Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-877/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X13 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): borcun qaytarılması, alqı-satqı müqaviləsi, əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı X13 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun alınması və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır. Azərbaycana səfər etdiyi müddətdə cavabdeh2 ilə tanış olmaqla aralarında qeyri-rəsmi nikah münasibəti olmuşdur.
2. İddiaçı tərəfindən cavabdeh2 bank hesabına “X1”ı vasitəsi ilə ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrlərdə ümumilikdə 499600 türk lirəsi, “Ziraat Ban”ı vasitəsi ilə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrlərdə isə 4481300 türk lirəsi olmaqla, cəmi 4980900 türk lirəsi məbləğində pul təyinatlı olaraq, geri qaytarılmaq şərti ilə borc göndərişi qismində köçürülmüşdür.
3. ünvan 2 ünvanda yerləşən 0,003 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Şirvan şəhər * saylı notariat kontorunun 4Ə-*** reyestr nömrəli ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən ##.##.2022-ci il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır.
4. ##.##.2024-cü il tarixdən “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh2 adına qeydiyyatdadır.
5. Şirvan Şəhər Məhkəməsinin **(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə, Şirvan şəhər * saylı notariat kontorunun 4Ə-*** reyestr nömrəli ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən ##.##.2022-ci il tarixdə X19 adına qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi, qərardadın icrasının müvafiq olaraq Şirvan şəhəri üzrə Icra və Probasiya şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan Ərazi Idarəsinə, Şirvan şəhəri üzrə Icra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X2 Idarəsinə həvalə edilməsi, müvəqqəti təminat tədbirinin ## #### 2025-ci il tarixədək qüvvədə olması qərara alınmışdır.
6. Şirvan Şəhər Məhkəməsinin **(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə *(***)- ***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Şirvan şəhər * saylı notariat kontorunun 4Ə-*** reyestr nömrəli ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən ##.##.2022-ci il tarixdə cavabdeh2 adına qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qərardadın qəbul edilməsindən 1 gün sonra, yəni ##.##.2025-ci il tarixdə cavabdeh2 “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2025-ci il tarixdə digər cavabdeh cavabdeh1 120000 manata satmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı X13 iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 246294 manat borc pul məbləğinin tutulub iddiaçıya verilməsi, cavabdeh cavabdeh2 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2025-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ona dair hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycanda dostları olduğu üçün ara-sıra Azərbaycana gəlib gedir. Cavabdeh cavabdeh2 5 ildən artıqdır ki, tanıyır. Bu müddət ərzində cavabdeh özünü etibarlı bir şəxs kimi təqdim etmiş, ilk tanışlıq vaxtlarında övladının xəstə olduğunu və müalicəyə ehtiyacının olduğunu bildirmiş, hətta övladının pasportunun şəklini iddiaçıya verərək müalicə olunmasının zəruri olduğunu, əks halda onu itirəcəyini bildirmişdir. Buna görə iddiaçı onu övladı ilə birlikdə Türkiyəyə dəvət etmiş və uşağın orada müalicə almasını təmin etmişdir. Cavabdeh ölkəsinə qayıdarkən iddiaçı Azərbaycana gələcəyi halda onunla əlaqə saxlamasını bildirmişdir. Təxminən 2021-ci ildə iddiaçı yenə Azərbaycana gəlmiş və cavabdeh cavabdeh2 ilə əlaqə saxlamışdır. cavabdeh2 iddiaçını anası və qardaşı ilə tanış edərək onu xəstə oğluna yardım edən şəxs olaraq tanıtdırmışdır. Iddiaçıya Türkiyədə əmlak baha olduğundan Azərbaycanda əmlak və s. alaraq qazanc əldə etməyi təklif etmişdir. Iddiaçı onu etibarlı şəxs kimi tanıdığından onun fikri ilə razılaşaraq, Türkiyəyə qayıtdıqdan sonra ona pul göndərə biləcəyini demiş, bir neçə gün sonra iddiaçı Türkiyəyə qayıtmış, cavabdeh cavabdeh2 onunla əlaqə saxlamış ucuz qiymətə maşın və daşınmaz əmlak tapdığını və alacaqları zaman pul qazanacaqlarını bildirmiş, iddiaçı ona inanmış və “Ziraat Bank”ı və “YapıKredi” banklarından pul göndərməyə başlamışdır. Pulları göndərdikdən bir müddət sonra cavabdeh müxtəlif maşın şəkillərini iddiaçıya göndərərək onları aldığını və Azərbaycana gələndə satacağını, pulunu iddiaçıya verəcəyini, əgər satılmazsa iddiaçının adına keçirəcəyini bundan əlavə Bakı şəhəri, Nərimanov rayonu, X16 yanında yeni tikilmiş binalarda ucuz evlər olduğunu, pul göndərəcəyi halda ala biləcəyini bildirmişdir. Iddiaçı bu minvalla ona banklar üzərindən rəsmi pullar göndərməkdə davam etmişdir. Bundan sonra iddiaçıya müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan boyun qaçırmış, iddiaçı onunla telefon əlaqəsi yaratmağa çalışsa da xəstədir, danışa bilmir və sair bu kimi bəhanələr gətirərək ona rəsmi qaydada göndərilən vəsaitləri mənimsəmişdir. Daha sonra ümumiyyətlə telefon zənglərini açmamış, iddiaçı Azərbaycana gələrək onunla əlaqə saxlamağa çalışsa da mümkün olmamışdır. Iddiaçının pulları hesabına cavabdeh bir neçə əmlak əldə etmişdir. Cavabdeh cavabdeh2 adına olan əmlakı müəyyən etmək məqsədi ilə adına Azərbaycan Respublikası ərazisində hər hansı daşınmaz əmlakın qeydə alınıb-alınmaması, alındığı təqdirdə dövlət reyetrində qeydiyyatdan keçmiş əmlaklar barədə, eləcə də dövlət qeydiyyatında olan nəqliyyat vasitəsinin mövcudluğu barədə məlumat alınması üçün sorğular göndərmiş, nəticədə adına həm daşınmaz əmlak, həm də nəqliyyat vasitsinin olduğunu öyrənmişdir. Cavabdeh ididaçının vəsaiti hesabına varlanaraq nə borcunu qaytarmış, nə də verdiyi sözə əməl edərək əldə etdiyi əmlakı qaytarmamışdır. Hesab edir ki, tələbi haqlı və əsaslıdır.
9. Cavabdeh cavabdeh2 iddiaya etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsi ziddiyyətlidir, ərizədə gah Azərbaycan Respublikasında ucuz daşınmaz əmlak və nəqliyyat vasitələrinin alqısatqısı yolu ilə pul qazanmaq üçün iddiaçıdan pul almağı, gah iddiaçının pulları ilə əsassız varlanmağı, gah da həmin pulları borc kimi almağı qeyd olunmuşdur. Onun iddiaçı ilə arasında daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqısı yolu ilə pul qazanmaqları barədə heç bir razılaşmaları, eləcə də ondan borc almağı barədə hər hansı müqavilə olmamış, iddiaçıdan heç vaxt borc pul almamış, onun pulu hesabına əsassız varlanmamışdır. O, iddiaçı ilə 2021-ci ildə Azərbaycanda tanış olmuş, onların aralarında sevgi münasibətləri yaranmış, bundan sonra iddiaçı onunla evlənmək, ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu bildirmiş, lakin o, iddiaçıya bir övladının olduğunu, onun da autizmdən əziyyət çəkdiyini, buna görə Türkiyə Respublikasına gedə bilməyəcəyini söylədikdə, o, uşağının inkişafı üçün orada hər cür şərait yaradacağını, onu autizm məktəbinə qəbul etdirəcəyini vəd etmişdir. Cavabdeh isə iddiaçıya evli olduğunu və 3 uşağının olduğunu bildirmiş, buna cavab olaraq iddiaçı ona aşirət olduqlarını və onlarda çoxarvadlılığın qəbul edildiyini bildirmişdir. Bundan sonra iddiaçı onu oğlunun sünnət toyuna dəvət edərək, öz ata və anası ilə tanış etmişdir. Daha sonra iddiaçının Türkiyədə yaşamaq təklifini qəbul edərək anası və xəstə oğlu ilə Türkiyədə yaşamağa başlamışdır. Bir müddət sonra Azərbaycana gəlmiş və artıq orada onlara kirayə ev tutmuş, iddiaçının oğlunu öz oğlu kimi təqdim edərək X6 Mərkəzinə yazdırmışdır. Yaşadıqları məhəllədə hamı onları ər-arvad olaraq tanımışdır. Bir müddət sonra aralarında mübahisələr və soyuqluq yaranmış, sonradan isə onun başqa qadınlarla görüşdüyünü öyrənmişdir. Iddiaçı onun və oğlunun bütün xərclərini (yeməkiçməkləri, xərcləri, oğlunun məktəb pulu, evlərinin kirayə haqqı, lizinqə ödədiyi pulları, dayəyə ödənilən pulu), faktik ər-arvad münasibətlərində olduqlarına görə ailə xərcləri olaraq ödəmişdir. Iddiaçı hətta anasının ayağı əməliyyat xərclərini qarşılamış, münasibətəri yaxşı olmadığı zamanlarda belə pulu anasının vasitəsilə ona göndərmişdir. Onların faktiki ər-arvad münasibətləri 5 ilədək davam etmiş, xəyanət səbəbi ilə sonlanmışdır. Bu münasibətləri təsdiq edən kifayət qədər fotoşəkillər, görüntülər, Türkiyədə olmağını təsdiq edən pasportundakı möhürlər var. Iddiaçı ona borc verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, o orta təhsilli, xəstə övladı olan qadındır və heç bir biznes fəaliyyəti ilə məşğul olmadığından bu sahədə bacarığı da yoxdur. Iddiaçının isə Azərbaycanda bizneslə məşğul olan kifayət qədər tanışları olduğu halda cavabdehlə iş birliyi qurması absurddur. Iddiaçınin ailə xərclərini ödəmək üçün ona göndərdiyi pulları borc və ya birgə biznes fealiyyətinə yatırılan vəsait kimi göstərib ondan tələb etməsi əsassız və qanunsuzdur.
10. Məhkəmə iclasında iddiaçı X13 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehi 2020-ci ildən tanıyır, onunla 4-5 aylıq münasibəti olmuş, sonradan ayrılmışlar. Lakin onunla ayrılmalarına baxmayaraq dost kimi münasibətləri davam etmişdir. Cavabdehə müxtəlif vaxtlarda pulu borc məqsədi ilə göndərmiş, həmçinin ona avtomobil alması üçün pul göndərsə də, cavabdeh onun dediyi modeli deyil, başqasını alaraq onu aldatmışdır. O, cavabdehlə ticarət etmək üçün X1ası və Ziraat Bankası vasitəsi ilə pul göndərmişdir. Sonradan öyrənmişdir ki, cavabdehin həyatında başqası var və onunla da ticarət münasibətləri qurmuşdur. Cavabdehə müxtəlif vaxtlarda övladının və ailəsinin xərcləri üçün pul göndərmişdir, hazırda isə cavabdehdən yalnız borc olaraq verdiyi pulları tələb edir, digər ödənişlər üçün sərf olunan məbləği tələb etmir.
11. Məhkəmə iclasında cavabdehin vəkilinin vəsatəti əsasında şahid qismində ifadə vermiş şahid2 bildirmişdir ki, cavabdeh2 onun 2019-cu ildən həm rəfiqəsi, həm də qonşusu olmuşdur. O, Nərminlə Yavuzun 2019-cu ilin sonu 2020-ci ildən ailə münasibətlərində olduğunu bilir. Uzun müddət Istanbulda bir yerdə ailə kimi yaşamışlar, Yavuz Hüseyin ailəsinə həmişə pul xərcləmişdir. Onun Nərminə borc kimi pul göndərməsindən məlumatı olmamışdır.
12. Məhkəmə iclasında cavabdehin vəkilinin vəsatəti əsasında şahid qismində ifadə vermiş şahid1 bildirmişdir ki, qızı Nərmin ilə Yavuz ailə kimi bir yerdə yaşamışlar. Yavuz ona ana deyə, o da Yavuza oğlum deyə müraciət etmişdir. Yavuzla qızı bir-birilərini sevmişlər, lakin sonradan aralarında olan münasibətlər pozulmuşdur. Uzun müddət Yavuz onlara ailə kimi baxmış, Nərminin ehtiyaclarını qarşılamışdır. Lakin Yavuzun ona borc kimi pul göndərməsi barədə məlumatı yoxdur.
13. Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia tələbi rədld edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı tərəflər arasında borc müqaviləsinin bağlanması halı müəyyən edilməmiş, bunlara dair, həmçinin cavabdehə göndərilmiş pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə üzərinə öhdəliyin götürülməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Iddiaçı tərəfindən isə həmin tələb edilən, ümumlikdə 246294 manat pul vəsaitinin cavabdehə bağışlama düşüncəsi ilə verilməməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
15. Həmçinin cavabdehin iddiaçının hesabına pulları əldə etdiyi sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyildir. Əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi pulları tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
16. Hazırkı iş üzrə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə uyğun olaraq iddiaçı, sözügedən pul vəsaitini cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər.
17. Beləliklə məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı X13 tərəfindən 246294 manat pul vəsaitinin cavabdeh cavabdeh2 borc müqaviləsi əsasında verilməsi məhkəmə iclasında müəyyən edilmədiyindən, həmçinin cavabdehin “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini məhz iddiaçı tərəfindən ona verilmiş pul əsasında alınmasını təsdiq edən və nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin qanunvericilik hazırkı iş üzrə “vicdanlı alıcı” olan cavabdehin hüquqlarının qorunmasını tələb etdiyindən, bu səbəbdən də, nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə hüquqi nəticələrin ləğv edilməsinə qanuni əsaslar müəyyən edilmədiyindən iddia əsassız olmaqla təmin edilə bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.3, 385.1, 386.1, 666.1, 666.2, 673.1, 673.3 və 673.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “S.N.Məmmədovanın şikayəti üzrə” ## ####### 2004-cü il tarixli qərarlarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən, iş üçün əhəmiyyətli hallar sübut olunmamışdır. Məhkəmə qənaətə gələrkən tərəflər arasında borc müqaviləsinin olmamasını, cavabdehə göndərilmiş pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə öhdəliyinin götürülməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsini, iddiaçı tərəfindən cavabdehə verilən pulların bağışlama niyyəti ilə həyata keçirilməsini əsas kimi göstərmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi rədd edilərkən işin mübahisəsiz halları nəzərə alınmamış və səhv nəticəyə gəlinmişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən bank hesabı vasitəsi ilə göndərilən pullar həmin şəkildə də geri qaytarılmalı idi. Nəzərə alınsa ki, pulu göndərən iddiaçı İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır, həmin şəxsin olduğu dövlətdə borca verilmiş pul hansı şəkildə verilmişdirsə, həmin qaydada da geri qaytarılmalıdır. Mülki işin materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bank vasitəsi ilə göndərilən pullar təyinatlı olaraq geri qaytarılmaq şərti ilə borc göndərişi qismində verilmişdir. Şirvan Şəhər Məhkəməsi tərəfindən isə yanlış qənaətə gəlinərək həmin pulların bağışlanma niyyəti ilə verilməsi göstərilmişdir. Məhkəmə gəldiyi qənaətdə göstərmişdir ki, iddiaçı tərəfindən pul vəsaitinin cavabdehə bağışlama düşüncəsi ilə verilməməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, nə iddiaçı, nə də cavabdeh iddia ərizəsində, iddia ərizəsinə etirazda və məhkəməyə verdikləri izahatlarda bu barədə heç bir fikir səsləndirməmişlər. Digər tərəfdən iddiaçı bağışlama düşüncəsi ilə cavabdehə pul verilməsini sübut etməli deyildi. Əksinə iddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, pul rəsmi qaydada bank vasitəsi ilə geri qaytarmaq şərti ilə borc olaraq göndərilmiş, cavabdeh isə həmin pulların ona göndərildiyini etiraf edir. Mülki iş üzrə sübutlar onu təsdiq etmişdir ki, cavabdeh iddiaçının borca verdiyi pulu öz məqsədləri üçün istifadə etmiş və varlanmışdır. Bu səbəbdən də Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ədalətsiz olmaqla həqiqəti əks etdirmir, mülki işdə olan maddi sübutlara uyğun olmamaqla, aidiyyəti olmayan hüquq normalarına istinad edilməklə çıxarılmış və öz-özlüyündə qanunsuz və əsassız bir qətnamədir.
21. Cavabdeh iddiaçının apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinə etirazında bildirdiyi halları qeyd etmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alğı-satqı yolu ilə pul qazanmaları barədə heç bir razılaşmaları, həmçinin ondan borc almaları barədə heç bir müqavilələri və razılaşmaları olmamış, iddiaçıdan heç vaxt borc pul almamış və onun pulu hesabına əsassız varlanmamışdır.
22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmişdir.
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün əsaslandırılmamış, bununla əlaqədar prosessual və maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş, bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır.
24. Iddiaçı tələbinin əsası kimi Yapıkredi Bankdan və Ziraat Bankdan çıxarışlar təqdim edərək, cavabdeh cavabdeh2 hesabına Yapıkredi Bankı və Ziraat Bankı vasitəsi ilə ümumilikdə 4980900 türk lirəsi məbləğində pul köçürülməsi barədə sübut təqdim etmişdir. Birinci instansiya məhkəməsi də həmin çıxarışlara sübut kimi hüquqi qiymət verərək iş materiallarına əlavə etmişdir. Lakin həmin sübutların mötəbərlilik kriteriyası, ümumiyyətlə həmin sənədlərin Azərbaycan Respublikası ərazisində hansı halda sübut kimi qəbul edilə bilmə əsasları birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir.
25. Məhkəmə qanunun tələbləri baxımından qeyd etmişdir ki, iddiaçı İddiaçı tərəfindən təqdim edilən bankdan çıxarışlarının Türkiyə Respublikası ərazisində olan Banklar tərəfindən verilməsi həmin çıxarışların Azərbaycan Respublikası məhkəmələri tərəfindən sübut kimi qəbul edilməməsini, yəni etibarlı olmasını istisna edə bilməz. Lakin həmin sənədlərin mötəbərliliyi məhkəmə tərəfindən yoxlanılmalıdır. Apellyasiya icraatı zamanı keçirilən məhkəmə iclasında iddiaçı İddiaçı Yapıkredi Bankdan və Ziraat Bankdan verilmiş və Azərbaycan Respublikası ərazisində notariat tərəfindən təsdiq edilmiş çıxarışları yenidən təqdim etmişdir. Məhkəmə həmin bank çıxarışlarına mötəbərlilik kateqoriyasından yanaşaraq qeyd etmişdir ki, həmin bank çıxarışlarının qəbul edilməsi apellyasiya məhkəməsi tərəfindən əlavə sübut toplama kimi deyil, mövcud təqdim edilmiş sənədlərin mötəbərliliyinin dəqiqləşdirilməsi kimi qəbul edilməli və həmin çıxarışlar əsasında hazırkı işin hallarına hüquqi qiymət verilməlidir.
26. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi və vəkili əldə edilmiş sənədlərin apellyasiya icraatı zamanı sübut toplamağa yönələn hərəkət kimi qiymətləndirərək nəzərə alınmamasını xahiş etmiş, apellyasiya məhkəməsi isə onun bu mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, xarici elementli mübahisələrə baxılarkən müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Bunlar iş üçün mühüm əhəmiyyəti olan faktiki hallar hesab edilir. Ikincisi, tərəflərin bildirdikləri faktiki hallara aydınlıq gətirilmədən yekun nəticəyə gəlinməsi, başqa sözlə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamənin ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Üçüncüsü, iş üçün mühüm əhəmiyyəti olan aydınlaşdırılmamış faktiki halların apellyasiya icraatı zamanı aydınlaşdırılması əlavə sübut toplamağa yönələn hərəkət kimi qəbul edilə və MPM-in 78.4 və 372.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası və Turkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, razılığa gələn tərəflərin birinin ölkəsində tərtib olunmuş və rəsmi təsdiq edilmiş sənədlər razılığa gələn digər tərəfin ədliyyə idarələrində leqallaşmadan azad edilir. Həmin qanunun 12-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, razılığa gələn tərəflərin birinin rəsmi idarələri tərəfindən tərtib olunmuş sənədlər razılığa gələn digər tərəfin ərazisində rəsmi sənədlərlə eyni qüvvəyə malikdir.
27. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X17 apellyasiya icraatı zamanı iddiaçı Fazıloğlu Yavuza sual verərək, aralarında münasibətlər bitmişdirsə hansı səbəbdən ##.##.2025-ci il tarixdə 4000 TRY və 450 TRY pulları cavabdeh cavabdeh2 göndərdiyini soruşmuş, iddiaçı Fazıloğlu Yavuz bildirmişdir ki, cavabdeh həmin vaxt Istanbulda olmuş, pulu bitdiyi üçün Yavuza zəng etmiş, Yavuz da ona 4000 TRY yemek bedeli təyinatı ilə göndərmiş, 450 TRY isə hava limanı valiz ödemesi təyinatı ilə göndərmişdir. 4000 TRY və 450 TRY pulların göndərilməsi ilə bağlı çıxarışlar da cavabdehin vəkili tərəfindən təqdim edilmişdir. Göründüyü kimi həmin çıxarışlarda belə pulların hansı təyinatla göndərilməsi və qəbul edilməsi aydın şəkildə görünür. Iddiaçı tərəfindən apellyasiya icraatı zamanı da təqdim edilmiş çıxarışlarda pulların təyinat olaraq borc kimi göndərildiyi və cavabdeh cavabdeh2 tərəfindən həmin təyinatla borc olaraq qəbul edildiyi öz əksini tapır.
28. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mövcud münasibət iddiaçı tərəfindən borc kimi qiymətləndirildiyi halda, cavabdeh cavabdeh2 tərəfindən ailə münasibətlərindən irəli gələn zəruri xərclər kimi qiymətləndirilmişdir.
29. Məhkəmə qeyd edilən qanunun normasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mövcud münasibətə Türkiyə Respublikasının qanunvericiliyinin borcla bağlı müddəaları nəzərdən keçirilməlidir.
30. Buna əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının təyinatını borc kimi göstərdiyi və cavabdeh cavabdeh2 həmin təyinatla qəbul etdiyi ümumilikdə 4980900 məbləğində türk lirəsi təyinatında “borc” yazıldığından, Türkiyə Respublikası qanunvericiliyinin tələbləri baxımından da həmin münasibət borc kimi qəbul edildiyindən iddiaçının təqdim etdiyi bank çıxarışları tərəflər arasında borc münasibətinin yaranmasını nəzərdə tutan yazılı sənəd kimi qəbul edilməli, hazırkı işə Azərbaycan Respublikası məhkəməsi tərəfindən baxıldığı mövcud mübahisəyə Mülki Məcəllənin borcla bağlı normalarının tələbinə əsasən qiymət verilməlidir.
31. Iddiaçı tərəfindən cavabdeh cavabdeh2 pulların göndərildiyi dövr ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan vaxtı əhatə edir.
32. Hazırkı işdə iddiaçı tərəfindən təqdim edilən və notarial qaydada təsdiq edilmiş bank çıxarışları tərəflər arasında mövcud olan borc münasibətini təsdiq edən yazılı sənəddir. Belə ki, həmin çıxarışlarda iddiaçı Fazıloğlu Yavuz cavabdeh cavabdeh2 göndərdiyi pullarda həmin pulların təyinatını borc kimi göstərməklə təklifini borc formasında etmiş, cavabdeh də həmin pulları qəbul edərkən – hesabından çıxararkən pulların borc kimi göndərildiyini aksept etmiş, beləliklə tərəflər müqavilənin bütün mühüm şərtləri barədə razılaşmaqla borc münasibətinə daxil olmuşlar.
33. Birinci instansiya məhkəməsi şahidlərin verdiyi ifadələrinə istinad edərək iddiaçı X13 ilə cavabadeh cavabdeh2 uzun müddət birgə yaşayan ər-arvad kimi qəbul etmiş və ona qarşı borc verilmiş pulun geri qaytarılması iddiasını təmin etməmiş, həmçinin verilən pulları iddiaçı tərəfindən ailənin zəruri ehtiyacı kimi qiymətləndirərək hesab etmişdir ki, hədiyyə geri qaytarılmır.
34. Apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən cavabdeh tərəfindən dindirilən şahid ifadələrini səhv təfsir edərək iddia tələbinin rəddinə yönələn hərəkət kimi qiymətləndirmiş, iddiaçı tərəfindən təqdim edilən sübutları isə tələbin təmin edilməsinə yönələn əsas kimi qiymətləndirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir.
35. Məhkəmə qeyd edilən şahid ifadələrinə hüquqi qiymət verərək hesab etmişdir ki, şahid ifadələri iddia tələbini rədd etmək üçün mötəbər sübut əhəmiyyətinə malik deyildir.
36. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, həmin şahidlərdən şahid2 cavabdehin rəfiqəsi olmaqla iddiaçı ilə cavabdehin ailə münasibətlərində olduğu müddəti 2019-2020-ci illərə təsadüf etdiyini göstərməklə (bu hala apellyasiya icraatı zamanı iddiaçı X14 haqlı olaraq xüsusilə etiraz etmiş, şahidin bilə-bilə yalan ifadə verməsinə diqqət çəkməklə buna hüquqi qiymət verilməsini xahiş etmişdir) yalan ifadə vermiş, halbuki həm iddiaçı həm də cavabdeh aralarında olan ilk tanışlığın 2021-ci ildə olduğunu bildirmişdir.
37. Ikincisi, şahid şahid1 cavabdehin anasıdır, bu isə onu göstərir ki, onlar iddia tələbinin təmin olunmamasında maraqlı olmuşlar və milli adət-ənənə də nəzərə alınarsa, onun bilərəkdən cavabdehin xeyrinə ifadə verməsi qaçınılmazdır və bu məqamların məhkəmə tərəfindən aydınlaşdırılması kifayət qədər çətindir. Bundan əlavə qeyd edilməlidir ki, həmin şahidlərin mübahisə predmeti olan iddiaçı tərəfindən cavabdehə borc göndərməsindən məlumatlarının olmamasını bildirmişlər. Bu da həmin sübutun sübutedici əhəmiyyətini aradan qaldırır.
38. Üçüncüsü, cavabdeh cavabdeh2 mütəmadi olaraq Türkiyə (Istanbul şəhərinə) Respublikasına gedib-gəlməsi, heç də iddiaçı X10 ilə birgə qeyri-rəsmi ailə kimi yaşamasının sübutu kimi qəbul edilə bilməz.
39. Dördüncüsü, məhkəmənin gəldiyi nəticə ilə tərəflərin məhkəməyə bildirdikləri fərqli olmuşdur. Belə ki, “məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb edilən 246294 manat pul vəsaitinin cavabdehə bağışlama düşüncəsi ilə verilməməsinə dair hər hansı sübut mövcud olmadığından məhkəmənin mövqeyinə görə verilən pul vəsaitinin borc kimi deyil bağışlanmış əmlak kimi verilməsi kimi qiymətləndirilməlidir.” Baxmayaraq ki, cavabdeh məhkəməyə iddiaçı tərəfindən göndərilən 246294 manat pul vəsaitinin ailə kimi yaşadığından ailənin zəruri ehtiyacı kimi xərc olaraq verildiyini iddia etmiş, lakin sonradan məhkəmənin bu mövqeyi ilə razılaşaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirməmiş, dolayısı ilə özlərinin məhkəməyə bildirdiklərindən, məhkəmənin gəldiyi fərqli mövqeylə razılaşmış, həmçinin apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin göndərilən pul vəsaitinin nə borc, nə hədiyyə kimi deyil, ailənin zəruri ehtiyaclarının ödənilməsi üçün göndərilən pul vəsaiti kimi qəbul edərək iddia tələbinə etirazlarının əsaslarını müdafiə etdiklərini bildirmişdir.
40. Beşincisi, nəzərə almaq lazımdır ki, hədiyyə edilmiş əmlakla ailənin zəruri ehtiyaclarına xərclənən pul vəsaiti mahiyyət və nəticə etibarilə bir-birindən xeyli fərqlənir. Belə ki, hədiyyə konkret şəxsə verilir və prinsip etibarilə onun şəxsi mülkiyyəti sayılır, hədiyyəni alan şəxs həmin əmlakdan necə istifadə edəcəyinə özü qərar verir. Hüquqi baxımdan bir çox hallarda (xüsusilə ailə qanunvericiliyində) hədiyyə edilmiş əmlak ümumi ailə əmlakı deyil, şəxsi əmlak kimi qiymətləndirilir. Hədiyyə daha çox şəxsi dəyər, diqqət və münasibətin göstəricisi kimi qəbul olunur. Ailənin zəruri ehtiyaclarına xərclənən pul vəsaiti isə ailənin ümumi rifahına qida, yaşayış, təhsil, sağlamlıq və s. kimi əsas ehtiyaclara yönəlir. Xərclənən pul konkret bir şəxsin əmlakı kimi qalmır, ailə üçün xərclənir, bu cür xərclər çox vaxt ailə üzvlərinin bir-birinə qarşı öhdəliyi və məsuliyyəti kimi dəyərləndirilir. Xərclənən pul artıq mövcud olmur, əvəzində yaşayış və sabitlik təmin edilir. Başqa sözlə əsas fərq hədiyyə şəxsi hüquq və sahiblik yaradır, zəruri xərclər isə ümumi fayda yaradır, amma şəxsi mülkiyyəti formalaşdırmır.
41. Məhkəmə həmçinin qeyd etmişdir ki, həm Azərbaycan Respublikası, həm də Türkiyə Respublikası Ailə qanunvericiliyində ər-arvad arasında ailə münasibətlərinin yaranmasını, yəni ər-arvad arasında nikahdan irəli gələn hüquq və vəzifələrin yaranmasını nikahın rəsmi qeydə alınması ilə əlaqələndirir. Birgə yaşama, dini nikah və ya “faktiki nikah” rəsmi nikah hesab edilmir. Yəni sadəcə bir yerdə yaşamaq və ya özünü ailə kimi aparmaq hüquqi baxımdan ailə münasibəti yaratmır. Qeyri-rəsmi nikahda olan şəxslər ər-arvad sayılmır, bir-birinə qarşı ər-arvad hüquq və vəzifələrinə malik olmur, birgə əldə edilən əmlak avtomatik olaraq ümumi mülkiyyət sayılmır. Bundan başqa, 4-5 ay ailə kimi münasibətdə olma adətən, tanıma mərhələsidir, bu zaman real həyat məsuliyyətləri hələ paylaşılmır. Psixoloji olaraq bu mərhələ ailə yox, “münasibətin başlanğıcı” hesab olunur. Başqa sözlə, nikahsız münasibət ailə sayılmır, qadın-kişi ər-arvad hökmündə olmadığından onlar arasında hüquq və öhdəliklər də yaranmır. Yəni 4-5 aylıq faktiki dostluq, nikah yoxdursa qanunvericilik baxımından ailə deyil. Ailə olmaq üçün zaman, məsuliyyət, sabitlik və (əsasən) nikah lazımdır. Nikah olmadan ailə anlayışı yoxdur. Ailə anlayışı olmadığı halda, borc kimi göndərilən pullar da ailənin zəruri ehtiyaclarının ödənilməsi kimi qəbul edilə bilməz.
42. Göründüyü kimi, cavabdehin ona göndərilən pulların ailənin zəruri ehtiyacları ilə bağlı olduğunu bildirsə də, tərəflər arasında ailə münasibətlərindən irəli gələn “ailəni saxlamaq vəzifəsi” mövcud olmamışdır. Digər tərəfdən, iddiaçı özü də izahatında cavabdeh cavabdeh2 2021-ci ildən münasibətləri olduğu müddətdə Nərminin uşağının xəstəliyi ilə bağlı xərclər çəkdiyini, Istanbul şəhərində kirayə ev tutduğunu, həmin evi təmir etdiyini, digər zəruri xərclərini köməklik (bununla bağlı bank köçürmələrini məhkəməyə təqdim etmiş, həmin köçürmələrdə göndərilən pulların təyinatında borc qeyd edilməmişdir) etdiyini, lakin həmin pulları tələb etmədiyini, həmin pulları birgə münasibətləri ilə bağlı verdiyini bildirmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə də, tərəflər arasında whatsapp yazışmalarında cavabdeh iddiaçıya ev şəkilləri, maşın şəkilləri atmış, həmin yazışmalarda evin ölçüləri, forması barədə məlumatlar vermiş, iddiaçı həmçinin cavabdehə maşınları alarkən yaxşı yoxlatdırması barədə sözlər demişdir. Iddiaçının mübahisələndirdiyi ümumilikdə 4.980.900 məbləğində türk lirəsinin, yəni 246294 manatın dolanacaq xərcləri kimi göndərilməsi də ağlabatan qəbul edilə bilməz. Belə ki, dolanacaq xərcləri şəxslərin gündəlik yaşayışı ilə bağlı zəruri ehtiyacları özündə əhatə edir.
43. Apellyasiya məhkəməsi mübahisənin mahiyyəti ilə bağlı yekun olaraq müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi məbləğ cavabdehə əvvəlcədən razılaşdıqları kimi (verilən borcun qaytarılması şərti ilə) göndərilən pulların müqabilində cavabdeh Azərbaycan Respublikası ərazisində ev, maşın, torpaq alacaqları, aldıqları həmin əmlakları sonradan satacaqları və əldə olunmuş gəlirdən ilk öncə iddiaçının verdiyi borcu geri qaytarmaq şərti ilə yerdə qalan gəliri böləcəklərini bəyan etmişlər, lakin cavabdeh vədinə əməl etməmiş, həmin pulun guya zəruri ehtiyaclarla bağlı göndərildiyini bildirərək öhdəlikdən yayınmaqla yanaşı, ümumiyyətlə iddiaçının telefon zənglərinə cavab belə verməmişdir.
44. Məhkəmə həmçinin qeyd etmişdir ki, bank köçürməsinin hüquqi əhəmiyyəti ondadır ki, pul cavabdehin adına açılmış hesabına köçürülmüş, konkret cavabdeh cavabdeh2 yönəldilmiş, köçürmənin təyinatında “borc” göstərilmiş, şifahi razılaşma artıq yazılı sübutla təsdiqlənmiş, verilmə 2023-2024-cü illərdə cavabdehə bank vasitəsilə Türk lirəsi ilə 4980900, Azərbaycan manatı ilə 246294 manat təşkil etmişdir. Belə ki, köçürmənin təyinatında “borc” göstərilmiş, pul geri qaytarılmaq şərtilə verilmişdir. Bank köçürməsi isə hüquqi sistemdə ən güclü sübutlardan biridir, çünki həm tarix, həm məbləğ, həm də məqsəd müqavilədə göstərilmişdir. Bu sübut iddianın uğurlu olma ehtimalını artırmaqla yanaşı, nikahsızlıq faktoru hədiyyə yaxud ailənin zəruri ehtiyaclarını ödəmək üçün verilmə ehtimalını azaldır. Bank köçürməsi borcun mövcud olduğunu sübut edir. Beləliklə, məhkəmədə iddia güclü hesab olunur, yəni iddiaçı X13 iddiası hüquqi baxımdan əsaslıdır. Bundan başqa iddiaçı ilə cavabdeh arasında nikahın olmaması və münasibətin qısamüddətli olması borcun statusunu dəyişmir, çünki borc razılaşması yazılı və şifahi sübutlarla təsdiqlənib, Nikah və ya faktiki münasibət müddəti borcun mövcudluğunu ləğv etmir, çünki borcun verilməsi razılaşdırılmış və bu işdə olan bank köçürmələri ilə sübut olunmuşdur.
45. Apellyasiya məhkəməsi iddiaçının iddia tələbinin birinci xahişi ilə bağlı yekun nəticəyə gələrək qeyd etmişdir ki, iddiaçı iddia tələbində haqlıdır, iddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayətdir.
46. Məhkəmə iddiaçının 2-ci tələbi, yəni cavabdeh cavabdeh2 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı ** NR ***) nəqliyyat vasitəsinin ##.##.2025-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh cavabdeh2 istisna etmir ki, adı çəkilən nəqliyyat vasitəsini iddiaçı X13 göndərdiyi pullar hesabına almışdır. Cavabdehlər cavabdeh2 ilə cavabdeh1 arasında borcun əmlaka yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan alqı-satqı müqaviləsini bağlamaqla əslində uydurma əqd bağlamışdır. Apellyasiya icraatı zamanı cavabdeh1 cavabdeh2 tanımadığını bildirsə də, iddiaçı, əksinə, Nərminlə Tamam arasında dostluq münasibətlərinin olduğunu, onunla birgə danışdığı zamanlarda da Yavuza Tamamdan danışdığını, belə bir dostunun olduğunu bildirmiş, hətta həmin adın Türkiyə Respublikasında ifadə işlətməsi olaraq “bitdi” anlamına gəldiyini duymuş və Nərmindən nə bitdi deyə soruşduqda o, Tamam adlı rəfiqəsinin olduğunu bildirmişdir. Iddiaçının bu ifadəsi cavabdeh cavabdeh1 tərəfindən təkzib edilməmişdir.
47. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı mübahisədən aydın olduğu kimi, iddiaçı X11 tərəfindən cavabdeh cavabdeh2 qaytarmaq şərti ilə borc pul vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı ona qarşı məhkəmədə borc pulun qaytarılması barədə iddia qaldırmışdır. Bunu görən cavabdeh cavabdeh2 iddiaçı X13 aldığı borc pulun müqabilində alınmış Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, digər cavabdeh cavabdeh1 bazar qiymətindən hədsiz aşağı qiymətə 120000 manata satmaqla gələcəkdə qəbul ediləcək qətnamənin icrasına süni surətdə maneçilik yaratmaq (bu hal məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi avtomaşının üzərinə məhdudiyyət qoyduqdan sonra ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X2 Idarəsi tərəfindən ##.##.2025-ci il tarixli Şirvan Şəhər Məhkəməsinə ünvanlanmış məktubla da təsdiq edilir. Işin araşdırması zamanı əslində məhdudiyyət barədə qərardaddan 1 gün sonra, yəni ## ###### 2025-ci il tarixdə tanışı digər cavabdeh cavabdeh1 dərhal həmin nəqliyyat vasitəsini gələcəkdə qətnamənin icrasına maneə yaratmaq məqsədilə satmaq barədə razılığa gəlməsi və ## #### 2025-ci il tarixdə satmaqla görünüş üçün uydurma əqd bağlaması, öz təsdiqini tapmışdır) məqsədi daşımışdır.
48. Məhkəmə cavabdeh cavabdeh1nın digər cavabdeh cavabdeh2 tanımaması barədə verdiyi izahatı səmimi qəbul etməməklə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 müvəqqəti təminat tədbiri barədə qərar qəbul edildikdən 1 gün sonra qərar icraya yönəldilənə qədər nəqliyyat vasitəsini bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə cavabdeh (bazar dəyəri 186.000 manat olan avtomobilin 120.000 manata satılmış) cavabdeh1 satması, avtomobilin satılması zamanı üzərində məhdudiyyətin olması, avtomaşın satıldıqdan dərhal sonra cavabdeh cavabdeh1 digər üçüncü şəxsə etibarnamə verməklə həmin nəqliyyat vasitəsini (iş materiallarında cavabdeh1 qeyd olunan nəqliyyat vasitəsini X7 etibar etmişdir) özgəninkiləşdirmək istəməsi, ümumiyyətlə nəqliyyat vasitəsinin orta bazar qiymətindən xeyli aşağı qiymətə Tamam Əliyevnayanın adına özgəninkiləşdirilməsi həm əldə edənin, həm də satanın vicdanlı hərəkət etməməsini göstərir, Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh cavabdeh2 məhkəmənin icraatında borcun qaytarılması barədə iddianın olduğu halda verilmiş borc pul vəsaitinin hesabına alınmış “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı ** NR ***) nəqliyyat vasitəsini satmaqla gələcəkdə tələb olunan pulun məhz həmin əmlaka yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə cavabdeh2 formal olaraq mübahisə olunan alqı-satqı müqaviləsini rəfiqəsi cavabdeh1 ilə rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir (Bu cür yanaşma Azrbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə yaradan qərarlarında da öz əksini tapmışdır). Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əmlak yalnız vicdanlı əldə edən tərəfindən qorunur. Əgər əldə edən şəxs əmlakın özgəninkiləşdirilməsinin qanunsuz olduğunu bilmiş və ya bilməli idisə, o, vicdanlı alıcı sayılmır. Avtomobilin iddia məhkəməyə verildikdən sonra satılması, üzərində məhudiyyətin olduğu vaxtda satılması, avtomobilin borc vəsaiti hesabına alınması, satıcı borclu cavabdeh2 artıq öhdəliklərini yerinə yetirməməsi, satış əməliyyatının riskli hüquqi şəraitdə həyata keçirilməsi, alıcının bu faktları (apellysaiya icraatı zamnaı cavabdeh Nərmin ilə digər cavabdeh Tamam və onun anası ilə rəfiqə olmaları, şübhəli yaxınlıq və əlaqələrin olması iddiaçının bildirdikləri ilə sübut olunur) bilməsi, alıcının yalnız formal qeydiyyatla kifayətlənməsi, vicdanlılıq prezumpsiyasını aradan qaldırır. Başqa sözlə əgər alqısatqı iddia icraata götürüldükdən sonra baş vermişdirsə, alıcı satıcının hüquqi vəziyyətini araşdırmalı, avtomobilin satılması üçün real səbəbin nə olduğunu öyrənməli, borcluluq riskini bilməli idi, bilməli olduğu halda bilməmək vicdanlılıq deyil. Əgər avtomobil bazar qiymətindən xeyli aşağı satılıbsa, avtomobil üzərində satılmadan öncə məhdudiyyət qoyulubsa, bu alıcı üçün şübhə doğurmalı idi, riskli əməliyyat aşağı qiymətə satılma vicdanlı alıcını istisna edir. Alıcı olaraq cavabdeh cavabdeh1 satıcının hüquqlarını yoxlamalı, riskləri araşdırmalı, borc və mübahisələri öyrənməli idi, bunlar edilməyibsə vicdanlılıq yoxdur və cavabdeh vicdanlı alıcı statusuna malik ola bilməz.
49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 3.1, 3.2, 337.1, 337.3, 337.4, 337.5, 340.1, 385.1, 442, 448.1, 462.1, 467, 739.1, 739.2, 740 və 740.2-ci maddələrinə, Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 1.3, 1.4, 1.5, 2.1, 2.2, 5.1, 5.2, 17.1, 17.2 və 25.1-ci maddələrinə və Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. Cavabdeh cavabdeh2 (vəkil vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti iddia tələbinə etirazla analoji məzmunda olmuş, həmçinin qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsini tədqiq edilmiş sübutlarla deyil, öz əsassız mülahizələri ilə əsaslandırmışdır. Belə ki, apellyasiya məhkəməsi iddiaçının ikinci tələbi ilə bağlı yanlış nəticəyə gələrək hesab etmişdir ki, mübahisəli nəqliyyat vasitəsini iddiaçı X13 göndərdiyi pullar hesabına almışdır, halbuki mülkiyyətində olmuş həmin nəqliyyat vasitəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Konstitusiyanın 29-cu maddəsinin III hissəsində təsbit olunmuş mülkiyyət hüququna əsasən həmin nəqliyyat vasitəsini satmışdır. Apellyasiya instansiyası məhkəməsi isə Mülki Məcəllənin 340.1-ci maddəsinə əsaslanaraq həmin əqdi uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd hesab etmişdir. Əslində isə nəqliyyat vasitəsinin satışı zamanı bağlanmış müqavilə görünüş üçün bağlanmamışdır və həmin müqavilə uydurma deyil, realdır. Nəqliyyat vasitəsini sataraq pul əldə etmiş və bununla hər hansı qətnamənin icrasına süni surətdə maneçilik yaratmaq niyyətində olmamışdır.
52. Apellyasiya məhkəməsi sübutlara düzgün hüquq qiyməti verməmiş, iddiaçı tərəfin məhkəmə araşdırılması zamanı qanuna və faktlara əsaslanmayan mövqeyini əsas götürmüş, iddiaçının apellyasiya şikayətində göstərdiyi nisbətən iriməbləğli pulların Istanbulda birgə yaşadıqları mənzilin təmirinə, mebellərin, ev əşyalarının alınmasına, digər ev və ailə ehtiyaclarına sərf olunmuşdur, həmin pullar iddiaçının özü ilə birlikdə Türkiyədəki banklardan çıxarılmışdır. Mənzil və içindəki əşyalar da iddiaçıya qalmasına baxmayaraq iddiaçı hazırda sərf olunan vəsaitləri ondan tələb edir.
53. Apellyasiya məhkəməsi tərəfindən mücərrəd hüquq normasına istinad olunaraq mövcud qanunvericiliyə əsasən bank hesabı vasitəsi ilə göndərilən pulların həmin şəkildə də geri qaytarılmalı olması göstərilsə də, həmin pullar ona Azərbaycana Türkiyədən bank hesabı vasitəsilə göndərilmədiyindən onun pulları həmin şəkildə geri qaytarması da mümkün deyil. Apellyasiya məhkəməsi faktları təhrif edərək cavabdeh tərəfin iddiaçının verdiyi pulların ailə xərcləri olaraq verildiyini sübut etmədiyini bildirsə də, o, birinci instansiya məhkəməsində iddiaçı ilə faktiki ailə münasibətlərində olduğunu təsdiq edən kifayət qədər sübutu məhkəməyə təqdim etmişdir. Lakin apellyasiya məhkəməsi həmin sübutlara qərəzli yanaşaraq onlara qiymət verməmişdir. Apellyasiya məhkəməsi tərəfindən qeyd olunmuşdur ki, “Bank köçürməsi” əsas sübutdur, cavabdehin iddiaçı ilə rəsmi nikahının olmaması və münasibətlərinin qısamüddətli olması borcun statusunu dəyişmir, çünki borc razılaşması yazılı və şifahi sübutlarla təsdiqlənmişdir və nikah və ya faktiki münasibət müddəti borcun mövcudluğunu ləğv etmir. Lakin apellyasiya məhkəməsi nəzərə almayıb ki, bank köçürməsi pulun borc verilməsi anlamına gəlmir. Ödənişlər zamanı təyinatın nə göstərməsindən heç vaxt məlumatım olmamışdır. Ailə xərcləri üçün mütəmadi olaraq bu ödənişlər həyata keçirildiyindən onun bu mövzudan xəbəri ola bilməzdi. Kartda köçürülən pulun təyinatı göstərilmir. Iddiaçının sonradan həmin pulların təyinatını “borc” olaraq göstərilməsi barədə siyahı təqdim etməsi onun üçün heç bir borc öhdəliyi yarada bilməz.
54. Apellyasiya məhkəməsi təqdim edilmiş Türkiyə banklarının sənədlərində yazılanları ətraflı araşdırmadan, mütəxəssis rəyi almadan, Azərbaycan dilinə tərcümə etdirmədən hesab etmişdir ki, bank sənədlərindəki “borc” ifadəsi borc vermə anlamına gəlir. Belə ki, məhkəməyə təqdim edilən, “X1”a aid Bank sənədlərindən görünür ki, bütün məbləğlərin, hətta 0,21 türk lirəsinin qarşısında belə “borc” ifadəsi yazılmışdır, baxmayaraq ki, həmin vəsaitin Azərbaycan manatı ilə dəyəri 2-3 qəpik belə təşkil etmir. Belə çıxır ki, iddiaçı ona dəfələrlə bir neçə qəpiklik borc vermişdir. Həmçinin 4 il kifayət qədər müddət olmasına baxmayaraq məhkəmə tərəfindən qısa müddət hesab olunmuşdur.
55. Iddiaçının ona qaytarmaq şərtilə hər hansı məbləğdə pul verməsi faktı da məhkəmə iclasında araşdırılan heç bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, bu məhkəmənin mülahizəsidir və bu əsasla iddianın təmin olunması yolverilməzdir.
56. Apellyasiya məhkəməsi faktları qarşıdırıb. Belə ki, o, “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hələ məhkəmənin qərardadının çıxarıldığı ##.##.2025-ci il tarixdən çox əvvəl etibarnamə ilə satmışdım. Sonradan həmin avtomobilin cavabdeh cavabdeh1 adına hansı tarixdə və harada rəsmiləşdirilməsindən məlumatım olmayıb. Apellyasiya məhkəməsi həmin faktı nəzərə almayıb. cavabdeh1 avtomobili turbo.az saytından taparaq bəyənib və almaq qərarına gəlmişdir. Avtomobil turbo.az saytında ##.##.2025-ci il tarixinədək, yəni müvəqqəti təminat tədbiri barədə ərizə verilməmişdən əvvəl yerləşdirilmişdi. Mən həmin avomobil cavabdeh1 adına rəsmiləşdirilməsində iştirak etməmiş və bunun nə vaxt baş verməsindən məlumatlı olmamışdır. 57.
58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh bir-birini tanımamış, aralarında dostluq və tanışlıq münasibətləri olmamışdır. Həmin şəxslər həqiqətən də bir-birini tanımış və dost olmuş olsaydılar belə, bu halı iddiaçı sübut etməli idi. Ancaq məhkəmə iddiaçının əvəzinə iddianı sübut etməyə təşəbbüs göstərmiş və yekunda əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Avtomobilə ##.##.2025-ci il tarixdə “X20” MMC tərəfindən servis xidməti göstərilmiş, bu xidmət cavabdeh1 sifarişi əsasında həyata keçirilmişdir. Bu da bir daha sübut edir ki, avtomobilin həqiqi mülkiyyətçisi cavabdeh1dır. Cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi uydurma əqd olsaydı, o zaman avtomobil cavabdeh1 sahiblik və istifadəsində deyil, digər cavabdehin sahibliyində və istifadəsində olardı.
59. Qətnamədə qeyd edilənin əksinə olaraq cavabdeh1 cavabdeh2 heç vaxt tanımamış, onunla rəfiqə olmamış, görüşməmiş, eləcə də, telefon, WhatsApp və ya digər sosial şəbəkələr vasitəsilə heç bir əlaqə saxlamamışdır. Onların arasındakı kəskin yaş fərqi də bu şəxslərin rəfiqə olmasının ağlabatan olmadığını göstərir. Rəfiqəlik münasibətləri barədə heç bir sübut olmadığı halda, məhkəmə yalnız cavabdeh1 izahatına istinad edərək yanlış mövqe nümayiş etdirmişdir. Məhkəmə iddia olunan halları müəyyən etmək üçün mobil operatorlara sorğu göndərməklə antenna məlumatlarını və zəng tarixçələrini araşdıra bilərdi. Lakin məhkəmə heç bir araşdırma aparmadan tamamilə səhv nəticəyə gəlmişdir.
60. Avtomobilin satınalınması ilə bağlı qeyd edilmişdir ki, cavabdeh1 avtomobili turbo.az saytından taparaq bəyənmiş və almaq qərarına gəlmişdir. Avtomobil “turbo.az” saytında ##.##.2025-ci il tarixinədək, yəni müvəqqəti təminat tədbiri barədə ərizə verilməmişdən əvvəl yerləşdirilmişdir. Qeyd edilən tarixdən əvvəl cavabdeh1 həmin nəqliyyat vasitəsinə baxış keçirmiş və onu almaq qərarına gəlmişdir. Avtomobil həmin saytda yerləşdirilməklə yanaşı, X5 məxsus "Qarabağ" avtosalonunda da satışda olmuşdur. Avtomobil qeyd edilən salondan 94000 ABŞ dolları (ekvivalentdə 159800 manat) məbləğində alınmışdır. Qiymətin 94000 ABŞ dolları olması WhatsApp yazışmalarında da təsdiq olunur. Rəsmiləşdirmə zamanı qiymətin 120000 manat göstərilməsinə baxmayaraq, bu məbləğ də bazar dəyəri baxımından ağlabatan hesab edilməlidir. Məhkəmə avtomobilin bazar dəyərindən xeyli ucuz alındığını qeyd etsə də, real sövdələşmə qiyməti daha yüksək olmuşdur. Avtomobilin alınması üçün danışıqlar birbaşa Teymur Rzayevlə aparılmış və həmin şəxsə məxsus bank kartına ##.##.2025-ci il tarixində 3400 manat məbləğində beh (avans) ödənilmişdir.
61. Əlavə olaraq, ##.##.2025-ci il tarixədək, yəni müvəqqəti təminat tədbiri barədə ərizə verilməmişdən əvvəl, avtomobilin satılması üçün cavabdeh2 tərəfindən X4 etibarnamə verilmişdir. Bu hal bir daha sübut edir ki, cavabdeh2 avtomobili satmaq niyyəti əvvəlcədən mövcud olmuşdur. Məhkəmə qeyd edilən halların heç birini araşdırmamış, X4 şahid qismində dindirməmişdir.
62. Birinci instansiya məhkəməsində iddia rədd edildiyi üçün apellyasiya şikayəti üzrə icraat zamanı cavabdeh1, əleyhinə sübut olmadığı halda məhkəmənin onun əleyhinə qərar çıxaracağını ehtimal etməmişdir. Eyni zamanda cavabdeh1 hüquqşünas olmadığı üçün hansı sübutları, hansı müddətdə təqdim etməli olduğunu bilməmişdir. O, bu halları bilsəydi, vaxtında hüquqi yardım üçün vəkillə müqavilə bağlayar, sübutları vaxtında məhkəməyə təqdim edər və avtomobilin alqı-satqısında iştirak etmiş X8, X9, X15 və X5 şahid qismində dindirilmələri üçün məhkəməyə vəsatət verərdi.
63. Qeyd olunan nəqliyyat vasitəsini X7 etibar etməsi ilə bağlı bildirir ki, qanunvericilikdə etibarnamə vermək hər hansı əşyanı digər şəxsə etibar etmək deyildir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. cavabdeh1 verdiyi etibarnamə isə təmsilçiliklə bağlı verilmiş etibarnamədir. cavabdeh1 tərəfindən verilmiş etibarnamə həmin avtomobili satmaq niyyətinin olması demək deyildir. Satmaq niyyəti olsa idi belə, bununla bağlı qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Məhkəmə düzgün araşdırma aparmamaqla, sübutlara yanlış qiymət verməklə əsassız qətnamə qəbul etmiş, bununla da cavabdeh1 maddi zərər dəyməsinə, əsassız olaraq əmlakından məhrum edilməsinə səbəb olmuşdur. Qeyd edilənlərlə və məhkəmənin qətnaməsində göstərilənlərlə müəyyən olunur ki, məhkəmə iddiaçı tərəfindən çıxış edərək iddianın əsaslı olduğunu sübut etməyə çalışmış, iddiaçının xeyrinə və cavabdehin ziyanına olaraq qətnamə qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
64. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
65. Maddə 3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir.
66. Maddə 3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir.
67. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
68. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
69. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
70. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
71. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
72. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (## ####### 2023-cü ilə qədər qüvvədə olan mətn).
73. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (## ####### 2023-cü ilə qədər qüvvədə olan mətn).
74. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (## ####### 2023-cü ilə qədər qüvvədə olan mətn).
75. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (## ####### 2023-cü ildən sonra qüvvədə olan mətn).
76. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağ lanılmalıdır (## ####### 2023-cü ildən sonra qüvvədə olan mətn).
77. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
78. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
79. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
80. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
81. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikası Qanunu
82. Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.
83. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
84. Maddə 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
85. Maddə 1.4. Xarici ölkələrin hüquq normalarının tətbiqi onların yalnız ümum-hüquq xarakteri əsas götürülməklə məhdudlaşdırıla bilməz.
86. Maddə 1.5. Bu Qanunun məhkəmə tərəfindən tətbiq olunmalı hüququn müəyyən edilməsi barədə müddəalarını belə səlahiyyətləri daşıyan digər orqanlar da tətbiq etməlidirlər.
87. Maddə 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.
88. Maddə 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.
89. Maddə 5.1. Bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir.
90. Maddə 5.2. Bir ölkənin hüququ tətbiq edilərkən bu ölkənin hüququna görə işin halları (mahiyyəti) ilə sıx bağlılığı olan digər ölkənin imperativ normalarına, müqavilədə əsas götürülən hüquqa istinad etmədən onların tətbiqinin mümkün olduğu dərəcədə üstünlük verilə bilər. Belə normalara üstünlük verilməsi barədə qərar qəbul edilərkən onların təyinatı və xarakteri, habelə tətbiqinin nəticələri nəzərə alınmalıdır.
91. Maddə 17.1. Əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir. Lakin Azərbaycan Respublikası hüququnun tələblərinə riayət olunduğu halda xaricdə bağlanan əqd xarici hüququn tələb etdiyi formanın pozulmasına görə etibarsız hesab edilə bilməz.
92. Maddə 17.2. Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır.
93. Maddə 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: Türkiyə Respublikasında formalaşmış hüquq təcrübəsinə görə (X29 13-cü Hüquq Dairəsinin 2019/342 E., 2020/2100 K. saylı qərarı) köçürmə yolu ilə göndərilən borc pulun qəbzində (dekont) açıqlama hissəsində yalnız “borc” ifadəsinin yazılması, göndərilən pulun borc kimi verildiyinin qəbul edilməsi üçün kifayət sayılmışdır.
94. Maddə 5.19. Tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən edilməsi xidməti vəzifəsinə görə (ex officio) məhkəməyə aiddir. Xarici elementli mübahisələrdə tətbiq edilməli xarici hüququn məzmunu məhz müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməlidir. Xarici hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə dövlətdaxili hüququ (lex fori) tətbiq edir: a) xarici qanunun məzmununun müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin; b) yaxud bu tədbirlər həddən çox xərc tələb etsin; c) mübahisə tərəflərindən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını təsdiqləyən sənədləri təqdim edə bilməsin.
95. Maddə 5.20. Müvafiq ölkədə rəsmi təfsir və tətbiq praktikası müəyyənləşdirilərkən, həmin ölkədə aidiyyəti dövlət və peşəkar qurumların, o cümlədən elmi tədris müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin rəylərinin alınmasına üstünlük verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
96. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
97. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
98. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
99. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
100. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
101. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
102. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
103. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
104. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
105. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
106. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
107. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
108. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
109. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən araşdırıb, tətbiq edilməli maddi hüquq normalarını birlikdə qiymətləndirərək hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti tam, cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
110. Məhkəmə kollegiyası, ilk növbədə qeyd edir ki, iş materiallarından tərəflər arasında uzun müddət davam etmiş qeyri-rəsmi ailə münasibətlərinin mövcud olması müəyyən edilir. Tərəflərin Türkiyə Respublikasında və Azərbaycan Respublikası Bakı şəhərində kirayə mənzil tutmaqla birlikdə yaşamaları, iddiaçının cavabdehin övladının müalicə və yaşayış xərclərini qarşılaması, cavabdehin ailə üzvləri ilə isti münasibətləri, hətta cavabdehin anasına maddi yardım göstərməsi, tərəflərin ailə kimi təqdim olunmaları, həmçinin fotoşəkillər, video görüntülər, “WhatsApp” yazışmaları və şahid ifadələri bu münasibətlərin formal tanışlıqdan daha artıq xarakter daşıdığını göstərir. Apellyasiya məhkəməsi tərəflərin cəmi 4-5 ay qeyri-rəsmi münasibətlər olduğunu, bundan sonra həmin münasibətlərin biznes fəaliyyəti ilə əlaqədar davam etməsi qənaətinə gələrkən cavabdeh tərəfindən təqdim olunmuş və tərəflərin daha yaxın, ailə münasibətləri səviyyəsində münasibətlərinin olmasını təsdiq edən yuxarıda göstərilən sübutlara diqqət yetirməmiş, orta təhsilli, maddi imkanı və biznes sahəsində heç bir təcrübəsi olmayan cavabdeh Nərmin Tanrıverliyeva ilə iddiaçının avtomaşın və daşınmaz əmlak sahəsində birgə fəaliyyət qurmasının inandırıcı olmadığını nəzərə almamışdır.
111. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə uzun müddət ərzində mütəmadi və intensiv şəkildə pul köçürmələri etməsi, əvvəlki köçürmələrin qaytarılması təmin olunmadan yeni və daha iri məbləğlərin göndərilməsi klassik borc münasibətinin mahiyyətinə uyğun gəlmir. Normal iqtisadi və hüquqi davranış baxımından bir borcun qaytarılması təmin edilmədən davamlı şəkildə yeni “borc” verilməsi ağlabatan və inandırıcı hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi isə bu xüsusata ümumiyyətlə hüquqi qiymət verməmişdir.
112. Məhkəmə kollegiya qeyd edir ki, bank köçürmələrinin təyinat hissəsində “borc” sözünün göstərilməsi özü-özlüyündə tərəflər arasında Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş borc münasibətlərinin yaranmasını mübahisəsiz şəkildə təsdiq etmir, Belə hüquqi nəticəyə gəlmək üçün məhkəmə tərəflərin həqiqi iradəsini, münasibətlərin xarakterini, pul köçürmələrinin məqsədini, onların ailə münasibətləri fonunda edilməsini və tərəflərin sonrakı davranışlarını kompleks şəkildə araşdırmal, bank köçürmələrində hər bir halda köçürmənini təyinatının göstərilməsi məcburi olması diqqəğə alınmalı idi.
113. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinin bağlanması üçün təkcə borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirmək öhdəliyi ilə yanaşı, borc alanın aldığı pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmaq öhdəliyi də nəzərdə tutulmuşdur. Iş materiallarında cavabdehin belə bir öhdəlik götürməsi, uzun müddət davam edən çoxsaylı köçürmələrin cüzi bir qismini iddiaçıya qaytarması müəyyən edilmir, iddiaçı bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Cavbadehin həmin pulları qaytarmaq öhdəliyinin olmasının müəyyən edilməməsini apellyasiya məhkəməsi nəzərə almamaqda, yalnız köçürmələrin təyinat hissəsinə əsaslanmaqla nəticəyə gəlməkdə səhvə yol vermişdir.
114. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar, o cümlədən tərəflərin yazışmaları, foto və video materiallar, şahid ifadələri, tərəflərin Türkiyədə birlikdə yaşamaları və ailə münasibətləri çərçivəsində qarşılıqlı maddi dəstək göstərmələri həmin vəsaitlərin ailədaxili yardım, maddi təminat və ya hədiyyə xarakterli olub-olmaması məsələsini ciddi mübahisələndirir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının mövqeyini əsas götürərək pul münasibətlərini qəti şəkildə borc münasibəti kimi qiymətləndirməkdə inandırıcı olmayan nəticəyə gəlmişdir.
115. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, əgər mübahisəli pul vəsaitləri tərəflərin şəxsi münasibətləri və faktiki ailə münasibətləri çərçivəsində verilmiş maddi təminat və ya hədiyyə xarakterli vəsaitlər hesab edilərsə, bu halda iddiaçının həmin məbləğlər üzərində tələb hüququnun mövcudluğu ayrıca və ciddi şəkildə araşdırılmalıdır. Çünki hüquqi əsası müəyyən edilməyən və yalnız subyektiv gözləntilərə əsaslanan tələb məhkəmə müdafiəsinin predmeti ola bilməz. Bu baxımdan iddiaçının subyektiv hüququnun mövcudluğu məsələsi də tam araşdırılmamış qalmışdır.
116. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında faktiki ailə münasibətlərinin hüquqi əhəmiyyətini tam araşdırmamış, pul köçürmələrinin mahiyyətini və iqtisadi məntiqini qiymətləndirməmiş, “borc” təyinatının hüquqi nəticələrini avtomatik qəbul etmiş, tərəflərin qarşılıqlı münasibətlərini və davranışlarını kompleks şəkildə təhlil etməmiş və sübutlara düzgün hüquqi qiymət verməmişdir.
117. Cavabdeh cavabdeh2 ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2025-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ona dair hüquqi nəticələrin ləğv olunması barədə apellyasiya məhkəməsinin qənaəti və bu məsələ ilə bağlı cavabdeh cavabdeh1 kassasiya şikayəti dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir, iddia tələbinin göstərilən hissədə təmin olunub-olunmaması iddiaçı X13 cavabdeh cavabdeh2 246294 manat borc pul məbləğinin tutulmasına dair iddianın nəticəsindən asılıdır. Ona görə də qətnamə həmin hissədə də ləğv olunmaqla iddia tələbinin 1-ci hissəsinin nəticəsinə uyğun qiymət verilməsi üçün yeni apellyasiya baxışına qaytarılmalıdır.
118. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
119. Işə yenidən baxılarkən tərəflər arasında faktiki ailə münasibətlərinin mövcudluğu və xarakteri tam araşdırılmalı, fotoşəkillərə, video materiallara, yazışmalara və şahid ifadələrinə MPM-in 88-ci maddəsinə uyğun hüquqi qiymət verilməli, pul köçürmələrinin ailədaxili maddi təminat, hədiyyə və ya borc xarakterli olması məsələsi kompleks şəkildə araşdırılmalı, köçürmələrin intensivliyi, davamlılığı və iqtisadi məntiqi qiymətləndirilməli, tərəflərin həqiqi iradəsi müəyyən edilməli, iddiaçının tələb hüququnun, cavabdeh Nərmin Tanrıverdiyavnın pulu qaytarmaq öhdəliyinin yaranıb-yaranmaması məsələsinə hüquqi qiymət verilməli, avtomobilin alınması və özgəninkiləşdirilməsi ilə bağlı münasibətlər əsas tələbin hüquqi taleyindən asılı olaraq yenidən qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.