Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-788/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi, mənəvi zərər, təqsir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC, cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ## ###### 2022-ci il tarixdə, saat 15:50-də etibarnamə ilə idarə etdiyi “X3” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Suraxanı rayonu, Əmircan qəsəbəsinin Zığ yolu istiqamətində hərəkət edərkən“Isuzu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur.
2. Avtobusun sürücüsü cavabdeh1 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilərək, qərar qəbul edilmiş və sənədlər Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmişdir.
3. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, avtonəqliyyat vasitəsinə dəyən ziyanın ödənilməsini xahiş etmişdir. Sığorta şirkətindən bildirilmişdir ki, hadisə üzrə video görüntüdə günahkar və inzibati xətanı İddiaçı törətdiyindən hesablanmış sığorta pulu ödənilməyəcəkdir.
4. Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2022-ci il tarixli XP******* nömrəli qərarına əsasən ki, brahimov Əli Əvəz oğlu barəsində çıxarılmış IXP******* saylı qərar ləğv olunmaqla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 ##.##.2022-ci il tarixli TP******* nömrəli qərarına əsasən, cavabdeh İddiaçı Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir.
6. “Azərsığorta” tərəfindən verilmiş ##.##.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair qüsur aktına əsasən, İddiaçı məxsus “X3” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 6030 manat həcmində müəyyən edilmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən, İddiaçı barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 ##.##.2023-cü il tarixli, IXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun və TP ******* nömrəli, ##.##.2023cü il tarixli qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar alınmışdır.
8. Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ##.##.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü ilə sığortalanmış “Isuzu Saz" markalı, **RU*** dövlət qeydiyyat nişanlı və “X3” markalı, **RK*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. X3 markalı, **RK*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin sürücüsü İddiaçı şirkətə müraciət edərək əmlakına dəymiş zərərlə bağlı sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Aparılan araşdırma nəticəsində şirkətin İddiaçı garşısında hər hansı bir öhdəliyinin olmaması məlum olmuşdur. Belə ki, Suraxanı rayonu DYPŞ tərəfindən “ISUZU SAZ" markalı, **RU*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh1 Azərbaycan Respublikası Inzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nazərdə tutulmuş inzibatı xatanı törətməkdə təqsirli bilinmişdir. Daha sonra qeyd olunan qarar ləğv edilmiş, "X3 markalı, **RK*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin hadisənin törədilməsində təqsiri olduğu müəyyən edilmiş və Azərbaycan Respublikası Inzibatı Xatalar Məcəlləsinin 327.1-ci maddəsi Itə məsuliyyətə cəlb edilmişdir. Vətəndaş tərəfindən verilmiş şikayət nəticəsində Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə inzibati xəta haqqında icraata xitam verilmişdir. İddiaçı qeyd olunan qərardan məhkəmə qaydasında şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü tarixli qərarı ilə şikayət təmin edilmiş, inzibati xəta haqqında icraata xitam verilmişdir. “Icbari sığortalar haqqında” Qanunun 13-cü maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtoneqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. “Icbari sığortalar haqqında" Qanunun 13-cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində isifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi itə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 924.1-ci maddəsinə əsəsən sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna məlikdir. Sadalanan hüquq normalarının məzmunundan aydın olur ki, mülki məsuliyyətin icbari sığortasında sığortalanmış əmlakın, istismar edilməsi nəticəsində üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı isə baş vermiş hadisədə sığortalının və ya sığorta olunanın təqsirinin müəyyən edilməsi ilə öz təsdiqini tapır. Vətəndaş İddiaçı barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də digər sürücü cavabdeh1 məsuliyyətə cəlb edilməmiş, inzibati xata haqqında icraata xitam verilmişdir. Şirkətdə sığortalanmış “ISUZU SAZ” markalı, **RU*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh1 qeyd olunan hadisənin baş verməsində təqsiri müəyyən olunmadığı üçün onun İddiaçı qarşısında mülki məsuliyyəti də yaranmamışdır. Ona görə de baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. Baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığından vətəndaş İddiaçı sığorta ödənişinin verilməsi mümkün deyildir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək yol nəqliyyat hadisəsi zamanı vurulmuş 6030 (altı min otuz) manat maddi zərərin, 10000 (on min) manat mənəvi ziyanın, cəmi 16030 (on altı min otuz) manat pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iş ərazi aidyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə gönədrilmişdir.
11. Laçın Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadına əsasən Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mülki işə cavabdeh qismində cəlb edilmişdir.
12. Iddia belə əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon DYPŞnin əməkdaşı R xxxonunla mobil telefon əlaqəsi yaradaraq, ona hadisə barədə video görüntü olduğu üçün avtobusun sürücüsü cavabdeh1 barəsində qəbul edilmiş qərarı ləğv edib, onun barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə tətbiq etmişdir. O, elektron qərardan narazı olduğu üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Suraxanı rayon DYPŞ-nin R X4 yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, ##.##.2022-ci il tarixli elektron qərarının qanunsuz hesab edib ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin Dövlət X1 R X4 tərəfindən qəbul edilmiş ## #### 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin Dövlət X1 göndərilməsi qərara alınmışdır. Qəbul edilmiş məhkəmə qərarı ##.##.2023-cü il tarixdə məlumat üçün, ##.##.2023-cü il tarixdə isə icra olunması üçün Azərbaycan Respublikası DIN-nin Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinə göndərilmişdir. O, dəfələrlə qərarın icrası ilə bağlı Suraxanı rayon Polis Idarəsinin Dövlət X1 Rı Elvin Əsgərovun qəbuluna gedərək, işin onun iştirakı ilə baxılmasını tələb etmiş, R işin baxıldığı zaman onu yazılı çağırılacağını bildirmişdir. Lakin ona heç bir çağırış gəlmədiyindən o, ##.##.2023-cü il tarixdə yenidən Suraxanı rayon Polis Idarəsinin Dövlət X1 gedərək qərarın nəticəsi ilə maraqlananda, ona qərarın onun iştirakı olmadan baxıldığı bildirilmiş və barəsində TP ******* nömrəli, ##.##.2022-ci il tarixli elektron tərtib edilmiş protokolun dəyişirilmədən qanuni qüvvəsində saxlanıldığını bildirmişdir. O, X6 iştirakı olmadan baxılıb qəbul etdiyi qərara öz iradını bildirsə də, onun iradına əhəmiyyət verən olmamış, qəbul edilmiş qərarı tələb etdikdə, ##.##.2023-cü il tarixli qərarı ona ##.##.2023-cü il tarixdə toplanmış sənədlərin təqdim edilməsinə dair aktla rəsmi şəkildə təqdim etmişlər. O, həmin aktda protokol və qərarın onun iştirakı olmadan tərtib edilməsini bildirərək aktı imzalayıb tarixini qeyd etmiş, həmin aktın əsli Suraxanı RPI-nin DYPŞ-nin YNH-də, surəti ona verilmişdir. Suraxanı Rayon Polis Idarəsinin Dövlət X6 rəisi vəzifəsini icra edən R xxx tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə 3 **-**/*-****/**** nömrəli, ## ##### 2023-cü il tarixli qərarı qanunsuzdur. Belə ki, məhkəmə prosesi zamanı hakim onun şikayətini qəbul edərək, işi araşdırmış dəfələrlə keçirilmiş məhkəmə proseslərində yolun qadağan edilmiş əks istiqamət hərəkətinə qarşı tərəfdən rəsmi sənəd tələb edildikdə, həmin tələb edilmiş sənəd təqdim edilmədiyi üçün barəsində tərtib edilmiş protokol və qərar qanunsuz hesab edildiyindən məhkəmə şikayətini təmin etmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin Dövlət X1 göndərilməsi qərara alınmışdır. Buna baxmayaraq, Suraxanı RPI-nin DYPŞnin rəisi vəzifəsini icra edən R xxx məhkəmənin qəbul etdiyi qərarı tam araşdırmadan, düzgün icra etmədən, qərarın müəyyən etdiyi hissədə bildirmişdir ki, Inzibati Xəta haqqında işə yenidən baxılarkən inzibati protokolun qərarı tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikası IXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qərara almışdır. Halbuki, inzibati xəta haqqında protokol və qərar qəbul edildikdə onun iştirakı olmamışdır. Bu barədə tərtib edilmiş akta öz qeydini etmiş, qəbul edilmiş qərar qanunsuz olduğu üçün Suraxanı rayon DYPŞnin ##.##.2022-ci il tarixli, ****** nömrəli protokolu və inzibati xəta haqqında *-**-**/*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə o, yenidən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2023-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, qərara əsasən Suraxanı Rayon Polis Idarəsinin Dövlət X6 rəisi vəzifəsini icra edən xxx tərəfindən qəbul edilmiş ## ##### 2023-cü il tarixli, *-**-**/*-****/**** nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin Dövlət X2 göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2023-cü il tarixli qərarı məhkəmənin ## #### 2023-cü il tarixli müşayətedici məktubu ilə icra olunması üçün Azərbaycan Respublikası DIN-nin Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin Dövlət X1 göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin rəis müavini xxxv ## #### 2023-cü il tarixdə *-**-**/*-***** nömrəli məktubla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət göndərərək barəsində ##.##.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və ##.##.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlamasına göstəriş verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin rəis müavini xxxv ## #### 2023-cü il tarixli məktubunda qeyd etdiklərindən narazı olduğu üçü, ##.##.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 R X4 barəsində tətbiq etdiyi ##.##.2022-ci il tarixdə inzibati xəta haqqında IXP ******* saylı protokolunu və TP ******* nömrəli ##.##.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair vəsatət-ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı,##.##.2023-cü il tarixli qərarı ilə ərizəsi təmin edilərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 ##.##.2023-cü il tarixli, IXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 ##.##.2023-cü il tarixli, IXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, ##.##.2023-cü il tarixli qərarı ləğv edildiyi üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X1 doldurulmuş forma-4 ilə birlikdə Dövlət Sığorta Kommersiya Şirkətinə ona sığorta pulunun ödənilməsi ilə bağlı məktub göndərmiş, lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ##.##.2024-cü il tarixli, **/**-**/**** nömrəli məktubunda ##.##.2024-cü il tarixli müraciətin araşdırıldığını, ##.##.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ərazisində tərəfindən idarə olunan “X3” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilə sığortalanmış cavabdeh1 idarə etdiyi “Isuzu Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verdiyini, Baş Dövlət Yol Polisi idarəsinin R X9 ## ###### 2022-ci il tarixli inzibati xəta haqqında işə xitam verilməsi haqqında qərarı ilə “Isuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü cavabdeh1 barəsində başlanmış IXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyini, “Icbari Sığorta haqqında” Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının verdiyi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən və şəxsin təqsirini müəyyən edən yol-nəqliyyat hadisəsi haqqında sənəd əsasında şəxsin mülki məsuliyyəti və sığortaçının sığorta ödənişi həyata keçirmək öhdəliyinin yarandığını, sadalananlara əsasən cavabdeh1 barəsində başlanılmış IXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, daha sonra da onun təqsirli olması ilə bağlı heç bir yekun qərarın qəbul edilməməsi və ya protokolun tərtib olunmaması qeyd olunaraq, “Isuzu Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü cavabdeh1 təqsiri səlahiyyətli orqan tərəfindən qəbul olunmuş hər hansı aktla sübuta yetirilmədiyinə görə hal-hazırda ona sığorta ödənişinin həyata keçirilməsi üçün əsas mövcud olmadığı və sığorta ödənişinin verilməsi şirkətin imkanları xaricində olduğu bildirilmişdir. Bu səbəbdən də o, sığorta şirkətindən sığorta ödənişini ala bilmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı məhkəmənin ##.##.2023-cü il tarixli müşayətedici məktubu ilə Azərbaycan Respublikası DIN Bakı şəhəri Suraxanı RPI-nə məlumat üçün, ##.##.2023-cü il tarixli müşayətedici məktubu ilə qərar qanuni qüvvəsinə mindiyi üçün ##.##.2023-cü il tarixdə Arzərbaycan Respublikası DIN Bakı şəhəri Suraxanı RPI-də qəbul edilmişdir. Həmçinin qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı, məhkəmənin ##.##.2024-cü il tarixli müşayətedici məktubu ilə Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinə rəsmi qaydada təhvil verilmişdir. Bu müddət ərzində dəfələrlə Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinə eyni zamanda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarının icra olunması ilə bağlı rəsmi və qeyri-rəsmi müraciətlərinə baxmayaraq, heç bir müsbət nəticə ala bilmir. Yuxarıda göstərdiyi səbəblərdən cavabdeh tərəflər ona 6030 manat maddi, həm də bu müddət ərzində ona 10000 manat mənəvi ziyan vurmuşlar.
13. Cavabdeh cavabdeh2 MMC-nin direktoru Nümayəndə və digər cavabdeh cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış ərizələr belə əsaslandırılmışdır ki, 14.03-2020-ci il tarixdən cavabdeh1 rəsmi olaraq əmək müqaviləsi əsasında cavabdeh2 MMC-də sürücü vəzifəsində işləyir. ##.##.2022-ci il tarixdə saat 15:50 radələrində Suraxanı rayonu Əmircan qəsəbəsi Zığ yolu istiqamətində *** saylı xətt üzrə işləyən Isuzu Saz markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən zaman qəflətən ara yoldan “X8” minik markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşın mərkəzi yolda qarşısına çıxması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş YNH-si üzrə Suraxanı rayon DYPŞ-əməkdaşı xxxtərəfindən araşdırma aparılmışdır. O, qanunsuz olaraq IXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qarşı tərəf İddiaçı icbari sığorta ödənişini almaq istəyərkən sığorta təşkilatı tərəfindən əldə olunmuş video görüntü əsasında günahkarın qarşı tərəf olduğu üçün qərardan prokurorluğa şikayət verilmişdir. Şikayət əsasında prokurorluq tərəfindən barəsində tərtib edilmiş inzibati protokol ləğv edilərək material yenidən araşdırılması üçün Suraxanı rayon DYPŞ-yə göndərilmiş və qarşı tərəf yəni, İddiaçı inzibatı qaydada baş vermiş yol nəqliyyat hadisəsinə görə məsuliyyətə cəlb edilmişdir. Sonradan İddiaçı ona tərtib olunmuş inzibati qərarın ləğv edilməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin hakimi Elnur Nuriyevin ##.##.2023-cü il tarixli, *(***)-*/**** saylı qərarı ilə ## #### 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Suraxanı rayon Dövlət X1 göndərilmişdir. Təkrar aparılan araşdırma nəticəsində İddiaçı barəsində tətbiq edilmiş inzibati protokol qüvvəsində qalmışdır. İddiaçı yenidən Suraxanı Rayon Məhkəməsinə şikayət etmiş, hakim Namiq Kərimov tərəfindən ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarla İddiaçı barəsində qəbul edilmiş ##.##.2023-cü il tarixli, 3-13-##/# ****/**** nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Suraxanı rayon Dövlət X1 göndərilmişdir. Suraxanı rayon Dövlət Yol Polisi əməkdaşları tərəfindən İddiaçı barəsində ##.##.2023-cü il tarixli, IXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ****** nömrəli, ##.##.2023-cü il tarixli qərar qüvvədə qalmışdır. İddiaçı yenidən Suraxanı Rayon Məhkəməsinə şikayət vermiş və hakim Nərminə Rzayeva tərəfindən ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarla ##.##.2023-cü il tarixli, IXP ****** nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ****** nömrəli, ##.##.2023-cü il tarixli qərar ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin həmin fakt üzrə əlavə araşdırma aparılmayaraq hərəkətsiz qalmışdır. Yuxarıda göstərilənlərə baxmayaraq inzibati məsuliyyətə cəlb olunmadığı və barəsində inzibati protokol tərtib edilmədiyi halda əsassız olaraq İddiaçı mülki iddia ilə cavabdeh2 MMC-ni və onu Suraxanı Rayon Məhkəməsinə verərək 6030 manat avtomaşına dəyən ziyana,10000 manat isə mənəvi ziyan vurulduğuna görə təzminat tələb etmişdir. İddiaçı xxxx MMC-yə və ona qarşı maddi təzminatın ödənilməsi barədə verdiyi iddia ərizəsi tam əsassız və qərəzlidir. Belə ki, dəfələrlə məhkəmə tərəfindən ləğv edilmiş və sonda xitam verilmiş qərarlara baxmayaraq, Suraxanı rayon Dövlət X1 tərəfindən sonda yenə də o, heç bir inzibati məsuliyyətə cəlb edilməmişdir. Ona görə də, İddiaçı xahiş etdi ki, şikayəti dayandırsın ki, ilkin olaraq aidiyyatı dövlət qurumu tərəfindən inzibati məsuliyyət müəyyənləşdirilsin və sonda əgər o, günahkar kimi inzibati məsuliyyətə cəlb olunarsa, avtobusun sığortası tərəfindən onun avtomaşınına dəymiş ziyan ödəniləcəkdir. Təkliflərinə baxmayaraq İddiaçı öz əsassız şikayətlərini davam etdirdi. İddiaçı sual olunmalıdır ki, aidiyyətı dövlət qurumları tərəfindən o, günahkar kimi inzibati məsuliyyətə cəlb olunmamışsa, o hansı haqla onu və MMC-ni mülkü idda tələbi ilə məhkıməyə veribdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb İddiaçı tərəfindən onun və xxxx MMC barəsində verilmiş mülki iddia ərizəsinin əsassız hesab edilməsini və tələbin təmin edilməməsini xahiş etmişdir.
14. Iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, bildrimişdir ki, DIN və Sığorta idarəsi birləşərək, ona dəymiş ziyanı ödəməkdən yayınmış, müxtəlif bəhanələr gətirərək, bu günə qədər ona dəymiş ziyanı ödəməmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən məhkəmə ekspertizası keçirilsə də, Suraxanı Rayon DYPŞ tərəfindən lazimi sənədləri bilərəkdən təqdim etmədiyi üçün, ekspertizanın aparılmasından imtina edilmişdir.
15. Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ##.##.2022-ci il tarixdə İddiaçı idarə etdiyi “X3” markalı **RK*** dövlət qeydiyyat nişanlı avtomobillə ISUZU SAZ markalı **RU*** dövlət nömrə nişanlı mikroavtobusun toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar mikroavtobusun sürücüsü cavabdeh1 barəsində Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə IXP******* saylı inzibati protokol tərtib olunaraq inzibati tənbeh vermə haqqında TP******* saylı qərar tətbiq edilmişdir. Lakin hadisə ilə bağlı Baş Dövlət Yol Polisi Idarəsinə təqdim edilmiş videogörüntülərə baxış keçirilərək müvafiq araşdırmalar aparılmış və “ISUZU SAZ” markalı nəqliyyat vasitəsinin sürücüsünün günahsız olması sübuta yetirilərək onun barəsində tərtib edilmiş IXP******* saylı inzibati protokolun TP******* saylı qərarına, ##.##.2022-ci il tarixdə xitam verilmişdir. Həmin videogörüntülər əsasında, “X3” markalı **RK*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsi tələb edilmişdir. Bu səbəbdən ##.##.2022-ci il tarixdə “X3” markalı **RK*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü İddiaçı barəsində Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə IXP******* saylı inzibati protokol tərtib edilmişdir.
16. Laçın Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Cavad Ibrahimov)
17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı özünə məxsus olan “X3” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “Isusu Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü cavabdeh cavabdeh1 tərəfindən maddi ziyan vurulduğunu bildirsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh cavabdeh1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmış və beləliklə də cavabdeh cavabdeh1 hər hansı bir inzibati məsuliyyətə cəlb edilməmişdir. Belə olan halda isə iddiaçı İddiaçı məxsus olan “X3” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyanın vurulmasında cavabdeh cavabdeh1 və eyni zamanda cavabdeh2 MMC-nin hər hansı bir mülki hüquqi məsuliyyəti də yaranmamışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq sığorta hadisəsi baş vermədiyindən LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti də iddiaçıya məxsus olan “X3” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə müvafiq sığorta ödənişi verməkdən haqlı olaraq imtina etmişdir. Bundan əlavə, iddiaçı cavabdehlərdən mənəvi zərərə görə 10000 manat pulun tutulub ona verilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 924.1, 1096.1, 1096.2, 1108.1-ci, “Icbari sığortalar haqqında" Qanunun 13-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli * saylı qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsində aylardır davam edən məhkəmə prosesi zamanı o, iddia tələbi üzrə izahat verərək, iddianın təmin edilməsini xahiş etsə də, onun məhkəmədə üzrlü səbəbdən iştirak edə bilmədiyi gün, məhkəmə prosesi keçirilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Rayon Məhkəməsi iddia tələbinə və müraciətinə əlavə olunmuş sənədlərə laqeyd yanaşıb, onu dindirib, haqlı olduğunu görəgörə, qarşı tərəfin heç bir əsaslı sənədi sübutu olmayaraq, onun iddia tələbini əsassız sayaraq, ona bu müddət ərzində dəymiş maddi və mənəvi ziyanı əsassız sayaraq, iddia tələbini əsassız sayıb, qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə, sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində işə mahiyyəti üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yol-nəqliyyat ekspertizası təyin etmişdir.
23. Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** saylı rəyinə əsasən “X3” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Isuzu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü cavabdeh1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır.
24. Iddiaçı ekspertizanın rəyi ilə razılaşmadığını bildirmişdir.
25. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mirlətif Sadıqov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Aytən Novruzova)
26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddia tələbinə görə iddiaçı yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərə görə 6030 manat maddi, 10000 manat mənəvi ziyan olmaqla cavabdehdlərdən cəmi 16000 manat pul tələb edir. Qeyd olunan iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinin dispozisiya şərtlərinə görə həmin iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması.
27. Iş materiallarına görə həm iddiaçının, həm də cavabdeh cavabdeh1 barəsində IXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbehvermə haqqında qərarlar qəbul edilmiş, lakin sonradan hər iki şəxs barəsində inzibati xəta tərkibi olmaması əsası ilə inzibati tənbehvermə haqqında qərarlra ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, hazırkı iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir.
29. Göründüyü kimi, iddiaçıya zərər dəyməsi sübut olunsa da, həmin zərərin cavabdeh cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulması müəyyən edilmir, eləcə də digər şərtlər ödənilmir. Odur ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh cavabdeh1 təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan tələbi hissəsində də əsassızdır.
30. Bundan başqa, “Icbari sığortalar haqqında” Qanunun 13-cü maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtoneqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s. ) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının ve ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində isifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
31. Qanunvericiliyin tələblərindən göründüyü kimi, mülki məsuliyyətin icbari sığortasında sığortalanmış əmlakın, istismar edilməsi nəticəsində üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı isə baş vermiş hadisədə sığortalının və ya sığorta olunanın təqsirinin müəyyən edilməsi ilə öz təsdiqini tapır. Şirkətdə sığortalanmış “ISUZU SAZ” markalı, **RU*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh1 qeyd olunan hadisənin baş verməsində təqsiri müəyyən olunmadığı üçün onun iddiaçı qarşısında mülki məsuliyyəti də yaranmamışdır. Buna görə də baş vermiş yolnəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. Baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığından iddiaçıya sığorta ödənişinin verilməsi mümkün deyildir.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh cavabdeh1 təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan tələbi hissəsində də əsassızdır.
33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının üzrlü səbəbdən iştirak edə bilmədiyi gün qətnamə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, iddiaçı məhkəməyə ## ### 2025-ci il tarixli ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər – polis orqanının vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, həmin dəlilə hazırki iş çərçivəsində hüquqi qiymət verilə bilməz.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, “Icbari sığortalar haqqında” Qanununa istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etməklə, belə əsaslandırılmışdır ki, iddiaçı apellyasiya icraatı zamanı əldə olunmuş ekspert rəyi ilə razılaşmadığını bildirmişdir. Belə ki, sxemdə yol iki istiqamətli çəkilmişdir. Bu barədə sxemdə olan yalnışlıqla bağlı iddiaçı ekspertizaya zəngli məlumat versə də, məhkəmə eksperti, hadisə yerinin baş verdiyi ünvana gəlməyərək, ona təqdim edilmiş sənədlər əsasında yalnış rəy vermişdir. Bu da iddiaçının vətəndaş hüquqlarını pozmuşdur. Bu səbəbdən də məhkəmədən ekspertin verdiyi rəyin düzgün olmadığı üçün hadisə yerində təkrar yenidən məhkəmə eksperti tərəfindən, iddiaçının iştirakı və sübutları ilə yerli baxış keçirilərək, təkrar ekspertiza keçirilməsini xahiş etsə də, təmin olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası kassasiya şikayətin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, iddiaçının dəlillərinə uyğun olaraq yol-nəqliyyat ekspertizası təyin etmiş, işin hallarını da işdəki sübutlar, o cümlədən ekspert rəyinə qiymət verməklə müəyyən etmişdir.
44. Iddia tələbi delikt nəticəsində dəymiş ziyanın (maddi və mənəvi) ödənilməsi barədədir.
45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. Iddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
46. Iddiaçı ona zərər vurulmasında avtobus sürücüsünün təqsirkar olmasını bildirsə də, işdəki sübutlarla, o cümlədən ekspert rəyi ilə bu hal təkzib edilib.
47. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, o, öz tələbini tam sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
48. Apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutları, o cümlədən ekspert rəyini düzgün qiymətləndirmiş, sübutetmə yükünü düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, nəhayət, mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Kassasiya şikayətinin dəlilləri də iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmaqla, ekspert rəyinin düzgün olmaması, yol-nəqliyyat hadisəsinin sxeminin düzgün çəkilməməsi barədədir.
50. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, iş üzrə yol-nəqliyyat hadisələrinin ekspertizası təyin edilmiş, müvafiq rəy alınmışdır. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
51. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı: Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.