Məhkəmə qərarları › İş №2(1-8)-945/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-945/2026

12.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-945/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): fiziki şəxsin törətdiyi inzibati və ya cinayət hüquq pozuntusundan irəli gələn mübahisələr, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları

1. Cavabdeh Cavabdeh törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirmiş və Masallı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh törətdiyi cinayət əməli nəticəsində, onun üzləşdiyi maddi ziyanın ödənilməsi üçün 15000 manat, mənəvi ziyanın ödənilməsi üçün 10000 manat, hüquqi xidmətlərə görə ödənilmiş 400 manat, notariat xərclərinə görə ödənilmiş 17 manat və dövlət rüsumu kimi ödənilmiş 165 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.

4. Cavabdeh iddiaya etiraz edərək iddianın qanunsuz və əsassız olduğundan onun rədd edilməsini tələb etmiş və bildirmişdir ki, o, iddiaçını əvvəllər tanımamışdır. ## ###### 2024-cü il tarixdə idarə etdiyi avtomobillə içkili vəziyyətdə olan İddiaçı yolu keçərkən onun öz ehtiyatsızlığı ucbatından vurmuşdur. Bu hadisə ilə bağlı barəsində CM-in 263.1-1ci maddəsi ilə ittiham hökmü çıxarılmış, hökm qanuni qüvvəyə minmişdir. O hazırda cəzasını çəkir. Cinayət işinə baxıldığı zaman iddiaçı tərəfindən mülki iddia verilmiş, lakin məhkəmə həmin mülki iddianı baxılmamış saxlamışdır. Hazırda isə iddiaçı ondan 15000 manat maddi ziyan, 10000 manat isə mənəvi ziyan tələb edir. Lakin bu tələb əsassızdır və hər hansı real hüquqi baza yoxdur. Hadisədən dərhal sonra iddiaçını avtomobilə mindirərək xəstəxanaya aparmış, onun müalicəsinin bütün mərhələlərində iştirak etmiş və çəkilən xərclərin hamısını özü qarşılamışdır. Iddiaçının müalicəsinə, əməliyyatına, tibbi vasitələrinə və digər xərclərinə ümumilikdə 12800 manat pul xərcləmişdir. Bu məbləğin 2000 manatı iddiaçının kartına, 5700 manatı “Bakı Sağlamlıq Mərkəzi”ndə əməliyyat zamanı xəstəxananın hesabına köçürülmüş, qalan məbləğ isə nağd formada iddiaçıya və onun aptekdə işləyən oğluna verilmişdir. Nağd şəkildə verdiklərini vicdanları varsa danmazlar. Xəstəxanadan çıxdıqdan sonra evinə qurbanlıq qoyun aparmışdIr. Iddiaçı 15000 manat maddi ziyan tələb edirsə, bu məbləğin hansı ziyana görə və nə üçün xərcləndiyini əsaslandırmalı, müalicə və müayinələrə görə ödəniş qəbzlərini məhkəməyə təqdim etməlidir. Iddiaçı müraciətində 30000 və ya 50000 manat da yaza bilər, lakin yazdıqlarını sübut etməyə borcludur. Iddia tələbinin mənəvi ziyana dair hissəsinə münasibətdə qeyd edilməlidir ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir, yəni iddiaçıya qarşı qəsd olmamışdır. Hadisə zamanı içkili olmamış, yüksək sürətlə hərəkət etməmiş, hadisə sadəcə olaraq ehtiyatsızlıq nəticəsində baş vermişdir. Hadisədən sonra ilk tibbi yardımı özü göstərmiş, əməliyyatından evə çıxana qədər maddi və mənəvi dəstəyi daim etmişdir. Iddiaçı yeriməkdə çətinlik çəkdiyini bildirdikdə, onun üçün əvvəlcə 900 manata əlil arabası almış, iddiaçı bəyənmədiyi üçün əlavə 600 manat ödəyərək başqa arabanı da almışdır. Iddiaçının bütün tələbatları demək olar ki, onun tərəfindən tam şəkildə qarşılanmışdır. Iddiaçının xəstəliyi ilə əlaqədar mənəvi iztirab çəkməsi iddia edilə bilməz. Hadisənin baş verməsində onun günahı nə qədərdirsə, iddiaçının da, öz ehtiyatsızlığı ilə günahı az deyil. Etdiyi bütün köməklər vicdanla qiymətləndirilməlidir. Özünün maddi vəziyyəti ağırdır, heç bir iş yeri yoxdur, kasıb şəraitdə yaşayır, buna baxmayaraq iddiaçıya kömək etmək üçün 5 bankdan kredit götürmüşdür. Bütün bu hallar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

5. Məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən ödənilən məbləğlərdən əlavə olaraq özü 10000 manat məbləğində xərc çəkmişdir. Özü 1 ildir işləmədiyindən gəlir əldə etmir, lakin işlədiyi dövrdə ayda 1000 manatdan yuxarı gəlir qazanmışdır. Sol ayağının bağlarının əməliyyatı üçün 5000 manat ödənilmiş, əlavə olaraq dərmanlara və yol xərclərinə 6000 manat sərf olunmuşdur. Sağ çiyninin əməliyyatı üçün “Avrasiya” Klinikasında 4000 manat tələb olunur, əlavələrlə birlikdə isə ümumilikdə 5000 manat lazımdır. Bundan əlavə, “xxxx” üçün 255 manat, tibbi referans üçün 150 manat ödənilmişdir. Bakı Sağlamlıq Mərkəzində cavabdeh tərəfindən ödənilmiş 3500 və 2000 manat məbləğləri, həmçinin əlil arabasına verilmiş 140 manat pulu tələb etmir. Cavabdeh tərəfindən çəkilmiş digər xərclərdən isə 4 gün komada, 8 gün isə xəstəxanada yatdığı üçün xəbərsiz olmuşdur.

6. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının müalicəsi ilə bağlı ümumilikdə 12800 manat məbləğində pul xərcləmişdir. Həmin məbləğin 2000 manatı iddiaçının kartına, 5700 manatı isə Bakı Sağlamlıq Mərkəzinin hesabına köçürülmüşdür. Qalan vəsait isə nağd qaydada iddiaçının oğluna verilmişdir. Iddiaçı üçün əvvəlcə 900 manata əlil arabası alınmış, lakin iddiaçı həmin arabanı bəyənmədiyinə görə əlavə olaraq 600 manata başqa əlil arabası alınmışdır. Bundan əlavə, onun tərəfindən 500 manat fizoterapiya xidmətlərinə, 400 manat dərmanlara, Bakı Sağlamlıq Mərkəzinə isə 3500 manat ödənilmişdir. Ümumilikdə 5734 manat xəstəlik xərcləri olmuş, bütün bu ödənişlər onun tərəfindən edilmiş və iddiaçının qardaşına təqdim olunmuşdur. Ümumilikdə iddiaçının müalicəsi üçün 12800 manat ödəniş etməsinə baxmayaraq bu barədə hər hansı sənədi yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmənin baxış iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının əməliyyatına görə 5734 manat məbləğində pulu Bakı Sağlamlıq Mərkəzinə ödəmişlər, qalan pul isə əlbəəl verilmişdir. Iddiaçının “Avrasiya” klinikasında əməliyyat olunması barədə də, məlumatları yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Masallı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Elşən Hüseynov), iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 570 manat məbləğində pul, mənəvi ziyanın əvəzi olaraq 300 manat məbləğində pul, cəmi 870 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, məhkəmə xərclərinin 135 manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, zərərin mövcud olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, vurulmuş maddi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri, işin halları və Masallı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ## #### 2025-ci il tarixli hökmü ilə müəyyən edilmişdir. Ona görə də, cavabdeh yaranmış ziyanı ödəməlidir.

10. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, “Referans” Klinik Laboratoriya mərkəzinin ## ###### 2025-ci il tarixli, ## ###### 2025-ci il tarixli, ## ###### 2025-ci il tarixli, ## ###### 2025-ci il tarixli, ## ###### 2025-ci il tarixli, ## ###### 2025-ci il tarixli və ## ###### 2025-ci il tarixli ödəniş qəbzlərinə əsasən İddiaçı massaj xidmətdən istifadə edərək ümumilikdə 150 manat məbləğində ödəniş etməsi, bundan başqa “Güven Klinikası”nın travmotologiya şöbəsinin xidmətindən istifadə edərək # ###### 2025-ci il tarixli ödəniş qəbzinə əsasən 85 manat, “xxxx” MMC-nin Baş-beyin KT müayinəsindən istifadə edərək # ### 2025-ci il tarixli satış çekinə və eyni tarixli göndərişə əsasən 90 manat, “xxxx” MMC-nin travmotologiya şöbəsinin xidmətindən istifadə edərək ## ### 2025-ci il tarixli ödəniş qəbzlərinə əsasən cəmi 245 manat, ümumilikdə 570 manat ödəniş edilməsi işin mübahisəsiz halıdır.

11. Iddiaçı İddiaçı sol ayağının bağlarının əməliyyatı üçün “Avrasiya” Hospitalına 3000 manat, əlavə olaraq dərmanlara və yol xərclərinə 6000 manat vəsait xərclədiyini, sağ çiyninin əməliyyatı üçün “Avrasiya” Klinikasında 4000 manat, əlavələrlə birlikdə isə ümumilikdə 5000 manat tələb olunduğunu və ona görə 15000 manat tələb etməsi ilə bağlı ilk növbədə məhkəmə onu qeyd etmişdir ki, həmin halları tam təsdiq edən hər hansı sənəd təqdim etməmiş və həmin məbləğdə pul xərcləməsi, eyni zamanda yenidən əməliyyata zərurət olub-olmaması, olduğu təqdirdə bunun üçün 5000 manat vəsait tələb olunması barədə hər hansı halı sübuta yetirməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin # #### 2025-ci il tarixli ödəniş cədvəlində İddiaçı ilə bağlı “Avrasiya” Hospital üçün 3000 manat ödənilməli olduğu qeyd edilsə də, ödənişi təsdiq edən sənəd təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş Səhiyyə Nazirliyi Professor Travmotoloq ortoped X1 tərəfindən verilmiş # ###### 2025-ci il tarixli tövsiyə vərəqəsində İddiaçı tərəfindən dərmanlara 280 manat, həkim X3 tərəfindən verilmiş # ###### 2025-ci il tarixli tövsiyə vərəqəsində isə dərmanlara 310 manat məbləğində ödəniş edildiyi qeyd edilsə də, həmin ödənişlərin ödənilməsini təsdiq edən qəbzlər təqdim edilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən “xxxx” MMC-nə 50 manat, “xxxx” MMC-nə 40 manat və 80 manat, Ortopedik mağazaya 120 manat, “xxxx” MMC-nə 427,09 manat ödənildiyi qeyd edilsə də, həmin ödənişlərin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

12. Bundan başqa cavabdeh iddiaçının müalicəsi üçün ümumilikdə 12800 manat ödəniş etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, burda sübut etmək yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq cavabdeh bununla bağlı hər hansı sübutu təqdim etməmiş, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hər hansı halı sübuta yetirməmişdir. Iddiaçı cavabdehin “Bakı Sağlamlıq Mərkəzi”nə 5733,49 manat pul ödədiyini qəbul etmiş, lakin həmin məbləği tələb etmədiyini, tələb etdiyi məbləğin ondan sonrakı müalicə ilə bağlı olduğunu bildirmişdir.

13. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 10000 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ziyan vurulması, nəticədə iddiaçınının stasionar müalicəyə qəbul edilməsi, reanimasiyada olması, halhazıradək müalicəsinin davam etməsi, ona III qrup əlillik təyin edilməsi öz təsdiqini tapmışdır.

14. Belə olan halda, məhkəmə iddiaçının onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsini, daimi iş fəaliyyətindən uzaqlaşmasını, fəal ictimai həyat tərzindən məhrum olmasını, onun fərdi xüsusiyyətlərini (yaşını, qadın olmasını), müalicə müddətini nəzərə alaraq hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 300 manatın alınıb iddiaçıya verilməlidir.

15. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli qərarı, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun # ###### 2008-ci il tarixli * nömrəli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat

16. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Pərviz Əhmədov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi mənəvi zərərlə bağlı hissədə dəyişdirilməklə cavabdeh Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 2000 manat tutularaq iddiaçı İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı həm maddi, həm də mənəvi ziyana məruz qalmışdır.

20. Məhkəmə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən maddi ziyanın məbləğinin sübut olunan həddə, yəni 570 manat məbləğində müəyyən olunmasına dair birinci instansiya məhkəməsinin mövqeyi razılaşaraq hesab etmişdir ki, maddi ziyan hissəsində düzgün nəticəyə gəlinmiş, bu hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla heç bir sübutla təsdiq olunmur.

21. Məhkəmə mənəvi ziyanla bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı cavabdehin cinayət əməli nəticəsində uzun müddət fəal ictimai həyat tərzindən məhrum qalmış, səhhətində yaranan problemlər iddiaçının mənəvi sarsıntıya məruz qalmasına səbəb olduğundan iddiaçıda psixi iztirabın, mənəvi sarsıntının qarşılığı kimi birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə cavabdehdən alınan məbləğ 300 manat kifayət qədər az olmaqla, iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi ədalətli hesab edilə bilinməz. Buna görə də, həmin məbləğin artırılaraq 2000 manat məbləğdə müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi qismən ədalətli hesab edilməklə, müəyyən edilən məbləğ iddiaçının yenidən normal həyat şəraitinə qayıtmasının qismən qarşılığı kimi dəyərləndirilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 459.3, 1096.2, 1118.1, 1119.1 və 1125.2-ci maddələrinə, Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun ## ###### 2025-ci il tarixli 20 N-li qərarı, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Iddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkləməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsinin yenidən apellyasiya məhkəməsində baxılması üçün geri qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, faktiki olaraq əmək qabiliyyətini itirməsinə, hadisə günündən indiyə kimi işləyə bilməməsinə baxmayaraq, məhkəmə müalicə üçün ödənişləri əks etdirən qəbzləri hesablamamışdır. Əlavə olaraq, hazırkı günə kimi yataq şəraitindədir, müstəqil olaraq yeriyə, özünü idarə edə bilmir. Adı çəkilən xəsarətlərin müəyyən müalicəsi bundan sonra da təxminən 20000-30000 manat arası xərc tələb edəcək. Sol ayaq üzrə aparılmış əməliyyat 2 iyul tarixində icra edilmiş və bununla bağlı 4000 manatdan artıq xərc çəkilmişdir. Yaxın müdətdə sağ çiyinlə bağlı aparılacaq cərrahi əməliyyata ən azı 5000 manat, daha sonra isə sağ ayaqda sinirlərin bərpasına yönəlik əməliyyata xeyli, daha yüksək məbləğ tələb olunacaq. Apellyasiya məhkəməsi qətnaməsində sübutları qeyd etməsinə baxmayaraq, bu sübutları qətnamənin nəticə hissəsində nəzərə almamışdır. Həmçinin məhkəmə səhvə yol verərək onun keçirdiyi mənəvi sarsıntıları anlamamışdır. Hadisədən sonra o, huşunu itirmiş və bir neçə gündən sonra özünə qismən gəlmişdir. Masallı RMX onu qəbul etmədiyinə görə Bakı şəhərində yerləşən xəstəxanaya gətirilmişdir. Onun Bakı şəhərinə gətirilməsi üçün təcili tibbi yardım avtomobilinə 200 manat ödəniş edilmişdir. Məhkəmənin gəldiyi mövqeyə görə o, həmin vaxt ani olaraq sağalıb, özünü yaxşı hiss etməli idi və avtobomilə ödədiyi pulun çekini almalı idi. Və yaxud da təcili olaraq əməliyyat masasına uzanarkən canını deyil, həkimə ödədiyi pulun qəbzini almalı idi. Məhkəmənin qəbul etdiyi qətnamənin məntiqi izahı bundan ibarətdir. Mənəvi ziyanla bağlı isə qeyd edilməlidir ki, o, bir il üç aydır ki, yataq xəstəsidir. Ixtisasca əczaçı olmaqla yanaşı rayon mərkəzində aptek işlədirdi. Qazancı sabit idi və bu ona kifayət edirdi. Hadisədən sonra isə pul qazana bilmir və başqalarının etdiyi yardım ilə həyata tutunmağa çalışır. Cavabdeh isə olduqca saymazlıq və etinasızlıq edir. Bu hallar da onun əsəblərini pozub. Hər gün yataqda olmaqdan bezib. Yaşamaq ruhu demək olar ki, yoxdur. Məhkəmə isə onun bu iztirablarını daha da artırmışdır. Məhkəmə qəbul etdiyi qətnamə ilə onun mənəviyyatını alçaltmışdır. Məhkəmənin bu mövqeyi qərəzlidir və ədalət anlayışı ilə qətiyyən bir araya sığmır. Apellyasiya məhkəməsi maddi sübutları özü qətnamədə qeyd etsə də, onların heç birini nəzərə almamışdır. Məhkəmənin bu hərəkətləri ədalət mühakiməsinə inamı sarıdır. Ona görə də, hazırkı mübahisəyə apellyasiya qaydasında yenidən baxılmalı, qətnamə dəyişdirilərək iddia tələbimin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışın 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 459.3. Zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni qayda qüvvədə olur.

31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

33. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

34. Maddə 1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun ## ###### 2025-ci il tarixli ** nömrəli qərarı

35. Bənd 5.1. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.

36. Bənd 5.2. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.).

37. Bənd 5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.

38. Bənd 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

39. Bənd 5.5. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun 5.9.Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.

40. Bənd 5.11. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir.

41. Bənd 6.1. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları - şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılması (şəxsin azadlıq hüququnun, uşaqla ünsiyyət hüququnun bərpası, uşağın ölkədən çıxışına imkanın təmin edilməsi, işçinin əmək müqaviləsində və ya xasiyyətnaməsində düzəlişin edilməsi, yayılmış məlumatların təkzib edilməsi, silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.).

42. Bənd 6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər.

43. Bənd 6.3. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir.

44. Bənd 6.4. Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zərərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etməklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər.

45. Bənd 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.

46. Bənd 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir.

47. Bənd 7.3. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

48. Bənd 7.4. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.

49. Bənd 7.5. Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir.

Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarı

50. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, iş materiallarını və tətbiq edilməli hüquq normalarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi ziyanın ödənilməsi hissəsində qanuni və əsaslı olsa da, mənəvi zərər üzrə kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticə olmamışdır.

62. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı İddiaçı sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirilmiş və bu hal Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunmuşdur. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş hallar mülki işə baxan məhkəmə üçün üstün züquqi qüvvəyə malik olduğundan, cavabdehin hüquqazidd əməli, təqsiri və həmin əməl nəticəsində iddiaçının sağlamlığına zərər vurulması halları yenidən sübut edilməli deyildir.

63. Maddi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki mühakimə icraatında hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı maddi ziyanla bağlı tələb irəli sürsə də, həmin tələbin mübahisələndirilən hissəsi üzrə faktiki çəkilmiş xərclərin mövcudluğunu, məbləğini və bu xərclərlə cavabdehin hüquqazidd əməli arasında səbəbli əlaqəni təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Gələcəkdə çəkilməsi ehtimal edilən müalicə xərcləri də yalnız zəruriliyi və həcmi qanunla müəyyən edilmiş qaydada təsdiq edildiyi halda, kompensasiya predmeti ola bilər. Bu baxımdan apellyasiya məhkəməsi tərəfindən maddi ziyan tələbinin sübuta yetirilməyən hissəsinin təmin edilməməsi işin hallarına və sübutetmə qaydalarına uyğun oliuşdur.

64. Məhkəmə kollegiyası bununla yanaşı hesab edir ki, apellyasiya məhkəməsi mənəvi zərərin kompensasiya məbləğini müəyyən edərkən işin mühüm hallarını tam və hərtərəfli qaydada nəzərə almamışdır.

65. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə sağlamlıq hüququ və bədən toxunulmazlığı hüququ şəxsiyyət hüquqlarının mühüm tərkib hissəsidir və həmin hüquqlara hüquqazidd müdaxilə şəxsiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

66. Həmin Qərarda mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və ya iztirab kimi xarakterizə edilmiş, mənəvi iztirabın şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində şəxsin daxili sabitliyini pozan, o cümlədən fiziki narahatlıq, ağrı, xəstəlik və orqanların zədələnməsi kimi hallarla bağlı güclü neqativ vəziyyət olduğu izah edilmişdir. Plenumun hüquqi mövqeyinə əsasən mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və ya iztirabın unudulması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

67. Plenum Qərarında həmçinin izah edilmişdir ki, mənəvi təzminatın həcmi hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və ya iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Təzminatın məbləği müəyyən edilərkən zərərçəkən şəxsə aid xüsusiyyətlər, zərərvuran şəxsə aid xüsusiyyətlər, hüquqazidd əməlin xarakteri, nəticələri və törədildiyi şərait nəzərə alınmalıdır.

68. Hazırkı işdə iddiaçının sağlamlığına ağır dərəcəli bədən xəsarətlərinin yetirilməsi, onun uzun müddət müalicə alması, cərrahi müdaxiləyə məruz qalması, aldığı xəsarətlərin xarakteri və nəticələri, habelə hüquqazidd əməlin iddiaçının şəxsiyyət hüquqlarına müdaxiləsinin ağırlığı mənəvi təzminatın məbləği müəyyən edilərkən mühüm əhəmiyyət daşıyan hallardır. Xüsusilə nəzərə alınmalıdır cavabdehin cinayət əməlləri nəticəsində aldığı bədən xəsarətləri nəticəsində iddiaçı uzun müddət müalicə müəssisələrində stasionra şəraitdə müalicə olunmaq məcburiyyətində olmuş, ## ###### 2024-cü ildə qamış və incik sümüklərində yaranmış sınıqlara görə əməliyyata məruz qalmış və qamış sümüyünə titan materialı olan metal implant yerləşdirilmişdir. Əlavə müayinə zamanı sol dizdə bağların qopması, meniskin cırılması, sağ çiyində bağların qopması, sağ ayaqda sinirlərin sıx zədələnməsi kimi sağlamlığını pozan, hərəkətlərini və əmək qabiliyyətini məhdudlaşdıran zədələr aşkar edilmişdir. Bütün bunlar iddiaçını fiziki ağrılardan başqa, mənəvi sarsıntı və iztirablara məruz qoymuş və məruz qoymaqda davam etməkdədir.

69. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin mövcudluğunu qəbul edərək təzminatın məbləğini 2000 manat müəyyən etsə də, yuxarıda göstərilən hallar həmin məbləğin iddiaçının məruz qaldığı mənəvi sarsıntı və iztirablara mütənasib hesab edilə bilməz, həmçinin mənəvi zərərə görə kompensasiyanın bərabərləşdirmə funksiyasını lazımi səviyyədə təmin etmir.

70. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar nəzərə alınmaqla, iddiaçıya vurulmuş mənəvi zərərin kompensasiyası 5000 manat məbləğində müəyyən edilməlidir. Bu məbləğ işin konkret hallarına, pozulmuş hüququn xarakterinə və mənəvi zərərin kompensasiyasının məqsədinə daha uyğundur. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi ziyanın ödənilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmalı, mənəvi zərər tələbinin rədd olunan hissədə ləğv olunmaqla həmin hissədə iddianın qismən təmin oluqnmasına dair yeni qərar qəbul edilməli, cavabdeh Cavabdeh 5000 manat mənəvi zərər tutulmaqla iddiaçı İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi qismən, mənəvi zərər tələbinin rədd olunan hissədə ləğv edilsin, həmin hissədə yeni qərar qəbul olunsun. Iddiaçı İddiaçı mənəvi zərər tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 5000 (beş min) manat tutularaq iddiaçı İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar