Məhkəmə qərarları › İş №2(1-8)-904/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-904/2026

19.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-904/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “xxxx” MTK (Cavabdeh MTK) ilə İddiaçı arasında bağlanılmış ## #### 2021-cü il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, “Əmlak mülkiyyətçisi” - İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ** saylı, 38 kv.m-dən ibarət mənzil sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən “Tikinti şirkəti” ünvan 1 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (birinci) mərtəbəsinin 1-ci (birinci) səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 4,8 metr olmaqla 50 (əlli) kv.metr təmirli qeyri-yaşayış sahəsi “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1500 manat ödəyir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh MTK-dan 13.500 manat kompensasiyanın və 176 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Cavabdeh MTK-dan 9000 manat və 110 manat dövlət rüsumuna görə xərcin əvəzinin tutularaq X4 ödənilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*(***)- ***/**** nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən “xxxx” MTK, Indiki adı Cavabdehxxxx“Tikinti şirkəti” tərəfindən tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat təmir pulu, 60000 manat kompensasiya pulu və dövlət rüsumu olaraq ödədiyi 153 manat pulun “xxxx” MTK, Indiki adı Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, tərəfindən cavabdeh Cavabdeh MTK-dan 15.000 manat təmir pulun və 13.500 manat kompensasiya pulun və 176 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddia saxlanılmışdır.

9. Məhkəmə icraatı davam edərkən təmir pulu cavabdeh tərəfindən ödənilmiş, aralarında razılıq əldə edilmiş, buna görə də iddianın həmin hissəsindən imtina edərək baxılmamış saxlanılmasını, iddia tələbinin 13.500 manat kompensasiya pulu və 176 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi hissəsinin təmin edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2021-ci il tarixdə onunla ünvan 2 ünvanda yerləşən “xxxx” MTK ilə, indiki adı “xxxx” MTK arasında bağlanılmış müqavilənin 1.2ci maddəsinə əsasən o, “Əmlak mülkiyyətçisi” - X4 bu müqaviləyə əsasən mülkiyyətimdə olan ünvan 3 ünvanda yerləşən ** saylı, 38 kv.m ibarət mənzil sahəsini sökülmək üçün “xxxx”xxxx“Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyekti qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən, “Tikinti şirkəti” ünvan 1 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (birinci) mərtəbəsinin 1-ci (birinci) səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 4,8 metr olmaqla 50 (əlli) kv.metr, təmirli qeyri-yaşayış sahəsi “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən, “Tikinti şirkəti” inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyriyaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1500 manat ödəyir. Hazırda tikinti şirkəti tərəfindən ona qeyri-yaşayış sahəsi ayrılmış, lakin həmin qeyri-yaşayış sahəsində heç bir təmir işləri aparılmır və kompensasiya olaraq ödənilməli pul artıq dörd aydır ki ödənilmir. Tərəfindən “Tikinti şirkətinə” rəsmi xəbərdarlıq edilmiş, pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır.

11. Cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi nümayəndə1 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı ilə kooperativ arasında bağlanmış ##.##.2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən, kooperativ, iddiaçıya 50 kv.m təmirli qeyri-yaşayış sahəsi verməlidir. Həmin müqavilənin 2.2.4-cü bəndinin tələbinə əsasən qeyriyaşayış sahəsi 24 aydan gec olmayaraq iddiaçıya təhvil verilməlidir. Onlar tərəfindən öhdəliklər tamamilə və vaxtında yerinə yetirilib. Belə ki, müqavilənin icra müddətinin başa çatmasına 3 ay qalmış, iddiaçıya yazılı və şifahi məlumat, təklif göndərilmişdir. Təmirə başlamaq üçün ilkin layihəni təqdim etməsi, arakəsmə divarlarının yerləşmə sxemi verilmədiyindən təmir işləri gecikib. Sonradan iddiaçının təşəbbüsü ilə bir neçə dəfə arakəsmə divarları sökülərək dəyişdirilmişdir. Nəticədə kooperativə xeyli miqdarda ziyan dəyib. Əlavə etmişdir ki, danışıqlarda və müqavilə bağlanarkən iddiaçını X6 təmsil edib. ##.##.2023-cü il tarixdə iddiaçıya növbəti bir xəbərdarlıq yazılı şəkildə təqdim edilib. Xəbərdarlıqla tanış olsa da, onu imzalamaqdan imtina etmişdir. Bu səbəbdən mobil telefonuna (050-220-86-41) bir neçə dəfə eyni məzmunlu bildirişlər göndərilərək, aylıq kompensasiyasının ##.##.2023-cü il tarixdən dayandırılacağı bildirilmişdir. Qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsinin hündürlüyü 2,5 m olsa da, onların təqdim etdiyi müasir tipli binadakı sahənin hündürlüyü 3,7 m təşkil edir. Iddiaçının sahəsinin yerləşdiyi bina istismar müddəti başa çatmış, 120 il yaşı olan yararsız bina olub. Təmirlə bağlı öhdəliklərini hər an icra etməyə, yəni 1 ay müddətində təmiri başa çatdırmağa hazır olduqlarını qeyd etmişdir. Iddiaçının nümayəndəsi X6 əməkdaşlarının etibarından sui-istifadə edərək, qəsdən təmirin gecikməsinə çalışmışdır. Məqsəd, hər aya görə 1500 manat kompensasiya almaq olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində bildirmişdir ki, Cavabdeh MTK-da direktor müavini vəzifəsində işləyir. Məsələdən tam məlumatlıdır. Ərazinin kimlərə veriləcəyindən də məlumatı vardı. Qeyri-yaşayış sahəsinin təhvil verilməsi üçün Sevinc Hüseynovanı çağırmışlar. O bildirmişdir ki, qeyri-yaşayış sahəsinin sahəsi ilə razı deyil və əskikliklər var. Kalon-pərdələr sökülmüş və 160 kv.m tamamlanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyri-yaşayış sahəsi ilə bağlı danışıqlar Sevinc xanımla aparılmışdır və danışıqlar aparılan müddət orada direktor olmuşdur. 2023-cü ilin aprel ayında Sevinc Hüseynovaya layihələri təqdim etməklə bağlı SMS göndərilmişdir. Layihə iyun ayında təqdim olunmuşdur. Daha sonra təmir zamanı narazılıqlar olmuş və bəzi hissələr yenidən sökülüb tikilmişdir. Həmin söküntü aparılan zaman artıq o işlərə o deyil, Akşin müəllim baxırdı. Təmir başlayandan sonra Sevinc xanım isti döşəmə istədiyini bildirmişdir. Lakin müqavilədə belə bir müddəa qeyd olunmamışdır. Bu da təmirin gecikdirilməsinə səbəb olmuşdur. Təmirlə bağlı Teymur Rüstəmov podrat müqaviləsi bağlanmışdır. Sanitar qovşağın yerdəyişməsi və isti döşəmənin olması ilə bağlı mübahisə düşəndə işlər dayanmışdır. Obyekti şirkət təhvil verir. Təmiri podratçıdan təhvil alırlar. Bina təhvil verilməmişdən əvvəl də sakin gəlib tikintiyə nəzarət edə bilər. Sxem verilməli idi ki, təmir olunub təhvil verilsin.

13. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayında şirkətlə müqavilə bağlamışdı. Şirkət qarşısında öhdəlik daşıyır. Tikintiyə 10.000 manat pul ayrılmışdı. Təmir başlandı. Daha sonra Sevinc Hüseynova gəlmiş və isti döşəmə istədiyini bildirmişdir. Sevinc xanım təmiri dayandırmışdır. Şirkətlə müqavilə bağlamış və onun qarşısında öhdəlik daşıyır.

14. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirmişdir ki, Şirkət tərəfindən ona bildirmişlər ki, təmirə 24.000 manat pul ayrılıbdır. O da bildirmişdir ki, ona 30.000 manat pul verilsin, təmiri özü elətdirsin. Lakin onunla razılaşmamışlar. Aprel ayının 1-də Şirkət ona 24.000 manat pul vermiş, aprelin 5-də obyektin açarlarını təqdim etmişdi. O, öz müəssisəsini başqa yerdə açmışdır və ora kirayə haqqı verir. Şirkət isə ona kirayə haqqı ödəmir. Qəssab mağazasında isti pol var idi. Çünki ora yaşayış sahəsi olmuşdur. Oranı mağaza kimi istifadə edirdi. Təmirin dayandırılması barədə Teymura göstəriş vermişdi. Çünki qeyri-yaşayış sahəsinin ümumi sahəsi əskik idi.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh MTK-dan 13.500 manat və ödənilmiş 176 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (hakim Ayşən Sultanova-Məmmədova).

16. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, 50 kv.m qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmiş, obyekt təmirli təhvil verilənədək hər ay mülkiyyətçiyə ödəməli olduğu 1500 manat məbləğində kompensasiyanın verilməsini 2023-cü ilin iyul ayından dayandırmışdır. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni 13500 manat məbləğində pulun tutulması hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında imzalanmış ## #### 2021-ci il tarixli müqaviləyə əsasən, sökülmüş 30 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə 50 kv.m təmirli qeyri-yaşayış sahəsi 24 aydan gec olmayaraq təhvil verilməli idi. Şirkət tərəfindən müqavilənin şərtlərinə riayət olunaraq müqavilənin müddətinin bitməsinə bir neçə ay qalmış təmirə başlamaq üçün cavabdehə müraciət olunmuş və təmirin layihəsinin təqdim edilməsi təklif edilmişdir. Hətta bununla bağlı ona dəfələrlə rəsmi xəbərdarlıq edilmiş (məktub və SMS bildirişlə), təmirə ayrılmış müddət göstərilmiş, həmin müddət bitdikdən sonra, icarə haqqının dayandırılacağı bildirilmişdir. Bundan sonra, iddiaçıdan cavab çıxmadığını görüb təmir üçün müqavilə bağladıqları podratçı şirkətə ödəniş edərək təmir edilməsi istənilib. Müəyyən təmir işləri aparılmış, iddiaçının tələbi ilə bəzi divarlar sökülərək yenidən tikilmişdir. Lakin sonradan iddiaçı aparılan işlərlə razılaşmayaraq təmiri dayandırmış və özünün təmir etdirməsi üçün 15000 manat (1 kv.m üçün 300 manat) tələb etmişdir. Razılaşmadığı hallar isə, normadan artıq tələbləri olmuşdur. Belə ki, binanın razılaşdırılmış layihəsindən kənara çıxaraq əlavə qapıların açılması, əlavə hamam otaqlarının tikilməsi, təmiri və sair tələblər irəli sürmüşdür. Qeyd olunan hallar, birinci instansiya məhkəməsindən şahid ifadələri ilə öz təsdiqini tapmışdır və müəyyən olunmuşdur ki, təmir məhz iddiaçının tələbi ilə dayandırılmışdır. Iddiaçı təmirə başlamaq üçün layihəni təqdim etməkdən yayınmış, süni olaraq vaxtı uzatmışdır. Bundan sonra, şirkət tərəfindən təmirin başlanılması təmin edildikdə isə, podratçının işçilərini sahədən qovaraq təmiri dayandırmışdır. Baxmayaraq ki, podratçı şirkətə ödənişlər də əvvəlcədən ödənilmişdir. Bununla da iddiaçı vicdanlığının tələb etdiyi tərzdə hərəkət etməmişdir. Cavabdehin vəsatəti əsasında işə cəlb edilmiş şahidlərin hər biri təsdiq etdilər ki, təmir işləri məhz iddiaçının tələbi və göstərişi ilə dayandırılmışdır. Iddiaçını danışıqlarda təmsil etmiş nümayəndəsi X7 da ifadəsində bildirmişdir ki, isti döşəmə olmadığından, təmirdən imtina etmiş və dayandırmışdır. Təmir əvəzinə 15000 manat tələb etmişdir.

20. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər -E.Kazımov (məruzəsi), N.Cəfərov və İ.Şirinov).

22. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı kompensasiya ilə yanaşı təmir pulu tələb etsə də, sonradan tələbin həcmini azaldaraq yalnız cavabdehin müqavilənin 1.4-cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyinin icrasını, yəni təmirli qeyri-yaşayış sahəsi ilə təmin edən günədək müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə kompensasiya şəklində hər ay 1500 manat ödəməsini tələb etmişdir. Cavabdeh müqavilənin həmin şərtindən irəli gələn öhdəliklərini lazımınca icra etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Demək ki, cavabdeh iddiaçını öhdəlikləri lazımı qaydada icra etməməkdə qınamaqda haqlı olmamışdır. Buna görə də, birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin üzərinə müqavilə üzrə yerinə yetirməli öhdəlikləri qoymaqla düzgün nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 16, 385, 390, 399, 425, 427, 430, 432, 442, 443, 445, 448, 528, 529, 560-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələblərinin tamamilə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı aylıq kirayə haqqını almaq məqsədilə qəsdən təmir işlərinin gedişatına mane törətmiş, bu halları birinci instansiya məhkəməsində qəbul etsə də, apellyasiya instansiya məhkəməsində ifadəsini dəyişdirərək fərqli ifadə vermişdir. Lakin məhkəmə həmin sübutlara düzgün qiymət verməməklə, MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

29. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

32. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

33. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

34. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

37. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

38. Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası).

39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

41. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

42. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.4. Icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

45. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

46. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

47. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

48. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

49. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh şirkət iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliyini tam şəkildə yerinə yetirməyərək öhdəliyin icrası barədə lazımi məlumatları iddiaçıya təqdim etməmişdir. Belə olan halda iddianın təmin edilməsi qanunvericiliyə uyğun olmuşdur.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar