Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-924/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Kazımov Cəbrayıl Zakir oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” QSC-nin cavabdeh Cavabdeh qarşı “tikilinin sökülərək mühafizə zonasından kənarlaşdırılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Şəmkir rayon Icra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli Sərəncamına əsasən, 1995-ci ildə Təzəkənd kəndinin mərkəzində Cavabdeh tərəfindən tikilmiş, ümumi sahəsi 196 kv.m olan iki mərtəbədən ibarət qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir.
2. “xxxx” QSC-nin əməkdaşları tərəfindən tərtib olunmuş ## ######## 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı “xxxx” QSC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edilmiş qanunsuz tikilinin cavabdeh Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, balansında olan Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 85 metr təşkil etdiyi halda cavabdeh tərəfindən 80 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı “xxxx” QSC-nin aidiyyəti işçiləri tərəfindən ##.##.2020-ci il tarixdə akt tərtib olunmuş və qanunsuz tikilinin sökülməsi üçün cavabdehə xəbərdarlıq edilmişdir. Lakin, həmin tikili cavabdeh tərəfindən sökülməmiş, əksinə tikinti işləri başa çatdırılmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında yerləşir. Qeyd olunan tikili 186.18 kv.m ölçüdə ərazini əhatə edir və “xxxx” QSCnin mühafizə zonasında inşa edilmişdir.
6. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh məhkəmə iclası zamanı ona qarşı qaldırılmış iddianı qəbul edərək izahatında göstərmişdir ki, Şəmkir rayon Icra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli Sərəncamı ilə Şəmkir rayonu, Təzəkənd kəndində onun tərəfindən tikilmiş iki mərtəbəli qeyri–yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. Həmin vaxt tikili inşa olunarkən “xxxx” QSC tərəfindən ona hər hansı xəbərdarlıq bildirilməmiş, o da tikilinin inşasını başa çatdırmışdır. Sonradan isə məlum olmuşdur ki, həmin tikili “xxxx” QSC–nin mühafizə zonasında inşa edilmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia təmin edilərək, cavabdeh Cavabdeh tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edilmiş və 186.18 kv.m ölçüdə ərazini əhatə edən tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, cavabdeh Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi; Cavabdeh Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı “xxxx” QSC-nin hesabına ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həqiqətən Cavabdeh Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında 186.18 kv.m ölçüdə tikili inşa etmiş və həmin tikili “xxxx” QSC–nin mühafizə zonasına düşür.
9. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab etmişdir ki, iddiaçı təşkilatın tələbi əsaslıdır.
10. “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya–mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005–ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2–ci bəndinə əsasən təhkim zolağı – dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır.
11. Həmin Qaydaların 3.8-ci bəndində əks olunmuş * nömrəli cədvələ əsasən IIIa kateqoriyalı dəmir yolları üçün anbarların (kateqoriyalar üzrə) bina və tikililərindən minimal məsafələri stansiyalardan 80 metr məsafədə müəyyən edilmişdir.
12. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir.
13. Işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin inşa etdirdiyi tikili 186.18 kv.m ölçüdə ərazini əhatə edir və “xxxx” QSC–nin mühafizə zonasında inşa edilmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən dəmir yolu xəttinin mühafizə zolağı 80 metr məsafədə müəyyən edilmişdir.
14. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab etmişdir ki, mübahisələndirilən tikili cavabdeh Cavabdeh tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9–da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında inşa edildiyindən “xxxx” QSC–nin mühafizə zolağına düşür, bu səbəbdən həmin tikili cavabdehin vəsaiti hesabına sökülməli və dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmalıdır.
15. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab etmişdir ki, cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2 və 180.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1,88, 117-ci maddələrinə də istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hüquqi cəhətdən savadsız, keyfiyyətli hüquqi yardım üçün vəkillə müqavilə bağlamağa imkanı olmaması, eləcə də bir sıra xəstəliklərdən əziyyət çəkməsi ucbatından fikrimi işin mahiyyətinə cəmləşdirmə imkanımın məhdud olması səbəbindən işin əvvəlindən öz haqqını, qanuni mülkiyyət hüququnu müdafiə etməyinə baxmayaraq, ən son mərhələdə absurd mövqe göstərib, iddianı etiraf etməklə öz əleyhinə qərar verilməsinə vəsilə olmuşdur. Əvvəlki məhkəmə iclaslarının video-audio yazılarına baxılsa etirafın absurd olması dərhal nəzərə çarpacaqdır. Mülkiyyətçi olaraq 1995-ci ildən inşa etdiyi Şəmkir rayon Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli *** nömrəli Sərəncamı ilə hüquqi qeydiyyatına icazə verilmiş 2 mərtəbəli 196 kv/m sahəsi olan qeyriyaşayış binasının qanunsuz tikili olmasını etiraf etməyi absurddur. Çünki, həmin 196 kv/m sahəsi olan iki mərtəbəli tikilini 1995-ci ildə inşa etdirmişdir. Şəhərsalma və Tikinti Məcəlləsi isə ## #### 2012-ci il tarixdə qüvvəyə minmişdir. Təkcə bu hal onun mülkiyyətində olan 196 kv/m sahəsi olan iki mərtəbəli tikilinin sökülməsini qadağan edir. Iş üzrə Fövqəladə Hallar Nazirliyinin Istintaq Idarəsinin “materialların istintaq aidiyyəti göndərilməsi barədə” qərarında da qeyd edilmişdir ki, mübahisə predmeti olan tikili Şəmkir stansiyasının 159-cu km pk-9-da yol artımı istiqamətində, dəmir yolundan 80 metr məsafədə 3x5 ölçüdə iki ədəd tikilidir. Işin mübahisəsiz halıdır ki, 1995-ci ildən 2019-cu ilədək keçən 24 il ərzində həmin ərazidə xidmət göstərən dəmir yolu yaxud digər təşkilatlar tərəfindən nə tikinti işləri aparılan zaman, nə də sonrakı dövrlərdə hansısa rəsmi məlumat, xəbərdarlıq və s. hərəkətlər edilməmişdir. Halbuki, həmin ərazidə təxminən 1950-ci illərdən etibarən obyekt var və aktiv şəkildə istifadə olunur. Indiki halda, Mülki Məcəllədə nəzərdə tutulmuş ümumi iddia müddəti (10 il) belə keçmişdir. Bundan başqa, işdə tikilinin sökülməsi barədə iddia ilə bağlı qeyd edir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması məsələsi düzgün həll edilməmişdir. Belə ki, hazırki iş üzrə məhkəməyə xxxx QSC deyil, məhz Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etməli idi. Bu səbəbdən iddia hələ əvvəldən, iddianın yolverilməzliyi əsası ilə geri qaytarılmalı idi. Şəmkir RIH-in ##.##.2010-cu il tarixli *** nömrəli sərəncamı, həmçinin 408 invertar nömrəli Texniki pasport mülkiyyət hüququnu təsdiq edən sübut növləri kimi nəzərə alınmamışdır. Digər sübut növü olan X2 izahatı da, cavabdehin mülkiyyət hüququnun təsdiqinə münasibətdə sübut növü kimi nəzərə alınmamışdır. Belə ki, Şəmkir RIH-in 1991-2018-ci illərdə Memarlıq və tikinti şöbəsinin baş mühəndisi və müdiri olmuş X2 izahatında, ##.##.2010-cu il tarixdə Şəmkir rayonu Təzəkənd kənd bələdiyyəsinin sədri Məhəmməd Məmmədov tərəfindən Cavabdeh sahibkarlıq məqsədilə 98 kv/m torpaq sahəsi ayrılması barədə müraciət daxil olduğunu, ##.##.2010-cu il tarixdə bununla bağlı etiraz edilməməsi barədə tərəfindən rəy verildiyini, ##.##.2010-cu il tarixdə Şəmkir RIH Başçısı tərəfindən Cavabdeh 196 kv/m tikilinin hüquqi qeydiyyatı barədə sərəncam verildiyini, Cavabdeh 98 kv/m torpaq sahəsinin ayrılması ilə bağlı rəyin, ona məxsus köhnə tikililərin altında olan torpaq sahəsinin sənədləşdirilməsi kimi nəzərdə tutulduğunu bildirmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli **/*** nömrəli ekspert rəyinə əsasən, Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “ST.game” yazısı qeyd edilmiş qeyriyaşayış sahəsinin ümumi sahəsinin 121,7 kv.m (59,7+62), həmin qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol tərəfində yerləşən tikilinin ümumi sahəsinin 20 kv.m, sağ tərəfində yerləşən tikili isə ümumi sahənin 25,9 kv.m hissəsini təşkil edir. Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “ST.game” yazısı qeyd edilmiş qeyri-yaşayış sahəsi, eləcə də həmin qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol və sağ tərəfdə yerləşən tikililərin dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşdiyi, Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrinin mühafizə zolağının eni 85 metr təşkil etdiyi nəzərə alınaraq həmin tikililərin “xxxx” ASC-nin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən, Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “St.game” yazısı qeyd edilmiş qeyri-yaşayış sahəsi, eləcə də qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol və sağ tərəfində yerləşən tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir; Təqdim olunmuş sxematik plana əsasən Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrin mühafizə zolağının eni 85 metr təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları»-nın 3.5-ci bəndində yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azazdıla bilməsi göstərilmişdir. Həmin məsələ, yəni sanitariya-mühafizə zonasının azaldıla bilməsinin mümkün olub-olmaması hüquqi xarakter daşımaqla məhkəmə tərəfindən qiymət verilə bilər.
21. Rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Isa Eyvazzadə ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrinin mühafizə zolağının eni 85 metr təşkil edir. Iddiaçıya məxsus tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir. Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2 metrdən yüksəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları»-nın 3.6-cı bəndinin tələblərinə əsasən isə Dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Həsənov (sədrlik edən və məruzəçi), R.Məcidov və Ş.Rzaquliyev) apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)- **/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pulun iddiaçı “xxxx” QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN 1700326621 X5, KOD 210005 VÖEN 1401555071 m\h AZ41NABZ013601**********3944 SFIFT BIK CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şəmkir rayon Icra Hakimiyyətinin ##.##.2010-cu il tarixli sərəncamı ilə 1995-ci ildə Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində Cavabdeh tərəfindən tikilmiş, ümumi sahəsi 196 kv.m olan iki mərtəbədən ibarət qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. Bununla belə, “xxxx” QSC Cavabdeh məxsus tikililərin Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edildiyini iddia edərək tikilinin sökülməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
24. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır.
25. Baxılan işdə iddiaçı təşkilat cavabdehə məxsus tikililərin dəmir yolunun mühafizə zonasında inşa edildiyini iddia edir; cavabdeh isə iddiaya etiraz edərək tikilinin yerləşdiyi torpaq sahəsinin yerli icra hakimiyyəti orqanı tərəfindən ona ayrıldığını, hətta tikililərin dövlət qeydiyyatına icazə alındığını bildirməklə iddiaya etiraz edir.
26. Bu qəbildən olan işlərin araşdırılması xüsusiyyəti baxımından qeyd edilməlidir ki, mübahisənin obyektiv həlli baxımından ilk növbədə dəmir yolunun mühafizə zonası müəyyən edilməli, daha sonra isə tikilinin bu zonada yerləşib-yerləşməməsi araşdırılmalıdır. Çünki, dəmir yolunun mühafizə zonası — dəmir yolu infrastrukturu (relslər, rabitə, enerji xətləri və s.) ətrafında təhlükəsizlik və istismar məqsədilə ayrılmış ərazidir. Dəmir yolunun mühafizə zonasının ölçüsü (eni və sərhədləri) bir neçə texniki, təhlükəsizlik və əraziyə bağlı meyarlara əsasən müəyyənləşdirilir. Bu zaman dəmir yolunun ərazinin şəhər, qəsəbə və ya kənd ərazisindən keçməsi, orada sənaye obyektləri, yaşayış binaları, yollarla yaxınlıq və s. amillər nəzərə alınmaqla mühafizə zonası qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun müəyyən edilir. Həmin xüsusatların aydınlaşdırılması işə baxılarkən ekspertiza təyin edilməsi zərurətini doğurur.
27. Birinci instansiya məhkəməsində icraat zamanı tikinti-texniki ekspertizası rəyi alınsa da, lakin həmin rəy məsələnin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, ekspert rəyində cavabdehə məxsus 186.18 kv.m ölçüdə tikilinin sökülməsi qənaətinə gəlsə də, lakin həmin ölçünün hansı tikililəri əhatə etdiyi, yəni hansı tikililərin sökülməli olduğu aydınlaşdırılmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında cavabdehə məxsus qeyri yaşayış sahəsinin dəmir yolunun mühafizə zonasından hansı məsafədə yerləşməsi barədə sual qoyulsa da, lakin bu suala dəqiq cavab verilməmiş, ekspert bir cümlə ilə mübahisəli tikilinin Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində yerləşən dəmir yolunun mühafizə zonasında yerləşdiyini qeyd etmişdir.
28. Ona görə də apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və rəylə müəyyən edilmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “ST.game” yazısı qeyd edilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi 121,7 kv.m (59,7+62), həmin qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol tərəfində yerləşən tikilinin ümumi sahəsi 20 kv.m, sağ tərəfində yerləşən tikili isə ümumi sahənin 25,9 kv.m hissəsini təşkil edir. Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “ST.game” yazısı qeyd edilmiş qeyri-yaşayış sahəsi, eləcə də həmin qeyriyaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol və sağ tərəfdə yerləşən tikililərin dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir. Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrinin mühafizə zolağının eni 85 metr təşkil etdiyi nəzərə alınaraq həmin tikililərin “xxxx” ASCnin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir (rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2,1 metr təşkil edir).
29. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
30. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, tikililərin yerləşmə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
31. Bununla belə, hazırkı məhkəmə iclasında Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Isa Eyvazzadə ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirdiklərinə əsasən də müəyyən edilmişdir ki: 1) Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrinin mühafizə zolağının eni 85 metr təşkil edir. 2) Iddiaçıya məxsus tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir. 3) Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2 metrdən yüksəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının və Dəmir yolları üçün və dəmir yolunun sanitariyamühafizə zonası üçün torpaqayırma Normaları»-nın 3.6-cı bəndinin tələblərinə əsasən isə Dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır.
32. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.
33. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları»-nın 3.6-cı bəndinə görə dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır.
34. Apellyasiya baxışı zamanı alınmış ##.##.2025-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2,1 metr təşkil edir. Həmin rəydə həmçinin qeyd olunmuşdur ki, sökülməsi tələb olunan tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir.
35. Məhkəmə kollegiyası Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının Dəmir yol xəttinin hündürlüyünün 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyini və cavabdehə məxsus tikililərində həmin zolaqdan 70 metr məsafədə olduğunu nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənmir.
36. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı yanlış nəticəyə gələrək iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (50+50) 100 manat, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış tədiqatın dəyəri də 100 manat olmaqla, ümumi məhkəmə xərci 200 manat təşkil edir. Həmçinin, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 200 (iki yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
39. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.8, 158.4, 165.1, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na, Azərbaycan Respublikasının MPM-in 14.1, 77.1, 88, 119.1, 124.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
40. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəllənin 180-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.1, 46, 111-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya - mühafizə zonası üçün torpaqayırma Normaları”nın 3.5-ci, 3.6-cı bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 14.4, 14.5, 49.1 və 52.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş materiallarında mövcud olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində yerləşən üzərində “St.game” yazısı qeyd edilmiş qeyriyaşayış sahəsi, eləcə də qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş ümumi girişdə sol və sağ tərəfində yerləşən tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir. Təqdim olunmuş sxematik plana əsasən isə Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrin mühafizə zolağının eni 85 metr təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya - mühafizə zonası üçün torpaqayırma Normaları”nın 3.5-ci bəndində yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariyamühafizə zonasının eni 50 metrə qədər azaldıla bilməsi göstərilmişdir. Həmin məsələ, yəni sanitariya-mühafizə zonasının azaldıla bilməsinin mümkün olub-olmaması hüquqi xarakter daşımaqla məhkəmə tərəfindən qiymət verilə bilər".
42. Eyni zamanda apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, hazırkı məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Isa Eyvazzadə ilə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirdiklərinə əsasən də müəyyən edilmişdir ki: 1) Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının 159 km pk 9-da kilometrinin mühafizə zolağının eni 85 metr təşkil edir; 2) Iddiaçıya məxsus tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir; 3) Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2 metrdən yüksəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normalar”nın 3.6-cı bəndinin tələblərinə əsasən isə Dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır”.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2,1 (iki tam onda bir) metr təşkil edir. Göründüyü kimi, ekspert rəyində mübahisəli qanunsuz tikilinin (qeyri-yaşayış sahəsinin) yerləşdiyi dəmir yolu mühafizə zonasına birləşən dəmir yolu xəttinin tökmə yatağında yerləşdiyi və həmin tökmə yatağın hündürlüyünün 2,1 (iki tam onda bir) metr təşkil etdiyi göstərilmişdir. Lakin həm ekspert, həm də məhkəmə tərəfindən “qazma yataq” anlayışı ilə “tökmə yataq” anlayışları arasında hüquqi və texniki fərq qoyulmamış, bu anlayışlar faktiki olaraq eyniləşdirilmişdir. Halbuki mövcud normativ-hüquqi akta əsasən qazma yataq və tökmə yataq eyni anlayışlar olmayıb, hüquqi nəticələri baxımından bir-birindən fərqlənir və bu fərqin nəzərə alınmaması yolverilməzdir. Bundan əlavə, sözügedən məhkəmə mübahisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın 3.5-ci bəndində göstərilənlərin mübahisəyə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin bənd yalnız qazma yataqlarına aiddir. Həmin Normaların 3.6cı bəndinə əsasən dəmiryol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda, qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır. Iş materiallarından görünür ki, mübahisəli tikilinin (qeyri - yaşayış sahəsinin) dəmir yolu xəttinin tökmə yatağında hündürlüyü 2,1 (iki tam onda bir) metr olduğundan mühafizə zonasının eninin aşağı həddi 50 metr müəyyən edilmişdir. Bu, ərazinin relyefi və xüsusi təbii şəraitindən asılı olaraq artırıla bilər. Belə ki, cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikili yerləşən ərazidə mühafizə zonasının eni 50 metrdən yuxarı, yəni 85 metr təşkil edir. Beləliklə, məhkəmə tərəfindən qazma yataq və tökmə yataq anlayışlarının doğru təfsir edilməməsi normanın düzgün tətbiq edilməməsinə səbəb olmuş, məhkəmə həmin normaların 3.6-cı bəndinə istinad etməklə iddianı rədd etmişdir ki, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin # ###### 2019-cu il tarixli *** nömrəli Fərmanında verilmiş tapşırığın icrası çərçivəsində “xxxx” ASC-nin hazırladığı aktual qrafik təsvir məhkəməyə təqdim edilmişdir. Sözügedən aktual qrafik təsvir Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2024-cü il tarixli *** nömrəli “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGIS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında Qərarı ilə təsdiq edilmiş və həmin aktual qrafik təsvirə əsasən həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 85 metr təşkil edir. Hazırda isə sözügedən aktual qrafik təsvir Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazasında (www.e-qanun.az) yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, həmin Qərar hal-hazırda qüvvədədir və ləğv edilməyib. Lakin təəssüflər olsun ki, apellyasiya instansiyası adıçəkilən Qərarın qüvvədə olmasına baxmayaraq, ekspertin rəyində göstərilən tövsiyəsini nəzərə alaraq dəmir yollarının mühafizə zonasının enini azaldaraq tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
44. Bundan əlavə, ADY tərəfindən məhkəməyə Azərbaycan Dövlət Dəmir Yolu Gəncə yol distansiyasının xidməti ərazisində yerləşən dəmir yolu təhkim zolağının sxematik planı təqdim edilmişdir ki, həmin sxematik plandan mühafizə zonasının eninin 85 metr təşkil etdiyi görünür, eləcə də ADY tərəfindən apellyasiya məhkəməsinə 1971-ci il tarixli, Azərbaycan Dəmir Yolunun Tbilisi - Bakı xətti üzrə 84 - 195-ci km-ləri əhatə edən Bakı Mühafizə Meşə Zolağı sahəsi üzrə mühafizəedici meşə əkinlərinin qrafiki (“График защитных лесонасаждений участка Бакинской ПГЛ на линии Тбилиси - Баку Азербайджанской железной дороги с 84 по 195 км от 1971 года”) təqdim edilmişdir ki, həmin qrafikdən mühafizə zonasının eni həmin dövrdə 85,3 metr təşkil etdiyi aydın görünür, habelə həmin ərazidən keçən dəmir yolu xəttinin 1883-cü ildə inşa edilmiş Tiflis - Ağstafa - Bakı dəmir yolu xəttinin tərkib hissəsi olması barədə arayış da məhkəməyə təqdim edilmişdir.
45. Apellyasiya instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Şəmkir rayon Icra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli *** nömrəli sərəncamından görünür ki, 1995-ci ildə Təzəkənd kəndinin mərkəzində Cavabdeh tərəfindən tikilmiş, ümumi sahəsi 196 kv.m olan iki mərtəbədən ibarət qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. Lakin məhkəmə tərəfindən sərəncamda göstərilən tikilinin iddiaçı tərəfindən sökülməsi tələb olunan tikili ilə koordinatlarının üst-üstə düşüb - düşməməyi ümumiyyətlə araşdırılmamışdır ki, bu isə onu deməyə əsas verir ki, sözügedən sərəncamın cavabdeh tərəfindən inşa edilən qanunsuz tikiliyə heç bir aidiyyəti yoxdur. Göstərilənlərdən aydın olur ki, apellyasiya instansiya məhkəməsi normativ - hüquqi aktları, ekspert rəyini və faktiki vəziyyəti tam və düzgün qiymətləndirməmiş, mübahisəli tikilinin yerləşdiyi ərazi üzrə mühafizə zonasının enini səhv müəyyən etmişdir ki, bu da əsassız və qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
46. Iş materiallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini etiraf etmiş, həmin etiraf məhkəmə iclas protokolunda əks olunmuş, məhkəmə tərəfindən qəbul edilmiş və bu əsasla birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Sonradan cavabdeh apellyasiya şikayətində hüquqi biliklərinin kifayət etmədiyini bildirərək əvvəlki etirafının hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir.
47. Bildirir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə üçün mühüm prosessual nəticələr yaradır. Iddianın etirafı tərəfin sərbəst iradə ifadəsidir, sübutetmə yükünü faktiki olaraq aradan qaldırır və mübahisənin qısa və səmərəli həllinə xidmət edir.
48. MPM iddianın etirafı (maddə 191) və faktın etirafı (maddə 106.3) institutlarını fərqləndirir və hər iki halda etirafın protokolda və ya yazılı formada rəsmiləşdirilməsini tələb edir. Hazırkı işdə etiraf məhkəmə iclas protokolunda, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində əksini tapmışdır ki, bu da onun hüquqi qüvvəsini təmin edir. Iş materiallarında etirafın aldatma, zorakılıq, hədə-qorxu və ya digər iradə qüsuru nəticəsində verildiyini təsdiqləyən heç bir sübut yoxdur. Mülki hüquq nəzəriyyəsinə və məhkəmə təcrübəsinə görə prosessual hərəkətin etibarsız sayılması yalnız iradə qüsuru hallarında mümkündür. Hüquqi savadsızlıq və ya qanunu bilməmək isə belə əsaslar sırasında nəzərdə tutulmamışdır. Beləliklə, cavabdehin sonradan “qanuni biliklərinin kifayət etməməsi” arqumenti etirafın hüquqi nəticələrini aradan qaldırmaq üçün yetərli əsas hesab edilə bilməz.
49. Hüquqi yardım almaq imkanının mövcudluğu - MPM-in 14.4 və 14.5-ci maddələrinə əsasən tərəflər hüquqlarını şəxsən müdafiə edə bilərlər; peşəkar hüquqi yardım almaq hüququna malikdirlər; maddi imkanı olmayan şəxslər dövlət hesabına hüquqi yardım ala bilərlər. Cavabdeh bu hüquqlara malik olmuş, lakin onlardan istifadə etməmişdir. Qanunvericilik hüquqi yardım almamağı prosessual hərəkətin etibarsızlığı üçün əsas kimi nəzərdə tutmur.
50. MPM-in 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclas protokoluna dair qeydlər vermək hüququna malikdirlər. Bu institutun məqsədi: şifahi izahatların təhrif olunmasının qarşısını almaq, yuxarı instansiya məhkəməsinə obyektiv yoxlama imkanı yaratmaqdır. Hazırkı iş üzrə cavabdeh protokola dair heç bir qeyd verməmişdir. Apellyasiya instansiyası isə bu ziddiyyətli izahatların səbəblərini araşdırmamış, tərəflərə suallar verməmiş, sübutlara hüquqi qiymət verməmiş, tətbiq edilməli hüquq normalarını əsaslandırmamışdır. Bu isə məhkəmə araşdırmasının tamlığı və obyektivliyi prinsipinə ziddir.
51. Göstərilənlər nəzərə alaraq belə qənaətə gəlinir ki, cavabdehin birinci instansiya məhkəməsində iddianı etiraf etməsi, könüllü və şüurlu prosessual hərəkət olmuşdur. Hüquqi savadsızlıq etirafın etibarsızlığı üçün qanuni əsas deyildir.
52. Apellyasiya instansiyası dispozitivlik prinsipini və hüquqi müəyyənlik prinsipini pozmuşdur. Qətnamə sübutlara və tətbiq edilməli hüquq normalarına lazımi hüquqi qiymət verilmədən qəbul edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Cavabdehin nümayəndəsi kimi Nümayəndə (vəkil) kassasiya şikayətinə qarşı etiraz göndərərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Nümayəndə cavabdehin vəkili və ya nümayəndəsi olmasını təsdiq edən qüvvədə olan sənəd müəyyən edilmədiyinə görə etiraz nəzərə alınmır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
55. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
56. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
57. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
58. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
59. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
60. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
61. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”
62. Bənd 1. Bu Qaydalar "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir.
63. Bənd 3. Dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının, həmçinin sanitariya-mühafizə zonasının saxlanması şəhərsalma, ekoloji, sanitar-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır.
64. Bənd 4. Təhkim zolağının və sanitariya-mühafizə zonasının ölçüləri dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarına, müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun olaraq müəyyən edilir.
65. Bənd 5. Xüsusi mühafizə zonasının ölçüləri hər bir konkret obyekt üçün ayrıca olaraq müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun müəyyən edilir.
66. Bənd 6. Dəmir yol qurğularının, bina və tikililərinin və digər köməkçi obyektlərinin sürüşmədən, uçqunlardan, eroziyalardan, seldən, qum və qar basqınlarından və başqa təhlükəli təsirlərdən qorunması, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi məqsədilə xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası torpaqlarından istifadə olunmasının rejimi müəyyənləşdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları».
67. Bənd 3.6. Dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
68. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
73. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
77. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
82. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları»-nın 3.6-cı bəndinə görə dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır.
83. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şəmkir rayon Icra Hakimiyyətinin ##.##.2010-cu il tarixli sərəncamı ilə 1995-ci ildə Şəmkir rayonu Təzəkənd kəndinin mərkəzində Cavabdeh tərəfindən tikilmiş, ümumi sahəsi 196 kv.m olan iki mərtəbədən ibarət qeyri-yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. Bununla belə, “xxxx” QSC Cavabdeh məxsus tikililərin Şəmkir stansiyasının 159 km pk 9-da kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim zonasının 80 metrliyində inşa edildiyini iddia edərək tikilinin sökülməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışı zamanı alınmış ##.##.2025-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının dəmir yolu xəttinin tökmə yatağının hündürlüyü 2,1 metr təşkil edir. Həmin rəydə həmçinin qeyd olunmuşdur ki, sökülməsi tələb olunan tikililər dəmir yolu xəttindən təxminən 70 metr məsafədə yerləşir.
84. Apellyasiya instansiyası məhkəməsi Şəmkir rayonu Təzəkənd kəndində Şəmkir stansiyasının Dəmir yol xəttinin hündürlüyünün 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyini və cavabdehə məxsus tikililərində həmin zolaqdan 70 metr məsafədə olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənmir.Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı yanlış nəticəyə gələrək iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
85. Məhkəmə kollegiyası kassasiya şikayətinin, cavabdehin birinci instansiya məhkəməsində iddia tələbini etiraf etdiyi, həmin etirafın məhkəmə iclas protokolunda əks olunduğu, məhkəmə tərəfindən qəbul edildiyi və bu əsasla birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildiyi, sonradan cavabdehin apellyasiya şikayətində hüquqi biliklərinin kifayət etmədiyini bildirərək əvvəlki etirafının hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etdiyi, hazırkı iş üzrə cavabdehin protokola dair heç bir qeyd vermədiyi, cavabdehin birinci instansiya məhkəməsində iddianı etiraf etməsi, könüllü və şüurlu prosessual hərəkət olduğu, hüquqi savadsızlıq etirafın etibarsızlığı üçün qanuni əsas olmadığı barədə olan dəlillərinə əsasən qeyd edir ki, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə hüquqi əsas təşkil edə bilməz Belə ki, iş materialları ilə birinci instansiya məhkəməsinin cavabdehin etirafına görə iddianı rədd etməsi təsdiqlənmir.Birinci instansiya məhkəməsi müvafiq əsaslandırma apararaq iddianı rədd etmişdir.
86. Azərbaycan Respublikasının MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
87. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.
88. Lakin iş materialları ilə cavabdehin iddianın etirafı barədə ərizə verməsi, cavabdehin məhkəmə iclas protokolunu imzalaması, məhkəmənin müvafiq prosessual hərəkətin nəticəsini cavabdehə izah etməsi, məhkəmənin cavabdehin iddianı etiraf etməsini təsdiq etməsi təsdiqini tapmır.
89. Eləcə də Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinin ikinci cümləsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilməmiş, iddia digər əsaslara görə təmin edilmişdir.
90. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
92. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.