Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-848/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Səməd qızının cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı X1 Səməd qızının cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 qarşı “hərracın yekunları barədə protokolun və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli hökmünə əsasən mülki iddiaçı X1 Səməd qızının mülki iddiası qismən təmin edilmiş, vurulmuş zərərə görə 450000 manat pul və ödənilmiş 743 manat dövlət rüsumunun X3 tutularaq mülki iddiaçı X1 Səməd qızına ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır.
2. Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinin 2(004)- ****/**** nömrəli ##.##.2020- ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X3 68000 manat pul tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir.
3. Bakı şəhəri Yasamal rayon Icra Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə ##.##.2023-cü il tarixli ******/** nömrəli sifariş cavabdeh1 MMC-yə göndərilmişdir.
4. “xxxx” MMC-nin ## ##### 2023-cü il tarixli QXM **** nömrəli məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 100000 manat, likvid dəyəri isə 85000 manat təşkil edir.
5. cavabdeh1 MMC-nin açıq hərracın keçirilməsinə dair ##.##.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin hərracın keçirilməsi vaxtı ## #### 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 5000 manat təşkil etmişdir.
6. cavabdeh1 MMC-nin hərracın baş tutmamasına dair ##.##.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş ilkin hərrac baş tutmamışdır.
7. cavabdeh1 MMC-nin təkrar hərracın keçirilməsinə dair ##.##.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 90.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı ## #### 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4500 manat təşkil etmişdir.
8. cavabdeh1 MMC-nin hərracın baş tutmamasına dair ##.##.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır.
9. cavabdeh1 MMC-nin Təkrar hərracın keçirilməsinə dair ##.##.2023- cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 80.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı ## #### 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4000 manat təşkil etmişdir.
10. cavabdeh1 MMC-nin hərracın baş tutmamasına dair ##.##.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır.
11. cavabdeh1 MMC-nin təkrar hərracın keçirilməsinə dair ##.##.2023- cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 70.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı ## #### 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 3500 manat təşkil etmişdir.
12. cavabdeh1 MMC-yə ünvan 2 ünvanında yaşayan cavabdeh2 açıq hərracda iştirak etmək üçün ##.##.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və 3500 manat beh ödəmişdir.
13. cavabdeh1 MMC-nin Açıq hərracın yekunları barədə ## #### 2023- cü il tarixli ***/** nömrəli Protokoluna əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalib alıcı, fiziki şəxs cavabdeh cavabdeh2 tərəfindən 71.000 manat dəyərində əldə edilmişdir.
14. “X5 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, hərrac predmeti olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2023-cü ilin aprel ayı üzrə bazar dəyəri 278.000 manat, likvid dəyəri isə 236.000 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 450 manat təşkil etmiş və iddiaçı X1 Səməd qızı tərəfindən ödənilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
15. Iddiaçı X1 Səməd qızı cavabdeh cavabdeh1 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı X1 Səməd qızının nümayəndəsi və vəkili X4 ##.##.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmişdir. Iddiaçı X1 Səməd qızı ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini “müvafiq fərdi yaşayış evinin satılması üçün yenidən hərrac keçirilməsi” hissəsində azaltmış, ərizə icraata qəbul edilmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- ***/**** nömrəli ##.##.2023-cü il tarixli hökmü ilə mülki iddiaçı X1 Səməd qızının mülki iddiası qismən təmin edilmiş, vurulmuş zərərə görə 450000 manat pul və ödənilmiş 743 manat dövlət rüsumunun təqsirləndirilən şəxs X3 tutularaq mülki iddiaçıya ödənilməsi barədə hökm edilmiş və hökmün icrası Bakı şəhəri Yasamal rayon Icra Şöbəsinə həvalə edilmişdir. Hökmün icrası və borclu X3 digər şəxslər qarşısındakı öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə icra şöbəsi tərəfindən borclu X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və ******/** nömrəli ##.##.2023-cü, il tarixli sifarişlə müvafiq evin hərrac vasitəsilə satışı cavabdeh cavabdeh1 MMC-yə həvalə edilmişdir. Həmin hərrac qanunsuz formada həyata keçirilmiş, əmlakın hərracda satışına dair elan verilməmiş, əmlakın ilkin satış qiyməti 100.000 manat müəyyən edilsə də, 71.000 manat dəyərində satılmışdır. Odur ki, hərracın nəticələri etibarsız hesab edilməlidir.
17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, borclu X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satışına dair açıq hərracın yekunları barədə ***/** nömrəli, ##.##.2023-cü il tarixli protokol və keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və ekspertiza xərci kimi iddiaçı tərəfindən ödənilmiş 450 manat pulun cavabdeh cavabdeh1 MMC-dən tutularaq iddiaçı X1 Səməd qızının xeyrinə ödənilməsi qət edilmişdir (hakim - F.Əlizadə).
18. Məhkəmə qeyd etmişdir ki, hərrac dəyəri bazar dəyərindən 3 dəfəyə yaxın aşağı məbləğdə ilkin hərraca çıxarılmışdır. Əmlakın bazar dəyəri 278.000 manat təşkil etsə də, “xxxx” MMC-nin rəyinə əsasən 100.000 manat məbləğində qiymətləndirilməklə ilkin hərraca çıxarılmışdır. Iş materiallarında olan hökmdəki məlumatlara və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, həm cavabdeh cavabdeh2, həm də borclu X3 rayonu, Bədalan kəndinin sakinləridir. Hərracın nəticələrinin formal əsaslarla pərdələnməsi yolverilməzdir.
19. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə funksiyası təşkil edilməmiş, cavabdeh cavabdeh1 MMC ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir.
20. Məhkəmə cavabdehin vəkilinin iddia müddətinin tətbiqi barədə yazılı ərizəsinə münasibətdə qeyd etmişdir ki, MM-in 354-cü maddəsinin tələbləri kontekstindən etibarsızlığın nəticələrinin aradan qaldırılması ilə bağlı 1 illik kəsici müddətin (iddia müddəti deyildir) tətbiq edilməsi hazırki mülki iş üzrə məqsədəmüvafiq deyildir. Belə ki, etibarsız əqd bağlandığı andan etibarsızlıqdan başqa hər hansı hüquqi nəticə yaratmır. Odur ki, hər hansı hüquqi nəticə yaratmayan hüquqi aktın mübahisələndirilməsinin zamana tabe tutulması normanın qarşısına qoyduğu məqsədlərə uyğun deyildir. Həmçinin, nəticələrin aradan qaldırılması ilə bağlı 1 illik kəsici müddəti tətbiq edərkən əhəmiyyətsiz əqd və mübahisələndirilən əqdlərlə bağlı etibarsızlıq xüsusatının fundamental fərqləri nəzərə alınmalıdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354, 414.1, 414.4, 415, 416-cı maddələrinə, “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 53, 61, 62-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən cavabdeh2 əmlakı vicdanlı əldə edəndir, yəni cavabdeh2 ev alması qanunvericiliklə müəyyən edilmiş qaydada baş vermişdir. Əzimova Nisənin iddia qaldırması, cavabdeh2 “vicdanlı əldə edən” statusundan məhrum etmir. Qanunvericilik vicdanlılıq faktının əşya verilənə qədər mövcud olmasını şərtləndirir. Hazırkı mübahisədə cavabdeh2 əmlakı hərrac yolu alarkən vicdanlı olmuşdur və iş materiallarında bunu istisna edən hal yoxdur. Hətta Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı halda əmlakı əldə edən alıcı vicdanlı hesab edilir. Hərrac keçirilən zaman Əzimova Nisənin hər hansı qanuni qüvvəsini almış məhkəmə qərarı olmamış və cavabdeh2 da Əzimova Nisə ilə bağlı məhkəmə mübahisələrdən məlumatı olmamışdır. Əzimova Nisə ##.##.2024-cü il tarixdə, yəni qanunda nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə tam qanunsuz şəkildə iddia müddətinin tətbiqindən imtina etmiş, qeyd etmişdir ki, hər hansı hüquqi nəticə yaratmayan hüquqi aktın mübahisələndirilməsinin zamana tabe tutulması normanın qarşısına qoyduğu məqsədlərə uyğun deyildir. Məhkəmənin bu mövqeyi də onun mübahisəyə subyektiv və ədalətsiz yanaşmasının bariz nümunəsidir. ##.##.2023-cü il tarixdə keçirilmiş hərracın Əzimova Nisənin tələbkar olduğu icra sənədi ilə heç bir əlaqəsi olmasa da, məhkəmə formal mülahizə əsasında Əzimova Nisənin subyektiv hüququnun olması qənaətinə gəlmişdir. Hərrac ##.##.2023-cü il tarixdə keçirilmiş, Əzimova Nisəyə aid olan məhkəmə hökmü isə ##.##.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni ev başqa bir icra sənədinin icrası ilə əlaqədar hərraca çıxarılmış və həmin vaxt icra qurumunda Əzimova Nisə ilə bağlı heç bir icra işi olmayıb. Sadalanan hallar hazırkı mübahisədə Əzimova Nisənin iddia qaldırmaq üçün subyektiv hüququnun olmasını birmənalı istisna edir.
24. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 Səməd qızı apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, icra mərhələsində Nərimana məxsus olan əmlak, başqa şəxsə olan borcunun bağlanılması məqsədilə cavabdeh1 MMC-nin təşkil etdiyi hərrac nəticəsində 70.000 manata satılması müəyyən edilmişdir. Işin faktiki hallarına əsasən mənzil 4 dəfə hərrac keçirildikdən sonra satılmışdır. Evin satıldığı Nicat adlı şəxs orada yaşadığını bildirsə də, evə real baxış keçirilən zaman orada yaşayış olmadığı müəyyən edilmişdir. Digər tərəfdən isə evin real bazar qiyməti 278.000 manat olması müəyyən edilmişdir. Digər tələbkara olan borcun əsaslı və qanuni olmamasını sübuta yetirə bilməsə də, hesab edir ki, sözügedən icra işi qəsddən aparılmış, nəticədə qarşı tərəf iddiaçının borcunu ödəməkdən yayınmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilmişdir (hakimlər -S.Bəhrəmzadə (məruzəçi), V.Sadıqov və X.Mərdanova).
26. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı X1 Səməd qızının hazırkı iddia tələbi üzrə subyektiv hüququ olduğundan mübahisə predmeti olan hərracın nəticələri iddiaçının tələbkar kimi hüquqlarına birbaşa təsir etmişdir. Baxmayaraq ki, hərrac digər icra sənədi əsasında həyata keçirilmişdir. Belə ki, hərrac obyektinin dəyərindən dəfələrlə aşağı satılması digər icra sənədi üzrə tələbkarın tələbini təmin etsə də, qalıq məbləğin qalmaması iddiaçının müvafiq hökm əsasında verilmiş icra vərəqəsi üzrə tələbinin icrasız qalmasına səbəb olmuşdur. Yəni, həmin əmlak hərracda obyektiv olaraq bazar dəyərində satışa çıxarılmış olsa da, digər icra sənədi üzrə öhdəlik icra edildikdən sonra (68000 manat), qalıq vəsait iddiaçının tələbkar olduğu icra sənədinin icrasına yönəldilməklə tələbin ən azından qismən icrasına şərait yaradacaqdı. Yəni, keçirilmiş hərracın nəticələri hazırkı mülki iş üzrə iddiaçının hüquqlarına bilavasitə təsir etmişdir. Hərracın nəticələrinin formal əsaslarla pərdələnməsi yolverilməzdir.
27. Iddia müddətinin tətbiqinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən halla bağlı birinci instansiya məhkəməsi yetərli olan əsaslandırmasını vermişdir.
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 354, 415, 416, 560-cı, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 53, 61, 62ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh cavabdeh2 (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ##.##.2023-cü il tarixdə keçirilmiş hərracın Əzimova Nisənin tələbkar olduğu icra sənədi ilə heç bir əlaqəsi olmasa da, məhkəmə formal mülahizə əsasında Əzimova Nisənin subyektiv hüququnun olması qənaətinə gəlmişdir. Hərrac ##.##.2023-cü il tarixdə keçirilmiş, Əzimova Nisəyə aid olan məhkəmə hökmü isə ##.##.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni, ev başqa bir icra sənədinin icrası ilə əlaqədar hərraca çıxarılmış və həmin vaxt icra qurumunda Əzimova Nisə ilə bağlı heç bir icra işi olmamışdır. Sadalanan hallar hazırkı mübahisədə Əzimova Nisənin iddia qaldırmaq üçün subyektiv hüququnun olmasını birmənalı istisna edir. Əzimova Nisə ##.##.2024-cü il tarixdə, yəni qanunda nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.
a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Iddiaçı X1 Səməd qızı kassasiya şikayətinə qarşı etiraz göndərərək, etirazda qeyd edilmiş halların nəzərə alınması, cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
36. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
37. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
38. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
39. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
40. Maddə 416.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
41. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
42. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
43. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
“Icra haqqında” Azərbaycan Respublikasının Qanunu
44. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
45. Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
46. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
47. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
48. Maddə 61.2. Ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
49. Maddə 62.1. Icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. Cavabdeh cavabdeh2 kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində, habelə məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz surətdə araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.