Məhkəmə qərarları › İş №2(1-8)-846/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-846/2026

01.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-846/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qazla təchiz edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsinin qazla təchiz edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsində yerləşən ** saylı (yeni qaydalarla: ünvan 2 41) fərdi yaşayış evi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 1/5 hissədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 1/5 hissədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 3/20 hissədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 2/5 hissədə, İddiaçı (bundan sonra “iddiaçı”) 1/20 hissədə payları müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Iddiaçı paylı mülkiyyətində olan hissədə fərdi yaşayış evinin qazla təchiz edilməsi barədə Cavabdeh Istehsalat Birliyinə (bundan sonra cavabdeh) müraciətlər etmiş, lakin ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli cavab məktublarında həmin ünvanın daha öncə qaz təchizatı ilə təmin olunması, göstərilən ünvanda G4 markalı, 20110739029 sayıl qaz sayğacının quraşdırılması (abonent kodu 101202501500010) və həyətyanı sahədə inşa edilmiş ikinci yaşayış evinin mülkiyyət sənədləri təqdim edilmədiyindən, eyni ünvana 2-ci qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsinin mümkün olmadığı bildirilmiş və bu əsasla qeyd edilən məsələnin müsbət həllindən imtina edilmişdir.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialına edilmiş müraciətə cavab olaraq isə fərdi yaşayış evinin 3,65 kv.m. hissəsi üzərində iddiaçının mülkiyyət hüququ olduğu halda, onun 24 kv.m sahəsi olan 1 otaqlı yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsinin tələb edildiyi, həmin tikilinin sahəsinin mülkiyyət sənədlərinə uyğun olmadığı və mövcud tikilinin mülkiyyət sənədləri təqdim edilmədiyi üçün texniki şərtin verilməsinin mümkün olmadığı qeyd edilmiş və məsələ ilə bağlı Cavabdeh IB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Iddiaçıdan başqa bütün digər paylı mülkiyyətçilərlə cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələr bağlanmış və fərdi yaşayış evi onların paylı mülkiyyətlərində olan hissədə qazla təchiz edilmişdir.

4. Iddiaçının paylı mülkiyyətində olan hissədə fərdi yaşayış evinin su və elektrik enerjisi ilə təchiz edilməsi üçün müvafiq olaraq “xxxx” X1 (##.##.2025-ci il) və “xxxx” ASC (##.##.2025-ci il) tərəfindən Texniki Şərtlər verilmiş və həmin sahə su və eleketrik enerjisi ilə təchiz edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan fərdi yaşayış evində pay sahibi olduğu hissənin qazlaşdırılması hüququnun təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən qanuna zidd olan və hüquq normalarına əsaslanmayan iki fərqli məzmunlu qərar qəbul edilmişdir. Müraciəti qış aylarına təsadüf etdiyinə və xüsusən də qış aylarında qaz təminatının əvəzsiz rolu olduğuna baxmayaraq, cavabdeh tərəfindən qərəzli qərar qəbul olunarkən tək yaşaması, yaşlı nəslin nümayəndəsi olması və hətta mərhum həyat yoldaşı Əsgərov Möhübbət Sobya oğlunun İ Qarabağ Müharibəsi veteranı olması nəzərə alınmamışdır. Xüsusi mülkiyyətində olan fərdi yaşayış evində pay sahibi olduğu hissənin qazlaşdırılması üçün Cavabdeh IB-yə müraciət etdiyi qaydada digər orqanlar olan “xxxx” ASC-yə elektrik sayğacının və “ADSEA”ya su sayğacının quraşdırılması üçün müraciət etmiş, “xxxx” ASC tərəfindən elektrik sayğacı və “ADSEA” tərəfindən su sayğacı quraşdırılmış, lakin qaz sayğacı qanunsuz səbəblərə görə bu günədək quraşdırılmamışdır. Cavabdeh IB ilə yaranmış mübahisəli məsələnin həll olunması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı fillialına şikayət ərizəsi ilə müraciət edilmişdir. Müraicətlə əlaqədar həmin qurumdan aldığı cavab məktubunda qeyd olunan mübahisəli məsələ ilə bağlı iddia ərizəsi ilə Cavabdeh IB-yə qarşı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

7. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, qeyd olunan iş üzrə məhkəmə aidiyyatı pozulmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsi, ev 15 (yeni qaydalarla: ünvan 2 41) ünvanında yerində müayinə keçirilmişdir. Müayinə zamanı fərdi yaşayış evinin yerləşdiyi həyətdə ayrıca təcrid olunmuş, sahəsi təxminən 20 m2 olan, bir otaqdan ibarət tikili aşkar olunmuşdur. Həmin tikilinin yaşayış üçün yararsız vəziyyətdə, təmirsiz, yalnız beton döşəmə və tavandan ibarət, içəridə boş banka və s. digər əşyalar saxlanıldığı yardımçı sahə olduğu müəyyən olunmuşdur.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim X3) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məişət təyinatlı tikinti obyektlərinin qazlaşdırılması üçün onun məhz fərdi yaşayış evi olması şərt deyil. Belə ki, həyətdə olan yardımçı tikililər də tikinti obyekti kimi ümumi qaydada təbii qazla təchiz edilə bilər. Bunu qanunla qadağan edən hər hansı norma yoxdur. Bununla belə nəzərə alınmalıdır ki, həmin tikilinin qazla təchiz edilə bilməsi üçün qanunvericilik bəzi tələblər müəyyən etmişdir. Belə ki, tikinti obyektinin qazlaşdırılması üçün tikinti obyektinin və ya onun yerləşdiyi torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi), eləcə də tikintiyə icazə sənədi mövcud olmalıdır. Lakin hazırkı iş üzrə mübahisə predmeti olan tikinti obyektinə münasibətdə bu sənədlərin heç biri mövcud deyil. Elə iş üzrə cavabdeh də iddiaçının müvafiq müraciətindən imtina edərkən onun tikinti obyekti üzərində hüquqmüəyyənedici heç bir sənədinin olmamasına istinad etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi olması, torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığı halda (sahə dövlət mülkiyyətindədir) ona torpaq sahəsi üzərində yerləşən tikili üzərində heç bir əşya hüququ vermir. Digər tərəfdən, bu tikilinin məhz fərdi yaşayış evi kimi istismarı nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş tikintisinə icazə tələb olunmayan tikinti obyektlərindən hesab olunmur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istər hüquqmüəyyənedici sənədin, istər tikinti obyektinə icazə sənədinin, istərsə də texniki şərtin verilməsi üçün sözügedən tikinti obyektinin təyinatına uyğun prosedur aparılması qanunvericiliyin tələbidir. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Yardımçı tikili - fərdi yaşayış evinin sakinlərinin təsərrüfat-məişət ehtiyaclarının ödənilməsi məqsədilə nəzərdə tutulan tikililərdir (qaraj, anbar, talvar, yay mətbəxi, su quyusu, hovuz, istixana və s.).

13. Məhkəmə hesab etmişdir ki, əgər iddiaçı sözügedən tikinti obyektini məhz fərdi yaşayış evi kimi təbii qazla təchiz etmək istəyirsə, bu obyekt fərdi yaşayış evi təyinatına uyğun gəlməlidir. Hazırkı işdə isə bunun əksi müəyyən edilmişdir. Digər tərəfdən, tikinti obyekti üzərində heç bir mülkiyyət sənədi və tikintiyə icazə sənədinin olmadığı da nəzərə alınmalıdır. Bu səbəblərdən cavabdeh Cavabdeh IB tikinti obyektinin qazlaşdırılmasından (texniki şərtin verilməsindən) imtina etməkdə haqlı olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə almışdır ki, sözügedən tikinti obyektinin digər kommunal xidmətlərlə təchiz edilməsi onun təbii qazla da təchiz edilməsini şərtləndirən amil kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda istinad edilmiş normativ aktlardan göründüyü kimi, təbii qazla təchiz edilmə ilə bağlı qanunvericilik ayrıca prosedur nəzərdə tutmuşdur və bunun digər kommunal xidmətlərin göstərilməsinə aidiyyəti yoxdur. Odur ki, iddia təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia təmin edilmədiyindən tərəflərin heç birindən rüsum tutulmamalıdır.

15. Məhkəmə mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci, 11-ci, 13-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1-ci, 1.2-ci, 1.7-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1-3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin öz qətnaməsində istinad etdiyi hallarla gəldiyi nəticə bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində onun tələbinin əsaslı olduğunu dolayı yolla təsdiq etsə də, sonda əsaslı bir iddianı rədd etmişdir. Belə ki, məhkəmə, qazlaşdırmadan imtinanın əsası kimi cavabdehin məktubunda onun paylı mülkiyyətçi olduğu evə dair hər hansı mülkiyyət haqqında sənədin təqdim edilmədiyini qəbul etmiş, lakin iş materiallarında onun mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın olmasına və məhkəmənin özünün də həmin mötəbər və iddianın əsaslılığını təsdiq edən sənədə sübut kimi istinad etməsinə baxmayaraq, əsaslı bir iddianı rədd etmişdir. O, ünvan 1 41 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisidir və həmin evdə yaşayaraq, təsərrüfat aparır. Onun eyni ünvanda ayrıca təsərrüfat aparmasına baxmayaraq, onun adına qaz kodunun olmaması və istifadəsində olan yaşayış sahəsinə görə ayrıca qaz sayğacının quraşdırılmaması səbəbindən, onun digər paylı mülkiyyətçilərdən asılılığı yaranır ki, bu da periodik olaraq onlar arasında narazılıq və mübahisələrin yaranmasına səbəb olur. Bu səbəbdən də adına ayrıca kodun açılaraq, qaz sayğacının quraşdırılmasını istəyir ki, bu asılılıq və mübahisələr sona çatsın. Qətnamədə qazlaşdırılması tələb olunan sahənin yaşayış üçün uyğun olmamasının əsas gətirilərək iddianın təmin olunmamaı isə əsassızdır. Belə ki, o, hazırda həmin fərdi yaşayış evində yaşayır və onun ayrıca yaşayış otağı mövcuddur. Lakin o, məhkəmədə qeyd olunan yardımçı sahədən mətbəx kimi istifadə etmək istəyir ki, bu səbəbdən də qaz sayğacının quraşdırılaraq, adına ayrıca kod açılmasını xahiş etmişdir. Lakin nədənsə, həm cavabdeh öz imtinasında, həm də məhkəmə öz qətnaməsində işin bu faktiki halını düzgün qiymətləndirməmişlər. Məhkəmənin özünün də qətnaməsində qeyd etdiyi kimi, qanunvericilikdə yardımçı tikililərin də qazlaşdırılmasına hər hansı qadağa nəzərdə tutulmamışdır. Həmçinin, qanunvericilikdə eyni ünvanda yaşayan bir neçə paylı mülkiyyətçinin hər birinin adına ayrıca kodun açılması və onların bu kodlarına uyğun olaraq, qaz sayğaclarının quraşdırılmasına da hər hansı qadağa yoxdur. Əksinə, praktikadan da məlumdur ki, Bakı şəhərinin qəsəbə və kəndlərində yerləşən evlərin bir çoxu bu vəziyyətdə bir neçə qardaşın və ya yaxın qohumların adına paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bir ünvan altında yerləşən evlər bir neçə ailə arasında faktiki bölünərək istifadə edilir və onların da hər birinin adına ayrıca kod açılaraq, qaz, su və işıq sayğacları quraşdırılmışdır. Elə hazırkı iş üzrə qətnamədə də göstərildiyi kimi, onun adına ayrıca su və işıq sayğaclarının quraşdırılaraq kodun açılması da bu halı təsdiq edir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsində yerləşən ** saylı (Yeni qaydalarla: AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülülə qəsəbəsi, Vüqar Bədəlov küçəsi, giriş 41) fərdi yaşayış evinin iddiaçı İddiaçı paylı mülkiyyətində olan hissəsinin təbii qazla təchiz edilməsi öhdəliyinin cavabdeh Cavabdeh Istehsalat Birliyinin üzərinə qoyulması, iddiaçı İddiaçı ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh Istehsalat Birliyindən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir

20. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinin onun paylı mülkiyyətində olmasına, onun həmin sahədən yaşayış sahəsi kimi istifadə etməsinə, fərdi yaşayış evinin digər paylı mülkiyyətçilərin mülkiyyətində olan hissələrin bağlanmış müqavilələrə əsasən qazla təchiz edilməsinə, ona məxsus hissədə fərdi yaşayış evinin su və elektrik enerjisi ilə təchiz edilməsinə istinad edərək, mülkiyyətində olan sahənin təbii qazla da təchiz edilməsi (qazlaşdırılması) öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

21. Məhkəmə kollegiyası mübahisə ilə bağlı ilk növbədə qeyd edir ki, əhalinin qazlaşdırılmasının məqsədi – ölkə əhalisinin təbii qazla dayanıqlı, təhlükəsiz və fasiləsiz təmin olunmasını həyata keçirməklə, yaşayış şəraitinin yaxşılaşdırılması, sosial rifahın yüksəldilməsi, enerji resurslarından səmərəli istifadə olunması və ekoloji tarazlığın qorunmasını təmin etməkdir. Məhz bu istiqamətdə cavabdeh ölkə ərazisində əhalinin təbii qazla fasiləsiz, təhlükəsiz və keyfiyyətli təminatını həyata keçirən səlahiyyətli qurumdur. Cavabdeh yaşayış məntəqələrinin qazlaşdırılması, qazpaylayıcı şəbəkələrin qurulması və istismarı, texniki təhlükəsizlik tədbirlərinin görülməsi, abonent uçotunun aparılması və istehlakçı hüquqlarının qorunması sahəsində dövlət siyasətinin icrasını təmin edir. Bu səbəbdən də qazlaşdırmadan imtina yalnız obyektiv, qanuni və əsaslandırılmış olmalıdır.

22. Iddiaçının qazlaşdırılmasını tələb etdiyi sahə onun paylı mülkiyyətində olmaqla mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iddiaçı hazırda orada yaşayır. Onun mülkiyyətini təşkil edən sahənin ölçü etibarı ilə kiçik olması (3,65 kv.m), habelə faktiki olaraq daha böyük ölçüdə olması (24 kv.m) onun mülkiyyət hüququnu (3,65 kv.m), habelə daha artıq sahəyə (24 kv.m) münasibətdə mülkiyyət huquna olan gözləntisini aradan qaldırmır.

23. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının paylı mülkiyyətində olan sahənin məhz mövcud olan faktiki vəziyyətində (ölçülərində) su və elektrik enerjisi ilə təchiz edilməsi üçün müvafiq olaraq “xxxx” X1 (##.##.2025-ci il) və “xxxx” ASC (##.##.2025-ci il) tərəfindən Texniki Şərtlər verilmiş və həmin sahə hazırda mövcud olan vəziyyətində su və elektrik enerjisi ilə təchiz edilərək, sayğaclarla təmin edilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıdan başqa bütün digər paylı mülkiyyətçilərin hər biri ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı 24.barədə” müqavilələrə əsasən onların paylı mülkiyyətlərində olan sahələr cavabdeh tərəfindən qazla təchiz edilmiş və buna uyğun olaraq qaz sayğacları quraşdırılmaqla onların hər birinə abonent kodu verilmişdir. Iddiaçının mülkiyyətində olan sahənin təbii qazla təmin edilməsindən imtina edilməsi barədə cavabdehin ##.##.2025-ci il tarixli məktubunda istinad edilmiş *************** saylı abonent kodunun isə iddiaçıya və onun mülkiyyətində olan sahəyə hər hansı aidiyyəti yoxdur. Bu abonent kodu üzrə istehlakçı kimi paylı mülkiyyətçilərdən biri olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 qeydiyyata alınmışdır. Bu səbəbdən həmin hala söykənən imtina əsaslı hesab edilə bilməz. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 mülkiyyətində olan sahə də (3/20) ölçü etibarı ilə iddiaçının mülkiyyətində olan sahədən elə də böyük deyil. Lakin bu hal həmin sahəni qazla təchiz etməkdə cavabdehə maneə olmamışdır. Ümumiyyətlə cavabdehin bu mövqeyi əsas götürülsə idi (##.##.2025-ci il və ##.##.2025-ci il tarixli məktublar) həmin ünvanda, iddiaçıdan başqa digər dörd payçının əmlakı, xüsusilə də 3/20 hissə qazla təchiz edilməməli və sayğaclar quraşdırılmamalı idi. Lakin həmin vaxt cavabdeh bu mövqedən çıxış etməmiş və bunun nəticəsi olaraq 4 sayğac quraşdırılmışdır. Hər bir sayğacın quraşdırılmasından əvvəl texniki şərtlər tərtib edilmiş və bu zaman artıq mövcud olan sayğac (sayğaclar) yeni (növbəti) sayğacın quraşdırılmasından imtina üçün əsas olmamışdır.

25. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd etməyi zəruri hesab etmişdir ki, qüvvədə olan Rəqabət Məcəlləsi Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, Həmin Məcəllənin 40.5.9-cu maddəsinə əsasən məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək qadağa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir.

26. Bununla belə, qaz paylayıcısı təbii inhisar subyekti olaraq qanuni əsas olmadan istehlakçı ilə müqavilə bağlamaqdan və onu mülkiyyətində olan sahəni təbii qazla təchiz etməkdən imtina etmişdir. Halbuki, onun bu qaydada davranması yolverilməzdir. Əks hal, əmlak mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına və nəticə etibarı ilə konstitusiya səviyyəsində təsbit edilən mülkiyyətin müdafiəsi prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan cavabdeh əsassız olaraq iddiaçının mülkiyyətində olan sahənin təbii qazla təchiz etməkdən (qaşlaşdırmaqdan) imtina etmişdir. Cavabdehin göstərdiyi səbəblər və istinad etdiyi hallar imtina üçün əsas deyil. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsi isə hazırkı münasibətlərə, yəni iddiaçının paylı mülkiyyətində olan sahəyə münasibətdə ümumiyyətlə tətbiq edilə bilməz. Qeyd edilənlər öz növbəsində iddianın təmin edilməsini şərtləndirir.

27. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Cavabdeh iddiaçının paylı mülkiyyətində olan sahəni təbii qazla təchiz etməkdən (qazlaşdırmaqdan) hər hansı əsas olmadan imtina etmişdir. Bu səbəbdən apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməlidir.

28. Eyni zamanda, iddianın qiyməti (mahiyyət etibarı ilə qiymətləndirilməyən iddiadır) nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 100 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

29. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1, 10-1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydasının 1.1 və 1.4-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

30. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”na, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2009-cu il tarixli ** №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14.6, 14.9-cu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 64, 84.1.3-cü, MPM-in 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, texniki şərtlər texniki tələblərə cavab verməlidir. Iddiaçının qazlaşdırılmasını tələb etdiyi tikili texniki şərtlərə və texniki tələblərə heç bir parametri ilə cavab vermir.

32. Məhkəmə iddiaçının qazlaşdırılmasını tələb etdiyi obyektin “Qaz təchizatı. Layihələndirmə normaları” AzDTN 2.13-1 standartlarının səhifə 19-da nəzərdə tutulmuş Yaşayış evlərinin qaz təchizatı bölməsindəki standartların şərtlərinə cavab verib-verməməsi məsələsinə ümumiyyətlə qiymət verməmiş, bununla da dövlət standartlarının tələblərinin pozulduğu halda belə qaz təchizatını mümkün hesab etmişdir.

33. 2022-ci il ###ın #-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” “Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ###### 2022-ci il tarixli 486-VIQD №li qanunla edilən dəyişikliyə əsasən tarixli 486-VIQD №-li qanunla edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin80.4cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

34. Məhkəmə hesab etmişdir ki, iddiaçının qazlaşdırılmasını tələb etdiyi sahə onun paylı mülkiyyətində olmaqla mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iddiaçı hazırda orada yaşayır. Onun mülkiyyətini təşkil edən sahənin ölçü etibarı ilə kiçik olması (3,65 kv.m), habelə faktiki olaraq daha böyük ölçüdə olması (24 kv.m) onun mülkiyyət hüququnu (3,65 kv.m), habelə daha artıq sahəyə (24 kv.m) münasibətdə mülkiyyət hüququna olan gözləntisini aradan qaldırmır. Bununla da qanunun qeyd olunan maddəsinin tələbi pozulmuş, faktiki olaraq qanunsuz tikilinin (20.kv m) qazılaşdırılması qət edilmişdir. Iddiaçının mülkiyyətini təşkil edən sahənin ölçü etibarı ilə kiçik olması (3,65 kv.m) cavabdeh tərəfindən qazlaşdırmaya imkan verməyən haldır. Belə ki, həmin mülkiyyət hissəsinin qazlaşdırılması üçün texniki şərtin tərtib edilməsi mümkün deyildir.

35. Məhkəmə iddiaçının habelə daha artıq sahəyə (24 kv.m) münasibətdə mülkiyyət huquna olan gözləntisinə istinad edərkən həmin artıq hissənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan tikili olub-olmamasını, olunduğu halda belə icazə alınmadan inşa edilib-edilməməsini, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan tikili olub-olmamasını, tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilib-edilməməsini ümumiyyətlə araşdırmamışdır.

36. Nəticə etibarı ilə qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilmiş obyektin qazlaşdırılması haqqında qanuna zidd qətnamə qəbul etmişdir. Iddiaçının münasibətdə habelə daha artıq sahəyə (20 kv.m) mülkiyyət hüququna olan gözləntisini üstün tutulan məhkəmə qətnaməsinin icra ediləcəyi təqdirdə texniki normalara cavab verməyən şəkildə qazlaşdırmanın mülkiyyətçinin həyatının risk altına alınmasını nəzərə almamışdır.

37. Iddiaçının qazlaşdırılmasını tələb etdiyi obyektə münasibətdə qaz təchizatı sisteminə dair qaydaların tələblərinin yerinə yetirilib-yetirilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Iddiaçının qazlaşdırılmasını tələb etdiyi obyektin təyinatı məlum deyildir, buna görə də istifadə olunması zamanı təhlükəsizlik tələbinə heç bir halda cavab verə bilməz. Qaz təchizatı ilə bağlı Texniki şərtin verilməsi üçün Məcəllənin 84.1.3.–cü maddəsinə əsasən müvafiq mühəndis- 38. kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər nəzərə alınmalıdır. Hazırkı şərtlər daxilində isə cəmi 3.65 kv.m tikili üçün mülkiyyət sənədi olduğundan onun qoşulma nöqtəsinin müəyyən edilməsi mümkün deyildir.

39. Qətnamənin 32-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıdan başqa bütün digər paylı mülkiyyətçilərin hər biri ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələrə əsasən onların qazın alqı-satqısı barədə” müqavilələrə əsasən onların paylı mülkiyyətlərində olan sahələr cavabdeh tərəfindən qazla təchiz edilmiş və buna uyğun olaraq qaz sayğacları quraşdırılmaqla onların hər birinə abonent kodu verilmişdir. Ümumiyyətlə cavabdehin bu mövqeyi əsas götürülsə idi (##.##.2025-ci il və ##.##.2025-ci il tarixli məktublar) həmin ünvanda, iddiaçıdan başqa digər dörd payçının əmlakı, xüsusilə də 3/20 hissə qazla təchiz edilməməli və sayğaclar quraşdırılmamalı idi. Məhkəmə bu qənaətə gələrkən aşağıdakı faktiki halları nəzərə almamışdır: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 101202501500010saylı abonent kodu 2010-cu ilin iyun ayında, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3a oğluna 101202501500000saylı abonent kodu 2010cu ilin iyun ayında, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2101202501510010 saylı abonent kodu 2010-cu ilin noyabr ayında, X2 *************** saylı abonent kodu 2011-ci ilin noyabr ayında verilmiş və sayğaclar quraşdırılmışdır. Göründüyü kimi qeyd olunan kodların hamısı “Qaz təchizatı haqqında” Qanununda edilən ## ###### 2022-ci il tarixli dəyişiklikdən çox əvvəlki tarixlərdə həyata keçirilmiş və ayrı-seçkilik kimi qiymətləndirilə bilməz. Həmçinin də iddiaçının ona aid olduğunu qeyd etdiyi tikilidə yaşaması faktı yalnız iddiaçının apellyasiya məhkəməsində verdiyi ifadə ilə təsdiqlənmiş hesab edilmişdir. Halbuki həmin fakt birinci instansiya məhkəməsində icraat zamanı aparılmış yerində baxışla müəyyən edilmişdir ki, tikilidə heç kim yaşamır, əşyaların saxlanması üçün istifadə edilir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Iddiaçının nümayəndəsi Nümayəndə kassasiya şikayətinə qarşı etiraz göndərərək cavabdeh Cavabdeh IB-nin kassasiya şikayətinin təmin edilməməsi və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

43. Maddə 1. texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir.

44. Maddə 13. 10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydası

45. Bənd 1.1. “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası” (bundan sonra – Qayda) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə əsasən hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə onların qazpaylayıcı şəbəkəyə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 1.1.1. ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması; 1.1.2. ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması; 1.1.3. ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması.

46. Bənd 1.4. Hər bir sifarişçinin (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsi nəzərə alınmaqla) bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının qazlaşdırılmasını tələb etdiyi sahə onun paylı mülkiyyətində olmaqla mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iddiaçı hazırda orada yaşayır. Onun mülkiyyətini təşkil edən sahənin ölçü etibarı ilə kiçik olması (3,65 kv.m), habelə faktiki olaraq daha böyük ölçüdə olması (24 kv.m) onun mülkiyyət hüququnu (3,65 kv.m), habelə daha artıq sahəyə (24 kv.m) münasibətdə mülkiyyət hüququna olan gözləntisini aradan qaldırmır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının paylı mülkiyyətində olan sahənin məhz mövcud olan faktiki vəziyyətində (ölçülərində) su və elektrik enerjisi ilə təchiz edilməsi üçün müvafiq olaraq “xxxx” X1 (##.##.2025-ci il) və “xxxx” ASC (##.##.2025-ci il) tərəfindən Texniki Şərtlər verilmiş və həmin sahə hazırda mövcud olan vəziyyətində su və elektrik enerjisi ilə təchiz edilərək, sayğaclarla təmin edilmişdir. Iddiaçıdan başqa bütün digər paylı mülkiyyətçilərin hər biri ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələrə əsasən onların paylı mülkiyyətlərində olan sahələr cavabdeh tərəfindən qazla təchiz edilmiş və buna uyğun olaraq qaz sayğacları quraşdırılmaqla onların hər birinə abonent kodu verilmişdir. Iddiaçının mülkiyyətində olan sahənin təbii qazla təmin edilməsindən imtina edilməsi barədə cavabdehin ##.##.2025-ci il tarixli məktubunda istinad edilmiş *************** saylı abonent kodunun isə iddiaçıya və onun mülkiyyətində olan sahəyə hər hansı aidiyyəti yoxdur. Bu abonent kodu üzrə istehlakçı kimi paylı mülkiyyətçilərdən biri olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 qeydiyyata alınmışdır. Bu səbəbdən həmin hala söykənən imtina əsaslı hesab edilə bilməz. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 mülkiyyətində olan sahə də (3/20) ölçü etibarı ilə iddiaçının mülkiyyətində olan sahədən elə də böyük deyil. Lakin bu hal həmin sahəni qazla təchiz etməkdə cavabdehə maneə olmamışdır. Ümumiyyətlə cavabdehin bu mövqeyi əsas götürülsə idi (##.##.2025-ci il və ##.##.2025-ci il tarixli məktublar) həmin ünvanda, iddiaçıdan başqa digər dörd payçının əmlakı, xüsusilə də 3/20 hissə qazla təchiz edilməməli və sayğaclar quraşdırılmamalı idi. Lakin həmin vaxt cavabdeh bu mövqedən çıxış etməmiş və bunun nəticəsi olaraq 4 sayğac quraşdırılmışdır. Hər bir sayğacın quraşdırılmasından əvvəl texniki şərtlər tərtib edilmiş və bu zaman artıq mövcud olan sayğac (sayğaclar) yeni (növbəti) sayğacın quraşdırılmasından imtina üçün əsas olmamışdır. Qaz paylayıcısı təbii inhisar subyekti olaraq qanuni əsas olmadan istehlakçı ilə müqavilə bağlamaqdan və onu mülkiyyətində olan sahəni təbii qazla təchiz etməkdən imtina etmişdir. Halbuki, onun bu qaydada davranması yolverilməzdir. Əks hal, əmlak mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına və nəticə etibarı ilə konstitusiya səviyyəsində təsbit edilən mülkiyyətin müdafiəsi prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan cavabdeh əsassız olaraq iddiaçının mülkiyyətində olan sahənin təbii qazla təchiz etməkdən (qazlaşdırmaqdan) imtina etmişdir. Cavabdehin göstərdiyi səbəblər və istinad etdiyi hallar imtina üçün əsas deyil. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsi isə hazırki münasibətlərə, yəni iddiaçının paylı mülkiyyətində olan sahəyə münasibətdə ümumiyyətlə tətbiq edilə bilməz. Qeyd edilənlər öz növbəsində iddianın təmin edilməsini şərtləndirir.

63. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar