Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-964/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri Nizami rayonu ** saylı MKIS-in əməkdaşları tərəfindən tərtib olunan ##.##.2024-cü il tarixli aktından görünür ki, İddiaçı şikayəti əsasında ünvan 1 ünvanında keçirilmiş baxış zamanı evin 1-ci mərtəbəsinin arxa hissəsində yerləşən divarların su çəkməsi nəticəsində tamamilə nəm olması və ziyan dəyməsi müşayiət olunur. İddiaçı həmin ziyanın evin arxa hissəsində yaşayan qonşusu Cavabdeh tərəfindən buraxılmış su nəticəsində əmələ gəlməsini bildirmiş, akt iştirakçılar tərəfindən imzalansa da, möhürlə təsdiq edilməmişdir.
3. İddiaçı Bakı şəhəri Nizami rayonu X6 Kazımov küçəsi * saylı evin Q tikilisinə xüsusi mülkiyyət hüququ ##.##.2020-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır.
4. Cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Aşıq Ələsgər küçəsi * saylı evə (yeni qaydalarla AZ 1031 Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Türkmən küçəsi giriş 9) və 0,0315 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, 2.000 manat maddi və 10.000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10.000 manat maddi, 2.000 manat mənəvi ziyan, 126 manat ödənilmiş dövlət rusumun tutulması və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, * saylı mənzilin həyətindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X3 küçəsi, * saylı evin həyətinə axıdılan çirkab suların qarşısını alınmasının Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X3 küçəsində * saylı evdə yaşayır. Mənzili 3 mərtəbədən ibarətdir. Onunla qonşu olan Cavabdeh sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, * saylı mənzilin həyətindən onun mənzilinin həyətinə dəfələrlə çirkab sular axıdılmışdır. O, iki dəfə mənzilinin 1-ci mərtəbəsinin döşəməsini təmir etdirmişdir. Bütün bunlar barədə mənzilin sahibi, qonşusu Cavabdeh hər dəfə bildirilsə də bu bir nəticə verməmişdir. Cavabdeh Cavabdeh həyətindən onun həyətinə axıdılan çirkab suyun nəticəsində mənzilinin birinci mərtəbəsinə çox böyük ziyan dəymişdir. Cavabdeh Cavabdeh ona vurduğu ziyan onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Belə ki, Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, ev * saylı mənzildən onun mənzilinin həyətinə axıdılan çirkab suyun nəticəsində ona çox böyük miqdarda, təqribən 10.000 (on min) ziyan vurulmuşdur. Cavabdeh Cavabdeh ona qarşı bir qonşu kimi laqeyd münasibəti ona çox pis təsir etmiş, onun səhhətinə və psixoloji durumuna zərbə vurmuşdur. Bütün bunların nəticəsində ona 2.000 (iki min) manat mənəvi ziyan dəymişdir. Buna görə də o, 10.000 (on min) manat vurulmuş maddi və 2.000 (iki min) manat mənəvi ziyanın ödənilməsi və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, * saylı mənzilin həyətindən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X3 küçəsi, * saylı evin həyətinə axıdılan çirkab suların qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Cavabdeh Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı İddiaçı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair verdiyi iddia ərizəsini əsassız və qanunsuz hesab edir. Iddiaçı ona qarşı qərəzlidir və buna görə dəfələrlə onun barəsində əsassız şikayətlər verməklə məşğul olmuş, lakin sübuta yetirilməmişdir. Qeyd etmək istəyir ki, onun yaşadığı fərdi yaşayış evi iddiaçının evinin arxasında yerləşir. Onun evi ilə iddiaçı İddiaçı evinin arasında olan daş hasarın üstündə İddiaçı tikinti normalarına və qaydalarını pozmaqla 3 mərtəbədən ibarət fərdi ev tikmişdir. Həmin vaxtdan hal-hazıra kimi onun evindən gələn bütün qrunt sular onun həyətinə tökülür. Buna dəfələrlə səlahiyyətli orqanlar və eyni zamanda tikinti-texniki ekspertiza baxış keçirmiş və iddiaçının əleyhinə qərar qəbul edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun həyətində qanuna uyğun olaraq kanalizasiyası vardır və həyətə yığılan su trap vasitəsi ilə axıb gedir. Lakin iddiaçının evindən tökülən bütün qrunt sular isə onun həyətinə axır. Bütün bunları nəzərə alaraq, 2014-cü il tarixdə İddiaçı fərdi yaşayış evinin sökülməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli qərardadı ilə tikinti ekspertiziyası təyin edilmişdir. Ekspertiza zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi ev 9 texniki sənədlərə əsasən X4 ##.##.1999-cu ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən “Q” tikilisinin mülkiyyətçisidir. Texniki sənədə əsasən N.T.Ağayevaya məxsus tikili birmərtəbəli olmuşdur, lakin sonradan o, həmin tikintini tamamilə sökmüş və texniki sənədlərdə bununla bağlı dəyişiklik aparılmadan həmin tikintinin yerində ayrıayrılıqda bir birmərtəbəli və digəri üçmərtəbəli olan iki tikili tikmişdir. Həmin tikililərin mövcudluğu barədə texniki sənədlərdə dəyişiklik edilmədiyindən tikililər birmənalı şəkildə özbaşına hesab edilir. Lakin məhkəmə iclasları zamanı son anda qonşu olması və humanizm prinsiplərini nəzərə alaraq, iddia ərizəsinin həcmini azaltmış, tikilinin müəyyən hissəsindən sökülməsi ilə bağlı məhkəmə aktı qəbul edildi. İddiaçı qarşı göstərdiyi humanistliyi yenə də o başa düşmədi və məhkəmənin ## ### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti, Apellyasiya Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən isə Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Istər apellyasiya məhkəməsi, istərsə də Ali Məhkəməyə şikayət vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2014-cü il tarixli, 2(007) ***/**** saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmışdır. İddiaçı 10 il əvvəl də 10.000 manat mənəvi ziyanın və 2.000 manat isə maddi ziyanın ödənilməsi tələbi ilə ona qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. Iddiaçı hazırkı iddiasında maddi ziyanla mənəvi ziyan hissəsində rəqəmlərin yerini dəyişməklə yenidən iddia vermişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsi iddiaçı İddiaçı ziyanın ödənilməsi tələbi ilə məhkəmə tərəfindən tikinti texniki ekspertizası təyin etmişdir. Tikinti-texniki ekspertizasının ## ###### 2014-cü il tarixli ekspertiza rəyi ilə iddiaçının göstərdiyi halların heç birinin mövcud olmaması səbəbi ilə hərhansı bir qüsur müəyyən edilmədiyindən İddiaçı hər hansı məbləğdə ziyan dəyməsinin müəyyən edilməsinə dair təhqiqat aparılmamışdır. Eyni zamanda məhkəmə və nümayəndələr tərəfindən baxış keçirilmişdir. Iddiaçı İddiaçı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə tam şəkildə rədd edilmiş, iddiaçının apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmişdir. Iddiaçı İddiaçı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair verdiyi iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dаir iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Rauf Əhmədov).
5. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi, onun iddiaçıya ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilməmişdir, ona görə də iddia maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddia tələbinin dəymiş maddi zərərin əvəzi olaraq 10.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı göstərilənlərə münasibətdə nəzərə alınmalıdır ki, tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə nəzər yetirdikdə müəyyən olunur ki, həmin iş üzrə iddiaçı İddiaçı izahatlarında eyni qaydada qonşusu olan hazırkı cavabdehlə aralarında olan divarın sonuncunun hərəkətləri ucbatından nəm olması, uçmaq təhlükəsində olması və ona ziyan yetirilməsini bildirmiş, həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2014-cü il tarixli ***** nömrəli ekspert rəyində Cavabdeh istifadəsində olan evin İddiaçılə aralarında olan sərhədin hasarından 0.20-0.80 metr kənarda yerləşdiyi, * saylı evin mübahisəli divarının yerləşdiyi hissədə olan tikilisinin konstruktiv elementlərinin üzərində hər hansı bir qüsur olmadığı, mübahisəli divarın faktiki yerində mövcud olması nəzərə alınmaqla, həmin * saylı evin arxa divarının bünövrəsinin qazılmadığı və.s müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçı İddiaçı ona verilmiş suala cavab olaraq, “2014-cü ildə yaranmış mübahisədən hal-hazırkı dövrədək su axıtmanın davam etdiyini, o vaxtdan bu vaxta heç nəyin dəyişmədiyini bildirmiş, buna cavabdehin səbəb olduğunu” göstərmiş, məhz cavabdeh tərəfindən ona ziyan yetirilməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçının təqdim etdiyi 01 ədəd flaşkartda olan görüntülərdə isə ziyanın məhz cavabdeh tərəfindən yetirilməsi sübuta yetirilmir, həmin görüntülər iddia tələbini əsaslı edə biləcək mötəbər sübut qismində qəbul edilə bilməz.
6. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı özünə mənəvi ziyan vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Iddiaçının iddia tələbində istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmədiyindən, iddiaçı İddiaçı iddiası mənəvi zərər və axıdılan çirkab suların qarşısının alınması tələbi hissələrində (maddi ziyan tələbindən törəmə tələb olması və həmin hissədə iddianın təmin edilməməsi nəzərə alınmaqla) təmin edilməməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 218.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
8. Iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, çirkab suların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlər qadağandır. Cavabdeh Cavabdeh sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, * saylı mənzilin həyətindən iddiaçının mənzilinin həyətinə dəfələrlə çirkab sular axıdılmışdır. Iddiaçı İddiaçı iki dəfə mənzilinin 1-ci mərtəbəsinin döşəməsini təmir etmişdir. Bütün bunlar barədə mənzilin sahibi, cavabdeh Cavabdeh hər dəfə bildirilsə də bu bir nəticə verməmişdir. Cavabdeh Cavabdeh həyətindən iddiaçı İddiaçı həyətinə axıdılan çirkab suyun nəticəsində, mənzilin birinci mərtəbəsinə çox böyük ziyan dəymişdir. Bu barədə fotolar da vardır. Həmin fotolara baxanda vurulmuş ziya açıq-aşkar görünür. Cavabdeh Cavabdeh iddiaçıya qarşı bir qonşu kimi laqeyd münasibəti ona çox pis təsir etmiş, səhhətinə və psixoloji durumuna zərbə vurmuşdur. Cavabdeh Cavabdeh həyətindən iddiaçı İddiaçı həyətinə axıdılan çirkab sular hesab edilir ki, öz mülkiyyət hüququnu həyata keçirən qonşu İddiaçı mülkiyyətinə cürbəcür hədsiz təsirlər etmək anlamına gəlir və nəinki daşınmaz əmlakın mülkiyyətçi olan İddiaçı qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrinə, hətta onun özünə hörmət bəsləməmək anlamına gəlir. Hesab olunur ki, birinci instansiya məhkəməsi qanunvericiliyin bu normasından yan keçmiş və Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinin tələblərini pozmuşdur. Tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verildiyi üçün, habelə tərəflərin hansı hüquqi münasibətdə olmaları, habelə tətbiq edilməli hüquq normaları düzgün seçilmədiyindən, sübutların qiymətləndirilməsində də yanlışlığa yol verilmişdir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunan sübutlara əsaslandırmalıdır. Beləliklə, iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanuni və əsaslı olmamışdır.
10. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı qərəzli olaraq ondan məhkəməyə və müxtəlif orqanlara, polis bölməsinə qərəzli olaraq şikayətlər verməklə məşğuldur. Iddiaçının şikayəti yerində araşdırılmış və əsassız olması təsdiq edilmişdir. Lakin iddiaçı verdiyi əsassız şikayətlərə görə hər hansı bir orqan tərəfindən cəzalandırılmamasından yararlanaraq mütəmadi olaraq ondan müxtəlif orqanlara şikayətlər verir. Birinci instansiya məhkəməsində verdiyi etirazında da qeyd etdiyi kimi iddiaçı onunla qonşudur. Iddiaçı özünə məxsus olan yaşayış sahəsinin konstruksiyasında dəyişiklik edərək qanunsuz olaraq üç mərtəbəli qanunsuz tikili inşa etmişdir. Yağan yağışların bütün qrunt suları onun evinin divarlarına tökülür. O, 2014-cü ildə bu barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddiaçı İddiaçı yaşayış sahəsinin sökülməsi barədə iddia vermişdir. Həmin iş üzrə texniki ekspertizanın təyin edilməsi barədə ## ###### 2014cü il tarixli qərardad qəbul edilmişdir. Ekspertizanın rəyi isə İddiaçı ziyanına verilmişdir. Həmin iş üzrə məhkəmə aktlarını məhkəməyə təqdim etdiyi üçün geniş izahat verməyə ehtiyac duymur. Qonşu olduğu üçün və eyni zamanda humanizm prinsipini və məhkəmənin onlara barışıq təklifini nəzərə alaraq həmin vaxt verdiyi iddia ərizəsinin həcmini azaltmış və tikilinin müəyyən hissəsindən sökülməsi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Lakin buna baxmayaraq iddiaçı yuxarı instansiyalara yenidən şikayət vermiş, Apellyasiya və Ali Məhkəmə birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamışdır. Eyni predmet və eyni əsaslar üzrə dəymiş maddi və mənəvi ziyanın ödənilməsindən ötrü İddiaçı əvvəllərdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsi iddiaçı İddiaçı iddia tələbini ## #### 2014-cü il tarixli, (****)- ***/**** saylı qətnaməsi ilə tam rədd etmişdir. Onu da qeyd etmək istəyir ki, mülki məhkəmə icraatı zamanı ekspertiza təyin edilmiş, onun yaşayış sahəsinə baxış keçirilmiş və iddiaçının maddi və mənəvi zərərin ödənilməsi barədə verdiyi iddia tələbi əsassız olmuşdur. Iş üzrə ekspertiza rəyi məhkəməyə təqdim etdiyi məhkəmə qətnamələrində öz əksini tapmışdır. Iddiaçının hazırda verdiyi iddia ərizəsi də eyni məbləğdə və eyni həcmdə verilmişdir və o vaxt verdiyi iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, eyni predmet və eyni əsaslar üzrə iddiaçının verdiyi iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsindən imtina edilməli və iş üzrə icraata xitam verilməlidir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasından eyni predmet və eyni əsaslar üzrə iddianın yol verilməzliyinə görə apellyasiya şikayətinin rədd edilməsi, iddia ərizəsini qəbul etməkdən imtina edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur.
11. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X2inin Nizami rayon Sukanal Idarəsinin ##.##.2025-ci il tarixli, 3 **-*-*/*-***/**** saylı mütəxəssis rəyindən müəyyən olunur ki, qeyd olunan ünvanlara baxış keçirilən zaman * saylı fərdi yaşayış evinin divarında və zirzəmisində nəmişlik müşahidə edilmişdir. Həmin nəmişliyin və zirzəmiyə axıdılan suyun səbəbinin * saylı fərdi yaşayış evinin həyətində toplanan yağış sularının və əlavə suların axımının nəticəsində baş verməsi müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayonu X6 Kazımov küçəsi * saylı fərdi yaşayış evinə ziyan vurulması müşahidə edilmişdir. Qeyd olunan ünvanda daşınmaz əmlaka ziyanın dəyməsi, ziyana səbəb olaraq * saylı fərdi yaşayış evinin tikinti normalarına riayət edilməməsi, baş verə biləcək ziyanla bağlı preventiv tədbirlərin görülməməsi, əvvəlcədən hesablanmaması kimi nəticəyə gəlindi. Ziyanın hesablanması və görülməli olan işlərin dəyərinin müəyyənləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada ixtisaslaşmadıqlarından Su təchizatı və tullantı sularının axıdılması xidmətinə aid olmadığına görə səlahiyyətləri xaricində olmasının nəzərə alınması xahiş olunur.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinin həyətində və Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinin həyətində kanalizasiya xətti quraşdırılmışdır.
13. Rəydən daha sonra müəyyən olunur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X2inin Nizami rayon Sukanal Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-***/**** saylı mütəxəssis rəyinə istinad edərək ekspert qeyd etmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X2inin Nizami rayon Sukanal Idarəsinin mütəxəssisləri tərəfindən qeyd olunan ünvanlara baxış keçirilən zaman * saylı fərdi yaşayış evinin divarında və zirzəmisində nəmişlik müşahidə edilmişdir. Həmin nəmişliyin və zirzəmiyə axıdılan suyun səbəbinin * saylı fərdi yaşayış evinin həyətində toplanan yağış sularının və əlavə suların axımının nəticəsində baş verməsi müəyyən edilmişdir.
14. Rəydən daha sonra müəyyən olunur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X2inin Nizami rayon Sukanal Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-***/**** saylı mütəxəssis rəyinə əsasən, ekspert qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayonu X6 Kazımov küçəsi * saylı fərdi yaşayış evinə ziyan vurulması müşahidə edilmiş, qeyd olunan ünvanda daşınmaz əmlaka ziyanın dəyməsi, ziyana səbəb olaraq * saylı fərdi yaşayış evinin tikinti normalarına riayət edilməməsi, baş verə biləcək ziyanla bağlı preventiv tədbirlərin görülməməsi və əvvəlcədən hesablanmaması kimi nəticəyə gəlinmişdir.
15. “xxxx” MMC-in ## ###### 2025-ci il tarixli, ETM ***/TQ/** nömrəli mütəxəssis rəyinin tədqiqat hissəsindən müəyyən olunur ki, tədqiqat Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi * saylı fərdi yaşayış evləri üzrə ## ###### 2025-ci il tarixdə tərəflərin iştirakı ilə aparılmışdır. Tədqiqatın aparılması üçün həmin evlərə baxış keçirilərək ölçü işləri aparılmış və fotoşəkillər çəkilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan fərdi yaşayış evləri bir-birinə qonşu olmaqla, yanaşı torpaq sahələrində yerləşirlər. Hər iki yaşayış evi həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış binalarından, eləcə də yardımçı tikililərdən ibarətdir. Yaşayış evlərinin həyətyanı sahələrinə baxış keçirilərkən, hər iki yaşayış evinin həyətyanı sahələrində kanalizasiya sisteminin çəkildiyi və ümumi xəttə birləşdirildiyi müəyyən edilmişdir. Iş üzrə iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evi faktiki olaraq 3 mərtəbədən ibarətdir. Baxış zamanı həmin evin 1-ci mərtəbəsində yerləşən iki otaqda divarların üzərində nəmlik əlamətləri olduğu, şpaklyovka və boya qatının köpərək qabardığı və töküldüyü, bir otaqda döşəməyə vurulmuş DSP lövhənin çürüyərək ovulduğu müəyyən olunmuşdur. * saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən otaqlarda nəmlik əlamətlərinin səbəbini müəyyən etmək məqsədilə həmin otaqların arxa divarının xarici hissəsinə (cavabdehə məxsus * saylı fərdi yaşayış evi olan tərəfə) baxış keçirilmişdir. Baxış zamanı, yaşayış evinin arxa divarının 2-ci və 3-cü mərtəbə səviyyələrində atmosfer çöküntülərindən qorunmaq üçün dalğalı şiferlərlə örtüldüyü, lakin 1-ci mərtəbə səviyyəsində divarın but daşlarından hörüldüyü, hörgü daşlarının üzərinə suvaq və izolyasiya qatı çəkilmədiyi, həmçinin hörgü daşlarının faktiki olaraq nəm vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı divarın arxasında yerləşən Cavabdeh mülkiyyətində olan * saylı fərdi yaşayış evinin həyətinə qədərincə su axıdıldı və həyətin mailliyinin orta hissəyə doğru olmaqla, axıdılan suların * saylı fərdi yaşayış evinin divarına hər hansı təsir göstərmədiyi və birbaşa kanalizasiya sisteminə axdığı müəyyən olunmuşdur. Yuxarıda göstərilənləri, o cümlədən * saylı fərdi yaşayış evinin arxa divarının 1-ci və 3-cü mərtəbə səviyyələrində atmosfer çöküntülərindən qorunmaq üçün dalğalı şiferlərlə örtüldüyünü, lakin 1-ci mərtəbə səviyyəsində divarın but daşlarından hörüldüyünü, hörgü daşlarının üzərinə suvaq və izolyasiya qatı çəkilmədiyini, hörgü daşlarının faktiki olaraq nəm vəziyyətdə olduğunu, * saylı fərdi yaşayış evinin həyətinin mailliyinin orta hissəyə doğru olmaqla, həyətə axıdılan suların * saylı fərdi yaşayış evinin divarına hər hansı təsir göstərmədiyini və birbaşa kanalizasiya sisteminə axdığını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinə vurulan ziyanın atmosfer yağıntılarının, əsasən yağış sularının evin divarına axması və otaqların daxilinə keçməsi səbəbindən əmələ gəldiyi müəyyən olunur. Qeyd olunur ki, yağış sularının yaşayış evinin daxilinə keçməsi, həmin evin arxa fasad divarının 1-ci mərtəbə səviyyəsində suvanaraq izolyasiya olunmaqla aradan qaldırıla bilər. Atmosfer yağıntılarının, əsasən yağış sularının * saylı fərdi yaşayış evinə keçməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin dəyərini müəyyən etmək üçün, mövcud bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib edilmişdir (bax: rəyə əlavə olunmuş smeta). Qiymətləndiricinin hesablamaları nəticəsində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1325,0 manat (min üç yüz iyirmi beş) məbləğində müəyyən olunmuşdur (bax: rəyə əlavə olunmuş smeta).
16. “xxxx” MMC-in ## ###### 2025-ci il tarixli, ETM ***/TQ/** nömrəli mütəxəssis rəyinin nəticə hissəsindən müəyyən olunur ki, mütəxəssislər qarşılarında qoyulan sualları aşağıdakı kimi cavablandırmışlar: - Iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinin həyətində kanalizasiya sistemi quraşdırıldığı müəyyən olunmuşdur. - Cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi * saylı fərdi yaşayış evinin həyətində kanalizasiya sistemi quraşdırıldığı müəyyən olunmuşdur. - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi * saylı fərdi yaşayış evindən su axıdılmadığı müəyyən olunmuşdur. - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinə vurulan ziyanın atmosfer yağıntılarının, əsasən yağış sularının evin divarına axması və otaqların daxilinə keçməsi səbəbindən əmələ gəldiyi müəyyən olunur. Qeyd olunur ki, yağış sularının yaşayış evinin daxilinə keçməsi, həmin evin arxa fasad divarının 1-ci mərtəbə səviyyəsində suvanaraq izolyasiya edilməklə aradan qaldırıla bilər. - Tikinti-texniki tədqiqat zamanı * saylı fərdi yaşayış evində müəyyən edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1325,0 (min üç yüz iyirmi beş) manat məbləğində müəyyən olunmuşdur. - Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.
17. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətin təmin edilməyərək birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. (hakimlər Səadət Səlimova - sədrlik edən və məruzəçi, Akif Isgəndərov və Məhəmməd Rüstəmli).
18. Apelyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını iddia etsə də, iddia tələbində istinad etdiyi hallar kimi, apellyasiya şikayətinin dəlillərini də sübuta yetirə bilməmişdir.
19. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən iddia tələbində istinad etdiyi halın, yəni cavabdeh tərəfindən iddiaçının həyətyanı sahəsinə su axıdılıb-axıdılmamasının müəyyən edilməsi üçün iş üzrə mütəxəssis və ekspert rəyləri almışdır.
20. Tədqiq olunan rəylərə kollegiya hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X2i Nizami rayon Sukanal Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ##.##.2023-cü il tarixli rəyi mötəbər sübut növü olaraq qəbul edilə bilməz.
21. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatlari Agentliyi “xxxx” X2inin Nizami rayon Sukanal Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-***/**** saylı mütəxəssis rəyində iddiaçıya məxsus evə ziyan vurulması, nəmişliyin və zirzəmiyə axıdılan suyun səbəbinin cavabdehə məxsus yaşayış evinin həyətində toplanan yağış sularının və əlavə suların axımının nəticəsində baş verməsi, iddiaçıya məxsus daşınmaz əmlaka ziyanın dəyməsinin səbəbi olaraq cavabdehə məxsus fərdi yaşayış evinin inşa olunarkən tikinti normalarına riayət edilməməsi, baş verə biləcək ziyanla bağlı preventiv tədbirlərin görülməməsi və əvvəlcədən hesablanmaması kimi nəticəyə gəlinsə də, rəydən cavabdehə məxsus fərdi yaşayış evi inşa olunarkən hansı tikinti normalarına riayət edilməməsi, mövcud hansı qüsurların nəticəsində iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka ziyan vurulması, axıdılan əlavə suların nə vaxt, hansı istiqamətdə axıdılması, aparılan hansı tədqiqat nəticəsində mütəxəssisin belə qənaətə gəlməsi görünmür. Belə ki, rəyi tərtib edən mütəxəssis gəldiyi nəticənin güvənli olması üçün hər hansı bir əsaslandırma, tədqiqat aparmamış, nəticədə əsaslandırılmamış rəy tərtib etmişdir.
22. Tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ##.##.2023-cü il tarixli rəyindən isə müəyyən olunmuşdur ki, tikinti texniki obyektlərinin tədqiqi ekspert ixtisası üzrə 2021-ci ildən iş təcrübəsinə malik olan rəyi tərtib edən ekspert heç bir araşdırma aparmadan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X2inin Nizami rayon Sukanal Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-***/**** saylı mütəxəssis rəyində qeyd olunan məlumatı olduğu kimi öz rəyinə köçürmüşdür.
23. Məhkəmə kollegiyasının iclasında tədqiq olunan xxxx MMC-in tikinti-texniki tədqiqatlar üzrə mütəxəssisi, ali texniki təhsilli, tikinti-texniki obyektlərinin tədqiqi ixtisası üzrə 1992-ci ildən iş stajına malik X5 və ali təhsilli, Azərbaycan Respublikasının Qiymətləndiricilər Palatasının üzvü, ******* qeydiyyat nömrəli Ixtisas Şəhadətnaməsi ilə daşınmaz əmlakların qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən X1 tərəfindən tərtib olunan ##.##.2025-ci il tarixli № ETM-142/TQ/2* saylı mütəxəssis rəyindən isə müəyyən olunmuşdur ki, tədqiqat hər iki tərəfin iştirakı ilə aparılaraq tərəflərə məxsus evlərə baxış keçirilərək ölçü işləri aparılmış və fotoşəkillər çəkilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan fərdi yaşayış evləri bir-birinə qonşu olmaqla, yanaşı torpaq sahələrində yerləşirlər. Hər iki yaşayış evi həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış binalarından, eləcə də yardımçı tikililərdən ibarətdir. Yaşayış evlərinin həyətyanı sahələrinə baxış keçirilərkən, hər iki yaşayış evinin həyətyanı sahələrində kanalizasiya sisteminin çəkildiyi və ümumi xəttə birləşdirildiyi müəyyən edilmişdir. Iş üzrə iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evi faktiki olaraq 3 mərtəbədən ibarətdir. Baxış zamanı həmin evin 1-ci mərtəbəsində yerləşən iki otaqda divarların üzərində nəmlik əlamətləri olduğu, şpaklyovka və boya qatının köpərək qabardığı və töküldüyü, bir otaqda döşəməyə vurulmuş DSP lövhənin çürüyərək ovulduğu müəyyən olunmuşdur. * saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən otaqlarda nəmlik əlamətlərinin səbəbini müəyyən etmək məqsədilə həmin otaqların arxa divarının xarici hissəsinə (cavabdehə məxsus * saylı fərdi yaşayış evi olan tərəfə) baxış keçirilmişdir. Baxış zamanı, yaşayış evinin arxa divarının 2-ci və 3-cü mərtəbə səviyyələrində atmosfer çöküntülərindən qorunmaq üçün dalğalı şiferlərlə örtüldüyü, lakin 1-ci mərtəbə səviyyəsində divarın but daşlarından hörüldüyü, hörgü daşlarının üzərinə suvaq və izolyasiya qatı çəkilmədiyi, həmçinin hörgü daşlarının faktiki olaraq nəm vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı divarın arxasında yerləşən Cavabdeh mülkiyyətində olan * saylı fərdi yaşayış evinin həyətinə qədərincə su axıdılmış və həyətin mailliyinin orta hissəyə doğru olmaqla, axıdılan suların * saylı fərdi yaşayış evinin divarına hər hansı təsir göstərmədiyi və birbaşa kanalizasiya sisteminə axdığı müəyyən olunmuşdur. Yuxarıda göstərilələri, o cümlədən * saylı fərdi yaşayış evinin arxa divarının 1-ci və 3-cü mərtəbə səviyyələrində atmosfer çöküntülərindən qorunmaq üçün dalğalı şiferlərlə örtüldüyünü, lakin 1-ci mərtəbə səviyyəsində divarın but daşlarından hörüldüyünü, hörgü daşlarının üzərinə suvaq və izolyasiya qatı çəkilmədiyini, hörgü daşlarının faktiki olaraq nəm vəziyyətdə olduğunu, * saylı fərdi yaşayış evinin həyətinin mailliyinin orta hissəyə doğru olmaqla, həyətə axıdılan suların * saylı fərdi yaşayış evinin divarına hər hansı təsir göstərmədiyini və birbaşa kanalizasiya sisteminə axdığını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinə vurulan ziyanın atmosfer yağıntılarının, əsasən yağış sularının evin divarına axması və otaqların daxilinə keçməsi səbəbindən əmələ gəldiyi müəyyən olunur. Qeyd olunur ki, yağış sularının yaşayış evinin daxilinə keçməsi, həmin evin arxa fasad divarının 1-ci mərtəbə səviyyəsində suvanaraq izolyasiya olunmaqla aradan qaldırıla bilər. Atmosfer yağıntılarının, əsasən yağış sularının * saylı fərdi yaşayış evinə keçməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin dəyərini müəyyən etmək üçün, mövcud bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib edilmişdir. Qiymətləndiricinin hesablamaları nəticəsində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1325,0 manat (min üç yüz iyirmi beş) məbləğində müəyyən olunmuşdur.
24. Istinad olunanlara əsasən kollegiya hazırkı mülki iş üzrə “xxxx” MMC-in ## ###### 2025-ci il tarixli, ETM-***/TQ/** nömrəli mütəxəssis rəyini güvənli nəticə çıxarmağa əsas verən, işin obyektiv həlli üçün mötəbər sübut növü olaraq qiymətləndirməklə qəbul edir.
25. Kollegiya iddiaçının təqdim etdiyi Bakı şəhəri Nizami rayonu ** saylı MKIS-in əməkdaşları tərəfindən tərtib olunması qeyd olunan ##.##.2024-cü il tarixli aktına münasibət bildirib qeyd etmişdir ki, bu akt da cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, həmin aktda İddiaçı şikayəti əsasında ünvan 1 ünvanında keçirilmiş baxış zamanı evin 1-ci mərtəbəsinin arxa hissəsində yerləşən divarların su çəkməsi nəticəsində tamamilə nəm olması və ziyan dəyməsi müşayiət olunması qeyd olunsa da, həmin ziyanın evin arxa hissəsində yaşayan qonşu Cavabdeh tərəfindən buraxılmış su nəticəsində əmələ gəlməsi barədə məlumat İddiaçı sözlərinə əsasən yazılmış, aktı tərtib edən Bakı şəhəri Nizami rayonu ** saylı MKIS-in əməkdaşları olaraq qeyd edilən şəxslər bir başa su axıdılması faktının şahidi olmamış, akt iştirakçılar tərəfindən imzalansa da, Bakı şəhəri Nizami rayonu ** saylı MKIS-in möhürü ilə təsdiq edilmədiyindən aktı tərtib edən şəxslərin həqiqətən MKIS-in əməkdaşları olmasını müəyyən etmək mümkün deyildir.
26. Hazırkı işdə cavabdehin iddiaçıya münasibətdə mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola biləcək mülki qanunvericiliyin normalarını pozan əməl törətməsi, iddiaçıya vurulmasını iddia etdiyi ziyanla iddiaçının baş verməsini ehtimal etdiyi hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından, əksinə araşdırma zamanı tərəflərin hər birinin fərdi yaşayış evinin həyətində kanalizasiya sisteminin quraşdırılması, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi * saylı fərdi yaşayış evindən su axıdılmadığı, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinə vurulan ziyanın atmosfer yağıntılarının, əsasən yağış sularının evin divarına axması və otaqların daxilinə keçməsi səbəbindən əmələ gəlməsi, yağış sularının yaşayış evinin daxilinə keçməsinin həmin evin arxa fasad divarının 1-ci mərtəbə səviyyəsində suvanaraq izolyasiya edilməklə aradan qaldırılmasının mümkün olması müəyyən olunmuşdur.
27. Istinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyanın vurulmasına dair iddia tələblərinin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşaraq bu nəticəni əsaslı və qanuni hesab etmişdir.
28. Kollegiya cavabdehin iddiaçının iddia tələbləri üzrə icraata xitam verilməsinə dair vəsatətinə münasibət bildirib qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, 2014-cü ilədək ona vurulan 2.000 manat maddi və 10.000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir.
29. Mülki işdə olan Bakı şəhəri Nizami rayonu ** saylı MKIS-in əməkdaşları tərəfindən tərtib olunan ##.##.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı həmin ildə təqdim etdiyi şikayətinə əsasən, iddiaçının mülkiyyətində olan evə baxış keçirilmişdir.
30. Bundan başqa iddiaçının Məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, hazırkı iddia tələbində iddiaçı cavabdeh tərəfindən ona 2023-cü ildə vurulan ziyanı tələb edir.
31. Kollegiya qeyd etmişdir ki, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. (MPM-in 261.0, 261.0.2-ci mad.)
32. Hazırkı mülki işdə tərəflər eyni olsa da iddianın predmeti fərqli olduğundan cavabdehin iş üzrə icraata xitam verilməsinə dair vəsatəti təmin edilə bilməz.
33. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
34. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125 (İ,III, VII), 127 (İ,II) Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1, 21.2, 170.1, 170.2 171.1, 171.2, 171.3, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 119.1, 217.4, 384.0.1, 385.2, 402.1, 403.1-ci maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
36. Iddiaçı İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin ## ######## 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli ETM-***/TQ/** nömrəli mütəxəssis rəyi arasında çox böyük ziddiyyətlər var.
38. Bundan başqa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X2 Nizami Rayon Su Kanalı Idarəsinin mütəxəssis rəyi iş materiallarına əlavə edilmişdir. Nizami Rayon Su Kanalı Idarəsinin mütəxəssis rəyində aydın görünür ki, iddiaçı İddiaçı əmlakına ziyan dəyməsi, cavabdeh Cavabdeh günahı üzündə baş vermişdir.
39. Belə ki, cavabdehin tikinti normalarına riayət etməməsi, baş veriləcək ziyanla bağlı preventiv tədbirlərin görülməməsi və əvvəlcədən hesablanmaması kimi səbəblər nəticəsində ziyan vurma baş vermişdir.
40. Iş materiallarında iddiaçının iddia tələbinin təmin olunması üçün iki dövlət qrumunun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X2 Nizami Rayon Su Kanalı Idarəsinin mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi vardır. Bu iki dövlət qrumun rəyi ilə üst-ütə düşməyən yalınız bir dövlət qurumun rəyi vardır, və bütün bunlar məhkəmə tərəfində gələ biləcək nəticə üçün mühüm əhəmiyyət kəsb edən məqamlardır.
41. Apelyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin tələblərini pozmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
46. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
47. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
48. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
49. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
50. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
51. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya münasibətdə mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola biləcək mülki qanunvericiliyin normalarını pozan əməl törətməsi, iddiaçıya vurulmasını iddia etdiyi ziyanla iddiaçının baş verməsini iddia etdiyi hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından, əksinə araşdırma zamanı tərəflərin hər birinin fərdi yaşayış evinin həyətində kanalizasiya sisteminin quraşdırılması, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Aşıq Ələsgər küçəsi * saylı fərdi yaşayış evindən su axıdılmadığı, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi * saylı fərdi yaşayış evinə vurulan ziyanın atmosfer yağıntılarının, əsasən yağış sularının evin divarına axması və otaqların daxilinə keçməsi səbəbindən əmələ gəlməsi, yağış sularının yaşayış evinin daxilinə keçməsinin həmin evin arxa fasad divarının 1-ci mərtəbə səviyyəsində suvanaraq izolyasiya edilməklə aradan qaldırılmasının mümkün olması müəyyən olunmuşdur.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə belə qənaətə gəlinmişdir ki, iddiaçı cavabdehin ona zərər vurduğunu kifayətedici və mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
62. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Bununla yanaşı, mülkiyyət hüququnun məhdudlaşmasına görə müvafiq pul kompensasiyasını tələb etmək hüququ iddiaçıya izah olunur.
66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.