəli əlavəsinin (video çəkilişə dair tələblər) 6.2-ci bəndinin tələblərinə əsasən video çəkilişlə birgə müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərinin əldə olunmasını təsdiq edən video çəkiliş məhkəmə tərəfindən Mərkəzi Banka təqdim olunmadığı üçün qeyd olunan olunan tələbə Bank tərəfindən riayət edilib - edilməməsini müəyyən etmək mümkün olmamışdır.
50. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi zamanı da məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına dair müəyyən olunan xüsusi tələblərə riayət olunması zəruridir.
51. Lakin bank tərəfindən ##.##.2024-cü il tarixli BRCB*******B*** saylı əlavə razılaşma bağlanarkən Qaydanın * nömrəli Əlavəsinin (videoçəkilişə dair tələblər) 6.2-ci bəndinin tələblərinə əsasən video çəkilişlə birgə müştərinin (iddiaçı iddiaçı1) şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərinin əldə olunmasını təsdiq edən video çəkiliş məhkəməyə təqdim olunmamışdır. Bank bunu onunla izah etmişdir ki, iddiaçı1 ilə X3 Kart müqaviləsi bağlanarkən, videogörüntü da daxil olmaqla tələb olunan bütün təhlükəsizlik tədbirlərinə əməl edildiyindən, ##.##.2024- cü il tarixli BRCB*******B*** saylı əlavə razılaşma bağlanarkən təkrar video çəkiliş və ya video görüntü üsuslundan istifadə edilməklə üztanıma əməliyyatının aparılmasına ehtiyac duyulmamışdır.
52. Ekspert rəyi ilə də müəyyən olunur ki, ##.##.2024-cü il saat 21:23:15-dən öncə Tətbiqə giriş əməliyyatları 765c7cbaf6ec84 identifikatorlu, yəni Iddiaçı iddiaçı1 aid mobil cihaz vasitəsilə həyata keçirilmişdir. Yəni, həmin andan sonra tətbiqin idarə olunması, o cümlədən əlavə razılaşma üçün sifariş verilməsi iddiaçının iradəsindən kənar baş vermişdir. Belə ki, 5711 AZN məbləğində limit artımı həmin gün saat 21:25:29-da, 5604 AZN məbləğində kartdan karta vəsaitin ötürülməsi isə saat 21:39:48-də həyata keçirilmişdir.
53. Bununla da müəyyən olunur ki, mobil tətbiqin xarici ölkə ərazisində digər cihaza daşınması, daşındıqdan sonra əlavə razılaşmanın bağlanması, kredit xəttinin artırılması və başqa hesaba pul köçürülməsi zamanı bank tərəfindən həyata keçirilməsi nəzərdə tutulan təhlükəsizlik tədbirləri yerinə yetirilməmişdir.
54. Bankın yeganə dəlili ondan ibarətdir ki, iddiaçı iddiaçı1 tətbiqin daşınmasına icazə verilməsi üçün Bankın göndərdiyi OTP kodu təsdiq etmişdir.
55. Kollegiya qeyd edir ki, iddiaçı iddiaçı1 həmin kodu təsdiq etməsi belə bankı əlavə razılaşma bağlanmazdan öncə yuxarıda qeyd olunan təhlükəsizlik tədbirlərinə əməl etmək vəzifəsindən azad etmirdi. Ona görə də həmin tələblərə əməl edilməməsinin riskini də bank özü daşımalıdır.
56. Beləliklə, ##.##.2024-cü il tarixli BRCB*******B*** saylı əlavə razılaşma bağlanması ilə bağlı Ü.Abbasazadənin iradə ifadəsi müəyyən edilməmişdir, daha dəqiq ifadə olunsa, Ü.Abbasazadəyə münasibətdə əqd mövcud olmamışdır.
57. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.
58. iddiaçı2 ASC-nin iddiasına münasibətdə kollegiya qeyd edir ki, digər iddia üzrə iddiaçı iddiaçı1 ilə cavabdeh iddiaçı2 ASC arasında bağlanmış ##.##.2023-cü il tarixli, BRCB*******B*** saylı “Birbank Cashback kredit xətti/X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli, BRCB******B*** saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi və “Birbank Cashback kredit xətti/X3 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli, BRCB******B*** saylı Əlavə Razılaşma üzrə iddiaçı iddiaçı1 borcunun silinməsi qənaətinə gəldiyindən birləşdirilmiş iddia rədd edilməlidir.
59. Qeyd edilənləri təkzib edin hər hansı sübutlar apellyasiya icraatı zamanı da təqdim edilməmişdir.
60. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək, qətnamənin ləğv edilməsi üçün hər hansı tutarlı səbəb müəyyən etməmişdir.
61. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu, şikayət təmin edilmədiyindən onu ödəyən tərəfə aid edilməlidir.
62. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 6.2, 14.2.1, 324.1, 324.4, 337.1, 337.2, 337.4, 339.3, 339.6, 389.1, 390.1, 442, 443.1, 448.1, 449.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 384.0.1, 385.2-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
63.
64. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisələndirilən qətnamənin əsaslandırma hissəsində Azərbaycan Respublikası X5 Heyətinin ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın ##.##.2025-ci il tarixdən qüvvəyə minmiş redkasiyasına istinad edərək belə nəticəyə gəlmişdir ki, göründüyü kimi Mərkəzi Bank tərəfindən təsdiq edilən Qaydalara görə müqavilə məsafədən bağlanarkən müştərinin buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlarının eyni zamanda bir neçəsindən: elektron imzadan, video zəngdən və (və ya) gücləndirilmiş müştəri autentifikasiyasından istifadə edilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, Bankın mobil tətbiqi olan “Birbank” mobil tətbiqi vasitəsi ilə ##.##.2023-cü il tarixli, BRCB*******B*** nömrəli X3 Kart Müqaviləsinin dəyişdirilməsi haqqında Birbank cashback kredit xətti //// X3 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma ##.##.2024-cü il tarixdə bağlanmışdır. Bu səbəbdən həmin sözügedən qaydanın ##.##.2025-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına məhkəmə tərəfindən istinad edilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qərarında Bankın mövqeyini natamam və təhrif olunmuş şəkildə əks etdirmişdir. Qərarda göstərilmişdir ki, guya Bank ilkin müqavilə bağlanarkən videogörüntü də daxil olmaqla bütün təhlükəsizlik tədbirlərinə əməl edildiyini əsas gətirərək ##.##.2024-cü il tarixli əlavə razılaşma zamanı təkrar video çəkiliş və ya üz tanıma aparılmasına ehtiyac olmadığını bildirmiş və yalnız OTP kodun göndərilməsi ilə kifayətlənmişdir. Halbuki Bankın hüquqi mövqeyi bundan ibarət olmamışdır. Bank öz mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli əməliyyat yeni istehlak krediti müqaviləsinin bağlanılması deyil, artıq qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmış və qüvvədə olan istehlak krediti müqaviləsinə dəyişiklik — kredit limitinin artırılması barədə əlavə razılaşmadır və bu dəyişiklik mövcud müqavilədə nəzərdə tutulmuş mexanizm əsasında həyata keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə yeni müqavilə bağlanması ilə mövcud müqaviləyə dəyişiklik edilməsini eyniləşdirmiş, qüvvədə olmayan (gələcəkdə qüvvəyə minəcək) normativ yanaşmanı faktiki olaraq geriyə tətbiq etmiş, müqavilə azadlığı və elektron iradə ifadəsinin hüquqi qüvvəsi ilə bağlı ümumi maddi hüquq normalarını nəzərə almamışdır. Nəticə etibarilə məhkəmə maddi hüququn tətbiqində səhvə yol vermiş, mövcud normativ tənzimləməni düzgün şərh etməmiş və tərəflər arasında bağlanmış əlavə razılaşmanı əsassız olaraq etibarsız hesab etmişdir. Apellyasiya instansiyası halların kompleks qiymətləndirilməsini aparmadan, yalnız video çəkilişin olmamasına istinad etməklə iradənin mövcud olmadığını müəyyən etmişdir ki, bu da sübutların natamam və birtərəfli qiymətləndirilməsi deməkdir. Beləliklə, video çəkilişin aparılmaması faktı mübahisəsiz olsa da, həmin hal özlüyündə iradənin olmamasını və ya müqavilənin etibarsızlığını şərtləndirmir. Apellyasiya instansiyası normativ aktda nəzərdə tutulmuş prosedur tələbinə onun hüquqi mahiyyətindən daha ağır nəticə vermiş, forma xarakterli elementi maddi hüquqi nəticəyə çevirmişdir. Bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və sübutların obyektiv qiymətləndirilməsi prinsipinin pozulması kimi qiymətləndirilməlidir və kassasiya instansiyasında məhkəmə aktının ləğvi üçün əsas yaradır.
65. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 331.1, 331.3, 337.1, 337.5, 390.1,390.2, 406.3, 407.2, 423.1, 746-2.5, 746- 2.6, 957.3 və 957.4-cü maddələrinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 38, 41.3 və 41.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mərkəzi Bankının **/* №-li ## ######## 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinə, ## ###### 2025ci il tarixdə qəbul edilmiş və ##.##.2026-cı il tarixdə qüvvəyə minəcək “Məsafədən hesabların açılması Qaydası”-nın təsdiq edilməsi və Azərbaycan Respublikası X5 Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”-nda, ## ######## 2023-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”-nda, ## ###### 2024-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”-nda, ## ###### 2021-ci il tarixli **/* nömrəli Qərarına, X5 Heyətinin ## ###### 2025-ci il tarixli, **/* №-li qərarı, Azərbaycan Respublikasının Mərkəzi Bankının ## ###### 2022-ci il tarixli, **/* №-li Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”-nın 5.7 və 5.13-cü bəndlərinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun * №-li ## ###### 2005-ci il tarixli Qərarının 6.8 və 6.10-cu bəndlərinə, Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsi, Azərbaycan Respublikası X5 Heyətinin ## #### 2024-cü il tarixli, **/* №-li Qərarı ilə təsdiq edilmiş “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın 2.1-ci bəndi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88 və 217-ci maddələrinə istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
66. Ilk iddia üzrə iddiaçı iddiaçı1 və onun nümayəndəsi Abbaszadə Emil Nadir oğlu kassasiya şikayətinə qarşı etiraz ilə müraciət etmiş və iddiaçı2 ASC-nin kassasiya şikayətinin rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını, kassatorun dövlət rüsumunun iddiaçıya yönəldilməsi tələbinin rədd edilməsini, işə baxılarkən birinci instansiya məhkəməsində iddiaçı, apellyasiya və kassasiya instansiyalarında cavabdeh qismində çıxış etmiş iddiaçı1 və onun nümayəndəsi Abbaszadə Emil Nadir oğlunun iştirak hüququnun qorunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
67. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir.
68. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
69. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.
70. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
71. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
72. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
73. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
74. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
75. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
76. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
77. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
78. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
79. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
80. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
81. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
82. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər..
83. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
84. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
85. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
86. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
87. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
88. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
89. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
90. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
91. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
92. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin və birləşdirilmiş iddianın rədd edilən hissələrində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
93. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
94. Məhkəmə kollegiyası kassasiya şikayətinin kredit xətti / X3 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanın ##.##.2024-cü il tarixdə bağlandığı, bu səbəbdən həmin sözügedən qaydanın ##.##.2025-ci il tarixdən qüvvəyə minmiş redkasiyasına məhkəmə tərəfindən istinad edilməsinin düzgün olmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı **/* nömrəli “4” fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci hissəsinin (5.1-5.13-cü bəndlər) və 6.2-ci bəndinin məzmunu ##.##.2025-ci il tarixədək aşağıdakı kimi olmuşdur: 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.3. Məsafədən bank hesabı yalnız bu Qayda ilə tələb edilən bütün sənədlərin bank tərəfindən dövlət informasiya sistemlərindən əldə edildiyi halda açıla bilər. 5.4. Bank bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq məsafədən açılan bank hesabları ilə bağlı limitlər müəyyən etdikdə, hesab açılarkən həmin limitlərə riayət olunmalıdır. 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya * nömrəli Əlavə ilə tənzimlənir. 5.9. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. 5.10. Məsafədən bank hesabının açılması zamanı bank tərəfindən istifadə edilən informasiya sistemi qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməlidir. 5.11 Məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. 5.12. Bank məsafədən bağlanmış bank hesabı müqaviləsinin müştəriyə kağız və ya digər davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişikliksiz əks etdirilməsi mümkün olan istənilən vasitə) təqdim edilməsini təmin edir. 5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin davamlı tətbiqi nəticəsində uyğunsuzluqlar müəyyən edildikdə 5 (beş) iş günü ərzində müştəridən və ya onun səlahiyyətli nümayəndəsindən bunun səbəblərini açıqlayan məlumatların və onları təsdiq edən sənədlərin, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri üzrə məlumatların yazılı (fiziki imza, gücləndirilmiş müştəri autentifikasiyası və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş) şəkildə 30 (otuz) təqvim günü ərzində verilməsi tələb olunur.
95. Apellyasiya instansiyası məhkəməsi müvafiq qənaətə gələrkən Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ## ###### 2025-ci il tarixli rəyə əsaslanmışdır.Həmin rəydə isə “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (bundan sonra - Qayda) həmin dövrdə (yəni müqavilədə dəyişiklik edildiyi bildirilən vaxtda) qüvvədə olan 5-ci hissəsinə istinad edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən qaydaların 2025-ci ilin ## #####indən qüvvəyə minmiş redaksiyasını qətnaməsinin mətnində göstərməsi məhkəmə tərəfindən həll olunmalı məsələ üzrə əsassız nəticəyə gəlməsinə səbəb olmamışdır. Çünki göstərilən qaydaların göstərilən tarixdən əvvəlki redaksiyası da fiziki şəxslərə məsafədən bank hesabının açılması, o cümlədən istehlak krediti müqaviləsinin bağlanmasına dair sənədlərin rəsmiləşdirilməsinin bank hesabı mövcud olan rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası (GMA) və video çəkiliş əsasında həyata keçirilə biləcəyi, bu zaman bankın video çəkiliş üsulunu riskli hesab etdikdə video zəngi tətbiq edə biləcəyi mövqeyindən fərqli mövqeyə gəlməyə əsas təşkil etmir.
96. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
97. Bank tərəfindən kreditlərin ayrılması, kredit limitinin artırılması, kredit xətti, debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsi kimi məsələlər ciddi şəkildə uyulmalı olan qaydalarla tənzimləndiyinə görə bankla müştəri arasında bağlanmış müqaviləyə dəyişikliklər də əvvəlcə müqavilə bağlanarkən tətbiq edilməli olan qaydalara uyğun şəkildə həyata keçirilməlidir.
98. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
99. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
100. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin və birləşdirilmiş iddianın rədd edilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh iddiaçı2 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilkin iddianın təmin və birləşdirilmiş iddianın rədd edilən hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.