Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-785/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əssasız varlanma, əsassız varlanma obyektini qaytarmaq hüququ, yaxşılaşdırma xərcləri, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m olan qeyri-yaşayış sahəsinin alğı-satqısına dair ##.##.2006-cı il tarixli, *** nömrəli müqavilə bağlanılmışdır.
2. ##.##.2010-cu il tarixli maliyyə arayışına əsasən, İddiaçı qeyd olunan müqavilə əsasında həmin qeyri-yaşayış sahəsinin tikintisi üçün müqavilə şərtlərinə uyğun olaraq 180.954,58 manat ödəniş etmiş, müqaviləyə uyğun olaraq 17.000 manat borcu qalmışdır.
3. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən yerdə qalan 17.000 manat “xxxx” MMC-yə ödənilmişdir.
4. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *iqt(**)-***/**** nömrəli, ##.##.2012-ci il tarixli qətnaməsi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 335.117 manat məbləğində əsas borcun, 335.117 manat məbləğində cərimənin və 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 670.254 manat məbləğində pulun tutulması qət edilmişdir.
5. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *iqt(**)-***/** nömrəli, ##.##.2013-cü il tarixli qərardadı ilə həmin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi, “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****A saylı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 670.254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulması və həmin əmlakın hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2013-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
6. Göstərilən qətnamə və qərardadın icrasını təmin etmək məqsədilə ##.##.2014-cü il tarixdə “xxxx” MMC tərəfindən açıq hərrac keçirilmiş və hərracın nəticəsində “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****A saylı məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən, ümumi sahəsi 825,12 kv.m. qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə 537.328 manata hərracın qalibi olan “xxxx” ASC-yə satılmışdır. Buna dair “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” ##.##.2014-cü il tarixli, **/** nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır.
7. Kommersiya qurumunun dövlət reyestrindən ##.##.2017-ci il tarixli çıxarışa əsasən “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC olmuşdur.
8. ##.##.2017-ci il tarixdə tərtib edilmiş akta əsasən Xətai rayon icra şöbəsi tərəfindən sözügedən qeyri-yaşayış sahəsi “xxxx” ASC-nin nümayəndəsinə təhvil verilmişdir. İddiaçı İddiaçı aktda qeyd etmişdir ki, icra məmuru tərəfindən aparılan icra hərəkətlərini və aktı qanunsuz hesab edir.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı, X3, X4, Mirzəli İradə Tofiq qızı və X1 cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə (hazırda “xxxx” ASC) qarşı “Hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə ##.##.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokolun etibarsız hesab edilməsi barəsində iddiası rədd edilmişdir. Həmin qətnaməyə görə, qeyd edilən sahə zirzəmi kimi yox, qeyri-yaşayış sahəsi kimi cavabdehə satılmışdır. Qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı İddiaçı tərəfindən mübahisələndirilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı hərrac protokollarının və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 51.600 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m. olan qeyri-yaşayış sahəsinə dair ##.##.2006-cı il tarixli, *** nömrəli müqavilə bağlanılmışdır. Təqdim edilmiş ##.##.2010-cu il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün onun dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. İnşaat başa çatdıqdan sonra iddiaçı həmin qeyri-yaşayış sahəsində təmir işlərinə başlamışdır. Bu fakt şahid ifadələri ilə və qeyri-yaşayış sahəsinin vəziyyətinə əsasən tam təsdiq edilir. Lakin cavabdehin müdaxiləsinə görə iddiaçı təmir işlərini yekunlaşdıra bilməmişdir. Belə ki, Xətai rayon İcra şöbəsi tərəfindən ##.##.2017-ci il tarixində icra hərəkətləri həyata keçirilərək, iddiaçı və onun qonşuluğunda olan digər şəxslər qeyd edilən qeyri-yaşayış sahələrindən məcburi qaydada çıxarılmışlar. Həmin qeyri-yaşayış sahələri zirzəmi adı altında cavabdeh ASC-yə (əvvəlki adı tikinti-quraşdırma “xxxx” ASC) hərrac vasitəsilə satılmışdır. Həmin dövrdən başlayaraq 2023-cü ilə qədər mübahisəli əmlakla əlaqədar məhkəmə çəkişmələri olmuşdur. Hazırda cavabdehə qarşı yuxarıda qeyd edilən təmir xərclərinin iddiaçıya qaytarılması tələbinə dair iddia irəli sürülməsini zəruri hesab edir.
14. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərizədə qeyd etdiyi əmlakı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-dən aldığını bildirir və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin “xxxx” ASC-yə heç bir aidiyyəti yoxdur. Hətta iddia etdiyi məbləği də 2010-cu il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə ödəmişdir. İddiaçının iddia etdiyi sahə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin ona satdığı sahə deyil. Cavabdeh ASC qanunla ona məxsus olan əmlakını öz nəzarətinə götürmüşdür. İddiaçının özünə aid sahədən heç kim məcburi çıxarmamışdır. İddia ərizəsinə əlavə edilmiş ##.##.2017ci il tarixli akt isə cavabdehə qanunla məxsus olan əmlakları öz nəzarətinə götürməsini təsdiq edən aktdır. İddiaçı dəfələrlə, həmin sahəni məhkəmə qaydasında mübahisələndirməsinə baxmayaraq, hər dəfə iddiasının əsassız olması səbəbilə iddiası rədd edilmişdir. Lakin iddiaçı həmin qətnamələri iddia ərizəsinə əlavə edib məhkəməyə təqdim etməyib. Ona görə ki, həmin qətnamələrlə tanış olan zaman indiki iddianın da nə qədər əsassız olması görünəcəkdir. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi pozulmuş hüquqlarını bərpa etmək deyil, cavabdeh ASC-yə maddi ziyan vurmaqdır. Belə ki, iddiaçı və onunla bərabər başqa şəxslər tərəfindən qaldırılmış əsassız iddialarla bağlı bu günədək cavabdeh ASC-yə maddi ziyan dəymişdir. Hal-hazırda cavabdeh ASC tərəfindən əsassız məhkəmə mübahisələri zamanı hüquqi xidmət göstərilməsinə görə 70.000 manata yaxın çəkilmiş xərclər hesablanır və yaxın müddətə hazırkı iddiaçı da daxil olmaqla əsassız iddia qaldırmış şəxslərə qarşı yeni iddialar qaldırılacaqdır. Hətta pul tələbi barədə iddia qaldırsa da, iddiaçın həmin pulun xərclənməsini təsdiq edən sübutları yoxdur.
15. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərizədə qeyd etdiyi əmlakı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-dən aldığını bildirir və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin “xxxx” ASC-yə heç bir aidiyyəti yoxdur. Hətta ödədiyini iddia etdiyi məbləği də 2010-cu ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə ödəmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, ##.##.2017-ci ildə iddia etdiyi yerdən məcburi çıxarılıb. İddiaçı 2017-ci ildə iddia etdiyi yerdən çıxarılıbsa, həmin tarixdən 6 il keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Ona görə də, hazırkı iddia tələbi üzrə mübahisəyə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci maddəsinin tələbinə görə, həmin maddədə qeyd edilən tələblər üzrə beş il keçdikdən sonra öz qüvvəsini itirir.
16. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadları ilə iş üzrə məhkəməəmtəəşünaslıq
17. və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli rəydə qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 78.490 manat məbləğindədir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli rəyində qeyd edilmişdir ki, “xxxx” ASC-yə məxsus Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti və yenidən qurma işlərinə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 3-cü sual üzrə “xxxx” ASC-yə məxsus Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 2935A ünvanında sahəsi 235,12 kv.m. olan qeyri-yaşayış sahəsində çıxarıb (sökülüb) götürülməsi mümkün olan avadanlıq (əşya) mövcud olmadığı müəyyən edilmişdir. Lakin qeyri-yaşayış sahəsinin daxilində istifadə olunmayan metlax materialının mövcud olduğu müəyyən edilmişdir.
19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiyası məhkəməsi) e-*(***)-**/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbi rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış mübahisə müqavilədən irəli gələn öhdəliklər və delikt öhdəliklər kateqoriyasına aid olmadığından, yaranmış mübahisənin hüquqi əsası əsassız varlanmadan irəli gələn mübahisə kimi xarakterizə edilməlidir. Belə ki, delikt mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m. olan qeyri-yaşayış sahəsinə dair ##.##.2006-cı il tarixli, *** nömrəli müqavilə bağlanılmış, ümumi sahəsi 825,12 kv.m. qeyriyaşayış sahəsinin özgənikiləşdirilməsinə dair “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” ##.##.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” **/** saylı ##.##.2014-cü il tarixli protokol və 64,8 kv.m. təmirsiz tikilinin hərracdan satılmasına dair ##.##.2021-ci il tarixli müqavilə və protokol tərtib edilmiş, ##.##.2017-ci il tarixdə icra aktı tərtib edilmiş, icra aktı ilə iddiaçının faktiki sahibliyində olan və təmiri yekunlaşmaq üzrə olan qeyri-yaşayış sahəsi ilə bağlı icra aktı tərtib edilmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı hərrac protokollarının və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ######## 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə qeyd etmişdir ki, cavabdehlə iddiaçı arasında hər hansı əqd və ya müqavilə mövcud deyil, cavabdehin iddiaçıya yönəlmiş hərəkət və ya hərəkətsizliyindən iddiaçıya hər hansı ziyan dəyməmişdir. Lakin cavabdeh mübahisəli əmlakı hərracda təmirsiz halda əldə etdiyindən, təmirin iddiaçı tərəfindən həyata keçirilməsi tərəflər arasında mübahisələndirilmədiyi nəzərə alaraq qeyd edilməlidir ki, cavabdeh əsassız varlanmışdır.
24. Hazırkı mübahisənin hüquqi əsasını əsassız varlanma təşkil edir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin ##.##.2014-cü tarixdə əmlakı təmirsiz şəkildə əldə etdiyi, iddiaçının hərrac və digər proseslərdən xəbərsiz şəkildə faktiki istifadəsində və sahibliyində olan 235,12 kv.m. olan qeyri-yaşayış sahəsində təmir işləri apardığı, icra aktının tərtibi zamanı hərracın nəticələrindən xəbər tutması və qeyriyaşayış sahəsi üzərində faktiki sahibliyinə qadağa qoyulduğu məlum olmuşdur.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçı 78.490 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı mübahisəyə iddia müddətinin deyil, kəsici müddətin tətbiq edilməsi hüquqi mövqeyindən çıxış etmişdir. Belə ki, iddiaçı tərəf cavabdehlə məhkəmə çəkişmələrinin 2023-cü ilə qədər davam etdiyini qeyd etsə də, iddiaçının şəxsən cavabdehə qarşı hər hansı iddia tələbinə dair məhkəmə qərarının mövcud olmadığı müəyyən edilmiş, istinad etdiyi məhkəmə qərarları isə sözügedən hərrac protokolları ilə bağlı iddiaçı İddiaçı ilə “xxxx” ASC arasında olmuş, iddiaçı həmin işlərdə tərəf qismində şəxsən iştirak etməmişdir. Qeyd edilməlidir ki, kəsici müddət şəxsin fərdi məhkəmə müdafiəsi hüququdur. Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il ## #### tarixli Qərarında qeyd edilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
26. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf ##.##.2017-ci il tarixdə hüquqlarının pozulduğunu bilmişdir. Mülki qanunvericiliyə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçının 2017-ci ildə hüququnun pozulduğunu bildiyi andan şəxsən fərdi müdafiə hüququndan istifadə etməmiş və ya lazımi qaydada həyata keçirilməmişdir, beləliklə də cavabdehdən əsassız varlanmaya görə pulu tələb etmək hüququnun vaxtından əvvəl xitamına şərait yaratmışdır. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mövcud iddia tələbi rədd edilməlidir.
27. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 324.1, 324.2, 337.1, 337.2, 337.4, 337.5, 354.1, 354.2, 377.1, 385.1, 385.2, 386.1, 386.2, 390.1, 551.1, 551.2, 1091.1, 1091.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1094, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il Qərarına, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2020-ci il Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 217.5, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
28. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının hazırda cavabdehin sahibliyində olan qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına təmir etməsini işin mübahisəsiz halı kimi qəbul etmiş və iddiaçının həmin təmir xərclərinin, yəni 78.490 manat məbləği cavabdehdən tələb etməkdə haqlı olduğunu müəyyən etmişdir. Cavabdeh də öz növbəsində bu faktları qəbul etmiş və bu səbəbdən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hazırkı mübahisənin qanuni əsasının əsassız varlanma olması barədə səhv nəticəyə gəlmişdir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən *(***)- ***/**** nömrəli qərarında göstərilmişdir ki, “Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. İddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.” Həmin Qərara görə qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: - cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi, əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Ali Məhkəmənin qərarı rəhbər tutularaq qeyd edilir ki, məhkəmə tərəfindən hazırkı mübahisəyə əsassız varlanmanı nəzərdə tutan maddi hüquq normalarının tətbiqi düzgün hesab edilə bilməz. Cavabdeh iddiaçının hesabına əmlak əldə etməmişdir. Cavabdeh müqavilə öhdəliklərinə əsasən və məhkəmə qərarı ilə daşınmaz əmlak əldə etmişdir. Cavabdeh tərəfindən əldə etmə müqavilədən irəli gələn əsasa söykənmiş və bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçı həmin daşınmaz əmlaka müqavilə münasibətlərinə görə vicdanlı sahiblik etmiş, sonradan isə məhkəmə araşdırmalarının nəticəsində həmin əmlak cavabdehə verilmişdir. Belə halda, birinci instansiya məhkəməsi əsassız varlanma ilə bağlı maddi hüquq normalarını deyil, mülkiyyətin müdafiəsinə həsr olunmuş maddi hüquq normalarını, konkret halda isə, Mülki Məcəllənin 157.7-ci maddəsini hazırkı mübahisəyə tətbiq etməli idi. Həmin maddədə göstərilmişdir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmçinin məhkəmə tərəfindən Mülki Məcəllənin 384.0 və 384.0.4-cümaddələrinin tələbi də nəzərə alınmalı idi. Həmin maddələrdə iddia müddətinin şamil edilmədiyi tələblərə “mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə” aid edilmişdir.
30. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, apellyasiya şikayətində Ali Məhkəmənin *(***)-***/**** nömrəli qərarına istinad edilərək göstərilən dəlillər hazırkı işin faktiki halları uyğun gəlmir. İddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə münasibəti olmamışdır. İddiaçının müqavilə münasibəti cavabdehlə deyil, başqa bir hüquqi şəxslə olub.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m olan qeyri yaşayış sahəsinin ağı-satqısına dair ##.##.2006-cı il tarixli, *** nömrəli müqavilə bağlanılmış, iddiaçı həmin sahəyə görə son ödənişi ##.##.2014-cü il tarixdə etmişdir. Həmin sahə “xxxx” MMC-nin cavabdehə olan borcu ilə əlaqədar çıxarılmış məhkəmə aktlarının icrası ilə bağlı ##.##.2014cü il tarixdə keçirilmiş hərracdan cavabdehə satılmış, iddiaçı isə həmin sahədən ##.##.2017-ci il tarixdə icra qurumu tərəfindən çıxarılmışdır. İddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında 2017-ci ildə qeyri-yaşayış sahəsinin təmirinə başladığını bildirmiş, cavabdehin nümayəndəsi isə bununla bağlı məhkəmə kollegiyasına dəqiq məlumat verə bilməmişdir. İddiaçının hazırkı tələbi həmin sahənin təmiri ilə bağlı çəkilmiş xərclərin cavabdehdən tutularaq ona ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəylərinə əsasən sözügedən qeyri-yaşayış sahəsində yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 78.490 manat təşkil etdiyi, çıxarıb (sökülüb) götürülməsi mümkün olan avadanlıq (əşya) mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin daxilində istifadə olunmayan metlax materialının mövcud olduğu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparıldığı inkar edilmir, hətta cavabdehin nümayəndəsi tərəfindən kollegiyanın iclasında bunun əvəzi üçün 10.000 manata yaxın pulun iddiaçıya təklif edildiyi də bildirilmişdir. Lakin iddiaçı həmin məbləğlə razılaşmamış, cavabdeh isə prosessual qanunvericiliyin tələbləri baxımından iddianın qismən etirafı ilə bağlı zəruri prosessual hərəkətlər etməmişdir. Həmçinin qeyd edilməlidir ki, həmin təmir-tikinti işlərinin ümumi dəyəri birinci instansiya məhkəməsi tərəfindən 78.490 manat məbləğində müəyyən edilsə də, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə, yəni qətnamə bu hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, artıq ##.##.2014-cü il tarixdən cavabdehə məxsus qeyri-yaşayış sahəsini iddiaçı öz əmlakı hesab edərək orada 2017-ci ildə təmir-tikinti işləri aparmış, bunun nəticəsində cavabdeh hər-hansı qanuni əsas və ya müqavilə əsası olmadan əsassız varlanmışdır. İşdən görünür ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim edilmişdir. Hazırkı mübahisəyə kəsici müddətin tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır. Qanunvericiliyin tələblərinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarındakı hüquqi mövqeyə görə bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşdən görünən odur ki, iddiaçı ##.##.2017-ci il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən həmin qeyri-yaşayış sahəsindən çıxarılmış, qeyri-yaşayış sahəsi cavabdehin nümayəndəsinə təhvil verilmiş, hətta iddiaçı bununla bağlı həmin tarixli aktda icra məmuru tərəfindən aparılan icra hərəkətlərini və aktı qanunsuz hesab etməsi barədə yazılı qeyd etmişdir. Bundan sonra, iddiaçı hərracın nəticələrini məhkəmədə mübahisələndirmiş və Bakı Şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli nömrəli qətnaməsi ilə iddiası rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı “xxxx” ASC tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçı öz hüquqlarının pozulduğunu artıq həmin vaxtdan bilməsinə baxmayaraq, hazırkı iddia tələbi ilə məhkəməyə ##.##.2023-cü il tarixində, yəni 5 il keçdikdən sonra müraciət etmiş, bununla da mülki qanunvericilikdə nəzərdə tutulmuş iki illik iddia müddətini ötürmüşdür.
34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyinə əsasən qeyri-yaşayış sahəsinin daxilində istifadə olunmayan metlax materialının mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh həmin əşyaların götürülməsinə etiraz etmədiyini bildirmişdir. Bununla belə, iddianın irəli sürülməsi istisna edilmir.
35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5, 157.6, 157.7, 372.1, 375.2, 377.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1094, 1095-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 88, 217.2, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
36. Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarı qəbul olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə bütün faktiki halları aydınlaşdırmamış, iddia ərizəsində qeyd edilən hüquqi əsaslara diqqət yetirməmiş, iddiaçının daşınmaz əmlaka etdiyi ayrılmaz yaxşılaşdırmaların dəyərinin ödənilməsi barədə tələbini hüquqi mahiyyətinə uyğun olaraq qiymətləndirməmiş və həmin tələbi əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları çərçivəsində tövsif etmiş, nəticədə qanunvericiliyi düzgün tətbiq etməyərək və iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayaraq səhv nəticəyə gəlmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi əsassız varlanma ilə bağlı maddi hüquq normalarını deyil, mülkiyyətin müdafiəsinə həsr olunmuş maddi hüquq normalarını, konkret halda isə, Mülki Məcəllənin 157.7-ci maddəsini hazırkı mübahisəyə tətbiq etməli idi. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin maddədə göstərilmişdir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin nəzərə alınmalıdır ki, iddiaçının tələbi müqavilədən kənar öhdəlikdən deyil, onun vicdanlı sahib qismində əmlaka etdiyi ayrılmaz yaxşılaşdırmalarla bağlı qanunla tanınmış hüququndan irəli gəlir. Bu isə o deməkdir ki, hazırkı mübahisəyə münasibətdə iki illik iddia müddətinin tətbiqi hüquqi cəhətdən əsassız olmaqla, maddi hüquq normasının yanlış tətbiqi hesab edilməlidir.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
40. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
41. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
42. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
43. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
44. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
45. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
46. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
47. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
48. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
49. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
50. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
51. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
52. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
53. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
63. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Məhkəmə kollegiyası kassasiya şikayətinin, apellyasiya məhkəməsinin əsassız varlanma ilə bağlı maddi hüquq normalarını deyil, mülkiyyətin müdafiəsinə həsr olunmuş maddi hüquq normalarını, konkret halda isə, Mülki Məcəllənin 157.7-ci maddəsini hazırkı mübahisəyə tətbiq etməli olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri əsassızdır.
70. Belə ki, iddiaçının iddia tələbinin mülkiyyətlə bağlı olduğundan iddia müddəti tətbiq oluna bilməməsi barədə dəlilinin maddi əsası olan Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir.
71. İddiaçının cavabdehdən tələb etdiyi pul məbləği əsassız varlanma ilə bağlı yaranan tələb olduğuna görə həmin tələbə Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da əsassız varlanma ilə bağlı yaranan tələbləri ehtiva edə bilməz.
72. Həmçinin qeyd olunmalıdır ki, bəzi maddi nemətlər, o cümlədən pul məbləği əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir.
73. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi artıq ##.##.2014-cü il tarixdən cavabdehə məxsus qeyri-yaşayış sahəsini iddiaçı öz əmlakı hesab edərək orada 2017ci ildə təmir-tikinti işləri aparmış, bunun nəticəsində cavabdeh hər-hansı qanuni əsas və ya müqavilə əsası olmadan əsassız varlanmışdır ki, iddiaçı öz hüquqlarının pozulduğunu artıq həmin vaxtdan bilməsinə baxmayaraq, hazırkı iddia tələbi ilə məhkəməyə ##.##.2023-cü il tarixində, yəni 5 il keçdikdən sonra müraciət etmiş, bununla da mülki qanunvericilikdə nəzərdə tutulmuş iki illik iddia müddətini ötürmüşdür.
74. Diqqətə çatdırılmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salamovun şikayəti üzrə ## ####### 2007-ci il, X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və s.).
75. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli qərarı).
76. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
77. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
78. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
79. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
80. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.
81. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
82. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
83. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
84. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
85. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.