Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-963/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə evin və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, mülkiyyətdə olan sahənin sökülməsi, mülkiyyətdə və qanuni istifadədə olan sahənin sökülməsinə görə kompensasiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ünvan 1 ünvanında yerləşən sahəsi 75,13 kv.m. olan mənzil Cavabdeh mülkiyyəti kimi ## ####### 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (XXXün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” ASC-nin icarə əsasında istifadəsinə verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ünvan 1 ünvanında yerləşən evə dаir mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin evin və özbaşına tikililərin sökülməsi, evin yerində tikiləcək yeni yüksəkmərtəbəli, müasir yaşayış binasında kоmpеnsаsiyа qismində cаvаbdеhə sahəsi 90 kv.metr оlаn yeni, tаm təmirli mənzilin vеrilməsi və cаvаbdеhin yeni yaşayış binаsı tikilənədək, müvəqqəti оlаrаq yaşadığı ərаziyə yахın yеrdə kirаyədə yaşaması üçün hər аy 500 mаnаt kirаyə hаqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (XXXün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** nömrəli Sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin demək olar ki hamısı qanunsuz tikililərdir, bəzi vətəndaşlar, tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalarına uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırkı iddia üzrə cavabdehlə dəfələrlə danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərti ilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı “xxxx” ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Hazırkı iş üzrə cavabdeh qeyd olunan ərazidə ona məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinin olduğunu bildirərək DƏDRX tərəfindən ## ####### 2018-ci il tarixində verilmiş ******* nömrəli çıxarışı ASC-yə təqdim etmişdir ki, həmin çıxarışa əsasən müəyyən olunmuşdur ki, qeyd olunan ərazidə, yəni ünvan 1 ünvanında cavabdehə məxsus yalnız sahəsi 75,13 kv.metr olan mənzil xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Lakin həmin mənzilin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına hər hansı bir rəsmi sənəd mövcud deyildir. Əksinə, yuxarıda qeyd olunan Sərəncamlara əsasən həmin ərazidəki torpaq sahələri “xxxx” ASC-nin istifadəsinə verilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan ərazidəki tikililərin sökülüb, yerində müasir tələblərə uyğun, yeni yüksəkmərtəbəli yaşayış binasının tikilib istismara təhvil verilməsinə təxminən 02 il vaxt sərf ediləcəkdir. Yeni yaşayış binası inşa edildikdən sonra, həmin binalardan cavabdehə kompensasiya qismində hazırda mülkiyyətində olan mənzilin ümumi sahəsindən 20% artıq sahəsi olmaqla yeni, tam təmirli mənzil veriləcək, habelə bina inşa edilib cavabdehə təhvil verilənədək, onun yaşadığı əraziyə yaxın yerdə kirayədə yaşaması üçün isə hər ay 500 manat kirayə haqqı ödəniləcəkdir. Lakin cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən “xxxx” ASC-yə həvalə edilmişdir. Cavabdehin mülkiyyətində olan mənzil istismara yararsız olmaqla yanaşı, seysmik normalara cavab vermir və qəzalı vəziyyətdədir. Hazırda həmin ünvanda tikinti və söküntü işləri aparıldığına görə həmin mənzildə yaşayış təhlükəli və qeyri-mümkündür. Bununla belə “xxxx” ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və mülkiyyətçilərin malik olduqları yaşayış və qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda inşa ediləcək yeni çoxmərtəbəli binada yaşayış və qeyri-yaşayış sahəsinin ölçülərindən 20% əlavə ölçülərdə tam təmirli yaşayış və qeyri-yaşayış sahələrini onlara verməyi öhdəsinə götürür. Cavabdeh isə bu məzmunda müqavilə bağlamaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdehə məxsus mənzilin qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdeh mülkiyyət hüquqlarından sui-istifadə etməklə Mənzil Məcəlləsi üzrə vəzifələrin həyata keçirməkdən yayınır və maraqlı şəxs olaraq “xxxx” ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneçilik yaradır. Bu isə “xxxx” ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq tərəflərindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə güzəştli real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.
5. Cavabdeh Cavabdeh nümayəndəsi, vəkil vəkil2 vasitəsi ilə iddia tələbinə etiraz verərək göstərmişdir ki, hər hansı bir ərazidə söküntü aparmamışdan öncə, tikinti şirkəti tərəfindən bu zaman qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüquqları maksimal dərəcədə qorunmalıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu gün mövcud təcrübə göstərir ki, sökülən binaların yerləşdiyi ərazidən asılı olaraq, əmlakın hər kvadrat metrinə görə ölçülən meyar fərqlənir. Belə ki, şəhərin mərkəzində sökülən bina ilə, mərkəzdən kənar sökülən bina üçün ödəniləcək kompensasiya arasında kifayət qədər fərq olur. Mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ərazi, yəni əmlakın ümumi kvadratmetri əsas götürülərək müəyyən edilmiş məbləğə vurularaq hesablanır. Lakin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il # ###### tarixli 506 III QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli, *** №-li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə də, həm əmlakın çıxarışında göstərilən ümumi kvadratmetr, həm də həmin ərazinin 20% miqdarı hesablanaraq qiyməti tam şəkildə ödənilir və yaxud tikiləcək binadan həmin kvadratmetr civarında və yaxud ondan bir az çox ərazi ilə tikinti müəssisəsi sakini təmin edir. Iş materiallarında olan ## ##### 2025-ci il tarixli “X5 Mərkəzi” MMC tərəfindən verilmiş rəy kifayət qədər aydın deyil. Qiymətləndirici mütəxəssis obyektin qiymətləndirilməsi zamanı gəlir və xərc yanaşmasından imtina etmiş, təqdim edilmiş obyektin qiymətləndirilməsi üçün müqayisə yanaşmasının tətbiq edilməsinin məqsədəuyğun olduğunu qeyd etsə də, qiymətləndirmə obyektinin yerləşdiyi ərazidə oxşar mənzillərin qiyməti araşdırılmamış və müqayisə düzgün aparılmamışdır. Təqdim edilən obyektə müqayisə obyektləri qismində təqdim edilmiş obyektlərdən fərqli olaraq təmsil etdiyi şəxsə məxsus ev 2 mərtəbəli və çıxarışlıdır. Mənzilin təmiri zəif deyil, orta təmirlidir. Müqayisə obyektləri bir mərtəbə və mülkiyyəti rəsmi qaydada təsdiq edilməsə də faktiki mülkiyyətdə olan və zəif təmirli əmlaklardan ibarətdir. Qiymətləndiricinin hansı metodikanı əsas götürərək 2 mərtəbəli çıxarışlı təmirli mənzili 1 mərtəbəli zəif təmirli, rəsmi qeydiyyata alınmamış mənzillərlə müqayisə edərək nəticəyə gəlməsi kifayət qədər sual doğurur. Hazırkı iddia tələbi üzrə təmin olunacağı təqdirdə əsaslandırılmış qətnamə “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarı ilə uyğunluq təşkil etməmiş olacaq.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi, vəkil vəkil2 etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, hazırkı evin sahəsinə uyğun mənzil verilməlidir. Belə ki, mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi halda razıdırlar. Ölçmə aparıldıqdan sonra cavabdehin mənzilinin sahəsi 105,24 kv.m təşkil edir. Oxşar ərazidə şəraiti yaxşı olan evlərdən biri də cavabdehə məxsusdur. Cavabdehə daha az sahəsi olan mənzilin təklif edilməsi ədalətlilik prinsipini pozur. Digər sakinlərlə müqavilələr bağlanılmışdır. Həmçinin, eyni ərazidə yerləşən mənzillərə fərqli yanaşma tətbiq edilə bilməz. Özbaşına tikilinin mövcudluğu belə iddiaçıya vətəndaşın mənzilindən istənilən kimi istifadə etməyə səlahiyyət verilmir. Yol eskalator vasitəsilə dağıldıqdan sonra ekspert çağırılır və ödəniləcək qiymət aşağı salınır. Mənzillərin özbaşına tikili hesab olunması, həmin ərazidən marşrutun keçməməsi, suyun axması da qiymətin aşağı salınmasına səbəb olur. Iddiaçı tərəf çıxarışı olmayan və şəraiti aşağı olan mənzilə də onun sahəsinə 20% əlavə edilməklə yeni mənzil təqdim etmişdir. Belə ki, X2 mənzilə dair çıxarışı olmadığı halda iddiaçı tərəfindən müqavilə bağlanılmışdır. Hətta məlumata əsasən X1 artıq mənzil də təqdim olunmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş kompleks məhkəmə tikintitexniki 7.(inşaat) və məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə “X5 Mərkəzi” MMC-nin ## ##### 2025-ci il tarixli rəyinə əsasən mənzilin sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda 75,13 kv.m olaraq qeyd olunmuşdur. Onlar tərəfindən hər iki tərəfin iştirakı ilə aparılmış ölçü işlərində mənzilin ümumi sahəsinin 106,1 kv.m olduğu müəyyən olunmuşdur. Qiymətləndirmə prosesi hazırkı ölçülərə uyğun formada aparılmışdır. Beləliklə, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar dəyəri və bu günə olan icarə məbləği hesablanmışdır. Beləliklə də, aparılmış hesablamalar nəticəsində, ünvan 1 mənzilin bugünə olan bazar dəyəri və icarə məbləğinin qiyməti yuvarlaqlaşdırılaraq cədvəldə göstərilmişdir. Qiymətləndirmə obyektinin ümumi sahəsi üzrə: mənzilin bazar dəyəri 148700 manat, mənzilin icarə dəyəri (aylıq) 350 manat.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, çıxarış əsasında cavabdehə məxsus olan əmlakın söküntüsü üçün ədalətli və qanuni kompensasiya təmin edilməli, bununla bağlı qarşılıqlı razılıq əldə edilməlidir. Iddiaçı, mənzilin özbaşına əlavə tikililərə malik olmasını əsas gətirərək kompensasiyanı yalnız çıxarışda qeyd olunan 75,13 kv.m hissəyə uyğun vermək istədiyini bildirmişdir. Lakin, cavabdehin əsas mənzilinin çıxarışı mövcuddur. Faktiki sahə ilə çıxarışdakı sahə arasındakı fərq özbaşına tikili hesab edilsə belə, əsas qeydiyyatda olan mənzilin söküntüsü üçün qanunvericilikdə nəzərdə tutulan ədalətli kompensasiya prinsipinə əməl edilməlidir. Digər tərəfdən, cavabdehin nümayəndəsi iddia etmişdir ki, iddiaçı tərəf çıxarışı olmayan mənzillərin sahiblərinə belə 20% əlavə olmaqla yeni mənzil təqdim etmişdir ki, bu da bu halda fərqli yanaşmanın əsassızlığını göstərir.
10. Həmçinin, məhkəmə qeyd etmişdir ki, qeyd olunan ərazidəki torpaq sahəsi iddiaçının icarəsinə kommersiya məqsədləri üçün verilib, yəni iddiaçının binalar inşa etməsi dövlət ehtiyaclarını ödəmək məqsədini daşımır, iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa edərək qazanc əldə edir.
11. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, evinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur. Iddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan söküləcək əmlakını onun istəyinə uyğun kompensasiya etməlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 5, 6, 15, 16, 18, 152, 560-cı maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Iddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Rüstəmli və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı bir halda mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. Iddiaçı yalnız mülkiyyətçi ilə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər.
16. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, fərdi yaşayış evinin hazırkı orta bazar dəyəri iddiaçının qeyd etdiyi məbləğdə ola bilər, lakin nəzərə alınmalıdır ki, mülkiyyətçi uzun illər ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır, buna görə də ədalətli və ağlabatan əvəzin məbləği müəyyən olunarkən mülkiyyətçinin həmin ərazidə yaşayış sahəsi əldə etmək imkanı nəzərə alınmalıdır. Buna görə də birinci instansiya məhkəməsi iddianın rədd olunması ilə əlaqədar düzgün nəticəyə gəlmişdir, çünki iddia tələbində qeyd olunan hallar qanunvericiliyin tələbləri baxımından cavabdehin mülkiyyət və digər subyektiv hüquqlarının pozulmasına gətirib çıxara bilər.
17. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasında tərəflər arasında barışığın, razılığın əldə olunması istiqamətində də müzakirə aparılmış, lakin iddiaçı istər kompensasiyanın, istərsə də təhvil veriləcək yaşayış sahəsi hesablanarkən yalnız mülkiyyət hüququnun qeydə alındığı hissənin nəzərə alınacağını bildirdiyindən razılığın əldə edilməsi mümkün olmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 5, 6, 15, 16, 18, 152, 560-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
19. Iddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 180-ci, Mənzil Məcəlləsinin 28-ci, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrin tələbləri pozulmuşdur.
21. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə səthi yanaşmış, iddia tələbinin kompensasiya qismində cavabdehə məxsus tikilinin əvəzində ona həmin yerdə yeni inşa olunan yaşayış kompleksində, təmirli və daha dəyərli mənzilin verilməsi ilə bağlı olduğunu unutmuş və məhz bu səbəbdən də qətnaməsində “buna görə də ədalətli və ağlabatan əvəzin məbləği müəyyən olunarkən mülkiyyətçinin həmin ərazidə yaşayış sahəsi əldə etmək imkanı nəzərə alınmalıdır” qeyd etmişdir. Iddiaçı tərəf olaraq cavabdehə zatən həmin ərazidən yeni və daha böyük sahəyə malik və 2 qat daha dəyərli yaşayış sahəsi təklif edilir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən ASC-nin nümayəndəsi həmin mülki işə baxılmasının uzanmaması üçün təklif etmişdir ki, ASC hətta cavabdehin sənədi olmayan, qanunsuz tikilisinə görə də tikiliyə çəkilən xərcin əvəzinin ödənilməsini öz üzərinə götürür. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən dəfələrlə ASC-dən 128 kv.metr sahəsi olan yeni mənzilin ona verilməsi müqabilində tikililərinin sökülməsinə razı olduğunu bildirmişdir. Lakin, ASC olaraq cavabdehin bu təklifini qəbul etmədiklərinə görə o, məhkəmənin sonuncu baxış iclasında şirkətə təzyiq göstərmək məqsədilə özünün yuxarıda qeyd edilən mövqeyini dəyişərək, ümumiyyətlə tikililərini satmadığını və ya əvəzləşməyə təqdim etmədiyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi qətnamə çıxararkən bu halı nəzərə almamış, cavabdehin yaranmış vəziyyətdən sui-istifadə etməsini və böyük məbləğdə kompensasiya tələb etməsi faktlarını nəzərə almamış, qətnamədə də həmin faktlar öz əksini tapmamışdır. Həmçinin, işə baxan məhkəmə cavabdehə məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin dövlət tərəfindən icarə əsasında ASC-nin istifadəsinə verilməsini və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə görə ASC tərəfindən hər ay dövlətə külli miqdarda icarə haqqı ödənildiyini də nəzərə almamışdır. Işə baxan apellyasiya instansiyası məhkəməsi də ümumiyyətlə işi obyektiv araşdırmamış, məhkəmə prosesini ilk iclasda yekunlaşdıraraq, Yasamal Rayon Məhkəməsinin qətnaməsini əsassız olaraq qüvvədə saxlamış, məhkəmə iclasında ASC-nin nümayəndəsinin mülki işə baxılmasının uzanmaması üçün ASC hətta cavabdehin sənədi olmayan, qanunsuz tikilisinə görə də tikiliyə çəkilən xərcin əvəzinin ödənilməsini barədə təklifini də nəzərə almamışdır.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş kassasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Iddiaçı tərəf cavabdehlə razılığa gələ bilmədiyini qeyd etməklə, onun həddindən artıq kompensasiya məbləği istəməsini bəhanə edərək, apellyasiya şikayətində cavabdehə məxsus mənzilin özbaşına tikili olduğu barədə həqiqətə uyğun olmayan ifadələr işlətməklə qətnamənin ləğvinə nail olmaq arzusundan əl çəkə bilmir. Iş materiallarında olan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış təsdiq edir ki, ünvan 1 ünvanda yerləşən sahəsi 75,13 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında cavabdeh Cavabdeh adına qeydiyyata alınmışdır. Bu sənəd cavabdehin mənzil üzərindəki mülkiyyət hüququnu tam təsdiq edir. Qeyd olunan ərazidəki torpaq sahəsi iddiaçının icarəsinə kommersiya məqsədləri üçün verilib, yəni iddiaçının binalar inşa etməsi dövlət ehtiyaclarını ödəmək məqsədini daşımır, iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa edərək qazanc əldə edir. Ona görə də, evinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur. Iddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan söküləcək əmlakını onun istəyinə uyğun kompensasiya etməlidir. Cavabdeh artıq 30 ildən artıq müddətdir ki, qeyd olunan ərazidə sosial mühit yaratmaqla ailəsi ilə birlikdə yaşayır. Iddiaçıya əvəzləşdirilməsi üçün təqdim edilmiş mənzilin dəyəri ilə bağlı hər hansı ekspert rəyi mövcud deyil, Cəmiyyətin hələ tikilməmiş mənzilə hansı meyarlarla dəyər müəyyən etməsi anlaşılan deyildir. Nümayəndə özü qeyd edir ki, tikiləcək binanın plan və layihəsi hələ hazır deyil. Iddiaçının özü və atasına dair məhkəmə mübahisələri ayrı-ayrılıqda davam etməkdədir. Həmin məhkəmə mübahisələrində məhkəmə predmeti olan obyektlərə münasib olmayan kompensasiya məbləğlərinin verilməsi ilə bağlı ekspert rəyləri məhkəməyə təqdim olunmuş, məhkəmələr həmin rəylərlə razılaşmayaraq, həmin rəylərin əsassız olduğunu bildirməklə yeni rəylərin alınması üçün müstəqil ekspertiza mərkəzlərinə müraciət etmişdir. Göstərilənlər əmlakın dəyərinin ödənilməsi ilə bağlı aralarında heç bir razılaşma olmadan iddiaçının əmlakını sökməyə cəhd göstərmək, evinə gedən su və qaz xətlərini sındırmaq, habelə avtomobil yolunu qazıb yararsız hala salmaq, ekspertiza mərkəzlərinə müxtəlif yollarla təsir göstərməklə binanın qəzalı vəziyyətdə olduğuna dair yalan rəy təqdim edilməsinə nail olmaqla, arada razılaşma olmadan vətəndaşların istər xüsusi mülkiyyətində olan, istərsə də faktiki sahibliyində və istifadəsində olan əmlakları ucuz qiymətlə ələ keçirib söküb, yerində hündürmərtəbəli bina inşa etməklə baha qiymətə satıb kommersiya fəaliyyəti göstərməklə əsassız varlanmaq məqsədi güdür.
Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Belə ki, iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın da yerləşdiyi torpaq sahəsində Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli Sərəncamına əsasən çoxmənzilli yaşayış kompleksinin tikməli olmasını göstərib, cavabdehə yeni tikiləcək binada başqa mənzil və binanın tikintisi başa çatana kimi kirayə haqqı formasında kompensasiya verilməklə, həmin tikilinin sökülməsini tələb edir.
32. Cavabdehin iddiaya qarşı verdiyi etirazından, həmçinin hazırkı kassasiya şikayətindən müəyyən olunur ki, o, mahiyyət etibarı ilə yeni tikilən binada mülkiyyətinə mənzil verilməsi şərti ilə, mülkiyyətində olan evin sökülməsinə etiraz etmir. Lakin, mübahisə kompensasiya olaraq verilməli olan mənzilin sahəsi ilə bağlıdır.
33. Iddiaçı cavabdehin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 75,13 kv.m sahənin qeydə alındığını göstərməklə, həmin sahəyə əlavə 20% sahə verilərək cavabdehə 90 kv.m sahəsi olan yeni mənzil təklif edir.
34. Cavabdeh isə daşınmaz əmlakın dövlət reyestrində mənzilinin sahəsinin 75,73 kv.m olması qeyd olunsa da, faktiki əlavə tikililərinin olmasını, yaşadığı evin sahəsinin 105,24 kv.m təşkil etdiyini (həmin hal iş üzrə alınmış mütəxəssis rəyində də əksini tapmışdır) bildirməklə, həmin sahəyə uyğun ona kompensasiya ödənilməli olmasını iddia edir.
35. Işin faktiki hallarını araşdıran məhkəmələr mübahisəli daşımaz əmlakın cavabdehin mülkiyyətində olmasını, onun sökülməsi üçün veriləcək kompensasiya ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini əsas gətirməklə, iddianı rədd etmişlər.
36. Kassasiya kollegiyası razılaşır ki, mülkiyyətçinin yaşayış evinin alınaraq sökülməsi barədə qərar üç şərtə uyğun olmalıdır: “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməli, “ictimai maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq təmin edilməlidir.
37. Formalaşmış məhkəmə təcrübəsinə əsasən çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin ictimai maraqları və s.) mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. Iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər.
38. Hazırkı halda, cavabdehin mülkiyyətində olan yaşayış evinə hüququnun məhdudlaşdırılması dövlət ehtiyacları ilə bağlı deyil. Belə ki, Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının ## ###### 2021-ci il tarixli sərəncamının bu kateqoriya qərarlara aid olunmur.
39. Lakin, nəzərə alınmalıdır ki, mülkiyyətçinin yuxarıda ifadə olunmuş mövqeyi onu ehtiva edir ki, o, yaşayış evinin sökülməsi üçün qanuni əsasların olmasını (mülkiyyət hüququnun məhdudlaşdırılması barədə qərarın qanuniliyi, dövlət ehtiyacları ilə bağlı olması) mübahisələndirmir və evin sökülməsi məqsədi ilə kompensasiya ödənilməklə mülkiyyət hüququnun sonlandırılmasına razılığını ifadə edir.
40. Iş materiallarına görə, iddiaçı mübahisəli əmlakla qonşuluqda yerləşən başqa daşınmaz əmlakların sahibləri ilə müvafiq kompensasiya verilməklə, evlərinin sökülməsi ilə bağlı razılığa gəlmişdir. Cavabdeh isə etirazında iddiaçının ona münasibətdə ayrı-seçkiliyə yol verərək, dövlət qeydiyyatına alınmayan sahəyə görə kompensasiya verilməsindən imtina etməsini və məhz bu səbəbdən iddianın rədd edilməli olmasını göstərmişdir.
41. Göründüyü kimi, cavabdehin mövqeyindən aydın şəkildə görünür ki, evinə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış sahələri də daxil olmaqla, ağlabatan bazar dəyərinə uyğun kompensasiya ödənilmək şərti ilə evin sökülməsinə razılaşır.
42. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehin razılaşmadığını göstərməklə, iddianın rəddini əsaslı hesab etmişdir.
43. Halbuki, apellyasiya məhkəməsi təklif olunan kompensasiyanın adekvatlığını, onun mübahisələndirilən əmlakın bazar dəyərinə uyğun olub-olmamasını araşdırmamış, ədalətli kompensasiya məbləğini konkret müəyyən etməmiş və bu kompensasiya əsasında tərəflərin iddiaya münasibətlərini öyrənməklə, yekun nəticəyə gəlməmişdir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmadığı, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermədiyi üçün, Mülki Prosessual Məcəllənin 217.3, 218.1 və 372.7-ci maddələrinin tələblərini pozmuşdur.
45. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
47. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə ## ###### 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə # ###### 1994-cü il tarixli qərar).
48. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
49. Avropa Məhkəməsinin Kraska Isveçrəyə qarşı iş üzrə ## ##### 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
51. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.