Məhkəmə qərarları › İş №2(1-8)-814/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-814/2026

04.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-814/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” MMMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “qazanxananın qüsurlarının aradan qaldırılması üçün çəkilmiş xərcin ödənilməsi və qazanxanaya aid sənədlərin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən “xxxx” MMMC-nin kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-X17 Reyestrindən ## ###### 2022-ci il tarixli Çıxarışına əsasən “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ## ###### 2022-ci il tarixdə 1122-MM9-0269 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Qanuni təmsilçisi X4r. Qeydiyyata alınmanın hüquqi əsasları kimi sahə mülkiyyətçilərinin ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli qərarları və digər sənədlər çıxış edir.

2. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və onun tərəfindən ünvan 1 60-62 ünvanında inşa edilmiş X21 çoxmənzilli binaların idarə edilməsi məqsədilə yaradılmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) arasında icra edilməsi zəruri hesab edilən məsələlər haqqında RAZILAŞMA PROTOKOLUNa əsasən:1) ## #### 2023-cü ildən ## ####### 2023-cü ilə qədər olan dövr üzrə kommunal xidmətlərə dair öhdəliklərin və hesablaşmaların müəyyən edilməsi məqsədilə görüş təyin edilir. 2) Həmin görüşdə qarşılıqlı hesablaşmaların aparılması üçün razılıq əldə edilir və xxxx MMC qarq ödənişləri həyata keçirir. 3) Qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan və quraşdırılmaqda olan istilik (kombi) sistemi istifadəyə verilənə qədər ekspert-mütəxəssisi cəlb etmədən keçid dövrü üçün kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) ##.##.2023-cü il tarixinə qədər olduğu kimi müvafiq hesablaşmalar aparılır. Qeyd olunur ki, bu cür hesablaşma qarşılıqlı AKT-lar əsasında cari ilin əvvəlindən ##.##.2023-cü il tarixinə qədər aparılıb. 4) Cavabdeh MMC tərəfindən mövcud qazanxananın qış rejiminə hazırlanması üçün ##.##.2023-cu il tarixində müvafiq sahə üzrə ixtisaslaşmış müəssisənin apardığı texniki yoxlamalanın nəticəsi olaraq, təmiri və ya dəyişdirilməsi zəruri olan avadanlıq və ya materialların xərclər üzrə smeta müəyyən edildikdən sonra tələb olunan smeta məbləğinin ödənişləri tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 5) Qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan va quraşdırılmaqda olan istilik (kombi) sistemi istifadəyə verilənə qədər mövcud qazanxana Cavabdeh MMC-nin nəzarətində olur. Aidiyyatı işçi heyətinin əmək haqqı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən ödənilir. 6) Mövcud qazanxananın təbii qaz sərfiyyatı üzrə fakturaların ödənişi kommunal xidmat haqqı üzrə müvafiq hesablaşmaya daxil edilir və Cavabdeh MMC tərəfindən ödənilir. 7) Qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan və quraşdırılmaqda olan istilik (kombi) sistemi tam istifadəyə verildikdən sonra mövcud qazanxana və həmin qazanxananı qidalandıran təbii qaz xəttinin sayğacı qanunvericilik ilə nəzərdə tutulmuş qaydada "xxxx" MMMC-nin balansına verilir. 8) Qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan və quraşdırılmaqda olan istilik (kombi) sistemi istifadəyə verildikdən sonra, qeyriyaşayış sahələrinin aldığı bilavasitə istilik ((kombi) sisteminin istifadəyə verilməsi ilə istilik xidməti tam ayrılmış sayılacaq) xidmətlər və həmin xidmətlərin 1 kvadrat metr üzrə kommunal xərcləri müvafiq hesablamalar əsasında müəyyən ediləcək və xidmət müqaviləsi imzalanacaq, 9) "xxxx" MMMC qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan istilik (kombi) sisteminin quraşdırılması işlərinə dəstək verir.

3. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli aktına əsasən vasitesi techiz edilir. Enerji balans hesabatı TYS-nin 0,4 kV-luq paylayıcı qurğusunda quraşdırılmış balansı hesabat sayğacları vasitəsi ilə aparılır. Yaşayış binalarında yerləşən mənzillərə və qeyri-yaşayış sahələrinə "xxxx" ASC tərəfindən elektrik sayğacları quraşdırılmış, abonent kodları açılmış və qeydiyyata alınmışdır. Hesablaşma dövrlərində TYS 0,4 kV-luq paylayıcı qurğusunda quraşdırılmış balans və hesabat sayğaclarının göstəriciləri oxunur, mənzillərin və qeyri-yaşayış sahələrinin enerji sərfiyyatları baş sayğaclardan çıxılır, yerdə qalan sərfiyyatın (qalan sərfiyyata texniki itki və ümumi məqsədlər üçün həzərdə tutulmuş su nasosu, lift, işiqlanma, soyutma sistemi, qarajın bir hissəsi aiddir) dəyəri təqdim edilmiş bildirişə əsasən ödənilir. TYS-nin 0,4 kV-luq paylayıcı qurğusunda MMMC üçün bir ədəd paylayıcı lövhə ayrıldığı və MMMC-nin xidmətinə verilməsi nəzərdə tutulan sahələrin (mənzillər, lift, nasosxana, işıqlanma və soyutma sistemi və s) həmin paylayıcı lövhədən qidalandığı və hesabat üçün transformatorun 0,4 kV-luq tərəfdə ******** nömrəli balans hesabat sayğacının quraşdırıldığı bildirilmişdir. Lakin, baxış zamanı sözügedən lövhədən qeyri-yaşayış sahələrinin də qidalandığı məlum olmuşdur. TYS-nin 0,4 kV-luq paylayıcı qurğusundan çəkilmiş kabel xətləri qarışıq (bəzi yerlərdə yeraltı) çəkildiyi üçün xətlərin təyinatını müəyyən etmək çətinlik yaratmışdır. MMMC-nin xidmətinə verilməsi nəzərdə tutulan sahələrin elektrik təsərrüfatının MMC-nın elektrik təsərrüfatında ayrılması üçün aşağıda qeyd edilənlər tərəfimizdən tövsiyə olunur. MMMC üçün TYS-nin 0,4 kV-luq paylayıcı qurğusundan təleb olunan gücə uyğun kabel xətti çəkilməli, bir ədəd baş paylayıcı lövhə (BPL) quraşdırılmalı, paylayıcı lövhədə, kabel xəttinin girişində yükə uyğun C/t və balans hesabat sayğacı quraşdırılmalı və BPL-dən MMMC-yə məxsus sahələrə (mənzillər, lift, nasosxana, işıqlanma və soyutma sistemi və s) ayrılıqda kabel xətləri çəkilərək elektrik enerjisi ilə təmin olunmalıdır. Elektrik enerjisi sərfiyyatına görə hesablaşmalarda texnoloji itkilərin müəyyən edilməsi üçün hər bir sahə üzrə (mənzillər, lift, nasosxana, işıqlanma və soyutma sistemi və s. elektrik sayğacı quraşdırılmalıdır.

4. Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X2 Dövlət Agentliyinin Azərbaycan X10 və X18-Tədqiqat İnstitutunun 06-LS-0834-**** qeydiyyat nömrəli ekspertiza rəyinə görə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov və S.Əsgərova küçələrinin arasında yerləşən yaşayış kompleksinin qazanxanasının layihə sənədləri müvafiq normativ sənədləri tələblərinə uyğun tərtib olunduğundan, ekspertiza rəyi müsbətdir.

5. Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X2 Dövlət Agentliyinin, “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli akta əsasən binanın qazanxanasına baxış keçirilmiş və baxış zamanı binaların qızdırılması üçün 3 ədəd VİESSMAN markalı su qızdırıcı qazanlarının qoruyucu klapanlarının lazımi tələblərə cavab vermədiyi, operatorların vəsiqələrinin olmadığı, binanın zirzəmisində yerləşən qazanxana layihəsinin ekspertizadan keçirilmədiyi, gündəlik baxış jurnalının olmadığı, operatorun işçi təlimatının iş yerində olmadığı müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X2 Dövlət Agentliyinin «xxxx» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ##.##.2023-cü il tarixli məktubunda qeyd edilib ki, ##.##.2023-cü il tarixdə Agentliyin müfəttişi tərəfindən yerində aparılmış araşdırma zamanı binada istismar olunan 3 ədəd su qızdırıcı qazana və 8 ədəd liftə baxış keçirilmiş, pozuntular aşkar edildiyə görə istismarının qadağan olduğu bildirilmişdir. Qısa müddət ərzində pozuntularınn aradan qaldırılması və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb olunur. Pozuntular aradan qaldırılanadək avadanlıqların istismar edilməsinə və baş verə biləcək bədbaxt hadisələrə görə Cavabdeh MMC məsuliyyət daşıyır.

7. Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X2 Dövlət Agentliyinin «xxxx» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icraçı direktoruna ünvanladığı ##.##.2023-cü il tarixli məktubda göstərilib ki, ##.##.2023-cü il tarixində Agentliyin müfəttişləri tərəlindən binanın qazanxanasına baxış keçirilmiş, 3 ədəd su qızdırıcı qazanın istismar olunduğu müəyyən edilmişdir (aktın surəti əlavə olunur). Qazanların texniki vəziyyətinin qiymətləndirilməsi üçün onların texniki müayinədən keçirilməsini zəruri hesab edirlər. Məlumat üçün bildirilib ki, Agentliyin Azərbaycan X10 və X18-Tədqiqat Institutu tərəfindən müvafiq işlər həyata keçirilir. Eyni zamanda sözügedən qazanların təhlükəsiz istismarı ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün onlara aid sənədlərin "xxxx" MMMC-yə təhvil verilməsininin zəruriliyi məktubla Cavabdeh MMC-nin nəzərinə çatdırılmışdır.

8. Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X2 Dövlət Agentliyinin Azərbaycan X10 və X18-Tədqiqat İnstitutu tərəfindən «xxxx» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanladığı ##.##.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən obyektin layihə sənədlərinin təkrar ekspertizasının aparılması yalnız həmin obyektdə əsaslı dəyişiklik və ya yenidənqurma işləri aparıldığı təqdirdə müvafiq layihə sənədləri tərtib edilərək rəsmi müraciət əsasında Instituta təqdim edildikdə mümkün ola bilər. Əks halda texniki təhlükəsizlik baxımından verilmiş 06-LS-0834-**** qeydiyyat nömrəli ##.##.****-ci il tarixli ekspertiza rəyi məqbul hesab edilir. Həmçinin bildirilir ki, qazanxanada quraşdırılan təhlükə potensiallı avadanlıqların texniki müayinədən keçirilməsi üzrə iş həcminin müəyyən edilməsinin səlahiyyətli, lisenziyalı ixtisaslaşdırılmış müəssisə tərəfindən yerinə yetirilməsi tövsiyə olunur. Yuxarıda qeyd olunanları və müraciətdə əks olunan istismara icazənin rəsmiləşdirilməsinin Institutun səlahiyyətləri xaricində olduğunu nəzərə almağınız xahiş olunmuşdur.

9. Bina İdarəetmə Mərkəzi MMC tərəfindən X13 çərçivəsində aparılımş mühəndis araşdırma işlərinə rəydən görünür ki, ## ###### 2023-cü il tarixinda X13 Nəsimi 48 MMMC tərəfindən olunmuş müraciət əsasında “Bina İdarəetmə Mərkəzi” MMC həmin kompleksdə təhvil-təslim işlərini sürətləndirmək məqsədi ilə ##.##.2023-##.##.2023 cü il tarixində həmin kompleksdə mühəndis araşdırma işlərinə başlamışdır. Yoxlama zamarı qazanxana, havalandırma, su nasosxanası BİM MMC tərəfindən, lift və elekirik təchizatının yoxlanılması “X1” MMC və “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Qazanxana və havalandırma bölmələrində apanılmış yoxlama zamanı məlum olmuşdur ki, mövcud şəraitdə qazanxananın və havalandırma sisteminin davamlı işləməsi üçün əlavədə göstərilmiş çatışmazlıqlar aradan qaldırılmalıdır. Əks təqdirdə çox ciddi fəsadlara va maddi ziyana gətirib çıxara bilər. Nasosxana bölməsində aparılmış yoxlama zamam məlum oldu ki, hazırki vəziyyətdə qismən təmirə ehtiyac vardır. İşin davamlılığını və keyfiyyətini təmin etmək məqsədi ilə cədvəldə göstərilən çatışmazlıqlar aradan qaldırılmalıdır. “X1” MMC tərəfindən yoxlaması aparılmış X13ndə olan liftlərin bəzilərində qüsurlar aşkarlanmışdır. “xxxx MMC” tərəfindən həyata keçirilmiş elektrik təchizatının yoxlanılması zamanı yalnız stabilizatorun torpaqlanmaması aşkar edilmişdir.

10. ## ###### 2023-cü il tarixli təhvil-təhsil aktına əsasən (imza edənlər bir tərəfdən X3 şəxsində Cavabdeh MMC (VOEN **********, bundan sonra "Sifarişçi"), digər tərəfdən Ramazanov Elnur İkraməddin oğlu – VOEN 1004767782, bundan sonra "İcraçı") Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr. 60 ünvanında Sifarişçiyə məxsus olan Mərkəzi Qazanxananın mövsümi təmir işləri üzrə İcraçı tərəfindən 9910.10 manat dəyərində mallar və xidmətlər icra edilmiş va Sifarişçi tərəfindən qəbul olunmuşdur.

11. “Sənədlərin təhvil-təslim edilməsinə” dair ##.##.2024-cü il tarixli akta əsasən (imza edənlər “xxxx" MMMC-nin Sədri X4 va Cavabdeh MMC-nin Direktoni X3) qeyd olunan tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr. 60 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş kompleksdə, əhali sektorunu isti su və istilik sistemi ilə təchiz edan “Mərkəzi Qazanxana”ya dair sənədlər təhvil-təslim edildi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi (sonradan əlavə ərizə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 18492 (on səkkiz min dörd yüz doxsan iki) manat məbləğində pulun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən (bundan sonra həmçinin “cavabdeh”) tutularaq iddiaçıya ödənilməsi, qazanxanaya aid sənədlərin (texniki şərtlər, qazanxanada yerləşən avadanlıqların sənədlərinin və s.) cavabdeh iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir cavabdeh tərəfindən aradan qaldırılmayan nöqsanlar və çatışmamazlıqlarla əlaqədar iddiaçı ilə aparılan təhvil-təslim prosesi süni qaydada uzadılır. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X2 Dövlət Agentliyinə (bundan sonra Agentlik) ##.##.2023-cü il tarixli şikayət məktubu ünvanlanaraq qazanxananın yoxlanılmasının zəruri olduğu bildirilmişdir. Agentlik tərəfindən binanın qazanxanasına baxış keçirilmiş və ##.##.2023-cü il tarixli akt tərtib olunmuşdur. Müvafiq aktda binaların qızdırılması üçün üç ədəd VİESSMAN markalı su qızdırıcı qazanların qoruyucu klapanlarının lazımi tələblərə cavab vermədiyi, operatorların vəsiqələrinin olmadığı, binanın zirzəmisində yerləşən qazanxana layihəsinin ekspertizadan keçirilmədiyi, gündəlik baxış jurnalının olmadığı, operatorun işçi təlimatının iş yerində olmadığı qeyd olunmuşdur. Qeyd edilməlidir ki, cavabdehin ##.##.2023-cü il tarixli ** nömrəli müraciət məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında istismarda olan qurğu və avadanlıqların yoxlanılması və iddiaçının balansına verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Agentlik tərəfindən ##.##.2023-cü il cavab tarixli *-**-*/*-****/** nömrəli məktubunda müraciətlə əlaqədar ##.##.2023-cü il tarixində Agentliyin müfəttişi tərəfindən araşdırma aparıldığı, istismar olunan 3 ədəd suqızdırıcı qazana baxış keçirildiyi və baxış zamanı pozuntular aşkar olunduğu üçün istismarının qadağan olunduğu qeyd olunmuşdur. Həmçinin qeyd olunan pozuntuların aradan qaldırılması və nəticəsi barədə Agentliyə məlumat verilməsi cavabdehdən tələb olunmuşdur. Pozuntular aradan qaldırılanadək avadanlıqların istismar edilməsinə və baş verə biləcək bədbəxt hadisələrə görə cavabdehin məsuliyyət daşıdığı vurğulanmışdır. Qeyd etmək olunmalıdır ki, cavabdehlə “Azəriqaz“ İB, “xxxx“ ASC, “xxxx“ ASC və Agentlik arasında müvafiq müqavilələr bağlanmışdır. Cavabdeh tərəfindən müvafiq müqavilələrin ləğv olunması qazanxananın təhvil verilməsi prosesini mümkünsüz edəcəkdir. Qeyd olunanlara baxmayaraq hazırki dövrə qədər cavabdeh müvafiq qazanxana ilə bağlı qüsurları aradan qaldırmamışdır. Bu baxımdan, iddiaçı hazırki vəziyyətdə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. maraqlı şəxs1 İstehsalat Birliyi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti, maraqlı şəxs3 Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X2 Dövlət Agentliyi iddia ərizəsində mübahisə pedmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində qeyd ediliblər.

15. Birinci instansiya məkəməsi mübahisədə adı keçən yaşayış kompleksinin qazanxanasında qüsurların olub-olmaması, olduğu halda səbəbləri, yaranma tarixi və aradan qaldırılması xərclərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X2 Dövlət Agentliyinin və digər üçüncü şəxslərin mütəxəssisləri cəlb ediməklə Alternativ Ekspertiza Mərkəzinə tapşırılmışdır.

16. Alternativ Ekspertiza Mərkəzi ## #### 2025-ci il tarixli, ** nömrəli ekspertiza rəyinə əsasən qərardadın birinci sualı üzrə: ilkin və əlavə məlumatlar, eləcə də baxış zamanı aşkar olunmuş faktiki vəziyyət nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında inşa olunmuş yaşayış kompleksində yerləşən, iddiaçının sərəncamında (istifadəsində) olan qazanxananın mövcud istifadə vəziyyətinə uyğun qüsursuz və işlək olduğu müəyyən edilir. Tədqiq olunan qazanxanada, iddiaçının iddia etdiyi qüsurlar faktiki olaraq yerində müəyyən olunmadı. İddia edilən qüsurlar yalnız birtərəfli tərtib olunmuş ## ###### 2024-cü il tarixli qüsur aktında və ##.##.2023-cü il tarixli rəydə əks olunmuşdur. Lakin tədqiq olunan qazanxanaya dair 2017-ci ildə işçi layihəsinin tərtib edilərək müvafiq qurum tərəfindən texniki şərt verilməsi, ****-ci ilin ilkin aylarında ekspertizadan keçərək (müsbət rəy) istismara qəbul edilməsi və bu sahədə müvafiq səlahiyyətli qurum olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsizlik Görülməsi və Dağ-X6 Agentliyinin mütəxəssislərinin apardığı yoxlama nəticəsində, qazanxananın istismar olunduğu və qazanxananın texniki sənədlərinin müvafiq qaydaların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: yaranmış hər hansı bir qüsurun aradan qaldırılmasının mümkün olub-olmaması və bu qüsurun aradan qaldırlması üçün tələb olunan xərcin müəyyən olunması üçün, ilk növbədə qüsurların mövcudluğu, onların növləri, həcmi və digər zəruri göstəriciləri, o cümlədən smeta (maliyyə xərcləri əks etdirən sənəd, qiymət cədvəli) sənədləri tədqiq edilməlidir. Belə ki, tədqiq olunan qazanxananın işlək vəziyyətdə olduğu, orada qüsurlar aşkar olunmadığı və iddia olunan qüsurların yalnız birtərəfli tərtib olunmuş ## ###### 2024-cü il tarixli qüsur aktında və ##.##.2023-cü il tarixli rəydə əks olunduğu müəyyən edilmişdir. Belə olan halda, yaranmış qüsurların aradan qaldırılmasının mümkün olub-olmamasının və həmin qüsurların aradan qaldırlması üçün tələb olunan xərclərin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərə əsasən, tədqiq olunan qazanxana 2017-ci il tarixdə layihələndirilərək, ****-ci ildə istismara qəbul edilmiş və 2023-cü ilin oktyabr ayında istismarda olmuşdur. Tədqiq olunan qazanxanada qüsurların yaranmasına dair X7 MMC tərəfindən ##.##.2023-cü il tarixli rəy və "xxxx" MMC tərəfindən ## ###### 2024-cü il tarixli qüsur aktı tərtib olunmuşdur. Həmin sənədlərə əsasən, qazanxananın, iddia olunan qüsurların yaranmasına qədər, orta hesabla 5,5 il (beş il, altı ay) ərzində istismarda olduğu və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114.3.2-ci maddəsinin tələblərini nəzərə alaraq, qazanxanaya təqribi olaraq illik 10% amortizasiya (köhnəlmə) tətbiq edilməsi nəticəsində, qazanxananın istismar müddətinə görə təqribən 30% nəzərdə tutulur ki, bu da iddiada qeyd olunan qüsurların amortizasiya (köhnəlmə) ilə bağlı olduğunu ehtimal edir.

17. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Vəkil bildirmişdir ki, ekspert rəyinə əsasən, qazanxananın təmirindən sonra hər vəziyyət qaydasında olmuş, təmir işləri isə onlar tərəfindən həyata keçirilmişdir. Qazanxanada mövcud problemlərlə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən qüsur aktı tərtib etmişdir. Lakin onlar ekspert rəyi ilə tam razılaşmır, qazanxanadakı qüsurların yalnız amortizasiya ilə əlaqələndirilməsini doğru hesab etmirlər. Onların fikrincə, 20 il ərzində heç bir avadanlığın sıradan çıxmaması mümkün deyil və cavabdeh qazanxananı geri təhvil verərkən xarab olmuş avadanlıqları yenisi ilə əvəz edib, təmir işlərini aparmaqla təhvil verməli idi. Qazanxana onlara təhvil verilərkən tamamilə qeyri-işlək vəziyyətdə olmamış, mövcud avadanlıqların qüsurlu olması barədə ayrıca akt da tərtib olunmuşdur. 2024-cü ilin yanvar ayından etibarən qazanxana onların istifadəsində olsa da, təhvil-təslim aktı tərtib edilməmişdir.

18. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiya etiraz edərək göstərmişdir ki, qazanxanada qüsurlar mövcud idisə, qarşı tərəf təhvil-təslim aktı tərtib olunarkən bunu qeyd etməli idi və ya ümumiyyətlə, qazanxananı təhvil almamalı idi. Qazanxana binanın daim işlək vəziyyətdə olan bir hissəsidir və tərkibindəki hər hansı bir avadanlıq köhnələ və ya sıradan çıxa bilər. 2023-cü ilin dekabr ayında təhvil-təslim aktı tərtib edilmiş, həmin vaxt aşkarlanan qüsurlar aradan qaldırılmışdır. Hətta onlar qazanxananı təhvil verməmişdən öncə, özləri də oraya baxış keçirib, təmir işləri həyata keçirmişlər. Hazırda qazanxanada mövcud ola biləcək qüsurlar cavabdehin məsuliyyətində deyildir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Xəlilov Ramin)

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 18492 (on səkkiz min dörd yüz doxsan iki) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi; və 2) qazanxanaya aid sənədlərin (texniki şərtlər haqqında və s.) cavabdeh tərəfindən iddiaçıya verilməsi.

21. Birinci instansiya məhkəməsi iddia tələbinin yaşayış kompleksindəki qazanxananın qüsurlarının cavabdeh tərəfindən aradan qaldırılaraq iddiaçıya təhvil-təslim edilməsi” ilə bağlı hesab edib ki, (sonrakı tələblər üzrə hazırki hüquqi qiymətin verilməsi zəruriliyindən), qazanxananın faktiki istifadəsi və idarə olunması artıq iddiaçı tərəfindən həyata keçirilir. Dövlət qeydiyyatına alındıqdan və fəaliyyətə başladıqdan sonra məhz iddiaçı müxtəlif dövlət qurumlarına müraciət etmiş, texniki vəziyyətin yoxlanılması təşəbbüsünü göstərmiş, sorğular ünvanlamış və hətta ekspertiza tədqiqatları sifariş etmişdir. Bu hərəkətlər bir tərəfdən obyektin iddiaçının sərəncamında olduğunu, digər tərəfdən isə məhz iddiaçı tərəfindən ümumi əmlak üzərində faktiki sahiblik və idarəetmə elementlərinin həyata keçirildiyini göstərir. Eyni zamanda nəzərə alınmalıdır ki, əvvəlcə obyekt istismara verilmiş, yalnız bundan sonra iddiaçı öz təşəbbüsü ilə “qüsur aktı” tərtib etmişdir. Bu faktın özü göstərir ki, təhvil prosesi faktiki olaraq baş tutmuş, iddiaçı obyektdən istifadə etməyə başlamış, daha sonra isə istismar dövründə müəyyən çatışmazlıqları qeydə almışdır. Deməli, obyekti cavabdehdən yenidən “təslim etməyi” tələb etmək mövcud vəziyyətə məntiqi cəhətdən uyğun gəlmir, çünki təhvil prosesi artıq başa çatmışdır.

22. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, işin mübahisəsiz halına görə iddiaçı bina sakinlərindən kommunal ödənişlər toplayır və bu vəsait ümumi əmlakın, o cümlədən qazanxananın saxlanılması və cari təmiri üçün nəzərdə tutulmuşdur. Qazanxanada hər hansı texniki problem mövcuddursa, həmin problem məhz bu vəsait hesabına aradan qaldırıla bilər. Bu isə bir daha göstərir ki, iddiaçı yalnız formal olaraq deyil, həm də maliyyə baxımından idarəetməni öz üzərinə götürmüşdür. Bundan başqa, obyektin artıq bir neçə il ərzində fasiləsiz istismar olunması faktı mövcuddur. Bu müddət ərzində sakinlər istilik təchizatından yararlanmış, dövlət orqanları qarşısında məhz iddiaçı məsul tərəf kimi çıxış etmiş, yoxlama aktları və ekspertiza rəyləri onun iştirakı ilə tərtib olunmuşdur. Bu xüsusda, “Alternativ Ekspertiza Mərkəzi”nin ## #### 2025-ci il tarixli, ** nömrəli ekspertiza rəyi xüsusi əhəmiyyət kəsb edir. Rəydə qeyd olunur ki, qazanxana faktiki olaraq istismarda olmuş, işlək vəziyyətdədir, iddia edilən qüsurlar yerində təsdiqlənməmiş, yalnız birtərəfli qaydada tərtib olunmuş aktlarda əksini tapmışdır. Ekspertiza həmçinin müəyyən etmişdir ki, qazanxana 2017-ci ildə layihələndirilmiş, ****-ci ildə istismara qəbul edilmiş və bütün texniki sənədlər müvafiq qaydalara uyğun olmuşdur. Bu nəticə qazanxananın təhvil verilməsi və istismar olunması faktını əlavə olaraq təsdiq edir.

23. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin bütün halları birlikdə qiymətləndirildikdə aydın olur ki, qazanxana faktiki olaraq iddiaçının idarəetməsinə keçmiş, təhvil prosesi baş vermiş, ekspertiza rəyi də bu halı təsdiqləmiş və iddiaçının davranışları da həmin vəziyyəti təsdiq etmişdir.

24. Birinci instansiya məhkəməsi iddia tələbinin yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 18.492 (on səkkiz min dörd yüz doxsan iki) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının istinad etdiyi 18.492 (on səkkiz min dörd yüz doxsan iki) manatlıq təmir xərcləri də iş materiallarında yalnız iddiaçının öz təşəbbüsü ilə apardığı işlərin dəyəri kimi təqdim olunmuş, bu məbləğin cavabdehin müqavilə və ya qanundan irəli gələn öhdəliklərinin pozulması nəticəsində yarandığı sübuta yetirilməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə, hər hansı xərclərin digər tərəfdən tələb olunması üçün həmin xərclərin məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyi, habelə iddiaçının hüquqlarına birbaşa zərər vurulduğu sübuta yetirilməlidir. Hazırkı işdə isə belə sübutlar təqdim edilməmişdir.

25. Birinci instansiya məhkəməsi bir daha vurğulamışdır ki, iddiaçı tərəfindən təqdim olunan sənədlərdə göstərilmiş qazanxananın qüsurları faktiki olaraq yerində müəyyən olunmamışdır. Alternativ Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ** nömrəli ekspertiza rəyinə əsasən qazanxana mövcud vəziyyətinə görə işlək və qüsursuzdur, əvvəllər iddiaçı tərəfindən tərtib olunmuş qüsur aktları və ##.##.2023-cü il tarixli rəy yalnız birtərəfli hazırlanmış sənədlərdir və müstəqil təsdiqi yoxdur. Ekspertiza rəyinə görə qazanxanada zamanla yaranmış iddia edilən qüsurlar, mövcud texniki standartlar və amortizasiya (köhnəlmə) nəzərə alındıqda, qismən təbii istifadə nəticəsində meydana gəlmişdir.

26. Birinci instansiya məhkəməsi həmçinin onu da nəzərə aldığın göstərmişdir ki, cavabdeh 2023-cü ildə qazanxanada mövcud olan müəyyən çatışmazlıqları özü müəyyən etmiş, həmin təmir və ya dəyişiklikləri həyata keçirmişdir. Cavabdeh həmin vaxt bütün işləri qəbul etmiş və müvafiq sənədləri imzalamışdır. Bundan başqa, iddiaçı həmin çoxmənzilli yaşayış binasında 2022-ci ilin sonlarında fəaliyyətə başlamış, ilin əvvəllərindən isə kommunal ödənişləri yığmağa başlamışdır. Halbuki bu müddət ərzində sözügedən qazanxanada sonuncu qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmışdır. Daha sonra isə bir ilə yaxın müddət keçdikdən sonra, iddiaçı birtərəfli şəkildə ##.##.2024-cü il tarixli qüsur aktı tərtib edərək, eyni qazanxanada “yeni” çatışmazlıqların mövcud olduğunu iddia etmişdir.

27. Birinci instansiya məhkəməsinin mövqeyinə görə bu yanaşma sübut baxımından əsassızdır və məntiqlə ziddiyyət təşkil edir: cavabdeh tərəfindən əvvəllər müəyyən olunmuş və qəbul edilmiş qüsurlar sonradan “yeni” qüsurlar kimi təqdim edilə bilməz. Ekspertiza nəticələri də göstərir ki, qazanxana işlək və texniki baxımdan problemsizdir, iddia edilən qüsurlar yalnız birtərəfli sənədlərdə əks olunmuşdur.

28. Beləliklə, iddiaçı tərəfindən tələb olunan məbləğin ödənilməsinə əsas yoxdur, çünki qazanxana faktiki olaraq işlək vəziyyətdədir, mövcud pozuntular ekspertiza tərəfindən təsdiqlənməyib və iddiaçı tərəfindən sübut olunmayıb. Göstərilənlərə əsasən işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Buna görə də iddia tələbinin yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 18.492 (on səkkiz min dörd yüz doxsan iki) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsi yuxarıdakı hüquqi mövqeyə görə rədd edilməlidir.

29. Birinci instansiya məhkəməsi iddianın “qazanxanaya aid sənədlərin verilməsi” hissəsi ilə bağlı isə göstərmişdir ki, iş materiallarına və müvafiq aktlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən qazanxanaya aid sənədlər – o cümlədən texniki şərtlər və digər zəruri məlumatlar – cavabdeh tərəfindən tam şəkildə iddiaçıya təqdim edilmişdir. Faktiki olaraq, bu təqdimat aktlarla təsdiqlənmişdir və mülki iş materiallarında mövcuddur. Beləliklə, iddiaçının qazanxanaya aid sənədlərin təkrar verilməsini tələb etməsi hüquqi baxımdan əsaslı sayıla bilməz, çünki sənədlərin verilməsi prosesi artıq başa çatmış, bütün lazımi məlumatlar iddiaçının sərəncamına keçmişdir. Hər hansı əlavə tələb yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. Beləliklə iddia bu hissədə də rədd edilməlidir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 14.2.6, 386.1, 1096, 1097.1-ci, Mənzil Məcəlləsinin 43, 45, 119.1, 120.5, 136.2, 137.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

31. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəşi), İkram Şirinov, Elşən Kazımov)

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsindəki birinci tələb əsassızdır. Belə ki, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış binaları cavabdeh tərəfindən inşa edilmiş və istismara verilmişdir. Daha sonra sahə mülkiyyətçilərinin ##.##.2022-ci il və ##.##.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında “xxxx” MMMC təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bundan sonra isə yaşayış binalarının qazanxanası cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X2 Dövlət Agentliyi tərəfindən binanın qazanxanasına baxış keçirilmiş və ##.##.2023-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktda binaların qızdırılması üçün üç ədəd VİESSMAN markalı su qızdırıcı qazanların qoruyucu klapanlarının lazımi tələblərə cavab vermədiyi, operatorların vəsiqələrinin olmadığı, binanın zirzəmisində yerləşən qazanxana layihəsinin ekspertizadan keçirilmədiyi, gündəlik baxış jurnalının olmadığı, operatorun işçi təlimatının iş yerində olmadığı qeyd olunmuşdur. İddiaçı qazanxanada olan qüsurların aradan qaldırılması üçün cavabdehdən 18.492 manat tələb edir. Həmin 18.492 manat qazanxanada iddiaçının öz təşəbbüsü ilə apardığı işlərin dəyəri kimi təqdim olunur. İddiaçının istinad etdiyi qüsurların cavabdehin öz öhdəliyini pozması və ya cavabdehin törətdiyi delikt nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim edilməyib.

34. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 443 və 1096-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb.

35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia ərizəsindəki ikinci tələb də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.2.5-ci maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlardan biri “cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək” kimi göstərilib. Həmin maddənin mənasına görə, iddiaçı çoxmənzilli binanın əmlakına, o cümlədən qazanxanasına aid olan sənədləri başqa şəxslərdən tələb edə bilər. Belə halda tələb edilən sənədlərin cavabdehdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan aktlardan görünür ki, qazanxanaya aid olan və cavabdehdə mövcud olan sənədlər cavabdeh tərəfindən iddiaçıya təqdim edilmişdir. İddiaçı qazanxanaya aid başqa hər hansı sənədin cavabdehdə qaldığını təsdiq edən sübut təqdim etməyib. Buna görə birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 443, 1096-cı, və Mənzil Məcəlləsinin 122.2.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv, iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş, sübutlara birtərəfli yanaşmış və maddi-prosessual hüquq normalarını pozmuşdur. Belə ki, qazanxananın iddiaçıya təhvil verilməsini təsdiq edən konkret sənəd olmadığı halda, məhkəmə əsassız olaraq təhvil-təslim faktını qəbul etmişdir. Eyni zamanda, FHN-in aktlarında göstərilən ciddi texniki qüsurlara baxmayaraq, məhkəmə bunlara deyil, cavabdehin mövqeyini dəstəkləyən ekspert rəyinə üstünlük vermişdir. İddiaçının çəkdiyi 18.492 AZN xərc qazanxanadakı gizli tikinti qüsurlarının aradan qaldırılmasına yönəlmiş zəruri xərclərdir. Cavabdeh bu qüsurlara görə məsuliyyət daşıdığı halda, məhkəmə əsassız olaraq bu yükü iddiaçının üzərinə qoymuşdur. Bundan əlavə, sübutetmə yükü düzgün bölüşdürülməmiş, sənədlərin verildiyini cavabdeh sübut etməli olduğu halda bu vəzifə iddiaçıya aid edilmişdir. Həmçinin, amortizasiya ilə bağlı ekspert rəyi düzgün qiymətləndirilməmişdir. Nəticə etibarilə, məhkəmə sübutları tam və obyektiv araşdırmadan, ziddiyyətləri aradan qaldırmadan əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə cavabdeh yazılı etiraz vermişdir. Etirazda iddiaçının dəlillərinin aşağöı instansiya məhkəmələrində tam və hərtərfəli araşdırlması qeyd edilməklə, şikayətin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Maddə 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Maddə 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 122.2.5 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək hüquqları vardır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməyib.

44. Məhkəmələrin qeyd etdiyi kimi iddia tələbi iki hissədən ibarətdir: yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 18492 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi; qazanxanaya aid sənədlərin (texniki şərtlər haqqında və s.) cavabdeh tərəfindən iddiaçıya təqdim olunması.

45. Birinci instansiya məhkəməsi iddianın birinci hissəsini təmin etməyərkən ona istinad edib ki, iddia tələbinin yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 18.492 manat məbləğ iş materiallarında yalnız iddiaçının öz təşəbbüsü ilə apardığı işlərin dəyəri kimi təqdim olunmuş, bu məbləğin cavabdehin müqavilə və ya qanundan irəli gələn öhdəliklərinin pozulması nəticəsində yarandığı sübuta yetirilməmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərdə göstərilmiş qazanxananın qüsurları faktiki olaraq yerində müəyyən olunmamış, həmçinin Alternativ Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ** nömrəli ekspertiza rəyinə əsasən qazanxana mövcud vəziyyətinə görə işlək və qüsursuzdur, əvvəllər iddiaçı tərəfindən tərtib olunmuş qüsur aktları və ##.##.2023-cü il tarixli rəy yalnız birtərəfli hazırlanmış sənədlərdir və müstəqil təsdiqi yoxdur. Ekspertiza rəyinə görə qazanxanada zamanla yaranmış iddia edilən qüsurlar, mövcud texniki standartlar və amortizasiya (köhnəlmə) nəzərə alındıqda, qismən təbii istifadə nəticəsində meydana gəlmişdir. Cavabdeh tərəfindən əvvəllər müəyyən olunmuş və qəbul edilmiş qüsurlar sonradan “yeni” qüsurlar kimi təqdim edilə bilməz. Ekspertiza nəticələri də göstərir ki, qazanxana işlək və texniki baxımdan problemsizdir, iddia edilən qüsurlar yalnız birtərəfli sənədlərdə əks olunmuşdur.

46. İddianın “qazanxanaya aid sənədlərin verilməsi” hissəsi ilə bağlı isə birinci instansiya məhkəməsi göstərmişdir ki, iş materiallarına və müvafiq aktlara əsasən qazanxanaya aid sənədlərin – o cümlədən texniki şərtlər və digər zəruri məlumatların – cavabdeh tərəfindən tam şəkildə iddiaçıya təqdim edilməsi aktlarla təsdiqlənmişdir.

47. Eyni mövqedən çıxış edən apellyasiya instansiyası məhkəməsi də belə nəticəyə gəlmişdir ki, iddiaçı birinci tələbini sübuta yetirə bilməmişdir, ikinci tələb isə işdə akt olduğu üçün təmin edilə bilməz.

48. Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşmayaraq göstərir ki, bu nəticəyə gələrkən məhkəmələr işdəki bütün sübutları müqayisəli şəkldə təhlil etməmiş, gəlinən nəticə əsasən iş üzrə təyin edilmiş ekspertiza rəyinə söykənmişdir.

49. İstinad edilən Alternativ Ekspertiza Mərkəzinin rəyinə görə iddia edilən qüsurlar yalnız birtərəfli tərtib olunmuş ## ###### 2024-cü il tarixli qüsur aktında və ##.##.2023-cü il tarixli rəydə əks olunmuşdur. Qazanxanaya dair 2017-ci ildə işçi layihəsinin tərtib edilərək müvafiq qurum tərəfindən texniki şərt verilib, qazanxana ****-ci ilin ilkin aylarında ekspertizadan keçərək (müsbət rəy) istismara qəbul edilib. Bu sahədə müvafiq səlahiyyətli qurum olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X6 Agentliyinin mütəxəssislərinin apardığı yoxlama nəticəsində, qazanxananın istismar olunduğu və qazanxananın texniki sənədlərinin müvafiq qaydaların tələblərinə uyğun olduğu müəyyən edilib.

50. Əvvəla, iddiaçı qazanxananın qüsurlu olması ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X6 Agentliyinin və cavabdehin nümayəndələrinin də iştirakı ilə tərtib edilmiş ## ### 2023-cü il tarixli akta, Agentliyin rəisinin 12 may və ## ####### 2023-cü il tarixli məktublarına (İ cild, iş v. 35-37), qüsurların aradan qaldırılması barədə müqaviləyə və ödəniş sənədlərinə istinad etmişdir. Həmin akt və məktublarda pozuntular aşkar edildiyinə görə qazanxananın istismarının qadağan edilməsi, ödəniş sənədlərində isə iddiaçının deməsinə görə qazanxanada görülən işlərin dəyərini ödənilməsi göstərilmiş

51. Bundan əlavə, iddiaçı qazanxananın təhvil-təslim edilmədiyini bildirmiş, cavabdeh də buna dair etirazını bildirməmiş, qazanxananın təhvil verilməsinə dair akt təqdim etməmişdir.

52. Həmçinin işdə hər iki tərəfin tərtib etdiyi ## ###### 2023-cü il tarixli Razılaşma Protokolunda belə razılaşma əldə edlib ki, cavabdeh tərəfindən mövcud qazanxananın qış rejiminə hazırlanması üçün ##.##.2023-cu il tarixində müvafiq sahə üzrə ixtisaslaşmış müəssisənin apardığı texniki yoxlamalanın nəticəsi olaraq, təmiri və ya dəyişdirilməsi zəruri olan avadanlıq və ya materialların xərclər üzrə smeta müəyyən edildikdən sonra tələb olunan smeta məbləğinin ödənişləri tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan va quraşdırılmaqda olan istilik (kombi) sistemi istifadəyə verilənə qədər mövcud qazanxana cavabdehin nəzarətində olur.

53. Göründüyü kimi, tərəflərin qarşılıqlı razılaşmasında da qazanxana ilə bağlı xüsusi bənd olmuşdur.

54. Birinci instansiya məhkəməsi qazanxananın yalnız faktiki olaraq iddiaçının idarəetməsinə keçdiyini qeyd etsə də, tərəflər arasında qazanxananın rəsmi təhvil-təslim prosesinin olduğunu müəyyən etdiyini göstərməmişdir.

55. Qazanxananın iddiaçının faktiki idarəetməsində olması işin mübahisəsiz halıdır və iddiaçı özü də bu məhz faktdan irəli gələrək qazanxanada aradan qaldırdığı qüsurların dəyərini tələb edir. Yəni yalnız bu faktın müəyyən edilməsi ilə iddianın sübut edilməməsinə istinadən təmin olunmaması əsaslı sayıla bilməz.

56. Mübahisəli hal qazanxananın iddiaçının faktiki idraəetməsinə hansı vəziyyətdə keçməsidir ki, iddiaçı buna dair akt və məktubları, təmirinə dair müqavilə və ödəniş sənədlərini, eləcə də razılaşma protokolunda qazanxana ilə bağlı cavabdehin üzərinə götürdüyü öhdəliklərin olmasına istinad etsə də, bu sübutlara qiymət verilməyib.

57. Qeyd edildiyi kimi ekspert rəyinə istinad edilib. Ekspert rəyində isə göstərilib ki, qazanxananın qüsursuz olması barədə yalnız birtərəfli tərtib olunmuş ## ###### 2024-cü il tarixli qüsur aktı və ##.##.2023-cü il tarixli rəylər var ki, onlar əsas kimi qəbul edilən bilməz, həmçinin qazanxana ****-ci ildə ekspertizadan keçərək istismara qəbul olunub.

58. Qazanxananın ****-ci ildə ekspertizadan keçərək istismara yararlı olması onun iddiaçının idarəetməsinə keçdiyi vaxtda da yararlı olması anlamına gəlmir, qeyd edildiyi kimi, 2023-cü ilə aid sənədlərdə, o cümlədən cavabdehin nümayəndəsinin imzaladığı akt və pazılaşma protokolunda qazanxananın qüsurlu olmasına dair məlumatlar vardır. Ekspert tədqiqatında həmin sənədlər diqqətdən kənarda qalıb.

59. Bundan əlavə, ekspertiza rəyindən görünür ki, məhkəmənin göstərişinə baxmayaraq, tədqiqatda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X6 Agentliyinin mütəxəssisləri iştirak etməyib. İştirak edən yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssisləri olub. Yəni qazanxananın istismarı ilə bağlı müvafiq ixtisaslaşmış orqan kimi FHN-in müvafiq qurumu deyil, ADSEA-nın mütəxəssisləri tədqiqatda iştirak edib.

60. Ekspertizanın rəyində Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən qazanxananın amortizasiyaya məruz qalması və bu səbəbdən də iddiaçının idarəetməsində olduğu dövr ərzində təbii olaraq qüsurlu vəziyyətə düşməsi qeyd edilmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 114.3-cü maddəsində nəzərdə tutulan bu hal vergitutma məqsədləri üçündür. Burada məqsəd əsas vəsaitlər üzrə illik amortizasiya ayırmalarının gəlirdən çıxılması və verginin bu məbləğə uyğun hesablanması, başqa sözlə, vergiyə cəlb edilən məbləğin müəyyən edilməsidir.

62. Avadanlığın vergi məqsədləri üçün illik amortizasiya normaları həmin avadanlığın müəyyən müddətdən sonra avtomatik qüsurlu olması mənasına gəlmir.

63. Göründüyü kimi, istinad edilən ekspert rəyi müvafiq ixtisaslaşmış orqan kimi FHN-in müvafiq qurumunun mütəxəssislərinin iştirakı olmadan, işdəki sənədlərin hamısına istinad edilmədən aparılmış tədqiqatın nəticələrinə əsaslanıb.

64. Məhkəmələr də bu rəyə qiymət vermədən onunla razılaşmışlar. Halbuki Mülki Prosessual Məcəllənin 88, 103 və 206.1-ci maddələrinə uyğun olaraq ekspert rəyi məhkəmə iclasında tədqiq edilməli, həmin rəy digər sübutlarla birgə qiymətləndirilməlidir. Heç bir sübutun, o cümlədən ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinin qiymətləndirilməsi dedikdə, bu, yalnız onun nəticə hissəsinə istinad edilməklə məhdudlaşmamalı, həmçinin tədqiqat prosesi, istinad edilən məlumatlara da diqqət yetirilməli və ekseprtin gəldiyi nəticə bunlara uyğun olaraq məcmu halında qiymətləndirlməlidir.

66. Həmçinin bu hissədə iddianın rədd edilməsinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 443 və 1096-cı maddələrinə istinad edilib ki, bu normaların birincisi müqavilə öhdəliyinin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsini, ikinci norma isə deliktin əsaslarını müəyyən edir.

67. Bu baxımdan, hazırki mübahisədə tərəflərin hansı hüquq münasibətlərində olması ziddiyyətli olaraq qalmış, tərəflər arasında müqavilə və ya qanundan irəli gələn hüquq münasibətlərinin olmasına qiymət verilməmişdir.

68. İddia tələbinin qazanxanaya aid sənədlərin (texniki şərtlər haqqında və s.) cavabdeh tərəfindən iddiaçıya təqdim olunması hissəsində gəlinən nəticə də əsaslı deyil. Məhkəmələr bu hissədə iddianı rədd edərkən işdə olan akta (İ cild iş v.230) istinad etmişlər.

69. Həmin aktda 22 adda sənədin iddiaçıya təhvil verilməsi qeyd edilib. İddiaçı aktda göstərilən sənədlərin tam olmadığını, əlavə olaraq qazanların pasportlarının, ilkin sınaq aktlarının da təqdim edilməli olmasını bildirmişdir.

70. Məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi həmin sənədlərin mövcudluğu, cavabdehdə olub-olmaması, həmin sənədlər olmadan qazanxananın sonrakı istismarı və ona qulluq edilməsi baxımından əhəmiyyətinə aydınlıq gətirmədən həmin hissədə iddianı akta əsasən təmin etməməklə düzgün nəticəyə gəlməmişlər. 71.Beləliklə, qeyd edilən məsələlərə aydınlıq gətirlmədiyi üçün məhkəmə kollegiyası gəlinən nəticənin də əsaslılığına qiymət verə bilmir.

72. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

73. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar