Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-914/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) müavinətin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “müavinətin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin ** saylı “Kəndtikinti” trestindən istehsalat qəzası nəticəsində sağlamlığının 60 faiz pozulması ilə əlaqədar müavinətin verilməsi və ödədiyi 110 manat mediasiya xərci və dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh ASC-dən istehsalat qəzası nəticəsində sağlamlığının 60 faiz pozulması ilə əlaqədar aylıq ödəncin və ödənilmiş 110 manat mediasiya xərci və dövlət rüsumu əvəzinin tutularaq iddiaçı İddiaçı verilməsi, aylıq ödəncin zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilməsi qət edilmişdir (hakim Könül Mirzəfərova).
3. Qətnamədən cavabdeh Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2023-cü il tarixli, 2(105)-1844/2023 tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilməsi, cavabdeh Cavabdeh ASC tərəfindən İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının 60% pozulması ilə əlaqədar 2022-ci ilin noyabr ayından hesablanmaqla bu tarixə ASC üzrə 5-ci dərəcəli suvaqçı-rəngsaz peşəsinin orta əmək haqqının, həmin peşə dəyişildikdə və yaxud ləğv edildikdə isə ASC-də müvafiq peşə və ya peşə qrupları üzrə, yaxud ASC üzrə orta əmək haqqının 60%-i məbləğində aylıq ödəncin müəyyən olunaraq ödənilməsi qət olunmuşdur (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi), Zahid Məmmədov və Ilqar Dəmirov).
5. Cavabdeh Cavabdeh ASC tərəfindən kassasiya şikayəti verilmiş və şikayətdə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakimlər - Ilqar Dəmirov (sədrlik edən və məruzəçi), Zahid Məmmədov və Ramin Xəlilov) kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsinin surəti cavabdehin “Elektron məhkəmə informasiya sistemində yaradılmış” elektron kabinetinə # ###### 2025-ci il tarixdə yerləşdirilmiş, lakin cavabdeh tərəfindən kassasiya şikayəti qanunla müəyyən edilmiş iki aylıq müddət ötürülməklə # ###### 2026-cı il tarixdə verilmiş, kassasiya şikayətinə müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən icraata qəbul edilib baxıla bilməz.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Lakin cavabdehə heç bir SMS bildirişi göndərilməmişdir. Cavabdeh Cavabdeh ASC Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə elektron məhkəmə vasitəsilə tanış ola bilməmiş, yalnız cavabdehin qanuni təmsilçisi Fituhat Göyçayski tərəfindən icra orqanından Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini ##.##.2026-cı il tarixdə təhvil alındıqdan sonra tanış olmuş və həmin tarixdə qətnamədən şikayət vermişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi əsassız olaraq kassasiya şikayətini geri qaytarmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
13. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
14. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər
16. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir.
17. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
18. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmənin qətnaməsinin surəti cavabdehin “Elektron məhkəmə informasiya sistemində yaradılmış” elektron kabinetinə # ###### 2025-ci il tarixdə yerləşdirilmiş, lakin cavabdeh tərəfindən kassasiya şikayəti qanunla müəyyən edilmiş iki aylıq müddət ötürülməklə # ###### 2026-cı il tarixdə verilmiş, kassasiya şikayətinə müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Belə olan halda kassasiya şikayətinin geri qaytarılması qərara alınmalıdır.
23. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.