Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-843/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh LPO cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh LPO cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatların kredit reyestrinə daxil edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh LPO cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 400 000 manat məbləğində kredit verilmişdir..
2. cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2013-cü il tarixli, 4258 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 150 000 manat məbləğində kredit verilmişdir.
3. cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2013-cü il tarixli, 4590 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 156 000 manat məbləğində kredit verilmişdir.
4. cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 200 000 manat məbləğində kredit verilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh2 ASC-nin iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı ##.##.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqaviləsi üzrə 331.490 manat məbləğində əsas, 167.217,91 manat məbləğində faiz, cəmi 498.707,91 manat məbləğində borc, ##.##.2013-cü il tarixli, 4258 F nömrəli kredit müqaviləsi üzrə 139.328 manat məbləğində əsas, 97.238,58 manat məbləğində faiz, cəmi 236.566,58 manat məbləğində borc, ##.##.2013-cü il tarixli, 4590 F nömrəli kredit müqaviləsi üzrə 151.670 manat məbləğində əsas, 96.172,23 manat məbləğində faiz, cəmi 247.172,23 manat məbləğində borc, ##.##.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqaviləsi 198.221 manat məbləğində əsas, 121.322,22 manat məbləğində faiz, cəmi 319.543,22 manat məbləğində borc, ümumilikdə 1.301.989,94 manat məbləğində borc, ödənilmiş 30 otuz) manat məbləğində dövlət rüsumu, 80 manat məbləğində notariat xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlər revestrində qeydə alınması üçün ödənilmiş 62 manat cavabdeh2 ASC-nin xeyrinə tutulması tutmanin qeyd edilən kredit müqavilələrinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, ** saylı fərdi yaşayış evinə və cavabdeh X4 mülkiyyətində olan ünvan 2, ** saylı mənzilinə yönəldilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdə onların ilkin satış qiyməti müvafiq olaraq 1.300.000 manat məbləğində və 260.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün cavabdeh2 ASC-yə ödənilməsi borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından artıq qalan məbləğin əmlaklara uyğun olaraq cavabdehlər İddiaçı və X3 qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, ** saylı fərdi yaşayış evində və cavabdeh X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsin rayonu, Azadlıq prospekti, ev 108, ** saylı mənzilindən çıxmazsa, onların həmin əmlaklardan məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2017-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı cavabdeh2 ASC-nin iddiadan imtinasının qəbul edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- ***/**** saylı ## ###### 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ilə cavabdeh2 ASC müflis elan edilmiş və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır.
8. LPO cavabdeh2 ASC-nin İddiaçı ünvanladığı ## ######## 2021-ci il tarixli və ## ###### 2021-ci tarixli məktublarında İddiaçı banka 570 877.49 manat məbləğində kredit borcu olduğu qeyd olunmuşdur.
9. xxxxndan çıxarışa əsasən, İddiaçı ##.##.2013-cü il tarixli kredit müqaviləsi üzrə 154 052.31 manat, ##.##.2013-cü il tarixli kredit müqaviləsi üzrə 53 221.72 manat, ##.##.2013-cü il tarixli kredit müqaviləsi üzrə 114 240.25 manat, ##.##.2013-cü il tarixli kredit müqaviləsi üzrə 249 363.21 manat məbləğində kredit borcu olduğu müəyyən edilir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının bank əməliyyat sistemində cavabdeh2 ASC-yə ümumi olaraq 570 877.49 manat məbləğində kredit borcunun olduğuna dair məlumatın səhv məlumat sayılması, həmin kredit borcunun silinməsi, iddiaçının kredit borcunun (aktiv öhdəliklərinin) olmadığının müəyyən edilməsi və bu məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankına və “xxxx” MMC-yə verilməsi öhdəliyinin cavabdeh LPO cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra “cavabdeh” və ya “Fond”) üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. ## #### 2022-ci il tarixli məhkəmə iclasında LPO cavabdeh2 ASC (bundan sonra “Bank”) də cavabdeh olaraq cəlb edilmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bank əməliyyat sistemində ümumi olaraq 570 877.49 manat məbləğində kredit borcunun mövcud olduğuna dair əsassız məlumatlar qeyd olunmuşdur. Bu məlumatların səhvən, yanlışlıqla bank əməliyyat sistemində yer aldığını, yaxud heç bir əsas olmadan qanuna zidd olaraq bu məlumatların sistemə daxil edildiyi müəyyən olunmuşdur. Iddiaçı tərəfindən dəfələrlə müraciət və şikayət edilməsinə baxmayaraq cavabdeh iddiaçı ilə əlaqədar bank əməliyyat sistemində olan kredit borcu barədə düzgün olmayan məlumatın silinməsini və ya düzəldilməsini təmin etməmişdir. Bununla əlaqədar iddiaçı Azərbyacan Respublikası Mərkəzi Bankına da şikayət etmişdir. Lakin yenə də məlumatların düzəldilməsi təmin edilməmişdir. Odur ki, məsələnin məhkəmə qaydasında həllinə zərurət yaranmışdır. Iddiaçının müraciətlərinə cavab olaraq Fondun ## ######## 2021-ci il tarixli və daha sonra ## ###### 2021-ci il tarixli məktublarında iddiaçının bank əməliyyat sistemində ümumi olaraq 570877.49 manat məbləğində kredit borcunun mövcud olduğu qeyd olunmuşdur. Cavabdehin ## ######## 2021-ci il tarixli cavab məktubunda aidiyyəti olmayan Mingəçevir şəhər məhkəməsinin qətnaməsindən bəhs etməsi müraciətin araşdırılmadığını və məsələyə “başdansovdu” yanaşıldığını nümayiş etdirir. Eyni zamanda borc məbləğinin hansı hissəsinin əsas borc və faiz borcu olduğunun qeyd olunmaması, ümumilikdə nə qədər borcun ödənildiyi və nə qədər borcun qalıq qaldığı, bunlardan əsas borca və faizlərə silinmənin nə vaxt, hansı qaydada və hansı əsaslarla aparıldığı, bununla da yekunun necə hesablandığının açıqlanmaması sözügedən kredit borcu barədə bank əməliyyat sistemində saxlanılan məlumatların yanlış olduğuna yaxud əsassız olduğuna dəlalət edən arqumentlərdir. Iddiaçının müraciət və şikayətlərinə cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2021-ci il tarixli məktubunda Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ilə Bank müflis elan edilmiş və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunduğu, Fond tərəfindən iddiaçıya və Mərkəzi Banka ##.##.2021-ci il tarixli məktubla cavab verildiyi bildirilmişdir. Qeyd edilməlidir ki, cavabdeh iddiaçının kredit borcu məsələsinin artıq həll edilmiş olmasını, cavabdehin bəhs etdiyi qətnamənin ləğv edildiyini, borcun əsassız olmasını, Bankın məhkəmə mübahisəsində iddiaçıya qarşı iddiadan imtina etməsini, bununla da artıq Bankın iddiaçıya qarşı heç bir tələb hüququnun olmamasını nəzərə almamışdır. Əgər iddiaçının Banka borcu qalsa idi, Bank iddiadan imtina etməzdi. Kredit borcu qalmadığı üçün bank iddiadan imtina etmiş, digər tərəfdən, məhkəmədə bankın kredit borcunun düzgün hesablanmadığı müəyyən edilmiş, yenidən hesablamalar aparılmış, bu ərəfədə ipoteka predmetləri də satılaraq kredit borcunun ödənişinə yönəldilmişdi. Bank iddiadan imtina etməsəydi, məhkəmədə iddiası rədd olunacaqdı. Bütün bunları nəzərə alaraq Bank iddiadan imtina etmişdi. Məhkəmə də bankın iddiadan imtinasını qəbul etmişdir. Digər tərəfdən banklarda risklərin idarə edilməsi qaydalarına uyğun olaraq bütün atılan addımlar təhlil edilir, təftiş edilir və səlahiyyətli şəxslər tərəfindən təsdq edilir. ## ####### 2017-ci il tarixində Bank Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Bankın borcluya (iddiaçıya) və qeyrilərinə qarşı “kredit məblğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbindən imtina etdiyini və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- ****/**** nömrəli ## ####### 2017-ci il tarixli qərardadı ilə Bankın hazırki iş üzrə iddiaçıya qarşı olan iddia tələbindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) ***/**** saylı ## ###### 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Iddiaçının evinin dəyəri 4 000 000 (dörd milyon) manatdır. Onu dörd milyon manata almağa hazır olan real alıcılar vardır. Halbuki məhkəmə, Bankın ipoteka qoyulan vaxt oz subyektiv mülahizələrinə görə qiymətləndirilmiş olan ilkin satış qiymətinin 1.300.000 (bir milyon üç yüz min) manat oldugunu qət etmişdir. Bank bir neçə dəfə iddia tələblərinin həcmini gah artırmış, gah azaltmış, sanki tələbinin həcmini bilmirmiş kimi davranmışdır. Məhkəmə icraatı davam edərkən ##.##.2017-ci il tarixində Bankın təşəbbüsü, iddiaçının razılığı və nəzarəti altında iddiaçı ilə X7 arasında ipoteka predmeti olan əmlakın– ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 510.2. kv.m., yaşayış sahəsi 152.8. kv.m., yardımçı sahəsi 357.4. kv.m. olan 5 otaqlı fərdi yaşayış evinin alqı-satqısı həyata keçirilmiş və satışdan əldə edilən vəsaitlə kredit borcunun ödənilməsinə yönəldilmişdir. Sözügedən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 3-cü bəndində qeyd olunmuşdur ki, Alıcı Satıcının ipoteka müqaviləsi üzrə bütün hüquq və vəzifələrini öz üzərinə götürür. Beləliklə, iddiaçı ilə ləğvedilmiş Bank arasında bağlanmış kredit müqavilələri üzrə tutma, kreditin təminatı qismində ipoteka ilə yüklü edilmiş olan Bakı şəhəri, Nərimanov rayonu, 2 ci C.Hacıbəyli döngəsi, ** saylı fərdi yaşayış evinə və ünvan 3, ** saylı mənziə yönəldilmiş və onlar satılmış, satışdan əldə edilən vəsait Banka ödənilmişdir. Bu ödənişlər də həyata keçirildikdən, eləcə də əvvəlki hesablamalardakı səhvlər də düzəldiləndən sonra, aparılan yeni hesablamada iddiaçının artıq Banka kredit borcunun qalmadığı müəyyən edilmişdir. Bununla da iddiaçının Banka olan kredit borcu ödənilmiş sayılmışdır. Buna görə də Bank apellyasiya instansiya məhkəməsində iddiadan imtina etmiş, bununla da iddiaçının artıq Banka borcu olmadığını təsdiq etmişdir. Ipoteka predmetləri Bankın razılığı ilə ## #### 2017-ci il və ## #### 2017-ci il tarxilərində satılaraq əldə edilmiş vəsait borcun ödənilməsinə yönləndirilmiş, həmin tarixədək ödənilmiş məbləğlər də nəzərə alınmaqla qalıq kredit borcu təkrar hesablanmış, yekunda Bank iddiadan imtina etməyi məqsədəuyğun saymışdır. Iddiaçı hazırda istehlak krediti ilə bağlı banklara müraciət edərkən ona bildirilir ki, onun hazırda külli midarda kredit borcu mövcuddur. Kredit tarixcəsində iddiaçının kredit borcunun olduğu və onun ödənilmiş olduğu qeyd edilməli olduğu halda, kredit borcunun ödənilmədiyi, hazırda da ödənilməmiş qaldığı qeyd olunur. Buna görə də banklar iddiaçıya hətta kiçik istehlak kreditləri verməkdən də imtina edirlər. Halbuki iddiaçının borcu 2017-ci ildə bağlanmışdır, məhkəmə qaydasında da işə xitam verilmişdir. Iddiaçının kredit borcunun ödənilməsinə baxmayaraq hələ də kredit tarixcəsində bağlanmış öhdəliklər kimi deyil, aktiv öhdəliklər kimi məlumatların yer alması iddiaçının qanunla qorunan mənafelərinin və hüquqlarının pozulması olduğundan buna dərhal son verilməlidir.
13. Birinci instansiya məhkəməsində Bankın nümayəndəsi X1 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə mühasibtalıq ekspertizası təyin etmişdir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli */**** saylı rəyinə əsasən iddiaçının banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ##.##.2013 cü il tarixli, 4006 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, kredit müqaviləsi dövründə illik 20%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz borcu hesablanmaqla iddiaçının ##.##.2021-ci il tarixə (sualda göstərilən tarix) və ##.##.2024-cü il tarixə (rəyin tarixi) Banka olan əsas borcu tam ödənilmiş, faiz və əldən çıxmış fayda borcu isə 119.196,65 manat məbləğində müəyyən edilir. O cümlədən: ##.##.2021-ci il tarixə və ##.##.2024-cü il tarixə: əsas borc üzrə- 0,00 manat faiz borcu üzrə- 111.099,41 manat (illik 20%-lə), əldən çıxmiş fayda borcu üzrə- 8.097,24 manat (illik 5%-lə). Iddiaçının Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ##.##.2013-cü il tarixli, 4258 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, kredit müqaviləsi dövründə illik 20%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz borcu hesablanmaqla iddiaçının ##.##.2021-ci il tarixə (sualda göstərilən tarix) və ##.##.2024-cü il tarixə (rəyin tarixi) Banka olan əsas borcu tam ödənilmiş, faiz və əldən çıxmış fayda borcu isə 70.195,17 manat məbləğində müəyyən edilir. O cümlədən: ##.##.2021-ci il tarixə və ##.##.2024-cü il tarixə: əsas borc üzrə- 0,00 manat faiz borcu üzrə- 68.610,08 manat (illik 20%-lə), əldən çıxmış fayda borcu üzrə- .585,09 manat (illik 5%-lə). Iddiaçının Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ##.##.2013-cü il tarixli, 4590 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddiaçının ##.##.2021-ci il tarixə (sualda göstərilən tarix) və ##.##.2024-cü il tarixə (rəyin tarixi) Banka olan əsas borcu tam ödənilmiş, faiz borcu isə 21.975,39 manat məbləğində müəyyən edilir. O cümlədən: ##.##.2021-ci il tarixə və ##.##.2024-cü il tarixə: əsas borc üzrə- 0,00 manat faiz borcu üzrə- 21.975,39 manat (illik 20%-lə). Iddiaçının Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ##.##.2013-cü il tarixli, 4629 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddiaçının ##.##.2021-ci il tarixə (sualda göstərilən tarix) və ##.##.2024-cü il tarixə (rəyin tarixi) Banka olan əsas borcu tam ödənilmiş, faiz borcu isə 108.075,08 manat məbləğində müəyyən edilir. O cümlədən: ##.##.2021-ci il tarixə və ##.##.2024-cü il tarixə: əsas borc üzrə- 0,00 manat faiz borcu üzrə- 108 075 08 manat (illik 20%-lə).
16. Birinci instansiya məhkəməsi əlavə ekspertiza təyin etmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli */**** saylı rəyinə əsasən, iddiaçının Banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: 1. ##.##.2013-cü il tarixli, ****F nömrəli kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixə- əsas borc üzrə- 0.00 manat;faiz borcu üzrə- 119.196,64 manat. 2. ##.##.2013-cü il tarixli, ****F nömrəli kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixə- əsas borc üzrə- 0,00 manat;- faiz borcu üzrə-70.195,17 manat. 3. ##.##.2013-cü il tarixli, ****F nömrəli kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixə- əsas borc üzrə- 0,00 manat;- faiz borcu üzrə- 21.975,39 manat. 4. ##.##.2013-cü il tarixli, ****F nömrəli kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixə- əsas borc üzrə- 0,00 manat;- faiz borcu üzrə- 108.075,08 manat.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Əfsanə Heydərova)
19. Birinci instansiya məhkəməsi onunla əsaslandırmışdır ki, iddiaçı ## ####### 2017ci il tarixdə Bank tərəfindən iddiadan imtina edilməsinə dair ərizə verilməsi, məhkəmə qaydasında işin xitam olnunmasını bildirsə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2017 ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı və X5 qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlərin cavabdeh2 ASC-yə borcun olması təsdiq edilmişdir. Daha sonra Bank tərəfindən iddiadan imtina edilməsinə dair ərizə verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2017-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
20. Birinci instansiya məhkəməsinin mövqeyinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi onun tam təbii prosessual hüququdur və bu, iddiaçının Banka bir borcunun olmaması kimi qiymətləndirilə bilməz.
21. Ikincisi, iddiaçı Banka olan borcunu 2017-ci ildə tam ödədiyini bildirsə də, hazırkı işdə tərəflər bağladıqları müqavilələrin şərtlərini azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Iddiaçı kredit məbləğini tam olaraq faizi ilə birlikdə ödədiyini göstərsə də, həmin borcu ödənişinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
22. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli */**** saylı və ##.##.2023-cü il tarixli */**** saylı rəylərinə əsasən iddiaçının ##.##.2013-cü il tarixli, ****F nömrəli, ##.##.2013-cü il tarixli, ****F nömrəli, ##.##.2013-cü il tarixli, ****F nömrəli və ##.##.2013-cü il tarixli, ****F nömrəli kredit müqavilələri üzrə kredit borcları vardır.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 6.2, 385.1-ci, “Informasiya əldə etmək haqqında” Qanunun 2.4, 10.4.8-ci, Mülki Prosessual Məcəllənin 77.1ci maddələri, “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. Iddiaçı apellyasiya şikayəti verərək, qətnaməninin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandrılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş sübutları, eləcə də iddiaçının irəli sürdüyü arqumentləri, mülahizələri, dəlilləri və sübutları gözardı etmiş, bunlara heç bir münasibət bildirməmiş, qətnaməsində bu barədə fikir bildirməmiş, heç bir açıqlama verməmişdir. Aşağıda qeyd olunan arqumentləri, iş üzrə olduqca əhəmiyyətli olan halları, sübut və dəlilləri, birinci instansiya məhkəməsi qiymətləndirməmişdir: 1) 2 ildən artıq bir müddətdə (işin daxil olma tarixi: ## ###### 2022-ci il) mədaxil-məxaric orderləri, ssuda, faiz, cərimə hesablarından çıxarış və s. sənədlər mövcud olmadığı üçün ekspertiza aparılmasından imtina edilmişdir. Müvafiq sənədlər təqdim olunmadığı halda daha sonra ekspertiza aparılmış və rəy verilmişdir. Əvvəl sadalanan sənədlər olmadığı üçün aparılmayan ekspertiza, daha sonra eyni sənədlər olmadığı halda aparılmış və ziddiyətli ekspert rəyi verilmişdir. Odur ki ekspertiza rəyinin mötəbər sübut kimi qəbul olunması mümkün sayıla bilməz. 2) Cavabdeh iddiaçının ümumilikdə 570 877 manat borcu olduğunu bildirir, kredit bürosuna bu məlumatı ötürmüşdür, ## #### 2023-cü il tarixli */**** nömrəli ekspert rəyində iddiaçının ümumilikdə 319 000 manat faiz borcu olduğu, əsas borcu olmadığı göstərilir, ## ###### 2024-cü il tarixli */**** nömrəli ekspert rəyində isə iddiaçının ümumilikdə 309 759 manat faiz borcu olduğu, əsas borcu olmadığı qeyd olunur. Borc haqqında olan bu qədər ziddiyətli məlumatlar borc məbləğinin səhv və yanlış olduğuna dəlalət edir. Mədaxil-məxaric qəbzləri olmadan, sadəcə Cavabdehin tərtib etdiyi hesabdan çıxarışlara əsasən hesablanan məbləğlər arasında belə olduca kəskin fərqlər aşkar olunur. 3) Məhkəmə iclasında ekspert ona verilən suallara cavab olaraq bildirmişdir ki, həqiqətən də O, sadəcə Cavabdehin tərtib etdiyi hesabdan çıxarışlara əsasən rəy vermişdir, mədaxil–məxaric qəbzləri olmadığı halda hesablama aparmışdır. 4) Məhkəmə iclasında ekspert ondan əvvəlki ekspertlərin mədaxil–məxaric qəbzləri olmadığı üçün ekspertiza aparmaqdan imtina etdikləri halda onun niyə imtina etmədiyi sualına ekspert cavab verə bilməmişdir. Ekspert faizə faiz hesablanması qadağan olduğu halda, faiz borc məbləğinə necə faiz hesabladığı barədə suala da cavab verə bilməmişdir. 5) Qanunvericiliyə görə əsas kredit borcu silindikdə faizlər də silinməlidir.Iddiaçının əsas borcu silinmiş olduğu üçün əgər var idisə faiz borcu da silinməli idi. 6) Iddia tələbindən imtina etmiş olan Cavabdeh bankın tələb hüququ olmadığı halda borc məbləğinə faizlər hesablamışdır, özü də əsas borc deyil faiz borcuna faiz hesablamışdır, faizə faiz hesablamışdır, halbuki qanunla faizə faiz hesablanması qadağandır. Ekspert də faizə faiz hesablamışdır. 7) iddianın əsas predmeti bundan ibarətdir, iddiaçının əsas arqumentini bu fakt təşkil edir. Əgər yanlış məlumat varsa bu düzəldilməlidir, yaxud da silinməlidir, başqa seçim yoxdur. Məhkəmə isə yanlış məlumatın nə düzəldilməsi, nə də silinməsinə dair hər hansı mövqeyini açıqlamır. Belə olan halda yanlış məlumatların aqibəti qeyri-müəyyən olaraq qalmış olur ki, bu yolverilməzdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi öz təsdiqini tapır. 8) məlumat təchizatçısı olan cavabdeh bankın kredit bürosuna verdiyi və iddaçının kredit tarixçəsində yer alan məlumatların yanlış olduğu və bunun düzəldilməsi iddiaçının əsas tələbi, əsas arqumentidir. 9) Vahid məhkəmə təcrübəsinə uyğun formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, hesabdan çıxarış bankın özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir, hesabdan çıxarış və kassa mədaxil orderləri ilə kredit borcunun miqdarının müəyyənləşdirilməsi doğru deyildir. Hazırki işdə heç mədaxil və məxaric qəbzləri də mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- *(***)-***/**** nömrəli ##.##.2023- cü il tarixli qərarını iddia tərəfi nəzərə alınması üçün Məhkəməyə təqdim etmişdir. 10) Kredit borcu ilə bağlı bütün hesablamalar təktərəfli tərtib olunan hesabdan çıxarışa əsasən aparılmış, bununla belə yenə də kredit borcunun həcmi konkret təsdiq olunmamış, kəskin fərq ortaya çıxmış, ziddiyətlərin ortadan qaldırılması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının kredit borcunun olub-olmadığı və borcun miqdarı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır, sübutlar bir-birini təkzib edir.
26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə ekspertiza təyin etmişdir.
27. Məhkəmə Ekspertiza mərkəzinin ## #### 2025-ci il tarixli rəyinə əsasən edilmişdir ki, iddiaçının Banka olan borcu ##.##.2013-cü il tarixli ****F nömrəli kredit müqaviləsi üzrə ##.##.2017-ci il tarixə 331250,56 manat əsas, 147.776,09 faiz, ##.##.2013-cü il tarixli ****F nömrəli kredit müqaviləsi üzrə ##.##.2017-ci il tarixə 140.896,9 manat əsas, 98.549,55 manat faiz, ##.##.2013-cü il tarixli, ****F nömrəli kredit müqaviləsi üzrə ##.##.2017-ci il tarixə 00,0 manat əsas, 21.975,39 manat faiz, ##.##.2013-cü il traixli ****F nömrəli kredit müqaviləsi üzrə ##.##.2017-ci il tarixə 0.00 manat əsas, 108.075,08 manat faiz borcu təşkil etmişdir.
28. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili vəkil1 izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, iddiaçının 3 milyon dəyərində olan evi satılıb və borca yönəldilib. Bank bildirib ki, ev satılacaq, bank da iddiadan imtina edəcək. Ev 800.000 dəyərində necə qiymətlənə bilərdi. Bank iddiaçının əmlakını qeyri-qanuni şəkildə satıb. 3 milyon dəyəri var idi. Iddiaçının evini satıblar, amma borcunu silməyiblər. Bank Nərimanov Rayon Məhkəməsindəki iddiadan imtina ərizəsi verilməsə idi, qiymətləndirmə ekspertizası təyin ediləcəkdi. Bank iddiadan qismən imtina edə bilərdi. Eskpert rəyləri isə, ümumiyyətlə, ziddir. Əsas borcun 0 manat olması barədə sənədləri də var. Ekspert isə borcun olduğunu yazıb. Borcun nə qədər olduğunu nə bank, nə də ekspert deyə bilmir. Rəylər ziddiyyətlidir. Direktor barəsində cinayət işi açılıb. Mədaxil bankdadır. Evi Bank satmışdır. Ev 800.000 dəyərində satılmışdır. Bank deyib ki, müştəri tapılıb, ev satılandan sonra borc silinəcək. Iddiaçı da razılaşıb. Ev satılıb, pul banka verilib. Ev qiymətləndirilməyib. Dəyanət Quliyev barəsində cinayət işi açılıb, həmin şəxs Idarə Heyətinin sədri olub. Nərimanov Rayon Məhkəməsindəki iddiadan imtina ərizəsini imzalayan şəxs də odur. Bank kredit borcu barədə kredit bürosuna səhv məlumat ötürmüşdür və bunu etiraf etmişdir. 570877 manat borc yoxdur. Məhkəmə ekspertiza təyin edib və qətnaməsində ekpsert rəyinə əsaslanıb. Əgər rəy mötəbər sübut sayılırsa, onda iddia qismən təmin edilməli idi. 2 ekspert rəyi var, ikisi də ziddiyət təşkil edir. Rəylərdən birində 319000 manat, digərin də 309759 manat faiz borcunun olduğu qeyd edilib. Ekspertlərdən biri rəy verməkdən imtina edib və səbəb olaraq bildirmişdir ki, mədaxil və məxaric sənədləri ona təqdim edilməyib. Digər ekspert isə həmin sənədlərin təqdim edilməməsinə baxmayaraq rəy vermişdir. Bu da rəylərin doğruluğunu şübhə altına alır. Kredit bürusonda göstərilən borcun olması düzgün deyil, razılaşmırlar. Buna görə iddiaları təmin edilməlidir. Bank iddiadan imtina edib, tələb edilməyən pula Bank necə faiz tələb edə bilər. Iddiaçının 3 milyon dəyəri olan evi satılıb və borca yönəldilib. Bankın qeyri-qanuni əməlləri olub. Bank iddiaçının əmlakını qeyri-qanuni şəkildə satıb, mənimsəyib. Bununla bağlı direktor barəsində cinayət işi açılıb. Alğı-satqı müqaviləsinin ləğvini tələb edirdilər, həmin dövrdə bank iddiadan imtina etdi. Iddiaçıya arayış veriləcəyi vəd edildi, iddiaçı müraciət edəndə isə verilmədi. Bank borcun tam ödənilməsi ilə bağlı iddiaçıya arayış veriləcəyini vəd etsə də verilməyib. Iddiaçı illər sonra hüquqularının pozulduğunu bilib, Bankdan borc götürmək istəyən zaman bu məsələlərdən məlumatı olub.
29. Apellyasiya baxışında cavabdehin nümayəndəsi nümayəndə1 izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, Rayon məhkəməsində ekspertiza keçirilib. Rəy də verilib. Imtina yoxdur. Sübut olunub ki, iddiaçının borcu var. Borc ola-ola məlumatları bank necə yerləşdirə bilər. Məlumatların səhv sayılması və silinməsi ayrı tələbdir, məhkəmə qərarı ilə düzəliş edilir. Iddiaçının borcunun olmamasını qəbul etmirlər. Sübutetmə iddiaçının üzərinə düşür, sənədləri o təqdim etməlidir. Kredit bürosuna düzgün məlumat vermişlər, hesabdan çıxarışları, daxil olan və çıxarılan vəsaitlər təqdim edilib. Ekspertlər də müqaviləyə və hesabdan çıxarışa əsasən rəylər veriblər. Iddiaçının borcu olduğu halda Bank kredit bürosuna borcun olmadığı barədə necə məlumat verə bilər. Bir neçə dəfə eskpertiza keçirilib. Nərimanov rayon məhkəməsində Bankın iddiadan imtina səbəbini bilmir. Bank düzgün işləmədiyi üçün hazırda ləğv prosesindədir. Bir ekspert imtina edib, digərləri rəyini verib. Ekspertin yanaşması fərqli olub. Bankın direktoru barəsindəki cinayət işi ilə bağlı məlumatı yoxdur. Borcun silinməsi ilə bağlı səlahiyyət tələb olunur. Idarə heyətinin belə bir səlahiyyəti yoxdur. Şəxs borcun silinməsi ilə bağlı vaxtında müraciət etməmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya icraatında ekspertiza keçirilib və müvafiq rəylər var. Onlar hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunidir. Iddia tələbindən imtina edilsə belə, fakt mövcuddur. Bank ləğv edildikdən sonra, Əmanətlərin Sığortalanması Fondu tərəfindən araşdırma aparıldıqda müəyyən edilib ki, şəxsə münasibətdə borc məbləği var. Borc olduğu halda bunun silinməsi mümkün deyil. Əmlak onlara təhvil verilməyib, Bankla razılaşma olub, özü satıb və pulu verib. Borclu hüququnun pozulduğunu gördüyü halda davam etməyib və haqqını tələb etməyib. Bank müdaxilə etməyib, alqı-satqını vətəndaş özü edib. Rəyə əsasən həm əsas borc, həm də faiz borcu mövcuddur.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci nstansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin olunmuş, cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2013 cü il tarixli, 4629 F nömrəli, ##.##.2013-cü il tarixli, 4258 F nömrəli, ##.##.2013-cü il tarixli, 4590 F nömrəli, ##.##.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqavilələri üzrə borcun olmamasına dair məlumatın Azərbaycan Respublikası Mərkəzi Bank və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim olunması cavabdeh LPO cavabdeh2 ASC-yə (cavabdeh LPO cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ) həvalə edilməsi qət edilmişdir. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Fərrux Qasımov)
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, cavabdeh tərəf də öz rəsmi məktubunda göstərmişdir ki, ipoteka predmetləri bankın razılığı ilə ## #### 2017-ci il və ## #### 2017-ci il tarxilərdə satılaraq borcun ödənilməsinə yönəlmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli ekspert rəyində qeyd edilən hesabdan çıxarış məlumatında ##.##.2017-ci il tarxiə və ##.##.2017-ci il tarixə cəmi 990000 manat ödəniş öz təsdiqini tapır. Deməli, ipoteka predmetləri satıldıqdan və bu ödənişlər edildikdən sonra Bank iddiadan imtina edilməsinə dair ## ####### 2017-ci il tarixli ərizə təqdim edərək cavabdeh (hazırki işdə iddiaçı) ilə razılıq əldə olunduğu üçün icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. O da nəzərə alınmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsində ipoteka predmetlərinin ilkin satış qiyməti 1.300.000 manat və 260.000 manat məbləğində müəyyən edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin hallarına görə iddiaçı ilə cavabdeh arasında onlar arasında bağlanmış kredit müqavilələri üzrə kredit borcunun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə iddiaçı olan Bankın tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, apellyasiya mərhələsində isə Bank ipoteka predmetləri satıldıqdan və ödəniş olunduqdan sinra iddiadan imtina etməsi barədə ərizə təqdim edərək cavabdehlə razılıq əldə olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəmə tərəfindən iş üzrə icraata xitam verilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, məhkəmə təcrübəsində iddiadan imtina, xüsusilə borc münasibətlərində, adətən tərəflər arasında öhdəliyin icra olunması və ya razılaşdırılmış əvəzlə xitam verilməsi ilə bağlı olur. Öhdəliyin icra ilə xitamı yalnız formal “borc yoxdur” arayışı ilə deyil, tərəflərin iradəsi, icra xarakterli davranışları və kreditorun sonrakı prosessual mövqeyi ilə də müəyyən edilə bilər. Kreditor icranı qəbul edirsə, bu, artıq öhdəliyin sona çatmasına yönəlmiş iradə kimi qiymətləndirilməlidir. Əgər kreditor təqdim edilən icranın öhdəliyin icrası olmadığını iddia edirsə, bunun sübutetmə yükü onun üzərinə düşür.
35. Nəzərə alınmalıdır ki, ipoteka predmetləri satıldıqdan və ödəniş olunduqdan sonra bank iddia tələbindən imtina etməsi barədə məhkəməyə ərizə vermişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə iddiadan imtina edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadının olması iddianın yolverilməzliyi üçün əsasdır. Bu halda borclunun əlavə bir təsdiq edici sənədi tələb etməyə zərurət duymaması ağlabatan görünür.
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bank tərəfindən iddiadan imtina edilməsini yalnız prosessual addım kimi dəyərləndirməklə birinci instansiya məhkəməsi mübahisənin həllinə çox formal yanaşaraq iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.2, 385.1, 435, 527.1, 528, 529.1, 529.2, 529.8, 560.1-ci, “Banklar haqqında” Qanunun 35.4, 71.3-cü, “Kredit büroları haqqında” Qanunun 2 və 10.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə icraatın gedişində verilmiş hər üç ekspert rəyindən (##.##.2023-cü il, ##.##.2023 və ##.##.2025-ci il tarixli) aydın olur ki, iddiaçının Banka borcu mövcuddur. Hərçənd apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə tərkibi ekspert rəyləri arasında kəskin fərqin olduğunu əsas gətirərək iddianın təmin edilməsi qənaətinə gəlsə də, eskpert rəylərində borcun olduğu faktı inkar edilmir. Yəni ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait əsas borc məbləğinin bağlanmasına yönəldilsə də, nəticə etibarilə kredit alanın külli miqdarda faiz və cərimə borcu qalmaqdadır. Bu isə müqavilə öhdəliklərinin, konkret olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinin 3.4 və 5.2-ci bəndlərində qeyd edilmiş pul öhdəliklərinin yerinə yetirilməməsi deməkdir. Nəticə etibarilə müqavilə öhdəliyi tam şəkildə yerinə yetirilməyibsə, mövcud öhdəliyin kredit reyestrində yerinə yetirilmiş kimi göstərilməsi də əsassızdır. Məhkəmənin “iddiadan imtina” ilə bağlı mövqeyinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə icraatının gedişində hər iki ipoteka predmeti satılmış və ilk növbədə kredit müqavilələri üzrə əsas borcların ödənilməsinə yönəldilmişdir. X2 sədrinin kredit alanla şəxsi münasibətlərinin olması nəticəsində bank onun tələbinə baxılarkən iddiadan imtina etmişdir. Tərəflər arasında əldə olunmuş razılıq işin məhkəmədən geri götürülməsi, əmlakların satılaraq borcun bir hissəsinin bağlanması, daha sonra isə qalıq borcun ödənilməsi üçün cavabdehə vaxt verilməsi barədə olmuşdur. Mülkiyyətçi olan iddiaçıya yaradılmış bu imkan nəticəsində o, şəxsən əmlakını sərbəst surətdə istədiyi şəxsə sataraq borcunun bir qismini bağlamışdır. Belə olmasaydı, Bank aradan keçən uzun müddət ərzində iddiaçının qalıq borcunun kredit reyetsrindən silinməsi barədə müvafiq quruma müraciət edər, yaxud borcun olmaması barədə müştəriyə arayış təqdim edərdi. Çünki Mülki Məcəllənin 529.1-ci maddəsinin tələbinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Borc bağlanmadığından təbii ki, belə bir arayışın verilməsindən söhbət gedə bilməz. Bankın ## ####### 2017-ci il tarixli “iddiadan imtinaya dair ərizə”sinə gəldikdə isə, xüsusilə vurğulanmalıdır ki, ərizənin məzmunundan göründüyü kimi, burada “İddiaçı Bayraməli oğlunun cavabdeh2 ASC-yə borcunun olmaması yaxud borcunun tamamilə ödənilməsi” barədə heç bir qeyd yoxdur. Iddiaçının Banka olan qalıq borcunun silinməsi barədə də həmin bankın nə Idarə Heyətinin, nə Müşahidə Şurasının, nə X12, nə də ki, hər hansı daxili komitəsinin qərarı mövcud deyil. Bank ərizədə qeyd etdiyi kimi yalnız kredit alanla əmlakların satılması ilə bağlı razılıq əldə etdiyindən işin məhkəmə müstəvisində həllini istəməmişdir. Prosessual olaraq iş üzrə icraata xitam verilməsi həmin iddianın yenidən məhkəmədə qaldırılmasını istisna etsə də, özü-özlüyündə həmin tələbdə qeyd edilmiş öhdəliyin icra olunması faktını təsdiq etmir. Iddiadan imtina iddiaçıya verilmiş prosessual hüquqdur və bu hüquqdan da Bank istifadə etmişdir. Lakin Bank bu borcu məhkəmə qaydasında deyil, məhkəmədənkənar qaydada bu gün də iddiaçıdan tələb edir. Mahiyyət etibarilə Banka olan borc bağlanmadığından buna dair arayışın da verilməsi kreditorun mənafeyinə ziddir. Mülki Məcəllədə öhdəliyin xitamı əsasları kimi yalnız onun icra olunması, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcun bağışlanması, müddətin keçməsi və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar göstərilmişdir. Göründüyü kimi qeyd olunan siyahıda kreditorun iddia tələbindən imtina etməsi göstərilməmişdir. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında əldə olunmuş razılığa əsasən bank borcluya güzəştə getmiş və pul tələbi ilə bağlı məhkəmə mübahisəsinin davam etdirilməsində maraqlı olmamışdır. Bank hələ 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinə iddiaçıya qarşı iddiadan imtina olunmasına dair ərizə vermişdir. Hazırkı iddia tələbinə baxan apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan halına münasibət bildirərkən qeyd etmişdir ki, “Öhdəliyin icra ilə xitamı yalnız formal “borc yoxdur” arayışı ilə deyil, tərəflərin iradəsi, icra xarakterli davranışları və kreditorun sonrakı prosessual mövqeyi ilə də müəyyən edilə bilər. Kreditor icranı qəbul edirsə, bu artıq öhdəliyin sona çatmasına yönəlmiş iradə kimi qiymətləndirilməlidir. Əgər kreditor təqdim edilən icranın öhdəliyin icrası olmadığını iddia edirsə, bunun sübutetmə yükü onun üzərinə düşür”. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi bankın iddiadan imtinaya dair ərizəsini onun icranı tam şəkildə qəbul etməsi kimi qiymətləndirmiş və bunu məhz öhdəliyin icra qaydasında xitamı ilə əlaqələndirməyə cəhd göstərmişdir. Bu cür mövqe əsaslı hesab oluna bilməz. Çünki Mülki Məcəllənin 528-ci maddəsində öhdəliyə icra nəticəsində xitam verilməsi anlayışına izah verərkən qeyd olunur ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Yəni öhdəlik tam şəkildə icra olunmalıdır. Eləcə də MM-in 529.1-ci maddəsində qeyd olunur ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən fərqli olaraq, Mülki Məcəllə öhdəliyin icrasının qəbulunu yalnız buna dair sənədin verilməsi ilə şərtləndirir. Hazırki mübahisədə borcun mövcudluğu özü-özlüyündə təsdiq olunur. Üstəlik buna dair məhkəmə tərəfindən əldə edilmiş sübutlar da (ekspert rəyləri) mövcuddur. Apellyasiya məhkəməsinin qeyd etdiyi kimi kreditorun üzərinə öhdəliyin icra olunmamasına dair sübutetmə yükü qoyula bilməz. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə lazımi qaydada əməl etməklə qanuni və əsaslı qətnamə çıxarsa da, Bakı Apellyasiya Məhkəməsi bunun tam əksinə, iş materialları ilə öz təsdiqini tapan hallara uyğun nəticəyə gəlməmişdir. Bir tərəfdən iş üzrə verilmiş bütün ekspert rəyləri iddiaçının cavabdeh kredit təşkilatına külli miqdarda borcunun olduğunu təsdiq edir. Digər tərəfdən 2017-ci ildə cavabdehin Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi “iş üzrə iddiadan imtina edilməsi”nə dair ərizədə iddiaçının Banka borcunun olmamasına dair hər hansı qeyd mövcud deyil. Üçüncü bir tərəfdən nə Bank, nə də onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müştəriyə borcun olmaması barədə hər hansı arayışı vermədiyi də işin mübahisəsiz haldır. Bütün bu sübutlarla baxmayaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini yalnız özünün formal mülahizəsinə - bankın iddia tələbindən imtina etməsi faktına görə ləğv etmiş və MPM-in 385.2-ci maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 35.4. Banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank X12, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.
“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır: 2.0.2. kredit tarixçəsi- məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusu; 2.0.3. kredit tarixçəsinin subyekti- barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxs; 2.0.4. borc- verilmiş kreditlər, açılmış kredit xətləri, balansdan silinmiş kreditlər, qarantiya, zaminlik, uçota alınmış veksellər, nisyə satılmış malların dəyəri, lizinq və faktorinq əməliyyatları nəticəsində yaranan borc; 2.0.5. kredit tarixçələrinin məlumat bazası- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən informasiya sistemlərinə əsaslanan kredit bürosunun məlumat resursları; Maddə 10.1. Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddı 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır.
47. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını, o cümlədən iddia tələbi, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə bağlı xüsusatları, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.
48. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qeyd edildiyi kimi məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Məhkəmə kollegiyası Mülki Məcəllənin 528 və 529.1-ci maddələrinin tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin normalarla bağlı öz mövqeyini əsaslandırmışdır (bax:34cü bənd). Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşdığı üçün bu dəlillə bağlı əlavə şərhə zərurət görmür.
50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh LPO cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.